İl: 2019

Üç təhsil müəssisəsi fəlsəfə və elmlər doktoru hazırlayacaq – QƏRAR

Doktorantura yaradılan təhsil müəssisələrinin sayı artırılıb.  Turkustan.info-nun məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda müvafiq dəyişiklik edib.  Beləliklə, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda elmlər doktoru, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan İlahiyyat İnstitutunda isə fəlsəfə doktoru üzrə doktoranturalar yaradılacaq.  /BakuPost/

Amerikanın azərbaycanlı çempionu… – FOTOLAR

Sağlam bədəndə sağlam ruh olar, deyiblər. Ruhən sağlam olan haraya getsə, hansı ölkədə olsa belə nüfuz sahibi, dəyərli insan olacaq… Elə də yaşı yoxdur, vur-tut 26 yaşı var. Amma bu qısa zaman kəsiyində çox böyük yol keçib, əziyyətə qatlaşıb, çətinliklərə sinə gərib, uğurlara imza atıb. Adıyla bərabər döğma Azərbaycanın da […]

Əfsanəvi Nokia smartfonu yenidən istehsal olunacaq

HMD Global şirkəti əfsanəyə çevrilmiş Nokia N9 smartfonunun yeni versiyasını istehsal etməyi planlaşdırır. Turkustan.info xəbər verir ki, Las-Veqasda keçirilən CES 2019 sərgisində Google stendində bu modeli xatırladan qadjet görüntülənib. Qeyd edək ki, orijinal Nokia N9 2011-ci ilin iyun ayında təqdim olunub. Smartfonun əməliyyat sistemi Maemo (Nokia) və Moblin (İntel) bazasında çalışan MeeGo […]

İnsanlar ən çox həftənin bu günü ürək tutmasından ölürlər – “Ölüm günü” dəyişdi

İndiyə qədər elə düşünürdülər ki, qəfil ürək tutması ən çox həftənin bazar ertəsi günü səhərlər baş verir. Amma bir qrup Amerika alimləri bunun belə olmadığını müəyyən ediblər.  Turkustan.info-nun Medicina.az-a istinadən xəbərinə görə, araşdırmaçılar, əsasən, qəfil ürək tutması və ürəyin elektrik aktivliyinin pozulması hallarını araşdırıblar.  Həkimlərin sözlərinə görə, xəstələrin müalicə üsullarının dəyişdirilməsi […]

Debrecen Universitetində təhsil alan Yusif: “Zədə üzündən “Qarabağ”dan ayrıldım və…”

Azərbaycanı son illərədək sadəcə petrol ölkəsi kimi tanıyırdılar. Amma şükürlər olsun ki, qara qızılımızı insan kapitalına çevirə bilmədiyimizdən gileylənənlər üçün tutarlı cavab olacaq çox müasir və peşəkar gəncliik ordusuna sahiblənməkdəyik. Bu gün gənclərimizin sorağı dünyanın ən nüfuzlu universitetlərindən gəlir və onlar təkcə təhsil almaqla kifayətlənmirlər, eyni zamanda vətəndaşı olduqları ölkənin […]

Hadi Rəcəblinin slavyan qadınla rəqsinin videosu yayıldı – GÖRÜNTÜLƏR

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadı Rəcəblinin slyavyan xanımla rəqs etməsini əks etdirən görüntülər ortaya çıxıb. Turkustan.info bildirir ki, Demokrat.Az-ın əldə etdiyi videodan görünür ki, sözügedən görünütlər xarici ölkələrdən birindəki restoranda çəkilib. Eyni məclisdə Milli Məclisin keçmiş deputatı Asəf Hacıyev də iştirak edir. Sözügedən videonu təqdim […]

Rusiyada dəhşət: 8 nəfər yanaraq öldü

Rusiyanın Voronej şəhəri yaxınlığında baş vermiş avtomobil qəzasında 8 nəfər yanaraq ölüb. Turkustan.info xəbər verir ki, dekabrın 15-də günorta saatlarında “Leksus” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qarşı yola çıxıb və “Toyota Prado” və “Mitsubişi Pajero” markalı avtomobillərlə toqquşub. Nəticədə avtomobillər alışıb, nəqliyyat vasitələrində olan sürücülər və sərnişinlər yanaraq ölüblər. Hadisə yerində […]

“Qarabağda vuruşanlar canidir?” – Ohanyandan Paşinyana…

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 2008-ci il 1 mart qırğınlarında ittiham edilməsinə münasibət bildirib. Turkustan.info xəbər verir ki, sabiq nazir gözlənildiyi kimi ittihamları qəbul etməyib. Ohanyan deyib: “Ermənistan və Qarabağı müdafiə edənlər cinayət törətməkdə ittiham olunurlar.  Bu, konstitusion haqlar baxımından ədalətli qərardır? Görünən budur ki, 1 mart hadisələrindən öz hədəflərinə […]

Kitabxanalar ləğv olundu – RƏSMİ

Azərbaycanın bütün ərazisini əhatə edəcək kitabxana sistemi yaradılacaq  Prezident İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Turkustan.info-nun məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədilə imzalanıb. Fərmanla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki […]

Bakı Nəqliyyat Agentliyi də hava ilə bağlı XƏBƏRDARLIQ etdi

Məlum olduğu kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti yanvarın Yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Rəsmi məlumata görə, havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı, yolların buz […]

Strateji obyektlərin enerji təhlükəsizliyi: Necə qorunur?

Yayda Mingəçevirdə “Azərbaycan” İES-də baş vermiş qəza respublikanın enerji təhlükəsizliyinə risklərin mövcudluğunu göstərdi. Ötən il iyul ayının 3-də stansiyanın bloklarından birində baş vermiş partlayış nəticəsində ölkəyə elektrik enerjisinin verilişində ciddi problem yarandı. Strateji əhəmiyyəti olan qurumlarda problem xüsusi ilə kəskin formada özünü biruzə verdi. Xəstəxanalarda işıqların sönməsi ciddi çətinliklər yaratdı, […]

ASAN xidmətə daha bir mühüm səlahiyyət verildi – Martın 1-dən etibarən…

Prezident İlham Əliyev Konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Turkustan.info xəbər verir ki, fərmana əsasən ASAN xidmətə konsulluq xidməti […]

Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir – XƏBƏRDARLIQ

Ölkə ərazisində yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatında və Milli Hidrometeorologiya Departamentində Qərargahlar yaradılıb, Nazirliyin bütün qurumları səfərbər edilərək gücləndirilmiş iş rejiminə keçib.  Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. ETSN-nin Aparatında  yaradılan Qərargahdan […]

