Ça. İyn 18th, 2019

Dünya

Bu məmurları vəzifədən azad edin – Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radaya Xarici İşlər, Müdafiə nazirlikləri və Ukrayna Təhlükəsizlik Xidməti rəhbərləri ilə bağlı müraciət edib.

Turkustan.info xəbər verir ki, bu barədə TASS yazıb.

Məlumata görə, Zelenski Ali Radanı Pavel Klimkin, Stepan Poltorak və Vasili Qriçakı vəzifəsindən azad etməyə çağırıb.

Prezident bununla bağlı parlamentə 3 müvafiq təqdimat göndərib.  /Axar.az/

“Hizbullah”ın 22 mərtəbəlik dərinlikdə super-tuneli aşkarlandı – FOTOLAR+VİDEO

Dinc Fələstin müsəlmanlarını qətlə yetirməkdə davam edən və “Şimal Qalxanı” əməliyyatının son mərhələsinə hazırlaşan İsrail ordusu “Hizbullah” təşkilatının ən dərin tunelini  aşkarlayıb. 
İsrail mediası xəbər verir ki,   mayın 30-a keçən gecə dağıdılması planlaşdırılmış tunel 80 metr dərinlikdə(təxm. 22 mərtəbə qədər) yerləşir. Uzunluğu 1 km olan tunelin son 60 metri İsrail ərazisinə  daxil olur. Bir neçə ildir tikilən tunel havalandırma sistemi ilə təchiz edilib, elektrik xətti çəkilib və əməliyyat zamanı İsrail ordusunun istifadə etdiyi xüsusi daxili rabitə sistemi qurulub.  İnşaatçılar divarlara Quran ayələrindən ibarət qraffiti və eyni zamanda adlarını həkk ediblər. 
Yəhudi hərbçilər “Hizbullah”ın bu tunelinin “Hamas”  tunellərindən daha ciddi bir mühəndislik layihəsi olduğunu qeyd ediblər.  Gecə tunelin girişinin betonla dolu 600 yük maşını vasitəsi ilə “möhür”ləndiyi bildirilib.  Əməliyyatın yekunu barədə hələlik məlumat verilməyib. (moderator.az)

Yeni GƏLİŞMƏ: “ABŞ İranı vuracaq!” – Boltonun SENSASİON PLANI

“İran ABŞ-da dünyanın təhlükəsizliyinə ən böyük təhdid kimi təqdim edilir. Buna görə də düşünürəm ki, ABŞ dünyanın təhlükəsizliyinə təhdid saydığı İrana hücum edəcək, bu dəqiqdir”.

Bunu amerikalı politoloq Noam Komski deyib.

Komski “İndependent” qəzeti üçün qələmə aldığı məqalədə ABŞ-ın İrana hərbi müdaxilə etməyə hazırlaşdığını iddia edib:

“ABŞ-ın İrana hücum edəcəyi dəqiqdir. Tramp admnistrasiyası Con Boltonun liderliyində İrana hücum etmək üçün “dəlillər” axtarır. Əlbəttə, hücum etmək üçün belə bir bəhanə tapmaq asandır”.

Mütəxəssis məqalədə qeyd edir ki, ABŞ liderləri İrana müdaxilə etmək üçün bütün variantların masada olduğunu bildirir:

“Tramp da hər şeyin nəzarət altında olduğunu deyir. Prosesə Bolton və müttəfiqlərinin nəzarət etdiyini düşünsək, ABŞ İran iqtisadiyyatını dağıtmaq, əhalisini cəzalandırmaq prosesini davam etdirəcək. Avropa Amerikanın bu cəhdlərinə cavab verməyəcək qədər qorxur, çünki öz ağasına etiraz edəcək qədər gücü yoxdur.

Amma Trampın performansının arxasında böyük bir geosiyasi maraq axtarmaq xətadır, bu, öz iqtidarını qorumaq səyləridir”. (teleqraf.com)

Camal Qaşıqçını öldürən ŞOK SƏBƏB – Prezident kürəkənindən SENSASİON SÖZLƏR/FOTO

ABŞ prezidenti Donald Trampın kürəkəni və baş məsləhətçisi Cerard Kuşner Səudiyyə Ərəbistanı vətəndaşı, jurnalist Camal Qaşıqçını terrorçu adlandırıb.

Bu barədə “Vanity Fair” informasiya yayıb.

Nəşr Maykl Vufun yeni dərc olunan “Mühasirə: Tramp atəş altında” (“Siege: Trump Under Fire”) kitabına istinadən məlumat verir ki, Kuşner İstanbul konsulluğunda naməlum şəkildə qətlə yetirilən Camal Qaşıqçını Usamə Bin Ladenlə əlaqələndirib.

Kitabda Kuşnerin adı açıqlanmayan bir jurnalistə səs qeydindən kənar verdiyi müsahibədə Qaşıqçı haqqında “Bu adam kral ailəsindəki (Səudiyyə Ərəbistanı) bəzi fraksiyalar ilə Usamə arasında əlaqə yaradıb. Biz bunu bilirik. Jurnalistmi? Yox bir. Bu, jurnalist kimi üzünü maskalayan bir terrorçu idi”sözlərini deyib.

Xəbərdə, həmçinin, Kuşnerin Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın ən yaxşı müdafiəçilərindən biri olduğu qeyd edilib.

Məsələ ilə bağlı hələ ki, rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Maykl Vulfun 2018-ci ilin əvvəllərində ABŞ prezidenti Donald Trampın prezident postundakı ilk ilindən bəhs edən və ən çox satılan kitablar siyahısına daxil olan “Alov və hirs: Tramp Ağ evin içindən” adlı kitabı da geniş mübahisələrə səbəb olmuşdu. Yazıçının əvvəlki kitabının davamı kimi dərc edilən “Mühasirə: Tramp atəş altında” adlı 315 səhifəlik kitabında Trampın sabiq və mövcud işçiləri ilə etdiyi müsahibələr yer alıb.

Xatırladaq ki, “Vaşinqton Post” nəşrinin əməkdaşı Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda naməlum şəkildə qətlə yetirilmişdi. Qətlin törədicilərinin və sifarişçilərinin adları hələ də gizli olaraq qalır. (publika.az)

ABŞ 9 Avropa ölkəsinə Türkiyənin bir addımlığından daxil olacaq – Pentaqon AÇIQLADI

ABŞ Ordusunun Quru Qüvvələrinin Yunanıstanın “Aleksandrapolis” limanına 700-ə qədər hərbi avtomobil və şəxsi heyət göndərməsi regionda təşviş yaradıb.

Pentaqonun mətbuat katibi Erik Pahon ABŞ-ın Yunanıstana hərbi qüvvələrini toplamasına dair çıxan iddiaları təkzib edib.

Mətbuat katibi bildirib ki, ABŞ yay boyunca Avropa miqyasında 9 ölkədə keçiriləcək təlimlərə qatılmaq üçün Yunanıstandakı bir limanı marşrut kimi istifadə edəcək.

“Uzun müddətdir planlaşdırılan yay təlimləri seriyasının bir parçası olaraq Yunanıstanda liman əməliyyatları keçiririk. Bu növ əməliyyatlar NATO müttəfiqləri arasında tez-tez gerçəkləşdirilir. Yunan limanı 9 təlimin keçiriləcəyi Balkan və Cənubi Avropa ölkələrinə giriş nöqtəsidir. ABŞ-ın Yunanıstana hərbi qüvvələrini toplamasına dair çıxan iddialar Rusiyaya məxsusdur. Rusiya yalan və dezinformasiya ilə müttəfiqlər arasındakı münasibətləri sarsmaq istəyir”.

Qeyd edək ki, ABŞ-ın Afinadakı səfirliyi ötən həftə ABŞ Quru Qüvvələrinə bağlı əsgərlərin yay təlimləri üçün 700 avtomobil və şəxsi heyətin “Aleksandrapolis” limanına göndərildiyini açıqlamışdı. (publika,az)

Bolton İrana xəbərdarlıq etdi – Müttəfiqlərə qarşı istənilən addıma cavab veriləcək

ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Bolton mayın 29-da İrana xəbərdarlıq edib ki, Fars körfəzində ABŞ və onun müttəfiqlərinin maraqlarına hər hansı bir hücum olarsa, Vaşinqton buna “çox güclü cavab” verəcək.

Boltonun bu bəyanatı son aylarda Vaşinqton və Tehran arasında davam edən gərginliyi daha da artırıb. Boltonun İrana qarşı sərt və davakar ritorikası prezident Trampın bu barədə dedikləri ilə ziddiyyət təşkil edir. Tramp mayın 27-də demişdi ki, “Birləşmiş Ştatlar İranla müharibə istəmir” və “Tehranla danışıqlar aparıla bilərdi”.

Lakin Abu Dabidə çıxış edən Bolton deyib ki, bu ayın əvvəllərində Birləşmiş Ərəb Əmirlikləri sahillərində neft tankerlərinə hücuma görə “az qala əminliklə” İranın məsuliyyət daşıdığını düşünmək olar.

Bolton Twitter-də yazıb ki, o BƏƏ-nin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed Al Nahyan və onun milli təhlükəsizlik müşaviri ilə “bizim strateji partnyorluğumuzu və regional problemləri” müzakirə edib.

Ermənistanda keçmiş “məmurlar” arasında silahlı insident baş verdi

Qarabağdakı separatçı rejimin keçmiş “ordu komandanı”  Samvel Babayanın tərəfdarları Ermənistan ərazisində silahlı hücuma məruz qalıb. Modern.az saytı Ermənistan mediasına istinadən xəbər verir ki, bir qrup silahlı şəxs Samvel Babayanın adamlarının yolunu kəsərək, onlara atəş açıblar. Bu haqda Samvel Babayanın ofisi məlumat yayıb.

“Mayın 29-da, təxminən saat 03: 30-da, Sevan-Martuni yolunda Samvel Babayanın silahdaşlarına silahlı banda tərəfindən atəş açılıb”.

Bəyanatda deyilir ki, həmin silahlı banda Qarabağdakı rejimin “keçmiş baş nazir”i, “Azad Vətən” Partiyasının rəhbəri Araik Arutyunyanın rəhbərlik etdiyi gənclərdir.

“Hadisənin Ermənistan ərazisində baş verdiyini nəzərə alaraq, Ermənistanın zərər çəkmiş vətəndaşları kimi Milli Təhlükəsizlik Xidmətini bu şəbəkəni tapmağa və neytrallaşdırmağa çağırırıq”, – bəyantda deyilir.

Bəyanat müəllifləri həmçinin bildiriblər ki, əgər hüquq-mühafizə orqanları müvafiq ölçü götürməsə, onlar da eyni cür tədbirlərdən istifadə etməyə və eyni tərzdə cavab verməyə məcbur olacaqlar.

Xatırladaq ki, son vaxtlar Ermənistanda Nikol Paşinyan hakimiyyəti ilə “Qarabağ klanı” arasında savaş gedir. Ermənistanda hakimiyyətdən salınan “Qarabağ klanı” Paşinyan hökumətinə əks-hücuma keçib.

Serbiya ordunu sərhədə yeritdi – Rusiyadan reaksiya

Kosovadakı situasiyanı Balkanlarda Rusiyaya münasibətdə sanitar dəhliz yaratmaq istəyənlər gərginləşdirir.

Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasından Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Bu məqsədin reallaşdırılması üçün bütün region ölkələri NATO-ya daxil edilməlidir. Siz bunu Makedoniyanın adının dəyişdirilməsi məsələsində gördünüz. İndi biz görürük ki, Serbiyanı da Kosovanın müstəqilliyinin tanınmasını rəsmiləşdirməyə məcbur etmək istəyirlər. Bu, NATO-nun yolunu Qərbi Balkanlardakı yeni ərazilərə açacaq”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Kosova xüsusi təyinatlıları serb əhalinin yaşadığı bölgələrə daxil olaraq, burada həbslər aparıblar. Bundan dərhal sonra Serbiya ordunu tam döyüş hazırlığı vəziyyətinə gətirərək, Kosova ilə sərhədə yeridib. /Axar.az/

Deyirlər, Saakaşvili dəlidir, heç kimi dinləmir – Saakaşvili

Mənim Ukrayna vətəndaşlığımdan çıxarılmam qeyri-adekvat prezidentin (Pyotr Poroşenko) qorxaq addımı idi.

Turkustan.info xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili deyib.

“Ukrayna vətəndaşlığımın bərpası ilə bağlı verilən qərar layiqli prezident tərəfindən cəsurcasına atılmış addımdır. Çünki bu, onun ilk qərarlarından biridir. Qorxaq insanlar ehtiyatlanırlar. Onlar deyirlər: “Nəyə lazım bu problemlər? Axı Saakaşvili dəlidir, heç kimi dinləmir”. Lakin o, (V.Zelenski) heç kimi dinləmədi. Bu o deməkdir ki, bizdə həqiqətən şans yarandı. Zelenski başqa insandır, o, başqa materialdan hazırlanıb”, – deyə Saakaşvili qeyd edib.

Qeyd edək ki, Ukrayna vətəndaşlığı bərpa olunan gürcü siyasətçi ötən gün Kiyevə qayıdıb.  /Axar.az/

Saakaşvili Ukraynada – MÖHTƏŞƏM DÖNÜŞ – Video

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıdıb.

Turkustan.info xəbər verir ki, bu barədə M. Saakaşvilinin rəsmi Feysbuk səhifəsində video-paylaşım edilib.

Siyasətçi artıq Kiyevdədir.

Qeyd edək ki, bir müddət öncə Ukrayna Prezidenti Vladimir Zelenski Saakaşvilinin ləğv edilmiş pasportunun bərpası barədə qərar verib.

Rusların yarısı yeməyə, geyinməyə güclə pul tapır – Dövlət Statistika Agentliyi

Rusiyada ailələrin yarıya qədəri deyir ki, yalnız yeməyə və geyimə pul çatdırırlar, mebel, məişət cihazları kimi daha uzunmüddətli istifadə əşyalarını ala bilmirlər. Bunu Rusiya mediası Rosstat dövlət statistika agentliyinə istinadla yazır.

RBK media orqanı Rosstat-ın 2018-ci ili dördüncü rübünü əhatələyən hesabatına istinad edir. Rəyi soruşulan ailələrin 48,2 faizi deyib ki, yalnız ərzaq və geyim ala bilirlər, smartfon, yaxud yeni soyuducu kimi əşyalara pul çatdırmırlar. Ötən ilin eyni dövründə təxminən 49,8 faiz belə demişdi. RBK statistikanın 48 min ailəni əhatələdiyini bildirir.

Yemək və geyimdən başqa çox şeyə pul çatdırmadığını deyənlərin böyük hissəsi gənc ailələrdir, təxminən 59,2 faiz. 57,9 faiz isə təqaüdçü olduğunu deyib. 15 faiz respondent yalnız ərzaq ala bildiyini, geyim, kommunal xidmətlər, məişət cihazlarının əlçatan olmadığını söyləyib.

Putinin populyarlığı azalır

Rusiyadakı iqtisadi çətinliklər Prezident Vladimir Putinin populyarlığına zərbə vurub. Onun 2000-2008-ci illərdəki prezidentlik dövründə ölkədə güclü artım vardı, bu da daha çox neft-qaz ixracı hesabınaydı. Neftin ucuzlaşması, Rusiyanın Ukraynaya müdaxiləsinə görə Qərbin qoyduğu sanksiyalar artımı yavaşıdıb.

2018-ci ili birinci rübündə ÜDM artımı 0,5 faizə, 2017-ci ildən bəri ən aşağı səviyyəyə enib ki, bu da hökumətin proqnozlarını doğrultmayıb.

Putini ölkənin vacib problemlərini həll edəcək siyasətçi kimi görən rusiyalıların sayı 31,7 faizə düşüb. Bunu VTsIOM dövlət agentliyinin keçirdiyi rəy sorğusu ortaya qoyub. Bu, 2006-cı ildən bəri ən aşağı göstəricidir.

Rəy sorğusuna görə, respondentlərin 65,8 faizi prezident kimi Putinin hərəkətlərini dəstəklədiyini bildirib.

SON DƏQİQƏ: Rusiya bombardmançıları HAVAYA QALXDI: onlarla ölü və yaralı var

Bəşər Əsəd rejimi Rusiyanın dəstəyi ilə Suriyada İdlib Gərginliyi Azaltma Bölgəsinə aviazərbələr endirib.

Hücumlar nəticəsində 13 dinc sakin həlak olub, çox sayda insan yaralanıb.

10 kənd imsak vaxtından etibarən başlayan aviazərbələrin hədəfi olub. “Ağ beretlilər” mülki müdafiə qüvvələrinin verdiyi məlumata görə, 33 nəfər dünən axşam saatlarından bəri Bəşər Əsəd rejiminin hücumlarının qurbanı olub.

Mülki müdafiə qüvvələri bombardman altında axtarış-xilasetmə işlərini davam etdirir. Ölü və yaralıların sayının artması istisna olunmur.

Suriyada Rusiya və Əsəd rejiminin hücumlarının fərqi

Bu iki qüvvənin həyata keçirdiyi hücumlar asanlıqla bir-birindən ayırd edilir. Belə ki, Rusiya istehsalı olan köhnə texnologiyaya malik təyyarələr hücumları yüksək hündürlükdən edə bilmir. Hədəfə doğru yaxınlaşıb sadəcə geniş sahələri bombalayır. Konkret hədəf olmadığı və istifadə olunan sursat çox olduğundan təxribat geniş sahəni əhatə edir. Rejim təyyarələri hücum üçün hərəkətə keçərkən yüksək səs çıxarır.

Rusiya təyyarələri isə anında hədəfə yaxınlaşa bilmədiyi üçün səsləri yerə qədər gəlib çatmır. Rusiyanın hücumlarında ilk səs bombaların partlamasından sonra gəlir. Rejim təyyarələri hədəflərə tək-tək yaxınlaşır, Rusiya təyyarələri isə cüt şəkildə hücum edir. (publika.az)

Avropanın ən böyük cinayət şəbəkəsi ÇÖKDÜRÜLDÜ -Türk polisindən BÖYÜK ƏMƏLİYYAT /FOTOLAR

Türkiyədə mütəşəkkil cinayətkar qruplaşmalara qarşı geniş əməliyyatlar keçirilib.

Əməliyyatlar nəticəsində Avropanın ən böyük miqrant qaçaqçılığı şəbəkəsinin lideri iraqlı Əkbər Ömər Tövfiq də daxil olmaqla, 25 nəfər saxlanılıb.

İstanbul Polis İdarəsi Qaçaqçılıq və İnsan Ticarəti ilə Mübarizə Şöbəsinin apardığı əməliyyatlar İstanbul, Muğla, Çanaqqala və Balıqəsirdə gerçəkləşdirilib. Araşdırmalar nəticəsində xaricə qaçmağa çalışan bir qayıq aşkar edilib. Qayıqda təşkilata aid sənədlər, narkotik vasitələr, külli miqdarda avro və dollar tapılıb.

Miqrant qaçaqçılığı ilə məşğul olan şəbəkənin İraq və Suriyada PKK/YPG terror təşkilatı ilə əlaqəli olduğu, qaçqınları Yunanıstan vasitəsilə İtaliya başda olmaqla, bir çox Avropa ölkəsinə keçirdikləri üzə çıxıb.

Şübhəlilər son 1 ildə qanunsuz yollarla 569 miqrant qaçırmağa çalışıb. Bununla da illik ortalama 2 milyon avro əldə ediblər. (publika.az)

)

Poroşenko mənə 3 dəfə bu vəzifəni təklif etdi – Saakaşvili

Pyotr Poroşenko mənə üç dəfə baş nazir olmağı təklif edib.

Turkustan.info axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili deyib. O, bu təkliflərdən imtina etdiyini deyib.

Saakaşvili həmçinin hazırda özünü Ukrayna baş naziri kimi görmədiyini də bildirib.

İran Səudiyyə Ərəbistanına HÜCUM ETDİ – ABŞ-dan AÇIQLAMA

“Füceyrə” limanında ikisi Səudiyyə Ərəbistanına məxsus olan 4 neft tankerinə qarşı təşkil edilən hücumun arxasında İran dayanıb.

Bu iddia ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məhləhətçisi Con Bolton tərəfindən səsləndirilib.

Bolton Birləşmiş Ərəb Əmirliklərindəki ABŞ konsulluğunda təşkil olunan proqramdan öncə jurnalistlərə açıqlama verib: “Füceyrə” hücumunun arxasında İranın dayandığı açıqdır. Sizcə, başqa kim edə bilər? Nepaldakılarmı? Hücumların arxasında İranın dəniz minalarının olduğu, demək olar ki, dəqiqdir. Vaşinqtonda kimsə buna şübhə etmir. Əhəmiyyətli olan budur ki, İran bunu bizim bildiyimizi bilir”.

Qeyd edək ki, mayın 12-də Səudiyyə Ərəbistanının iki neft tankeri Birləşmiş Ərəb Əmirlikləri sahillərində hücuma məruz qalmışdı. (publika.az)

Nazarbayev Putini “Nazarbayev” ordeni ilə təltif etdi

Qazaxıstanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin “Nursultan Nazarbayev” ordeni ilə təltif olunub. Bu barədə xəbəri Rusiyanın Interfax agentliyi yayıb. Orden Putinə Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə görüşü zamanı verilib.

Öz adını daşıyan ordeni Putinin yaxasına taxarkən Nazarbayev deyib ki, Rusiya prezidenti bu mükafata iki ölkə arasında “əməkdaşlığın genişlənməsi və dərinləşməsinə verdiyi şəxsi töhfəyə” görə layiq görülüb.

Ordeni aldıqdan sonra Putin Nazarbayevə təşəkkürünü bildirib və deyib ki, vəzifəsini tərk etməsinə baxmayaraq onunla əməkdaşlığı davam etdirəcəyinə əmindir.

Bu görüş Avrasiya İqtisadi İttifaqının 5 illiyinə həsr olunmuş mərasim zamanı yer alıb.

Mayın 29-da Nur-Sultan şəhərində Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələrin – Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan və Belarusun liderləri görüşəcəklər.

