Ça. İyl 16th, 2019

ADAU və Beynəlxalq Miqrasiya Təşkilatı arasında saziş imzalanıb

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və BMT Miqrasiya Agentliyi, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ölkə üzrə Missiya Rəhbəri Vladimir Qjorqjiev arasında Kəhriz Tədqiqat və İnformasiya Mərkəzinın yaradılması və Kəhriz Mühəndisliyi kursunun hazırlanması üzrə layihə icra sazişi imzalanmışdır.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, ADAU-nun Kəhriz Tədqiqat və İnformasiya Mərkəzinin yaradılması və Kəhriz Mühəndisliyi kursunun hazırlanması üçün yetərli insan resursları və fiziki imkanları vardır və ona görə də inanıram ki, kəhriz mühəndisliyi təcrübəsinin növbəti nəsillərə ötürülməsi və bu işin davamlılığının təmin olunması üzrə bu layihəni uğurla icra edəcəyik.
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ölkə üzrə Missiya Rəhbəri Vladimir Qjorqjiev qeyd edib ki, Azərbaycanın seçilmiş regionlarda 40 kəhrizin bərpa olunacağı bir layihəni icra edirlər. Bununla yanaşı, kəhriz sistemləri və onun bərpası üzrə biliklərin, təcrübənin və bu işlə məşğul olan kankan peşəsinin gələcək nəsillərə ötürülməsinə çalışaraq, belə bir akademik əməkdaşlığın qurulmasına nail olublar. Bu məqsədlə Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq edəcəyndən məmnun olduğunu deyib.
Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi kəhriz sistemləri haqqında məlumatların toplanması, təadqiqatların aparılması, kəhrizlər haqqında məlumatların, bilik və təcrübələrin paylaşılması üçün unikal ixtisaslaşmış Mərkəz olacaq. Bu əməkdaşlıq çərçivəsində ADAU müvafiq fakültə müəllimləri kəhriz mühəndisliyi üzrə təlimçilərin təlimində iştirak edəcək və BMqT ilə birlikdə kəhriz mühəndisliyi üzrə fənn kurrikulumu işləyərək, universitetin müvafiq ixtisaslar üzrə tədris proqramlarına salınacaq.

Görüntünün olası içeriği: 3 kişi, takım elbise ve iç mekan

Görüntünün olası içeriği: 1 kişi, oturuyor ve iç mekan

Görüntünün olası içeriği: 2 kişi, gülümseyen insanlar, takım elbise ve iç mekan

Görüntünün olası içeriği: 6 kişi, oturan insanlar, masa ve iç mekan

Görüntünün olası içeriği: 7 kişi, oturan insanlar, masa ve iç mekan