Müəllif: Turkustan.info

Putin Əsədin telefonlarına cavab vermir – İsraildən iddia

Suriyada 15 rus əsgərini daşıyan təyyarənin vurulması olayından sonra Rusiya lideri Vladimir Putin Bəşər Əsədin telefonlarına cavab vermir. Turkustan.info xəbər verir ki, belə bir iddia ilə İsrailin kəşfiyyat və atom energetikası naziri İsrael Kats çıxış edib.  Katz Rusiya tərəfinin açıqlamalarının əksinə olaraq Putinin olayla bağlı İsraili deyil, Əsədi günahkar bildiyini […]

Ərdoğan ABŞ-a gedir

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan sentyabrın 23-27-də ABŞ-da səfərdə olacaq. Turkustan.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edəcək.  Türkiyə lideri Nyu-York səfəri çərçivəsində çoxlu sayda dövlət və hökumət başçıları ilə təkbətək görüşlər keçirəcək.   /Qafqazinfo/

“Cümhuriyyət parlamentinin 100 illiyində iştirak etmək möhtəşəm və qürurlu idi” – DEPUTATLAR

Bu gün – sentyabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin təntənəli iclası keçirilib. Təntənəli iclasda Prezident İlham Əliyev iştirak edib və nitq söyləyib. Ümumilikdə tədbirə 150 ölkənin parlamentinin nümayəndə heyəti qatılıb. Turkustan.info bildirir ki, Azərbaycan Milli Məclisinin deputatları Modern.az  saytına bu dəfə Azərbaycan Xalq […]

Binəli Yıldırım Bakıda hədik payladı – VİDEO

Azərbaycan parlamentinin 100 illik yubiley tədbiri ilə əlaqədar Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Şəhidlər cameəsində cümə namazı qalıb.  Turkustan.info xəbər verir ki, Binəli Yıldırımı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müşayiət edib.  Binəli Yıldırım Aşura günü ilə əlaqədar bişirilən hədiyin paylanmasında da iştirak edib.

Nazirlik restoranlara qarşı hərəkətə keçdi

Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəbərdarlığına məhəl qoymayan restoranlar cərimələnib. Turkustan.info-nun məlumatına görə, nazirliyinin rəsmisi Faiq Mütəllimov bildirib. Onun sözlərinə görə, paytaxtın inzibati rayonları ərazisində yerləşən ictimai iaşə obyektləri, şadlıq evləri, restoranlardan havaya atılan tüstü axını və qoxu ilə bağlı nazirliyi tərəfindən edilən tövsiyə və göstərişlərə əməl etməyən, müasir standartlara cavab […]

Sevil Nuriyevadan Etimada təsirli vida mesajı: “Məni gözlə…” – (FOTO)

Tanınmış telejurnalist Sevil Nuriyeva həyat yoldaşı, iki gün əvvəl İstanbulda öz ofisində qətlə yetirilən iş adamı Etimad İsmayılovla bağlı İnstagram səhifəsində vida mesajı yazıb.  Turkustan.info xəbər verir ki, Sevil xanım yazdığı mesajında bu gün dəfn edilən həyat yoldaşına aşağıdakı vida sözlərini ünvanlayıb: – İgidim, qəhrəmanım.. Əbədi dünyada bəxtiyar ol, Canım… […]

ADAU-nun rektoru 1-ci kursa qəbul olan magistr tələbələrlə görüşüb

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor, AMEA-nın müxbir üzvü  İbrahim Cəfərov hər il olduğu kimi bu dərs ilinin ilk həftəsində də təhsilin magistratura pilləsinin 1-ci kursuna qəbul olan tələbələrlə görüşüb. Məlumdur ki, magistr pilləsi həm də təhsildə elmi dərəcə hesab edilir. Bu pilləni bitirən tələbələr ali təhsil müəssisələrində bilik və […]

Qətər-Azərbaycan mədəniyyət əlaqələri

20 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Katara mədəniyyət şəhərciyinin rəhbəri Xalid Al Sulaiti ilə görüş keçirib. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri,Doha şəhərində Azərbaycan mədəniyyət günləri, eləcə də, əl işləri və rəsm sərgilərinin və muğam gecələrinin təşkili imkanları müzakirə […]

Bakıda 4 nəfəri hissələrə ayıraraq öldürən dəhşətli qəzanın ŞOK TƏFƏRRÜATI: Sən demə… – FOTO+VİDEO (18+)

Dünən axşam saatlarında Bakı şəhəri Xətai rayon Nobel prospektində 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasının təfərrüatları məlum olub. Turkustan.info-nun Publika.az-a istinadən əldə etdiyi məlumata görə, qəzaya düşən avtomobildə sürücü 25 yaşlı Anar Əzimovla yanaşı, yaxın dostu və 2 avtomobil ustası olub. Belə ki, bir neçə gün əvvəl A.Əzimov […]

Azərbaycanda yüksək vəzifəli şəxs istefa verdi

Hələlik həmin vəzifəyə kimin təyin ediləcəyi bilinmir Turkustan.info bildirir ki. Mәrkәzi Neftçilәr Xәstәxanasının (MNX) baş direktoru Hikmәt Hәsәnov işdәn çıxıb. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinbin mətbuat xidmətindən məlumat verilib. Bakı Sağlamlıq Mərkəzinin baş həkimi Hikmət Həsənov Bildirilib ki, o, öz xahişi ilə işdən azad edilib. Hələlik bu vəzifəyə kimin təyin ediləcəyi […]

Tatar çölü Rusiya

Kazandan tarixi-infantil foto-reportaj İyirmi ilin söhbəti olar, telefonuma “Mayak” radiosunun çağrı siqnalını yazdırmışdım. Bəlkə xatırlayarsınız, “Moskva gecələri” melodiyasının ilk taktı idi. Hər zəng gələndə telefonum bir vaxtlar sovet xalqını yuxudan oyadan o məşhur musiqini çalırdı. Bir dəfə varşavalı polyak tanışım zəngi eşidib qəribə nəzərlərlə üzümə baxmışdı: “Sənin də sovetə nostaljin […]

Azərbaycanlı zabit Amerikada nüfuzlu medala layiq görüldü — FOTO

ABŞ Dəniz Qüvvələri komandiri “Con” ləqəbli komandır Nəimi Amiral Yaxın Şərqdəki xidmətlərinə görə, ABŞ Silahlı Qüvvələrinin “İnherent Resolve” medalı ilə təlfit edilib. Bu barədə məlumatı Turkustan.info-ya diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib. “Nəimi Amiral bu günə qədər Amerikada nüfuzlu medallara layiq görülüb. Medalı ABŞ Hava Qüvvələrinin zabiti polkovnik D. Buchanan […]