Nazarbayev ordeni təqdim edərkən deyib:

“Biz üçümüz – siz, mən və Lukashenka beş il bundan əvvəl bu ittifaq barədə sazişi imzaladıq və onu yaratdıq. Bundan 25 il əvvəl mən bu ideyanı MDU-da səsləndirmişdim. Çox vaxt keçdi, amma ideya var idi, yəqin ki, yaxşı ideya idi və biz onu həyata keçirdik”.

Xəbər verilir ki, Nazarbayev mayın 28-də öz adına olan ordendən Avrasiya İttifaqının başqa liderlərinə də verib.

Avrasiya İttifaqının yaradılmasına dair müqavilə 2014-cü ildə imzalanıb.

Ukraynanın keçmiş prezidenti Vyktor Yanukoviçin gömrük ittifaqına daxil olmaq barədə müqaviləni imzalaması və Avropa İttifaqı ilə assosiasiya sazişindən imtina etməsi 2013-cü ilin sonunda Ukraynada geniş etirazlara səbəb olmuşdu. Yanukovych bu etiraz dalğası ilə 2014-cü ildə devrilmiş və ölkədən qaçmışdı.

Avrasiya İttifaqı yarandığı andan müxtəlif ölkələrlə azad ticarət sazişləri imzalayır. 2015-ci ildə belə bir müqavilə Vyetnamla imzalanıb. Bu ay İran və Çinlə də müvəqqəti sazişlərin imzalandığı xəbər verilirdi.

Vladimir Putinin “Nazarbayev” ordeninə gəlincə isə, bu, onun layiq görüldüyü ilk xarici mükafat deyil. O indiyədək Venesuela, Kuba, Belarus, Özbəkistan və Tacikistanın ordenləri ilə təltif edilib. Rusiya liderinə habelə Fransanın ən yüksək mükafatı – Fəxri Legion Ordeni də verilib.

Nursultan Nazarbayevə yeni vəzifə verildi

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Avrasiya Ali İqtisadi Şurasının fəxri sədri seçilib.

Turkustan.info Tass agentliyinə istinadən xəbər verir ki, Nazarbayevə bu vəzifənin verilməsi təşəbbüsünü Rusiya prezidenti Vladimir Putin irəli sürüb.

Xatırladaq ki, bu gün Qazaxıstanın paytaxtı Nur Sultanda Avrasiya Ali İqtisadi Şurasının iclası baş tutacaq.    /Redaktor.az/

Türkiyə S-400 raketlərinin alışını ləngidir – Ankara çətin seçim qarşısındadır – TƏHLİL

“Röyters” agentliyi xəbər verir ki, Birləşmiş Ştatlar Rusiyanın S-400 raketdən müdafiə sistemlərinin Türkiyəyə gətirilməsi müddətininin yaxınlaşdığı bir vaxtda bu ölkənin hərbi pilotlarının təkmil F-35 döyüş təyyarələrində təlimlərinin dayandırılmasını ciddi götür-qoy edir.

İki NATO müttəfiqi arasında Ankaranın Rusiyadan S-400 almaq qərarı ilə bağlı mübahisə artıq aylardır ki, davam edir.

Vaşinqton Ankaraya xəbərdarlıq edərək bildirib ki, Türkiyə Rusiyadan raket sistemlərini alarsa, F-35 qırıcı təyyarələrini almaqdan məhrum edilə bilər. Halbuki Türkiyə F-35 qırıcı təyyarəsi proqramının üzvüdür və stels tipli bu təyyarələrdən 100-nü almağı planlaşdırır.

F-35 Lightning II qırıcı təyyarəsi

Lakin Türkiyənin F-35 proqramında iştirakı ilə yaxından tanış iki mənbə adlarının çəkilməməsi şərtilə Reuters agentliyinə bu barədə son qərarın hələ qəbul edilmədiyini bildirib.

Mayın 22-də Türkiyənin müdafiə naziri Hulusi Akar demişdi ki, türk hərbi heyəti S-400 raket sistemlərindən istifadə üzrə artıq Rusiyada təlimlərə başlayıb.

Lakin Türkiyənin hərbi təyyarəçiləri də Arizonadakı Luke hərbi hava bazasında F-35 qırıcı təyyarələrinin idarə olunması üzrə təlim keçməkdədirlər.

Onlara verilən təlimin davam etdirilib-etdirilməyəcəyi hazırda naməlumdur. Birləşmiş Ştatlar qəti şəkildə bildirib ki, Türkiyə S-400 raket sistemlərini alarsa, F-35 proqramında qala bilməz. Əgər Türkiyə F-35 proqramından xaric edilərsə, bu NATO-nun tarixində iki müttəfiq arasında ən dərin ixtilaf olacaq.

ABŞ və Türkiyə arasında S-400 və F-35 gərginliyi son həddə çatır

Vaşinqton İnstitutunda Türkiyə proqramının direktoru Soner Cağaptay bu barədə Reuters agentliyinə deyib:

“Vaşinqton işarə verir ki, Türkiyə ilə bağların qırılmasını istəməsə də, Ankara S-400 raket sistemini almaq planından çəkinməsə, bunu etməyə məcbur olacaq”.

F-35 proqramı Vaşinqton və Ankara arasında gərginliyin yeganə səbəbi deyil. Burada Türkiyənin ABŞ-dan fərqli Suriya siyasəti, İran sanskiyalarına yanaşma, habelə Türkiyədəki ABŞ konsulluğu əməkdaşının həbsdə saxlanması da nəzərə alınmalıdır.

Pentaqon və Dövlət Departamenti Türkiyə pilotlarının gələcək taleyi barədə şərh verməkdən imtina ediblər.

Patriot raket sistemi

Lakin Pentaqonun sözçüsü polkovnik Mayk Andrevs deyib ki, hazırda Ankara ilə, Türkiyənin Patriot raket sistemini almasına dair danışıqlar davam edir.

Andrevs deyib ki, Patriot sistemi Türkiyənin milli təhlükəsizlik maraqlarına Rusiya istehsallı S-400-dən daha uyğundur.

Bu arada mayın 27-də Habertürk Akarın müsahibəsinə istinadən bildirib ki, S-400 raketlərinin Türkiyəyə gətirilməsi planlaşdırıldığı kimi iyun ayında baş verməyə də bilər. Lakin o əlavə edib ki, S-400 artıq “həll olunmuş məsələdir”, hərçənd onların gətirilməsi qarşıdan gələn aylarda reallaşdırıla bilər.

“Dəyişkən Trampla, amansız Putin arasında”

Ankaranın Rusiyadan S-400 almaq planına cavab tədbiri olaraq Birləşmiş Ştatlar mart ayında F-35 avadanlıqlarının Türkiyəyə gətirilməsini dayandırıb. Bu, Vaşinqtonun Türkiyəyə qarşı S-400-lə bağlı atdığı ilk konkret addımdır. Bundan başqa Vaşinqton xəbərdarlıq edib ki, Ankaranın S-400 raket sistemlərini alacağı təqdirdə, onun üzərinə ABŞ sanksiyaları avtomatik şəkildə aktivləşdiriləcək.

G20-nin Hamburq sammiti günlərində pivə reklamı

Türkiyə bidlirir ki, o bir NATO üzvü kimi ABŞ üçün təhlükə yaratmır və buna görə də onun üzərinə sanksiyalar qoyula bilməz. Türkiyə həm də prezident Donald Trampın son anda verə biləcəyi dəstəyə ümid edir.

Bloomberg yazır ki, S-400 raket sistemlərinin Türkiyəyə gətirilməsi əslində iyul ayına planlaşdırılmışdı, lakin sonradan Rusiyanın təkidi ilə bir ay irəli çəkilib.

Türkiyə ABŞ-ın sanksiyalarına hazırlaşır

Bu arada Türkiyə rəsmiləri bildirirlər ki, hazırda Donald Trampın Ankaraya mümkün səfərinin vaxtı üzərində işləyirlər. Bloomberg bunu da bildirir ki, S-400 raketlərinin Rusiyadan gətirilməsinin ləngiməsinə dair xəbərlər milli valyuta lirənin məzənnəsini möhkəmlədib.

Akar ləngiməyə səbəbin texniki olub-olmadığı barədə açıqlama verməyib, lakin deyib ki, hazırda oktyabr və noyabr aylarınadək ABŞ-dan Patriot raketlərinin alınması məsələsi müzakirə olunur.

Financial Times qəzeti isə özünün “Ərdoğan iki od arasında” başlıqlı məqaləsində yazır ki, Türkiyə lideri indiyədək ziddiyyətlərdən ustalıqla mənfəətlənə bilib, lakin o hazırda ekstremal seçim qarşısındadır. Çünki bu seçim “dəyişkən Trampla, amansız Putin” arasında olacaq.

Ermənistanın “respublika günü”ndə Qarabağ rejimi TƏMSİL OLUNMADI – Ara qızışır…-

Bako Saakyan Minsk qrupu həmsədrlərinin Xankəndinə gəlməsini bəhanə edib…

Rusların, ingilislərin dəstəyi ilə Azərbaycan torpaqlarında qondarılmış “Ermənistan”ın  dünən qeyd  etdiyi  “respublika günü” ilə bağlı tədbirlərə torpaqlarımızın digər parçasındakı separatçı erməni rejiminin nümayəndələri qatılmayıb.
Bu haqda işğalçı ölkənin “Joxovurd” nəşri yazıb. Məlumatda son 27 ildə belə halın birinci dəfə baş verdiyi qeyd edilib. Ermənistan müxbirinin bu haqda sualına cavab olaraq separatçı rejim başçısının “mətbuat katibi” sayılan David Babayan Bako Saakyanın İrəvana yollanmamasını Minsk qrupu həmsədrlərinin mayın 28-də Xankəndinə gəlişi ilə izah edib. Qondarma rejimin digər məmurlarının “Respublika günü”nə qatılmaması haqda isə üzdəniraq mətbuat katibi danışmayıb.
Bu arada artıq yeni partiya yaratdığını bəyan etmiş terrorçu eks-prezident Robert Köçəryanın İrəvandakı otellərdən birində öz tərəfdarlarıyla bir araya gəlməsi də bildirilib.
P.S. Görünür, Qarabağdakı separatçılara İrəvana yollanmağa Moskva icazə verməyib. Bu da Köçəryanın həbsdən buraxılmasıından sonra  Ter-Petrosyan-Paşinyan klanıyla aranı daha da qızışdırmaq məqsədi daşıyır… (moderator.az)

İranı sarsıdan OLAY: prezidentin köməkçisi həyat yoldaşını öldürdü, cinayətdən bir gün öncə isə…

İranın sabiq prezident köməkçisi və Tehranın sabiq bələdiyyə sədri Məhəmməd Əli Nəcəfi həyat yoldaşı Mitra Nəcəfini qətlə yetirib.

İnformasiyanı İranlı Tələbələr Xəbər Agentliyi (İSNA) yayıb.

Hazırda prezident Həsən Ruhaninin kabinetində yer alan Nəcəfi cinayəti özü etiraf edib. Baş prokurorluqdan verilən məlumata görə, cinayət ailə münaqişəsi zəmnində baş verib.

Qeyd edək ki, Mitra Nəcəfi paytaxt Tehranın şimalında yerləşən Səadətabad səmtindəki evində sinəsindən vurulmuş halda tapılmışdı.

“İnsafnews” xəbər saytının müxbiri Pərisa Salehi hadisənin baş verməsindən sonra sosial media hesabında “Nəcəfinin həyat yoldaşı dünən saytımıza zəng etdi və bizə müsahibə vermək istədiyini dedi. Bu gün ofisimizə gələcəkdi, amma eyni gün öldürüldü” sözlərini yazmışdı.

Xatırladaq ki, Əli Nəcəfi İranın sabiq prezidenti Əli Əkbər Həşimi Rəfsəncaninin dövründə Təhsil naziri vəzifəsində çalışıb. Bir müddət Ruhaninin köməkçisi kimi işlədikdən sonra 2017-ci ildə Tehranın bələdiyyə sədri seçilib. O, ötən il səhhətindəki problemləri əsas gətirərək vəzifəsindən istefa vermişdi. (publika.az)

Saakaşvili: Eşq olsun Ukraynaya!

Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Vladimir Zelenski Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb.

Gürcüstanın eks-prezidenti və Odessanın sabiq qubernatoru olan Saakaşvili bu haqda Feysbuk hesabında paylaşım edib. Tanınmış siyasətçi Ukrayanın yeni prezidentinə sözügedən qərarına görə təşəkkürünü bildirib.

“Eşq olsun Ukraynaya!”, – deyə Saakaşvili bildirib.

Qeyd edək ki, Saakaşvili Odessa vilayətinin qubernatoru vəzifəsinə 2016-ci ilin mayında Ukraynanın keçmiş prezidenti Petro Poroşenko tərəfindən təyin edilmişdi. 2017-ci ilin yayında isə Poroşenko müxalifətçilərə qoşulan Saakaşvilini həmin vəzifədən kənarlaşdırmış və vətəndaşlığını əlindən almışdı. 2018-ci ilin fevralında Ukrayna xüsusi xidmət əməkdaşları Saakaşvilini Ukrayna ərazisindən çıxarıb, 2021-ci ilədək ölkəyə girişinə qadağa qoymuşdu.    /Qafqazinfo/

Ekrem İmamoğlu “Can Azərbaycan” deyə təbrik etdi – MƏTN

İstanbulda təkrar keçiriləcək böyük şəhər bələdiyyə seçkisində Cümhuriyyət Xalq Partiyasının namizədi, Azərbaycanda da bir çox insanların rəğbət bəslədiyi Ekrem İmamoğlu 28 May Cümhuriyyət Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Turkustan.info təbrik mətnini təqdim edir: 

  • Sonsuzadek dost ve kardeş kalacağımız Azerbaycan halkının Cumhuriyet Günü’nü kutluyorum. 101 yıl önce Azerbaycan Demokratik Cumhuriyeti’ni ilan eden kardeşlerimizle kalplerimiz her zaman birlikte attı ve hep birlikte atacak. Özgür ve mutlu nice yıllara can Azerbaycan.

Dünyanı böyük İQTİSADİ TƏHLÜKƏLƏR gözləyir – Trampdan CİDDİ TƏHDİDLƏR

ABŞ prezidenti Donald Tramp İranı yeni nüvə razılaşmasına imza atmağa məcbur etmək və onu iqtisadi baxımdan dalana dirəmək istəyir. Bu yolla müharibəyə girəcəyi təqdirdə, canlı itki ilə yanaşı, büdcəsini milyardlarla dollar xərcdən qurtarmağı hədəfləyir.

Rəsmi Vaşinqton və Tehran hərbi münaqişə istəmədiklərini dilə gətirsələr də, ABŞ 1990-cı il Birinci Körfəz Savaşından öncəki strategiyasına bənzər şəkildə İrana qarşı güc toplayır.

Donald Tramp seçki kampaniyasında Vaşinqtonun Yaxın Şərqdə daha çox müharibəyə girməsini istəmədiyini açıqlamışdı. Lakin o, ABŞ-ın nə qədər güclü olduğunu nümayiş etdirməyi də istəyir. İraq lideri Səddam Hüseynin sonunu yaşamamaq üçün ölkəsinin nüvə proqramını könüllü şəkildə sona çatdıran Liviyanın sabiq prezidenti Müəmmar Qəddafinin verdiyi qərar Tramp üçün ən uyğun ssenari olaraq görünür.

İran realının ən aşağı səviyyəsini görməsi, işsizlik və yoxsulluğun artması kimi böhranlarla boğuşan İran rejimi isə ABŞ-ın ölkənin ən böyük maliyyə qaynağı olan neft ixracatını sıfırlama qərarının ardınca ciddi təhdidlə qarşı-qarşıya qalıb. Bu durum iqtisadi böhranı İrandakı orta və kasıb təbəqəni rejimə qarşı etiraza qalxmağa qədər dərinləşdirə bilər.

ABŞ ilə İran arasında güc fərqi nəzərə alındıqda rəsmi Tehran avropalı ortaqlarının da ABŞ-ın sanksiya tətbiq etmə təhdidləri qarşısında öhdəliklərini yerinə yetirmədiyi bir şəraitdə Vaşinqtonun tətbiq etdiyi iqtisadi embarqodan qurtulmaq üçün Rusiya və Çin başda olmaqla, beynəlxalq müttəfiqlərinə kürəyini dayamağa çalışır.

Lakin Rusiya və Çin ABŞ-ın İrana qarşı təhdidləri ilə hara qədər mübarizə apara bilər?

Rusiya İranın nüvə sazişində qalmasını istəyir

İrana silah satan Rusiya Suriya rejimini qorumaq üçün hərbi ortaqlıq qurmasına rəğmən, İranı strateji müttəfiq olaraq görmür. İki ölkə arasındakı ticarət səviyyəsi olduqca aşağıdır. 2018-ci ildə bu faiz 1 milyard 741 milyon dolları keçməyib. Bunun 1 milyard 208 milyon dolları Rusiya ixracatının payına düşüb.

Neft və təbii qaz ixracatçısı olan bu iki ölkə iqtisadi baxımdan enerji bazarında müttəfiq olmaqdan savayı, rəqib sayılır. Bu səbəbdən rəsmi Moskvanın Tehran hökumətinə tətbiq olunan iqtisadi blokadanın yüngülləşdirilməsində əsas rol oynaması uzaq ehtimaldır.

ABŞ-ın sanksiyalarını qınayan Rusiya xarici ölkələrə çağırış edir ki, Tehranla münasibətləri məhdudlaşdırmasınlar. Həmçinin İranın Buşəhr Nüvə Stansiyasının və “Fordo” uranın zənginləşdirilməsi təsisinin inkişafına dəstəyini davam etdirəcəyini açıqlayır.

Rusiya Müdafiə Nazirliyi İranın ABŞ-ın artan sanksiyalarına qarşı nüvə razılaşması çərçivəsindəki öhdəliklərinin bir qismini dayandırması qərarını anlayışla qarşıladığını ifadə edir. Amma bir neçə gün sonra Rusiya prezidenti Vladimir Putin İranın razılaşmada qalmasının vacibliyini vurğuladı və hətta, bir addım irəli gedərək rusiyanın xüsusilə öz iradəsinə sadiq olmayan mövzularda hər şeyi xilas etmək gücünün olmadığını bildirdi.

Putin güclü müttəfiq rolundan daha çox nəsihətçi və vasitəçi rolunu oynamağa çalışır. Əlavə olaraq “ABŞ nüvə sazişindən çəkildi və razılaşma çökür. Avropa ölkələri razılaşmanı xilas etmək üçün nəsə etmir. Avropalılar İranın iqtisadi sahədəki itkilərini kompensasiya etmək üçün addımlar atmırlar” deyərək avropalıları da günahlandırdı.

V.Putin Tehrandakı iqtisadi böhranı həll etmək bir yana, nüvə razılaşmasını çöküşdən xilas edəcək iplərin öz əlində olmadığını etiraf edir. Putin vəziyyətin sadəcə Rusiya ilə deyil, ABŞ, Avropa ölkələri və İran da daxil, bütün müttəfiqlərlə bağlı olduğunu deyir.

Bu açıqlamalar İran torpaqlarının ehtimal olunan işğalının qarşısının alınması üçün hərbi müdaxilə seçimi bir tərəfə qalsın, ABŞ sanksiyaları altındakı İran iqtisadiyyatını qorumaq nöqtəsində belə Moskvanın bir çox gedişdən məhrum olduğunu göstərir. Ancaq Rusiya BMT-də Tehranın önəmli diplomatik dəstəkçisi, başlıca silah qaynağı və nüvə enerjisi istehsalında vazkeçilməz ortağı kimi qalır.

Çin İranla ortaq maraqlarından asanlıqla imtina etməyə hazır deyil

Çin ümumilikdə, 37 milyard dollarla İranın iqtisadiyyatda ən böyük tərəfdaşıdır. Bu səbəbdən, rəsmi Pekin Tehrana tətbiq olunan sanksiyalardan ən çox zərər görən tərəfdir.

İran 80 milyondan çox istehlakçıya malik bazar mövqeyindədir. Bu vəziyyət Çini böyük ixracatını əməcək yeni bazarlar axtarışına çıxmağa sövq edir. Lakin Çin İranla ortaq maraqlarından asanlıqla imtina etməyə hazır deyil.

Durum Çinin ABŞ-ın sanksiyalarına qarşı müxalif mövqeyini və rəsmi Pekinin Tehranla münasibətlərini niyə “strateji” olaraq dəyələndirdiyini açıq şəkildə ifadə edir. Lakin Çin əjdahasının ABŞ aslanlarına nə qədər meydan oxuyacağı bəlli deyil.

Çinin dövlət katibi və xarici işlər naziri Vanq Yi ötən həftəki açıqlamasında ölkəsinin ABŞ-ın İrana təktərəfli sanksiyalar tətbiq etməsinə qarşı çıxdığını bildirdi. Vanq Çin və İranın strateji ortaq olduğunu, beynəlxalq və regional durumların sürətli şəkildə inkişafı ilə iki ölkə arasında koordinasiyanın gücləndirilmsəinin vacib olduğunu vurğuladı.

Çin 2015-ci ildə nüvə sazişinin imzalanmasından öncə İran iqtisadiyyatının əsas oyunçusu idi. Ancaq bu tarixdən sonra Çin məhsullarına nisbətən daha keyfiyyətli olan Qərb məhsulları susamış İran bazarında girən Avropa şirkətlərinin güclü rəqabəti ilə qarşılaşdı. Lakin ABŞ-ın sanksiyalarından qorunmağa çalışan bu şirkətlərin geri çəkilməsi Çinin gedişlərini gücləndirdi. Xüsusilə də İranın Çinin başlatdığı “Bir kəmər, bir yol” layihəsinin əsas ortağı olması buna zəmin hazırlayır.

