Ça. İyl 23rd, 2019

Tiflis İrəvanı çökdürməyə hazırlaşır: Buğda idxalı…

Gürcüstan Ermənistana buğda gətirilməsinə qadağa qoya bilər.

Turkustan.info xəbər verir ki, bu məlumatı “Jamanak” qəzeti yayıb.

“Keçən il Gürcüstan hökuməti 1 sentyabrdan etibarən gürcü yollarının yüklənməsini səbəb gətirərək Ermənistan buğda idxalına qadağa qoymuşdu. O zaman Ermənistan hökuməti bu qadağanın qarşısını ala bildi, amma indi problem yenidən aktuallaşır. Bu dəfə qadağa 1 oktyabrda qüvvəyə minə bilər. Əgər bu baş verərsə, o zaman un, çörək və ətin qiyməti artacaq”, – deyə qəzet bildirib.  /Axar.az/