Ça. İyn 18th, 2019

Dünya

Bərzani yenə Türkiyəyə qarşı: Peşmərgə Afrinə göndərilir

İraq Kürd Muxtariyyəti Afrindəki kürdlərə Türkiyə ilə mübarizə aparmaq üçün yardım etməyə hazırdır.

Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İraq Kürd Muxtariyyətinin hakim Kürdüstan Vətəndaş Birliyi Partiyasının rəsmi nümayəndəsi Mala Bəxtiyar söyləyib. Onun sözlərinə görə, muxtariyyət Afrinə hərbi birləşmələrini göndərməyə hazırdır:

“Region ölkələri o cümlədən Türkiyə bizim mövqeyimizi bilir. Əgər bacarsaq, biz Afrinə dəstəyə hazırıq. Əgər onlar izn versələr, biz oraya qüvvələrimizi göndərəcəyik. Hərbi birləşmələrimizi göndərməzdən əvvəl isə biz nümayəndələrimizi Ankaraya göndərəcəyik. Biz müharibədə dialoqa üstünlük veririk”.    /Axar.az/

Türk tankları Afrinə girdi, ABŞ geri çəkildi: Böyük əməliyyat

Politoloq: “Türkiyənin qarşısında duran ABŞ idi ki, artıq o da yanlış addım atdığını anladı…”

Türkiyə tankları Suriyanın Afrin bölgəsinə daxil olub və “Azad Suriya Ordusu” müxalifət birləşmələrinə dəstək göstərir. Bu barədə Türkiyədə hərbi mənbələr məlumat yayıb. Bildirilir ki, quru əməliyyatları zamanı Türkiyə ordusu ciddi müqavimətlə üzləşməyib. YPG terrorçuları ətraf kənd və qəsəbələrə geri çəkiliblər.

Türkiyə Afrində Suriyanın silahlı kürd dəstələrinə qarşı (YPG) əməliyyatlara şənbə günü başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. “Zeytun budağı” adlandırılan antiterror əməliyyatının ilk saatlarında havaya qaldırılan 72 təyyarə müəyyən olunmuş 113 terror hədəfindən 108-ni vurub.

Yanvarın 20-də partiyasının qrup toplantısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriyanın şimalı terror şəbəkələrindən təmizlənənə qədər hərbi əməliyyatlar davam edəcək. O həmçinin vurğulayıb ki, Afrindən sonra Menbiç şəhəri də PYD-li terrorçulardan təmizlənəcək: “Biz onlara dəfələrlə Afrin və Menbiçdən çıxmalı olduqlarını xatırlatdıq. Onları himayə edən ABŞ bizə söz verdi, amma sözünün üstündə durmadı. Biz də məcbur öz göbəyimizi özümüz kəsməyə qərar verdik”.

O, həmçinin Qərb dövlətlərinə müraciət edərək bildirib: “Sizin 3,5 milyon qaçqınla bağlı bir dərdiniz yoxdurmu?! Bu insanların nə yeyib, nə içdiyi sizi maraqlandırmırmı? Bu günədək siz bunlarla bağlı nə iş görmüşünüz?”

“Yeni Müsavat”a məsələ barədə danışan politoloq Qabil Hüseynli söylədi ki, problemin mürəkkəb tərəfi kimi bölgədə həm ABŞ, həm də Rusiya hərbçilərinin olmasını göstərdi: “Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar və MİT rəhbəri Hakan Fidan Moskvaya getdilər. Orada belə nəzərə çarpdı ki, sanki rusların qoşunlarını Afrindən geri çəkmələri üçün razılaşma əldə olundu. Ancaq üstündən bir gün keçdikdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verdi ki, ruslar geri çəkilmirlər və bu fikirdə də deyillər. Belə bir şəraitdə Ərdoğan isə söylədi ki, biz A planını deyil, B planını işə salırıq. Yəni bildirdi ki, onsuz da bu bölgəni 4 nöqtədən hədəfə götürmüşük və bu hədəflər zamanı rus və ya ABŞ hərbiçilərinə ziyan verməməklə əsasən PKK-nı hədəfə alıb, əməliyyatları həyata keçirəcəyik. Yalnız bir təhlükə qalırdı ki, Suriya çox ədalı formada bildirmişdi ki, ərazilərinə keçən Türkiyə Hava Qüvvələrinin təyyarələri yerindəcə məhv ediləcək. Zənnimcə, bu söz Suriyanın deyildi. Suriya, əsasən ərazilərində olan Rusiyanın hava hücumundan müdafiə sistemlərinə arxayın olaraq belə bir fikirlər səsləndirirdi. Ona görə də birinci gün Türkiyənin F-16 qırıcı təyyarələri Afrin bölgəsinə vurduqları zərbələri Suriya ərazisinə daxil olmadan, Türkiyə hava məkanında sərhədboyu uçuşlar həyata keçirərək endirdilər. Bu məsələdə çıxış yolu tapıldı və hərbi hava qüvvələri Türkiyə ərazisində atəş altında olan bölgəni nəzarətə ala bildilər. Tanklar isə 4 bölgədə yerləşdirilib.

türk tankları afrinde ile ilgili görsel sonucu

Tanklardan başqa uzaqvuran toplar da var ki, onlar da 30 kilometrə qədər hədəfi vura bilirlər. Hərbi əməliyyatlarının əsas hissəsini isə Türkiyə xüsusi təyinatlıları aparacaqlar. Bunlar ”Suriya Azadlıq Ordusu” ilə birləşərək Afrin bölgəsinə artıq iki gündür ki, hücuma keçiblər. Məlumatlara görə, “Suriya Azadlıq Ordusu”nun sıralarında 10-15 min nəfər döyüşçü var. Bu döyüşçülər də çox cəsarətlə Afrin bölgəsindəki ABŞ-ın silahlandırdığı kürd silahlılarına qarşı mübarizə aparırlar. Məsələ burasındadır ki, hərbi əməliyyatların Afrin bölgəsi ilə bitib-bitməyəcəyi məlum deyil. Çünki PKK YPG dəstələri Afrin bölgəsindən dağılaraq yüksək dağların içərilərinə doğru hərəkət edib, orada mövqe tutublar. Bu baxımdan da hərbi əməliyyatlar getdikcə bir qədər çətinləşir. Lakin Türkiyə Silahlı Qüvvələrinin verdiyi məlumatlara görə xeyli PKK və YPG silahlı dəstələri məhv edilib, əməliyyatın böyük hissəsi uğurla həyata keçirilib. Sonrakı günlərdə isə PKK və YPG-nın son silahlı dəstələrinə qarşı əməliyyatlar davam edəcək”.

türk tankları afrinde ile ilgili görsel sonucu

Politoloq bildirib ki, ABŞ proseslərdən geri çəkiləcəyi anonsunu bir neçə gündür ki, verməkdədir: “Məsələn, Tillerson Çavuşoğlu ilə danışıqlar apardı. Bu danışıqlar zamanı bildirdi ki, siz bizi düzgün başa düşməmisiniz. Söylədi ki, biz orada sərhəd boyunca 30 minlik ordu dəstələri yaratmaq fikrində deyilik. Sadəcə olaraq İŞİD-in qalıqlarına qarşı əməliyyat aparıb, həm kürdlərdən, həm də ərəblərdən ibarət məhdud sayda kontingentə hərbi təlim keçmək fikrindədirlər. Hətta o belə bir ifadə də işlətdi ki, bizim Türkiyəyə borcumuz var, bunu ödəməyə hazırıq. Yəni Türkiyə həm İŞİD-ə qarşı mübarizədə, həm də Suriyadan gələn qaçqınları öz ərazisinə qəbul edib, onlara öz büdcəsindən təkbaşına yardım göstərməklə böyük humanitar missiyanı həyata keçirir. Bu qaçqınların sayı 3.5 milyondan çoxdur. Hətta bir zamanlar 6 milyona çatmışdı. ABŞ bunu nəzərdə tutaraq özünü Türkiyəyə borclu hiss edir. Bu məsələlərdən sonra ABŞ-ın müdafiə naziri də bəyanat verərək bildirdi ki, onların Afrin bölgəsində hər hansı bir əməliyyat aparmaq, xüsusilə də Türkiyə ilə sərhəd bölgəsində 30 min nəfərlik qüvvə hazırlamaq fikirləri yoxdur.

Afrin operasyonu ile ilgili görsel sonucu

Əvvəla, bu çox böyük vəsait və vaxt tələb edir. Bildirilir ki, ABŞ-ın belə bir strateji hədəfi yoxdur və bu, onlar üçün lüzumsuz bir şeydir. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ bölgədə geriyə çəkildiyinin siqnalını verib. Rusiyadan fərqli olaraq Amerika daha birmənalı və qəti şəkildə bildirdi ki, orada olan təlimatçılarına bəlli bir nöqtəyə çəkilib, orada gözləməyi əmr edəcəklər. Onların olduqları koordinatları isə hər zaman Türkiyə tərəfinə ötürəcəklər. Buradan belə görünür ki, Türkiyənin qarşısında duran əsas ABŞ idi. Artıq ABŞ-da bölgədə yanlış addımlar atdığını başa düşüb. Hətta Tillerson çıxışında bildirdi ki, Suriya hadisələrinə Amerika Türkiyə ilə birgə addım atıblar. Yalnız son dövrlərdə müəyyən fikir ayrılıqları olub ki, bundan sonra bunu da aradan qaldırmağa çalışacaqlar”.      /Yeni Müsavat/

İrandan Türkiyəyə ÇAĞIRIŞ: Dərhal dayandırın!

İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasimi bildirib ki, Türkiyə Suriyanın Afrin bölgəsində başladığı hərbi əməliyyatları dərhal dayandırmalıdır.

Bu barədə Qasiminin “Tasnim” agentliyində dərc olunan məlumatında bildirilir.

“İran Suriyanın Afrin şəhərində baş verən cari hadisələri diqqətlə izləyir və əməliyyatın dərhal dayandırılacağına ümid edir”, — deyə məlumatda qeyd olunur.

“Afrində böhranın davam etməsi Suriyanın şimalında təkfirçi terror qruplaşmalarının fəallaşmasına, həmçinin müharibə alovunun qızışmasına və bu ölkədə dağıntılara gətirib çıxara bilər”, – deyə o əlavə edib.

Eyni zamanda, Qasimi Suriyanın ərazi bütövlüyünün qorunması və ölkənin suverenliyinə hörmət edilməsinin zəruri olduğunu qeyd edib. O həmçinin Türkiyəni Suriya böhranını siyasi yolla həll etməyə çağırıb.

Türkiyə Ordusundan Afrində rekord dəqiqlik: “Bunun dünya tarixində bənzəri yoxdur”

Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın YPG/PYD/PKK terror təşkilatının işğalı altında olan Afrin bölgəsində başladılan “Zeytun budağı” əməliyyatı bir çox məqamları ilə dünyanın diqqətini çəkməkdədir.
 72 hərbi təyyarə ilə başladılan əməliyyat zamanı əvvəlcədən müəyyən edilən 113 hədəfdən 108-i dəqiqliklə vurulub.
Türkiyəli terror və təhlükəsizlik mütəxəssisi Abdullah Ağar tarixi əməliyyatın bəzi maraqlı detallarını açıqlayıb.
O bildirib ki, Afrində 72 döyüş təyyarəsi ilə həyata keçirilən əməliyyatın bənzəri yaxın tarixdə görülməyib:
“Buna yaxın son əməliyyat 2007-ci ildə İraqın şimalında gerçəkləşmişdi. Onda hücuma 50 təyyarə qatılmışdı. 113 hədəfdən 108-nin dəqiqliklə vurulması tarixi bir rekorddur. Bu hədəflərin 95.57 faizinin məhvi deməkdir. Bu rekordun dünyada bənzəri yoxdur. Türkiyə öz keçmiş hərbi əməliyyatları ilə yarışır”.
A.Ağar həyata əməliyyatın Türk milləti üçün qürur mənbəyi olduğunu söyləyib:
“Millətimizin övladları milllətimizin silahlarından baxın necə istifadə edirlər”.

Afrində PKK-çıların təslim olma anı – FOTOLARDA

Türkiyənin Azad Suriya Ordusu (ÖSO) ilə birlikdə başlatdığı hərbi əməliyyatda artıq bir neçə kənd PKK/PYD silahlılarından azad olunub.

” Zeytun Budağı” adı verilmiş hərəkatda təslim olan 3 PKK-lının fotoları çəkilib.

ÖSO komandirlərindən Feylakuş Dəməşq Afrinin şimal-qərbində yaxalanan terrorçuların fotoşəkillərini paylaşıb.

Afrinə ilk Türk bayrağı asıldı – QÜRURLANDIRAN VİDEO – Son dəqiqə

Türkiyənin Azad Suriya Ordusu (ÖSO) ilə birlikdə yanvarın 20-də başlatdığı hərbi əməliyyatla artıq 9 kənd PKK/PYD terrorçularından təmizlənib.

Turkustan.info xəbər verir ki, azad olunan kəndlərdə qurulan postlarda nəzarəti ələ keçirən mehmetciklər bir yüksəklikdə Türk bayrağını qaldırıblar.

Həmin anın videosunu təqdim edirik:

İrandan Türkiyəyə ÇAĞIRIŞ: Dərhal dayandırın!

İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasimi bildirib ki, Türkiyə Suriyanın Afrin bölgəsində başladığı hərbi əməliyyatları dərhal dayandırmalıdır.