Bütün bunlara rəğmən Çinin strateji tərəfdaşına sadiq qalması onu böyük iqtisadi təhlükələrlə üzləşdirəcək. Çünki Tramp ciddi təhdidlər səsləndirir. Pekinin Vaşinqtonla olan maraqları da böyükdür. Çin dünya fabriki vəzifəsini daşıyırsa, ABŞ da bu məhsulların bazarını müəyyən edir. İki ölkənin ticarət həcmi təxminən, 600 milyard dollardır. Bunun 500 milyardlıq hissəsini Çinin ABŞ-a ixracatı təşkil edir.

ABŞ-ın Çinə təzyiqi böyükdür. Bu, xüsusilə, Çin məhsullarına gömrük vergisi tətbiq olunmasından sonra artıb. Bundan daha təhlükəlisi ABŞ-ın “Huawei” kimi nəhəng şirkətlərə təzyiq göstərməsidir. ABŞ-ın Çin şirkətlərinə tətbiq etdiyi təzyiqin təsiri Çin Milli Neft Şirkəti (CNPC) ilə “Sinopec” neft və təbii qaz şirkətinin 2018-ci ildə İrandan neft ixracının tamamilə dayandırılmasını açıqlamasında özünü göstərdi.

Çinin İranla strateji maraqları olsa da, fayda və zərəri onu prioritetlərini yenidən nəzərdən keçirməyə və ABŞ-ın sanksiyalarından yan keçmək üçün alternativ yollar axtarmağa məcbur edir.

Trampın sanksiyaları qarşısında Rusiyanın İrana dəstəyi hər zaman prqamatik olub. Üstəlik, Tehran da iqtisadiyyatı onunku ilə inteqrasiya olan Çinin əksinə Rusiya ilə yaxın olmaq niyyətində deyil. Lakin İran Trampın dünyadakı digər rəqiblərlə izlədiyi qarşıdurma siyasəti işığında Rusiya, Çin və ABŞ arasında müharibə məkanına çevrilə bilər. (publika.az)

Türkiyə ordusu 5 min komando ilə İraqa girdi: “Pəncə” əməliyyatı başladı – VİDEO

Türkiyə Silahlı Q üvvələri İraqın şimalındakı Hakurk bölgəsinə qurudan və havadan hərbi əməliyyata başlayıb.

Turkustan.info “Sözcü” qəzetinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, quru qoşunlarının topçu batareyaları və hava qüvvələri Hakurk bölgəsini atəşə tutduqdan sonra komando tuqayları əməliyyata başlayıb. Bir tuqay orta hesabla 5 min civarında əsgərdən formalaşır.

“Pəncə Əməliyyat Planı” çərçivəsində 2019-cu il mayın 27-də yerli vaxtla saat 20:00-da komando tuqayları İraqın şimalında terrorçuların yerləşdiyi ərazidə əməliyyata başlayıb. Əməliyyat ATAK helikopterlərinin də dəstəyilə planlı şəkildə davam edir.

Məqsəd Hakurk bölgəsindəki PKK terror təşkilatının istifadə etdiyi mağara və sığınacaqları məhv etmək, terrorçuları zərərsizləşdirməkdir.

/Yeniavaz.com/

Zərif: “Xamenei bizə BU SİLAHI qadağan edib”

Ölkəmiz nüvə silahı əldə etmək niyyətində deyil, çünki Ali dini lider Ayətullah Xamenei nüvə silahını qadağan edib.
Bu açıqlama ilə İran Xarici İşlər naziri Cavad Zərif çıxış edib.
“Xamenei nüvə silahını qadağan edən əmri verərək, bu silaha maraq göstərmədiyimizi çoxdan söylədi. ABŞ-ın iqtisadi terroru İran xalqına zərər verir və bölgədə gərginlik yaradır. ABŞ Prezidenti Donald Trampın niyyətini sözlərinə görə deyil, hərəkətlərinə görə dəyərləndirmək lazımdır”, – Zərif qeyd edib.(axar.az)

İranın GİZLİ SİLAHI olması təsdiq olundu – Sensasion faktlar AÇILDI

Əslində, İranın “gizli silah”a sahib olduğunu və həm də istifadə etmək iqtidarında olduğunu ehtimal etmək üçün kifayət qədər əsas var.

Bu barədə rusiyalı tarixçi, hüquqşünas Oleq Kuznetsov bildirib.

“Mən dünyanın heç bir ölkəsinin xarici kəşfiyyat idarəsinin əməkdaşı deyiləm, buna görə də İran İslam İnqilabı Keşikçiləri Korpusu komandanının müşavirinin sözügedən bəyanatını adekvat qiymətləndirə bilmərəm. Mən İranın “gizli silah” mövzusunun reallığı barədə müzakirə apara bilmərəm və aparmayacağam, bütün bunlar tapmaca olaraq qalacaq. Amma iki məsələyə diqqətinizi çəkmək istəyirəm. Birincisi, Qurbaninin bəyanatları Omandakı limanlardan birində 4 gəminin, o cümlədən Səudiyyə Ərəbistanına məxsus 2 tankerin diversiya hücumuna məruz qalaraq tamamilə yanmasından sonra edilib. Oxuduğum qədərilə, bu diversiya ilə bağlı məsuliyyət rəsmi olaraq heç kimin üzərinə atılmayıb. Belə ki, mətbuatda aktiv şəkildə zərbəni İranın endirməsi və ABŞ da daxil olmaqla, mövcud HHM sistemlərinin zərbəni aşkar edə bilmədiyinə dair məlumatlar dərc olunub. Bununla bağlı olaraq xatırlatmaq lazımdır ki, Omanda ABŞ-ın 6-cı donanmasının qərargahı yerləşir və əgər İran həqiqətən bu zərbəni endiribsə, o zaman bu güc nümayişi səudiyyəlilərə deyil, məhz amerikalılar üçün hesablanıb. Beləliklə, İranın həqiqətən hansısa “gizli silah”a sahib olması və bu silahı tətbiq etməyə hazır olduğunu söyləmək üçün əsas yaranır”, – Kuznetsov bildirib.

Ekspertin toxunduğu ikinci məqam isə Qurbaninin bəyanatının ABŞ-ın istefada olan 90 generalının Prezident Donald Trampa müraciət edərək, İranla müharibə aparılmamasına çağırış etməsilə üst-üstə düşməsidir. Belə ki, amerikalı generallar sözügedən müharibənin ABŞ üçün “ikinci Vyetnam” olmasından ehtiyat ediblər.

“Demək olar ki, dərhal sonra Tramp geriyə addım ataraq, İranla danışıqlara hazır olduğunu bildirdi. Beləliklə, ABŞ-ın hərbi-siyasi elitası bu cür müharibəyə girməyin gərəksiz olduğunu anladı. Çünki müharibədə qalib gələcəkləri halda əldə edəcəkləri xeyir itkiləri ödəməyəcək. Hətta ABŞ generalları belə bu müharibədən az qan tökülməsi ilə qalib çıxacaqlarına şübhə edir. Hazırkı məqamda Prezident Tramp İranla münaqişə məsələsində geri addım atıb. Hələlik yaxın gələcəkdə müharibə olmayacaq. Hadisələrin gələcəkdə nə cür inkişaf edəcəyini isə yalnız Allah bilər. Çünki artıq 40 ildir ki, ABŞ İrana qarşı hibrid müharibə aparır və bunun da sonu görünmür”, – tarixçi bildirib.

Onun sözlərinə görə, ABŞ-la İran arasında müharibə Cənubi Qafqaz regionunda qlobal humanitar faciəyə səbəb olacaq:

“Azərbaycan jurnalistlərinə dəfələrlə dediyim kimi, bu müharibə İrandan çoxmilyonlu qaçqın axınına səbəb olacaq. İlk növbədə etnik azərbaycanlılar müharibə qorxusu ilə kütləvi şəkildə vətəndaşlığını və yaşadığı ölkəni dəyişmək istəyəcəklər. Bütün zəngin, bu və ya digər şəkildə təmin olunanlar Avropaya qaçacaq. Bütün İran-Azərbaycan yoxsulları isə Cənubi Qafqazda yerləşməyə meyil edəcəklər. Region obyektiv olaraq hətta bir milyon qaçqını da qəbul edə bilməyəcək, onların sayı isə 10-15 milyona da çata bilər. Azərbaycan və bütün Qafqaz üçün bunun humanitar və iqtisadi planda arzuolunmaz nəticələri olacaqdır. Odur ki, İran və ABŞ arasında müharibə olmaması üçün hər kəs dua etməlidir”.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu komandanının müşaviri Mürtəza Qurbani ölkəsinin məxfi silahının yardımı ilə Fars körfəzindəki ABŞ hərbi gəmilərini dənizin dibinə göndərə biləcəklərini açıqlamışdı. (axar.az)

Zelenski düşmənin 400 metrliyində – İlk dəfə

Ukrayna Prezidenti Vladimir Zelenski dövlət başçısı qismində ilk dəfə Luqansk vilayətinə səfər edib.

Turkustan.info xəbər verir ki, prezident silahlı bölmələrin mövqelərinə baş çəkib, hərbçilərin döyüş şəraiti, onların qidalanması, texnika təminatı, mənzil-məişət problemi ilə maraqlanıb.

“Luqansk vilayətində prezident ön xətdə oldu, müşahidə postlarına və sığınacaqlara baxış keçirdi. Burada ən yaxın düşmən postu 400 metr uzaqlıqdadır, – deyə məlumatda bildirilib.

Öz növbəsində Zelenski hərbçilərin təminatlarının ödənilməsi ilə bağlı göstəriş verib:

“Ukraynanı qoruyan hərbçilərin şəraiti normal olmalıdır”. 

 /Axar.az/

Tramp nöqtəni qoydu: “Hazır deyilik”

ABŞ Prezidenti Donald Tramp Çinlə barışıqdan imtina edib. 

Turkustan.info xəbər verir ki, Tramp rəsmi Pekinlə ticarət sazişi imzalamağa hazır olmadıqlarını bəyan edib. Trampın bu sözlərini “Bloomberg” yayıb.

“Düşünürəm ki, çinlilər yenidən baxmağa qərar verdikləri təkliflərlə saziş imzalamaq istərdilər. Onlar saziş istəyərlər, ancaq biz  hələ buna hazır deyilik”,– deyə Tramp vurğulayıb. Amerika lideri əlavə edib ki, ABŞ-ın tətbiq etdiyi rüsumlar müzakirə mövzusudur.

Bununla yanaşı Tramp qeyd edib ki, son nəticədə iki ölkə razılığa gələ biləcək: “Düşünürəm ki, nə zamansa, gələcəkdə Çin və ABŞ ticarət sazişi bağlayacaq, biz səbirsizliklə gözləyirik”.   /Cebhe.info/

Paşinyanın arvadı oğlunun Qarabağdan qaçırılmasından danışdı

Aşot Paşinyan özünün hərbçi dostlarıyla İrəvana təlimə gəlib və tezliklə Qarabağa qayıdacaq.

Turkustan.info axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan deyib.

“Bu, ilk hal deyil. Bizim oğlumuz digər əsgərlər kimi xidmət edir, onun xidməti digərlərindən fərqlənmir”, – deyə o bildirib.

Akopyan oğlunun İrəvana gəldikdən sonra qanuna uyğun olaraq evdə bir gün keçirdiyini deyib.

Qeyd edək ki, Nikol Paşinyanın Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində hərbi xidmət keçən oğlunun baş nazirin Qarabağ klanı ilə münasibətlərinin kəskinləşməsi səbəbindən Ermənistandakı hərbi hissəyə aparıldığı haqda erməni mediası məlumat yaymışdı.

Rayon başçısı ona sərt sual verən jurnalisti yerə çırpdı – VİDEO

Rusiya İstintaq Komitəsi ona sərt sual verdiyi üçün jurnalisti yerə çırpan rayon başçısı barədə cinayət işi qaldırıb. İstintaq Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə Xakasiyanın Şirinsk rayonunun başçısı Sergey Zaytsevin barəsində jurnalistin peşə fəaliyyətinə mane olmaq maddəsi ilə cinayət işi başladılıb.

*   *   *11:30

Rusiyanın Xakasiya muxtar respublikasının Şirinsk rayonunun başçısı Sergey Zaytsev ona sərt sual verən jurnalistə hücum çəkərək yerə çırpıb.

Rusiya KİV-ləri xəbər verir ki, “Rossiya-24” telekanalının “Xəbərlər. Növbətçi hissə” proqramının müxbiri İvan Litomin rayon başçısına dörd il əvvəl yanğında zərər çəkən sakinlərin nəyə görə hələ də qeyri-insani şəraitdə yaşadıqları haqda sual verib. Bundan sonra rayon başçısı jurnalistə hücum edib və onu döşəməyə yıxıb. Zaytsevin müavini isə rəisini dayandırmaq əvəzinə jurnalistin kamerasını bağlamaq istəyib.

Telekanal hadisə ilə bağlı baş prokurora, İstintaq Komitəsinin və DİN-in rəhbərliyinə müraciət edib, jurnalistin peşə fəaliyyətinə əngəl yaradılmasına görə rayon başçısının cinayət məsuliyyətinə tələb edilməsinə çağırıb.

Sergey Zaytsev isə yerli KİV-ə insidenti şərh edərkən jurnalistləri “təxribatçı” adlandırıb. Məmurun dediyinə görə, o sadəcə olaraq jurnalistlərdən kabineti tərk etməyi tələb edib.

Xakasiya üzrə İstintaq İdarəsi isə bildirib ki, insidentlə bağlı araşdırma gedir. Zaytsevin üzvü olduğu hakim “Vahid Rusiya” partiyası isə onun məsələsinə etika komissiyasının baxacağını açıqlayıb. Partiya Zaytsevin hərəkətinə görə üzr istəyib.

Xakasiyada irimiqyaslı yanğınlar 2015-ci ilin aprelində baş verib. Həmin vaxt 32 sakin həlak olub, 1500-dən çox ev yanıb. 5 minə yaxın adam evsiz-eşiksiz qalıb. Prezident Vladimir Putin yanğınla bağlı Xakasiyaya gedib və tapşırıb ki, bütün zərər çəkənlərə sentyabrın 1-nə qədər ev verilməlidir. Lakin zərər çəkənlərin çoxu hələ də evsiz-eşiksizdir. (virtualaz.org)

Trampdan DÜNYANI SİLKƏLƏYƏCƏK nüvə və F-35 açıqlamaları

Yaponiya ABŞ-dan 105 ədəd F-35 döyüş təyyarəsi alacaq.

Bunu ABŞ prezidenti Donald Tramp deyib.

Yaponiyada rəsmi səfərdə olan prezident baş nazir Şinzo Abe ilə birlikdə təşkil olunan mətbuat konfransında bu barədə danışıb.

Şimali Koreya haqqında da fikirlərini bölüşən Abş lideri həmkarı Kim Çen Inın çox ağıllı bir insan olduğunu və nüvə silahından imtina etməsinin vacib olduğunu vurğulayıb.

Tramp ABŞ ilə İran arasında davam edən gərginliklə bağlı açıqlama verib. Bildirib ki, İranda rejimin dəyişdirilməsində maraqlı deyillər. O, rəsmi Tehranla razılaşma əldə edə biləcəklərinə ümid etdiyini dilə gətirib: “İranda bir çox insan tanıyıram və onlar möhtəşəm insanlardır. İran eyni lider ilə gözəl ölkə olmaq şansına sahibdir. Sadəcə buna aydınlıq gətirmək istəyirəm: “Rejim dəyişikliyi axtarmırıq, biz orada nüvə silahı da axtarmırıq”.

Qeyd edək ki, Donald Trampın Yaponiya səfəri 4 günlük nəzərdə tutulub. (publika.az)

ABŞ əsgərləri buna görə İrana hücum etmir: əsl səbəb açıqlandı – FOTO

“ABŞ ordusunun əsgərləri Bəsrə körfəzinə girməyə qorxur”.

Bunu İran İnqilab Keşikçiləri Korpusunun ali komandanının köməkçisi Əli Fədəvi deyib.

 

Ə.Fədəvi ABŞ-ın Yaxın Şərqdə tarixin ən həssas dövründə olduğunu bildirib. “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi qorxudan Bəsrə körfəzinə daxil olmağı rədd edir. Bu durumda Vaşinqtonla müzakirə aparmaq mənasızdır. Onların bölgədəki varlığı süni və işəyaramazdır”-, köməkçi qeyd edib. (publika.az)

Ermənistanda “Cin şüşədən çıxdı” – Paşinyan onu geri qaytara bilməyəcək

Ermənistanın siyasi təlatümlər dərinləşir.

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan bu günlərdə həbsdən çıxan 2-ci prezident Robert Koçaryana baş çəkib.

Turkustan.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

Keçmiş prezidentlərin görüşündə nələrin müzakirə olunduğunu barərə məlumat verilmir.

Məlumata görə, Robert Koçaryan yaxın vaxtlarda bəyanatla çıxış edəcək.

Bundan əvvəl verilən məlumata görə, Koçaryan tibb mərkəzlərinin birincə  müayinədən keçib.

Qeyd edək ki, Yerevan məhkəməsi mayın 18-də Koçaryanın həbsdən azad edilməsi barədə qərar çıxarıb.

Hazırkı baş nazir Nikol Paşinyan hər nə qədər buna mane olmağa çalışsa da, məhkəmə qərarından geri çəkilməyib.

Bütün bunlar isə onu deməyə əsas verir ki, Ermənistan hakimiyəti ilə “Qarabağ klanı” və separatçı rejim arasında ziddiyətlər münaqişəyə çevrilir. 

Keçmiş hərbçi Nazim Bayram deyir ki, Koçaryana qarşı qaldırılmış cinayət işinin icraatının dayandırılması Paşinyanın daxili siyasətdə ilk və ən ciddi məğlubiyəti sayıla bilər. 

“Qərara etiraz olaraq, məhkəmələrin girişlərini zəbt etmək çağırışı yeni hakimiyətin idarəçilikdə acizliyinə dəlalət edir. 
Çox az adamın (minə yaxın) bu çağırışa səs verib, küçəyə çıxması isə Paşinyanın reytinqinin və dəstəyinin qanunauyğun olaraq, azalmaya doğru getdiyini göstərir. Əhalidə inqlab eyforiyası keçir, reallığa ayıq baxış öz yerini tutur. İnsanlar anlayır ki, dövlət hakimiyətinin üç qolundan biri olan məhkəmə hakimiyətinin problemlərini küçə metodları ilə həll etmək olmaz”. 

Nazim bayram deyir ki, Qarabağ erməniləri arasında ən yüksək nüfuza malik olan, 2020-ci ildə tanınmamış qondarma rejimin “prezidentliyinə” ən real namizədlərdən biri, general Vitali Balasanyanın xidməti avtomaşınının Ermənistanda polis tərəfindən saxlanılması, axtarış etmək cəhdi də Ermənistan hakimiyəti ilə “Qarabağ klanı” arasındakı münaqişənin alovlanmasından xəbər verir.

“Bu hərəkəti Qarabağ erməniləri özlərinə həqarət hesab etmiş, sosial şəbəkələrdə və mediada ciddi etirazlara səbəb olmuşdu. Cavab olaraq, Ermənistandan, “bizim uşaqlar niyə Qarabağda ölməlidilər?”, “Qarabağ erməniləri türkdülər!”, “Niyə 2016-cı ilin apreldə cəmi bir qarabağlı ölüb, qalan itkilər Ermənistandan olub?!” kimi ritorik suallar və ittihamlar səslənməyə başlayıb. 
Ayrı-seçkiliyin və dərinləşən ədavətin qarşısını almaq üçün Ermənistanın və Qarabağın bir sıra hərbi xadimləri ictimayətə birlik çağırışlı müraciətlər ünvanlayırlar.
Erməni mediasında, “erməni inqlabının 2016-cı ilin aprelində başladığı” artıq etiraf olunur. 
Paşinyan “Qarabağ klanı”nı, “oyun qurub, müharibə çıxardıb, ərazilərin bir hissəsini verib, onu hakimiyətdən yıxmaq” planlarında ittiham edir. Bu zaman onun oğlunun xidmət etdiyi batalyon Qarabağdan Ermənistana çıxarılıb.
Eyni zamanda Ermənistan parlamenti 2016-cı ilin aprel uğursuzluğunun səbəblərini araşdıran kommissiya təyin edib. 
Beləliklə, düşmən düşərgəsində qarşısıalınmaz ziddiyətlər dərinləşir və kəskinləşir”.

Keçmiş hərbçinin sözlərinə görə, baş verənlərin fonunda Azərbaycanın hərbi potensialını gücləndirməsi, genişmiqyaslı hərbi təlimlər keçirməsi, Ermənistana siyasi-diplomatik və hərbi-siyasi təzyiqlərini artırması qarşı tərəfdə qorxuya səbəb olub.

“Ermənilərin daxili münasibətlərinə yaxşı bələd olanlar bilirlər, onlardakı daxili bölücülük bizim heç bir regionumuzda yoxdur. Bizdə sadəcə regionçuluqdursa, onlarda tamam başqadı – millət “qan təmizliyinə” görə 4 ya 5 kateqoriyaya bölünür. Yuxarıdakı daha aşağıdakına “legitim” təkəbbürlə baxır və ermənilər bununla barışırlar. Bu sırada ən aşağıdakı kateqoriya, əslən Qarabağdan və Azərbaycanın digər yerlərindən olan ermənilərdir. 
Orta və böyük yaşlı nəsil bilir, Azərbaycandan çıxan ermənilər Ermənistana getmədilər, hamısı səpələndi Rusiyaya. Bizim bir qonşu evini satıb, İrəvana köçmək istəmişdi, gedib orada ev almışdı. 3-4 gündən sonra yeni qonşusu deyib, “bir qonşu kimi evinin salamat qalmasına qarant verirəm, amma sənə və ailənin salamat olmasına qarantiya vermirəm”. Evi qoyub, köçmüşdülər Moskvaya, Ermənistana bir daha qayıtmamışdılar. O, sadəcə bəxtini sınamışdı. Daha realistlər İrəvan tərəfə heç baxmamışdılar, çünki münasibət bəlli idi.
Uzun illər ermənilər bu “cini” “Qarabağ şüşəsinə” salıb, böyük çətinliklərlə orada saxlaya bilmişdilər. Doğrudur, Qarabağ ermənilərinə qarşı əsl münasibət heç vaxt dəyişməmişdi (yuxarıda göstərdiyim kateqoriyalaşma erməni milli özünüidentifikasiyasının əsasını təşkil edir və dəyişməzdir). Lakin məişətdə özünü biruzə versə də, ictimai-siyasi müstəvidə açıq dilə gətirilmirdi. İndi isə Paşinyan bəyan edir ki, “Ermənistan müstəqil dövlətdir, Dağlıq Qarabağ onun daxili işlərinə qarışa bilməz”. Ermənistanda “qarabağlılar türklərdir!” ifadəsi az qala sloqana çevrilir… 
“Cin şüşədən çıxdı”. Paşinyan onu geri qaytara bilməyəcək, buna maraqlı da deyil, daxili təbiətinə də ziddir və mümkün deyil.