Qəbul imtahanlarında maksimum bal 400 olacaq – Format dəyişir

“Gələn il də ali məktəblərə qəbul üçün maksimal bal 700 bal olacaq”. Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, abituriyent bu balın 300-nü buraxılış imtahanı zamanı, 400-nü isə qəbul imtahanlarında toplaya bilər: “Balları cəmləşdirəndə ali məktəbə qəbul […]

Emin Həsənli: “Azərbaycanın artan gücü Paşinyanı qorxuya salıb”

“İşğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın son zamanlar Azərbaycana qarşı, dövlətimizin əleyhinə səsləndirdiyi sərsəm fikirlər əsasən daxili auditoriyaya hesablanıb. Məlumdur ki, onun hökumət başına gəlişi ilə Ermənistanda guya yeni mərhələnin, “inkişaf”ın başlandığı barədə ictimai rəy formalaşdırmağa səy göstərilib. Ancaq bu rəyin  əsassızlığı, gerçəklikdən uzaq olduğu tezliklə ortaya çıxdı. İndi özünü […]

Etimad İsmayılovun 3 mərasiminin vaxtı və yeri məlum oldu

Bu gün Nardaran qəbristanlığında Ədalət Partiyasının sədri İlyas İsmayılovun qətlə yetirilən oğlu, iş adamı Etimad İsmayılovun dəfn mərasimi olub. Dəfndə ictimaiyyət nümayəndələri iştirak edib. Turkustan.info-nun xəbərinə görə mərhum Etimad İsmayılovun 3 mərasimi 23 sentyabr – bazar günü “Gənclik” metrosunun yaxınlığındakı “Tural” mərasim evində keçiriləcək. 

Binəli Yıldırım azərbaycanca DANIŞDI: “Azərbaycana soyuq dəysə, biz xəstələnərik”

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycan parlamentinin 100 illiyi ilə əlaqədar keçirilən bugünkü iclasda çıxış edib. Parlament sədri çıxışı zamanı Azərbaycan dilində danışıb. Turkustan.info xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycan dilində çıxış edərək bildirib ki, “azadlığımız, gələcəyimiz, əminamanlığımız bir-birinə bağlıdı”. “Birlikdə ağlayar, birlikdə gülərik. […]

“Etimad imkan vermədi, onu qoruyacaqdım” – VİDEO

Sentyabrın 19-u İstanbulda qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılov bu gün Nardaranda dəfn ediləcək. Qətldən 2 gün keçməsinə baxmayaraq, onun öldürülməsi ilə bağlı söz-söhbətlər səngimir. Etimad İsmayılovun sabiq baş prokuror İlyas İsmayılovun oğlu və tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı olması məsələnin daha çox diqqət mərkəzində qalmasına səbəb olur. […]

Məscidlərdən bayrağımız asılmalıdırmı? – Günün mövzusu jurnalistləri üz-üzə qoydu

Məscidlərdə Azərbaycan bayrağının qaldırılması məsələsi ictimaiyyət arasında müzakirə mövzusuna çevrilib. Turkustan.info xəbər verir ki, bir kəsim Aşura günlərində məscidlərdə qara bayraq qaldırılmasının əleyhinə olduğunu, onun yerinə Azərbaycan bayrağının qaldırılmasını təklif edib.  İTV-nin yayım Şurasının üzvü, jurnalist Azər Həsrət isə bu təklifə kəskin reaksiya verməsiylə diqqət çəkib. “Mənim dövlətimin bayrağının məsciddə, […]

Məktəbli Binəli Yıldırımı görüb ağladı – Bakı aeroportunda

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycana rəsmi səfərə gəlib. Turkustan.info xəbər verir ki, Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasa qatılmaq üçün gələn Binəli Yıldırım hava limanına daxil olan zaman maraqlı anlar yaşayıb. Belə ki, B.Yıldırımı hava limanında görən, Məhəmməd Taha adlı məktəbli onun yanına gələrək ağlamağa […]

Rusiyanın daha bir döyüş təyyarəsi qəzaya düşdü

Rusiya Müdafiə Nazirliyi daha bir Rusiyaya məxsus (MiQ-31) döyüş təyyarəsinin dünən 15:30 radələrində planlaşdırılmış təlim məqsədli uçuş həyata keçirərkən Nijnıy Novqorod bölgəsində qəfildən yerə eniş etdiyini bildirib Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, nazirlik açıqlamasında bildirib ki, təyyarə tam təhlükəsiz şəkildə eniş edib və ekipaj üzvlərinin həyati təhlükələri yoxdur. Təyyarə […]

Bakıda güclü yanğın başladı – VİDEO

Paytaxtın Xətai rayonunda güclü yanğın başlayıb. Turkustan.info-nun məlumatına görə, hadisə Nobel prospektində yerləşən çay evində qeydə alınıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.  Yanğınsöndürmə və digər xilasetmə tədbirləri davam etdirilir. /oxu.az/

Tramp Qarabağdan danışdı

Yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində imkanlar açılacaq. Turkustan.info-nun Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Trampın Ermənistanın baş naziri Nikol Paşinyana ünvanladığı məktubda deyilir. “Yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində imkanlar açılacaq, bu da Ermənistan-ABŞ münasibətlərinə yeni imkanlar yaradacaq. ATƏT-in Minsk Qrupunun həmsədr dövləti kimi ABŞ münaqişənin […]

Qəbul imtahanlarda sualların formatı dəyişdiriləcək – Məleykə Abbaszadə

Gələn tədris ili üzrə ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün imtahan ballarının hesablanması qaydası dəyişsə də, ali məktəbə qəbul üçün maksimal bal yenə də 700 bal olacaq. Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, abituriyent bu balın 300-nü maksimal […]

Mehriban Əliyevaya səslənən ANA : “Ürəyimin yarısı qızımla birlikdə dəfn edilib”- MÜRACİƏT

Mən, Lerik rayon sakini, 1974-cü il təvəllüdlü Əliyeva Raifə Ağaxan qızı ailə qurduqdan sonra 14.06.2002 tarixində iki qızım, 2006-cı ildə bir oğlum dünyaya göz açıb. Dərin təəssüf və hüzün hissiylə bildirirəm ki, 2015-ci ildə qızım Səadəti ürək genişlənməsi xəstəliyindən itirdim. Digər qızım Sevinc isə eyni xəstəlikdən əziyyət çəksə də, müalicəyə […]

Heç kim Paşinyanı görmək belə istəmir

ABŞ-da erməni baş nazirin görüş istəklərinə bir-bir rədd cavabaı verilir Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a səfərinin təxirə salınmasının səbəbi məlum olub. Bu barədə “168 jam” qəzeti məlumat yayıb. Belə ki, Amerikanın rəhbərliyindən heç kim onunla görüşmək istəmir.  Ermənistanın baş naziri bunu ört-basdır etmək üçün deyib ki, sentyabrın 23-də şəhər […]