Turkustan.info “Report”a istinadən xəbər verir ki, bu barədə Qasiminin “Tasnim” agentliyində dərc olunan məlumatında bildirilir.

“İran Suriyanın Afrin şəhərində baş verən cari hadisələri diqqətlə izləyir və əməliyyatın dərhal dayandırılacağına ümid edir”, — deyə məlumatda qeyd olunur.

“Afrində böhranın davam etməsi Suriyanın şimalında təkfirçi terror qruplaşmalarının fəallaşmasına, həmçinin müharibə alovunun qızışmasına və bu ölkədə dağıntılara gətirib çıxara bilər”, – deyə o əlavə edib.

Eyni zamanda, Qasimi Suriyanın ərazi bütövlüyünün qorunması və ölkənin suverenliyinə hörmət edilməsinin zəruri olduğunu qeyd edib. O həmçinin Türkiyəni Suriya böhranını siyasi yolla həll etməyə çağırıb.

Türkiyə Ordusundan Afrində rekord dəqiqlik: “Bunun dünya tarixində bənzəri yoxdur”

Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın YPG/PYD/PKK terror təşkilatının işğalı altında olan Afrin bölgəsində başladılan “Zeytun budağı” əməliyyatı bir çox məqamları ilə dünyanın diqqətini çəkməkdədir.
 Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, 72 hərbi təyyarə ilə başladılan əməliyyat zamanı əvvəlcədən müəyyən edilən 113 hədəfdən 108-i dəqiqliklə vurulub.
Türkiyəli terror və təhlükəsizlik mütəxəssisi Abdullah Ağar tarixi əməliyyatın bəzi maraqlı detallarını açıqlayıb.
O bildirib ki, Afrində 72 döyüş təyyarəsi ilə həyata keçirilən əməliyyatın bənzəri yaxın tarixdə görülməyib:
“Buna yaxın son əməliyyat 2007-ci ildə İraqın şimalında gerçəkləşmişdi. Onda hücuma 50 təyyarə qatılmışdı. 113 hədəfdən 108-nin dəqiqliklə vurulması tarixi bir rekorddur. Bu hədəflərin 95.57 faizinin məhvi deməkdir. Bu rekordun dünyada bənzəri yoxdur. Türkiyə öz keçmiş hərbi əməliyyatları ilə yarışır”.
A.Ağar həyata əməliyyatın Türk milləti üçün qürur mənbəyi olduğunu söyləyib:
“Millətimizin övladları milllətimizin silahlarından baxın necə istifadə edirlər”.

Afrində PKK-çıların təslim olma anı – FOTOLARDA

Türkiyənin Azad Suriya Ordusu (ÖSO) ilə birlikdə başlatdığı hərbi əməliyyatda artıq bir neçə kənd PKK/PYD silahlılarından azad olunub.

Turkustan.info Türkiyə mediasına istinadla xəbər verir ki, ” Zeytun Budağı” adı verilmiş hərəkatda təslim olan 3 PKK-lının fotoları çəkilib.

ÖSO komandirlərindən Feylakuş Dəməşq Afrinin şimal-qərbində yaxalanan terrorçuların fotoşəkillərini paylaşıb.

Bahçelidən əməliyyata tam dəstək: Ya Afrin yıxılsın, ya da terrorçular yaxılsın”

MHP-nin lideri Dövlət Bahçeli Türkiyə Silahlı Qüvvələrinin dünəndən Suriyanın şimalında başlatdığı hərbi əməliyyata dəstəyini ifadə edib.

Turkustan.info xəbər verir ki, MHP lideri “Artıq terror təşkilatı PYD, PKK-ya Afrinin tabut, Münbiçin məzar olması yeganə və sonuna qədər dəstəklədiyimiz milli hədəfdir. ABŞ-ın ortağının kökü qazılmalıdır. Ya Afrin yıxılsın, ya da terrorçular yaxılsın” deyib.

Türkiyə ABŞ-ın Suriyadakı aerodromunu bombaladı – SON DƏQİQƏ

Türkiyə qırıcıları “Minninq” aerodromuna zərbələr endiriblər.
Turkustan.info xəbər verir ki, “Minninq” aerodromu Afrindəki keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində zərbələrin endiriləcəyi 113 hədəfin siyahısına əvvəlcədən daxil edilmişdi.
ABŞ bu hərbi məkandan YPG-ni silahlandırmaq üçün istifadə edirdi.
“Zeytun budağı” əməliyyatı dünən başlayıb. Artıq 72 Türkiyə təyyarəsi 113 hədəfdən 108-ni məhv edib.   /Publika.az/

Afrin əməliyyatı Bahceli ilə müzakirə edildi – MHP-dən dəstək

Afrin əməliyyatı başladığı saatlarda Türkiyənin baş naziri  Binalı Yıldırım ilə MHP lideri Dövlət Bahceli ilə  görüşü başa çatıb.
Turkustan.info xəbər verir ki, görüş sonrası bəyanatlar verən Baş Nazir Yıldırım, “Sabah ordu birliklərimiz fəaliyyətlərini icra edəcəkdir” deyib.
MHP-nin lideri Bağçalı da Agrin əməliyyatını “Çox əhəmiyyətli bir əməliyyat” kimi qiymətləndirib.

Türkiyə ABŞ-ın YPG-yə silah verdiyi limanı ələ keçirdi

ABŞ-ın terrorçulara silah daşıdığı hava limanı bombalanıb.

Turkustan.info xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “Sabah” qəzeti yazıb. Məlumata görə, Türkiyə Hərbi-Hava Qüvvələrinin keçirdiyi “Zeytun” əməliyyatı zamanı ABŞ-ın YPG terror təşkilatına silah yardımı üçün istifadə etdiyi Minniğ hava limanını bombalanıb.

TSQ sözügedən hava limanının ələ keçməsinin ABŞ-ın YPG-yə dəstəyinin azalmasına səbəb olacağını bildirilib.

Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus hərbi təyyarələr PYD-YPG qruplaşmasının Suriyanın Afrin bölgəsindəki mövqelərini bombalamağa başlayıb.   /Axar.az/

Türkiyə əməliyyatla bağlı ABŞ və Rusiyanı məlumatlandırdı

Türkiyə bu gün axşam saatlarında Suriyanın şimalında PKK/PYD-nin işğalı altında olan Afrin bölgəsinə həyata keçirdiyi hərbi əməliyyatla bağlı aparıcı dünya ölkələrini məlumatlandırır.

Turkustan.info xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Hulusi Akar əməliyyatla bağlı ABŞ və rusiyalı həmkarı ilə telefonla danışaraq onları bilgiləndirib.

Eyni zamanda, bir sıra ölkələrin Ankaradakı səfirləri XİN-ə çağrılaraq əməliyyatın məqsədi və gedişi haqqında məlumat verilib.

Rusiya və İran Türkiyəyə qarşı

Rusiya və İrandan Türkiyənin başladığı “Zeytun budağı” əməliyyatına reaksiya gəldi.  İlk öncə İran Xarici İşlər Nazirliyi Afrin əməliyyatı ilə bağlı açıqlama yayıb.

Turkustan.info xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Hüseyn Cabir Ənsari Türkiyənin başlatdığı Afrin əməliyyatı mövzusunda mətbuat nümayəndələrinə açıqlama verib: “Hər hansı bir ordu adı ilə yaranan hərəkat Soçidə keçiriləcəyi planlaşdırılan Suriya Milli Dialoq Konqresinə müsbət və ya mənfi olaraq təsir edə bilər. Suriyadakı atəşkəsin qarant ölkələrinin (Rusiya, Türkiyə və İran) belə bir şeyin olmaması üçün hərəkətə keçəcəklərini ümid edirik”.

Rusiya Federasiyası Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klinseviç isə bildirib ki, Suriyaya diplomatik dəstək göstərməkdə davam edəcək və BMT-də Türkiyənin Afrindəki əməliyyatının dayandırılmasını tələb edəcək: “BMT-də Türkiyənin Afrindəki əməliyyatının dayandırılmasını təkcə Suriya tələb etməyəcək.  Rusiya bu tələbi dəstəkləyəcək və Suriyaya diplomatik yardım göstərməkdə davam edəcək. Türkiyənin Afrindəki əməliyyatı Suriyanın suverenliyini kobud şəkildə pozur”.   / Modern.az/

Qeyd edək ki, Türkiyə ordusu bu gün Bakı vaxtı ilə saat 18.00-da  Suriyanın Afrin bölgəsində  terrorçulara qarşı “Zeytun budağı” əməliyyatı başlayıb.

Türkiyə Afrin əməliyyatına başladı – Türk qırıcıları Suriyada PKK/PYD terrorçularını bombalayır – SON DƏQİQƏ

Bu dəqiqələrdə Türkiyə ordusunun terror təşkilatı PKK/PYD-yə qarşı Afrin əməliyyatı başlayıb.

Turkustan.info Avropa.info-ya istinadla xəbər verir ki, bu haqda Anadolu Agentliyi məlumat yayıb.

Məlumata görə, Türkiyə döyüş təyyarələri Hatay vilayətinin Reyhanlı və Kırıkhan rayonlarından Suriya ərazisinə keçərək Afrindəki PKK/PYD mövqelərini bombalayır. Afrin istiqamətindən hazırda partlayış səsləri eşidilir.

Türk döyüş təyyarələrinin Afrinde terror təşkilatı PYD/PKK-ya aid müşahidə nöqtəsini vurduğu bildirilir.

Azad Suriya Ordusuna  bağlı birliklərin bir qismi də Suriyada terror təşkilatı PYD/PKK-nın işğal etdiyi sahələrə girməyə başlayıb.

Türk Silahlı Qüvvələrinin  əvvəlcədən təyin olunan terror hədəflərinə qarşı top atışlarının ardından Suriyanın müxtəlif bölgələrindən sövq edilən ASO döyüşçüləri Afrinə keçiblər.

ASO qoşunlarının bu ana qədər hər hansı bir müqavimətlə rastlaşmadığı qeyd olunub.

Karayılan yalvarmağa başladı, Rusiyadan imdad dilədi – “İMKAN VERMƏYİN, YOXSA…”

PKK terror təşkilatı Afrin üçün Rusiyadan yardım istəyib.

Turkustan.indo xəbər verir ki, PKK terror təşkilatı rəhbərlərindən olan Murat Karayılan Rusiyanın ortaya daxil olaraq, Türkiyənin Afrin əməliyyatına əngəl olmasını istəyib.

“Fərat qalxanı” hərəkatı ilə Türkiyənin sərhəd təhlükəsizliyi təmin edən Türkiyə Silahlı Qüvvələri prezident Rəcəb Tayyib Ərdoğanın çıxışından sonra yeni əməliyyat üçün hərəkətə başlayıblar.

Addım-addım Afrin

PKK terror təşkilatının Suriyadakı şaxəsinin əlində saxladığı Afrini terrordan təmizləməyi hədəfə alan TSQ sərhəddə hərbçi və silahlı texnika yığmaqda davam edir.

Qəndildə təşviş

Türkiyə Silahı Qüvvələrinin əməliyyat hazırlıqları Afrində olduğu kimi Qəndildə böyük bir təşvişə səbəb olub.

Qorxu içərisində olan PKK quldurbaşı Murat Karayılan çarəni Rusiyadan yardım istəməkdə tapıb.

Türkiyəyə icazə verməyin

Terrorçu quldurların başçısı Karayılan Rusiyadan hava əməliyyatlarını aparmaq üçün Türkiyəyə icazə verməməsini xahiş edib.

Xatırladaq ki, Türkiyə Afrin əməliyyatından əvvəl Rusiya hökumətinə xəbərdarlıq edərək, bölgədəki S-400 hava hücumundan müdafiə sistemlərinin bağlanmasını tələb eləmişdi.

Dünən isə, Suriyanın şimalında yerləşən, hazırda PKK/PYD terrorçularının əlində olan və Türkiyənin əməliyyat keçirməyi planlaşdırdığı Afrin şəhərindəki 178 nəfər Rusiya hərbçisinin əraziləri tərk edərək, Afrinin şimalına çəkiləcəkləri xəbəri yayılmışdı.   //Hurriyyet.org //

“Türk deyəndə onların ağlına qucaqlarında bəslədikləri FETÖ-cülər gəlir” – Ərdoğan

“Deyəsən, onların ağlına Türk dedikdə yalnız qucaqlarında bəsləyib böyütdükləri FETÖ-cülər və bu xəyanət şəbəkəsinin xaraktersiz, onurğasız, hər cür istismara əlverişli kadrları gəlir. Yenə bunların ağlına deyəsən, regionda çalışılacaq birgə deyincə də yalnız pulu verənin istifadə etdiyi bir muzdlu qatillər ordusundan ibarət olan PKK-lı gəlir”.

Turkustan.info xəbər verir ki, bu bəyanatla bu gün Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Ərdoğan bildirib ki, ABŞ və bəzi Qərb dövlətlərinin Türkiyəyə qarşı tətbiq etdikləri təzyiq vasitələri işə yaramayacaq: “Narahat olmayın, terror təşkilatlarına güvənməyin nə qədər səhv olduğunu öyrənəcəklər. Afrin əməliyyatı sahədə faktiki olaraq başlamışdır. Bunu Münbiç təqib edəcək. Bir halda ki, Münbiçdə bizə verilən sözlər bu ana qədər yerinə yetirilmədi, bu əməliyyatı keçirməyimizə görə bizə kimsə bir söz deyə bilməz”. 