Qulu Məhərrəmli danışdı: “Bu qərar 12 il əvvəl verilməliydi”

“Arif Alışanovun vəzifədən azad edilməsi düzgün qərardır”. Bunu Modern.az-a AzTV rəhbəri Arif Alışanovun vəzifəsindən azad olunması haqqında danışarkən tanınmış telejurnalsit, professor Qulu Məhərrəmli bildirib. O qeyd edib ki, bu qərar 12 il əvvəl verilsə, daha yaxşı olardı: “Mən Arif Alışanov haqqında fikirlərimi çoxdan demişəm. Azərbaycan Televiziyası kimi tarixi ənənələri olan bir televiziyada […]

AZTV-nin yeni rəhbəri kimdir? – Dosye

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Arif Alışanov AZTV-nin sədri vəzifəsindən azad edilib.  Turkustan.info bu məqamda Alışanovun yerinə təyin edilən gənc kadr Rövşən Məmmədovla bağlı bəzi məlumatları təqdim edir. 1979-cu il təvəllüdlü Rövşən Məmmədov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. O, indiyə qədər “Günün nəbzi” və “Həftə” analitik […]

Saakaşvilinin oğlu da “donuz qripi”nə yoluxdu

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin kiçik oğlu Nikoloz H1N1 virusuna – “donuz qripi”nə yoluxub. Turkustan.info xəbər verir ki, bu barədə Saakaşvilinin özü məlumat yayıb. O, oğluna bu diaqnozun Tiflisdə həkimlər (Luqar laboratoriyası) tərəfindən qoyulduğunu bildirib. Rəsmi məlumata görə, Gürcüstanda “donuz qripi”nə yoluxanların sayı 9 minə çatır, onlardan 42-i ağır vəziyyətdədir. Qurbanların […]

Qorxunc virus Ermənistanı cənginə alır – Mindən çox uşaq ölümlə üz-üzə

H1N1 virusu (“Donuz qripi”) Ermənistanda 1 nəfərin həyatına son qoyub. Turkustan.info xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya gətirilən 62 yaşlı kişidə “Donuz qripi” aşkar olunub. Qeyd edək ki, bundan əvvəl – dekabrın 29-da Ermənistanda təhlükəli virusun ilk qurbanı 55 yaşlı […]

Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri açıqlanıb

 Prezident İlham Əliyevin ötən gün imzaladığı fərmanla yaradılmış Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri açıqlanıb. Bu barədə “Report”a Nazirlikdən bildirilib. Xatırladaq ki, yeni qurum Nazirliyin tabeliyində olmuş Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yaradılıb. Beləliklə, baytarlıq […]

Prezident AzTV sədrini işdən azad etdi – YENİ TƏYİNAT (Foto)

Onun yerinə tanınmış jurnalist Rövşən Məmmədov (Raqifoğlu) təyin olunub Prezident İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovu vəzifəsindən azad edib.  Turkustan.info xəbər verir ki, bununla bağlı dövlət başçımız bu gün sərəncam imzalayıb:  “A.N.Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında […]

Yeni yaradılan agentlik bu işləri görəcək – Açıqlama

“Aqrar Xidmətlər Agentliyinin yaradılması optimallaşmanı təmin edəcək”.  Turkustan.info bildirir ki, bu barədə “Qafqazinfo”ya məlumatı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin rəhbəri Vüqar Hüseynov verib. O bildirib ki, “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman prezident İlham Əliyevin həyata keçirdiyi aqrar siyasətin tərkib hissəsidir. Aparılan […]

Bakı metrosunda bu ştatlar ləğv edildi: 100-ə yaxın işçi ixtisara düşdü

“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov stansiyalarda təmizlik işləri aparan işçilərin ştatını ləğv edib. Turkustan.info xəbər verir ki, Z.Hüseynovun bu qərarı verməsinə səbəb metropolitenin stansiyalarında təmizlik işlərini özəl şirkətlərin birinə həvalə etməsidir. Z.Hüseynovun bu qərarı uzun illərdir metropolitenin stansiyalarında təmizlik işləri ilə məşğul olan yüzə yaxın insanın işsiz qalmasına  səbəb […]

“Azərbaycanda sosial ticarət, e-ticarətin bir addım önündə”

E-ticarəti bir addım qabaqlayan sosial ticarətin Azərbaycandakı varlığı ilə əlaqəli aparılan araşdırmanın nəticələrini paylaşan Paym.es-in qurucu ortağı Həsən Cabbarov bildirib ki, “əhali sayı ümumilikdə 9.8 milyon olan Azərbaycanda 2 milyon aktiv instagram hesabı var. İnstagramı satış üçün istifadə edənlərin sayı isə 254 min, instagram vasitəsi ilə Azərbaycanda həyata keçirilən sosial […]

Fədayə Laçın məhkəmə qərarından şikayət etdi

Müğənni Fədayə Laçın və onunla birlikdə təqsirləndirilən 12 nəfər apellyasiya şikayəti verib. Turkustan.info bildirir ki, bu barədə Modern.az-a F.Laçının hüquqlarını müdafiə edən Nurəngiz Qarayeva deyib. N.Qarayeva bildirib ki, təqsirləndirilən şəxslər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qaldıqları üçün hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Şikayət bu gün məhkəməyə təqdim olunub. […]

Əli Kərimliyə icazə verildi… Müsavata isə yox

Əli Kərimli və Milli Şuranın 19 yanvara təyin etdiyi mitinqə icazə verilib. Bunu AXCP sədri Əli Kərimli canlı yayında bildirib. O qeyd edib ki, 19 yanvar saat 15.00-a təyin edilən mitinqə BŞİH razılıq verib. Turkustan.info bildirir ki, BŞİH-dən də Cebhe.info-nun sorğusuna cavab olaraq mitinqə rəsmi icazə verildiyi vurğulanıb. Xatırladaq ki, bundan […]

Nazirliyin səlahiyyətləri azaldıldı – Ramin Quluzadənin bacarmadığı iş Ülvi Mehdiyevə tapşırıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərindən biri ləğv olunub.  Turkustan.info-nun məlumatıma görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.  “Güzəştli mənzil” sisteminin […]

