Müəllif: admin

“Gənc Alimlərin Əsərləri” elmi jurnalının ingilis dilli versiyası çap olundu

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin birgə təsis etdikləri “Gənc Alimlərin Əsərləri” elmi jurnalının növbəti ingilis dilli versiyası “Proceedings of Young Scientists” çap olunub. Turkustan.info-nun verdiyi xəbərə görə, 2008-ci ildən çap olunan jurnal gənc alim və tədqiqatçıların elmi əsərlərinin maneəsiz, növbə gözləmədən və geniş […]

BAMF Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sosial roliklər hazırlayıb – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İctimai həyatın aktual sahələrinə dair sosial çarxların hazırlanması”layihəsi çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən 3 sosial rolik hazırlanıb. BAMF-dan verilən məlumata görə, çarxlarda sujet xətləri müxtəlif olsa da, ümumi mövzu eynidir – Dağlıq Qarabağ münaqişəsi. Çarxlarının çəkilişləri zamanı və sonrakı […]

Aqil Abbas “Qarabağ” – “Çelsi” oyunu haqda: «hakimin bacısını…»

Çempionlar Liqasının qrup mərhələsinin V turunda keçirilən “Qarabağ” – “Çelsi” (0:4) matçında baş hakim Manuel De Sousanın verdiyi qərarlar hələ də müzakirə olunur. Portuqaliyalı referinin qərarlarına etiraz edən şəxslərdən biri də millət vəkili Aqil Abbasdır. Yenicag.az saytına danışan Aqil bəy kəskin fikirləri ilə yadda qalıb: “Çelsi”nin o cür penaltiyə ehtiyacı […]

“Quran müqəddəs kitab deyil” – Elşad Miri

“Qurani Kərimin heç bir yerində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz”. A24.Az xəbər verir ki, bu fikirləri ilahiyyatçı Elşad Miri “Yaşıl Orta” verilişində qonaq olarkən bildirib. Onun sözlərinə görə, Qurana hər kəs toxuna bilməlidir. Toxunanda nə yazıldığını görməli, şahidi olmalı, Quran onun stolüstü kitabına çevrilməlidir. -Bu Quranı […]

Fazil Mustafa: “Buzova görə 100, yeni doğulan körpəyə görə 45 manat ödənilir”

Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, layihə barədə deputatlara komitə sədri Ziya Səmədzadə məlumat verib.  Komitə sədri deyib ki, gələn il üçün yaşayış minimumu ölkə üzrə 173, əmək qabiliyyətli əhali üçün 183, pensiyaçılar üçün 144, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib: “Bu rəqəmlər əvvəlki illə müqayisədə 11 faiz […]

Rusiya XİN-dən Qarabağ AÇIQLAMASI

“Biz çox istəyirik ki, bu problemli məsələ nizamlansın. Nə qədər tez olsa, bir o qədər yaxşıdır. Təbii ki, dəfələrlə barəsində danışdığımız əsaslar üzərində olacaq”. AzərTac xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən növbəti brifinqdə Dağlıq Qarabağ münaqişəsinə toxunarkən səsləndirib. O qeyd edib ki, Ermənistan-Azərbaycan, […]

Büdcəni talayan qurumlar: Özəlləşdirməyə çıxarılacaq?

Hələ ötən ildən bəzi paralel dövlət qurumlarının ləğv olunacağı gözlənilirdi.Bir sıra yetkililər qeyri-rəsmi olsa da bunun hökumətin islahat paketinə daxil olduğunu bildirirdilər.Ancaq sonradan hökumətin islahat paketi ləğvi gözlənilən qurumlardan yan keçdi.Yalnız Nəqliyyat Nazirliyinin ləğv olunaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilildi.2018-ci ilin büdcə müzakirələri zamanı bu məsələ Milli Məclisin tribunasından […]

Bakıda yüzminlik maşını cızıq-cızıq edib üstünə zibil atdılar – VİDEO

Zibil qutularının yanında avtomobilini saxlayan “Land Cruiser” markalı avtomobilin sürücüsünün başına iş gəlib. Sürücü avtomobilini etibarlı yerdə saxladığını zənn etsə də, baş verənlər onu şoka salıb. Belə ki, parkinq vəziyyətində olan avtomobili ətrafdakı şəxslərdən biri cızaraq üstünə zibil atıblar. Bu kadrlar isə avtomobilin sahibini hiddətləndirib. O, həmin anları telefonuna çəkərək […]

İngilis azarkeşlər Bakıya gəlmələrinə peşman oldular – VİDEO

İngilis futbol fanatları dünyanın ən çılğın azarkeşləri kimi tanınır. Bu, onların getdikləri yerdən və ölkədən asılı olmayaraq belədir. Üstəlik əgər komandaları qalib gəlibsə, artıq həmin gecə səhərə qədər asayiş keşikçilərinə yatmaq haramdır. Əyləncənin, içkinin dozasını o qədər qaçırırlar ki, rəqib komanda fanatlarına söz atmasalar, dava salmasalar, olmur sanki. Dünənki “Qarabağ” […]

İntiqam almaq üçün İstanbula gedən gömrük rəisi və ya Rövşənin qardaşı

Rövşənin qardaşı və dostu olmaq… Məmur işlədiyim vaxt qardaşım bir nəfər naxçıvanlı oğlanın xahişini etmişdi ki, sənədlərini qaydaya salım, Naxçıvana gedə bilsin. Sözsüz ki, qarşılamaq üçün aşağı düşdüm, qəbul otağına apardım, əyləşdik, sənədlərini qaydasına saldıq, çay da təklif etdik, ancaq içmədi, adam o qədər utancaq, abırlı, tərbiyəli idi ki, davranışı […]

Məşhur futbolçular Rəşada verilən qırmızı kartdan danışdılar – VİDEO

“Hakim haqlı olaraq qırmızı kart verdi”. Turkustan.info bildirir ki, bu sözləri məşhur futbolçular Frank Lempard, Stivn Cerard, Rio Ferdinand Çempionlar Liqasında “Qarabağ” və İngiltərənin “Çelsi” komandaları arasında keçirilmiş qrup mərhələsinin V tur matçını dəyərləndirərkən deyiblər. Onlar hakimin qərarının doğru olduğunu bildiriblər və Rəşad Sadıqovu Vilyamı qəsdən yıxmaqda günahlandırıblar. /Milli.Az/