Türk ordusu Afrinin bu kəndinin altını-üstünə çevirdi – İlk hücum, ilk qələbə

Rusiya mediası Türkiyə ordusunun Afrində PKK/PYD terrorçularına qarşı ilk kiçik miqyaslı əməliyyat həyata keçirdiyini yazıb.

Turkustan.info xəbər verir ki, “Türk ordusunun Afrində ilk qələbəsi” başlıqlı xəbərlər bölgəni izləyən rus jurnalistlərə istinadən yayılıb.

Məlumata görə, dünən gecə Hatay vilayətindən Afrinin qərbindəki Balı kəndinə doğru Türkiyə ordusunun zirehli maşınlarlarının dəstəyi ilə əməliyyat həyata keçirilib, terror təşkilatı PKK/PYD/YPG ağır itkilər verərərək bölgədən çəkilib. Regionu izləyən rus jurnalistlər bunu “Türk ordusunun Afrin əməliyyatındakı ilk qələbəsi” – deyə qiymətləndirib. Məlumata görə, türk silahlı insansız hava vasitələri də YPG-ni vurub.

Cənubdakı Candaris qəsəbə yaxınlarında türk artilleriya atəşinin də davam etdiyi qeyd olunub.

Kilsə qonşu olan Suriya əraziləri boyunca uzanan sərhəd kəndlərində dünən gecə toqquşmalar baş verdiyi iddia edilib. Türk topçuları İska və Celamadaki YPG mövqelərini hədəf alıb.

Rusiya mediasının yazdığına görə, “Fərat Qalxanı” hərəkatı ilə azad edilən bölgədəki Azez və Mareden Azad Suriya Ordusu qüvvələrinin Afrinə irəliləyişi davam edir.   /Avropa.info/

Türkiyə 5 istiqamətdən Afrin əməliyyatına başlayıb: PKK ilk itkilərini verib – VİDEO

Dünya ictimaiyyəti Afrin əməliyyatının başlayıb-başlamayacağını müzakirə etdiyi sıralarda Suriyanın şimalından gələn məlumatlar Türkiyəyə bağlı Azad Suriya Ordusunun artıq hərəkətə keçdiyindən xəbər verir.

Turkustan.info-nun bildirdiyinə görə, bu barədə ilk xəbərlər bölgədəki rus jurnalistlərindən gəlib.

Rus mətbuatı hətta Azad Suriya Ordusunun ilk qələbəsini qazandığını da vurğulayırlar. Bildirilir ki, Türkiyəyə bağlı qüvvələr Afrinə 5 bölgədən əməliyyata başlayıblar.

1) Afrinin qərbi: Yerli mənbələrə görə, dünən gecə Hatay vilayətindən Afrinin qərbindəki Bali kəndinə doğru Türkiyənin dəstəyiylə ASO zirehli maşınlarla əməliyyat keçirib, terror təşkilatı PKK/PYD/YPG ağır itkilərlə bölgədən çəkilib. Regionu izləyən Rus jurnalistlər bunu “Türk ordusunun Afrin əməliyyatındakı ilk qələbəsi” adlandırıb. Türk pilotsuz təyyarələri də kürd separatçılarını vurub.

2) Daha cənubdakı Candaris qəsəbəsi yaxınlarına Türk ordusunun artilleriya atəşləri davam edir.

3) Afrinin şimali: Terror təşkilatı PKK/PYD/YPG-yə yaxın sosial media hesablarında Türkiyənin Kilis rayonu ilə qonşu olan Suriya əraziləri boyunca uzanan sərhəd kəndi Şenkildə dünən gecə toqquşmaların baş verdiyi iddia edilib. Türk topçuları İska və Cəlamadakı YPG mövqelərini də hədəf alıblar.

 4) Afrinin şərqi: Fərat qalxanı əməliyyatı ilə azad edilən bölgələr olan Azez və Mareden Azad Suriya Ordusu qüvvələrinin Afrinə doğru irəliləyişlərini sürdürülər. Azezdən dünən gecə yeni ASO hissələri də cəbhəyə göndərilib.

 5) Daha cənubdakı Mareta isə Şəhba cəbhə xəttində ağır silahlarla döyüşlər davam edir. Regionu izləyən bir rus jurnalistə görə, YPG bu əməliyyatda ASO-ya qarşı ilk itkilərini dünən gecə yerli saatla 20.34-də verib.

Türkiyə Silahlı Qüvvələri yayılan bu məlumatları nə təsdiq, nə də təkzib edib.

ASO qüvvələrinin əməliyyata başlama mərasiminin video-görüntüləri də yayılıb. Videoda ASO əsgərlərinin əllərində özlərinin və Türkiyə bayraqlarını daşıdığı görünür.

Videonu təqdim edirik:

Sərkisyan niyə Sərkisyanı prezident etmək istəyir?

Ermənistan iqtidarı hakimiyyətə Armen Sərkisyanı gətirməklə Qərblə əlaqələri saxlamaq istəyir.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Ermənistan Prezidenti Serj Sərkisyanın hakim Respublika Partiyasından bu ölkənin Britaniyadakı səfiri Armen Sərkisyanın prezidentliyə namizədliyini irəli sürməsini şərh edən fəlsəfə doktoru Elxan Ələsgərov deyib. O bildirib ki, Armen Sərkisyan Ermənistan siyasi elitası arasında qərbyönlü siyasətçi hesab edilir:

“Bir ara onu daxili siyasətə çəkmək istəyirdilər, ancaq sonradan guya onun xəstə olması haqqında şayiələr yayıldı. İndi Ermənistan iqtidarı onu hakimiyyətə gətirməklə Qərblə körpüləri saxlamaq istəyir. Ermənistan bununla bir əlində iki qarpız tutmağa çalışır. Bu siyasətin nə dərəcədə baş tutacağına gəlincə, hesab edirəm ki, ölkədə siyasi problemlər qaçılmaz olacaq. Çünki Ermənistan siyasi, iqtisadi və hərbi baxımdan Rusiyaya tam bağlıdır. Ona görə də hansısa qərbyönlü şəxsin Ermənistanda hakimiyyətə gəlməsi ölkə daxilində bir sıra ziddiyyətlərə gətirib çıxaracaq. Bu fonda Ermənistanda Qərb modeli iqtisadiyyatını tətbiq etmək çox qaranlıq görünür. Çünki erməni oliqarxları və onların milyardları Rusiyada cəmləşib”.

Politoloq Ermənistandakı hakimiyyətdaxili dəyişikliyin pərdəarxası məqamlarına da işıq salıb:

“Ermənistanda nə baş verirsə, ilk növbədə əsas məqsəd Dağlıq Qarabağı Ermənistana birləşdirməkdən ibarət olur. Bu düşüncə ilə hərəkət edən Ermənistanın heç bir gələcəyi yoxdur. Dəyişikliklərə baxmayaraq, işğalçı ölkəni bu il çox ciddi iqtisadi, hərbi və siyasi böhran gözləyir”.

Ekspert onu da əlavə edib ki, Ermənistanda iqtidarda kimin olmasından asılı olmayaraq, Qarabağ böhranı işğalçını uçuruma aparır:

“Bu böhran iqtisadi baxımdan yararsız vəziyyətə düşmüş Ermənistandakı əsl vəziyyəti büruzə verir. Bu hakimiyyət dəyişiliyi Qarabağ məsələsinin həllində hər hansı bir irəliləyişə səbəb olmayacaq. Dağlıq Qarabağ problemi beynəlxalq məsələdir. Münqişənin həlli yolları hər an dəyişə bilər. Çünki dünyadakı tarazlıq stabil deyil. Ermənistanın Qarabağ məsələsinin həllində nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyi bir gündə çökə və ortaya yeni variantlar çıxa bilər”.

Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan hakim Respublika Partiyasından namizəd kimi Ermənistanın Britaniyadakı səfiri Armen Sərkisyanı irəli sürüb.

Armen Sərkisyan 2013-cü ildən Britaniyada səfirdir. O, həmçinin, 1996-1997-ci illərdə Ermənistanın baş naziri olub.

Dövlət Departamenti: “Türkiyənin Suriya əməliyyatı bölgədə vəziyyəti gərginləşdirə bilər”

Türkiyənin Suriyanın Afrin bölgəsində əməliyyat keçirməsi bölgədə vəziyyəti gərginləşdirə bilər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi bəyan edib.

“Düşünmürük ki, Afrində hərbi əməliyyat keçirilsə, bu Suriyada və regionda sabitliyə xidmət edəcək. Türkiyənin Suriyada əməliyyat keçirməsi bölgədə vəziyyəti gərginləşdirə bilər”, deyə Dövlət Departamentinin rəsmisi vurğulayıb.

Erməni deputat əhalini etiraza SƏSLƏDİ: “Çıxın küçələrə…”

“Qiymət artımının qarşısını alınmasına dair bu gun bizdə xüsusi bir tapşırıq var”

Turkustan.info erməni mətbuatına isitinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyan ölkədə vergilərin artırılmasına dair etiraz olaraq fikirlərini səsləndirərkən deyib.

Paşinyan qeyd edib ki, onlar siyasi vəzifəni bu cür müəyyənləşdirirlər: Ermənistan Respublikasının vətəndaşları iqtisadi və siyasi həyatında həlledici amil kimi qəbul edilirlər. “”Yelk” bloku öz öhdəliklərini unutmayıb, xüsusilə – Ermənistan vətəndaşlarına “ümidsizliyin qazılmış çuxurundan” çıxmaq üçün kömək etmək”, – deyə Paşinyan əlavə edib.

Nikol Paşinyan sonda Ermənistan əhalisini etiraz aksiyasına səsləyib: “Biz sizə əl uzadırıq. Bu əlini tutun çıxın küçəyə, ölkədə həlledidici qüvvə olduğunuzu göstərin”, deyə Paşinyan bildirib.      /A24.Az/

NASA və ABŞ nüvə reaktoru hazırlayırlar

NASA və ABŞ Energetika Nazirliyi kiçik ölçülü nüvə reaktoru hazırlayırlar. Turkustan.info “Trend”ə istinadən xəbər verir ki, reaktordan kosmik məkanın araşdırılması və ya Ay və Marsın öyrənilməsi üçün istifadə oluna bilər.
Qurğunun növbəti sınağı martda Nevada səhrasında keçiriləcək.
“Kilopower” adlandırılan reaktorun gücü 1-dən 10 kVt-dək olacaq və 10 il istifadə ediləcək.
Kosmik qurumun mütəxəssislərinin qiymətləndirməsinə əsasən, bununla iki fərdi yaşayış evini enerji ilə təmin etmək olar.

Yerevanda bahalaşmaya qarşı etiraz aksiyası keçirilir

İrəvanda “Çıxış” bloku qiymətlərin artmasına etiraz olaraq nümayiş keçirir.

Turkustan.info-nun APA-ya istinadən verdiyi məlumata görə, etiraz aksiyası Şarl Aznavur meydanından başlayıb.

“2018-ci ilin ilk günlərindən etibarən ölkədə qiymətlər artmağa başlayıb. Eyni zamanda sosial vəziyyət çox ağırdır. Biz qiymət artımına və verginin yükünün ağırlığına “Yox” deyirik”, – deyə blokun bəyanatında bildirilir.

Krım və Donbas üçün SİQNAL: Ukrayna yeni müharibəyə hazırlaşır

Ukrayna Ali Radasında Donbasın reinteqrasiyası haqqında qanunun qəbulu Kiyevin yeni müharibəyə hazırlığının sübutudur.

Turkustan.info “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilir ki, qanun Donbas münaqişəsinin güc yolu ilə həllini nəzərdə tutan xəttin qanunvericilikdə təsdiqlənməsidir.

Qeyd edək ki, Ukrayna Ali Radası “Donetsk və Luqansk vilayətlərində müvəqqəti işğal edilmiş ərazilərdə Ukraynanın dövlət müstəqilliyinin təmin olunması üzrə dövlət siyasətinin xüsusiyyətləri Haqqında” qanunu qəbul edib. Qanunda Rusiya “təcavüzkar”, Kiyevin nəzarətində olan ərazilər isə “işğal edilmiş” adlandırılıb. Sənəd Ukrayna prezidentinə müharibə elanı olmadan şərqdə ordudan istifadə hüququ verir.

Prezidentin parlamentdəki nümayəndəsi İrina Lusenkonun sözlərinə görə, qanunda Krımla bağlı əsas müddəalar da yer alıb.

Ukrayna prezidenti Pyotr Poroşenko Donbasın reinteqrasiyası haqqında qanunu təsdiq edib. O, qanunu “Krım üçün siqnal” adlandırıb.

“Biz işğal edilmiş Ukrayna torpaqlarının reinteqrasiyası üçün siyasi-diplomatik yolla hərəkət etməyə davam edəcəyik… Bu, Donbas və Krım üçün siqnaldır: onlar Ukraynanın ayrılmaz hissəsidir”, – Poroşenko Tvitter səhifəsində yazıb.

Qanunu Donbasda yaradılan “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun başçısı Aleksandr Zaxarçenko da şərh edib. Onun sözlərinə görə, Ukrayna münaqişənin dinc yolla həllini istəmədiyini və vuruşmağa hazırlaşdığını göstərir.   /Publika.az/

Müharibə riski: Pentaqon Ankaranı inandıra bilmədi

“ABŞ Suriyadakı yerli birləşmələrlə hazırlığı dayandırmır, ancaq söhbət yeni ordunun yaradılmasından getmir”. 