Niyə ölkədə azyaşlı məhkumların sayı artır? – AÇIQLAMA

Uşaqlar tərəfindən törədilən cinayət ədliyyə sistemində ayrı mövzudur. Bu uşaqlarla necə davranaq – onları mühakimə etmək və ya reabilitasiyaya göndərmək lazımdır, onlar kimlərdir: qurban və ya cəllad? Bu sual birmənalı reaksiya doğurmur. Bir tərəfdən, uşaq nə etdiyini sonadək dərk etməyə bilər, digər tərəfdən, əgər o, uşaqlıqda cinayət törədirsə, böyüdüyü zaman […]

Deputat Tahir Kərimlidən daha bir TƏKLİF: “Ədavət və nifrət hisslərindən imtina edilməli…”

“Bu gün qloballaşma vahid din, ideya, mədəniyyət, idarəetmə sistemi kimi bütün dünya ölkələrini qapsamışdır. Müəyyən müsbət cəhətlərini inkar etmədən, getdikcə daha çox dərəcədə millətlərin və xalqların özünəməxsusluğu itməkdədir. Dünyanı idarə edənlər öncələr beynəlxalq dünya təşkilatları – BMT, UNECKO, Dünya Bankı və digərlərini yaratmaqla öz dünya hakimiyyətlərini həyata keçirirdilərsə, indi bunu […]

“Kor ərəbin mahnısı” Sənət Akademiyasının möcüzə səsində… Fotolar+video

“Film-klipimizin, yəni, “Kor ərəbin mahnısı”nın Naxçıvanda çəkilən hissələri artıq başa çatdı. Buna, yəni, çəkiliş truppama göstərdikləri böyük diqqət və qaygıya görə, başda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri  Vasif müəllim Talibov olmaqla, bütün zəhməti keçən dəyərli insanlara öz adımdan böyük təşəkkürümü və minnətdarlığımı bildirirəm”. Turkustan.info xəbər verir ki, bu sözləri […]

65 yaşınız mübarək, Ağalar Bayramov!

Söz! Görəsən, biz sənin borcundan çıxa bilərikmi? Görəsən, sənin qədər bizə xidmət edən ikinci bir şey varmı?.. Söz! Sən olmasaydın, biz sevgimizi necə anladardıq? Sən olmasaydın, qəzəbimiz qılınc kimi içimizi doğramazdımı?.. Bəli, sözlərin də sakiti, cəsuru, qorxağı, mehribanı, qəzəblisi var, lap elə içimizdə olan hisslər kimi… …Sözlərin toxdağlıq tapdığı, kəlmələrin […]

“Müşərrəf Akayın səsimə bu qədər dəyər verməsi məni qürurlandırdı” – Çilənay Hüseynova ilə MÜSAHİBƏ

Bəstəkar-ifaçı Çilənay Hüseynova Turkustan.info-nun suallarını cavablandırır: Çilənay xanım, daha bir ili geridə qoyduq. 2018-ci il Çilənay xanım üçün necə keçdi? Yaradıcılığınızda, şəxsi həyatınızda… Öncəliklə xoş gördük əziz izləyicilərim. 2018 il geridə qoyduq ve bir il daha keçdi ömrümüzdən. Sevincli və kədərli bir il. Mənim üçün bu il xoş anlarla xatirəmdə […]

Naxçıvanda ana və bala bəbirin görüntüləri qeydə alınıb – VİDEO

Naxçıvan Muxtar Respublikasının Həsən Əliyev adına Zəngəzur Milli Parkında  ana və bala bəbirin foto və videogörüntüləri qeydə alınıb. Turkustan.info-nun xəbərinə görə, fotolar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) ilə bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri birgə layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə 2018-ci ilin […]

Rüfət Aslanlı barəsindəki qalmaqallı şikayət təsdiqləndi – Rəsmi

“Bu gün verəcəyim açıqlama prosesin sonrakı gedişinə mane ola bilər”. Turkustan.info xəbər verir ki, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev son günlər mətbuatda Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq rəhbəri Rüfət Aslanlı ilə bağlı türk iş adami tərəfindən ona ünvanlanan şikayət məktubu barədə əməkdaşımızın sualına cavab verərəkən deyib. K.Əliyev […]

Hava kəskin dəyişir – Bakıya qar yağa bilər XƏBƏRDARLIQ

Temperatur 10 dərəcə aşağı enəcək “Yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir”. Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Ötən günlərlə müqayisədə havanın temperaturu kəskin -10 dərəcə aşağı enəcək.  Onun sözlərinə görə, havanın kəskin dəyişməsinə səbəb ölkə ərazisinə […]

Samir Adıgözəlli dövlət qeydiyyatından keçmiş yeni Siyasi Mərkəzin rəhbəri oldu

Tanınmış ictimai-siyasi fəal Samir Adıgözəlli bundan sonra yeni yaradılan quruma rəhbərlik edəcək. Azinforum.az-ın əldə etdiyi məlumata görə, Samir Adıgözəllinin rəhbəri seçildiyi qurumun adı İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzidir (İSBAM). Yeni Mərkəz rəsmi dövlət qeydiyyatından da keçib. S. Adıgözəlli Azinforum.az-a bildirdi ki, sədr seçildiyi Mərkəzin əsas fəaliyyət sferası siyasi […]

Kreml: Münaqişə uzun on illiklər davam edə bilər, hazırda sülh şansı yoxdur

Dmitri Peskov: “Sülhün təmin olunması Ukraynada müharibə partiyasının hakimiyyətdə qalıb-qalmamasından asılı olacaq” Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Donbas vilayətində münaqişənin uzun onilliklər müddətində “dondurulması” riskini dəyərləndirib. Turkustan.info Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Peskov bu barədə “Arqumenti i faktı” nəşrinə müsahibəsində danışıb.  “Bu, Kiyevdən asılı olacaq, orada müharibə partiyasının […]

Bakıda qadın intim fotoları ilə şantaj edildi – Metro polisinə şikayət

Bakı şəhər sakini olan qadın şantaj edilməsi barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Turkustan.info xəbər verir ki, yanvarın 14-də Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə polis şöbəsinə müraciət edən Bakı sakini həmin gün saat 16 radələrində metronun “Elmlər Akademiyası” stansiyasında bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb etdiyini […]

Tərtərdə dəhşət – Ailəli qadınla mesajlaşana işgəncə verildi

Tərtər rayonunda SMS yazdığı qadının yaxınları tərəfindən döyülən şəxs özünə xəsarət yetirib. Turkustan.info xəbər verir ki, rayonun Ələsgərli kənd sakini 43 yaşlı E.Z. özünə bıçaqla xəsarət yetirdiyi üçün xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı onun həmkəndlisi 28 yaşlı qadınla mesajlaşdığı səbəbindən qadının əri 35 yaşlı Fariz Əliyev, qardaşları Ramin və Ruslan, əmisi oğlanları […]

