Ç. İyl 24th, 2019

Prezidentin təltif etdiyi Fərzəlibəyov kimdir? – DOSYE

Xalq artisti Mərahim Fərzəlibəyov teatr sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Mərahim Fərzəlibəyov 26 iyun 1949-cu ildə Bakıda anadan olub.

Teatr sənətinin inkişafında göstərdiyi xidmətlərə, rejissorluqda qazandığı nailiyyətlərə görə 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 28 oktyabr 2000-ci ildə isə xalq artisti fəxri adları ilə təltif olunub.

12 yanvar 2006-cı ildə, Respublika Mədəniyyət Nazirliyinin əmri ilə Akademik Milli Dram Teatrına baş rejissor təyin olunub. 12 may 2010-cu ildə öz xahişi ilə teatrın baş rejissoru vəzifəsindən azad edilib. (axar.az)