Ça. İyl 23rd, 2019

”S-400-lə bağlı bunu söyləyənlər şəxsiyyətsizdir” – Baxçalı

S-400-ün sarayın müdafiəsində istifadə ediləcəyini söyləyənlər cahildir.

Turkustan.info xəbər verir ki, bunu MHP sədri Dövlət Baxçalı deyib. O, S-400-ün Türkiyəyə gətirilməsindən yalnız ölkəsini sevməyən şəxslərin narahat olduğunu söyləyib:

“Milli təhlükəsizliyimiz və mənfəətlərimiz nəyi tələb edirsə, onu da edəcəyik. S-400-ə FETÖ-çü alçaqlar, PKK-çı canilər, qlobal güclər, CHP, İP, HDP qarşıdır, yəni zillət ölkənin müdafiəsindən narahatdır. Onlar nə deyirsə desin, S-400 ölkəmizə gətirilib. S-400-ün sarayın müdafiəsində istifadə ediləcəyini söyləyənlər tək kəlmə ilə cahildir, şəxsiyyətsizdir, köksüzdür”.