Ça. İyl 23rd, 2019

Bu raketlə ABŞ-ın hər nöqtəsini vurmaq mümkündür – ŞOK ETİRAF

Şimali Koreyanın sahib olduğu “Hwasong-15” qitələrarası ballistik raketləri (ICBM) ABŞ-ın hər nöqtəsinə gedib çatma potensialına malikdir.

Bunu ABŞ Koreya Qüvvələri (USFK) açıqlayıb.

“Yonhap” xəbər agentliyinin məlumatına görə, “Hwasong-15 ICBM”in 12 min 874 km mənzilə sahibdir.

Qeyd edək ki, Şimali Koreya 289 noyabr 2017-ci ildə “Hwasong-15”in sınağını keçirib. Şimali Koreyanın əlində 5 min 500 km mənzilli “Hwasong-13” və 10 min km mənzilli “Hwasong-14” ballistik raketləri var.

Xatırladaq ki, 2017-ci ildən bəri ABŞ-la Şimali Koreya arasında Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi məsələsi ilə bağlı gərginlik yaşanır. (publika.az)