Bütün bunların bizim üçün praktiki dəyəri proseslərə, o cümlədən, düşmən ordusuna mənəvi-psixoloji və ideoloji təsirindədir. Dağlıq Qarabağ separatçılarının 20 minlik ordusu var, onlardan 10 mini Ermənistan çağırışçılarıdır. Yəni yarısı. Ordunun əhvalı onun döyüş qabiliyətinin baş göstəricisidir”. 

R.Koçaryan “2008-ci ildə ökədə konstitusyon quruluşu devirməkdə və böyük məbləğdə rüşvət almaqda ittiham olunurdu.

Onu Azərbaycanın işğal altındakı Dağlıq Qarabağda qurulmuş separatçı  rejimin indiki və keçmiş rəhbərləri Bako Saakyanla Arkadi Qukasyan zaminliyə götürüblər. Onlar həmçinin 2 min dollara yaxın girov qoyublar.

Xatırladaq ki, Ermənistan hakimiyyəti 2008-ci il martın 1-də şəhərin Azadlıq meydanında aksiyaçıların üzərinə polis qüvvələri yeridərək, kütləvi etirazları amansızcasına boğdu. Nəticədə azı 10 nəfər öldü.

Aksiyaçılar həmin vaxt keçirilmiş prezident seçkisinin nəticələrinə etiraz edirdilər.

Həmin seçkidə Koçaryandan sonra hakimiyyətə , ötən il kütləvi etirazlarla hakimiyyətdən uzaqlaşdırılan Serj Sarkisyan gəlmişdi.

İndi yeni Ermənistan rəhbərliyi Koçaryanı cinayət məsuliyyətinə cəlb edib.

Koçaryanla Sarkisyan Dağlıq Qarabağda doğulublar, siyasi karyeraları isə Azərbaycanın bu bölgəsinin erməni separatçı qüvvələri tərəfinbdən işğalından sonra başlayıb.   /Modern.az/

Hər oğurluq pisdir, amma səs oğurluğu… – Ərdoğan

Bizim siyasətimizdə millətlə inadlaşmaq kimi bir anlayış qətiyyən yoxdur.

Turkustan.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz millətin qəlbində doğulduq, orada böyüdük, əlaqəmizi kəsmədik. Biz AKP-ni gənci, yaşlısı ilə birgə qurduq. İstanbulda 2 milyon 300 min üzvümüz var. Üzvlərimiz çalışsın. Bir üzvümüz, yanında 2 səs də gətirsin və məsələ bitsin. “Üzvəm, amma çalışmıram” deyə bir şey yoxdur. Hər oğurluq pisdir, amma səs oğurluğu fəlakətdir”, – deyə dövlət başçısı bildirib.  /Axar.az/

“İranın heç kimə məlum olmayan gizli silahı var”

İran heç kimə məlum olmayan gizli silahı ilə ABŞ-ın Fars körfəzindəki gəmilərini bir neçə dəqiqədə batıra bilər.

Bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Murtaza Qurbani deyib.

General bildirib ki, Fars körfəzindəki ABŞ hərbçiləri həddini aşarsa və İrana qarşı hər hansı bir addım atsalar, onlar dənizin dibinə göndəriləcək. General gizli silah haqqında ətraflı məlumat verməyib. Bildirib ki, bu, çox məxfi saxlanılır.

Xatırladaq ki, generalın bu bəyanatı ABŞ-ın Fars körfəzinə ikinci hərbi gəmi göndərmək qərarından sonra səslənib.

Son aylar ABŞ ilə İranın münasibətləri son dərəcədə kəskinləşib. Hər iki tərəf müharibə istəmədiklərini bəyan etsələr də, qarşılıqlı ittihamlar və hərbi güc nümayişi davam edir.    (Azərtac)

Zelenski: “Ukrayna dünyanın fəthi üçün bazaya çevriləcək”

Vətəndaşların öz təşəbbüslərini vətənlərində həyata keçirə bilmələri üçün məndən asılı olan hər şeyi edəcəyəm.

Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Ukrayna dünyanı fəth etmək istəyən dahilərimiz üçün baza olacaq”, – Zelenski bildirib.

Xatırladaq ki, Zelenski bu fikirləri məşhur ixtiraçı-alim İqor Sikorskinin 130 illiyi münasibətilə səsləndirib.    /Axar.az/

Bu görüntülər islam dünyasını AYAĞA QALDIRACAQ: Qurani-Kərimi… – VİDEO

Finlandiyanın radikal sağçı “Əvvəl Finlandiya Humanitar Partiyası”nın (Suomen Kansa Ensin) sədri Marco De Vit islam dünyasını hiddətləndirəcək bir addım atıb.

Turkustan.info  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, partiya sədri Avropa Parlamentinə (AP) seçkilərlə bağlı keçirdiyi tədbirdə Qurani-Kərimi cıraraq yerə atıb, sonra isə onu tapdalayıb.

Hadisə polisin gözləri qarşısında baş verib. Amma polis siyasətçinin hərəkətinə müdaxilə etməyib.

Bu ölkədə 600 min uşaq aclıqdan öləcək – UNİSEF

Əfqanıstanda 600 min uşaq aclıqdan ölmək üzrədir.

Turkustan.info qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə UNISEF xəbərdarlıq ünvanlayıb. Təşkilatın məlumatına görə, müharibə, quraqlıq və sel səbəbilə yaranan aclıqdan əziyyət çəkən 600 min uşağı xilas etmək üçün növbəti həftələrdə 6 milyon 300 min avro humanitar yardım lazımdır.

Bildirilir ki, bu uşaqların digər azyaşlılarla müqayisədə ölüm təhlükəsi 11 qat çoxdur.

İrandan qonşu ölkələrə gözlənilməz təklif

Tehran Fars körfəzi ölkələrinə Yaxın Şərqdəki proseslər fonunda bir-birinə hücum etməmək barədə saziş imzalamağı təklif edəcək.

RİA Novosti xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif iraqlı həmkarı Məhəmməd Əli əl-Hakimlə görüşdə bəyan edib.

O bildirib ki, hazırda sazişlə bağlı müvafiq sənəd hazırlanır.

“İranın region dövlətləri ilə bir-birinə hücum etməmək barədə sazişin imzalanması təklifi masa üzərindədir”, – deyə Zərif vurğulayıb.  /oxu.az/

Türkiyədən Suriya ilə bağlı gözlənilməz addım

Türkiyə Suriyadakı müxalif qüvvələrə çoxlu sayda silah verib.

Bu haqda “Reuters” Suriya müxalifətindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, məqsəd Rusiya tərəfindən dəstəklənən hökumət qüvvələrinin hücumunu dayandırmaqdır.

Müxalifət nümayəndələri deyiblər ki, Ankara bu addımı Rusiyanı Suriya ordusunun İdlibdə əməliyyat keçirmək planını təxirə salmağa inandıra bilməməsindən sonra atıb. Səbəb kimi Əsəd ordusunun irəliləməsinin Türkiyəyə qanunsuz miqrant axınına gətirib çıxardığı göstərilir.

Şahidlərin sözlərinə görə, Türkiyənin hərbi karvanı gecə silahlıların nəzarət etdiyi Cabal əl-Zaviya yaxınlığında yerləşən bazaya gəlib.

Bildirilir ki, Türkiyə Suriya müxalifətinə onlarla zirehli maşın, “Qrad” sistemləri, idarə olunan raket əleyhinə komplekslər və raketlər göndərib.   /oxu.az/

İrandan ABŞ-a: Bu savaşda qalib olmayacaq

İranla müharibə baş verərsə, qalib tərəf olmayacaq.

Bunu İranın Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Haşmətullah Fəlahətpişə sosial şəbəkə hesabında qeyd edib. O, sözügedən mesajın ABŞ tərəfinə çatdırıldığını söyləyib:

“İranla savaşın qalibi olmayacaq, ancaq itirəni çox olacaq. Vasitəçilər bu mesajı ABŞ hökumətinə çatdırıb, lakin psixoloji atmosferdə fitnə yaratmaq cəhdləri davam edir. Buna qarşılıq fərasətə söykənən diplomatiyanın yeri hələ də boşdur”.  /teleqraf.com/

Şok araşdırma: İngiltərə, Almaniya, Fransa… batacaq

2100-cü ilə qədər dənizlərdəki suyun səviyyəsi 2.38 metr yüksələcək.

Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə İngiltərənin Bristol Universitetində aparılan araşdırmanın nəticəsində bildirilib.

Araşdırmada qeyd edilir ki, suyun səviyyəsinin qalxması nəticəsində Fransa, Almaniya, İspaniya,İngiltərə və bəzi ölkələr suyun altında qalacaq. 180 milyondan çox insan köç etməyə məcbur olacaq.

Dənizdəki suyun səviyyəsinin qalxmasına səbəb Antarktidada buzların sürətlə əriməsi və qlobal istiləşmə göstərilib.

Keçmiş prezidenti Putinə görə həbs etmək istəyirlər

Argentinalı hakim Klaudio Bonadio prokurora keçmiş dövlət başçısı Kriştina Fernandes de Kirşnerlə bağlı müraciət edib.

O, ölkə rəhbərinin evində tapılmış tarixi sənəndlərin oğurlanması ilə bağlı məhkəmə dinləmələrinin başlaması üçün lazımi sənədlərin hazırlanmasını istəyib. Kirşner özü bu sənədlərdən birini ona Rusiya prezidenti Vladimir Putinin bağışladığını deyirdi.

Vladimir Putin və Kriştina Fernandes de Kirşner

Turkustan.info xəbər verir ki, söhbət Argentinanın keçmiş prezidenti İpolito İriqoyenanın qeyd kitabçasından və Latın Amerikasının azadlıq fədailərindən Xose de San-Martinin çilili silahdaşı Bernardo O’Hiqqinsə 1835-ci ildə yazdığı məktubdan gedir. Hər iki sənədi keçən il Kirşnerin evindən korrupsiya ilə bağlı axtarış zamanı tapmışdılar. İstintaqın müəyyənləşdirdiyinə görə, sənədlər Argentinanın, Çilinin dövlət arxivlərindən oğurlanıb.

Bonadionun istintaq başa çatdığını bildirir. İndi məhkəmə üçün sənədləri hazırlamaq vaxtıdır.

Kirşner “Sinceramente” (Səmimiyyətlə) kitabında məktubu ona Putunun 2015-ci ildə bağışladığını yazıb. Guya rus həmkarı deyib ki, sənəd Nyu-Yorkdan alınıb.

Xanım Kirşner prezident postuna 2007-ci ildə əri Nestor de Kirşnerin 4 illik hakimiyyətindən sonra gəlmişdi. O, bu postda daha çox – 8 il qalmışdı. Kirşneri daha çox korrupsiyada ittiham edirdilər. 2017-ci ildə vətənə xəyanət maddəsi də bunun üstünə gəlmişdi.  /Bizimyol.info/

Sünni millət vəkillərindən prezidentə təhdid

İran Milli Məclisindəki sünni millət vəkilləri ölkənin Ali dini lideri Əli Xameneiyə məktub yazaraq dövlət televiziyasında sünnilərə qarşı edilən təhqirlərlə bağlı tədbir görülməsini tələb edib.

Turkustan.info xəbər verir ki, sözügedən məktubda imam Həsənin doğum günü üçün təşkil edilən və dövlət televiziyasında canlı yayımlanan proqramda müsəlmanlara qarşı təhqiredici ifadələrin işlədildiyi qeyd edilib.

 Məktubu 17 sünni millət vəkilinin imzaladığı bildirilib.  /Modern.az/

Məhbuslarla polis arasında qarşıdurma – 29 nəfər öldürüldü

Venesuelanın qərbində cümə günü məhbuslar və polis arasında qarşıdurmada 29 məhbus öldürülüb və 19 polis yaralanıb. Bu barədə ölkənin rəsmiləri məlumat veriblər.

İnsident Akariqa şəhərinin polis idarəsinin müvəqqəti saxlama müəssisəsində baş verib. Məhbuslar kütləvi qaçışa cəhd edib və polisin bunun qarşısını almaq səyləri 29 məhbusun ölümü ilə nəticələnib. Bu barədə ərazinin təhlükəsizlik katibi Oskar Valero bildirib.

Valeronun müxbirlərə verdiyi məlumata görə, məhbuslar polisə qarşı üç qumbara istifadə edib və nəticədə 19 polis yaralanıb. Məhbusların hüquqlarını müdafiə edən Una Ventana a la Libertad qeyri-hökumət təşkilatı ölənlərin ilkin sayının 25 nəfər olduğunu bildirmişdi.

Təşkilatın sədri Karlos Nieto bildirib ki, toqquşma xüsusi polis dəstəsinin məhbusların cümə axşamı girov götürdüyü ziyarətçiləri xilas edərkən baş verib. Qeyri-hökumət təşkilatının bildirdiyinə görə, məhbuslar qida və həbsxanalara köçürülməyi tələb edirdilər.

Bu cür saxlama müəssisələrində zorakılıq halları problemə çevrilib. Təşkilat rəhbəri bildirir ki, məhbuslar burada 48 saatdan çox saxlanılmamalıdır. Əlavə edilir ki, saxlanma müəssisələrinin ölkə üzrə ümumi sayı 500-dür. Həmin yerlər maksimum 8,000 nəfərin saxlanılmasının nəzərdə tutsa da, saxlanılanların sayı 55,000 nəfərdir.

İnsidentin baş verdiyi Akariqadakı saxlama müəssisəsində 60 nəfər üçün yer nəzərdə tutulduğu halda, orada olan məhbusların sayı 500 idi. Bu barədə polisin rəsmi məlumatında deyilir.

“Putinə etimad ən aşağı həddə enib” – Rusiya ictimai rəyi araşdırmalar mərkəzi

Rusiyalıların prezident Vladimir Putinə etimadı rekord həddə azalaraq 31,7 faizə düşüb. Bunu “Rusiya ictimai rəyi araşdırmalar mərkəzi”nin son hesabatı göstərir. Bu, mərkəzin apardığı araşdırmalar arasında ən aşağı göstəricidir.

Bu yaxınlarda Rusiyada pensiya həddinin qaldırılmasından sonra Putinə etimad azalmaqda davam edir. Mərkəzin 2018-ci ilin mayında keçirdiyi eyni rəy sorğusunda rusiyalıların 47,4 faizi Putinə dəstək bildirmişdi. Yanvarın ilk həftəsində prezidentin reytinqi 33,4, martında isə cəmi 32 faiz idi.

Qeyd edək ki, 2018-ci ildə Rusiyada pensiya həddinin qaldırılmasından başqa, vergilər də artırılıb və əhalinin real gəlirləri azalmağa başlayıb. Amma rəy sorğusuna görə, bütün bunlara baxmayaraq rusiyalılar yenə də Putinə digər siyasətçilərdən daha çox etimad göstərirlər.

Rəy sorusunun nəticələrinə görə Putinin ardınca siyahıda 14,8 faizlə müdafiə naziri Sergey Şoyqu, 3-cü yerdə isə 13 faizlə xarici işlər naziri Sergey Lavrov gəlir.

Beynəlxalq tribunal Rusiydan ukraynalı dənizçiləri azad etməyi tələb etdi

BMT-nin dəniz hüquqları üzrə beynəlxalq tribunalı, Rusiyanın 2018-ci ilin noyabrında Krım sahillərində tutduğu Ukrayna dənizçilərinin buraxılması barədə qərar qəbul edib.

Qərarda həmçinin saxlanmış 3 Ukrayna gəmisinin geri qaytarıması tələb olunur. Bu barədə “Ukrainskaya pravda” nəşrinin müxbiri məhkəmə zalndan xəbər verir.

İnterfaksın məlumatına görə, məhkəmə sədri qərarı elan edərkən qeyd edib ki, Rusiya ilə Ukrayna Kerç boğazındakı insidentə görə mübahisəni dərinləşdirə biləcək hərəkətlərdən çəkinməlidirlər. Rusiya tərəfi dinləmələrdə iştirakdan imtina edib. Moskva hesab edir ki, bu tribunalın Kerç boğazındakı insidentə baxmaq hüququ yoxdur və qərardan apellyasiya şikayəti verilə bilər.

Rusiya sərhədçiləri 2018-ci il noyabrın 25-də ilhaq edilmiş Krım sahillərində Ukraynanın 3 hərbi gəmisi və 24 heyət üzvünü saxlayıb. Moskva Ukrayna hərbçilərini Rusiya sərhədini qanunsuz keçməkdə ittiham edir.

Kiyev isə bunu təcavüz aktı və dənizçiləri hərbi əsirlər hesab edir. NATO, ABŞ və Avropa Birliyi bu insidentdə Ukraynanın tərəfini saxlayırlar. Lefertova məhkəməsi 2019-cu il aprelin 17-də Ukrayna hərbçilərinin həbs müddətini 24 və 26 iyuladək uzadıb.

Ərəb şeyxi Ermənistanda kilsə təmir etdirib – FOTOLAR

Bütün ermənilərin katalikosu II Qaragen Birləşmiş Ərəb Əmirliklərində səfərdə olduğu zaman Azərbaycan haqqında böhtanlar səsləndirib.
Qaragen tərkibində Dubay kimi böyük şəhərin də yer aldığı Şarja əmirliyininin başçısı Sultan bin Məhəmməd Əl Qasimi ilə görüşüb.
Erməni katalikosu görüş zamanı bildirib ki, XX əsrin əvvəlində Osmanlı imperiyası ermənilərə qarşı soyqırım həyata keçirib: “XX əsrin sonunda isə eyni siyasəti ermənilərə qarşı Azərbaycan həyata keçirib”.
II Qaragen deyib ki, türklərin “soyqırımı”ndan sonra ermənilər hər zaman ərəblərin himayəsinə sığınıblar.
Görüş zamanı II Qaragen Sultan bin Məhəmməd Əl Qasiminin Ermənistana səfərini xatırladaraq ona “Aqarçin” monastır kompleksinin bərpasına göstərdiyi dəstəyə görə təşəkkür edib. /Yeniavaz.com/

ABŞ bombalayarsa, İran bu ölkəyə hücum edəcək və… – İsrailli ekspertlər ŞOK SSENARİNİ AÇDI

İsrail ABŞ-la İran arasındakı qarşıdurmada atəş ortasında qala bilər.

Bu barədə İsrailli şərhçilər açıqlama verib.

Şərhçilər bildirir ki, ən pis ehtimalla İranın bölgədə dəstəklədiyi qruplarla baş verəcək ziddiyyətlər nəticəsində Təl-Əviv atəşin ortasında qalacaq.

İsrailli ekspertlər bildirir ki, ABŞ-la İran arasında hərbi münaqişənin baş verməsi üçün çalışan İsrail bu məsələdə tərəf olmaq istəmir.

İsrailli Yaxın Şərq üzrə şərhçi Avi İssaçarof bildirib ki, İran ABŞ-a baş verəcək hərbi qarşıdurmada Hizbullah, Həmas, İslami –Cihad kimi təşkilatlardan istifadə edərək İsraili hədəf alacağını bildirib:

“ABŞ İrana hücum edərsə, İran buna qarşı addım atacaq. ABŞ və İsrail arasındakı münasibətlərin güclü olduğunu nəzərə alaraq ən asan qarşılığı isə İsraili vurmaq olacaq”. (publika.az)

Putinlə Simonyan arasında dialoq – Hər dəfə qarşılaşdığımızda hamilə olursan – FOTOLAR

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin “Russia Today” telekanalının və “Sputnik” xəbər agentliyinin baş redaktoru olan erməni əsilli  Marqarita Simonyanı yüksək dövlət mükafatı olan “Aleksandr Nevski” ordeni ilə təltif edib. Turkustan.info xəbər verir ki, Kreml sarayında təşkil olunan təltifolunma mərasimində Vladimir Putinlə Marqarita Simonyan arasında maraqlı dialoq qeydə alınıb. “Kommersant” qəzetinin əməkdaşı Andrey Kolesnikovun yazdığı məqalədə qeyd olunur ki, mərasim zamanı Vladimir Putin Marqarita Simonyana alkoqollu içki icməyi qadağan edib.
Putin Marqarita Simonyanın hamilə olduğuna işarə edərək bildirib ki, sən işki içə bilməzsən. Daha sonra Putin əlavə edib ki, artıq mən bunun planlı olduğunu düşünürəm, çünki hər dəfə qarşılaşdığımızda hamilə olursan. Marqarita Simonyan isə zarafatla bildirib ki, bunu planlı şəkildə etmir.
Görüş zamanı Putin soruşub ki, sənin üçün hansı daha vacibdir – uşaqlar yoxsa orden? Simonyan isə deyib ki, onun üçün əsas odur ki, böyüdəcəyi uşaqlar da bu zalda orden alsınlar.
“Kommersant” qəzetinin əməkdaşı  onu da bildirib ki, dialoq zamanı Vladimir Putin Marqarita Simonyana “Sən” deyə xitab edib.
Məlumat üçün bildirək ki, Marqarita Simonyan erməni əsilli kinorejisor və aktyor Tiqran Keosayan ilə evlidir. Onların bir qızı və bir oğlu var.  /Yeniavaz.com/

Paşinyanın sonuncu “xilas kəməri”

“Qarabağ hərəkatı” hələ SSRİ-nin dövründə başlayıb, hansı SSRİ-də ki, bir dəfə Zəngəzuru və Göyçə gölü ətrafını Ermənistana bağışlamışdılar

Azərbaycanın işğal altındakı ərazilərində “siçanların çarpışması” davam edir. Hansı ki, normal dövlətdə siyasət adlandıralardı.

