Ça. İyl 16th, 2019

“Azay Quliyevin yenidən ATƏT PA-nin vitse-prezidenti seçilməsi Azərbaycan adına qürurverici bir hadisədir”

“Millət vəkili Azay Quliyevin yenidən 2022-ci ilədək ATƏT PA-nin vitse-prezidenti seçilməsi Azərbaycan adına qürurverici bir hadisədir”.

Turkustan.info xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Azay Quliyevin yenidən ATƏT PA-nin vitse-prezidenti seçilməsinə münasibət bildirərək deyib: “Tam məsuliyyətlə deyirəm ki, bu uğuru qazanmaq beynəlxalq səviyyədə çox çətindir, böyük diplomatik qabiliyyət, zəhmət tələb edir. Azay müəllumi təbrik edirəm, bundan sonra da daha böyük uğurlara imza atmasını arzulayıram”.