Əsgərimizin meyiti Ermənistan tərəfdə tapıldı – Hərbi cinayət törədib, qaçıbmış…

Azərbaycanlı hərbçinin meyiti Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında tapılıb. Turkustan.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhrüz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan […]

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirib – FOTOLAR

Turkustan.info-nun verdiyi xəbərə görə, Sumqayıtın Tarixi Muzeyində şəhərin 68-ci ildönümü münasibətilə keçirilən dəyirmi masada Sumqayıt şəhər MKS-nin əməkdaşları iştirak edib. Tədbir iştirakçılarına əvvəlcə Sumqayıt şəhərinin yarandığı gündən keçdiyi şərəfli tarixi özündə əks etdirən daimi sərgi, eyni zamanda, muzeyin 50 illiyinə həsr olunmuş “50 ilin işığında” adlı sərgi təqdim olunub. Tədbiri giriş sözü […]

Bərzanini dəstəkləyən laçınlı məmur işdən qovuldu

Laçın rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev vəzifəsindən azad edilib. Modern.az xəbər verir ki, bununla bağlı Laçın RİH-də iclas keçirilib və müvafiq qərar qəbul olunub. Məlumatı Laçın RİH-dən təsdiqləyiblər. Hələlik İcra Hakimiyyətinin Hüquq şöbəsi müdiri vəzifəsinə təyinat yoxdur. Qeyd edək ki, bir müddət öncə, F.Tanrıverdiyev özünün Facebook […]

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” – TƏKLİF

Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva çıxış edib. Turkustan.info bildirir ki, deputat gənclərin mənzil problemindən danışıb.   “Bu gün gənclərin və gənc ailələrin ən böyük problemlərindən biri mənzil problemidir və ipoteka kreditləri, o cümlədən cənab Prezidentin sosial evlərlə bağlı […]

Prezident NATO baş katibi ilə mətbuat konfransında dünyaya səsləndi

Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ən böyük təhdiddir.   Bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun mənzil-qərargahında Alyansın baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.   Azərbaycan Prezidenti NATO-nun baş katibi Yens Stoltenberqlə regional təhlükəsizlik məsələlərini müzakirə etdiyini vurğulayıb.   İlham Əliyev bildirib ki, regional təhlükəsizliyə ən böyük təhdid […]

“Qarabağ əlillərindən biri Səlim Müslümovun müavini təyin edilsin” – TƏKLİF

Deputat Zahid Oruc Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı Qarabağ əlilləri üçün nəzərdə tutulan müavinətlərin artırılmasını təklif edib. Modern.az-ın məlumatına görə, deputat “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” layihənin müzakirəsi zamanı deyib ki, I qrup Qarabağ əlili 401 manat, II qrup […]

Rəcəb Tayyib Ərdoğan 65 ildən sonra ilkə imza atacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana səfər edəcək. Metbuat.az-ın məlumatına görə, Baş nazirin müavini Hakan Çavuşoğlu bildirib ki, R.T.Ərdoğan 65 ildən sonra Yunanıstana səfər edəcək ilk Türkiyə prezidenti olacaq: “Ya iki ölkə birlikdə iş birliyini təmin edəcəyik, bölgənin güclü iki ölkəsi olacağıq, ya da bu böhran davam edəcək”. Hakan Çavuşoğlu səfərin […]

“Ərim məndən başqa 5 qız qaçırıb” – Bakıdakı 4 uşaq anası – VİDEO

Aygün Əliyevanın (Ad, soyad şərtidir-red) 21 yaşı var. 4 uşaq anası olan gənc xanım 4 aydır həyat yoldaşından ayrılıb. O, boşanandan sonra anasının yanına, Mərdəkandakı evlərinə köçüb.  Ancaq Aygünün burada da bəxti gətirməyib. Həmin evdə anormal hadisələr baş verdiyindən anası ilə birlikdə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə sığınıb. Aygünün […]

Əmək pensiyalarının orta aylıq məbləği artacaq

“Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üçün gəlir və xərcləri 3 mlrd. 578,8 mln. manat proqnozlaşdırılır ki, bu da cari ilin müvafiq göstəricisindən 178,8 mln. manat və ya 5,3% çoxdur”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə büdcə zəfinə daxil olan layihələrinin müzakirəsi zamanı əmək və […]

İngilis mediası “Qarabağ”ı lağa qoydu – FOTO

İngilis mediası “Qarabağ” futbol klubunu lağa qoyub. Milli.Az bildirir ki, məşhur ingilis saytı olan “The Sun” “Qarabağ”ın oyun günü planında futbolçuların adlarını tərcümə etməsini gülünc hesab edib. Xəbərin başlığında yazılıb: “”Qarabağ” oyun günü planında “Çelsi”nin futbolçularının adlarını tərcümə etdi və gülməli vəziyyət yarandı”. Xəbəri yazan jurnalist bildirib ki, Qarabağın bu […]

Milli Məclis dekabrın 1-nə qədər hökumətə vaxt verdi

Azərbaycan hökuməti 2018-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı təkliflərə Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında cavab verəcək. Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, bu barədə Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bugünkü plenar iclasında məlumat verib. “Biz razılaşdıq ki, növbəti iclas dekabrın 1-də keçirilsin”. Maliyyə naziri Samir Şərifov da bildirib […]

“Deputatların ezamiyyət pulu, maaşı artırılsın”

“Ezamiyyə üçün ayrılan pullar Milli Məclisin deputatların müəyyən tədbirlərdə iştirakı üçündür. Amma bu tədbirlərin dəqiq sayını demək mümkün deyil. Plansız o qədər tədbirlər olur ki”. Modern.az-ın məlumatına görə, bunu parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin 2018-ci […]

Milli Məclis üçün 24 milyon manatdan çox pul ayrılacaq

“Milli Məclis və onun aparatının saxlanması ilə bağlı 2018-ci ilin xərclər smetası layihəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun hazırlanıb. Xərclər smetası, ştat cədvəlləri, inzibati binaların, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanan müqavilələr və proqnozlar əsasında tərtib edilib”. Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev deyib. O […]

Qriplə bağlı – Rəsmi açıqlama

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi 11 faizədək azalıb. Turkustan.info xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, laborator müayinələr zamanı bu ilki payız-qış mövsümü ərzində Azərbaycanda qripə yoluxma […]

