Ç. İyl 24th, 2019

Rövnəq Abdullayevin oğlunun toyundan – Foto+Videolar

Bu gün SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin toyudur.

Turkustan.info Qafqazinfo-ya istinadən xəbər verir ki, “Buta Palace”da baş tutan toyda bir sıra dövlət xadimləri, tanınmış simalar iştirak edir.

Toya müğənni qismində dəvət olunanlar arasında Xalq artisti Aygün Kazımova və Əməkdar artist Ədalət Şükürov da var. Bundan başqa, Azərbaycanı “Eurovision – 2019” mahnı müsabiqəsində təmsil edən müğənni Çingiz Mustafayev də toyda səhnə alanlar sırasındadır. Toyun aparıcısı isə İTV telekanalının bədii əyləncə və musiqi verilişləri departamentinin rəhbəri Leyla Quliyevadır.

Qeyd edək ki, SOCAR prezidenti deputat Qənirə Paşayeva ilə qohum olur. Belə ki, Rəşad Abdullayev deputatın əmisi Qəzənfər Paşayevin nəvəsi ilə evlənir.