Ç. İyl 24th, 2019

Naxçıvanda da DTX rəisi dəyişdi

Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinə yeni rəis təyin olunub.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Nurlan Əjdər oğlu Pənahov Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, Nurlan Pənahov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini vəzifəsində çalışıb (Yeniçağ).