Ç. İyl 17th, 2019

Tiflisdə Putinlə bağlı media bombasını kim partlatdı?

Vladimir Putinə qarşı Rustavi-2 televiziyasında səsləndirilən təhqirlər Kremlin sərt reaksiyasına hesablanan öncədən planlaşdırılmış provokasiya idi.

Bu sözləri öz Feysbuk səhifəsində PolitRUS ekspert-analitik şəbəkəsinin təsisçisi Vitali Arkov paylaşıb.

“Bu, çətin ki, Georgi Qabuniyanın ekspromtu olsun. Belə ki, özünün çirkin bəyanatını o, sözbəsöz qarşısında duran noutbukundan səsləndirirdi. Bu biabırçı sözlərin Qabuniyanın özünün əvvəlcədən hazırlaması, yoxsa kiminsə hazırladığı məqaləni oxuması artıq elə də vacib deyil. Media bombası onu hazırlayanların hesab etdiyi kimi partladı”, – deyə o bildirib.

Vitali Arkov Rusiya rəhbərliyinin destruktiv qüvvələrin planlaşdırılmış provokasiyasına getməyəcəyinə də ümid etdiyini söyləyib. (axar.az)