Bakıda antiradar satanlar TUTULDU – FOTOLAR

Respublikanın avtomobil yollarında təhlükəsizliyin daha etibarlı təmin olunması, həmçinin sürət həddini ölçən xüsusi texniki vasitələrin işinə mane olan və istifadəsinə qanunla icazə verilməyən antiradarların satışını təşkil edən şəxslərin müəyyən edilərək ifşa olunması məqsədi ilə daxili işlər orqanları tərəfindən əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən unikal.org-a verilən məlumata görə, […]

“İrəli” regional turnirlərə davam edir

“Azərbaycan İntellektual Birİncisi” layihəsi artıq ikinci ildir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual […]

ABŞ ordusu Suriyada PKK/PYD-yə dövlət qurmaq üçün qalacaq – “The Washington Post”

ABŞ İŞİD üzərində qələbədən sonra Suriya ərazisini tərk etmək fikrində deyil. Turkustan.info xəbər verir ki, “The Washington Post” yazır ki, amerikalı hərbçilər Bəşər Əsədin siyasətdə qala bilməməsi üçün Suriya müxalifətinə dəstəyini davam etdirəcək. Vaşinqton Suriyanın şimalında öz qoşunlarını saxlamaqla terror təşkilatı PYD-nin bünövrəsini təşkil etdiyi SDQ-yə rəsmi Dəməşqlə heç bir […]

Azərbaycanda nələr baş verir – Son durum

Ölkə ərazisində yağış, qar yağıb, bəzi yerlərdə leysan olub   Ölkə ərazisində noyabrın 22-si gündüzdən 23-ü səhərədək hava şəraiti qeyri-sabit olub, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.   Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-qərb […]

İstanbulu qana boyayan şəxs Tbilisidə öldürüldü

Çatayev dünən günorta saatlarında məhv edilib.  Dünən günorta saatlarında Gürcüstanın paytaxtı Tbilisidə antiterror əməliyyatı keçirilib. Sputnik Azərbaycan “Milliyet”-ə istinadən xəbər verir ki, əməliyyat zamanı öldürülən şəxslər arasında İstanbul Atatürk Beynəlxalq Hava Limanında törədilən terror aktının təşkilatçılarından biri də olub. Həmin şəxs, “Tək qol” ləqəbli terrorçu Əhməd Receboviç Çatayevdir. Məlumata görə, Çatayev 2012-ci […]

Soçidə Türkiyə və İran nümayəndələri arasında İNSİDENT – Prezidentlərin görüşü ləngidi

Rusiyanın Soçi şəhərində Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani arasındakı görüşə qədər Türkiyə və İran nümayəndə heyətləri arasında insident yaşanıb. Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İran nümayəndə heyəti, o cümlədən İran İslam Respublikası Prezidentinin mühafizəsi təyin edilmiş vaxtdan tez gələn Türkiyə nümayəndə heyətini görüşün keçiriləcəyi zaldan çıxartmağa çalışıb. […]

Gələn il manatın məzənnəsi necə olacaq? – RƏSMİ

“Məzənnə sabitliyi 2018-ci ildə də nəzarətdə saxlanılacaq”. Bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev deyib. Onun sözlərinə görə, məzənnənin əlverişlilik səviyyəsi qurulmalıdır ki, ölkənin […]

“Qarabağ”ın oyunundakı qadın həyəcanı – Pivə, çipsi, selfi… – FOTOLAR

Məlum olduğu kimi, ötən axşam Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” “Qarabağ”ın qonağı olub.  Turkustan.info qafqazinfo-ya istinadən xəbər verir ki, matçda Ağdam təmsilçisinini azarkeşləri möhtəşəm xoreoqrafiya nümayiş etdiriblər. Bakı Olimpiya Stadionunda (BOS) baş tutan, bütün biletlərinin satıldığı oyunda qadın azarkeşlər xüsusi diqqət çəkib. Azarkeş kimi BOS-a Bakıda yaşayan ingilislərdən tutmuş, “Qarabağ” […]

Türkiyəli müəllim Aqrar Universitetdə mühazirələrə, praktik dərslərə başlayıb

Azərbaycan Dövlət Aqrar Universitetində maddi-texniki bazanın müasirləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi artıq beyxəlxalq universitetlərdə də böyük maraq yaradıb. Onlar vaxtaşırı Aqrar Universitetə gəlir, ixtisaslara uyğun mühazirələr söyləyir, təcrübə dərsləri aparırlar. ADAU-nun mətbuat xidməti bildirib ki, noyabrın 22-dən Türkiyə Cümhuriyyətinin Hazine Müşteşarlığı Dış Ekonomik İlişkiler Genel Müdürlüğünün Ziraat Yüksek Mühendisi Dilara Saltık […]

“Qarabağ”ın oyununu məhv edən portuqaliyalı hakimi Bakıda “öldürdülər” – FOTOFAKT

Dünən “Qarabağ”- “Çelsi” oyununu idarə edən portuqaliyalı hakimi “Wikipedia”da öldürüblər.  A24.Az xəbər verir ki, heç bir ciddi qayda pozuntusu olmadığı halda Rəşad Sadıqova qırmızı vərəqə göstərən bununla da komandamızı azlıqda qoyan Manuel de Souzanı ölüm tarixini 22 noyabr, yerini isə Bakı göstəriblər. Qeyd edək ki, Manuel Xorxe Neves Moreyra de Souza “Qarabağ”- “Çelsi” […]

““Qarabağ”a lağ edənlərə sillə kimi cavab” – Türkiyə mətbuatı

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə matçda azarkeşlərin nümayiş etdirdiyi möhtəşəm xoreoqrafiya Türkiyə mətbuatının gündəmini zəbt edib. “Qafqazinfo” xəbər verir ki, nəhəng plakatda “The Glorious” (Şərəf “Qarabağ) və “Far away from home but where you belong” (“Evdən uzaq, amma aid olduğun yer”) sözləri yazılıb və bununla da dünyaya Ağdamın […]

Milli Məclis büdcə müzakirələrini bu gün yekunlaşdıracaq

İki gündür 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb. Turkustan.info-nun məlumatına görə, büdcə müzakirələri ilə bağlı parlamentin plenar iclasları bu gün yekunlaşacaq. Müzakirlər 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri hökumət nümayəndələri ilə birlikdə aparılır. Üç gündür davam edən iclaslarda Milli […]

İlham Əliyev bu gün Brüsselə gedir

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Brüsselə gedəcək. Modern.az saytının NATO-nun mətbuat xidmətinə istinadən məlumatına görə, Azərbaycanın dövlət başçısı NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək. Görüş, NATO-nun Brüsseldəki mənzil qərargahında baş tutacaq. Prezident İlham Əliyev həmçinin Şimali Atlantika Şurasının iclasında iştirak edəcək.