Turkustan.info xəbər verir ki, bu barədə məlumat ABŞ Müdafiə Nazirliyinin saytında yer alıb. 

Məlumatda bildirilir ki, Suriyada yerli təhlükəsizlk qüvvələrinin hazırlığı davam etdiriləcək: “Bu hazırlıq dağıdılmış qəsəbələrə qayıdan sakinlərin təhlükəsizliyinin təmini, həmçinin terrorçu İŞİD-in həmin bölgələrə qayıdışının qarşısını almaq üçündür. Bu, ordu və ya sərhədlərin qorunması üçün güc deyil”. Pentaqon həmçinin, bu məsələ ilə bağlı Türkiyənin narahatlığını anladığını vurğulayıb: “Türkiyənin təhlükəsizliklə bağlı narahatlığı başadüşüləndir. Biz Suriya məsələsi və İŞİD-lə mübarizədə Türkiyə ilə açıq olmağa davam edəcəyik. Terrorizmlə mübarizədə NATO müttəfiqimizi dəstəkləyirik”.

Qeyd edilən açıqlama ABŞ-ın Suriyanın şimalında tərkibinə YPG terror təşkilatının üzvlərinin də daxil olduğu 30 min nəfərlik sərhəd-mühafizə qüvvələrinin yaradılması planından imtina etməsi kimi şərh olunub. Lakin Türkiyənin baş naziri Binəli Yıldırımın son bəyanatı rəsmi Ankaranın mövqeyindəki narahatlığın Vaşinqtonda səslənən fikirlərdən sonra aradan qalxmadığını göstərir. Binəli Yıldrım bildirb ki, İŞİD-dən təmizlənən əraziləri başqa bir terror təşkilatı ilə dolduran ABŞ-ın Suriyadakı fəaliyyəti NATO-dakı müttəfiqi Türkiyə ilə müttəfiqlik hüququna təsir göstərir. Birləşmiş Ştatlar bölgənin gələcəyi ilə bağlı beyinləri dumanlandıran davranışını sülhə, Türkiyə ilə hüquqi münasibətləri düzəltməyə yönəltməlidir. Baş nazir YPG-nin də sıralarına daxil olduğu sərhəd-mühafizə qoşunlarının yaradılmayacağı barədə Amerikadan gələn və bir-birini təkzib edən məlumatlara inanmadıqlarını, Türkiyənin cənubunda terror ordusunun qurulmasına imkan verməyəcəklərini söyləyib. 

Binəli Yıldırımın fikirləri rəsmi Ankaranın PYD/YPG terror qruplaşmasına qarşı hərbi əməliyyatları davam etdirmək niyyətindən xəbər verir. Yəni, bu mərhələdə ABŞ-la əldə olunacaq hər hansı anlaşma belə Ərdoğan iqtidarını Afrin, Menbiç, Raqqa Kobani və digər həmsərhəd ərazilərdəki PKK terrorçuları üzərinə hazırlanan hərbi əməliyyatdan vaz keçməyə məcbur edə bilməz. 

Türkiyə silahlı qüvvələrinin yaxın günlərdə Afrin bölgəsini YPG-dən azad etmək üçün hücuma başlayacağı, əməliyyatın iki istiqamətdən həyata keçiriləcəyi gözlənilir. Türkiyə qırıcıları və ordusu Hatay vilayətindən, Azad Suriya Ordusu isə Suriyanın şimalındakı Azez rayonundan hücuma keçəcək. Ona görə də YPG yaraqlıları ASO-nun Azezdəki mövqelərini top atəşinə tutub. Hərbi əməliyyata başlamazdan öncə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar yaranmış vəziyyəti ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin rəisi Cozef Danfordla, xarici işlər naziri Mövlud Çavuşoğlu isə Amerikanın müdafiə naziri Ceyms Məttslə müzakirə edib. 

Bundan sonra Hulusi Akarın Moskvaya təcili səfəri baş tutub. Hulusi Akarın Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşdüyü xəbər verilir. 
Prezident Bəşər Əsədin bəyanat verərək ABŞ-ın Suriyadakı hərbi fəaliyyətini qeyri-qanuni adlandırması isə Rusiyanın və İranın etiraz mövqeyi kimi başa düşülə bilər. Bu da Suriyada geosiyasi güclər arasındakı ziddiyyətlərin yenidən dərin münaqişə müstəvisinə keçməsi ehtimalını artırır. 

Məsələni “Cümhuriyət” qəzetinə şərh edən “Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, ABŞ kürd silahlı qruplaşmalarına hərbi və maddi dəstəyini davam etdirir. Kürd yaraqlılardan ibarət 30 minlik ordu yaradılmayacağına dair Pentaqonun açıqlaması Vaşinqtonun PKK-ya və onun qollarına dəstəyini dayandırması anlamına gəlmir: “Bu səbəbdən də ABŞ-la Türkiyə arasında həmişə fikir ayrılığı mövcud olub və gərginliklər yaşanıb. ABŞ hansı bəyanatı səsləndirməsindən asılı olmayaraq, kürd yaraqlılarına həm hərbi, həm maliyyə, həm də maddi-texniki yardım göstərib və bu prosesi davam etdirmək niyyətindədir. Söhbət birbaşa ordu quruculuğundan getməsi də Birləşmiş Ştatlar PKK, YPG kimi terror təşkilatlarının ordu səviyyəsində silahlanmasına və təşkilatlanmasına hər cür dəstək göstərir. Bu dəstəyini də dayandıracağı gözlənilmir. Çünki Suriyada gedən proseslər İranın və Rusiyanın mövqelərinin güclənməsi, eyni zamanda Türkiyənin “Fərat qalxanı” əməliyyatından sonra kürd terrorçularına öldürücü zərbələr vurması, son günlər Afrin əməliyyatına hazırlıq getməsi və müəyyən mövqelərə zərbələr endirməsi kimi faktlar onu göstərir ki, Suriyada yaranan mənzərə ABŞ-ın maraqlarına cavab vermir. ABŞ isə öz mövqelərini qorumağa çalışır və buna nail olmaq üçün kürd qruplaşmalarına dəstəyini davam etdirir ”. 

Lakin ekspert onu da vurğulayıb ki, ABŞ-la aparılan danışıqlardan sonra Türkiyə rəhbərliyinin səsləndirdiyi bəyanatlar Afrin əməliyyatını təxirə salmaq istəmədiyini göstərir. 

/Cebhe.info/

ABŞ və Türkiyə Afrində üz-üzə – Şeytan planı

PKK-nın Afrində möhkəmləndirilməsində əsas məqsəd terror təşkilatının İraqın şimalından başlayan və Suriyanın şimalı ilə davam edən yolla Aralıq dənizinə çıxışını təmin etməkdir.

Turkustan.info xəbər verir ki, bu barədə türkiyəli köşə yazarı Taha Dağlı yazıb.

“Afrin mövqe etibarı ilə Türkiyə üçün strateji əhəmiyyətə sahib bir yerdir. Bu ərazinin kimin nəzarətində olacağını sadəcə Türkiyənin təhlükəsizlik qayğıları ilə də ifadə etmək düzgün olmaz. Bundan əlavə Afrinin iqtisadi bir önəmi var. Cənubu İdlib, qərbi Azez olan Afrin PKK işğalında qaldığı müddətdə Türkiyə üçün təhlükəsizliyə təhdid olaraq həmişə qarşımıza çıxacaq”, – Dağlı bildirib.

Türkiyəni iqtisadi cəhətdən kənarlaşdırmaq

“Məsələnin iqtisadi tərəfi PKK-nı Afrinə yerləşdirənlərin xeyrinədir və birbaşa olaraq Türkiyənin iqtisadi mənafeyini hədəfə alır. Çünki ortada Şimali İraq neftinin və qazının Aralıq dənizinə çıxışı zamanı Türkiyəni təcrid etməyə hesablanmış bir layihə var. Afrin isə bu layihənin ən vacib ünsürüdür”.

ABŞ-ın “Şeytan” planı

“Layihə Türkiyənin həm təhlükəsizliyini, həm də iqtisadiyyatını təhdid edəcək. Təbii qaz və neft ixracında Türkiyənin təcrid olunması ehtimalı həmişə gündəmdə olacaq. Bundan əlavə, Türkiyə sərhədlərində ərəb qonşu əvəzinə PKK olacaq. Bu da Türkiyənin cənubdakı ticari münasibətlərini zədələyəcək. ABŞ-ın burada məqsədi Türkiyəni zərərsizləşdirməkdən əlavə, həmçinin Suriyadakı hərbi gücünü qorumaq və eyni zamanda inkişaf etdirməkdir”.

ABŞ dəniz yoluna çıxmağı planlaşdırır

“Suriyada ABŞ-ın dənizə çıxış imkanı əldə etməsi gələcəkdə hərbi baza planları üçün zəmanət deməkdir. Bu mənada hərbi dəstəyin hava yolu ilə deyil, dəniz vasitəsilə verilməsidə əhəmiyyətlidir. Bu kolidorun yalnız iqtisadi və hərbi fəaliyyətlər üçün olduğunu da demək düzgün deyil. PKK-nın mövcud olduğu və ABŞ-ın nəzarət etdiyi marşrut isə istənilən qaçaqmalçılıq fəaliyyəti üçün açıq olacaq”.  /Axar.az/

Ölü qadın tabutda doğdu

Körpəni anası öləndən 10 gün sonra görüblər.

Afrikada baş verən hadisə hər kəsi sözün əsl mənasında şok edib. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, ölən qadın doğuş edib. Özü də tabutunda.

Hadisə Cənubi Afrikada Respublikasında Mbizani vilayətində baş verib. Beş uşaq anası 33 yaşlı Nomveliso Nomasonta Mdoyi dünyasını dəyişib. Ailəsi ou dəfn etmək üçün tabuta yerləşdirib. Tabut vida mərasimi açılan zaman isə orada uşaq – yeni doğulan körpə olub. Körpə ölmüş olub.

Maraqlıdır ki, bu hadisə ölümdən 10 gün sonra qeydə alınıb. Körpəni ilk görən isə dəfn bürosunun işçiləri olub.

“Biz o qədər qorxmuşduq ki, uşağın cinsinə belə baxa bilmədik. Mən 20 ildir bu işdə çalışıram. Heç vaxt ölünün doğduğunu nə görüb, nə eşitmişəm”, deyə büro işçilərindən biri bildirib.

Mərhumənin anası qızının 9 aylıq hamilə olduğunu deyib. Ana və tabutda doğulan uşaq eyni məzara dəfn ediliblər.

1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı tədbirlər planı hazırlanacaq

Azərbaycan Prezidenti İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb.

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Yalnız 80 il sonra – 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

Ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar olunmuşdur. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir.

Sərəncamda qeyd olunur ki, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Prezidenti Administrasiyası 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etsin.

Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilir.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

İsrail ordusu hücuma hazırlaşır — QORXUNC İDDİA

ABŞ prezidenti Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdığını elan etməsindən sonra İsrailin şok həmləyə əl atdığı barədə xəbərlər yayılıb.

“Haaretz” qəzeti İsrail ordusunun Şərqi Qüdsdəki bəzi nöqtələri hədəf aldığını iddia edib. Məlumata görə, hazırda bölgədə yeni hərbi əməliyyatların başlanmasına hazırlıq işləri görülür.

Fələstinlilərə qarşı hazırlanan əməliyyatların yaxın vaxtlarda reallaşacağı bildirilir.

İsrail hökuməti yayılan xəbərlərə hələlik heç bir münasibət bildirməyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Amerikanın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdığını elan edib. O bildirib ki, Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanımağın vaxtı gəlib çatıb.

“Qərara gəldim ki, Qüdsün İsrailin paytaxtı kimi tanınmasının vaxtı gəlib çatıb. Amerika bu addıma qarşı deyil və Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq”, – deyə D.Tramp vurğulayıb.

Onun bu qərarını bir çox ölkələr hiddətlə qarşılayıblar. Bu qərarından sonra həm Avropa ölkələrindən, həm Yaxın Şərq, həm də Ərəb dövlətlərindən Trampa etirazlar gəlib. İlk etiraz isə Fransa prezidenti tərəfindən dilə gətirilib. Daha sonra Türkiyə və İran Trampın bu qərarını pisləyib. İordaniya da ABŞ prezidenti Donald Trampı beynəlxalq qətnamələri pozmaqda günahlandırıb. Verilən açıqlamada bildirilib ki, Trampın bu qərarı siyasi səhvdir. Misir hökuməti də Trampın yeni bəyanatını xoş qarşılamayıb. Qeyd olunub ki, onun bu addımı həm Amerika, həm də region üçün yaxşı nəticə  vəd etmir.     /Ölkə.Az/

Tramp dünyanın ən təhlükəli ölkəsini açıqladı

ABŞ prezidenti Donald Tramp Meksikanı dünyanın ən təhlükəli ölkəsi sayır.

Amerikalı lider bu barədə öz Twitter səhifəsində yazıb.

Tramp iki ölkə sərhədində divarın tikilməsinin zəruri olduğunu xatırladıb:

“Bizə bu divar Meksikadan ABŞ-a narkotik vasitələrin keçirilməsinin qarşısına almaq üçün lazımdır”, – dövlət başçısı qeyd edib.