ABŞ NATO-dan çıxa bilər – Tramp qalmaqal yaratdı

ABŞ prezidenti Donald Tramp ölkəsini NATO-dan çıxarmaq fikrinə qayıda bilər. Turkustan.info xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti yazır.   Qəzetin məlumatına görə, Tramp NATO-ya üzv digər ölkələrin hərbi sahəyə ayırdıqları vəsaitin həcmindən narazıdır. 2018-ci il ərzində Trampın bir neçə dəfə NATO-dan çıxmaqla bağlı açıqlama verdiyi məlumdur. Onun yüksək […]

Məhkumlar Mehmana görə aclıq keçirir? – Rəsmi cavab

Son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə cəza çəkdiyi dövr ərzində yeni cinayət əməli törətdiyinə görə barəsində cinayət işi başlanmış Mehman Hüseynova dəstək məqsədilə ayrı-ayrı penitensiar müəssisələrdə saxlanılan bəzi məhkumlar tərəfindən guya aclıq aksiyası keçirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilib. Penitensiar xidmət bildirir ki, tabeçilikdə olan istintaq […]

Bu dövlət qurumları ləğv edildi: işçilərin taleyi… – İqtisadçı

Prezidentin sərəncamı ilə ləğv edilən qurumlarda çalışanlardan dövlət qulluqçusu statusu olan şəxslər vakant yerlərdə yerləşdiriləcək. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, dövlət qulluqçusu statusu olmayanların da yeni açılan və sonradan açılacaq agentliklərdə təyinatı üzrə yerləşdirilməsi prosesi gedəcək. İqtisadçı struktur islahatlarının davamının olacağını […]

Korrupsiyaya görə 17 nəfər vəzifəsindən azad edildi

“Ötən il araşdırılması üçün aidiyyəti qurumlara göndərilmiş müraciətlər üzrə aparılmış xidməti yoxlamalar nəticəsində vəzifəli şəxslərin hərəkətlərində aşkar edilmiş cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 25 vəzifəli şəxsə xəbərdarlıq, 16 vəzifəli şəxsə töhmət, 3 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib, 17 nəfər isə vəzifəsindən azad edilib”. Turkustan.info “Report”a istinadən […]

Zamirə Hacıyevanın bir milyonluq üzüyü müsadirə olundu – FOTO

Britaniyanın aidiyyəti qurumları həbsdə olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın bir milyon funt sterlinqdən bahalı (təxminən 2,2 milyon manat – red.) briliyant üzüyünü müsadirə edib. Turkustan.info xəbər verir ki, bu haqda Telegraph məlumat yayıb. Məlumata əsasən, Cahangir Hacıyev 8,9 karatlıq briliyant üzüyü səkkiz il əvvəl “Harrods” […]

Gürcüstanda donuz qripindən daha iki nəfər ölüb

Gürcüstanda daha iki nəfər A qrip virusunun növü olan H1N1 “donuz qripi”ndən dünyasını dəyişib. Turkustan.info Gürcüstan mətbuatına istinadən xəbər verir ki, ölənlərdən biri 10 aylıq uşaqdır. Bu artıq laboratoriya tərəfindən təsdiq edilən 16-cı ölüm halıdır. Gürcüstan Səhiyyə nazirliyindən jurnalistlərə açıqlama verilərkən bildirilib ki, uşaq həmçinin qızılca xəstəsi olub. İkinci ölən şəxs […]

Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır

Zamirə Hacıyevanın oğurladıqları üzə çıxdıqdan sonra İngiltərədə daxili işlər nazirinin rəhbərliyi ilə Azərbaycandan gələn pul vəsaitlərini araşdırmaq üçün qrup fəaliyyətə başlayır; Anar Məmmədov bu ölkədə ən çox varidatı olan azərbaycanlı hesab olunur  Turkustan.info bildirir ki, bu barədə “Report” “Deutsche Welle”yə istinadən xəbər verir. Qrupa maliyyə naziri Filip Hammond və daxili […]

İcra hakimiyyətinə etiraz edən qadın öz başına kərpic vurub – Rüşvət qalmaqalı (Video)

Yasamal rayonu, İsmayıl Bəy Qutqaşenli küçəsi 10 ünvanında yaşayan Yaqubova Aynur İsfəndiyar qızı Yasamal Rayon İcra Hakimiyyətindən şikayətçidir. Anadangəlmə məhdudiyyətli oğlu ilə yaşayan Aynur Yaqubova, uzun müddət pul yığaraq evini genişlətmək qərarına gəlib. Bütün müsibətlər də bundan sonra başlayıb. Şikayətçinin bildirdiyinə görə, evinin ikinci mərtəbəsinə əlavə artırma etməyə başlayarkən, yerli […]

“25 vəzifəli şəxsə xəbərdarlıq, 16 vəzifəli şəxsə töhmət verilib” – Korrupsiya CİNAYƏTLƏRİ

2018-ci il ərzində Baş İdarə rəisi, Baş İdarə rəisinin müavinləri, idarə və şöbə rəisləri, Təşkilati və informasiya təminatı idarəsinin prokurorları tərəfindən ümumilikdə 1620 vətəndaş qəbul edilib.  Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, bunu Baş prokuror yaninda Korrupaiyay qarşı Mübarəizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib. O qeyd edib ki, korrupsiyaya qarşı […]

Azərbaycanda korrupsiya statistikası AÇIQLANDI – 222 cinayət işi, 61 vəzifəli şəxs…

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilib.  Turkustan.info xəbər verir ki, Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, hesabat dövründəiqtisadiyyatın […]

Pul ödəyin, bu ölkələrin vətəndaşı olun – SİYAHI

Hər bir ölkənin prosedurlarına uyğun olaraq, vətəndaşlığını almaq mümkündür. Uzunmüddətli yaşamaq, yerləşmək üçün müraciət etdikdə bir çox ölkə müvafiq vizanı tələb edir.  Amma vətəndaşlığı yalnız müəyyən pul müqabilində verən ölkələr də var. Fins.az pul qarşılığında vətəndaşlıq təklif edən 20 ölkənin siyahısını təqdim edir. Uruqvay Uruqvay balanslaşdırılmış iqtisadiyyatı və vətəndaşların sosial hüquqlarını […]