İlyas İsmayılovun oğlu üçün killer polkovnik – Üç güllənin üç sirri…

Qətli törədən sabiq polis Gözəl Dəmirovun Etimad İsmayılova Belarusda birgə iş görmək adı altında aldığı külli miqdarda borcu qaytarmadığı deyilir; partiya sədrinin oğluna iki güllə vurduqdan sonra “kontrolnıy vıstrel”ə niyə ehtiyac olub? Tanıyanlar Dəmirovu “dəmir adam” kimi xarakterizə edir və… Sentyabrın 19-da axşam Ədalət Partiyasının sədri, sabiq ədliyyə naziri İlyas […]

Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilir – Prezident İlham Əliyev iclasda iştirak edir

Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilir. Turkustan.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir. Dövlətimizin başçısı iclasda nitq söyləyir.

Mərkəzi Bank yeni məzənnələri elan etdi

Bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb  Sentyabr ayının 21-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi sentyabrın 20-si ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub. Avro/manat məzənnəsi 2.0024 manata, rubl/manat məzənnəsi 0,0256 manata, türk lirəsi isə 0,2727 manata qalxıb. Sonuncu dəfə rəsmi olaraq 1 avro 2 manatdan yüksək qiymətə (2.0067 manat) […]

Bakıdakı dəhşətli hadisədə ölənlərin şəxsiyyəti müəyyənləşdi – ADLAR – YENİLƏNDİ – FOTO+VİDEO (18+)

Dünən axşam saatlarında Bakı şəhər Xətai rayonu Nobel prospektində baş vermiş dəhşətli avtomobil qəzasında ölən 4 nəfərdən 3-nün şəxsiyyəti müəyyənləşib. Turkustan.info xəbər verir ki, 99 MH 441 dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə idarəetmədən çıxaraq işıq dirəyinə çırpılması nəticəsində ölənlərin 1993-cü il təvəllüdlü Əzimov Anar Emin oğlu, 1989-cu il təvəllüdlü Bilalov […]

Qüdrət Həsənquliyev: “Növbədənkənar parlament seçkiləri qərarı olsa…”

“Bəzi nazirlər hesab edirlər ki, parlamentdə deputatların suallarına cavab vermək onların nüfuzunu aşağı salır” “Uzun illər ərzində yalnız bir dəfə mərhum prezident Heydər Əliyev Qarabağ məsələsini parlamentin müzakirəsinə çıxarıb. Tək mən yox, millət vəkillərinin çoxu dəfələrlə parlamentdə məsələ qaldırıblar ki, yenidən bu məsələnin parlamentin müzakirəsinə çıxarılmasına çox böyük ehtiyac var”. […]

Milli Məclis bu gün xüsusi iclasa toplanır

Bu gün – sentyabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin təntənəli iclası keçiriləcək. Turkustan.info-nun Modern.az-a istinadən parlamentdən əldə etdiyi məlumata görə, təntənəli iclasda Prezident İlham Əliyevin də iştirakı gözlənilir. Yubiley mərasimi Milli Məclisin inzibati binasında, saat 12:00-da təşkil ediləcək. Ümumilikdə tədbirə 150 […]

Etimad İsmayılovun nəşi Bakıya gətirildi

Azərbaycanın sabiq baş prokuroru və keçmiş ədliyyə naziri İlyas İsmayılovun Türkiyədə qətlə yetirilən oğlu Etimad İsmayılovun nəşi Bakıya gətirilib.  E. İsmayılovun nəşini gətirən təyyarə bu dəqiqələrdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında eniş edib. Cənazəni mərhumun atası İlyas İsmayılov, həyat yoldaşı Sevil Nuriyeva və digər yaxınları, ümumilikdə 50-yə yaxın şəxs […]

Milyardlıq xərçəng dərmanları fındıq qabıqlarıyla tarixə qovuşur – Türkiyəli alimlərdən inqilabi kəşf

Türkiyədə alimlər xərçəng xəstəliyi ilə mübarizədə inqilabi yenilik ediblər. Turkustan.info Medicina.az-a istinadən xəbər verir ki, akademiklər 2 il ərzində laboratoriyada fındıq qabıqları üzərində araşdırma aparıblar. Təxminən 500 min ton fındıq qabığı üzərində aparılan tədqiqatlar zamanı onlar kimyaterapiya dərmanlarının aktiv tərkib hissəsini əldə ediblər. Məlumat üçün bildirək ki, sözügedən 3 dərmanın […]

Facebook messencerində problem yaranıb

Sosial şəbəkənin fəaliyyətində problemlər Bakı vaxtı ilə 20:20-dən etibarən müşahidə olunub. Turkustan.info xəbər verir ki, istifadəçilərin böyük əksəriyyəti ümumiyyətlə şəbəkənin fəaliyyətsizliyindən şikayətlənirlər (51%). Eyni zamanda bəzi istifadəçilər mesaj göndərə bilmir (33%), digərləri isə öz səhifələrinə daxil ola bilmirlər (15%). Sosial şəbəkənin işində ən ciddi problemlər isə Polşa, Fransa, İtaliya, Çexiya, Macarıstan, […]

Əhməd Davudoğlu Etimad İsmayılovla vida mərasiminə gəldi – FOTO+VİDEO

Dünən gecə İstanbulda qətlə yetirilən azərbaycanlı iş adamı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılov üçün bu gün İstanbulda vida mərasimi təşkil olunub. Turkustan.info xəbər verir ki, vida mərasimində Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu başda olmaqla, ölkənin bir sıra ictimai-siyasi xadimləri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Cənazə namazının […]

Xərçəngin yayılmasının ağlagəlməz səbəbi açıqlandı

Bağırsağın mikroflorası qalın bağırsaqda hər hansı iltihab prosesi olmadan xərçəng şişlərinin yaranmasına səbəb ola bilər. Turkustan.info “Trend”ə istinadən xəbər verir ki, Münhen Texniki Universitetinin bir qrup mütəxəssisi bu qənaətə gəlib. Qalın bağırsaq xərçəngindən əziyyət çəkən 541 nəfər üzərində aparılan müşahidələr nəticəsində məlum olub ki, bu xəstəliyin yaranması üçün xroniki iltihabın olması vacib […]

Etimad İsmayılov Türk bayrağına büküldü – Vida mərasimindən FOTOLAR+VİDEO

Dünən gecə İstanbulda qətlə yetirilən azərbaycanlı iş adamı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılov üçün bu gün İstanbulda vida mərasimi təşkil olunub. Turkustan.info xəbər verir ki, vida mərasimində Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu başda olmaqla, ölkənin bir sıra ictimai-siyasi xadimləri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Cənazə namazının […]

Türkiyədə Etimad İsmayılovla vida mərasimi oldu – VİDEO

Dünən İstanbulda öz ofisində qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovla vida mərasimi keçirilib. Turkustan.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Florya Yeni Camidə baş tutan mərasimə E.İsmayılovun həyat yoldaşı, jurnalist Sevil Nuriyeva 5 yaşlı oğlu və yaxınları qatılıblar. Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu, İstanbul polis rəisi Mustafa Çalışqan, “Star” qəzetinin […]

Putinin Ermənistan səfəri: İrəvan yenidən qarışacaq?

