Ç. İyl 17th, 2019

Gürcüstandan Rusiya ilə bağlı bəyanat

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava ümidvar olduğunu bildirib ki, Rusiya ilə praqmatik iqtisadi əlaqələri qoruyub saxlamaq mümkün olacaq.

Bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

O qeyd edib ki, Rusiya vətəndaşlarının Gürcüstana səfər etməsi təkcə iqtisadi fayda baxımından önəmli deyil.

“Rusiyadan olan turist ölkəmiz haqqında doğru, real məlumat daşıyıcısıdır”, – deyə Turnava vurğulayıb.

Nazir bildirib ki, Rusiya ilə ticarətin ixracdakı payı 13 faiz təşkil edir və bundan imtina etmək lazım deyil.   /oxu.az/