Putin son 26 ildə Rusiyanın ilk qələbəsini qazandı

Türkiyə, Rusiya, İran arasında üçlü formatda yeni bir əməkdaşlıq sistemi formalaşmaqdadır. Hətta burada bir alyansın elementləri də özünü göstərir. Bu əməkdaşlıq bu gün konkret olaraq Yaxın Şərq regionu ilə bağlı olsa da, gələcəkdə münasibətlərin daha da yaxınlaşmasını müşahidə edəcəyik. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a politoloq Elşad Mirbəşiroğlu regionda Rusiya, Türkiyə, […]

Prezidentin Gəncə səfəri ADAU ailəsinə güclü stimul verib

Həmsöhbətim Qalib Rəhimli haqqında qısa arayış: 1984 cü ildə ADU-nun ( indiki BDU) jurnalistika fakültəsini bitirib. 4 il təyinatla Yardımlı rayon qəzetində işləyib. 1988-ci ildən həyatını Gəncə ilə bağlayıb və indiki Gəncənin səsi qəzetində çalışıb. Sonrakı illər “Space” televiziyasının Gəncə bölgə müxbiri, yerli “Alternativ” televiziyasında xəbərlərin baş redaktoru, son illər isə […]

“NATO-nun S-400 razılaşmasına qarışmağa haqqı yoxdur”

NATO Rusiyadan Türkiyəyə S-400 havadan müdafiə sistemlərinin gətirilməsinə əngəl ola bilməz. Turkustan.info axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasının sözçüsü Murad Baybatur bildirib. Baybatur NATO-nun sözügedən məsələyə qarışmaq haqqının olmadığını, ittifaqa üzv olan digər ölkələrin də NATO xaricində istehsal olunan sistemlərdən istifadə etdiyini […]

”Qarabağ” yenə də ”Çelsi”yə məğlub oldu

Çempionlar Liqasında “Çelsi”ni qəbul edən “Qarabağ” cavab oyununda da ingilis klubuna məğlub olub Turkustan.info oxu.az-a istinadla xəbər verir ki, matç Qarabağ üçün heç də yaxşı başlamayıb. Belə ki, Portuqaliyadan olan baş hakim Manuel De Sousa matçın 19-cu dəqiqəsində ağdamlıların kapitanı Rəşad Sadıqova haqsız yerə qırmızı vərəqə göstərərək ”Qarabağ”ın qapısına penalti […]

Banklar sizi həbslə hədələyirsə, nə etməli

“Bank iki şəxs arasındakı razılaşmadan xəbərdar olduğu üçün debitor kimi Salehlini deyil, məhz onun tanışını göstərməli idi”  Azərbaycanda kredit borcu olanları qorxu götürüb. Ölkədə belə şəxslərə qarşı banklar tərəfindən iddiaların sayı artır. Hətta bəzi dövlət qulluqçuları bank borcunu ödəyə bilməyənləri qanunvericilikdəki yeniliklərə istinad edərək həbslə hədələyirlər. Sputnik Azərbaycan-ın redaksiyasına bu barədə […]

Rusiyanın Qarabağ siyasəti dəyişir

Kreml “nə şiş yansın, nə kabab” taktikasına keçir Noyabrın 20-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçirilib. Jurnalistlər qarşısına çıxan E.Məmmədyarov S.Lavrovla görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə edildiyini bildirib: Lavrov isə münaqişənin həlli üçün ortaya qoyulmuş […]

Azərbaycanda nə qədər erməni yaşayır?

“Son 20-25 il ərzində respublikada sosial-iqtisadi dəyişikliklərin baş verməsi demoqrafik proseslərə öz təsirini göstərmiş, təbii artım göstəriciləri aşağı düşmüş, ölüm yüksəlmişdir. Hazırda demorqafik göstəricilərdə sabitləşmə müşahidə edilir.  Demoqrafik göstəricilərin nizamlanması üçün daha fəal demoqrafik siyasətin həyata keçirilməsinə, analara və uşaqlara göstərilən dövlət qayğısının artırılmasına böyük ehtiyac vardır”. Turkustan.info “Qafqazinfo”ya istinadən xəbər […]

DTX -dan antiterror əməliyyatı: 3 terrorçu öldürüldü, bir xüsusi təyinatlı həlak OLDU

Tbilisidə həyata keçirilmiş antiterror əməliyyatı zamanı terrorçuluqda şübhəli bilinən 3 nəfər zərərsizləşdirilib, bir nəfər saxlanılıb. Turkustan.info-nun APA-ya istinadən məlumatına əsasən, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat katibi Nino Giorqobiani keçirdiyi brifinqdə deyib. O bildirib ki, əməliyyat zamanı bir xüsusi təyinatlı ölüb, ikisi isə yaralanıb.

Soçi görüşünün yekunları açıqlandı

Rusiya, İran və Türkiyə İŞİD də daxil olmaqla terrorla mübarizə mövzusunda əməkdaşlığı daha da genişləndirmək barədə razılığa gəlib. Turkustan.info xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin üç ölkə liderləri arasındakı Soçi görüşünün yekunu olaraq bəyan edib. “İŞİD, Cəbhət ən-Nusra və digər ekstremist qruplaşmaları sonuna qədər məhv etməklə bağlı […]

Sarı İt ili ən çox kimləri SEVİNDİRƏCƏK? – İllər üzrə 2018-ci ilin PROQNOZU

Yeni il – yeni imkanlar deməkdir. Bəs qarşıdan gələn Sarı İt ilində digər illər altında dünyaya gələnləri nə gözləyir? Publika.az xarici mətbuata istinadən astroloqların illərə görə hazırladığı proqnozu təqdim edir. Siçan: 1912, 1924, 1936, 1948, 1960, 1972, 1984, 1996, 2008 Bütün işlərdə öz intuisiyanıza güvənin, o sizi bir çox səhvlərdən qoruyacaq. […]

Azərbaycanda rayonlara qar yağdı – FOTO

Daşkəsən və Gədəbəy rayonlarına qar yağıb. “Report” xəbər verir ki, noyabrın 22-də günorta saatlarından yağan yağış daha sonra qara çevrilib. Hazırda Daşkəsən rayonunda qarlı hava şəraiti davam edir və qarın qalınlığı 5 santimetrə yaxındır. Anoloji hava şəraiti Gədəbəy rayonunda da davam edir və orda da qalın qalınlığı 3-4 santimetri keçib. […]