Nazir Səhlab Bağırovun vəzifəsini dəyişdi – BŞBPİ-dən getdi

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iki generalın yerini dəyişib. Turkustan.info unikal-a istinadən xəbər verir ki, Ramil Usubovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub. Nazirin digər əmri ilə, Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev […]

Bu gün bıçaqladı, sabah baş kəsəcək – Qanlı olayla bağlı SOS – VİDEO

“Qardaşını bıçaqladı, atasının başını kəsdi, anasını doğradı…” Son vaxtlar sosial mediada bu cür xəbərlərin sayı durmadan artmaqdadır. Ötən həftə Nizami metrosunda 22 yaşlı gəncin ürəyindən bıçaqlanaraq öldürülməsi də gündəmin əsas mövzularından birinə çevrildi. Yeniyetmə və gənclər niyə bu qədər aqressivləşib, onları qanlı hadisələr törətməyə vadar edən hansı səbəblərdir? Cəmiyyətdə bu […]

Yerevanda azğın general Manvel Qriqoryanın həbsini TƏLƏB ETDİLƏR

Ermənsitanda Qarabağ müharibəsi veteranlarından ibarət olan “Yerkrapa” yarımhərbi təşkilatın rəhbəri,  Azərbaycan ərazilərinin işğalına başçılıq etmiş və Qarabağda soydaşlarımıza qarşı çoxsaylı hərbi cinayətlər törədərək “Artsax qəhrəmanı” adı almış general Manvel Qriqoryanın həbsini tələb edən insanlar etiraz aksiyasl keçiriblər. Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki. etirazçılar  baş nazir Nikol Paşinyanla görüşmək istədiklərini […]

“Bir-birini təkrarlayan ali məktəblər, dövlət komitələri və nazirliklər də birləşdirilməlidir”

“Ölkə prezidenti tərəfindən bir neçə qurumun ləğv edilməsini ciddi islahatlara doğru atılan praktik addım kimi qəbul edirəm. Əlbəttə, bu qurumların ləğvini təəssüflə qarşılayanları başa düşürəm. Kimsə istəməz ki, indiki zamanda iş yerini itirsin, sabit maaşdan məhrum olsun. Ancaq onu da qəbul etməliyik ki, dövlət büdcəsinin xərclər yükünü bacardıqca yüngülləşdirmək lazımdır”.  […]

Burnu ilə balabanda ifa edən sabirabadlı hər kəsi heyrətləndirdi – VİDEO

Sabirabad rayonu, Yolçubəyli kənd sakini İlqar Eyvazov bir çox musiqi alətlərini ifa etməyi bacarır. Onun ən maraqlı tərəfi isə balabanı burnu ilə ifa etməsidir. Turkustan.info-nun “Xəzər” TV-yə istinadən məlumatına görə, 46 yaşlı İlqar Eyvazov Sabirabad rayonu Yolçubəyli kəndində yaşayır. İlqar Eyvazov onda musiqiyə marağı babası, el aşığı olan Aşıq Qəribin oyatdığını deyir. […]

ABŞ-da Azərbaycan həsrətiylə yaşayan alim…

Həzrəti Süleymandan sonra yer kürəsində bütün canlıların dilini bilən hələ ki, ikinci bir kimsə doğulmayıb. Doğrudur, biz həyatda çox dil bilən poliqlotlarla rastlaşmışıq, dünyada 24 dil bilən 100 nəfərdən biri elə bizim soydaşımız Yaqub Abbasovu nümunə gətirmək olar. Amma sirli, qədim dilləri bilən adamlar bu gün dünyada çox azdır. Onları […]

Türkiyədə 80 min əsgər əmr gözləyir

Hədəf isə 30 min kvadrat kilometrlik sahədə terror təşkilatlarını tamamilə məhv edib təhdid dəhlizini bitirməkdir Türkiyə Mümbiç və Fəratın şərqində əməliyyat aparmaq üçün hazırlıqları başa çatdırıb. Turkustan.info “Haber7“ə istinadla xəbər verir ki, əməliyyat üçün 80 min əsgər əmr gözləyir. Bu rəqəm 1974-cü ildə Kipr Sülh Hərəkatına qatılan 40 min əsgərdən iki […]

Bakının böyük bir hissəsində qaz olmayacaq

Saat 10:00-dan təmir işləri tamamlananadək təbii qazın verilişində məhdudiyyətlər olacaq  Sabah Bakının 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Biləcəri qəsəbələri və Motodrom yaşayış sahəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Turkustan.info bildirir ki, “Azəriqaz” İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, buna səbəb Bakının Binəqədi rayonunun Cavadxan küçəsində […]

Tahir Kərimli: “Bu himni sizə mən vermişəm, nə haqla məni söyürsünüz?”

Turkustan.info Teleqraf.com-a istinadən Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli ilə müsahibəni təqdim edir: – Dövlət himni ilə bağlı təklifdən sonra Qriqorian təqvimini saxlamaqla, paralel olaraq, təqvimdə milli adlardan istifadə barədə fikirləriniz birmənalı qarşılanmadı. Təkliflərinizlə bağlı cəmiyyətin reaksiyasına münasibətiniz necədir? – Hamını ittiham etmək fikrindən uzağam, çünki təkliflərimi bəyənənlər də var. […]

Litva məhkəməsində Qorbaçova hökm oxunacaq

Litvada 1991-ci ildə Vilnüs teleqülləsinə hücuma görə Rusiya vətəndaşlarına qarşı açılan cinayət işi ilə əlaqədar məhkəmə prosesi sona çatmaq üzrədir. Turkustan.info yerli KİV-ə istinadən bildirir ki, məhkəmə fevralın 18-də yekun qərar verəcək. Məhkəmə prosesi çərçivəsində SSRİ-nin eks-prezidenti Mixail Qorbaçov barədə də qiyabi hökm verilməsi nəzərdə tutulub. Qeyd edək ki, Litvada […]

4 qurum bir agentlikdə birləşdirildi – Fərman

Prezident İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Fərrman imzalayıb. Turkustan.info verir ki, fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi […]

Nazirlikdən pensiyalarla bağlı AÇIQLAMA

“Yaxın günlərdə pensiyaların maliyyələşdirilməsi təmin olunacaq”. Turkustan.info-nun məlumatına görə, bu barədə “Report”a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib. Onun sözlərinə görə, Azərbaycanda bütün aylar üzrə pensiyaların ödənişi müvafiq qrafik əsasında vaxtlı-vaxtında ödənilir: “Eyni zamanda hər il olduğu kimi, cari ilin yanvar ayında da yeni […]