Ərazimizdə “Miatsum” siyasi biliyi” özünün varlığını bəyan edib və bəyanatla çıxış edib.

Orada deyilir: “Biz, “Arsax ermənilərinin” nümayəndələri milli və dövlət məsuliyyətini rəhbər tutaraq, bir daha birləşmiş erməni suveren dövlətinin və “Arsax”da legitim dövlət hakimiyyətinin qurulmasının tamhüquqlu, ayrılmaz və bölünməz hissəsi olmaqla bağlı siyasi qətiyyətimizi təsdiq edirik. Birlik “Arsax”da, bütün Ermənistanda mili və dövlət quruculuğuna, təhlükəsizliyə zəmanət verən ümummilli hədəf və gündəmdir”.
Bəyanata imza atanlar arasında “Sasna Tser”in və “Ramkavar Azatakan”ın yerli bölmələri də, “əfqanların” yerli şöbələri və hətta “Qarabağ özünü müdafiə qüvvələri”nin ilk komandanı Arkadi Karapetyan da olub.

Burada əlbəttə ki, dəqiqləşməyə lüzum var. Məsələ ondadır ki, beynəlxalq birlik həm düzən, həm də Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab edir və bizim razılığımız olmadan Azərbaycan sərhədlərini heç kim dəyişməyəcək. Üstəlik, Qarabağın “müstəqilliyi” haqda nağıllara yalnız Lapşin və Edik Limonov tipli çağırılmış subyektlər inana bilər. O da həddən ziyadə İrəvanın brend içkisindən, “Qarabağ tut arağı”nı vurandan sonra.

Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisi olduğuna dair sübutlar nə qədər istəsəndir. Nikol Paşinyanın oğlunun burada xidmət eləməsi onlardan yalnız biridir. O ayrı məsələ ki, belə deyək, “de-yure” birləşmə ilk baxışda tamamilə “güclü gediş” kimi görünə bilərdi – özü də tutaq ki, Arkadi Karapetyan kimi personalar üçün yox, baş nazir Nikol Paşinyan üçün. Həmin Paşinyan ki, bir neçə gün öncə rusiyalı jurnalistlərlə görüşü zamanı artıq belə bir ideyanı dövriyyəyə buraxmağa cəhd edib: “Mənim əlimdə danışıqlar prosesində Dağlıq Qarabağı təmsil eləmək üçün əsas yaradacaq arqumentlər yoxdur. Bu, naz etmək məsələsi deyil, danışıqlar prosesinin effektliliyi məsələsidir. Əgər kimsə başqa cür düşünürsə, demək, o hesab edir ki, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir. Əgər belədirsə, onda gəlin, bunu rəsmiləşdirək”.

Aydındır ki, söhbət “təmsilçilik”dən getmir. Gerçəkdə Nikol Paşinyan bu yolla ən əvvəl özünün daxili siyasi problemlərini həll eləməyə çalışır. Nikol Vovayeviç heç də əsassız olmayan şəkildə əmindir ki, belə bir qərar (birləşmə qərarı – red.) həm İrəvanda, həm də işğal altındakı Xankəndində ona “qəhrəman çələngi”ni təmin edə bilər. Hələ bir təmin etməsin də? Axı ona kimi bu addıma nə Robert Köçəryan, nə də Serj Sərkisyan cəsarət edib. Danışıqlar zamanı Paşinyanın “Qarabağı satmaq” istəməsindən şübhələnənlər artıq bunu qəti şəkildə unudacaqlar. Ən başlıcası, Paşinyanın əlinə Qarabağda situasiyanı “təzədən format” eləmək üçün əla fürsət düşmüş olacaq.

İş ondadır ki, Paşinyanın Xankəndindəki işğalçı rejimin rəhbərliyi ilə münasibətləri, yumşaq desək, alınmayıb. Bako Saakyan açıq-aşkar Robert Köçəryanı müdafiə edir. Erməni KİV-lərinin məlumatına görə isə, Xankəndindəki güc rəhbərliyi erməni oliqarxları ilə birgə artıq Paşinyana qarşı qəsd hazırlayır. Paşinyanın özü isə vəd edib ki, “Qarabağı əks-inqilab ocağından inqilab ocağına çevirəcək”. Ancaq bu sözdən o yana getmədi, Saakyanı xalq etirazları ilə “devirmək” alınmadı. Nikol Vovayeviç ikinci cəhdini hələ eləməyib. Ancaq əgər indi kütləyə “miatsum” şüarı atılsa, o zaman onun müəllifləri babat üstünlüyə ümid edə bilərlər. Və əgər Qarabağ Kotayk, Şirak kimi de-yure erməni “marz”ına (əyalət – red.) çevrilərsə, o halda, Paşinyana Xankəndini öz siyasi rəqiblərindən təmizləmək daha asan olacaq. Bir sözlə, “miatsum” şüarını reanimasiya eləməklə Nikol Vovayeviç bir çox şeyi nəzərə alıb. Bircə onu nəzərə almayıb ki, Ermənistan və işğal edilmiş Qarabağ – hələ dünyanın hamısı deyil.

Buradaca Paşinyanın vaxtilə siyasi karyera qurmağa başladığı “komanda”nın rəhbəri Levon Ter-Petrosyanın müsahibələrinin birində dediyi sözləri yada salmaq yerinə düşər O demişdi: “Biz Qarabağ uğrunda mübarizəni bir situasiyada başladıq, başqa bir situasiyada davam etdiririk”.

Məlumdur ki, “Qarabağ hərəkatı” hələ SSRİ-nin dövründə başlayıb, hansı SSRİ-də ki, bir dəfə Zəngəzuru və Göyçə gölü ətrafını Ermənistana bağışlamışdılar, Rusiya Qazaxıstandan Orenburqu öz cənginə keçirmişdi və s. O SSRİ ki, orada hər şeydən göründüyü kimi, o vaxtkı erməni liderləri həqiqətın də xalqı küçələrə çıxarmaqdan öncə Moskvadan müəyyən zəmanətlər almışdılar. Ancaq 1991-ci ildə SSRİ dağıldı. 1992-ci ildə keçmiş sovet respublikaları dünya ictimaiyyəti tərəfindən mövcud sərhədləri çərçivəsində tanındı. Bu isə vəziyyəti kökündən dəyişirdi. Götürüb başqasının ərazisini özününkü elan eləmək artıq alınmırdı. Özü də 90-cı illərin birinci yarısında Ermənistan mahiyyət etibarilə dünya ictimai rəyi üzərində monopoliyaya malik idi, o ki ola ondan sonra birləşmə qərarı verəydilər.

Serj Sərkisyan 2016-cı ilin aprel döyüşlərinin isti izləri əsasında Ermənistan parlamentində belə bir təşəbbüsə cəhd eləmişdi. Ancaq sonra çox tez təşəbbüsündən vaz keçdi. Çünki İrəvandakıların “öz müqəddəratını təyinetmə” nalələrinə rəğmən, dünya birliyi Qarabağı Azərbaycanın ərazisi sayıb və sayır. Və indi əgər İrəvanda başqasına məxsus ərazinin bir hissəsini özününkü elan eləsələr, beynəlxalq birlik bunu “həzm etməyəcək”. Xüsusən də Krımın ilhaqından sonra. Üstəgəl, əgər İrəvanda “miatsum” prosesini sürətləndirmək istəsələr, bu, Qarabağ nizamlanmasını sadəcə, məhv edəcək. Nizamlama prosesi isə nə deyir-deyilsin, mahiyyət etibarilə hərbi variantdan yeganə “sığortalanma” vasitəsidır.

Nəhayət, Azərbaycanın işğal altındakı ərazilərində müxtəlif növ radikal ssenarilərə cəhd ölkəmizə vəziyyətə yüz faizli müdaxilə edib qayda yaratmağa əsas verir. Xüsusən də elə bir vaxtda ki, bundan ötrü güc və vasitəmiz, hüquqi əsaslarımız yetərincədir. Odur ki, əgər hətta Paşinyan “miatsum”u özü üçün “xilas kəməri” sayırsa belə, əslində bu, “üzən mina”dır. Hansı “mina” ki, partlaması ilə təkcə Xankəndinin deyil, İrəvanın da “külünü” göyə sovuracaq. (Musavat.com)

Müharibə addım-addım yaxınlaşır: Fars körfəzinə 8 milyardlıq silah

ABŞ-İran gərginliyinin artması fonunda  Dövlət katibi Mayk Pompeo Fars körfəzi ölkələrinə silah satışı barədə qərarın təsdiqinə göstəriş verib. 

Turkustan.info xəbər verir ki, qərar İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanına şamil ediləcək. ABŞ bu ölkələrə 8 milyard dollarlıq silah satacaq.

Xarici siyasət idarəsinin rəhbəri bildirib ki, qərar “Silah ixracına dair” Qanuna uyğundur. Eyni zamanda Konqresə İranın mümkün təcavüzünün qarşısının alınması məqsədilə sözügedən qərara münasibət bildirmək təklif olunub. Bununla ABŞ tərəfdaşlarında özünümüdafiə qabiliyyətini möhkəmləndirmək niyyətindədir. 

Sözügedən qanunun 36-cı bəndi ABŞ Prezidentinə zəruri hallarda ölkənin milli təhlükəsizliyi naminə Konqresin icazəsi olmadan da silah sövdələşməsinə imkan verir. 

Dövlət katibi hesab edir ki, qanunun bu tələbinin tətbiqinə ehtiyac qalmayacaq və Konqres qərarı təsdiqləyəcək.  /Cebhe.info/ 

Serj Sarkisyan Köçəryanla görüşdü

Son günlər Ermənistanın Respublikaçılar Partiyasının mərkəzi ofisində ciddi aktivlik müşahidə edilir.

Turkustan.info axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.

“Serj Sarkisyan gecə yarısına qədər ofisdə qalır, onun yanına partiya yoldaşları gəlir. Respublikaçılar Partiyasının nümayəndəsi Vaqram Baqdasaryan respublikaçıların nümayəndələrindən kiminsə Robert Köçəryanla görüşməsini nə qədər inkar etsə də, məlumat var ki, bir neçə gün əvvəl Serj Sarkisyan eks-prezidentlə görüşüb. Bununla belə Sarkisyanla Levon Ter-Petrosyanın da tez-tez görüş keçirdiyi ilə bağlı məlumatlar yayılsa da, onları hələlik yoxlamaq mümkün olmayıb” – deyə o bildirib.

İran ABŞ-a MEYDAN OXUDU: gizli silahlarımızla…

ABŞ-ın Körfəz bölgəsinə göndərdiyi hərbi gəmilərini “gizli silahlarla” batıra bilərik.

Bu barədə İranın hərbi komandanlığı məsləhətçisi Murtaza Kurbanı bəyanat verib.

Rəsmi xəbər agentliyi Mizana açıqlama verən Kubani ABŞ-ı açıq şəkildə təhdid edib.

“Amerika bölgəyə iki hərbi gəmi göndərir. Kiçik bir axmaqlıq etsələr, nüvə və yeni gizli silahlarımızla hərbiçiləri, təyyarələri ilə birlikdə dənizin dibinə basdırarıq”.

Qeyd edək ki, Kubani bu açıqlamanı ABŞ-ın İrana qarşı Yaxın Şərqə 1500 əsgər göndərəcəyi bəyanatından sonra verib. (publika.az)

İrəvan rəsmən təsdiqlədi: Nikol oğlunu Qarabağdan qaçırıb

Ermənistan Müdafiə Nazirliyi Baş nazir Nikol Paşinyanın oğlu Aşotun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisindən İrəvana gətirilməsi barədə informasiyanı rəsmən təsdiq edib.

Nazirlik Aşot Paşinyanın İrəvana qısamüddətli təlim kursları üçün gəldiyini, bu nizamın bütün hərbçilərə aid olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə sosial şəbəkələrdə Paşinyanın oğlunu Qarabağdan İrəvana gətirməsi haqqında məlumat yayılmışdı. Həmin vaxt Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan Feysbuk səhifəsində açıqlama yayaraq Azərbaycanı ittiham etmiş, amma Aşot Paşinyanın İrəvana gəlməsi haqqında dəqiq heç nə bildirməmişdi. Bununla belə Aşot Paşinyanın İrəvanın Nubaraşen rayonundakı hərbi hissələrdən birində olduğu söylənilmişdi.

Nubaraşendə 2017-ci ilə qədər Ermənistan Silahlı Qüvvələrinin V korpusu yerləşib. Sonradan bu korpus Rusiya-Ermənistan Birləşmiş Qoşunlarının tərkibinə verilib.

Paşinyanla Qarabağ klanı arasında münasibətlər Robert Köçəryanın azadlığa çıxmasından sonra gərginləşib. Belə ki, bundan sonra məhkəmələri mühasirəyə aldıran Paşinyan Qarabağdakı qondarma rejimi əks-inqilabi fəaliyyətdə ittiham edib və torpaqları Azərbaycana satmaqda ittiham edib. Bunun ardınca Ermənistan Baş naziri Paşinyanın oğlunu Qarabağdan Ermənistana aparması diqqət çəkir. (axar.az)

Saakaşvili Ukraynaya qayıdır

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili mayın 29-da Ukraynaya qayıda bilər.

Turkustan.info ONA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın “UNN” agentliyi məlumat yayıb.

“Mixail Saakaşvili yaxın günlərdə Ukraynaya qayıtmağa qərar verib, – məlumatda belə deyilir. – Onun gəlişi çərşənbə günü, 29 may tarixinə gözlənilir”.

Qeyd edək ki, 2015-ci ilin may ayında Ukrayna vətəndaşlığı alan M.Saakaşvili 2017-ci ilin dekabrında Petro Poroşenkonun göstərişi ilə bu vətəndaşlıqdan məhrum edilib. 12 fevral 2018-ci il tarixdə o, Kiyevdə saxlanılaraq Polşaya göndərilib.

Ukraynanın Sərhəd Xidməti Saakaşvilinin ölkəyə qayıtmasına 2021-ci ilə kimi qadağa tətbiq edib. May ayının 22-də Ukraynanın yeni prezidenti Vladimir Zelenskiyə məktub yazan M.Saakaşvili yenidən Ukrayna vətəndaşlığı ilə təmin olunması üçün xahiş edib.

Paşinyanla “Qarabağ klanı” baş-başa gəldi – Oğlunu girov götürmək istədilər

Son günlər Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağ separatçıları arasında fikir ayrılığı getdikcə dərinləşir. Bir neçə gün əvvəl Ermənistanın tanınmış oliqarxlarından birinin bağ evində Ermənistan oliqarxiyası və qondarma “Qarabağ” rəhbərliyinin nümayəndələri bir araya gəlib.

Görüşün qondarma “Dağlıq Qarabağ Respublikası”nın keçmiş Müdafiə naziri müavini Samvel Karapetyan (Oqanovski) tərəfindən təşkil olunduğu və iştirakçıların Nikol Paşinyanı hakimiyyətdən devirmək üçün əllərindən gələni edəcəklərinə and içdiyi bildirilir.

Turkustan.info bildirir ki, məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Baku Network” ekspertlər qrupunun rəhbəri, azərbaycanlı politoloq Elxan Ələsgərov deyib ki, Paşinyanın ona qarşı əks-inqilabi çevriliş hazırlanması bəyanatı siyasi mesajdır və bu, Yerevan rəsmiləri tərəfindən Ermənistanla “Qarabağ klanı” arasında gözəgörünməyən və indi üzə çıxan siyasi mübarizə olması ilə bağlı yayımlanan ilk bəyanatdır. 

“Əlbəttə ki, bu işin arxasında Robert Koçaryanın məhkəməsi durur. O məhkəmə zamanı Koçaryana Dağlıq Qarabağdan iki nümayəndə zamin durub və Ermənistan məhkəməsi sabiq prezidentin azadlığa buraxılması, hətta cinayət işinin bağlanması ilə bağlı qərarlar qəbul etdi. 

Əsas məsələ Paşinyanın Koçaryanla bağlı cinayət işinin başlanması ilə bağlı niyə qərar verməsidir. Çünki xarici diasporla bağlı Ermənistanda “Qarabağ klanı”na külli miqdarda pul buraxılıb.

Qarabağda baş verən döyüşlər zamanı klan üzvləri diasporun hesabına varlanmışdı. Paşinyan bu cinayət işini açmaqla Koçaryanın gizlətdiyi pulları mənimsəmək istəyirdi. Koçaryan və “Qarabağ klanı”nın üzvləri ABŞ, Rusiya və Fransadakı erməni diasporlarından ayrılan milyardlarla dollar pulu mənimsəyiblər. 

Paşinyan hakimiyyətə gəlməmişdən xalqa vəd etmişdi ki, Ermənistanda iqtisadi inqilab olacaq. Lakin iqtisadi inqilab etmək üçün ona pul lazımdır. Ermənistan büdcəsində isə pul yoxdur. Və bu cinayət işi vasitəsilə Paşinyan o pulları Koçaryandan almaq istəyirdi. Amma onun istəyi baş tutmadı. Koçaryan azadlığa buraxıldı. İndi Koçaryanın azadlığa buraxılmasından istifadə edərək, Paşinyan xalqa müraciət edib və bəyanat verib ki, “Qarabağ klanı” ona qarşı əks-inqilabi çevriliş hazırlayır”. 

Politoloq hesab edir ki, Paşinyanın oğlu Aşotu Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarından qaçıraraq, Yerevanın yeddi kilometrliyindəki hərbi hissəyə gətirməsi də “Qarabağ klanı”ndan çəkinməsi ilə bağlıdır:

“Ermənistan rəhbərliyi ilə “Qarabağ klanı” arasında gedən gizli müharibə Paşinyanı qorxuya salıb. O, oğlunun həmin klan üzvləri tərəfindən girov götürülməsindən qorxduğu üçün bu addımı atıb. Dağlıq Qarabağ hərbi birləşmələrlə doludur. Oradakı quldur dəstələri, yaraqlılar hər an Paşinyana qarşı addım ata bilərdilər”. 

Kommunisti qəhrəman adlandıran CHP üzvünə CİNAYƏT İŞİ AÇILDI

Türk inqilabçı Dəniz Gəzmişi qəhrəman adlandıran Cümhuriyyət Xalq Partiyasından (CHP) olan keçmiş millət vəkili Mehmet Tümə cinayət işi açılıb.

CHP üzvü bundan əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu və Millətçi Xalq Partiyasının (MHP) lideri Dövlet Bağçalını təhqir edib.

Soyluya “soysuz” deyən Mehmet Tüm MHP liderini isə “mövqesiz” adlandırıb.

Artıq Baş Prokurorluq CHP-li Tüm barədə ittihamnamə hazırlayıb. İttihamnamə Mehmet Tümün “Dəniz Gəzmiş bu ölkənin müstəqilliyi üçün edam kürsüsünə gedən qəhrəmanıdır” ifadəsinə də yer verilib.

Prokurorluq CHP üzvünü buna görə terrorizmə dəstək verməkdə ittiham edib.

Qeyd edək ki, Dəniz Gəzmiş türk marksist-leninist inqilabçı, tələbə hərəkatının lideri və siyasi fəal olub. Türkiyə Xalq Qurtuluş Ordusunun (THKO) qurucularından bir olan inqilabçı 1972-ci il mayın 6-da edam edilib. (teleqraf.com)

Zelenskidən AĞLASIĞMAZ ADDIM: hökumətdəki bütün vəzifələri…

“Xalqın xidmətçisi” adlı məşhur komediya proqramında prezident obrazını canlandıran Ukraynanın yeni prezidenti Vladimir Zelenski ekranlarda qurduğu dövlət strukturunu gerçək həyata da tətbiq edir.

Zelenski şoumen olduğu dövrlərdə komediya proqramlarında birlikdə işlədiyi yoldaşlarına hökumətində vəzifə verir.

Onun “Kvartal 95” əyləncə şirkətinun uzun müddətdir birinci prodüseri vəzifəsini icra edən Sergey Trofimov birinci vitse-prezident olub. “Xalqın xidmətçisi” adlı proqramın əməkdaşı Yuri Kostyuka isə hökumətdə önəmli vəzifə verilib.

Zelenski uşaqlıq, məhəllə və məktəb dostu olan “Kvartal 95”in ortağı İvan Bakanovu Ukrayna Təhlükəsizlik Xidməti rəhbərinin birinci müavini təyin edib. Bakanov Korrupsiyaya qarşı mübarizə departamentini idarə edəcək və bürokratların vəzifəsindən sui-istifadə edib-etmədiyini araşdıracaq.