Hərbçiyə etibar edib evinə getdi, təcavüzə məruz qaldı… – SUMQAYITDA – TƏFƏRRÜAT

Sumqayıt şəhərində olan hadisə nəticəsində qız hamilə qalıb, ailəsi ondan imtina edib Sosial şəbəkədə tanış olduğu hərbçi şərti adı A.H (22 yaş) ilə şərti adı O.Ə (31 yaş) Bakı şəhərində görüşüblər. Hərbçi onu yaşadığı Sumqayıt şəhərinə getməyi təklif edib. Bizimyol.info-ya müraciət edən A.H bildirib ki, hadisə də bundan sonra baş […]

“Vətəndaşın imkanı yoxdur, krediti dövlət ödəsin” – Millət vəkili

“Dövlət vətəndaşların kredit borcunun bir hissəsini öz üzərinə götürməlidir.” Yenicag.az xəbər verir ki, bunu büdcə müzakirəsi zamanı Milli Məclisdə çıxış edən deputat Tahir Kərimli deyib. Çıxışı zamanı neftin qiymətindən, problemli kreditlərdən danışan millət vəkili etirazını səsləndirib. Onun sözlərinə görə, bütün beynəlxalq təşkilatlar gələn il üçün neft qiymətlərinin 50 dollardan az […]

Əflatun Amaşovdan saytlarla bağlı təklif – “Vəsait ayrılsın!”

Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün parlametdəki büdcə müzakirələri zamanı elektorn KİV-lərə – aparıcı saytlara da dövlət büdcəsindən vəsait ayrılmasını təklif edib. Turkustan.info xəbər verir ki, Ə.Amaşov deyib ki, büdcə layihəsində bəzi sahələr üzrə xərclər azaldılsa da, bu, media sektoruna şamil olunmasın. O KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu […]

Karrar-Kürdəmir mənzilində 10 km-lik dəmir yolu əsaslı təmir olunur

Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Karrar-Kürdəmir mənzilində 10 km-lik yolun təmirinə start verilib. Turkustan.info “Azərbcyan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, 1 həftə davam edəcək təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən […]

Bakı Atatürk Liseyində TDAV-ın qurucusu Turan Yazqanın xatirəsinə həsr olunmuş tədbir keçirilib

Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) qurucusu, prof.dr Turan Yazqanın vəfatından beş il ötür. Ötən illərdə olduğu kimi, bu dəfə də Turan Yazqanın vəfatının növbəti ildönümü ərəfəsində Türkiyədə və Azərbaycanda müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərdən biri də Bakı Atatürk Liseyində keçirilib. Mərhumun oğlu, Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqanın, Makedoniyadakı Beynəlxalq Vizyon […]

Dilqəmin xilas etdiyi qadın: “Onu Kəlbəcərə biz göndərdik” – VİDEO

“Dilqəmi Kəlbəcərə biz göndərdik. Dedik ki, gedib kəndimizə, evimizə baş çəksin”. Bunu AzVision.az-a Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlı Dilqəm Əsgərovun yaxın qohumu Zeynəb Əsgərova deyib. “Mənim 90 yaşım var. Kəlbəcərin Şaplar kəndindənəm. Dilqəm mənim qohumumdur. O, bizə tez-tez gəlirdi. Bir dəfə evdə oturmuşduq. Birdən ermənilər evimizə od yağdırdılar. Ağlaşamağa […]

İşləməyən qaçqınların maaşı ləğv edildi

Qaçqınkom: “Qərarın uzadılması məqsədəuyğun hesab edilməyib” İşləməyən köçkünlərə əməkhaqlarının verilməsi dayandırlıb. İstiPress-in məlumatına görə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi büdcə təşkilatlarında çalışmış və özlərindən asılı olmayan səbəblərdən işləyə bilməyən məcburi köçkünlərə verilən dondurulmuş əmək haqqının dayandırılmasına aydınlıq gətirib. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən […]

Əhalinin iki ciddi problemi Milli Məclisin gündəmində

Fuad Muradov: “Azəristiliktəchizat” işini görə bilmirsə, özəlləşdirilməlidir” Bəzi tələbələr təhsil haqqını ödəməkdə çətinlik çəkirlər. Tələbələrdən parlamentin Gənclər və idman komitəsinə daxil olan müraciətlərin əksəriyyəti onların təhsil haqlarını ödəyə bilməməsi ilə əlaqədardır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov parlamentdə büdcə müzakirəsi zamanı […]

Vitse-spiker: “Bu, məhkəmə prosedurlarının pozulmasına gətirib çıxarır”

“İnsan kapitalının inkişafı onun hüquqlarının qorunmasını tələb edir. Bu olacaqsa, hökumət olaraq qarşıya qoyulan məsələlərinin öhdəsindən gələ bildiyimizi deyə bilərik. Azərbaycanda hakimlərin və vəkillərin sayı ilə bağlı problemlər var. Bu yaxınlarda qəbul etdiyimiz qanunun özü də bu sahədə ciddi addımların atılmasını tələb edir”. Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisdə 2018-ci […]

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” – TƏKLİF

Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva çıxış edib. Turkustan.info bildirir ki, deputat gənclərin mənzil problemindən danışıb. “Bu gün gənclərin və gənc ailələrin ən böyük problemlərindən biri mənzil problemidir və ipoteka kreditləri, o cümlədən cənab Prezidentin sosial evlərlə bağlı […]

Rusiya tankları Ukrayna sərhədini keçdi – Ukrayna MÜHARİBƏYƏ HAZIRDIR

Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının Hərbi kabinetinin fövqəladə iclasını keçirib. Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, iclasda fərqləndirici nişanları olmayan silahlılar qrupunun Luqanskın mərkəzini bloklaması müzakirə edilib. Luqanskdakı vəziyyətlə bağlı güc idarələrinin rəhbərlərinin məruzələrini dinləyən dövlət başçısı ATƏT-in sülh missiyasını aktivləşməyə çağırıb. Poroşenko Rusiya tanklarının […]