Bəzi dövlət qurumları ləğv edilir – FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Turkustan.info xəbər verir ki, fərmanın imzalanmasında məqsəd Azərbaycan Respublikasında dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsidir. Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və […]

Prezident bu nazirliyi ləğv etdi, əvəzində…

Prezident İlham Əliyevin bu gün verdiyi fərmanla Müdafiə Sənayesi nazirliyi ləğv edilib. Turkustan.info xəbər verir ki, nazirliyin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Cəmiyyətin sədrinin və sədr müavinlərinin təyinatı, cəmiyyətin yenidən ləğvi və təşkili Prezidentin səlahiyyətində olacaq. Fərmanla daha ətraflı BURADA tanış ola bilərsiniz.   /Axar.az/

Pensiyalar nə vaxt veriləcək? – Nazirlikdən AÇIQLAMA

“Yaxın günlərdə pensiyaların maliyyələşdirilməsi təmin olunacaq”.  Turkustan.info xəbər verir ki, bunu mətbuata açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov deyib.  Onun sözlərinə görə, Azərbaycanda bütün aylar üzrə pensiyaların ödənişi müvafiq qrafik əsasında vaxtlı-vaxtında ödənilir: “Eyni zamanda hər il olduğu kimi, cari ilin yanvar ayında da yeni büdcə ilinin başlanması ilə […]

Putin Paşinyanı təbrik etdi

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri vəzifəsinə təyinatı münasibəti ilə Nikol Paşinyana təbrik teleqramı göndərib. Turkustan.info bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Rusiya dövlət başçısının təbrikində qeyd edilir ki, “Rusiya və Ermənistan arasında münasibətlər dostluğun və qarşılıqlı hörmətin xeyirxah ənənələrinə əsaslanır və ölkələr müxtəlif sahələrdə məhsuldar əməkdaşlıq […]

Türkiyə mətbuatı Azərbaycanın döyüş sursatından yazdı

Türkiyənin savunmasanayi.org saytının rəsmi “Facebook” səhifəsində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və bu günlərdə poliqon sınaqları keçirilən 125 millimetrlik tank topları üçün nəzərdə tutulmuş döyüş sursatı ilə bağlı məlumat yayılıb. Turkustan.info xəbər verir ki, “Facebook” səhifəsində poliqon sınaqlarının əsas məqsədi və nəticəsi barədə ətraflı məlumat verilib.  Qeyd edək ki, ötən ilin […]

“Düzəlib hər yarağımız, qalıb saqqal darağımız” – Deputatdan həmkarının ay adları barədə təklifinə reaksiya

Milli Məclisin deputatı Fəzail İbrahimli millət vəkili həmkarı Tahir Kərimlinin təqvim aylarına milli adların verilməsi təklifinə münasibət bildirib. Turkustan.info bildirir ki, F.İbrahimli “Ölkə.Az”a açıqlamasında bu cür təklifin məntiqsiz olduğunu söyləyib: “İnanmıram ki, Tahir Kərimlinin bu cür düşüncəsinə kimsə şərik olsun. Axı ayların adını dəyişməkdə məqsəd nədir? Misal var ki, düzəlib […]

Dini Komitənin sədri Səudiyyə Ərəbistanının yeni səfiri ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (DQİDK) Mübariz Qurbanlı yanvarın 14-də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr ilə görüşüb.Görüş zamanı səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Dövlət Komitəsinin sədri ona fəaliyyətində uğurlar arzulayıb. Azərbaycanla Səudiyyə […]

Azərbaycanda enerji içkiləri ucuzlaşdı

Azərbaycanda bir müddət əvvəl bahalaşan enerji içkiləri yenidən ucuzlaşıb. Turkustan.info xəbər verir ki, buna səbəb aksiz vergisinin tətbiq edilmə tarixinin bir qədər uzadılmasıdır.  Bu barədə “Hell Azərbaycan” şirkətinin marketinq dirketoru Müşviq İsgəndərov məlumat verib. O, “Hell”in satış qiymətinin əvvəlki kimi 1 manat olduğunu deyib.  Qeyd edək ki, Nazirlər Kabineti “Azərbaycan […]

Erməni general Paşinyanı sınağa çəkir: Hakimiyyət kimə məxsusdur?

Ötən gün Üçmüədzin şəhərinin sakinləri Manvel Qriqoryanın azad edilməsinə qarşı etiraz aksiyalarına yenidən başladı və hava limanına gedən yolu bağladılar. Aksiya iştirakçıları ilə polis rəisinin müavini və Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı görüşsə də, məsələ həll edilmədi. “Hakimiyyət xalqındır, biz də xalq olaraq yolu bağlamağa qərar veririk”, – deyə […]

Fəzail Ağamalı növbədənkənar parlament seçkilərinin niyə bu il keçirilə biləcəyini İZAH ETDİ

“2018-ci ilin aprelin 11-də baş tutan prezident seçkilərindən sonra ən müxtəlif səviyyələrdə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı fikirlər səsləndirilir. Yeni Azərbaycan Partiyasının səlahiyyətli şəxsləri tərəfindən buna ehtiyacın olmadığı da qeyd edilib. 2019-cu ildə isə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məsələ yenidən gündəmə gəlib. Getdikcə bu məsələ özünün aktuallığını […]

Azərbaycanda yayılan qriplə bağlı AÇIQLAMA verildi

Hazırda Azərbaycanda qrip virusu geniş yayılıb. Bağçalar, orta və ali məktəblər, iş yerlərində hər 4 nəfərdən 1-i qripdir. Güclü baş və boğaz ağrısı, öskürəklə müşayiət olunan xəstəlik sağalmaq bilmir. Qonşu Gürcüstanda sürətlə yayılan və 14 insanın ölümünə səbəb olan “donuz qripi” (A-H1N1 tipi) təhlükəsi isə insanların təşvişini artırır. Azərbaycan Dövlət […]

Bakıda küləkli havada gəmi dənizə çıxıb: “Azyaşlı uşaqların çığırtısı, ağlaşması …” – ŞAHİD

“SOCAR “28 May” adına NQÇİ-nin işçisi Fəxri Qurbanlı yazır: “Dünən iş vaxtı qurtardı, evə gəlməli idik. “Turan” gəmisinin səhər dəniz vağzalından yola düşməsini eşidib xeyli təəccübləndik””.  Turkustan.info xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı öz “Facebook” hesabında yazıb. “Küləkli hava günortadan sonraya proqnozlaşdırıldığından düşündük ki, gəmi geri […]