Meksika ilə sərhəddə divarın ucaldılması Trampın seçkiqabağı əsas vədlərindən biridir.   /Oxu.Az/

İsrail ordusu hücuma hazırlaşır — QORXUNC İDDİA

ABŞ prezidenti Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdığını elan etməsindən sonra İsrailin şok həmləyə əl atdığı barədə xəbərlər yayılıb.

Turkustan.info xəbər verir ki,  “Haaretz” qəzeti İsrail ordusunun Şərqi Qüdsdəki bəzi nöqtələri hədəf aldığını iddia edib. Məlumata görə, hazırda bölgədə yeni hərbi əməliyyatların başlanmasına hazırlıq işləri görülür.

Fələstinlilərə qarşı hazırlanan əməliyyatların yaxın vaxtlarda reallaşacağı bildirilir.

İsrail hökuməti yayılan xəbərlərə hələlik heç bir münasibət bildirməyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Amerikanın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdığını elan edib. O bildirib ki, Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanımağın vaxtı gəlib çatıb.

“Qərara gəldim ki, Qüdsün İsrailin paytaxtı kimi tanınmasının vaxtı gəlib çatıb. Amerika bu addıma qarşı deyil və Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq”, – deyə D.Tramp vurğulayıb.

Onun bu qərarını bir çox ölkələr hiddətlə qarşılayıblar. Bu qərarından sonra həm Avropa ölkələrindən, həm Yaxın Şərq, həm də Ərəb dövlətlərindən Trampa etirazlar gəlib. İlk etiraz isə Fransa prezidenti tərəfindən dilə gətirilib. Daha sonra Türkiyə və İran Trampın bu qərarını pisləyib. İordaniya da ABŞ prezidenti Donald Trampı beynəlxalq qətnamələri pozmaqda günahlandırıb. Verilən açıqlamada bildirilib ki, Trampın bu qərarı siyasi səhvdir. Misir hökuməti də Trampın yeni bəyanatını xoş qarşılamayıb. Qeyd olunub ki, onun bu addımı həm Amerika, həm də region üçün yaxşı nəticə  vəd etmir.     /Ölkə.Az/

Tramp dünyanın ən təhlükəli ölkəsini açıqladı

ABŞ prezidenti Donald Tramp Meksikanı dünyanın ən təhlükəli ölkəsi sayır.

Turkustan.info-nun xəbərinə görə, amerikalı lider bu barədə öz Twitter səhifəsində yazıb.

Tramp iki ölkə sərhədində divarın tikilməsinin zəruri olduğunu xatırladıb:

“Bizə bu divar Meksikadan ABŞ-a narkotik vasitələrin keçirilməsinin qarşısına almaq üçün lazımdır”, – dövlət başçısı qeyd edib.

Meksika ilə sərhəddə divarın ucaldılması Trampın seçkiqabağı əsas vədlərindən biridir.   /Oxu.Az/

Ruslar geri çəkilir – Türk tankları hücuma keçir

Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun Afrində həyata keçirməyi planlaşdırdığı əməliyyata hazırlıq davam edir.

Turkustan.info xəbər verir ki, Ankara əməliyyat öncəsi rus hərbçilərinin bölgədən çəkilməsi üçün Moskva ilə danışıqlar aparır.

Son məlumatlara görə, Türkiyə sərhədinə yaxın 3 bölgədəki 61 rus hərbçisi Afrin şəhərinin cənubundakı Minnig hərbi bazasına çəkilib. Ancaq kritik hesab olunan 6 bölgədə 102 rus hərbçisinin hələ də qaldığı bildirilir.

Afrin-Azez-Cerablus xəttində əməliyyata hazırlıqlar sona yaxınlaşır. Türkiyə Silahlı Qüvvələrinə bağlı hərbi bilrliklər 191 kilometr sərhəd boyunca artilleriya batareyaları ilə 7 kritik nöqtədə yerləşdirilib. Digər tərəfdən, 4 fərqli qrupdan ibarət Azad Suriya Ordusu Turkiyə ordusuna dəstək üçün bölgəyə göndərilib. Eyni saatlarda türk hərbçiləri və Azad Suriya Ordusunun döyüşçülərinə Afrindən YPG terrorçularının atəş açdığı bildirilir. Məlumata görə, cavab atəşi ilə YPG-yə bağlı qruplar Afrin xəttində 6 kilometr geri atılıb.

Azez xətti ilə müqayisədə daha çətin hesab olunan İdlib xəttində də Türkiyə ordusunun qurduğu 4-cü nəzarət nöqtəsində hazırlıqlar tamamlanmaq üzrədir. İdlib xəttində iki müxalifət qrupu ilə danışıqların davam etdiyi, qrupların Afrin əməliyyatına dəstək üçün hazır olduqları, ancaq koordinasiya üçün müəyyən şərtlərin yerinə yetirilməsi ilə əməliyyata daxil ediləcəyi bildirilir. Hərbi mənbələrə görə, İdlib xəttindəki hərbi birliklər əməliyyatın ilk iki mərhələsində artilleriya ilə dəstək verəcəklər.

Türkiyə Silahlı qüvvələri üçün ən çətin xətt Hatay-Hassa xətti hesab olunur. Burada 12 nöqtədə giriş üçün sərhəd divarları qaldırılıb. Dünən axşam saatlarında yayılan məlumata görə, xüsusi texnika sərhədi keçərək ərazini təmizləməyə başlayıb.

Hərbi texnika və şəxsi heyətin bir neçə gündür davam edən nəqli dünən də davam etdirilib. Tankların sərhəd xəttini keçmək üçün hazır vəziyyətdə saxlanıldığı bildirilir.   /Publika.az/

Ermənilər Rusiyada deputatı güllələdilər

Ermənilər Rusiyada deputatı güllələyiblər.

Turkustan.info xəbər verir ki, hadisə Başqırdıstan Respublikasının Neftekamsk şəhərində baş verib.

Məlumata görə, erməni icmasının təmsilçiləri Şəhər Sovetinin deputatı İldus Şamsiyarovu döyərək güllələyiblər. Deputat müxtəlif dərəcədə bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Həkimlər ona baş-beyin silkələnməsi diaqnozu qoyublar. Deputat əlindən isə güllə yarası alıb.

İ.Şamsiyarov yerli “MediaKorSet” saytına açıqlamasında hadisənin necə baş verdiyini açıqlayıb: “Onlar bizim traktoru xarab eləmişdilər. Məsələyə aydınlıq gətirmək üçün mexaniklə birlikdə onların ofisinə getdik. Elə içəri girən kimi mənim başıma tapançanı dirədilər, mexaniki də avtomat silahın qundağı ilə vurdular. Məni əlimdən güllələdilər. Sonra bizi döyməyə başladırlar. Yaxşı ki pnevmatik tapança idi”.  /Report/

Pentaqon Suriyada qurduğu 30 minlik ordu barədə açıqlama verdi

ABŞ Suriya ərazisində yerli dəstələrin təlimini davam etdirir, lakin söhbət yeni ordu və yaxud sərhəd qüvvələrinin qurulmasından getmir.

Turkustan.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun yaydığı açıqlamada bildirilir.

“İŞİD qruplaşmasının məhvinə yönələn hərbi əməliyyat hələ ki, başa çatmayıb. Yerli qüvvələr terrorçulardan təmizlənən ərazilərdə vəziyyətin sabitləşməsini təmin etməlidir. Pentaqon Suriyadakı hərəkətləri barədə Türkiyəni məlumatlandırmaqda davam edəcək”, sənəddə deyilir.

Açıqlamada həmçinin bildirilir ki, Ankaranın Suriya-Türkiyə sərhədindəki vəziyyətlə əlaqədar narahatlığı başa düşüləndi: “ABŞ terrorla mübarizədə NATO üzrə müttəfiqini daim dəstəkləyəcək”.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Ruhanidən ABŞ-a 30 minlik qoşun etirazı – “Müstəqilliyə ziddir”

İran prezidenti Hәsәn Ruhani ABŞ-ın Suriyada yaratdığı 30 min nәfәrlik terror ordusunun bölgәdә gәrginliyi artıracağını vә müharibәni qızışdıracağı ilә bağlı xәbәrdarlıq edib.

Turkustan.info ” TRT-yə istinadən xəbər verir ki, Ruhani ABŞ-ın Suriya ilə bağlı yeni planının beynəlxalq qanunlara zidd olduğunu və Suriyanın müstəqilliyinə təhlükә yaratdığını deyib.

İran xarici işlәr naziri Bәhram Kasımi dә dünәn axşam verdiyi açıqlamada ABŞ-ın Suriya ilә bağlı planının regionda gәrginliyi artıracağını vә müharibәni qızışdıracağını söylәyәrәk ABŞ-a Suriya әrazisini tәrk etmәsi ilә әlaqәdar xәbәrdarlıq etmişdi.   /Qafqazinfo/

“Türkiyə buna icazə verməyəcək” – Ankaradan ABŞ-a SƏRT MESAJ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının toplantısı başa çatıb.
4 saat 20 dəqiqə davam edən toplantıdan sonra yazılı açıqlama verilib.
Açıqlamada Türkiyənin sərhədlərində bir terror dəhlizi yaradılmasına və terror ordusunun qurulmasına icazə verməyəcəyi, buna qarşı lazım olan bütün addımların atılacağı bildirilir.
Bildirilir ki, NATO üzrə müttəfiqi olan bir dövlətin (ABŞ-dan söhbət gedir – red.) Türkiyənin təhlükəsizliyini nəzərə almadan terrorçuları ortaq elan edərək silahlandırılması kədərlə qarşılanıb. Həmçinin PKK/PYD-YPG terror təşkilatına verilən silah, hərbi texnika və digər hərbi məhsulların tezliklə toplanması açıqlamada vurğulanıb.  /Publika.az/

Trampdan daha bir qalmaqallı hərəkət — CNN-in müxbirini mətbuat konfransından qovdu + VİDEO

ABŞ prezidenti Donald Tramp daha bir qalmaqala imza atıb.

Tramp bu dəfə CNN kanalının müxbiri Cim Akostanı Oval saraydan qovub. Hadisə Donald Trampla Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Oval sarayda keçirdiyi birgə mətbuat konfransı zamanı qeydə alınıb.

Belə ki, Cim Akosta Trampa “ABŞ-a daha çox Norveç vətəndaşının gəlməsini istəməyiniz doğrudurmu”, – deyə sual verib.

Amerika rəhbəri isə onun sualını belə cavablandırıb: “Mən onların hər yerdən gəlməsini istəyirəm”. Cim Akosta yeni bir sual vermək istəyəndə isə ABŞ prezidenti ona barmaqla işarə edərək, “Buranı tərk et” deyib.

Hadisədən sonra C.Akosta açıqlama verib: “Sual verməyimi əngəlləməyə çalışırdılar. Əvvəllər belə bir hadisə ilə heç vaxt qarşılaşmamışdım”.

Qeyd edək ki, Donald Trampın Amerika və dünya mətbuatı ilə münasibəti getdikcə pisləşir. 2016-cı ildə Nyu-Yorkda keçirdiyi mətbuat konfransı zamanı BBC–nin müxbiri ilə Tramp arasında qalmaqal yaşanmışdı. Həmin hadisə zamanı jurnalist ABŞ-ın yeni prezidentinə sual vermək istəmişdi. Tramp isə jurnalistə sual vermək imkanı yaratmamışdı.

“Xahiş edirəm, səssiz olun və yerinizdə oturun. Sizə sual vermək haqqı vermirəm. Siz yalan xəbər yayan informasiya mənbəyisiniz”, – deyə Tramp jurnalistə qışqırmışdı.
 
Müxbir isə öz növbəsində Trampa etirazını bildirmişdi: “Siz bizim şirkəti təhqir edirsiniz”.
 
Tramp da onu cavabsız buraxmayaraq dərhal reaksiya verərək “Sizin şirkət hörmətə layiq deyil. Şirkətiniz olduqca bərbaddır” demişdi.

Bundan başqa, 2017-ci ildə Trampın sözü NBC telekanalının iki aparıcısı ilə düz gəlməmişdi. Belə ki, Amerika prezidenti kanalda səhər saatlarında yayımlanan “Morning Joe” adlı xəbərlər proqramının aparıcıları  Mika Brzezinski və Joe Skarboronu təhqir etmişdi. Tramp “Twitter” sosial şəbəkəsindəki hesabında aparıcıların birini dəli, digərini isə psixi xəstə adlandırmışdı:

“Eşitdiyimə görə, reytinqi çox aşağı olan “Morning Joe” adlı xəbərlər proqramında mənim barəmdə pis danışırlar. Əvvəllər bir-iki dəfə həmin proqrama baxsam da, sonralar çox mənasız xəbərlər verildiyi üçün onlara baxmıram. Verilişin dəli aparıcısı Mika və psixi xəstə olan digər aparıcı Joe əvvəllər mənimlə görüşmək istəyirdilər. İndi onlar məni pisləyirlər? Bir dəfə Mika Mar-a-Laqoya gəlib mənimlə görüşmək istəyirdi. Həmin gün onun halı çox pis idi. Həkimlər dedilər ki, o, psixi xəstəlikdən əziyyət çəkir. Mən onu qəbul etmədim. Həmin vaxt o, plastik əməliyyat olunmuşdu”.

