Ç. İyl 17th, 2019

Qərbi Azərbaycan vilayətində İran hərbçilərinə hücum olub

İranın qərbində silahlıların hücumu zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun üç hərbi qulluqçusu həlak olub.

Mehr” agentliyi xəbər verir ki, hücum İranın Qərbi Azərbaycan vilayətində, Piranşahr şəhərində baş verib.

Qeyd olunur ki, silahlılar hərbi nəqliyyat vasitəsini atəşə tutub. Nəticədə üç hərbi qulluqçu öldürülüb, daha bir nəfər yaralanıb.   /oxu.az/