Ça. İyl 23rd, 2019

Güneydə daha bir azərbaycandilli sayt bağlandı

İran Mədəniyyət Nazirliyinin mətbuat katibinin müavini Urmiyanın “Çiçəst” xəbər saytının bağlanmasını tələb edib.

Bu barədə sayt özü məlumat yayıb.

Hazırda məhkəmənin qərarı yazılı şəkildə saytın məsul şəxslərinə təqdim edilməyib. Məhkəmədən bildirilib ki, rəsmi bağlanma məktubu iki günə sayta göndəriəcək.

Sayt rəhbərliyi növbəti elana qədər saytın bağlandığını elan edib.

Qeyd edək ki, son günlər İranda azərbaycandilli saytlar bir-birinin ardınca bağlanır. (kult.az)