Rusiya prezidenti Vladimir Putin Ermənistana nəzərdə tutulan səfəri çərçivəsində keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanla görüşəcək. Bu açıqlamanı “Jamanak” qəzeti verib. Qəzetdə dərc olunmuş məqalədə deyilir: “Deyəsən, Putin dəvəti qəbul edib və mətbuat katibi Peskov vasitəsilə İrəvana gələcəyini bildirib, lakin səfərin tarixi barədə aydınlıq hələ ki yoxdur”. “Lakin artıq məlumdur […]

AST Telmanın qardaşı oğlu həbs edildi – Müğənni oğurluğu…

Moskvanın Basmannı rayon məhkəməsi Çerkizov bazarının keçmiş sahibi, azərbaycanlı oliqarx Telman İsmayılovun qardaşı oğlu Zaur Mərdanovun 2 ay müddətinə həbs edilməsi ilə bağlı qərar verib. Turkustan.info xəbər verir ki, Z.Mərdanov müğənni Avraam Russonu oğurlamaqda təqsirkar bilinib. “Məhkəmə Zaur Mərdanovun 17 noyabr tarixinə qədər həbs edilməsi bağlı qərar verir”, – deyə hakim […]

Qürbətdən bir cənazə gedir Vətənə…

Gürbetten bir cenaze gedir Vetene… Ailesinden uşağından doymadan doyunca yaşayamadığı doğma torpağına yol alır.. Etimad İsmayılov Yar- yoldaşından , evinden eşiyinden ayrılarak çok genç yaşta tabutta gedir son sefer üçün Azerbaycana.. Kelimelerin ifade etmekte çetinlik çektiği faciyenin açtığı yaranı xefifletmek üçün elimizden heç ne gelmir . Başın sağolsun Sevil, Oğluna […]

Bakıda maşın partladı: 4 nəfər parça-parça oldu – VİDEO 18+

Bakının Nobel prospektində “Hyundai” markalı avtomobil partlayıb. Turkustan.info bildirir ki, bu barədə Oxu.Az-a hadisə şahidləri məlumat veriblər. Onların sözlərinə görə, qəza nəticəsində avtomobildə olan iki nəfər dünyasını dəyişib. Hadisə ilə əlaqədar görüntüləri təqdim edirik:    

İlyas İsmayılovun oğlu buna görə öldürüldü – TƏFƏRRÜAT

Etimad İsmayılovun qətlinin yeni təfərrüatı üzə çıxıb. Turkustan.info xəbər verir ki, Etimad İsmayılov və Gözəl Dəmirovun arasında şirkət hissələrinə görə gərginlik ortaya çıxdığı məlum olub. Belə ki, Gözəlov İsmayılovdan şirkətin 2 faiz səhmini 4 milyon dollar qarşılığında ona verməsini istəyib. Ancaq tərəflər arasında razılıq əldə olunmayıb. Cinayətdən üç saat sonra yaxalanan Gözəlov hadisənin hissələrin […]

NATO rəsmisi İlham Əliyevlə danışıqlarda

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 20-də NATO baş katibinin müavini xanım Rouz Qotemöllerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Turkustan.info-nun xəbər verir ki, xanım Rouz Qotemöller NATO-nun baş katibi Yens Stoltenberqin salamlarını dövlətimizin başçısına çatdırıb. Görüşdə Azərbaycan ilə NATO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, Azərbaycan Prezidenti İlham Əliyevin NATO mənzil-qərargahına səfərlərinə […]

Avropa Məhkəməsi Ermənistan əleyhinə qərar çıxardı

Bu gün Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2008-ci ilin 1 mart hadisələri ilə əlaqədar “Muşeqa Sqatelyan Ermənistana qarşı” işi üzrə qərar çıxarıb. Turkustan.info yerli KİV-ə istinadən bildirir ki, AİHM Ermənistandakı mart qırğını zamanı zərərçəkmiş Muşeqa Sqatelyanın şikayətini təmin edib və ona qarşı Ermənistanın güc strukturları tərəfindən qəddar münasibət göstərildiyini, effektiv istintaq […]

Qafqazda təhlükəli milli münaqişə alovlandı, qoşun yeridildi – VİDEO

Dünəndən etibarən Qafqazda daha bir təhlükəli milli münaqişə alovlanıb. Turkustan.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Kabardin-Balkar muxtar respublikasının Kendelen kəndində XVIII əsrdən qalma ədavətə görə başlayan münaqişə cəmi bir sutka ərzində Nalçikə, daha sonra qonşu Baskan kəndinə qədər yayılıb. “Rosqvardiya”nın qüvvələri münaqişəni yatırmağa çalışır və silah tətbiq edir. Çoxsaylı […]

İstanbulda Azərbaycan məktəbi dərslərə belə başladı – VİDEO

İstanbulda fəaliyyət göstərən “Azərbaycan, Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik” Dərnəyi nəzdində fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin şagirdləri yeni dərs ilinə başlayıblar. Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib. Məktəbin rəhbəri Şərqiyyə Məmmədova bu günün əlamətdar hadisə olduğunu qeyd edərək və onlara uğurlar arzulayıb.  