NBC telekanalının rəsmi nümayəndəsi Mark Kornblau isə Trampın verilişin reytinqi barədə səsləndirdiyi fikirlərə cavab vermişdi. Kanal təsmisi “Twitter”dəki hesabında Trampın nə dediyini bilmədiyini yazmışdı: “Maraqlıdır, ABŞ rəhbəri “reytinqi çox aşağı olan” veriliş barədə niyə danışır?”

Ölkə.Az

Ərdoğanın anonsunu verdiyi MÜHARİBƏ BAŞLADI – İlk zərbədə çoxlu ölən var

Türkiyə Silahlı qüvvələri Suriyanın Afrin bölgəsində həyata keçiriləcək əməliyyatın ilk mərhələsi olaraq PYD (PKK terror təşkilatının Suriya qanadı –red.) terrorçularına “reaksiya ölçmə atəşi” açıb.

Afrin və ətrafdakı terrorçuların hədəflərinə endirilən zərbələr nəticəsində 30 terrorçü öldürülüb.

Məlumata görə, Afrin əməliyyatında quru güclərini təşkil edəcək Azad Suriya Ordusunda hazırlıqlar tamamlanıb. 20 minə qədər döyüşçü Afrinə girmək üçün əmr gözləyir.

Gərginliyin artdığı Afrində vətəndaşlar kiçik qruplar şəklində qaçmağa başlayıblar. Onların Hələbin şimalına hərəkət etdiyi bildirilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu isə PYD-nin işğalında olan Suriyanın Afrin bölgəsini təmizləmək üçün hazırlıqlarını davam etdirir. “Sabah” nəşrinin yazdığına görə, Türkiyə ordusu Afrini tamamilə müşahidə edə bilən 4 strateji nöqtədə yerləşdirilib. Sərhədin Reyhanlıdan Kilisə qədər olan 100 kilometrlik ərazisində yerləşdirilən hərbi bölmələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

NATO və ABŞ-dan dünən verilən son bəyanatlar isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “ordu qurduğunu hesab edənlər, bir həftə keçmədən necə darmadağın edəcəyimizi görəcəklər” sözləri ilə anonsunu verdiyi Afrin əməliyyatı üçün tək əngəl kimi görünən Vaşinqtonun da aradan qalxdığını göstərir.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Adrian Rankin-Qollivay deyib ki, Suriyanın Afrin bölgəsindəki PYD/PKK güclərini dəstəkləmir və onları İŞİD terror təşkilatı ilə mübarizə əməliyyatlarının parçası olaraq görmür.

“Suriya Demokratik Gücləri”ndən kənar qüvvələr bizdən hər hansı hərbi təlim və dəstək almır. Dəstəklədiyimiz qruplar, xüsusilə İŞİD əleyhinə əməliyyatlara qatılan qruplardır”, – o bildirib.

Daha əvvəl isə ABŞ-ın rəhbərlik etdiyi koalisiya güclərinin sözçüsü Ryan Dillon analoji bəyanatla çıxış etmişdi. O, “Anadolu” agentliyi ilə söhbətində bildirmişdi ki, Afrin bölgəsi koalisiyanın əməliyyat zonasına daxil deyil.    /Publika.az/

“Türkiyə buna icazə verməyəcək” – Ankaradan ABŞ-a SƏRT MESAJ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının toplantısı başa çatıb.
Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, 4 saat 20 dəqiqə davam edən toplantıdan sonra yazılı açıqlama verilib.
Açıqlamada Türkiyənin sərhədlərində bir terror dəhlizi yaradılmasına və terror ordusunun qurulmasına icazə verməyəcəyi, buna qarşı lazım olan bütün addımların atılacağı bildirilir.
Bildirilir ki, NATO üzrə müttəfiqi olan bir dövlətin (ABŞ-dan söhbət gedir – red.) Türkiyənin təhlükəsizliyini nəzərə almadan terrorçuları ortaq elan edərək silahlandırılması kədərlə qarşılanıb. Həmçinin PKK/PYD-YPG terror təşkilatına verilən silah, hərbi texnika və digər hərbi məhsulların tezliklə toplanması açıqlamada vurğulanıb.  /Publika.az/

Trampdan daha bir qalmaqallı hərəkət — CNN-in müxbirini mətbuat konfransından qovdu + VİDEO

ABŞ prezidenti Donald Tramp daha bir qalmaqala imza atıb.

Turkustan.info xəbər verir ki,  Tramp bu dəfə CNN kanalının müxbiri Cim Akostanı Oval saraydan qovub. Hadisə Donald Trampla Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Oval sarayda keçirdiyi birgə mətbuat konfransı zamanı qeydə alınıb.

Belə ki, Cim Akosta Trampa “ABŞ-a daha çox Norveç vətəndaşının gəlməsini istəməyiniz doğrudurmu”, – deyə sual verib.

Amerika rəhbəri isə onun sualını belə cavablandırıb: “Mən onların hər yerdən gəlməsini istəyirəm”. Cim Akosta yeni bir sual vermək istəyəndə isə ABŞ prezidenti ona barmaqla işarə edərək, “Buranı tərk et” deyib.

Hadisədən sonra C.Akosta açıqlama verib: “Sual verməyimi əngəlləməyə çalışırdılar. Əvvəllər belə bir hadisə ilə heç vaxt qarşılaşmamışdım”.

Qeyd edək ki, Donald Trampın Amerika və dünya mətbuatı ilə münasibəti getdikcə pisləşir. 2016-cı ildə Nyu-Yorkda keçirdiyi mətbuat konfransı zamanı BBC–nin müxbiri ilə Tramp arasında qalmaqal yaşanmışdı. Həmin hadisə zamanı jurnalist ABŞ-ın yeni prezidentinə sual vermək istəmişdi. Tramp isə jurnalistə sual vermək imkanı yaratmamışdı.

“Xahiş edirəm, səssiz olun və yerinizdə oturun. Sizə sual vermək haqqı vermirəm. Siz yalan xəbər yayan informasiya mənbəyisiniz”, – deyə Tramp jurnalistə qışqırmışdı.
 
Müxbir isə öz növbəsində Trampa etirazını bildirmişdi: “Siz bizim şirkəti təhqir edirsiniz”.
 
Tramp da onu cavabsız buraxmayaraq dərhal reaksiya verərək “Sizin şirkət hörmətə layiq deyil. Şirkətiniz olduqca bərbaddır” demişdi.

Bundan başqa, 2017-ci ildə Trampın sözü NBC telekanalının iki aparıcısı ilə düz gəlməmişdi. Belə ki, Amerika prezidenti kanalda səhər saatlarında yayımlanan “Morning Joe” adlı xəbərlər proqramının aparıcıları  Mika Brzezinski və Joe Skarboronu təhqir etmişdi. Tramp “Twitter” sosial şəbəkəsindəki hesabında aparıcıların birini dəli, digərini isə psixi xəstə adlandırmışdı:

“Eşitdiyimə görə, reytinqi çox aşağı olan “Morning Joe” adlı xəbərlər proqramında mənim barəmdə pis danışırlar. Əvvəllər bir-iki dəfə həmin proqrama baxsam da, sonralar çox mənasız xəbərlər verildiyi üçün onlara baxmıram. Verilişin dəli aparıcısı Mika və psixi xəstə olan digər aparıcı Joe əvvəllər mənimlə görüşmək istəyirdilər. İndi onlar məni pisləyirlər? Bir dəfə Mika Mar-a-Laqoya gəlib mənimlə görüşmək istəyirdi. Həmin gün onun halı çox pis idi. Həkimlər dedilər ki, o, psixi xəstəlikdən əziyyət çəkir. Mən onu qəbul etmədim. Həmin vaxt o, plastik əməliyyat olunmuşdu”.

NBC telekanalının rəsmi nümayəndəsi Mark Kornblau isə Trampın verilişin reytinqi barədə səsləndirdiyi fikirlərə cavab vermişdi. Kanal təsmisi “Twitter”dəki hesabında Trampın nə dediyini bilmədiyini yazmışdı: “Maraqlıdır, ABŞ rəhbəri “reytinqi çox aşağı olan” veriliş barədə niyə danışır?”

Ölkə.Az

Ərdoğanın anonsunu verdiyi MÜHARİBƏ BAŞLADI – İlk zərbədə çoxlu ölən var

Türkiyə Silahlı qüvvələri Suriyanın Afrin bölgəsində həyata keçiriləcək əməliyyatın ilk mərhələsi olaraq PYD (PKK terror təşkilatının Suriya qanadı –red.) terrorçularına “reaksiya ölçmə atəşi” açıb.

Turkustan.info “Sabah” nəşrinə istinadən xəbər verir ki,  Afrin və ətrafdakı terrorçuların hədəflərinə endirilən zərbələr nəticəsində 30 terrorçü öldürülüb.

Məlumata görə, Afrin əməliyyatında quru güclərini təşkil edəcək Azad Suriya Ordusunda hazırlıqlar tamamlanıb. 20 minə qədər döyüşçü Afrinə girmək üçün əmr gözləyir.

Gərginliyin artdığı Afrində vətəndaşlar kiçik qruplar şəklində qaçmağa başlayıblar. Onların Hələbin şimalına hərəkət etdiyi bildirilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu isə PYD-nin işğalında olan Suriyanın Afrin bölgəsini təmizləmək üçün hazırlıqlarını davam etdirir. “Sabah” nəşrinin yazdığına görə, Türkiyə ordusu Afrini tamamilə müşahidə edə bilən 4 strateji nöqtədə yerləşdirilib. Sərhədin Reyhanlıdan Kilisə qədər olan 100 kilometrlik ərazisində yerləşdirilən hərbi bölmələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

NATO və ABŞ-dan dünən verilən son bəyanatlar isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “ordu qurduğunu hesab edənlər, bir həftə keçmədən necə darmadağın edəcəyimizi görəcəklər” sözləri ilə anonsunu verdiyi Afrin əməliyyatı üçün tək əngəl kimi görünən Vaşinqtonun da aradan qalxdığını göstərir.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Adrian Rankin-Qollivay deyib ki, Suriyanın Afrin bölgəsindəki PYD/PKK güclərini dəstəkləmir və onları İŞİD terror təşkilatı ilə mübarizə əməliyyatlarının parçası olaraq görmür.

“Suriya Demokratik Gücləri”ndən kənar qüvvələr bizdən hər hansı hərbi təlim və dəstək almır. Dəstəklədiyimiz qruplar, xüsusilə İŞİD əleyhinə əməliyyatlara qatılan qruplardır”, – o bildirib.

Daha əvvəl isə ABŞ-ın rəhbərlik etdiyi koalisiya güclərinin sözçüsü Ryan Dillon analoji bəyanatla çıxış etmişdi. O, “Anadolu” agentliyi ilə söhbətində bildirmişdi ki, Afrin bölgəsi koalisiyanın əməliyyat zonasına daxil deyil.    /Publika.az/

Türkiyədə hərbi təyyarə qəzaya uğradı – 3 hərbçi həlak oldu

Türkiyənin İsparta əyalətinin Yalvaç rayonunda hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

Turkustan.info “Haber7”yə istinadən xəbər verir ki, hadisə Kırkbaş kəndində baş verib.

CASA tipli “CN 235” təyyarəsi hərbi təlim məqsədi ilə uçuş həyata keçirirmiş.

Qəza nəticəsində təyyarənin göyərtəsindəki 3 hərbçi həlak olub. Onlardan ikisi pilotdur.

Hadisə yerinə xilasedicilər cəlb edilib.   /Report/

Kürdlərdən çağırış: Türkiyəni dayandırın!

Türkiyənin Afrin əməliyyatına hazırlıq prosesi çərçivəsində Suriya sərhədinə əlavə qüvvələr cəlb etməsindən qorxuya düşən PKK beynəlxalq ictimaiyyətdən yardım istəyib.

Turkustan.info xəbər verir ki, PKK-nın Suriya qolu olan PYD/YPG-nin sözçüsü Nuri Mahmud dünya ictimaiyyətindən Türkiyəni dayandırmasını istəyib.

“Afrin yalnız qalmayacaq” ifadəsini səsləndirən Mehmud bütün kürdlərin həmrəylik nümayiş etdirəcəyini bildirib.

Qeyd edək ki, PKK tərəfdarları ötən gün Fransanın Paris, Marsel şəhərləri ilə yanaşı İsveçrənin Surix şəhərində yerləşən Türkiyə konsulluqları qarşısında etiraz aksiyaları keçirib.  /Axar.az/

Bu səhər: Kürdlər Afrindən qaçmağa başladı, türk ordusu gəlir

“Türkiyə düyməyə basıb, Suriya ərazisinə növbəti həri müdaxiləyə günlər, bəlkə də saatlar qalıb. Ankara qərarında haqlıdır, Vaşinqtonun 30 min kürdü sillahlandırıb sərhəddə yerləşdirməsi istəyi birbaşa Türkiyənin ərazi bütövlüyünə təhdiddir”.

Bu fikirləri politoloq Elxan Şahinoğlu yazıb.
 