3 günlük körpə niyə qəbiristanlığa atıldı? – Detallar

Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda tapılmış 3 günlük qız uşağı qeyri-rəsmi nikahdan doğulub. Turkustan.info-nun verdiyi məlumata görə, körpənin anası N.Ağayeva əvvəllər ailəli olsa da, həyat yoldaşı 7-8 il əvvəl dünyasını dəyişib. Xanımın bu rəsmi nikahdan 2 qızı, bir oğlu var. Ehtimal edilir ki, qeyri-rəsmi münasibətdən övlad dünyaya gətirən xanım qınaq […]

Nazirlikdən küləkli hava ilə bağlı – Xəbərdarlıq

Azərbaycanda küləkli hava ilə bağlı xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 15-i gündüz və 16-da arabir güclənən cənub-qərb küləyi əsəcək. Azərbaycanın rayonlarında yanvarın 15-16-da bəzi rayonlarda cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.   

Bakı metrosunda problem – Sərnişinlər vaqonlardan çıxarıldı

Bakı metrosunda qatarda problem yaranıb. Turkustan.info xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında “Bakı Metropolteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, hadisə bu gün saat 13:50 radələrində “Bakı Metropolteni”nin “Sahil” stansiyasında baş verib. Belə ki, “Həzi Aslanov”-“İçərişəhər” marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yaranlb. Nəticədə […]

Bakıda yol polisinin binası bir aydan sonra belə oldu – FOTOLAR

Sabunçu rayon DYPŞ-nin yeni rəisi Hafiz Məmmədov binanı əsaslı təmir etdirib Bakının daha bir yol polisi şöbəsinin binasının görkəmi dəyişib. Turkustan.info xəbər verir ki, söhbət Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsindən gedir. Şöbənin yeni rəisi, polis mayoru Hafiz Məmmədov bir ay ərzində binanı əsaslı təmir etdirib. Artıq təmir işləri başa çatıb […]

Baş redaktor Qazaxıstanın Bakıdakı səfiri ilə görüşüb – FOTO

Bu gün “Turkustan” qəzetinin və Turkustan.info saytının baş redaktoru “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İssabayevlə görüşüb.  Görüşdə Azərbaycan və Qazaxıstan münasibətlərində, eyni zamanda Türk dövlətləri arasında inteqrasiya prosesində medianın, ictimai sektorun rolu ilə bağlı fikir mübadiləsi aparılıb.  A.Camal bildirib ki, müzakirə olunan məsələlərlə bağlı […]

Əl Cəzirənin azərbaycanlı xanım əməkdaşı: “Bura böyük gələcək və uğurlu karyera deməkdi”

Ayseba Umudlu: “Dünyanın ilk beşliyində olan telekanalda işlədiyim üçün özümü çox şanslı sayıram” Azərbaycanlı gənclərin xarici platformalarda uğur qazanması, mövqeyə sahiblənməsi həmişə sevin diricidir. Belə gənclərimizdən biri də Aysəba Umudludur. Aysəba xanım bir müddət öncə dünyanın ən məşhur telekanallarından biri olan Əl Cəzirədə işə düzəlib. O, “Yeni Müsavat”ın əməkdaşı ilə […]

Azərbaycanda supermarketə silahlı basqın: Xəsarət alan var

Azərbaycanda supermarketə silahlı basqın olub. Turkustan.info-nun verdiyi xəbərə görə, “Bazarstore” marketlər şəbəkəsinin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən filialına gələn maskalı şəxs silahla kassiri hədələyərək pul tələb edib. Mağazanın mühafizəçiləri və müdir müavini Famil Babayev həmin şəxsə müdaxilə edərək zərərsizləşdirmək istəyiblər. Silahlı şəxs tapançanın arxası ilə Famil Babayevin başından vuraraq oradan […]

Bakıda əsgərliyə getməyə hazırlaşan gəncin dəhşətli qətli – Təfərrüat

Bakıda qətl törətməkdə təqsirləndirilən 1975-ci il təvəllüdlü Ərəstun Ərəbovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Turkustan.info xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlumata görə 1975-ci il təvəllüdlü Ərsətun Ərəbov əvvəl də qəsdən sağlamlığa ağır zərər […]

Xəbərdarlıq: İki gün işıq olmayacaq

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq Bakı və Abşeron yarımadasının bəzi qəsəbələrdə 2 gün ərzində elektrik enerjisinin verilişində qısamüddətli fasiələlər yaranacaq. Turkustan.info bildirir ki, bu barədə Sputnik Azərbaycan-a “Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən (ASC) məlumat verilib. Qeyd olunub ki, bağlar Enerji Təminatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən 110/35/6 kV-luq […]

BDU-ya təyinat alan şöbə müdiri: “Tapşırılan işin öhdəsindən gələcəm”

Uzun müddətdir Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışan Nazim Məcidov Bakı Dövlət Universitetinə aparılıb. O, rektor əvəzi Firudin Qurbanovun əmri ilə universitetin Kadrlar şöbəsinin müdiri təyin edilib. N.Məcidov təyinatı ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb. – Nazim müəllim, bizim üçün Sizin Bakı Dövlət Universitetinə gətirilməyiniz xəbəri gözlənilməz oldu. – Bu təyinat […]

Paşinyan yenidən baş nazir seçildi

Nikol Paşinyan yenidən Ermənistanın baş nazir seçilib. Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, prezident Armen Sarkisyan artıq müvafiq sənədə qol çəkib. Onun namizədliyi “Mənim addımım” bloku tərəfindən irəli sürülmüşdü. Yaxın 15 gün ərzində yeni hökumətin formalaşacağı gözlənilir.  /Modern.az/ 

BDU-da maraqlı təyinat: Bulvar İdarəsinin rəis müavini gəldi

Bakı Dövlət Universitetində (BDU) kadr dəyişikliyi baş verib. Turkustan.info strateq.az-a istinadən xəbər verir ki, universitetin rektor əvəzi Firudin Qurbanovun əmri ilə Kadrlar şöbəsinin müdir əvəzi Təranə Əhədova vəzifəsindən azad edilib. Rektorun digər əmri ilə Nazim Məcidov BDU-nun Kadrlar şöbəsinin müdiri təyin edilib. N.Məcidov xəbəri təsdiqləyib: “Yanvarın 11-də BDU rektorunun əmri ilə Kadrlar […]

Həcc ziyarətinin qiymətləri artacaq – QMİ

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndə heyəti Azərbaycandan bu ilki Həcc ziyarətinin təşkili ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyinin dəvəti ilə bu ölkədə səfərdə olub. Turkustan.info bildirir ki, QMİ-dən Teleqraf.com-a verilən məlumata görə, səfər zamanı Səudiyyə tərəfinin ziyarət ilə bağlı bu ilki şərtləri öyrənilib, zəvvarların qalacağı otellər müəyyənləşdirilib. Hazırda səfərdən qayıdan […]

Ekspert: Bu il dollara tələb artacaq – Bəs manatın məzənnəsi?