Məşhur ürək cərrahı Rəşad Mahmudova yeni vəzifə verildi

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov yeni vəzifəyə təyinat alıb. Modern.az saytının əldə etdiyi məlumata görə, R.Mahmudov Mərkəzi Gömrük Hospitalında Elmi Tədqiqat və Tədris Mərkəzinin rəisi təyin olunub. Turkustan.info-nun verdiyi xəbərə görə, R.Mahmudov Modern.az-a açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, bu gündən vəzifəsinin icrasına başlayıb. Rəşad Mahmudov 18 yanvar 1974-cü ildə Astara rayonunda anadan […]

Nağd alış-verişin birdəfəlik tarixə qovuşması gündəmdə: Öncə banklardan başlamaq lazımdır

“Əhali anlamalıdır ki, nağdsız hesablaşmaların reallaşması onlar üçün daha sərfəlidir”  “Azərbaycanda ümumi hesablaşmalarda nağdsız hesablaşmaların xüsusi çəkisinin artırılması son dərəcə zəruridir. Artıq bu istiqamətdə Mərkəzi Bank və aidiyyatı qurumlar uzun müddətdir bəyanatlar verir. Amma yaxşı olar ki, bu məsələnin reallaşması üçün Mərkəzi Bank və aidiyyatı qurumların əməli tədbirlərinin şahidi olaq”. […]

Belçikada Azərbaycanla bağlı təbliğat

Hər il olduğu kimi bu il də Ham səmalarında Azərbaycanın bayrağı dalğalanıb. Hər il ənənəvi olaraq keçirilən Ham şəhər bayramında Belçika-Azərbaycan Dostluq Cəmiyyəti olaraq Azərbaycan təmsil edib. Müxtəlif millətlərin adət-ənənə və mədəniyyətinin tanıdıldığı bayramda Azərbaycanın da adət-ənənə və mədəniyyəti xaricilərə təqdim edilib. Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Ayhan Demirçi Ham bələdiyyəsinin […]

“Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları haqqında ingilis dilində məqalələr yaradılıb

 Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən ingilis dilli Vikipediyada Milli qəhrəmanlarımız haqqında məqalələr yaradılıb. Məqalələrdə Azərbaycanın Milli qəhrəmanları – Mikayıl Cəbrayılov, Mövsüm Məmmədov, Zakir Yusifov, Əliyar Əliyev, Səfiyar Behbudov, Mehdi Abbasov, Aslan Atakişiyev, Koroğlu Rəhimov,Nofəl Quliyev,Valeh Müslümov, Vüqar Hüseynov, Yusif Əliyev, Cəlil Səfərov, […]

Paşinyan dünyaya sübut etdi ki, Bakı müharibə etməlidir – Şərh

Prezidentin çıxışında vurğuladığı kimi, Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bunun üçün münbit şərait artıq yetişib. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazov deyib. O bildirib ki, Ermənistanda yeni hakimiyyət çox ağır durumdadır: “Əslində Paşinyan hələ tam hakimiyyətə gələ bilməyib. Ölkənin parlamenti […]

İsgəndər Həmidov Etimadın qatilindən danışdı: “Onu həmin ölkəyə mən göndərdim ki…”

Keçmiş daxili işlər naziri İsgəndər Həmidov ötən gecə İstanbulda qətlə yetirilmiş iş adamı Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov haqda maraqlı fakt açıqlayıb: “Tale elə gətirib ki, Elçibəy prezident olanda bu cür işlərə həmişə məni göndərirdi. Bir dəfə yenə məni yanına çağırıb soruşdu ki, “Əfqanıstandan özbək əsilli general Dustumu Bakıya gətirə bilərsən?” […]

Möhtəşəm Antoloji Türkiyədə işıq üzü gördü – FOTO

3 cilddən ibarət olan möhtəşəm Antoloji Türkiyədə işıq üzü gördü. İstər Türk istərsə də Azərbaycan ədəbiyyatına xidmət edən kitab Azərbaycan Cümhuriyyət quruluşunun və Qafqaz İslam Ordusu Hərəkatının 100 illik xatirəsinə həsr edilmişdir. Artıq oxucuların ixtiyarına verilən, sevgi şeirlərindən ibarət olan 1 ci cild hər iki ölkənin ziyalıları tərəfindən rəğbətlə qarşılanmışdır. […]

Türkiyədə qətlə yetirilən AZƏRBAYCANLILAR

Sentyabrın 19-u gecə saatlarında Türkiyədə Azərbaycanın tanınmış dövlət və ictimai-siyasi xadimi, keçmiş baş prokuror və ilk ədliyyə naziri, sabiq millət vəkili İlyas İsmayılovun oğlu Etrimad İsmayılov qətlə yetirilib. Sabiq deputatın oğlu Etimad İsmayılov həmyerlimiz, sabiq polis rəisi, iş adamı Gözəl Dəmirov tərəfindən güllələnib. Etimad İsmayılovun qətlə yetirilməsi sosial şəbəkələrdə və mediada ciddi […]

Etimad İsmayılovun cənazəsi ailəsinə təhvil verildi – FOTO + VİDEO

Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun cənazəsi yaxınlarına təhvil verilib. Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ofisində güllələnən Etimad İsmayılovun cənazəsi bu gecə ekspertiza olunması üçün İstanbul Ədliyyə Tibb Təşkilatına aparılmışdı. Ekspertizadan sonra onun meyiti yaxınlarına verilib. Artıq mərhumun cənazəsinin Bakıya gətirilməsi üçün hazırlıq işləri gedir. /BakuPost/

Qənirə Paşayeva Türk dünyası gəncliyinə çağırış etdi

Türkiyənin Hatay vilayətinin Belen bələdiyyəsi bölgəsində Qarabağ parkı və Azərbaycan küçəsinin açılış mərasimi keçirilib. Çox sayda insanın iştirakı ilə keçirilən Qarabağ parkı və Azərbaycan küçəsinin açılışı mərasimində çıxış edən Belen bələdiyyə başçısı Adnan Vurucu bildirib ki, ötən il Hatayda Qarabağ problemi, Türk dünyası ilə bağlı konfrans verən millət vəkili Q.Paşayeva […]

“Bu yaşda heç kimə türmə həyatını arzulamıram” – Cinayətkar AZYAŞLILAR – VİDEO + FOTO

Cəmiyyətimizdə cinayət törədərək məhkumluq həyatı yaşayanlar arasında azyaşlılar da var və bu say artmaqdadır. Məhkum olunan şəxs: “Tutdular bizi, yaşım az idi. İl yarım iş verdilər. Bu yaşda heç kimə arzulamaram türmə həyatını. Məhkumluq həyatı hal-hazırda maneələr yaradır mənə”. Turkustan.info ARB TV-yə istinadən xəbər verir ki, uşaq yaşlarında avara həyat tərzinə alışan, […]

“Bu missiyanı həyata keçirənlər çox vaxt həyatlarını təhlükəyə atırlar” – Fuad Ələsgərov

Bu gün Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) – NATO Dəstək Agentliyi (NSPA) Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun “Ceyrançöl ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi” birgə layihəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad […]

DTX arxivi açdı – Bu SƏNƏDLƏRİN məxfiliyi götürüldü

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) erməni daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv sənədlərini yayıb. Turkustan.info xəbər verir ki, bununla da Dövlət Təhlükəsizliyi Xidmətinin arxivlərində saxlanılan sənədli materialların bir qisminin üzərindən məxfilik götürülüb. DTX-nın yaydığı materialda deyilir: 1813-cü ildə Gülüstan, 1828-ci ildə isə Türkmənçay müqavilələrinin imzalanması ilə Azərbaycanın tarixi və əzəli […]

ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasının sədri Georgi Tsereteli Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 20-də ölkəmizə səfərə gəlib. Turkustan.info AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Georgi Tseretelini Milli Məclis sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.