“Ancaq iki suala cavab məni maraqlandırır. Birinci sual: Türkiyə ordusunun hücumu ötən dəfəki kimi uğurlu alınarsa buna Vaşinqtonun reaksiyası necə olacaq və ABŞ Türkiyə əleyhinə hansı açıq və gizli planlarını işə salacaq? İkinci sual: Türkiyə ordusunun Afrini nəzarət altına alması planını Rusiya necə qarşılayacaq? Əlbəttə, hələ ki, Rusiya Türkiyənin tərəfdaşıdır və Ərdoğan Putinlə telefon danışığında Kreml sahibini Türkiyə ordusunun planları barədə xəbərdar edib və ikinci buna etiraz etməyib. Ancaq Rusiya ikili oynayır. Baxmayaraq ki, ABŞ-ın kürdlərə hərbi dəstəyi Moskvanın xoşuna gəlmir, Kreml kürdlərin bir hissəsini Bəşər Əsəd rejiminin tərəfdaşı kimi qiymətləndirir və silahlı kürdlərin tamamının neytrallaşdırılması Rusiya hakimiyyətinin xoşuna gəlməyəcək. Bir də ki, ənənəvi rus-kürd yaxınlığı var ki, Moskva bu kartdan illər boru Türkiyə əleyhinə istifadə edib. Buna baxmayaraq, məntiqlə Putin Ərdoğanla razılığı amerikanların müttəfiqinə çevrilən silahlı kürdlərə qurban verməməli, Türkiyə ordusunun Suriya ərazisinə hücumunu dəstəkləməsə də, gələcək toqquşmalara gözünü yummalı, uzaqbaşı Rusiya XİN baş verənlərə nəsə yumşaq etirazını bildirməlidir”- deyə politoloq bildirib. 

Qeyd: Bu gün tezdən Afrindən böyük köç başlayıb. Şəhərdə yaşayan kürdlər qaçır.    /A24.Az/

Bu səhər: Kürdlər Afrindən qaçmağa başladı, türk ordusu gəlir

“Türkiyə düyməyə basıb, Suriya ərazisinə növbəti həri müdaxiləyə günlər, bəlkə də saatlar qalıb. Ankara qərarında haqlıdır, Vaşinqtonun 30 min kürdü sillahlandırıb sərhəddə yerləşdirməsi istəyi birbaşa Türkiyənin ərazi bütövlüyünə təhdiddir”.

Turkustan.info xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu yazıb.
 
“Ancaq iki suala cavab məni maraqlandırır. Birinci sual: Türkiyə ordusunun hücumu ötən dəfəki kimi uğurlu alınarsa buna Vaşinqtonun reaksiyası necə olacaq və ABŞ Türkiyə əleyhinə hansı açıq və gizli planlarını işə salacaq? İkinci sual: Türkiyə ordusunun Afrini nəzarət altına alması planını Rusiya necə qarşılayacaq? Əlbəttə, hələ ki, Rusiya Türkiyənin tərəfdaşıdır və Ərdoğan Putinlə telefon danışığında Kreml sahibini Türkiyə ordusunun planları barədə xəbərdar edib və ikinci buna etiraz etməyib. Ancaq Rusiya ikili oynayır. Baxmayaraq ki, ABŞ-ın kürdlərə hərbi dəstəyi Moskvanın xoşuna gəlmir, Kreml kürdlərin bir hissəsini Bəşər Əsəd rejiminin tərəfdaşı kimi qiymətləndirir və silahlı kürdlərin tamamının neytrallaşdırılması Rusiya hakimiyyətinin xoşuna gəlməyəcək. Bir də ki, ənənəvi rus-kürd yaxınlığı var ki, Moskva bu kartdan illər boru Türkiyə əleyhinə istifadə edib. Buna baxmayaraq, məntiqlə Putin Ərdoğanla razılığı amerikanların müttəfiqinə çevrilən silahlı kürdlərə qurban verməməli, Türkiyə ordusunun Suriya ərazisinə hücumunu dəstəkləməsə də, gələcək toqquşmalara gözünü yummalı, uzaqbaşı Rusiya XİN baş verənlərə nəsə yumşaq etirazını bildirməlidir”- deyə politoloq bildirib. 

Qeyd: Bu gün tezdən Afrindən böyük köç başlayıb. Şəhərdə yaşayan kürdlər qaçır.    /A24.Az/

Ərdoğandan NATO-ya xəbərdarlıq: Bunu etsəniz…

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.

Danışıq zamanı Ərdoğan Suriyada YPG-nin başçılığı ilə DSQ-yə bənzər yeni qüvvənin yaradılmasını qəbul etməyəcəklərini bildirib.

Türkiyə lideri deyib ki, belə bir qüvvənin yaradılması Suriyanın sabitliyinə və təhlükəsizliyinə ciddi zərbə vuracaq.

Ərdoğan əlavə edib ki, Türkiyə konstitusion haqlarından istifadə edərək sabitliyini və təhlükəsizliyini qoruyacaq.

Öz növbəsində Stoltenberq də vurğulayıb ki, terror hücumlarından qorunmaq Türkiyənin ən ali haqlarından biridir.   /Axar.az/

Kiyevdə vəziyyət nəzarətdən çıxır – Ali Rada mühasirəyə alındı – FOTOLAR

Ukrayna Ali Radasının deputatları ölkənin şərqində yaradılan Donetsk və Luqansk “xalq respublikaları”nı terror təşkilatı kimi tanımaqdan imtina ediblər.

Bu haqda “News One” telekanalı bildirib.

Məlumata görə, Donbasın reinteqrasiyası haqqında qanun layihəsinə təklif olunan düzəlişə 340 parlament üzvündən yalnız 76-sı səs verib.

Ali Rada ikinci oxunuşda sənədə baxır. Sənəd sülh vaxtı prezidentə ölkənin müstəqilliyinin müdafiəsi üçün silahlı qüvvələrdən istifadə etmək hüququ verir. Onun qəbulu müharibə elan etmədən ölkənin şərqində ordunun tətbiqini qanuniləşdirməyə imkan verəcək.

Qanun layihəsində Kiyevin nəzarətində olmayan Donbasın əraziləri “işğal edilmiş ərazilər”, Rusiya isə “təcavüzkar ölkə” adlandırılır.

Sənəd 2017-ci ilin oktyabrında birinci oxunuşda bəyənilib.

Məlumata görə, hazırda millətçilər bu qanunu qəbul etməyi tələb edərək parlament binasını mühasirəyə alıblar. Aksiya zamanı Rusiya bayrağı yandırılıb. Şahidlərin sözlərinə görə, təhlükəsizlik əməkdaşları buna mane olmağa çalışsalar da bacarmayıblar.

Hakimiyyət əmin edib ki, vəziyyət nəzarət altındadır. Kiyevin mərkəzində hüquq-mühafizə orqanlarının təxminən dörd min əməkdaşı keşik çəkir. Ali Radanın mühafizəsi gücləndirilib.   /publika.az/

Kiyevdə vəziyyət nəzarətdən çıxır – Ali Rada mühasirəyə alındı – FOTOLAR

Ukrayna Ali Radasının deputatları ölkənin şərqində yaradılan Donetsk və Luqansk “xalq respublikaları”nı terror təşkilatı kimi tanımaqdan imtina ediblər.

Turkustan.info “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “News One” telekanalı bildirib.

Məlumata görə, Donbasın reinteqrasiyası haqqında qanun layihəsinə təklif olunan düzəlişə 340 parlament üzvündən yalnız 76-sı səs verib.

Ali Rada ikinci oxunuşda sənədə baxır. Sənəd sülh vaxtı prezidentə ölkənin müstəqilliyinin müdafiəsi üçün silahlı qüvvələrdən istifadə etmək hüququ verir. Onun qəbulu müharibə elan etmədən ölkənin şərqində ordunun tətbiqini qanuniləşdirməyə imkan verəcək.

Qanun layihəsində Kiyevin nəzarətində olmayan Donbasın əraziləri “işğal edilmiş ərazilər”, Rusiya isə “təcavüzkar ölkə” adlandırılır.

Sənəd 2017-ci ilin oktyabrında birinci oxunuşda bəyənilib.

Məlumata görə, hazırda millətçilər bu qanunu qəbul etməyi tələb edərək parlament binasını mühasirəyə alıblar. Aksiya zamanı Rusiya bayrağı yandırılıb. Şahidlərin sözlərinə görə, təhlükəsizlik əməkdaşları buna mane olmağa çalışsalar da bacarmayıblar.

Hakimiyyət əmin edib ki, vəziyyət nəzarət altındadır. Kiyevin mərkəzində hüquq-mühafizə orqanlarının təxminən dörd min əməkdaşı keşik çəkir. Ali Radanın mühafizəsi gücləndirilib.   /publika.az/

Ərdoğandan NATO-ya xəbərdarlıq: Bunu etsəniz…

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.

Turkustan.info xəbər verir ki, danışıq zamanı Ərdoğan Suriyada YPG-nin başçılığı ilə DSQ-yə bənzər yeni qüvvənin yaradılmasını qəbul etməyəcəklərini bildirib.

Türkiyə lideri deyib ki, belə bir qüvvənin yaradılması Suriyanın sabitliyinə və təhlükəsizliyinə ciddi zərbə vuracaq.

Ərdoğan əlavə edib ki, Türkiyə konstitusion haqlarından istifadə edərək sabitliyini və təhlükəsizliyini qoruyacaq.

Öz növbəsində Stoltenberq də vurğulayıb ki, terror hücumlarından qorunmaq Türkiyənin ən ali haqlarından biridir.   /Axar.az/

Türk generaldan Amerikaya son xəbərdarlıq

Rəsmi Ankara sözügedən planın reallaşmasına imkan verməyəcəklərini açıqlayıb

“Amerikanın PYD terrorçularını silahlandırmasına imkan tanımayacağıq”. Turkustan.info “Timeturk“ə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar NATO ölkələrinin Qərargah rəislərinin toplantısındakı çıxışı zamanı deyib.

“Terrorla mübarizədə NATO dürüst davranmalı və terrorçular arasında fərq qoymamalıdır. İŞİD-lə mübarizə nə qədər vacibdirsə, PYD, YPG, FETO ilə mübarizə də o qədər vacibdir. Biz müttəfiqimiz ABŞ-ın silahlandırdığı PYD-ni PKK terror təşkilatının bir qolu olaraq görürük. Onların bir-birləri ilə əlaqəli olduqları açıqdır. Hərçənd ki, özləri də etiraf edirlər. Bu səbəblə, Türkiyə PYD-nin silahlandırılmasına göz yummayacaq. Ümid edirik ki, Amerika yanlış davranışından tezliklə geri dönər” – Akar qeyd edib.

 Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi beynəlxalq koalisiyanın, əsas hissəsini PYD-nin təşkil etdiyi 30 minlik ordu yaratmaqla bağlı qərarı Türkiyədə ciddi narahatlığa səbəb olub. Koalisiyanın yeni qərarına əsasən, PKK terror təşkilatının Suriyadakı qolu kimi tanınan PYD Suriya Demokratik Qüvvələri adı altında ölkə sərhədlərini mühafizə etməlidir.

Rəsmi Ankara sözügedən planın reallaşmasına imkan verməyəcəklərini açıqlayıb. Bununla bağlı şəxsən prezident Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

“Amerikaya səslənirəm. Siz kimi aldadırsınız? PYD terror təşkilatını Suriya Demokratik Qüvvələri adı ilə meydana çıxarırsınız? “Fərat Qalxanı” əməliyyatında olduğu kimi, bir gecə qəfildən Afrinə girə bilərik. Əgər PYD Afrini, Münbiçi boşaldıb Fərat çayının şərqinə çəkilməsə, 1 həftəyə nələr edəcəyimizi görəcəksiniz” — Ərdoğan vurğulayıb.

ABŞ-ın PYD döyüşçülərindən ibarət ordu yaratmaqla bağlı planı barədə beynəlxalq koalisiyanın mətbuat katibi Tomas Vil açıqlama verib. Bu planın İŞİD-lə mübarizə çərçivəsində hazırlandığını deyən Vil bildirib ki, yaradılacaq ordunun əsas vəzifəsi Suriyanın İraq və Türkiyə ilə sərhəd bölgələrini və Fərat çayının ətrafını mühafizə etməkdir.    /sputnik.az/

Yaxın günlərdə Türkiyə ilə savaşacaq olan YPG-nin açıqlaması türkləri güldürdü

Türkiyənin sərhəd təhlükəsizliyini təmin etmək üçün Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasının ardından son hazırlıqlara başlanılıb.

Turkustan.info xəbər verir ki, yaxın günlərdə Afrinə girərək bölgəni terroristlərdən təmizləyəcək olan “Mehmetçik”, bölgədəki təhlükəsizliyi təmin edəcək.

Türk Silahlı Qüvvələri hərbi yüklərin bölgəyə daşınmasını davam etdirdiyini açılayarkən terror təşkilatı bunanla bağlı açıqlama verib. ABŞ-ın gücləndirməyə çalışdığı və hər cür dəstəyin verildiyi terror təşkilatı olan PKK/YPG Afrində türk əsgərlərinə qarşı müqavimət göstərəcəyini açıqlayıb.

Bundan başqa YPG komandirləri asan müharibə olmayacağını bildirib. Bun isə Türkiyədə ironiya ilə qarşılanıb.

Yaxın zamanlarda başlayacaq olan əməliyyatlarda Türkiyə ilk olaraq YPG-yə ABŞ-ın dəstəyini dayandırmaq üçün hava limanını ələ keçirməyi planlaşdırıb. Təxminən iki ay ərzində əməliyyatların sona çatacağı təxmin edilir.    /a24.az /

ABŞ Türkiyənin Afrin əməliyyatına “hə” DEDİ – MÜƏMMALI OYUN

Pentaqon Türkiyənin Afrin əməliyyatına mane olmayacaq.

