Ça. İyl 23rd, 2019

Nibiru GERİ QAYIDIR — Maya təqviminin 10 illik SƏHVİ

2012-ci ildə Maya təqviminə əsasən, dünyanın sonu olacağı barədə iddialar səhv çıxdı.

Nüfuzlu ekspertlər bu dəfə fərqli açıqlamalar veriblər. Onlar qeyd ediblər ki, Qiyamət şübhəsi baş tutacaq. Sadəcə qədim kahinlər proqnozlarında 10 illik dövr xətaya yol veriblər.

Dünyanın sonunun 2022-ci ildə baş verəcəyi ufoloqlar tərəfindən iddia edilir. Məhz 2022-ci ildə güclü partlayış baş verəcək. Bu, bəşəriyyətin məhvinə səbəb olacaq.

Bəzi ekspertlərin fikrinə əsasən, Qu bürcünün “KİC 9832227” sistemində yeni ulduz yaranacaq. Bu ulduz Yerdən 1.800 işıq ili uzaqda olacaq. Bu sistemdə səma cisimləri elə düzülüb ki, aralarında ümumi atmosfer qatı var və fırlanma sürətləri daim artır.

2022-ci ildə ulduzlar toqquşaraq məhv olacaqlar. Ulduzların məhvi enerji və işıq partlayışı ilə nəticələnəcək və yeni, qırmızı ulduz yaranacaq. Bu ulduz isə insan sivilizasiyasını məhv edəcək.

Bəzi ufoloqların fikrinə əsasən isə, Maya öncəgörməsində söhbət Nibiru planetindən gedir və 3 il sonra səmada Ölüm Ulduzu peyda olacaq və Yeri məhv edəcək.

Qeyd edək ki, dünyanın sonu barədə bir çox fikirlər səsləndirilsə də, heç biri özünü doğrultmayıb. (olke.az)