“Ermənistan sabitliyi pozacaqsa, layiqli cəzasını alacaq” – Əflatun Amaşov

“Paşinyanın demaqogiyası öz kölgəsini yekə görməkdən başqa bir şey deyil. Bir ölkənin ki, dövlət sərhədində başqa ölkənin əsgərləri keşik çəkir, onun rəhbərinin danışmağa ümumiyyətlə sözü olmamalıdır”. Turkustan.info xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Ə.Amaşov bildirib ki, Ermənistanın baş naziri ağzıköpüklü populist bəyanatlar […]

“Qatilin ən layiqli şəkildə cəzalandırılmasını istəyirəm” — Oğlu qətlə yetirilən İlyas İsmayılov

Ədalət Partiyasının sədri, sabiq ədliyyə naziri İlyas İsmayılov ötən gün Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirilən oğlu, iş adamı Etimad İsmayılovun ölümündən danışıb. Turkustan.info bildirir ki, İ.İsmayılov “Ölkə.Az”a açıqlamasında bildirib ki, övlad itkisi ağır dərddir: “Hələ dəqiq bilmirəm ki, oğlumun cənazəsi Azərbaycana nə vaxt gətiriləcək. Yəqin ki, sənədləşmə işlərinə görədir. […]

İlyas İsmayılovun oğlunu öldürən keçmiş polis rəisi belə tutuldu – VIDEO

Azərbaycanlı iş adamı, jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılovu Floryadakı ofisində qətlə yetirən Gözəl Dəmirov İstanbul polisi tərəfindən saxlanılıb. Turkustan.İnfo xəbər verir ki, Etimad İsmayılovu ofisində başından və ürəyindən güllələyərək qətlə yetirən keçmiş polis (90-cı illərdə vəzifədə olub) rəisi və onu müşayiət edən sürücüsü saxlanılıb. Keçmiş polis rəisi Gözəl Dəmirov […]

Xanım sürücü yolu kəsdi – “Yol mənimdir, belə sürürəm …” – VİDEO

Bakının Sabunçu rayonu, Anaşkin küçəsində qəribə hadisə baş verib. Turkustan.info bildirirki, bu barədə “avtosfer.az”a hadisənin iştirakçısı olan Səhhət Abbasov məlumat verib və video göndərib. Belə ki, öz yolu ilə hərəkət edən “Mercedes Vito” markalı avtomobilin qarşısına xanım sürücünün idarə etdiyi, 90 NO 018 dövlət nömrə nişanlı, “Mercedes S-Class” markalı avtomobil […]

Azercell-in dəstək verdiyi “İdeyadan Biznesə” layihəsinin startap turu Sumqayıtda keçiriləcək

Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları davam edir. Növbəti startap turu 21 sentyabr 2018-ci il tarixində saat 08:30-dan 17:00-dək Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzində baş tutacaq. İştirak etmək üçün http://www.i2b.az saytında qeydiyyatdan keçmək lazımdır. Sumqayıt şəhərində keçiriləcək startap turuna ətraf ərazilərdən olan […]

Köçəryandan Paşinyana Qarabağ xəbərdarlığı

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini bilmir. Turkustan.info xəbər verir ki, bunu “Kommersant” qəzetinə müsahibəsində Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib. Onun sözlərinə görə, baş nazir Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, bir çox siyasi məsələləri bilmir: “Paşinyan hansı mövqedə dayanacağından məlumatsızdır. Uzun zaman Qarabağla bağlı gedən danışıqlarda […]

Magistralda sürət həddi 120-yə qaldırılıb, yoldan istifadə isə ödənişli olacaq

O bildirib ki, yeni istifadəyə verilən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ödənişli olacağı gözlənilir Yeni istifadəyə verilən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda sürət həddi saatda 120 km/saat təyin olunub. Turkustan.info bildirir ki, bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar […]

Əfsanəvi polis rəisi “Novruz əmi” vəfat etdi – Təfərrüat + VİDEO

Novruz Həsənov dünən saat 23 radələrində dünyasını dəyişib. Turkustan.info xəbər verir ki, N. Həsənov son bir ildə xərçəng xəstəliyindən əziyyət çəkirdi. Tiflis xəstəxanasında əməliyyatdan sonra halı qəfil pisləşib və komaya girib. Onun həyatını xilas etmək mümkün olmayıb. Novruz Həsənovun yas mərasimi doğulduğu Tovuz rayonunun Bozalqanlı kəndində olacaq. Qeyd edək ki, […]

Xaricdən telefon gətirənlərin diqqətinə – Qeydiyyat rüsumu təsdiqləndi

Mobil cihazların qeydiyyatının aparılması qaydasında dəyişiklik edilib. Turkustan.info-nun məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi […]

NATO-dan Qarabağla bağlı AÇIQLAMA

“NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini vacib sayır”. Turkustan.info xəbər verir ki, bunu Bakıda səfərdə olan NATO baş katibinin müavini Rouz Qottemüller jurnalistlərə açıqlamasında  deyib. O deyib ki, NATO ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistan rəhbərlərinə münaqişənin sülh yolu ilə həllində göstərdiyi dəstəyi alqışlayır. R.Qottemüllerin sözlərinə görə, NATO Azərbaycan […]

“Elə bil dünya yıxılıb altında qalmışam” – Sevil Nuriyeva

Mən indi heç bir şey bilmirəm.  Bu  haqda danışmağa da gücüm yoxdur”. Turkustan.info xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında ötən gün Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun həyat yoldaşı tanınmış jurnalist Sevil Nuriyeva deyib.  Göz yaşlarını saxlaya bilməyən S. Nuriyeva hisslərini belə ifadə edib:  “Elə bil dünya yıxılıb […]

“Qatilin oğluma borcu var idi…” – İlyas İsmayılov

Xəbər verdiyimiz kimi, dünən gecə Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, azərbaycanlı iş adamı Etimad İsmayılov Türkiyənin  İstanbul şəhərindəki ofisində qətlə yetirilib. Onu qətlə yetirən şəxs də azərbaycanlıdır – Gözəl Dəmirov adlı sabiq polis rəisi, iş adamı.. Turkustan.info xəbər verir ki, modern.az saytı İlyas İsmayılovla əlaqə saxlayıb. O, açıqlamasında xəbərin şokundan […]

Etimad Ismayılovun qatili tutuldu – DİN-nin keçmiş polkovniki… (Olayın təfərrüatı)