Görmə qabiliyyətini yaxşılaşdıran TƏBİİ ÜSULLAR

Dünya əhalisinin 65%-də göz xəstəliklərinə rast gəlinir. Risk qrupuna təkcə ahıl yaşında olan pensiyaçılar daxil deyil. Görmə problemləri ilə daha çox gənclər, hətta körpə uşaqlar da üzləşir. Operativ müdaxilə tələb olunursa, təəssüf ki, burada təbii müalicə üsulları və xalq vasitələri faydasızdır. Amma çoxlu metodikalar var ki, vaxtında profilaktikaya başladıqda onlar […]

Azay Quliyev hökuməti QHT-lərə diqqəti artırmağa çağırdı

Milli Məclisdəki büdcə müzakirələri zamanı QHT Şurasının sədri, deputat Azay Quliyev bildirib ki, 2016-cı ildə Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayrılan vəsait təxminən 1,6 milyon manat azaldılmışdı.   “Çox təəssüflər olsun ki, 2018-ci ilin dövlət büdcəsində də heç bir artım nəzərdə tutulmayıb. Əvvəlki 5 milyon manat vəsait qalıb. […]

Pakistanın Baş Qərargah rəisi Azərbaycana gəlir

Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də Azərbaycana səfərə gələcək. Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, səfər çərçivəsində Pakistan nümayəndə heyətinin Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub. Səfər noyabrın 24-dək davam edəcək.

“Dağlıq Qarabağ problemini yalnız Rusiya həll edə bilər” – Ərdoğan

Dağlıq Qarabağ problemini yalnız Rusiya həll edə bilər, ona görə də Soçidə Vladimir Putinlə bugünkü görüş zamanı bu məsələ yenidən qaldırılacaq. Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. O, daha əvvəl də V.Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyini deyib: “O mənə deyib ki, Rusiya […]

“Bizdə qiymət qalxdısa, enməsi çətin olur” – Yevda Abramov

“Dövlət büdcəmizə münasibət dəyişməlidir. Söhbət büdcədən yox, ona münasibətdən gedir və mən də büdcəni yox, ona münasibəti tənqid etmişəm”. Turkustan.info-nun APA-ya istinadən məlumatına görə, bu sözləri Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Yevda Abramov deyib. O bildirib ki, ötənilki büdcədən sonra builki büdcənin optimist notlar üzərində olacağına çoxunun ümüdi yox […]

Professor Azad Bayramov: ”Tələbə hərtərəfli biliyə malik olmalıdır”

Azad Bayramov Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, fəlsəfə elmləri namizədi, dosent, işlədiyi təhsil müəssisəsinin professorudur. Bakı Dövlət Universitetinin tarix  fakültəsini  fərqlənmə diplomu ilə  bitirib. 1994-ci ildə  “Tələbə gənclərdə yeni təfəkkürün formalaşması problemləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi adını  alıb.  Azad müəllim, bu gün Azərbaycan […]

Vidadi Zeynalov və Beytulla Hüseynova qaytarılan əmlakların SİYAHISI

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin üzərindən həbs götürülən əmlaklarının siyahısı məlum olub. APA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Vidadi Zeynalovun oğlu Pərviz Zeynalovun adına olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində olan mənzil, Vidadi Zeynalovun bacısı Əminə Seyidovaya məxsus Nobel prospektində […]

Tbilisidə atəş səsləri eşidilir: Dərslər təxirə salınıb, xüsusi təyinatlılar əməliyyat keçirir

Tbilisidə bu gün səhər saatlarında atəş səsləri eşidilib. Cebhe.info yerli mətbuata istinadən bildirir ki, paytaxtda terrorçulara qarşı əməliyyat keçirildiyi xəbəri yayılıb. Xüsusi təyinatlılar Qabriel Salos küçəsindəki yaşayış evlərindən birini mühasirəyə alıb. Məlumata görə, terrorçular həmin evdə istehkam qurub. Paytaxtdakı 97 saylı məktəbdə dərslər təxirə salınıb. Məktəb əməliyyat aparılan küçəyə yaxın […]

Aqrar Universitetlə “Yalama Aqropark” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Dövlət Aqrar Universitetində “Yalama Aqropark” MMC ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. ADAU-nun mətbuat xidmətinin xəbərinə görə memorandumu Azərbaycan Dövlət Aqrar Universietinin rektoru, AMEA-nın müxbir üzvü,  professor İbrahim Cəfərov və “Yalama Aqropark” MMC-nin direktoru Zaur Əliyev imzalayıblar. Anlaşma Memorandumu tərəflər arasında əməkdaşlığın təşviq və inkişaf etdirilməsi, o cümlədən ərzaq məhsullarının […]

Azərbaycanın Türkiyəyə dəstəyi qardaş ölkəyə SƏS SALDI – VİDEO

Dünən Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Porto” klubunu qonaq edən Türkiyənin “Beşiktaş” komandasına Azərbaycanda möhtəşəm jest edilib. Publika.az xəbər verir ki, liqada ilk və yeganə təmsilçimiz olan “Qarabağ”ın rəqiblərini qəbul etdiyi Bakı Olimpiya Stadionunun (BOS) xarici divarlarında “Beşiktaş”ın loqosu, “Come to Beşiktaş” yazıları işıqlandırılıb. Yazılar 18:00-dan 23:00-dək ağ-qara işıqlarla verilib. Bu […]

Könül Xasıyevaya Serdar Ortaçdan DƏSTƏK

Tanınmış türkiyəli ifaçı Serdar Ortaç növbəti dəfə Azərbaycan mahnısına müraciət edəcək. Turkustan.info xəbər verir ki, o, uzun zamandır xəstəlikdən əziyyət çəkən Xalq artisti Könül Xasıyevanın repertuarından olan muğamlardan birini səsləndirəcək. Sənətçi bununla da Könül Xasıyevaya dəstək olacaq. Bu barədə təşkilatçı Nahid Emiloğlu sosial media hesabında məlumat verib:  “Serdar Ortaçın […]

Fədayə Laçınla bağlı prezidentə müraciət olundu

Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçınla bağlı müraciət olunub. Turkustan.info-nun xəbərinə görə, Fədayə Laçının vəkili Türkel Süleymanlı APA-ya bildirib ki, 9 nəfərin imzaladığı müraciət prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya ünvanlanıb. Müraciəti Alim Qasımov, Aftandil İsrafilov, Rafiq Bayramov, Arif Babayev, Mənsum […]