Zelenskinin bu siyasəti davam etdirməsi gözlənilir. (publika.az)

“Ermənilər “qarabağlı”lardan xilas olmaq üçün hakimiyyət dəyişikliyi etdi”

Ermənistan bölgənin araqarışdıran, sabit olmayan ölkəsidir. Mövcudluğunu belə davam etdirməsi, qonşu dövlətlərə qarşı əsassız və istinadsız olaraq ərazi iddiası onun pozuculuq fəaliyyəti ilə məşğul olmasını da təsdiqləyir. Belə vəziyyəti ilə Ermənistan Cənub Qafqazın Qərbə inteqrasiyasını əngəlləyir, üçüncü qüvvələrin bölgədə maraqlarının təmin olunmasına, sabitliyi pozmasına, regionun təhlükəsizliyinin təhdid olunmasına yardım edir.
Yeri gəlmişkən, Ermənistanın işğalçı və soyqırım törədən dövlət kimi tanınmasında başlıca rol oynayan, bölgədə başqa dövlətlərin maraqlarının təmin olunmasının əsas ifaçısı keçmiş prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbirinin ləğvi ölkədəki vəziyyəti bir daha ifşa etdi. Məlum oldu ki, Ermənistanın məhkəmə orqanları xarici dövlətin nəzarəti altındadır və onun tapşırıqlarını icra edir. 
Məhz 2016-cı ilin aprel döyüşü bu ölkənin hərbi qüdrəti barədə yaradılan mifi dağıtdı. Bu, Ermənistan cəmiyyətində və hakimiyyətində parçalanma yaratmışdı. 2018-ci ilin hakimiyyət dəyişikliyi ilə nəticələnən hərəkat parçalanmış erməni cəmiyyətini toparlamağa müəyyən mənada nail ola bilmişdi. Məhkəmə binalarının qarşısında keçirilən piketlər isə Ermənistan cəmiyyətinin parçalanmış halını göstərdi. Etiraz aksiyasında iştirakçıların azlığı, Avropaya inteqrasiyaya qarşı çıxışlar, Ermənistanda və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki ermənilər arasında maraqların toqquşması, ziddiyyətlərin artması erməni cəmiyyətinin birliyi mifinin dağılmasını təsdiq edən faktlardır. Məlum oldu ki, Qarabağda yaşayan ermənilər Ermənistanda başlıca güc sahibidirlər. Koçaryanın zaminə buraxılması bunu göstərdi. Ermənistanın müstəqilliyi 28 ilə yaxındır bərpa olunub. Bu müddətin 20 ilində hakimiyyətə Azərbaycan vətəndaşı olmuş ermənilər başçılıq edib. Robert Koçaryan 1998-2008-ci illər, Serj Sarqsyan isə 2008-2018-ci illərdə Ermənistanın prezidentləri olublar. İkincisi 2018-ci ilin 17-23 aprelin beşgünlük baş nazir vəzifəsini də icra edib. Sarqsyan hətta Ermənistanın milli təhlükəsizlik naziri də olub. Qarabağdan olan keçmiş Azərbaycan vətəndaşları Ermənistanda müxtəlif vəzifələrdə olublar. Məsələn, keçmiş müdafiə naziri Seyran Ohanyan, Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi Movses Akopyan və s. Bu siyahını uzatmaq da olar. Belə çıxır ki, Ermənistanda dövləti idarə etmək üçün kadr olmayıb, yaxud ən etibarlı kadrlar Azərbaycanın keçmiş vətəndaşlarıdır.
Əslində, Ermənistan cəmiyyəti “qarabağlı” ermənilərdən xilas olmaq üçün 2018-ci ildə hakimiyyət dəyişikliyi elədi. Görünür, onların bundan artığına gücləri çatmadı. Azərbaycanın keçmiş vətəndaşları Ermənistanda əsas söz sahibi olaraq fəaliyyət göstərirlər. Onların fəaliyyəti isə erməni cəmiyyətinin parçalanmasını dərinləşdirir. Bunu artıq hakimiyyətdə olanlar da etiraf etməyə başlayıblar. Ermənistanda çıxan “Past” qəzetinin yazdığına görə, baş nazir Nikol Paşinyan ermənilər arasında parçalanmanın yaranmasını araşdırmaq üçün güc strukturlarına tapşırıq verib. Bildirilib ki, Qarabağda ermənilər arasında Ermənistan hakimiyyətinin “Qarabağ ermənisi” və “Ermənistan ermənisi” yarlığı vurduğuna dair söz-söhbət dolaşır. Bunun da yersiz olmadığı təsdiqlənir. Məlum olub ki, “Qarabağ erməniləri” də Ermənistan ermənilərini sevmir. Nikol Paşinyan ermənistanlıdır. “Jamanak”ın yazdığına görə, Qarabağdan olan “generallar” Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək istəyirlər: “Bir neçə gün əvvəl Ermənistanın tanınmış oliqarxları və Qarabağdan olan “generallar” bir villaya toplaşıblar. Görüşü Samvel Karapetyan (separatçı rejimin “müdafiə nazirinin keçmiş müavini” – red.) təşkil edib. İştirakçılar Nikol Paşinyan hökumətini devirmək üçün əllərindən gələni edəcəklərinə and içiblər. Görüşdə Samvel Aleksanyan (sahibkar, keçmiş hakim Respublikaçılar Partiyasından deputat, Ermənistana qənd və bitki yağlarının idxalı ilə məşğuldur – red.) da iştirak edib”.
Deməli, Nikol Paşinyan və Ermənistan erməniləri vəziyyətə nəzarət etməsə, yeni sürpriz hadisələrin baş verəcəyi ehtimalı az deyil. Bu həm də onu göstərir ki, Qarabağın işğalında oynadığı rol Ermənistanın müstəqil dövlət olmasına qarşı işləyib. Başqa sözlə, bu ölkədəki hakimiyyət, Qarabağla bağlı erməni iddiaları Ermənistanın müstəqilliyinə əngəl olub. Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığı, ölkəyə edilən yardımlara “Qarabağ ermənilərinin” şərik çıxması, xarici siyasət kursunda problemlər, ölkə əhalisinin daim vahimə və xof içində yaşaması, ictimai, siyasi və iqtisadi sabitliyin olmamasının başlıca amili ermənilərin Azərbaycan torpaqları ilə bağlı iddiası, işğalçılığıdır.
ABŞ-ın məşhur “Gallup” beynəlxalq sosial araşdırma şirkətinin apardığı (“Gallup International Association”) sosial araşdırmadan bəlli olub ki, Ermənistanda vətəndaşların vacib problemi Qarabağ məsələsi deyil, işsizlikdir. Rəyi soruşulanların 45 faizi işsizliyi Ermənistanın başlıca problemi olduğunu söyləyib. Respondentlərin 40,5 faizi ölkədəki iqtisadi vəziyyətin düzəlməsinə üstünlük verib. Rəyi soruşulanların 26,8 faizi isə təqaüd və əməkhaqlarının az olmasından şikayət edib. Respondentlərin 26,1 faizi isə Qarabağ məsələsini Ermənistanın vacib problemi sayır. Rəyi soruşulanlar emiqrasiya, korrupsiya və terroru da ölkənin başlıca məsələləri sırasında qeyd ediblər. Araşdırma nəticəsində o da məlum olub ki, ölkə əhalisi psixoz vəziyyətdədir. “Gallup” şirkəti müəyyən edib ki, sakinlərin 45 faizi sorğunu kin, qıcıq və streslə cavablandırıb.
Nəhayət, Nikol Paşinyan və onu dəstəkləyən siyasi qüvvələr daha çox qərbyönlülərdir. “Qarabağ erməniləri” isə birmənalı olaraq, Rusiyasevər və Rusiya təmayüllüdürlər. Onda sorğunun nəticələrindən belə çıxır ki, Ermənistan erməniləri Qərbə inteqrasiyaya üstünlük verir və onlar üçün Azərbaycan torpaqlarının işğalı elə də prioritet deyil. Habelə ölkədə sabitliyi pozanlar isə “Qarabağ erməniləri”dir. Onlar həm də Ermənistanın inkişafının qarşısını alır. Son bir ildə baş verənlər onu da sübut edib ki, Dağlıq Qarabağın işğal altında saxlanması Ermənistanın beynəlxalq nüfuzuna da zərbə vurur. Artıq bu reallığı havadarları da inkar etmir. Deməli, Qarabağ məsələsi və “Qarabağ erməniləri” Ermənistanın müstəqilliyinin təhdid edilməsi üçün əsas alətə çevrilib. Çıxış yolu da yox deyil. Bu yol Ermənistanın Qarabağın işğalından əl çəkməsindən, qonşulara yersiz və əsassız ərazi iddiaları irəli sürməkdən imtinasından, başqalarının əlində alət olmaqdan qurtulmasından, hikkə və kindən xilas olmasından keçir. Bu yolu tutan Ermənistan isə, ilk növbədə, bölgə üçün dövlətin, əlin pozuculuq fəaliyyəti ilə məşğul olmasının qarşısını alar, Cənubi Qafqazın Qərbə inteqrasiyasını sürətləndirər. Hələlik isə Ermənistan bu yoldan uzaqdır. Dağlıq Qarabağın işğalı və “Qarabağ erməniləri” ölkənin müstəqilliyini, suverenliyini təhdid edir.
Sədrəddin Soltan, politoloq
(moderator.az)

Qriqoryana Boltondan ŞOK CAVAB

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdən imtina edib.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Xəbərəg görə, katibin ABŞ-a səfəri uğursuz keçib. Belə ki, onu Vaşinqtonda heç bir yüksək vəzifəli şəxs qəbul etməyib. Həmçinin Con Bolton da onunla görüşməkdən imtian edib.

C.Bolton ötən ilin oktyabr ayında İrəvana səfəri zamanı da Qriqoryanla təkbətək görüşdən imtina etmiş və onu icma təmsilçiləri ilə birlikdə qəbul etmişdi. (publika.az)

Deputatın gəlir bəyannaməsi -31 ev, 10 təyyarə, 10 torpaq sahəsi…

Rusiyanın Surqut Şəhər Dumasının Liberal Demokrat Partiyasından (LDPR) olan deputatı Yevgeni Barsov 2018-ci il üçün gəlirləri ilə bağlı hesabatını açıqlayıb. Dumanın saytında yerləşdirilən sənəddə deputata məxsus çoxlu sayda daşınmaz əmlak və bir neçə təyyarə də yer alıb.

Bəyannaməyə əsasən, Barsovun əmlakı sırasına 10 təyyarə, o cümlədən Amerika istehsalı olan “Douglas DC-3” kiçik mühərrikli təyyarə, Rusiyanın aviasiya avadanlığının hazırlanması üzrə istisaslaşmış müəssəsi tərəfindən istehsal olunan iki təyyarə, həmçinin, ekskavator, yük maşını və iki avtomobil daxildir.

Deputatın həmçinin ümumilikdə 31 evi, 10 torpaq sahəsi, 4 qeyri-yaşayış obyekti, bir yaşayış binası, bir avtomobil parkı, aşağı təzyiqli qaz boru kəməri də var.

Nəşr olunmuş sənədə əsasən, Barsov 2018-ci il ərzində 33,5 milyon rubl qazanıb. Millət vəkilinin 2016-cı ildə çap olunmuş əvvəlki bəyannaməsinə əsasən, o, cəmi beş mənzilə sahib idi.

Lakin Rusiya əhalisinin təxminən dörddə üçü rəsmi şəxslərin təqdim etdiyi bəyannamələrin həqiqiliyinə inanmır. Onlar hesab edirlər ki, dövlət məmurları gəlir və əmlak haqqında real məlumatları gizlədirlər.

Tramp onun haqqında nələr demədi: “Dəli”, “yaramaz”…

ABŞ Prezidenti Donald Tramp onu Rusiya araşdırmasının üstünü bağlamaqda ittiham edən Nümayəndələr Palatasının sədri Nensi Pelosiyə sərt reaksiya verib.

Prezidentlə sədr arasında söz atışması təhqirlə müşayiət olunub.

Trampın bəzi demokrat deputatlarla Ağ Evdə görüşündə Pelosi Rusiya araşdırmasına sərt reaksiya verərək görüşü yarımçıq kəsib. Daha sonra ölkənin gələcəyi üçün Trampın anlaşılmaz davranışlarına ailəsinin müdaxilə etməsinin vacibliyini bəyan edib.

Prezident Donald Tramp tvitter hesabında Pelosi haqqında “dəli”, “işə yaramaz” ifadələri işlədib, onu uzun müddət izlədiyini, artıq onun əvvəlki kimi olmadlığını və ağılını itirdiyini bəyan edib.

Nensi Pelosi isə Tramp haqqında belə deyib: “Son dərəcə sabit, dahi… Nə vaxt prezident kimi davranmağa başlasa, o zaman prezidentlə ticarət, iqtisadiyyat, siyasət və digər mövzularda əməkdaşlığa başlayacağam”.

Tramp və Pelosi arasında söz atışması ABŞ mediasının gündəmindədir. (teleqraf.com)

Yeni prezidentə elə hədiyyə verdilər ki… – VİDEO

Ukraynanın yeni seçilmiş və daha əvvəl siyasi təcrübəsi olmayan prezidenti Vladimir Zelenskiyə “Yeni Başlayanlar üçün Siyasət” adlı uşaq kitabı hədiyyə edilib.

Hədiyyə yeni prezidentə Kiyevdə qatıldığı kitab sərgisində verilib.

“Obozrevatel” nəşrinin informasiyasına görə, kitabın üzərində “yeni başlayanlar üçün siyasət kitabı gənc oxuculara ölkədəki idarəetmə və siyasi sistem, ideologiyalar və digər məsələlərlə bağlı maraqlı məlumatlar verir. Dövlətimizdəki müxtəlif dəyişikliklər ən kiçik yaşlı oxucuların da beynində sual işarələri yaradır” sözləri yazılıb.

Zelenski hədiyyədən narahat olmayıb. Əksinə, məmnunluq hissi ilə kitabı qəbul edib və gülümsəyərək zarafatla cavab verib. (publika.az)

 

ABŞ Türkiyəyə qarşı SENSASİON QANUN QƏBUL ETDİ: Şimali Kiprin işğalı və…

ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komissiyası Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə kompleksi alacağı təqdirdə sanksiyaların tətbiq olunmasını və F-35 proqramından çıxarılmasını ehtiva edən qanun layihəsini təsdiq edib.

Turkustan.info xəbər verir ki, layihənin müəllifi FETÖ terror təşkilatı ilə birgə işləyən və onlara qarşılıqsız dəstək verən senator Eliot Engeldir.

Qanun layihəsində rəsmi Ankara Rusiya və İranla yaxın münasibətlər qurmaq və Şimali Kipri işğal etməkdə ittiham olunur.

Qanun layihəsini həm Respublikaçılar, həm də Demokratlar Partiyasının senatorları dəstəkləyib və S-400 müdafiə komplekslərinin alışının ləğv edilməsi ilə bağlı çağırış ediblər.

 

“Türkiyə Amerika ilə əhəmiyyətli regional maraqları paylaşır. Lakin Rusiya və İranla əməkdaşlıq etməsi, Şimali Kiprin işğalı, demokratik normalar və qurumlardan uzaqlşaması, azad mətbuata hücumlar, ABŞ vətəndaşlarının və səfirlik işçilərinin haqsız şəkildə həbs olunması ABŞ-Türkiyə münasibətlərini son dərəcə çətin vəziyyətə gətirir”, – qanunda qeyd olunub.

Qanunda həmçinin, Amerikanın Düşmənləri ilə Sanksiyalar Yolu ilə Mübarizə Aparmaq Qanunu (CAATSA) çərçivəsində Rusiya kəşfiyyatı və müdafiə sənayesi sektoru ilə əməkdaşlıq edənlərə sanksiya tətbiq olunmasının şərt olduğu bildirilib.

Türkiyənin S-400 sistemlərinə sahib olacağı təqdirdə F-35 proqramından çıxarılması məsələsi də layihədə əksini tapıb.  /Publika.az/

İran prezidenti Həsən Ruhani: “ABŞ bizi bombalasa da təslim olmayacağıq”

İran prezidenti Həsən Ruhani mayın 23-də deyib ki, onun ölkəsi hətta bombalansa belə, ABŞ-ın təzyiqləri qarşısında təslim olmayacaq. Ruhani ilə eyni gündə bəyanat verən İran silahlı qüvvələrinin baş qərargah rəisi general-mayor Məhəmməd Baqeri deyib ki, “düşmənin hər hansı avantürizmi dağıdıcı cavabla üzləşəcək”.

IRNA agentliyinin xəbərinə görə 1980-1988-ci il İran-İraq müharibəsinin yadetmə mərasimində çıxış edən prezident Ruhani deyib ki, “iranlılar həyatlarındakı çətinliklərə baxmayaraq indiyədək təzyiqlərə boyun əyməyiblər”.

Rohani bildirib ki, İran “hətta onun torpağı bombardman edilsə də, müstəqillik və ləyaqətindən geri çəkilməyəcək”.

Bundan əvvəl İran silahlı qüvvələrinin baş qərargah rəisi general-mayor Məhəmməd Baqeri demişdi ki, ABŞ-İran qarşıdurması “iradələrin çarpışmasıdır”. Baqeri xəbərdarlıq etmişdi ki, İran “düşmənin hər hansı təxribatına güclü, dağıdıcı və məhvedici cavab verəcək”.

Qeyd edək ki, İran Birləşmiş Ştatlarla “heç bir şəraitdə” danışıqlara getməyəcəyi barədə bəyanatı təkrar səsləndirib və 2015-ci il nüvə sazişinin imza sahibi olan ölkələri öz öhdəliklərinə əməl etməyə çağırıb. Tehran bu sazişlə bağlı səbrinin tükənməkdə olduğunu bildirib.

“Bizim ölkəmizin hüquqlarına hörmət edilmədikcə, sözlər hərəkətə keçmədikcə, bizim tutdiuğumuz yol indi olduğu kimi qalacaq”.

Bu barədə bəyanatı mayın 23-də İran Ali Milli Təhlükəsizlik Şurasının sözçüsü Keyvan Kösravi elan edib.

O əlavə edib ki, “heç bir şəraitdə danışıqlardan söhbət gedə bilməz”.

İran və Birləşmiş Ştatlar arasında münasibətlər ötən il prezident Donald Trump ABŞ-ı 2015-ci il nüvə sazişindən çıxartdıqdan sonra ən aşağı həddinə enib. Sözü gedən müqavilə İranla, ABŞ da daxil, dünyanın 6 gücü arasında imzalanıb və üzərindəki sanksiyaların qaldırılması müqabilində Tehranın nüvə fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutur.

ABŞ bu sazişdən çıxandan bəri Vaşinqton ritorikasını sərtləşdirib və Tehran üzərinə sanksiyaları bərpa edib.

Nüvə sazişini imzalamış Avropa ölkələri – Britaniya, Fransa, Almaniya hazırda bu müqavilənin qorunub saxlanmasına səy göstərirlər, lakin Tehran onların “ləngliyindən” narahatlıq keçirdiyini deyir.

İran mayın 8-də verdiyi bəyanatda bildirib ki, dünya gücləri onun maraqlarını ABŞ sanksiyaları qarşısında müdafiə etməsələr, Tehran uranın zənginləşdirilməsi fəaliyyətinə başlayacaq. Donald Tramp administrasiyasının rəsmiləri son həftələrdə Birləşmiş Ştatların iştirakı ilə hərbi münaqişənin yer ala biləcəyindən narahatlıq ifadə edirdilər.

Vaşinqton Yaxın Şərqə, İrana yaxın sulara hərbi gəmilər göndərmişdi və İrandan Amerika maraqlarına “real təhlükə” olduğunu bildirirdi. Tehran ABŞ-ın bu iddialarını dəfələrlə rədd edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova mayın 23-də Vaşinqtonu, “sanksiyalar qoymaqla, hərbi təzyiqi artırmaqla və aqressiv ritorikadan istifadə etməklə İranı “birbaşa qarşıdurmaya” çəkmək cəhdlərində ittiham edib.

Zaxarovanın bu bəyanatından əvvəl Reuters agentliyi xəbər vermişdi ki, İranla bağlı gərginliyin artması ilə əlaqədar Pentaqon Yaxın Şərqə 5000 hərbçidən ibarət əlavə qüvvə göndərilməsinə dair təklifi təhlil etməkdədir.

“Sepah”: ABŞ-ın körfəz regionundakı hərbi gəmiləri tam nəzarətimiz altındadı

“Hazırda ABŞ-ın körfəz regionundakı hərbi gəmiləri “Sepah” və ordumuzun tam nəzarətindədir. Hər hansı bir nigaranlığa əsas yoxdur”.

ONA xarici mediaya istinadla xəbər verir ki, bunu “Sepah” baş komandanının canişini Əli Fədəvi deyib.

O bildirib ki, xarici hərbi gəmilər icazə almadan İran sahil sularına yaxınlaşa bilməzlər.

“Sepah” təmsilçisi əlavə edib ki, körfəzdə olan bütün xarici hərbi gəmilər İranla fars dilində danışmalıdı: “Məhz buna görə də bu gün körfəz sularında hərəkət edən bütün xarici hərbi gəmilərdə fars dilini bilən tərcüməçilər var. Bu isə bizim gücümüzü göstərir”.

Facebook yarım ildə 3 milyard saxta hesabı bağlayıb – Açıqlama

Facebook bildirir ki, onun ötən ilin oktyabrından bu ilin martınadək bağladığı saxta hesabların sayı bundan əvvəlki 6 ayla müqayisədə iki dəfə artaraq 3 milyardı keçib.

Dünyanın ən böyük sosial media platforması olan şirkət mayın 23-də özünün internet saytında dərc etdiyi bəyanatda bildirir ki, saxta hesabların böyük bir qismi “bir neçə dəqiqə ərzində” və hələ “aktivləşdiriləndən” əvvəl silinib.

Facebook bildirir ki, belə nəhəng sayda saxta hesabın olmasına səbəb onların hakerlər tərəfindən avtomatlaşdırılmış qaydada yaradılmasıdır. Platforma bunu da bildirir ki, onun aylıq 2, 4 milyard aktiv istifadəçi auditoriyasının 5 faizini saxta hesablar təşkil edib:

“Biz 2018-ci ilin dördüncü rübündə 1, 2 milyard, 2019-cu ilin ilk rübündə isə 2, 19 milyard hesabı bağlamışıq. Biz siyasətimizin pozulmasına yönəlmiş səylərin dəf edilməsi üçün yeni vasitələrin axtarışını davam etdirəcəyik”.

Facebook bildirir ki, o nifrət qızışdıran materialların qarşısının alınması sahəsində də tərəqqiyə nail olub. Belə materialların 65 faizi avtomatlaşdırılmış sistem tərəfindən hələ istifadəçilərin xəbər verməsindən əvvəl silinib.

Facebook bildirir ki, 2019-cu ilin ilk üç ayında nifrət qızışdıran hesab oluna biləcək 4 milyon postu silib. Şirkət qeyd edir ki, müxtəlif dillərdə və müxtəlif regionlardan olan belə postların aşkar olunması sahəsində bundan sonra da geniş iş aparılacaq.

Ruhani: İran bombardmana məruz qalsa belə təslim olmayacaq

İran bombardmana məruz qalsa belə təslim olmayacaq.

Turkustan.info-nun məlumatına görə, bunu ölkənin prezidenti Həsən Ruhani ABŞ-la yaranan hərbi gərginlik fonunda deyib.