Etimad İsmayılovun öldürülməsinin səbəbi məlum olub. Türkiyə mediasında yer alan xəbərə görə, Etimad İsmayılov Gözəl Dəmirovla uzun müddətdir ki şərik imiş. Hadisə saat 21:00 radələrində meydana gəlib. İş adamı ofisində güllələnərək qətlə yetirilib. Məlumatda qeyd edilir ki, Etimad İsmayılov və Gözəl Dəmirov şərikli inşaat və təşkilatçılıq işi ilə məşğul imişlər, […]

Binəli Yıldırım Bakıya gəlir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırımın bu gün Azərbaycana səfəri başlayır. Turkustan.info-nun xəbərinə görə, B.Yıldırımın sentyabrın 21-də keçiriləcək və Azərbaycan Parlamentinin 100 illik yubileyinə həsr olunacaq tədbirlərdə iştirak edəcəyi gözlənilir. Qeyd edək ki, artıq ATƏT PA-nın sədri, həmçinin, Bolqarıstanın, Omanın, Küveytin, Cibutinin, Bosniya-Herseqovinanın, Səudiyyə Ərəbistanının, Qırğız Respublikasının spikerləri Bakıdadır.  /oxu.az/

Türkiyədə tanınmış azərbaycanlı iş adamının qatili tutuldu – FOTO

Azərbaycanlı iş adamı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Turkustan.info-nun Türkiyə KİV-ə istinadən məlumatına görə, hadisə İstanbulda – İsmayılovun Floryadakı ofisində baş verib. G.Dəmirov və E.İsmayılov arasında mübahisə yaşanıb. Nəticədə, Gözəlov İsmayılovun başından iki, ürəyindən isə bir güllə vurub.  Etimad İsmayılov xəstəxanaya çatdırılsa […]

İlyas İsmayılov oğlu Etimad İsmayılovun qətli barədə…

Ədalət Partiyasının sədri İlyas İsmayılov Teleqraf.com-a açıqlamasında Türkiyədə qətlə yetirilən şəxsin oğlu Etimad İsmayılov olduğunu təsdiqləyib. Azərbaycanlı iş adamı Etimad İsmayılov Türkiyənin İstanbul şəhərindəki ofisində öldürülüb. Başından 2, ürəyindən 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. İş adamına silahla atəş açaraq hadisə yerindən qaçan […]

Etimad İsmayılovun qətli ilə bağlı YENİ XƏBƏRLƏR

Tanınmış Azeri İşadamı İtimat İsmailov Florya’daki ofisinde uğradığı silahlı saldırı sonucu hayatını kaybetti. Saldırı olayı Azeri İşadamının Şenlikköy Mahallesi Florya Asfaltı 63 numaralı binadaki ofisinde saat 21.00 sularında meydana geldi. Başından 2 ve kalbinden 1 mermi ile yaralanan işadamı kaldırıldığı özel bir hastanede kurtarılamayarak hayatını kaybetti. İşadamının yakınları ve sevenleri hastaneye akın […]

Azərbaycanlı iş adamı Etimad İsmayılov İstanbulda qətlə yetirildi?

Türkiyədə azərbaycanlı iş adamı, eyni zamanda siyasi analitik Etimad İsmayılov qətlə yetirilib. Turkustan.info xəbər verir ki, hadisə İstanbul şəhərində baş verib. O, Floryadakı ofisində silahlı hücuma məruz qalıb. Başından və ürəyindən güllə yarası alan İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən Gözəl Dəmirovun […]

Sənətinə sadiq qalan Fikrət Qəhrəmanov

Dünya tarixinə neft hasilatının ilk mərkəzlərindən biri kimi daxil olmuş qədim Odlar Yurdu bütün dövrlərdə özünün istedadlı alimləri, bacarıqlı neftçiləri ilə tanınır. Belə neftçilərdən biri olan Fikrət Qəhrəmanov işlədiyi bütün sahələrdə üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlmiş, ona göstərilən etimada layiq olmuşdur. O, bütün bilik və bacarığını neft sənayesinin inkişafına, […]

Məşhur qida məhsullarında virus aşkarlandı — VİDEO

Azərbaycana qida məhsulları idxal edən bir sıra məşhur şirkətlərə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ciddi xəbərdarlıq edilib. Turkustan.info xəbər verir ki, bu barədə REAL-a müsahibəsində AQTA-nın Qida Təhlükəsizliyi şöbəsinin müdiri Fərid Əmirov bildirib. Onun sözlərinə görə, həmin məhsullar ölkəyə idxal olunarkən AQTA-nın müvafiq laboratoriyalarında müayinə olunub və sınaq nəticələrinə əsasən qeyd […]

Rusiyada deputat seçilən azərbaycanlı – KİMDİR? – FOTOLAR

Tıva Respublikasının Karate Federasiyasının baş məşqçisi, məşhur idmançı və məşhur ictimai xadim, Rusiyanın Azərbaycan diasporunun fəalı Çingiz Əliyev Tıva Respublikasının yerli parlamentinə deputat seçilib. Turkustan.info xəbər verir ki, bu barədə Rusiya azərbaycanlılarının vahid informasiya portalı AzRu-a Çingiz Əliyevin özü məlumat verib. Beləliklə, Çingiz Əliyev Taleh Mahmudov (Krasnoyarsk), Behruz Hümbətov (İjevsk) […]

İbtidai siniflər üzrə məşhur vəsaitlər müəllifi kitablarının sirrini açdı – MÜSAHİBƏ

Növbəti – 2018-2019-cu illər dərs mövsümü açıq elan olundu. Tədris ilində ən çox əhəmiyyət kəsb edən, eyni zamanda tənqid olunan məsələlərdən biri dərs vəsaitləri və onların tərtibat səviyyəsi barədədir. Bildiyimiz kimi, hər bir sinif üçün dərslik hazırlanan müəllim üçün metodik vəsait olduğu kimi, şagirdlər üçün əlavə vəsait nəşr olunur. Əlavə […]

5 rayon dərhal Azərbaycana qaytarılmalıdır… – Rusiyadan İNANILMAZ TƏLƏB

“Ermənistan dərhal işğal altındakı rayonların beşini Azərbaycana qaytarmalıdır. Bu kiminsə xoşuna gəlməyə bilər, lakin vəziyyət belədir”. Turkustan.info xəbər verir ki, bu barədə “Milli müdafiə” nəşrinin baş redaktoru, Dünya Silah Ticarətinin Analiz Mərkəzinin rəhbəri, rusiyalı hərbi ekspert İqor Korotçenko deyib. Onun sözlərinə görə, Qarabağla yanaşı, ətrafındakı rayonlar da işğal altındadır: “Ermənilər bu […]