Manatla bağlı bədbin proqnoz

“Qonşu ölkələrdə yenidən dolların milli valyutalara təzyiqinin artması müşahidə edilir. Bir sıra qərb dövlətləri ilə münasibətləri pisləşən Türkiyədə artıq 1 dollar almaq üçün 4 lirəyə yaxın pul ödəmək lazımdır. Yalnız son 1 ay ərzində lirə dollara nisbətən 8 faizdən çox dəyər itirib. Rusiyada rubl hələlik dollar təzyiqlərinə davam gətirsə də […]

Yəmən qan gölünə çevrildi – 244 ölü, 400 yaralı

Yəməndə noyabr ayının əvvəlindən indiyə qədər husilərlə və keçmiş prezident Əli Abdullah Saleh tərəfdarları ilə hökumət qüvvələri arasında baş verən qarşıdurmalarda 28-i komandir olmaqla 244 nəfər həlak olub, 400 nəfər yaralanıb. Axar.az xəbər verir ki, bu barədə Yəmən ordusuna aid “September Net” saytı informasiya yayıb. Baş verən qarşıdurmalar zamanı ümumilikdə […]

Dağlıq Qarabağda mina partladı: 3 erməni əsgəri öldü, 1-i yaralandı

Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan ordusu növbəti itkisini verib. Publika.az news.am saytına istinadən xəbər verir ki, Dağlıq Qarabağda mina partlayışı hadisəsində 3 erməni hərbi qulluqçusu ölüb, biri yaralanıb. Hadisə noyabrın 21-də saat 18:35-də baş verib. Dağlıq Qarabağın şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birində baş verən partlayış nəticəsində Geqam Zakaryan (1995-ci […]

Azərbaycanlı məşhur aparıcının evində ruh göründü – VİDEO

Azərbaycanda teleaparıcının evində ruh olduğu görünüb. A24.Az xəbər verir ki, aparıcı Firuzə Cəlilovanın evindən görüntülər yayılıb. Uşaq otağında təhlükəsizlik kamerasına qeyri – adi görüntülər düşüb. Gördüklərinə inana bilməyən aparıcı qorxduğunu gizlətməyib. Həmin görüntüləri təqdim edirik: 

Mətanət Əsədova: “Bu vücuda 40 qəpiklik paltar da geyinsəm, yaraşacaq” – VİDEO

Mətanət Əsədova canlı efirdə bahalı paltarına söz deyənlərin cavabını verib. A24.Az xəbər verir ki, “5/5” verilişinin qonağı müğənni Mətanət Əsədova ötən dəfə 3 min manatlıq libası olduğunu açıqlamışdı. Müğənni bu açıqlamadan sonra onu qınayanlara canlı efirdə cavab verib. O, aparıcıya müraciət edərək ilk öncə “Sənin dilin qurusun. Məni bəlaya saldın” deyib: […]

Ağ Ev Putin-Tramp danışığının mövzularını açıqladı

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin terrorla mübarizə sahəsində əməkdaşlıq, həmçinin Suriya, Ukrayna və KXDR-lə bağlı məsələləri müzakirə edib.   APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir. Məlumata görə, telefon danışığı bir saatdan çox davam edib. “Prezidentlər ABŞ və Rusiyanın noyabrın […]

Rəsulzadənin xanımının məzarı tapıldı – FOTO

Türkiyədə yaşayan azərbaycanlı jurnalist Könül Şamilqızı Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla Rəsulzadənin (Vanda xanım) xanımının məzarını tapıb.  BakuPost.az xəbər verir ki, bu barədə jurnalist öz facebook profilində yazıb. Bildirib ki,  ADR-in banisinin xanımının məzarı “Əsri” qəbiristanlığındadır: “Bir neçə gün əvvəl cümhuriyyət dövrünü araşdıran gənc dostlarımızdan biri Ceyhun Nabi böyük […]

Düyü aldı, plastmas çıxdı – Bakıda şok olay – FOTO

Azərbaycanda istehlakçı mağazadan aldığı yumru düyünün təbii olub-olmadığını yoxlamaq üçün sınaqdan keçirib. Bu barədə Təranə İbrahimova adlı xanım özü Yenicag.az-a məlumat verib. O, aldığı yumru düyünü yandırdıqdan sonra sellofan kimi bir-birinə yapışdığını bildirib: “Düyü alanda ehtiyatlı olun. Uzun düyü kimi yumru düyünün də Çindən gətirildiyini eşitmişdim. Həmin düyülərin də tərkibi sağlamlığa […]

Gömrükçülər vətəndaşları aeroportda qanunsuz yoxlayıb? – Rəsmi açıqlama + VİDEO

Dövlət Gömrük Komitəsi bəzi KİV-lərdə Heydər Əliyev Beynəlxalq Aeroportunda vətəndaşların gömrükçülər tərəfindən qanunsuz yoxlamalara məruz qalması və onlarla kobud davranılmasına dair yayılan xəbərlərə münasibət bildirib. DGK-nın mətbuat xidmətindən  daxil olan məlumatda deyilir: “Ötən gün bəzi kütləvi informasiya vasitələrində Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmət aparan gömrükçülərin vətəndaşlarla kobud davranmaları, qanunsuz şəkildə […]

İŞİD-in məğlubiyyəti elan edildi

İraqın baş naziri Heydər əl-Abadi ölkə ərazisində İŞİD terror təşkilatının hərbi məğlubiyyətə uğradıldığını elan edib. Publika.az xəbər verir ki, bununla yanaşı, o qeyd edib ki, siyasi ayrı-seçkilik İŞİD-in yeni terror aktları törətməsinə şərait yaradacaq. Bundan əvvəl İran prezidenti Həsən Ruhani İŞİD terrorçularının məğlub edildiyini bildirmişdi.