Ötən ilin yekunları göstərir ki, manatın məzənnəsinə neftin dünya bazar qiyməti və qeyri-neft ixracatımızdakı tərəfdaş ölkələrin milli valyutalarının kursu ilə yanaşı idxalın həcmi də birbaşa təsir göstərir. İdxalın artması dollara tələbi yüksəldir. Turkustan.info xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib. O bildirib ki, 2018-ci ildə aylar üzrə dollara tələbin dəyişməsi […]

Prezident struktur islahatlarının anonsunu verdi: Hansı nazirliklər və komitələr ləğv ediləcək?

Xeyli sayda qurumun ləğv edilərək bir nazirlikdə birləşdirilməsi haqda təkliflər var… Azərbaycanda dövlət idarəetmə orqanlarında ciddi struktur islahatları gözlənilir. Belə ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 11-də keçirilən iclasında bununla bağlı ciddi anons verib. Prezident daha çevik idarəetmə strukturunun yaradılması ilə bağlı işlərə başlanacağını bildirib: “İndi struktur islahatı gözlənilir. […]

Bakıda masaj salonu adı ilə fahişəxana təşkil edən qadın saxlanıldı

Paytaxtda bir neçə obyektin əxlaqsızlıq yuvası kimi fəaiyyət göstərdiyi məlum olub. Turkustan.info “ölkə.az”a istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində masaj salonu adı altında fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil edən 1984-cü il təvəllüdlü Güləndam İsrail qızı Murtuzova ayında Prokurorluqda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində […]

“Pensiyalarda 9 faiz artım ola bilər”

Bu halda indeksasiya nəticəsində pensiya məbləğlərinin daha çox artmasının şahidi ola bilərik “Pensiyalar necə indeksasiya olunmalıdır? Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin 11 ayında orta aylıq əmək haqqı 2.9 faiz artıb. Bu ayda pensiya məbləğləri 2018-ci ildə orta aylıq əmək haqqındakı faiz artımına indeksasiya olunmalıdır”.  Turkustan.info xəbər verir ki, bu […]

Pensiyalar necə indeksasiya olunmalıdır? – Təkmilləşdirməyə ehtiyac var

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin 11 ayında orta aylıq əmək haqqı 2,9 faiz artıb. Bu ayda pensiya məbləğləri 2018-ci ildə orta aylıq əmək haqqındakı faiz artımına indeksasiya olunmalıdır. Baza hissəsi ləğv olunduğundan tam məbləğin indeksasiyası həyata keçiriləcək. Qeyd edim ki, 2018-ci ildən başlayaraq pensiya məbləği infilyasiya səviyyəsinə deyil, […]

Avtomobillər bahalaşıb, alan yoxdur…

Əvvəlcədən bildirdiyimiz kimi, bu ilin əvvəlindən avtomobillərin qiymətində artım müşahidə edilməkdədir. Turkustan.info bildirir ki, bunu Modern.az-a iqtisadçı Vüqar Bayramov bildirib. O qeyd edib ki, avtomobil idxalına tətbiq edilən aksiz dərəcələrinin artırılması artıq bazarda öz təsirini göstərməkdədir: “Apardığımız monitorinqlər göstərir ki, mühərrik gücündən asılı olaraq avtomobillərin qiymətində 6-9 faiz artım qeydə alınıb. […]

Teatrımızın bahadırı

Elə sənətkarlar var ki, biz onları görməyi həmişə arzulayır, bu günündən, sabahından nigaran qalırıq. Belə aktyorlardan biri də xalq artisti Yasin Qarayevdir…  O, bizim uşaqlıq illərimizin qəhrəmanı, teatrımızın bahadırlarından biridir. Bir vaxtlar “sehirli qutu”da tez-tez görünərdi. Rol aldığı tamaşaları xüsusi maraqla izləyərdik. Amma son vaxtlar nədənsə araya-ərsəyə çıxmır, tamaşaçılarını intizarda […]

Sürücülərin diqqətinə – Xüsusi elektron tablolar yerləşdirilir

Azərbaycanın avtomobil yollarında icazə verilən sürət həddi optimallaşdırılacaq. Turkustan.info-nun məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda deyilir. Qeyd olunur ki, 2019-2021-ci illərdə yaşayış məntəqələri daxilində nəqliyyat vasitələrinin sürət həddi küçə-yol […]

Cəmi iki söz həyatınızda möcüzəyə çevirəcək

Həyatda bir-birinin ardınca nə qədər uğursuzluqlarla qarşılaşırıq? Besirik, yoruluruq, tükənirik deyilmi? Bəs həyatımızı kökündən dəyişən iki sözü istifadə edərək nələrə sahib olacağımızın fərqindəyikmi? Turkustan.info Publika-ya istinadən xəbər verir ki, cəmi iki sözü gündəlik həyatımıza daxil etməklə daimi xoşbəxtliyə nail ola bilərik. Bəsimdir Bu dünyaya göz açandan nələrinsə yoxluğundan şikayətlənirik. Məni sevən […]

Trampın təhdidinə Türkiyədən cavab

Türkiyə kürdlərlə yox, terrorçularla mübarizə aparır. Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalın deyib. Onun sözlərinə görə, kürdləri ABŞ-ın terror təşkilatları siyahısında olan PKK və onun Suriya filialı olan YPG ilə müqayisə etmək böyük səhvdir: “Türkiyə kürdlərlə yox, terrorçularla mübarizə aparır. Biz kürdləri və digər […]

Cari vergi ödənişində yenilik – HESABLAMA QAYDASI

Vergi Məcəlləsinə edilmiş dəyişiklikdən sonra aksizli və məcburi nişanlama ilə nişanlanmalı olan mallar istehsal edən şəxslər, eləcə də, kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və bu fondların idarəçiləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, lombardlar sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərə bilməzlər. Turkustan.info xəbər verir ki, 2019-cu il yanvarın 1-dən bu […]