Prezident bildirib ki, bu gün İran üçün sarsılmazlıq vacibdir: “Düşmən anlamalıdır ki, qəlbimizdə ümidsizlik və çarəsizliyə yer yoxdur”.

Ruhani əlavə edib ki, ölkəsi iqtisadi müharibəni yaşayır və burada ictimai rifah hücuma məruz qalır.  /Teleqraf.com/

İrandan dünyaya çağırış: ABŞ-a qarşı birləşək!

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif dünya ölkələrini ABŞ sanksiyalarına qarşı hərəkətə keçməyə çağırıb.

Turkustan.info-nun məlumatına görə, XİN rəhbəri vurğulayıb ki, beynəlxalq birlik Birləşmiş Ştatlara təzyiq edərsə, dünyadakı mövcud düzən də dəyişər.

“Şübhəsizdir ki, ABŞ öz sanksiyaları ilə dünya düzənini nəzarətə götürüb. Əgər beynəlxalq aləm buna qarşı hərəkət etməzsə, olduqca çətin vəziyyətdə qalacaq”, – deyə XİN rəhbəri bildirib.  /Axar.az/

Paşinyanı devirmək üçün erməni generallar and içdi

Qondarma Dağlıq Qarabağ Respublikasının hökumət rəsmiləri və erməni oligarx generallar Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək üçün bir araya gəliblər.
Turkustan.info Ermenistan KİV-ə istinadla xəbər verir ki, “DQR” müdafiə nazirinin keçmiş müavini Samvel Karapetyan tərəfindən təşkil edilən toplantıda Paşinyan hökumətini devirmək üçün müzakirələr aparılıb, hətta niyyətlərini reallaşdırmağa and içiblər.
Məlumata görə, Ermənistan parlamentinin Respublikaçılar partiyasından olan sabiq deputatı, iş adamı kimi tanınan Samvel Aleksanyan da yığıncağa qatılanlar arasında olub.
Bununla bağlı jurnalistlərə açıqlama verən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ehtimal olunan sui-qəsd haqqında narahatlığını gizlətməyib.
Qeyd edək ki, mayın 20-də Pashinyan ona qarşı hazırlanan hər hansı bir sui-qəsddən duyuğ düşdüyünü dolayısı ilə bildirərək, bu istiqamətdə ən sərt tədbirlər görəcəyini siyasi opponentlərinin diqqətinə çatdırmışdı.  /ONA/

Pentaqondan İran planı: Ordu yeridiləcək, ancaq 10 min deyil

Pentaqon İranla gərginlik fonunda Yaxın Şərqə əlavə 10 min hərbçinin göndərilməsi planını Ağ Evə təqdim edəcək.

Turkustan.info xəbər verir ki, bu məlumatı “Foks Nyus” televiziyası öz mənbələrinə istinadən yayıb.

Televiziya planda “Patriot” sistemlərinin və döyüş gəmilərinin artırılmasının da yer alacağını bildirib. Hələlik planla bağlı yekun qərarın qəbul edilmədiyi, Ağ Evin isə Pentaqonun planlarını təsdiqləyib-təsdiqləməyəcəyinin bilinmədiyi vurğulanıb.

***

Yaxın Şərqdə olan ABŞ əsgərlərini qorumaq üçün bölgəyə daha artıq hərbçi göndərməyi düşünürük.

Bu açıqlama ilə ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanahan çıxış edib.

Şanahan daha öncə bölgəyə 10 minlik ordunun göndərilməsi barədə yayılan xəbərləri təkzib edib.  /Axar.az/

İranda qadın mahnı oxudu, dövlət məmurları qəzəbləndi

İranın Natanz şəhəri yaxınlığındakı bir kənddə bir qadın müğənninin mahnı ifa etməsi rəsmilərin sərt reaksiyasına səbəb olub. Hadisə tarixi Əbyanə kəndində baş verib. Nigar Müəzzamın ifa etdiyi mahnı internetə yüklənəndən sonra izləyicilərin diqqətini cəlb edib.

Müğənninin kəndə ailəvi şəkildə turist səfəri ilə gəldiyi deyilir. Səyahəti təşkil edən şirkətin də məsuliyyətə cəlb olunacağı bildirilib.

Ali Dini Rəhbərin yerli nümayəndəsi olayı “biabırcı hərəkət” kimi təsvir edib. Ruhulla Əmini hadisənin Ramazan ayında baş verdiyini xüsusi qeyd edərək, hüquq-mühafizə ilə ədliyyə orqanlarını “küfrə” qarşı ölçü götürməyə səsləyib. Natanzin qubernatoru həmçinin başqa hadisə iştirakçılarını da müəyyən etməyə səsləyib. Yusif Hüseyni turu təşkil edən şirkətin meneceri və mahnı oxuyan qadının məhkəməyə çağrıldığını bildirib. İran qanunvericiliyi ictimai yerdə qadınların mahnı oxumasına və rəqs etməsinə icazə vermir.Reaksiyalar

İsfahan şəhəri yaxınlığında baş verən hadisə Twitter-də müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərindən biri yazır ki, müğənni ilə bağlı hadisəyə çevik reaksiya verən hakimiyyət qadınların üzünə kimyəvi turşu çırpanlara qarşı işlərdə yubanmalara yol verir.

“Necə ola bilər ki, İranda heç kim xoşbəxt ola bilməz?”, -Twitter paylasımında deyilir.

Daha bir istifadəçi isə belə sual verir: “Hamının diqqəti ABŞ və İran arasında mümkün müharibəyə yönəldiyi bir anda, İranın “40 ildir ki, öz əhalisinə qarşı” müharibə apardığını gözdən qaçırırıq”.

Əksər postlarda müğənniyə dəstək verilsə də onu tənqid edənlər də var. Onlardan biri deyir ki, hakimiyyət belə bir hala diqqət yetirməsə “İran İslam Respublikası ilə Türkiyə, Malayziya kimi… ” ölkələr arasında heç bir fərq qalmayacaq.

Şəriət ölkəsi SAXTA İÇKİ ŞOKUNDA– Kütləvi ölüm

İranın İsfahan şəhərində saxta alkoqollu içkilərdən 6 nəfər ölüb, 43 nəfər ağır zəhərlənib.

Ötən ay Meşkinşəhr, Əhər və Bukan şəhərlərində də kustar üsulla hazırlanmış spirtli içkilərdən kütləvi zəhərlənmə halları baş verib.

2018-ci ilin oktyabr ayında isə İranın 8 əyalətində saxta alkoqollu içikilərdən 1000-dən çox insanın zəhərlənməsi barədə məlumat yayılıb. (teleqraf.com)

İranla döyüşə göndərilən general daha 10 min əsgər tələb edir – Müharibəyə ciddi hazırlıq gedir

ABŞ-la İran arasında mümkün hərbi toqquşma riskinin artması ilə əlaqədar Birləşmiş Ştatların Mərkəz Komandanlığı (CENTCOM) Pentaqondan daha 10 min hərbçinin göndərilməsini istəyib. Bu haqda beynəlxalq informasiya agentlikləri bildirir.

“Reuters” xəbər verir ki, CENTCOM rəhbəri, kontr-admiral Kennet Makkenzi Pentaqona onun sərəncamında olan qüvvələrə dəstək üçün 5 min hərbçinin göndərilməsi haqda sorğu verib. “Assosiated Press” isə bildirir ki, komandan 5 min yox, 10 min hərbçinin göndərilməsini istəyir. Lakin hər iki agentlik əlavə qüvvələrin “sırf müdafiə məqsədləri üçün” cəlb edildiyni bildirir.

Xatırladaq ki, bu günlərdə Pentaqon CENTCOM-un sərəncamına 5 minlik kontingent, “Avraam Lincoln” təyyarədaşıyanını, desant gəmisini və esminetsləri, habelə strateji bombardmançıların operativ qruplaşmasını  və “Petriot” zenit-raket komplekslərini göndərmişdi. ABŞ hərbi rəhbərliyi bunu İranın Yaxın Şərq regionunda Birləşmiş Ştatların və müttəfiqlərinin maraqlarına qarşı hansısa hücumlar hazırlaması ilə əsaslandırmışdı.

Habelə xəbər verilir ki, Yaxın Şərq regionuna “Petriot” komplekslərinin əlavə batareyalarını və “İran tərəfdən potensial təhdidlərdən müdafiəni gücləndirmək üçün” gəmiləri göndərmək məsələsi müzakirə olunur.

“Reuters”in bildirdiyinə görə Pentaqonun hələlik admiral Makkenzinn sorğusuna necə cavab verəcəyi məlum deyil, çünki belə sorğular ABŞ-ın bütün komandanlıqlarından müntəzəm olaraq daxil olur, amma əksər hallarda həmin sorğular təmin edilmir.

“Assosiated Press” isə bildirir ki, CENTCOM-un sərəncamına əlavə qüvvələrin göndərilməsi planı haqda Pentaqon bu gün mayın 23-də elan edə bilər.

Daha əvvəl xəbər verilmişdi ki, Pentaqonun Yaxın Şərqə 120 minlik kontingentin göndərilməsini nəzərdə tutan planı var. Amma həmin xəbər rəsmən təsdiqlənməyib.

Bu arada rusiyalı hərbi analitik Konstantin Sivkov ABŞ-la İran arasında toqquşma nın başlanğıcında Birləşmiş Ştatlar ordusunun hansı itkilər verə biləcəyini proqnozlaşdırıb. Onun fikrincə, döyüşlərin ilk saatlarında İran əməliyyat-taktiki və orta mənzilli ballistik raketləri tətbiq edərək ABŞ-ın regiondakı bazalarını vura bilər. Bu zaman ABŞ-ın 4-5 aviabazasının vurulması onun qüvvələrini  2-3 günlüyə sıradan çıxarar, çünki təyyarələrin və vertolyotların 15 faizi döyüş vəzifələrini yerinə yetirə bilməyəcək. Həmin zərbələr nəticəsində ABŞ-ın yüzlərlə hərbçi itirməsi mümkündür. (virtualaz.org)

Saakaşvili Zelenskidən vətəndaşlıq istəyir – Vəkil hökumətə müraciət etdi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynanın yeni prezidentindən vətəndaşlığını bərpa etməyi istəyir. Vəkili Ruslan Xornolutskiy mayın 22-də Facebook-da yazıb ki, Ukrayna Prezidenti Volodimir Zelenskiy administrasiyasına rəsmən müraciət edərək Saakaşvilinin vətəndaşlığının bərpasını istəyib.

Saakaşviliyə 2015-ci ildə Zelenskiy-nin sələfi Petro Poroşenko vətəndaşlıq verib və Odessanın qubernatoru təyin edib. Tbilisi rəsmiləri isə həmin ilin dekabrında onun Gürcüstan vətəndaşlığını alıb, Gürcüstan qanunvericiliyinin ikili vətəndaşlığa icazə vermədiyini bildirib.

Volodymyr Zelenskiy

Poroshenko və Saakaşvilinin münasibətləri korrupsiya iddialarından dolayı pisləşincə, Poroshenko 2016-cı ildə onu qubernatorlurdan çıxarıb. 2017-ci ilin iyulunda Saakashvili Yeni Qüvvələr Hərəkatı adlı müxalifət partiyası yaradıb. Bundan sonra Poroshenko onun Ukrayna vətəndaşlığını ləğv edib.

Xornolutskiy mayın 22-də Saakaşvilinin Zelenskiyə məktubunu da yayıb. Məktubda Saakashvili Poroşenkonun onun vətəndaşlığını almaq qərarını “qanunsuz” adlandırır, deyir ki, bu addım Ukrayna konstitusiyasını və beynəlxalq hüququ pozub, çünki o, dövlətsiz qalıb.

Zelenskiy mayın 20-də andiçmə mərasimində deyib ki, Ukraynanın gələcəyi üçün işləməyə hazır olan istənilən şəxsə vətəndaşlıq verməyə hazırdır. “Mən özümü təkcə ukraynalı hesab etmirəm, Ukraynanı uğurlu və güclü etməkdən ötrü həyatımı həsr etməyə hazıram”, – yazan Saakaşvili hökumətdə vəzifə istəmədiyini də əlavə edib.

Saakaşvili Zelenskidən xahiş edir ki, azından Ukraynaya girişinə qadağanı qaldırsın və yeni prezident onun vətəndaşlığının bərpasını məqsədəuyğun saymazsa, özünü məhkəmədə müdafiə edə bilsin. Saakaşvili hazırda həyat yoldaşının vətəni Niderlandda yaşayır.

Rayon başçısı Cəlilov: 4 qətldə şübhəli bilinir… – İKİSİ AZƏRBAYCAN VƏTƏNDAŞI OLUB

Dağıstanın Dərbənd rayonunun mənimsəmədə ittiham olunaraq həbs edilmiş başçısı Məhəmməd Cəlilova qarşı yeni ittihamlar irəli sürülə bilər. Ələlxüsus, məmur dörd qətlin törədilməsində şübhəli bilinir.

Baza” telegram-kanalının xəbərinə görə, ilkin məlumatlara görə, sözügedən iki qətl hadisəsi hələ 2000-ci illərin əvvəllərində törədilib. Dərbənddə iki Azərbaycan vətəndaşı oğurlanıb və sonradan öldürülmüşdülər. Fakt üzrə cinayət işinin iştirakçılarından biri Cəlilovun qardaşı olub, lakin son nəticədə iş məhkəməyə gedib çıxmadı. İndi isə müstəntiqlər köhnə işi qaldırıblar və güman edildiyinə görə, məmur özü də iki nəfərin ölümündə təqsirlidir.

Eyni zamanda, Məhəmməd Cəlilovu iş adamı Arsenəli Daudovun qətlində ittiham etməyə hazırlaşırlar. O, öz avtomobilində partladılmışdı. Daudov Azərbaycandan Dağıstana və qonşu regionlara tərəvəz tədarükü ilə məşğul olub. Bu işdə onun maraqları Cəlilovun maraqları ilə toqquşub.

Dördüncü qurban Dərbənd Rayon Xəstəxanasının baş həkimi Nesür Osmanovdur. Həkim, müstəntiqlərin gəldikləri qənaətə görə, Cəlilova 12 milyon rubl borc veribmiş. 2015-ci ildə məmur borcunu qaytarmaqdan imtina edib və kreditoru öldürüb.

Daha öncə Rusiya mətbuatı yazmışdı ki, mayın 20-də məhkəmə Məhəmməd Cəlilovun vəkillərinin vəsatətini təmin etməyib və Dərbənd rayonunun keçmiş başçısını həbsdə saxlayıb. Əsas cinayət işinin materiallarına görə, məmur vəzifəsindən sui-istifadə edərək, qohumlarına 3 hektar torpaq sahəsi verib ki, bunun da bazar qiyməti 30 milyon rubldur. Həmin torpağa görə dövlətə pul ödənilməyib. Hadisə 2015-ci ildə baş verib. (virtualaz.org)

Regionu silkələyən iddia: Türkiyədən İrana AĞIR ZƏRBƏ

Türkiyə İran qazının alışından imtina edir.

Bu məlumatı “newsru.co.il” saytı Vaşinqtonu ziyarət edən Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıranın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində yer alan mənbəsinə istinadən yayıb.

Mənbə Türkiyənin ABŞ-ın strateji müttəfiqi olduğunu və onun sanksiyalarını pozmaq niyyətində olmadığını bildirib.

Qeyd edək ki, Türkiyə bu vaxta qədər dəfələrlə ABŞ sanksiyalarına rəğmən İran qazından imtina etməyəcəyini bildirmişdi. (axar.az)

Türkiyədən ABŞ-a SƏRT TƏHDİD: sanksiya tətbiq olunsa…

Rəsmi Ankaranın Rusiyadan aldığı S-400 zenit raket kompleksinə görə ABŞ tərəfindən sanksiyalara məruz qalmasına cavab olaraq Pentaqonun Türkiyədəki İncirlik və Kürəcik hərbi bazalarını bağlamaq alternativi gündəmdədir.

Türkiyəli jurnalistlər bununla bağlı müdafiə naziri Hulusi Akara sual ünvanlayıb.

Nazir isə suala cavab olaraq “bəzi şeyləri qabaqcadan demək işin sirrini pozur. Nəticələr ortaya çıxanda tədbirlərimizi görəcəyik” deyib.

Qeyd edək ki, Türkiyənin Adana şəhərinin İncirlik bölgəsində yerləşən sözügedən hərbi hava bazası NATO-nun 6 taktiki nüvə silahına ev sahibliyi edən bazalardan biridir. Bazanın inşası 1951-ci ildən start götürüb. 1954-cü ildə Türkiyə Silahlı Qüvvələri və ABŞ Hərbi Hava Qüvvələrinin ortaq xidmətinə verilib.

Kürəcik Radar Bazası isə Malatyanın Akçadağ ilçəsi yaxınlığında yerləşir. Bazanın təməli ABŞ tərəfindən qoyulub. Türkiyə Müdafiə Nazirliyinin açıqlamasına görə, 2010-cü il noyabr ayında NATO-nun Lissabonda təşkil olunan zirvəsində istehsalına qərar verilən hava hücumundan müdafiə sistemlərinin bir parçası olan xəbərdarlıq radarı Kürəcik Radar bazasından yerləşdirilib. (publika.az)

Lukaşenko Paşinyanı qorxaq adlandırmışdı – İrəvan yenə də ad çəkə bilmədi

Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantısında Azərbaycana silah satışını gündəmə gətirib.

O, KTMT-yə üzv olan bir sıra dövlətləri Azərbaycanı Ermənistana qarşı silahlandırmaqda ittiham edib.

Nazir qeyd edib ki, həmin dövlətlərin Azərbaycana silah satması rəsmi İrəvanı narahat edir.

Qeyd edək ki, Belarusun Azərbaycana “Polonez” hava hücumundan müdafiə sistemləri və digər silahları satması rəsmi Minsk və İrəvan arasında gərginliyə səbəb olub.

Ermənistan tərəfinin etirazlarına baxmayaraq, Belarus Azərbaycanın strateji müttəfiqi olduğunu və silah satışını dayandırmayacağını bildirib.

Prezident Aleksandr Lukaşenko isə Ermənistan Baş naziri Nikol Paşinyanı qorxaqlıqda ittiham etmişdi. O, Azərbaycana silah satmasına görə Rusiyaya etiraz edə bilmədiyini demişdi. (teleqraf.com)

“Gallup”un sensasion sorğusu -Ermənilər üçün ən vacib məsələ Qarabağ deyil, işsizlikdir

Amerikanın “Gallup İnternational Association” şirkətinin Ermənistanda apardığı sosioloji araşdırmaların nəticələri bu ölkə vətəndaşlarını ən çox narahat edən məsələləri üzə çıxarıb.

Araşdırmaların nəticələrini sensasion saymaq olar, çünki erməniləri ən çox narahat edən məsələnin Qarabağ yox, işsizlik olduğu  üzə çıxıb.

Belə ki, rəy sorğusuna əsasən Ermənistan vətəndaşlarının 45 faizi dövlət üçün ən mühüm problemin işsizlik olduğunu düşünürlər. Qalan 40.5 faiz isə ölkədəki iqtisadi situasiyanı narahatedici hesab ediblər. Rəyi soruşulanların 26.8 faizi aşağı maaşlardan və pensiyalardan narahatdır.

Qarabağ məsələsi isə erməniləri narahat edən ən başlıca məsələlər arasında 4-cü yerdədir. Vətəndaşların cəmi 26.1 faizi Dağlıq Qarabağ məsələsini Ermənistan üçün ən vacib hesab edib. Qalan üç məsələ isə mühacirət, korrupsiya və terrorçuluqdur.

Biz vətəndaşlardan hazırda dövlətimiz qarşısında dayanan ən mühüm vəzifələri sadalamağı xahiş etdik. 45 faiz işsizliyi göstərdi, 40.5 faiz iqtisadi situasiyanı, 26.8 -faiz aşağı pensiya və maaşları, 26.1 faiz isə Dağlıq Qarabağ problemini”-“Gallup İnternational Associations”un tamhüquqlu üzvü olan “MPG” MMC şirkətinin direktoru Aram Navasardyan mayın 22-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ən vacib problemlər sırasında rəyi soruşulanların 10.5 faizi mühacirəti, 7.4 faizi korrupsiyanı göstərib. Terrorçuluq isə çox az sayda ermənini narahat edir- cəmi 0.2 faiz.

Bu rəy sorğusunun nəticələri də göstərir ki, Ermənistanda ötən il baş verən inqilabi proseslərin kökündə məhz iqtisadi səfalət, yoxsulluq və işsizlik dayanır. Hakimiyyətdə olan qüvvələr üçün Qarabağ məsələsi ancaq hakimiyyətlərini qoruyub saxlamaq üçün manipulyasiya alətidir.     (Virtualaz.org)

Azərbaycan soyadlı erməni “Yandex”i idarə edəcək

Tiqran Xudaverdyan “Yandex” şirkətlər qrupunun icraçı direktoru təyin olunub.

“Vedomosti” xəbər verir ki, bunun üçün qrupun ştatında yeni vəzifə açılıb.

“Yandex”-ın təsisçisi və əsas səhmdarı Arkadiy Voloj baş direktor funksiyalarını icra etməkdə davam edəcək. Lakin o, bundan sonra strateji məsələlər üzərində işləyəcək.

1981-ci ildə Yerevanda doğulan Tiqran Xudaverdyan artıq 13 ildir ki “Yandex”də müxtəlif vəzifələrdə çalışır. Son illər o, “Yandex.Taxi”-nin baş direktoru olub.(ednews.net)

Qarabağ klanı Paşinyanı devirməyə and içdi

Qarabağ klanı Ermənistanın hazırkı bazş naziri Nikol Paşinyanı devirməyə söz verib.

 Ermənistanın “Jamanak” qəzeti yazır ki, ötən günlərdə erməni biznesmenlərdən birinin evində toplaşan Qarabağ klanı və oliqarxlar Paşinyan hökumətinin köhnə sistemə qarşı hücumlarını müzakirə ediblər.