Tovuz sakinindən maraqlı ixtira – VİDEO

Tovuz sakini maraqlı qurğu düzəldərək ondan təsərrüfat işlərində istifadə edir. Turkustan.info “Xəzər xəbər”ə istinadən xəbər verir ki, Tovuzlu fermer ixtira etdiyi maraqlı qurğu ilə elektir enerjisinə olan tələbatını ödəyə bilir. Rayonun Düz Qırıqlı kənd sakini Arif İsgəndərov Kür çayı yaxınlığındakı fermasında avtomobil hissələrindən böyük çarx düzəldərək axar su ilə onu hərəkətə […]

35 milyard dollara inşa edilən avtomobilsiz şəhər – FOTOLAR

2002-ci ildən Cənubi Koreyada inşa edilməyə başlanan Sonqdo şəhərinin İş Mərkəzi Bölgəsində (İBD) yaşayan insanlar işə, alış-verişə, gəzməyə gedərkən avtomobildən istifadə etmək məcburiyyətində qalmayacaqlar. Modern.az xəbər verir ki, 35 milyard dollara başa gələcək şəhər avtomobilə ehtiyac olmayacaq şəkildə inşa edilib. Şəhərin memarı Gale İnternational-ın rəhbəri Stan Gale avtobus, metro və […]

Murad Dadaşov hər kəsə güldürməyə görə pul paylayacaq – VİDEO

“M Group Production” – dan yumor hissi yüksək olan izləyicilərə şad xəbər! “M Group Production” yeni layihəsinin onlayn seçim mərhələsini ELAN edir! “Ağ Lama” yumoristik layihəsi zarafatı sevənlər üçündür. Layihəyə qatılmanın şərtləri çox asandır. “AğLama” yumoristik şousunun onlayn seçim mərhələsinə istənilən mövzuda stand up, monoloq, parodiya, mahnı və ya sadəcə […]

Planetdə zəlzələlərin artmasının şok səbəbi üzə çıxdı

Yerdəki güclü zəlzələlər planetin fırlanma sürətinin yavaşlaması ilə əlaqədardır. Bu barədə informasiya ABŞ Geologiya Cəmiyyətinin illik toplantısında səsləndirilib. Amerikalı alimlərin fikrincə, 2018-ci ildə sutkalıq fırlanma orta hesabla bir neçə milli saniyə azalacaq: “Bu azalma seysmik aktivliyi artırmağa yardım edəcək. Belə aktivlik xüsusilə tropik regionlarda qeydə alınacaq. 2018-ci ildə Yerdə 20 […]

Qənirə Paşayeva MM-də Tovuzun ciddi problemlərini dilə gətirib

Millət vəkili Q.Paşayeva MM-də ön cəbhə rayonu olan Tovuzun ciddi problemlərini qaldırıb və hökuməti onların həllinə dəstək göstərməyə çağırıb. Bu gün Milli Məclisin plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Q.Paşayeva ön cəbhə rayonu olan Tovuzun bir sıra problemlərini qaldıraraq hökumətdən 2018-ci ildə onları həll etməyə çağırıb. […]

Deputatdan Elman Rüstəmova irad: “Azərbaycanda bank sistemi dağılır”

“Qanuna dəyişikliklər edilərək Dövlət Neft Fondundan büdcəyə transferin həcminin yuxarı həddi müəyyən edilməlidir”. Bunu Milli Məclisdə 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Vahid Əhmədov deyib. Deputat AMB sədrinin pul qıtlığının olmaması ilə bağlı fikirlərinə də münasibət bildirərək etiraz edib. Onun sözlərinə görə, son bir il ərzində […]

Ərdoğanın bu çıxışı çox güldürdü – FOTO + VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf partiyasının qrup iclasında çıxış edərkən, azyaşlı qız “Baba” deyə qışqırıb. A24.Az xəbər verir ki, Ərdoğan qızcığazın çığırışına cavab verib. Qızın çağırışı Türkiyə prezidentini güldürüb. O çıxışını kəsərək qızcığaza “Bəli” deyə cavab verib. Zalda hər kəs balaca uşağa tərəf dönüb. Anasıya birgə əyləşən qızın […]

İraqdan “Qarabağ”ın oyununa gəldilər – FOTO

Xəbər verdiyimiz kimi, sabah UEFA Çempionlar Liqasında “Qarabağ” – “Çelsi” oyunu baş tutacaq. Sportal.az xəbər verir ki, matça maraq həddən artıq böyükdür. Hətta xarici ölkələrdən də bu qarşılaşma üçün fanatlar Bakıya gəlib. “Çelsi” klubunun İraq fan-klubu dünəndən paytaxtımızdadır. Onlar qarşılaşmada komandalarına dəstək olacaqlar. İraqlı azarkeşlər hətta dünən London klubunun baş […]

Azərbaycanda 30 min narkoman var: Gənclər arasında “ağ ölüm”ü kimlər yayır? – TƏHLÜKƏ

Ölkədə gənclər və yeniyetmələr arasında psixotrop vasitələrin açıq satışı və istifadəsi ilə bağlı məlumatlar var. Təhlükəli və dövriyyəsi qadağan edilən bu dərman vasitələrinin əsasən aptek şəbəkələrində satıldığı iddia olunur ki, məhz məktəb yaşlı yeniyetmə və gənclərin müəyyən vasitələrlə həmin maddələri əldə etmək imkanı yaranır. Xatırladaq ki, bir müddət əvvəl Bakıda […]

“AzTV ilə İTV-nin reklamı kəsilsin” – Millət vəkili

Bu gün Milli Məclisin plenar iclasında 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi olub. Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, iclasda çıxış edən deputat Qüdrət Həsənquliyev maraqlı fikirləri ilə yadda qalıb. O, çıxışı zamanı qaçqın və məcburi köçkünlərin, o cümlədən hərbçilərin mənzil şəraitinin yaxşılaşdırılması məsələsinə toxunub: “Bu şəxslərin mənzil şəraiti yaxşılaşdırılmalıdır. Bunun […]

Onlar vəzifələrini itirdilər

Xəbər verdiyimiz ki, bu gün prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzalayıb. Dəyişikliklə əasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini vəzifəsi  “Dövlət qulluğu haqqında” qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsində inzibati vəzifələrin birinci təsnifat sırasından çıxarılıb. Turkustan.info “Qafqazinfo”ya istinadən […]

MEK “Bəkirnamə” kitabının təqdimatını keçirib – FOTOLAR

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Esmira Fuadın müəllifi olduğu “Bəkirnamə” kitabının təqdimatını keçirib. Turkustan.info-nun məlumatına görə, kitab görkəmli ədəbiyyatşünas alim, Azərbaycanın “Şöhrət” və “İstiqlal” ordenli əməkdar elm xadimi, iki dəfə Dövlət mükafatı laureatı, akademik Bəkir Nəbiyevə həsr olunub. Tədbirdə çıxış edən […]

Azərbaycanda sürücülər xəbəri olmadan vəsiqəsiz qala bilər

“Son günlər belə xəbərlər çoxalır. Məhkəmələr sürüclər barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə işlərə (sürücünün cəriməni ödəməyi 3 aydan çox gecikdirdiyinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması ilə bağlı işlərə) onları məlumatlandırmadan baxırlar”. Bunu yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, […]