Ça. İyl 16th, 2019

Ermənistanın elektrik sistemi çökdü – Metro dayandı, telefon, internet kəsilib

Ermənistan paytaxtı Yerevanda və bəzi rayonlarında günorta saatlarından elektrik enerjisi təminatında problemlər yaranıb. Telefon stansiyası və internet ara-sıra kəsilir, Yerevan metropolitenində hərəkət dayanıb.

Yerevan sakinləri elektrikin qeyri-sabitliyi nəticəsində məişət elektrik cihazların sıradan çıxması halları barədə xəbər verirlər.

Ermənistan baş naziri Tiqran Avinyan ölkə elektrik sistemində problem yarandığını bildirib. Tiran Avinyan Ermənistan energetik sistemində qəza baş verdiyini bildirib.

“Ermənistan energetik sistemində qəza baş verib. Yerevan istilik elektrik stansiyası və Hrazdan istilik elektrik stansiyasının 5-ci bloku dayandırılıb. Bütün respublika üzrə elektrik enerjinin kəsilməsi halları mümkündür”, – Ermənistan baş nazirinin müavini yazıb və problemi “axşam saat 7-yə qədər həll etmək üçün” təmir işləri aparıldığını bildirib.

Müxbirimizin məlumatına görə, Yerevan metropoliteninin bəzi stansiyalarında qatarlar dayanıb, Fövqəladə Hallar Nazirliyi böhran mərkəzi briqadaları qatarlarda qalan sərnişinlərə metro tunellərindən çıxmağa kömək edirlər.

Yerevan meriyası mətbuat katibi Hakob Karapetyan Facebook vasitəsilə vəziyyətin nəzarət altında olduğu, saat 14-də olan məlumata görə, bütün sərnişinlərin evakuasiya edildiyi, lakin bəzi qatarların tunellərdə dayanıb qaldığını yazıb.

“Elektriklə bağlı problem həll olunmayınca Yerevan metrosu işləməyəcək”, – Karapetyan qeyd edib. (BBC Azərbaycanca)