Ça. İyl 16th, 2019

Yubiley mövsümü başa çatır…

Sumqayıt Dövlət Dram Teatrı Sumqayıtlıları və şəhərimizin qonaqlarını 50-ci mövsümün son tamaşasına dəvət edir. Tamaşa 19 iyul 2019-cu ildə nümayiş etdiriləcəkdir. Yazıçı – dramaturq Əli Əmirlinin “Sevgilim Sumqayıt” pyesinin maraqlı səhnə versiyası ilə bu ilki mövsüm bağlanacaq. Xatırladaq ki, “Sevgilim Sumqayıt” tamaşası Sumqayıt Dövlət Dram Teatrı kollektivinin Sumqayıtın şəhər statusu almasının 70 illiyinə hədiyyəsidir. Lirik – psixoloji, eyni zamanda sosial- ictimai xəttləri ilə maraq doğuran səhnə əsərində bədii təxəyyüllə sənədli faktların sintezi maraqlı formada təqdim olunur. Quruluşçu rejissor, xalq artisti Firudin Məhərrəmovun orijinal baxış bucağı əsərə yeni çalar qatır. Bütün teatrsevərləri, o cümlədən şəhərimizin qonaqlarını iyulun 19 – da, saat 19.00- da “Sevgilim Sumqayıt” tamaşasına dəvət edirik.