Qarabağdakı qondarma rejimin “keçmiş müdafiə nazirinin müavini” Samvel Karapetyanın təşkilatçılığı ilə keçirilən görüşdə ciddi müzakirələr aparılıb:
“Qarabağ klanı və erməni oliqarxlar Paşinyan hakimiyyətini devirmək üçün əllərindən gələni etməyə and içiblər”- deyə “Jamanak” qəzeti öz mənbələrinə istinadən xəbər verir.

Görüşdə Ermənistanın ən zəngin adamlarlından olan keçmiş deputat Samvel Aleksanyan da iştirak etdiyi məlum olub. (modern.az)

Türkiyə ABŞ-ın yalanını İFŞA ETDİ: 2 həftə sonra…

“ABŞ-ın Türkiyəyə S-400 zenit-raket kompleksindən imtina etməsi üçün 2 həftə vaxt verməsinə dair rəsmi xəbərdarlıq almamışıq”.

Bunu Türkiyə Xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran deyib.

Müavin ABŞ mediasında yayımlanan bu iddianı təkzib edib: “Bizə rəsmi şəkildə belə bir şeyin çatdırılması müzakirə mövzusu belə deyil. ABŞ “Patriot” kompleksləri ilə bağlı mart ayında bizi məmnun etməyən təkliflərini yeniləyərək göndərmişdi. Düşünürəm ki, son çıxan xəbərlərdə bunu nəzərdə tuturlar”.

Qeyd edək ki, Amerikanın CNBC kanalı Vaşinqtonun Türkiyəyə S-400 zenit-raket kompleksindən imtina etməsi üçün 2 həftə vaxt verməsi ilə bağlı xəbər yaymışdı. Xəbərdə bu müddət ərzində Ankaranın Moskva ilə imzalanan S-400 razılaşmasından imtina etməli və ABŞ istehsalı olan “Patriot” sistemlərini almalı olduğu əksini tapmışdı. Əks halda, Vaşinqton Türkiyəni F-35 proqramından çıxaracaqdı. (publika.az)

Müsəlman ölkəsində ŞOK: Ailmlər edam olunacaq

Səudiyyə Ərəbistanı Ramazan ayının sonunda 3 məşhur din xadimini edam edəcək.

Bunu Həmas terror təşkilatının siyasi bürosunun üzvü Musa Əbu-Mərzuk tvitter hesabında yazıb.

Əbu-Mərzuk 2 səudiyyəli rəsmi şəxsə istinadən verdiyi xəbərdə 2017-ci ildə həbs olunan İslam alimi Salman Əl-Avdə, natiq Avad əl-Karni və dini veriliş aparıcısı Əli ƏL-Öməri edam olunacağını iddia edib.

O, sözügedən şəxslərin ölümündə Səudiyyə Ərəbistanı hökumətini, bu hokum verənləri, hakimləri və hökmdən xəbərdar olub yardım etməyən şəxsləri ittiham edib.

Səudiyyə Ərəbistanında məhbusların hüquqlarını müdafiə edən “Düşüncə məhkumları” hərəkatı din adamlarının edam edilməsinin cinayət olduğunu yazıb. Hərəkatın tvitter hesabında hökumətdən məhkumların azad edilməsi, akademik, din adamları və siyasi fəallara qarşı açılan bütün istintaq işlərinin dayandırılması tələb edilib.

Qeyd edək ki, ötən gün İngiltərədə fəaliyyət göstərən “Middle East Eye” nəşri sözgedən alimlərin qohumlarına və iki hökumət nümayəndəsinə istinadən verdiyi xəbərdə din adamlarının edam olunacağını iddia etmişdi.

Din adamları məhkəmədə terror təşkilatına liderlik etməkdə, Ər-Riyadın Qətərə tətbiq etdiyi blokadaya qarşı çıxmaqda, Müsəlman Qardaşlar Təşkilatı ilə əməkdaşlıqda, hökumətin uğurlarına kölgə salmaqda, milli təhlükəsizliyə təhdid yaratmqda ittiham olunublar. Onlara qarşı 37 maddə ilə cinayət işi açılıb.

Səudiyyə Ərəbistanından ötən ay terror təşkilatı qurmaq və düşmənlərlə əməkdaşlıq ittihamları ilə 37 nəfər edam olunub. (publika.az)

Venesuela ordusu hazır vəziyyətə gətirildi – ABŞ müdaxiləsi

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın istənilən hərbi aqressiyasının qarşısının alınması üçün orduya hazırlıqlı olmaları əmrini verib.

Turkustan.info xəbər verir ki, N.Maduro bu barədə Tvitter mikrobloqunda məlumat yayıb.

“Şimali Amerika imperiyasının ana vətənimizə qarşı gözlənilməz istənilən avantürasının qarşısının alınması, sülhün qorunması üçün bütün hərbi birləşmələrə ayıq və hazırlıqlı olmalarını əmr etmişəm. Bizim qələbəmiz sülh olacaq”, – deyə prezident qeyd edib.  /Axar.az/

İstanbulda bələdiyyə seçkisi nəticələrinin ləğvi səbəbi – RƏSMİ

Bu gün Türkiyənin Ali Seçki Qurumu (YSK) İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvinə dair qərarının səbəblərini açıqlayıb.

Turkustan.info xəbər verir ki, 250 səhifədən ibarət açıqlamada bildirilib ki, seçki məntəqələrinin və dairələrinin məsul şəxsləri qanunazidd şəkildə təyin olunub. Həmçinin, 377 nəfər məhdudiyyətli şəxs səs verib, 6 ölmüş şəxsin yerinə imza atılıb. 58 məntəqədə həbsdə olan şəxslərin yerinə səs verilib. 754 məntəqənin sədri dövlət məmuru olmayıb.

Bildirilib ki, bu və digər səbəblər seçkinin nəticələrində şübhə yaradıb.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplayıb. Ali Seçki Qurumu (YSK) Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. Aprelin 17-də səslərin təkrar sayılması prosesi başa çatıb və səs fərqi 12 min nəfərədək düşüb.

AKP İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı YSK-ya müraciət edib.

YSK aprelin 17-də İstanbul bələdiyyə sədri mandatını Əkrəm İmamoğluna təqdim edib, mayın 6-da isə İstanbulda seçkinin nəticələrinin ləğvinə qərar verib. YSK CHP və İYİ Partiyanın İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin bütövlükdə ləğv olunması ilə bağlı şikayətini isə təmin etməyib.

Xatırladaq ki, paytaxt Ankara və ölkənin üçüncü ən böyük şəhəri olan İzmirdə CHP-nin namizədləri qalib gəlib. Mansur Yavaş Ankara, Mustafa Tunç Soyer İzmirin bələdiyyə sədrləri olub.

Təkrar seçki iyunun 23-də keçiriləcək.  /Modern.az/

ABŞ məhbusların sayına görə dünya birincisidir – Rusiyada isə həbsxanalar bağlanır

Ötən il dünyada 11 milyondan çox adam həbsdə olub. Onların içində barəsində həbs qətimkan tədbiri seçilənlər də var, təqsirli bilinəndən sonra cəzasını çəkənlər də. Kriminal Siyasət Araşdırmaları İnstitutu (ICPR) 2018-ci il üzrə Dünyanın Həbsxana Əhalisi Siyahısını açıqlayıb.

Dünyadakı məhbusların demək olar yarısı cəmi dörd ölkədədir – ABŞ, Çin, Rusiya və Braziliyada.

2000-ci ildən bəri Okeaniyada həbsxana sakinlərinin sayı 86 faiz, Amerikalarda 41 faiz, Asiyada 38 faiz, Afrikada 29 faiz artıb. Cənubi Amerikada 175 faiz, Cənub-şərqi Asiyada 122 faizlik artım qeydə alınıb.

Avropada isə məhbusların sayı 22 faiz azalıb. Rusiyada azalma 45 faizdir. Rusiyada məhbusların ciddi şəkildə azalması son yeddi il ərzində 93 həbsxananın bağlanması ilə nəticələnib.

ABŞ məhbus sayına görə dünya birinciliyini saxlayır, hər 100 min əhaliyə 675 məhbus düşür.

Keçmiş baş nazir Rusiyanın avropalı deputatları necə ələ aldığından yazdı -“Bunu görmüşəm…”

İllər boyu Avropanın populist və ifrat-sağçı partiyalarının Rusiya Prezidenti Vladimir Putinə sədaqəti və borclarına dair dəlil üst-üstə qalaqlanıb. İndi isə Kreml Avropa Parlamentinə seçkiləri öz namizədlərinin xeyrinə fırlatmaqla məşğuldur və cavab zərbəsi endirmək avropalı seçicilərin payına düşür. Bunu “Project Syndicate” portalında Belçikanın keçmiş baş naziri Guy Verhofstadt yazır.

Mayın 23-dən 26-dək keçiriləcək seçkilərə Avropa Birliyinin taleyini həll edəcək dönüş nöqtəsi kimi baxırlar.

“İllər boyu Avropa Parlamentindəki ifrat-sağçı deputatların “anti-Rusiya” hesab olunacaq istənilən qətnamənin əleyhinə səs verdiyini görmüşəm. Hətta ötən il İngiltərənin Solsberi şəhərində kimyəvi silah hücumuna görə Kremlin pisləndiyini qətnaməyə səsvermə zamanı da belə oldu… Bu deputatlar əslində, Rusiyanın Avropa Birliyi daxilindəki beşinci kolonuna çevriliblər. Onlar Avropanın ümumi problemlərə reaksiya vermək bacarığını azaltmaqdan ötrü əllərindən gələni edəcəklər və beləliklə də qitəni geriyə aparacaqlar”, – yazan müəllif bu fəaliyyətin əvəzində ifrat-sağçı siyasətçilərə Rusiya qurumları tərəfindən maliyyə təklif olunduğunu vurğulayır. Məsələn, 2014-cü ildən Fransanın millətçi siyasətçisi Marine Le Penin partiyası Rusiya bankından milyonlarla dollar kredit alıb.

Məqalədə deyilir ki, Rusiyanın pulu, dəstəyi, seçkiyə müdaxiləsi avropalı populistlərin və millətçilərin xeyli irəliləməsinə səbəb olub. Üstəlik, həmin ölkələrdə elektorat da xeyli qütbləşib.

“Qərb cəmiyyətlərini parçalamaq, bir-birinə qarşı qoymaq Rusiyanın təhlükəsizlik strategiyasının sütunudur. İndi Avropanın digər ölkələri qarşısında duran sual onların da Britaniyanın gücsüz qəzəb və milli özünüməhv yoluyla gedib-getməyəcəyidir. Sonucda Avropanın və Qərbin gələcəyi Putin-dən asılı deyil: bizdən – bu həftə seçkilərə gedən avropalı seçicilərdən asılıdır”, – müəllif vurğulayır və seçiciləri Putinin oyuncağına çevrilməməyə çağırır.

Çindən ABŞ-a TƏRS ŞİLLƏ: sanksiyalardan yan keçmək üçün GÖRÜN NƏ ETDİLƏR

ABŞ-Çin ticarət müharibəsinin ən böyük qurbanlarından biri olan “Huawei” şirkəti sanksiyaların təsirindən qurtulmağın yolunu tapıb.

Şirkət “Google” platformasının “Android” əməliyyat sisteminin əvəzinə öz sistemlərini tətbiq edəcəklərini açıqlayıb.

“Die Welt” nəşrinə açıqlama verən “Huawei”nin Avropa üzrə sədri Riçard Yu Çenqdonq öz əməliyyat sistemlərinin hazırlıq mərhələsində olduğunu deyib.

Qeyd edək ki, Çinin bir çox şirkəti 2012-ci ildən bəri “Android” və “iOS” sistemlərinin alternative üzərində işləyir.(publika.az)

Türkiyə ABŞ-ın mümkün sanksiyalarına hazırlaşır – Müdafiə naziri Hulusi Akar bəyanat verdi

Ankara Rusiyadan S-400 zenit-raket kompleksi alışına görə ABŞ-ın mümkün sanksiyalarına hazırlaşır. Bunu Türkiyənin müdafiə naziri deyir, ancaq eyni zamanda məsələ üzrə Vaşinqtonla “yaxınlaşma”nın artdığını vurğulayır.

Birləşmiş Ştatlar Ankaranın Rusiyayla razılaşmanı təxirə salmağa çağırır. NATO müttəfiqləri isə ABŞ istehsalı olan F-35 qırıcılarına potensial təhlükədən narahatlıq bildiriblər.

Vaşinqton Ankaraya xəbərdarlıq edib ki, Amerikanın Düşmənlərini Sanksiyalarla Önləmək Aktını işə sala və Türkiyəyə maliyyə sanksiyaları tətbiq edə bilər.

Mayın 21-də jurnalistlərə danışan Müdafiə naziri Hulusi Akar deyib ki, Vaşinqtonla son danışıqlarda Ankara məsələylə bağlı “ümumi yüngülləşmə və yaxınlaşma” görüb. Ancaq onu da əlavə edib ki, Türkiyə alışdan dolayı ABŞ-ın mümkün sanksiyalarına “hazırlıq görür” və “bütün variantları nəzərdən keçirir”. Akarın sözlərinə görə, Türkiyə hərbi personalı S-400 sistemini işlətmək üzrə təlim keçir.

Vaşinqton deyib ki, Ankaraya sözügedən sistemin alternativi sayılan Patriot raket əleyhinə sistemi satmaq təklifini geri götürə bilər. Türkiyəyə həmçinin F-35 qırıcı proqramından çıxarılmaqla bağlı xəbərdarlıq olunub.

Türkiyə bu təyyarənin istehsalı üzrə konsorsiumun üzvüdür və onun alıcısıdır.

Zelenskiyə “SÜRPRİZ”: 8 Ukrayna hərbçisi əsir götürüldü

Ukrayna ordusunun 8 hərbçisi Donetskdəki qondarma rejimin döyüşçüləri tərəfindən əsir götürülüb.

Bu məlumatı öz Feysbuk səhifəsində Ukrayna Birləşmiş Qüvvələrinin Əməliyyat Qərargahının mətbuat xidməti yayıb. Hərbçilərin Novotroitski rayonunda əsir düşdükləri bildirilib.

Onların azaraq separatçıların nəzarət etdiyi bölgəyə keçdiyi vurğulanıb.(axar.az)

Suriyada müxalifət qüvvələrinə kimyəvi silah tətbiq edilib – Türkiyə və ABŞ ciddi narahatdır

Birləşmiş Ştatlar Suriya hökumət qüvvələrinin yeni kimyəvi hücum gerçəkləşdirməsindən şübhələndiyini bildirib. Dövlət Departamentinin mayın 21-də verdiyi bəyanata görə, mayın 19-da Suriya müxalifətin sığındığı İdlib vilayətinə şübhəli xlor qazı hücumu araşdırılır.

Departamentin sözçüsü Morgan Ortagus deyib ki, əgər Suriya Prezidenti Bəşər hökuməti “kimyəvi silahdan istifadə edirsə, Birləşmiş Ştatlar və müttəfiqləri buna dərhal və müvafiq reaksiya verəcək”.

Ortagus Dəməşqin əsas müttəfiqi olan Rusiyanı “dezinformasiya kampaniyası” aparmasına, kimyəvi hücumlara görə müxalif üsyançıları günahlandırmasına görə tənqid edib.

Rusiya ordusunun Suriyadakı Barışıq Şurasının rəhbəri Viktor Kupçişin mayın 21-də deyib ki, Suriya hərbçilərinin ələ keçirdiyi yaraqlılar saxta kimyəvi hücumlar səhnələşdirərək bunu hökumət qüvvələrinin üstünə yıxmaq planından danışıblar.

Onun iddiasına görə, silahlılar zəhərli agentlərin hazırlanaraq yığıldığı xüsusi “kimyəvi qanad” hazırlayıblar. Rusiya və üsyançıların əsas müttəfiqi olan Türkiyə sentyabrda İdlibdə neytral zona yaratmağa razılaşıblar.

Ancaq islamçı qrupların törəməsi olan Tahrir əl-Şam vilayətdə böyük ərazilər ələ keçirib və bu da hava və quru hücumlarına səbəb olub. Bu qruplaşmada üstünlük 2016-cı ilədək Al-Qaeda-nın qanadı olmuş Nusra Cəbhəsinin əlindədir. Ankara narahatdır ki, cənub sərhədində yerləşən İdlibə irimiqyaslı hücum Türkiyə torpağına böyük qaçqın axınına səbəb olar.

Əhaliyə pulsuz VİAQRA PAYLANACAQ – Hökumətdən inanılmaz QƏRAR

Fransanın şimalında yerləşən Sent-Marne bölgəsinin Montereau qəsəbəsinin bələdiyyəsi maraqlı qərar qəbul edib.

Turkustan.info xəbər verir ki, qəsəbədə əhalinin sayının artırlıması üçün cinsi istəyi artıran dərmanlar (viaqra) paylanacaq.

Bələdiyyə sədri Yan Debouzi bu dərmanları “Uşaqsız qəsəbə ölü qəsəbədir” kampaniyası adı altında cütlüklərə pulsuz verəcək.

“The Local”ın xəbərinə görə, yerli məclis qərarı təsdiqlədikdən sonra dərmanlar paylanacaq.Bələdiyyə sədrinin bu qərarı səhiyyə ilə bağlı müzakirələrin alovlanmasına yol açıb. Qəsəbə vətəndaşları viaqra dərmanının sadəcə həkim tövsiyəsi ilə içilə biləcəyini diqqətə çatdırır. Bələdiyyənin tibbi mütəxəssislərlə məsləhətləşmədən bu qərarı qəbul etməsinin təhlükəli ola biləcəyini bildirirlər.
Fransada əhali sayının artırılması üçün bəzi kampaniyalar həyata keçirilir. Hökumət bu çərçivədə uşaqlı ailələrə vergi endirimləri edir, iş yerləri isə valideynlərə uşaqlar 3 yaşına çatana qədər məzuniyyət verir.  /Anews.az/

İrandan ABŞ-a xəbərdarlıq: Əvəzini ağır ödəyəcəksiniz

Məhəmməd Cavad Zərif: “Vaşinqton Tehrana hörmət etmədikcə, Prezident Donald Tramp ilə müzakirə aparılmayacaq”

 “Vaşinqton bölgədə gərginliyi artırmağa çalışsa, əvəzini ağır ödəyəcək”. Turkustan.info İranın “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif CNN kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ Tehrana hörmət etmədikcə, Prezident Donald Tramp ilə müzakirə aparılmayacaq. Zərif ABŞ-ın bölgədə hərbi mövcudluğunu artıraraq təhlükəli bir oyuna başladığını diqqətə çatdırıb.

İranlı nazir ABŞ-ın “USS Abraham Linkoln” aviadaşıyıcısını Fars körfəzinə göndərməsini tənqid edib: “Bu qədər hərbi texnikanın kiçik bir bölgədə olması hadisə üçün zəmin hazırlamaq deməkdir”. 

O, İranın nüvə razılaşması ilə bağlı dözümlü bir şəkildə hərəkət etdiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti İraqda fəaliyyət göstərən şəxsi heyətə İranla gərginlikdən dolayı dərhal ölkəni tərk etmək üçün təlimat verib. İran nüvə proqramı üzrə imzaladığı Əhatəli Razılaşma Müqaviləsinin bəzi öhdəliklərinin icrasını dayandırdığını rəsmi olaraq elan edib.

İran və “altılıq” ölkələri (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) arasında razılaşma müqaviləsi 2015-ci il iyulun 15-də imzalanıb. 2018-ci il mayın 8-də ABŞ İranın nüvə proqramı üzrə müqavilədən çıxıb. Bununla bağlı qərarı Prezident Donald Tramp imzalayıb. ABŞ İranla yeni saziş bağlanmayana qədər bu ölkəyə qarşı sanksiya tətbiq edəcəyini bildirib.

Xatırladaq ki, ABŞ İrandan gələn təhdidlərə qarşı tədbir məqsədi ilə “USS Abraham Linkoln” təyyarə gəmisi ilə 4 nüvə tutumlu “B-52” bombardımançı təyyarələrini Fars körfəzinə göndərib.    /sputnik.az/ 

ABŞ-ın Türkiyəyə S-400 tələbinə Kremldən CAVAB

Kreml Türkiyənin Rusiya Federasiyası ilə bağlanmış S-400 müqaviləsinin ləğvi tələbləri də daxil olmaqla, ABŞ-ın bütün ultimatumlarına mənfi yanaşır.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

“Ümumilikdə çox mənfi yanaşırıq. Biz bu cür ultimatumları yolverilməz hesab edirik”, – Peskov bildirib.

Qeyd edək ki, bir qədər əvvəl CNBC telekanalı ABŞ-ın Rusiya ilə S-400 müqaviləsindən imtina üçün Türkiyə tərəfinə 2 həftə vaxt verdiyini açıqlamışdı. (axar.az)

ABŞ ifşa olundu: İran xalqına müharibə elanı

ABŞ-ın “İranla müharibə deyil, dialoq yolları axtarırıq” iddiaları təkzib olunub.

İran Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Səid Cəlili bu barədə danışıb.

Səid Cəlili bildirib ki, ABŞ-ın tələblərinin sərhədi yoxdur. Buna görə də İran ondan tələb olunan öhdəlikləri yerinə yetirməyəcək.

“Bəziləri İrana qarşı sanksiyaların sərtləşdirilməsini istəyir və maksimum təzyiq tətbiq olunmasını tələb edir. Bu, İran xalqına qarşı bir müharibə deyilmi? İranın da məqsədi bərpaedici dialoq qurmaqdır. Lakin ABŞ-ın tələblərinə qətiyyətlə boyun əyilməyəcək”.

Qeyd edək ki, ABŞ regiondakı qüvvələrini İranın təhdidlərindən qorumaq məqsədilə Bəsrə körfəzinə B-52 nüvə potensiallı bombardman təyyarələrini, ”USS Abraham Lincoln” təyyarədaşıyan gəmisini və “Patriot” hava hücumundan müdafiə sistemlərini göndərib. ABŞ prezidenti Donald Tramp isə İranla hərbi münaqişəyə girməyəcəklərini açıqlayıb. (publika.az)