Ça. İyl 16th, 2019

Merkeli üçüncü dəfə titrəmə tutdu – VİDEO

Almaniya Kansleri Angela Merkel rəsmi görüş zamanı yenidən titrəyib.

Bu hal üç həftə ərzində artıq üçüncü dəfədir baş verib.

Turkustan.info xəbər verir ki, A.Merkel bu dəfə Berlində Finlandiyanın Baş naziri Antti Rinne ilə rəsmi görüş zamanı titrəməyə başlayıb.

Həmin kadrlar “Twitter” səhifəsində paylaşılıb. Videoda Kanslerin finlandiyalı nazirlə yanbayan dayanarkən necə titrədiyi aydın görünür.  /Unikal.org/