Ça. İyl 16th, 2019

“Bu uğuru Prezidentin mükəmməl siyasəti təmin edib” – Azay Quliyev ATƏT PA-nın vitse-prezidenti seçilməsindən yazdı

Millət vəkili Azay Quliyev ikinci müddətə ATƏT PA-nın vitse-prezidenti seçilməsini, mühüm beynəlxalq platformada ölkəmizin əldə etdiyi növbəti uğuru cənab prezident İlham Əliyevin mükəmməl və qətiyyətli siyasətinin nəticəsi adlandırıb: 

Turkustan.info xəbər verir ki, A.Quliyev bu barədə Tvitter səhifəsində yazıb: “İkinci müddətə ATƏT PA-nın vitse- prezidenti vəzifəsinə yekdilliklə seçilməyim ölkəmizə olan yüksək etimadın və inamın göstəricisidir. Beynəlxalq aləmdə qazanılan hər bir uğurun arxasında ölkə prezidenti cənab İlham Əliyevin mükəmməl və qətiyyətli siyasəti dayanır”