Ça. İyl 23rd, 2019

Ayağını bayıra çıxaran sürücü tapıldı və polislərə qəribə izahat verdi – VİDEO

Hərəkətdə olan avtonəqliyyat vasitəsindən ayağını bayıra çıxaran sürücünün kimliyi müəyyən olunub.

Turkustan.info sputnik.az-a istinadən xəbər verir ki, Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun sözlərinə görə, həmin şəxs 35 yaşlı Mingəçevir şəhər sakinidir:

“Onunla profilaktik söhbət aparılıb, əməlinin hüquqazidd olduğu izah olunub. Lakin həmin şəxs öz çoxillik sürücülük təcrübəsini əsas gətirərək bu əməlinin heç də təhlükəli olmadığını bildirib”.

Vaqif Əsədov qeyd edib ki, inzibati xəta tərkibi yaradan sürücünün əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Mingəçevir Şəhər Məhkəməsinə göndərilib.