Azərbaycanda ər arvadının başqa kişi ilə görüntülərini kameraya çəkdi – VİDEO

Space TV-də “Gəl dərdini danış” verilişindən Məzahir adlı 3 uşaq atası kömək istəyib. Ərinə xəyanət etdiyi iddia edilən qadın efirə telefonla qoşularaq onu biabır edib. Həmçinin adiyyəti orqanlardan övladlarını tələb etdiyini bildirib. Verilişdən sözügedən videonu təqdim edirik: /metbuat.az/

Dövlət Başçısından sahibkarlarla bağlı mühüm SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Turkustan.info dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamın məqsədi ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, onun xammal bazasının yaxşılaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyinin artırılmasıdır. Bu […]

Yeni qlobal maliyyə böhranının tarixi açıqlandı

Yeni qlobal maliyyə böhranı yaxın iki ildə baş verə bilər. Turkustan.info Business Insider nəşrinə istinadən xəbər verir ki, bunu amerikalı milyarder, Bridgewater Associates investisiya şirkətinin qurucusu Rey Dalio deyib.  O bildirib ki, iqtisadi dövr bir neçə mərhələdən ibarətdir. İlk mərhələdə istehsalatdan gələn gəlirlə birgə borclar artır, aktivlərin dəyəri yüksəlir. Artan borclara görə isə mərkəzi […]

Ukraynanın yeni “Ölüm silahı”: Göydən “Oskol” yağacaq – VİDEO

Ukrayna hərbi-sənaye kompleksinin məhsulu olan yeni raketlər təqdim olunub. Turkustan.info-nun məlumatına görə, Ukrayna hərbçiləri yerli istehsal olan “Oskol” RS-80 idarəolunmaz reaktiv raketləri uğurla sınaqdan keçiriblər. Bu barədə Ukrayna prezidenti Petro Poroşenko özünün “Facebook” səhifəsində məlumat verib. Prezident yayımladığı videomateriala bu qeydləri də əlavə edib: “Səsdən sürətli olan bu raketlər təyyarələrə, […]

Düşmən hərbiçisi cəbhədə məhv edildi – Ermənistan itkilərini açıqlamağa BAŞLADI

Azərbaycan ordusunun cavab atəşi nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu 38 yaşlı Aykaz Matevosyan məhv edilib. Turkustan.info xəbər verir ki, Matevosyanın ölümü barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.  Qeyd olunur ki, müqavilə əsasında hərbi xidmət keçən Aykaz Matevosyan Ermənistan-Azərbaycan sərhəddinin şimal-şərq istiqamətində Azərbaycan ordusunun mövqelərindən atılan atəş nəticəsində güllə yarası […]

DYP-dən Aşura günü ilə bağlı sürücülərə MÜRACİƏT

Bakı şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sentyabrın 20-də baş tutacaq Aşura mərasimi ilə bağlı sürücülərə müraciət edib. Turkustan.info xəbər verir ki,  DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, Aşuru günü ilə bağlı keçiriləcək dini mərasimlərlə əlaqədər olaraq məscidlərin və ziyarətgahların ətrafında sıxlıq yaranmaması üçün mərasim yerinə gələnlər bəzi […]

İran hərəkətə keçdi: Rusiya bizi satır, Putin…

İranın ABŞ sanksiyalarına görə dünya neft bazarında itirdiyi mövqeləri Rusiya və Səudiyyə Ərəbistanı tutur. Turkustan.info xəbər verir ki, bu iddia ilə İran mətbuatı çıxışı edib. Rusiyanı tənqid edən mətbuat “Rusiya sözdə dostdur”, “Putin öz mənfəətinə görə hər şeyə hazırdır”, “Rusların neft ətrafında oyunları”, “Rusiya İranı aldatdı”, “Rusiya müttəfiq, yoxsa rəqib?” başlıqları […]

300 000 minlik qadın terrorçu öldürüldü – FOTO

Türkiyənin Bingöl vilayətində ötən ay öldürülən 3 terrorçudan birinin “Delila Çiya” kod adlı PKK-çı Ceyran Buğan (26 yaş) olduğu müəyyən edilib. Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, Bingöl vilayət rəhbərliyindən verilən açıqlamada həmçinin 13 sentyabrda 4 PKK-çının zərərsizləşdirildiyi əməliyyat bölgəsində aparılan axtarışda terrorçulara məxsus silah və sursat ələ keçirildiyi də […]

Putinin Bakı səfəri ərəfəsində Qarabağda müharibə başlamayacaq – Deputatdan AÇIQLAMA

“Bütün hərbi təlimlər eyni zamanda müharibəyə hazırlıqdır”. Turkustan.info bildirir ki, bunu Modern.az-a Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimlərindən danışarkən deputat Rasim Musabəyov deyib. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən hərbi təlimlərin qarşısına qoyulan vəzifə ermənilərin torpaqlarımızda qurduğu müdafiə sisteminin yarılmasıdır: “Torpaqlarımızın Ermənistan tərəfindən işğal altında olduğunu nəzərə alsaq, […]

Azercell tələbələrə aylıq təqaüd verəcək

Şirkət növbəti Tələbə Təqaüdü Proqramını elan edir İqtisadi baxımdan getdikcə güclənən, bazar iqtisadi münasibətlərinin daha təkmil şəkildə formalaşmasına önəm verən Azərbaycan üçün təhsilin inkişafı, peşəkar, savadlı kadrların yetişməsi olduqca əhəmiyyətlidir. Bunu nəzərə alan “Azercell Telekom” MMC öz sahəsində peşəkar olmaq, gələcək karyerasında uğur qazanmaq istəyən tələbələrə növbəti imkanı yaradır. Daima […]

Paşinyan yenə sərsəmlədi — Qarabağdan müharibə hədəsi

Ermənistanın baş naziri Nikol Paşinyan işğal altında olan Dağlıq Qarabağda separatçılarla görüşüb.  Turkustan.info xəbər verir ki, Paşinyan görüş zamanı yenə sərsəm bəyanatlar səsləndirib: “Biz sülh danışıqlarına hazırıq. Amma biz müharibəyə də hazırıq. Bu çox vacibdir və bunu Ermənistanda və sərhədlərindən kənarda hər kəs dərk etməlidir”. Paşinyanın sözlərinə əsasən, təmas xəttində […]

Milli Oftalmologiya Mərkəzində yeni bölmə yaradılıb – Körpələr korluqdan xilas ediləcək

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi son illərdə insanın ən dəyərli neməti olan göz işığını qaytarmaq, qorumaq məqsədi ilə bir çox ilklərə imza atıb.  Mərkəzinin Gəncə və Masallı filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş  həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə […]