Ç. İyl 17th, 2019

Zelenskidən Rusiyada həbsdə olan dənizçilərlə bağlı bəyanat

Rusiyada həbsdə saxlanılan ukraynalı dənizçilərin azadlığa buraxılması üçün gecə-gündüz çalışırıq.

RİA Novosti xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib.

O qeyd edib ki, Ukrayna dövləti dənizçilərin geri qaytarılması üçün əlindən gələni edir.

Zelenski həmçinin bu problemin həlli üçün şəxsən səylər göstərdiyini bildirib.  /Cebhe.info/