Ç. İyl 17th, 2019

“Silah doğrulduğu anda…” – Sabiq prezident Putin haqqında elə sözlər dedi ki…

“Birisi Putinə silah doğruldarsa, qarşısını kəsərəm. Onun Avropanı idarə etməsini istərdim. Onsuz da, ondan başqa bunu edə biləcək adam yoxdur”.

Bunu “Formula 1”in sabiq prezidenti Bernie Ekkleston deyib.

Rusiya prezidenti Vladimir Putinə olan heyranlığını dilə gətirən 88 yaşlı funksioner “The Times” qəzetinə müsahibəsində bildirib ki, Putin çox yaxşı insandır: “İnsanlar üçün yaxşı olmayan şeyləri əsla etmədi. Krımı da ona görə ilhaq etdi ki, Rusiyanı yenidən birləşdirsin”.

Ekkleston Rusiya ilə İngiltərə arasında gərginliyə səbəb olan Agent Sergey Skripala qarşı sui-qəsdlə bağlı fikirlərini də bölüşüb: “Putin belə bir şey etmədi. Bu tərz işlərlə maraqlanmaq üçün çox məşğul biridir. Belə iddiaları dedi-qoduçular yayır. Mən demokratiya tərəfdarı deyiləm. İdarəetmədə diktatora ehtiyac var. Diktator olaraq “mən bunu edəcəyəm” deyə bilərsiniz. Demokratiyada mövzular uzadılır”. (publika.az)