Turkustan.info xəbər verir ki, bu barədə ABŞ-ın rəhbərliyi altında koalisiya güclərinin sözçüsü Ryan Dillon deyib.

“Afrin koalisiya güclərinin əməliyyat sahəsinə daxil deyil”, – deyə o bildirib.

Bunu “ABŞ-dan Türkiyəyə yaşıl işıq” olaraq dəyərləndirən ekspertlər Vaşinqtonun əslində böyük oyun oynadığını düşünürlər.  /Publika.az/

Əsəd ordusu İdlibə hücuma keçdi – Moskva Ankara ilə razılaşmanı pozdu

Suriyanın Hama və Hələb bölgəsindəki silahlı müxalifət Suriya ordusunun İdlib vilayətindəki hücumlarının qarşısını almaq üçün bu əraziyə yerləşib.

Turkustan.info xəbər verir ki, İdlib vilayətinin cənub-şərqinə dislokasiya olan müxalifət Əsəd qüvvələrinin sıxışdırdığı “Həya-Təhrir -əş-Şam” qruplaşmasına (keçmiş “Ən Nüsrə Cəbhəsi”) dəstək verəcək.

İnformasiya agentliklərinin məlumatına görə, Suriya ordusu 2015-ci ildə Suriya müxalifətinin nəzarətə götürdüyü Əbu-əd-Duhur aviabazasını geri qaytarmağa çalışır. Hökumət ordusuna hücumlarının sayını artıran muxalifət qüvvələri əsədçilərin İdlibin cənub-şərqində və Hələbin cənub-qərbində mühasirəyə aldığı silahdaşlarına yardım etməyə cəhd göstərir.

Qərb mediasının son məlumatlarına görə, 4 gün ərzində Suriya ordusu Hələbin cənub-qərbində 60 kəndi, o cümlədən Əbu-əd-Duhur aviabazasına doğru 26 kəndi azad edib. Maraqlıdır ki, İdlib Suriya hökumət qoşunlarının tam nəzarətindən çıxmış yeganə vilayətdir və bu bölgədə gərginlik Qərb ölkələrinin də narahatlığına yol açıb. 
Fransa və BMT-nin tənqidləri son 1 ayda döyüşlər nəticəsində 100 min İdlib sakinin Türkiyə sərhədinə doğru hərəkət etməsi və yeni qaçqın axını ilə bağlıdır.

İdlib bölgəsi ilə sərhədləri olan Türkiyə rəhbərliyi isə Rusiya və İrandan Bəşər Əsədə təzyiq göstərərək, İdlibə hücumlarını dayandırmağı  tələb edib. Yaranmış situasiyanı müzakirə etmək üçün yanvarın 9-da Ankara İran və Rusiya səfirlərini də Xarici İşlər Nazirliyinə çağırmışdı.

Rəsmi Ankara Moskva ilə Astanada əldə etdiyi razılığa əsasən, İdlibin atəşkəs rejiminə daxil olan bölgə kimi tanındığını xatırladıb.

Rusiyalı politoloq Leonid İsayevin fikrincə, Suriya ordusunun İdlibə irəliləməsi İran, Rusiya və Türkiyə arasında imzalanmış razılaşmanın şərtlərinin pozulmasıdır.

“Biz doğurdan da İdlibin döyüşlərdən azad ərazi olduğunu qəbul etmişdik. İndi baş verənlər bunun əksidir və türklər bizə bunu demək istəyirlər. Amma digər tərəfdən, Dəməşqin əlində başqa çarə də yoxdur”.

Ekspertin fikrincə, rəsmi Moskva Əsədə İdlibi azad etməyə birbaşa yardım göstərməsə də, özəl hərbi şirkətlərin döyüşçü və avadanlıqları Suriya ordusuna dəstək verəcək.    /Modern.az/

Türkiyə ordusunun ildırımsürətli əməliyyat planı açıqlandı

Hərbi əməliyyatın hər an başlaya biləcəyi bildirilir

 Türkiyə Silahlı Qüvvələri Amerikanın Suriyada dəstəklədiyi PYD terrorçularına qarşı hərbi əməliyyat planı hazırlayıb. Sözügedən plan hökumətə yaxın “Hürriyet” qəzetində yayımlanıb.

 Plana əsasən, PYD-nin nəzarətində olan Afrin bölgəsinə “Fərat Qalxanı” əməliyyatında olduğu kimi, əvvəlcə Azad Suriya Ordusunun (ASO) döyüşçüləri girəcək. Həmin ərəfədə Türkiyə ordusu da Afrinə top atışları ilə ASO-ya geniş sahələr yaradacaq.

Əməliyyatın ikinci mərhələsində Türkiyə Silahlı Qüvvələri həm havadan, həm də qurudan PYD terrorçularının nəzarətindəki bölgələrə daxil olacaq. Ən əsas hədəf isə terrorçuların havadan dəstək aldığı Minnak Hava Limanını ələ keçirməkdir.

Türkiyə mətbuatı ağır zirehli texnika və canlı qüvvələrin Suriya ilə sərhəddə yerləşdirildiyi xəbərini yayıb. Hərbi əməliyyatın hər an başlaya biləcəyi bildirilir.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi beynəlxalq koalisiyanın, əsas hissəsini PYD-nin təşkil etdiyi 30 minlik ordu yaratmaqla bağlı qərarı Türkiyədə ciddi narahatlığa səbəb olub. Koalisiyanın yeni qərarına əsasən, PKK terror təşkilatının Suriyadakı qolu kimi tanınan PYD Suriya Demokratik Qüvvələri adı altında ölkə sərhədlərini mühafizə etməlidir.

Rəsmi Ankara sözügedən planın reallaşmasına imkan verməyəcəklərini açıqlayıb. Bununla bağlı şəxsən prezident Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

“Amerikaya səslənirəm. Siz kimi aldadırsınız? PYD terror təşkilatını Suriya Demokratik Qüvvələri adı iləmi meydana çıxarırsınız? “Fərat Qalxanı” əməliyyatında olduğu kimi, bir gecə qəfildən Afrinə girə bilərik. Əgər PYD Afrini, Münbiçi boşaldıb Fərat çayının şərqinə çəkilməsə, 1 həftəyə nələr edəcəyimizi görəcəksiniz” — Ərdoğan vurğulayıb.

ABŞ-ın PYD döyüşçülərindən ibarət ordu yaratmaqla bağlı planı barədə beynəlxalq koalisiyanın mətbuat katibi Tomas Vil açıqlama verib. Bu planın İŞİD-lə mübarizə çərçivəsində hazırlandığını deyən Vil bildirib ki, yaradılacaq ordunun əsas vəzifəsi Suriyanın İraq və Türkiyə ilə sərhəd bölgələrini və Fərat çayının ətrafını mühafizə etməkdir.

Xatırladaq ki, rəsmi Ankara PYD-ni PKK terror təşkilatının Suriyadakı qolu hesab edir.

Türkiyə ordusunun ildırımsürətli əməliyyat planı açıqlandı

Hərbi əməliyyatın hər an başlaya biləcəyi bildirilir

 Türkiyə Silahlı Qüvvələri Amerikanın Suriyada dəstəklədiyi PYD terrorçularına qarşı hərbi əməliyyat planı hazırlayıb. Turkustan.info Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, sözügedən plan hökumətə yaxın “Hürriyet” qəzetində yayımlanıb.

 Plana əsasən, PYD-nin nəzarətində olan Afrin bölgəsinə “Fərat Qalxanı” əməliyyatında olduğu kimi, əvvəlcə Azad Suriya Ordusunun (ASO) döyüşçüləri girəcək. Həmin ərəfədə Türkiyə ordusu da Afrinə top atışları ilə ASO-ya geniş sahələr yaradacaq.

Əməliyyatın ikinci mərhələsində Türkiyə Silahlı Qüvvələri həm havadan, həm də qurudan PYD terrorçularının nəzarətindəki bölgələrə daxil olacaq. Ən əsas hədəf isə terrorçuların havadan dəstək aldığı Minnak Hava Limanını ələ keçirməkdir.

Türkiyə mətbuatı ağır zirehli texnika və canlı qüvvələrin Suriya ilə sərhəddə yerləşdirildiyi xəbərini yayıb. Hərbi əməliyyatın hər an başlaya biləcəyi bildirilir.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi beynəlxalq koalisiyanın, əsas hissəsini PYD-nin təşkil etdiyi 30 minlik ordu yaratmaqla bağlı qərarı Türkiyədə ciddi narahatlığa səbəb olub. Koalisiyanın yeni qərarına əsasən, PKK terror təşkilatının Suriyadakı qolu kimi tanınan PYD Suriya Demokratik Qüvvələri adı altında ölkə sərhədlərini mühafizə etməlidir.

Rəsmi Ankara sözügedən planın reallaşmasına imkan verməyəcəklərini açıqlayıb. Bununla bağlı şəxsən prezident Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

“Amerikaya səslənirəm. Siz kimi aldadırsınız? PYD terror təşkilatını Suriya Demokratik Qüvvələri adı iləmi meydana çıxarırsınız? “Fərat Qalxanı” əməliyyatında olduğu kimi, bir gecə qəfildən Afrinə girə bilərik. Əgər PYD Afrini, Münbiçi boşaldıb Fərat çayının şərqinə çəkilməsə, 1 həftəyə nələr edəcəyimizi görəcəksiniz” — Ərdoğan vurğulayıb.

ABŞ-ın PYD döyüşçülərindən ibarət ordu yaratmaqla bağlı planı barədə beynəlxalq koalisiyanın mətbuat katibi Tomas Vil açıqlama verib. Bu planın İŞİD-lə mübarizə çərçivəsində hazırlandığını deyən Vil bildirib ki, yaradılacaq ordunun əsas vəzifəsi Suriyanın İraq və Türkiyə ilə sərhəd bölgələrini və Fərat çayının ətrafını mühafizə etməkdir.

Xatırladaq ki, rəsmi Ankara PYD-ni PKK terror təşkilatının Suriyadakı qolu hesab edir.

Bu ölkə Kadırovu qara siyahıya saldı

Litva 49 rusiyalını qara siyahıya salaraq, onların ölkəyə girişini qadağan edib.

Turkustan.info xəbər verir ki, bu barədə informasiyanı Litva Miqrasiya Departamenti yayıb. Qara siyahıda olanlar sırasında Çeçenistan rəhbəri Ramzan Kadırov da yer alıb.

Siyahıda həmçinin Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin, İstintaq Komitəsinin sədr müavini Oleq Loqunov, məhkəmə hakimləri Yelena Staşina, Aleksey Krivoruçko, Svetlana Uxnaleva və Sergey Podopriqorovun da adının olduğu bildirilib.    /axar.az/

İlk zərbə ilə düşmənin həyat damarları kəsiləcək – ƏMƏLİYYAT PLANI

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu PYD-nin (PKK terror təşkilatının Suriya qanadı – red.) işğalında olan Suriyanın Afrin bölgəsini təmizləmək üçün hazırlıqlarını davam etdirir.
Turkustan.info Türkiyənin “Sabah” nəşrinə istinadən xəbər verir ki, Türkiyənin təlim verdiyi Azad Suriya Ordusunun 20 minlik hərbi gücə Afrin əməliyyatı üçün “hazır olun!” təlimatı verilib.
Məlumata görə, “Fərat Qalxanı” əməliyyatından sonra nizami orduya keçən Azad Suriya Ordusunda 30-ya yaxın alt qrup birləşdirilib. Əməliyyat üçün sərhəd xəttində hərbi texnika və canlı qüvvənin toplanması davam etdirilir. Sərhəddə səhra xəstəxanaları qurulub.
Əməliyyat planına görə, Türkiyə ordusu və Azad Suriya Ordusu Azez, Kel Gibrin və Maredən başlayaraq, PYD/YPG tərəfindən işğal olunmuş bölgələrə irəliləyəcək. Afrin əməliyyatı türk bazalarının olduğu Salvah və Seman bölgələrindən, həmçinin Hatay ilə Kilis arasındakı nəzarət məntəqələrində yerləşdirilən haubitsalar və tank atəşləri ilə dəstəklənəcək.
Əməliyyatın birinci mərhələsində “Mehmetçik” və Azad Suriya Ordusu Tel Rıfat və Minnak hərbi hava bazasını ələ keçirərək Afrində yerləşən terrorçuların həyat damarlarını kəsəcək.  /Publika.az/

“Mehmetcik” ABŞ-ın elit qoşunu ilə savaşın BİR ADDIMLIĞINDA – FOTOFAKTLAR +VİDEO

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu PYD-nin (PKK terror təşkilatının Suriya qanadı – red.) işğalında olan Suriyanın Afrin bölgəsini təmizləmək üçün hazırlıqlarını davam etdirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün verdiyi açıqlamasında Afrin əməliyyatının hər an başlaya biləcəyini deyib. Ölkə sərhədlərində terror ordusunun qurulduğunu deyən Ərdoğan qeyd edib ki, Türkiyənin üzərinə düşən iş onu qurulmadan boğmaqdır.

“PYD, YPG, PKK, DEAŞ… Nə olursunız-olun, sizi məhv edəcəyik. Bunun başqa yolu yoxdur. ABŞ sərhəddə 30 min nəfərlik ordu qurur. ABŞ-ın artıq söz oyunlarından imtina edərək gerçək niyyətini açıqlamasını istəyirik”, – Türkiyə prezidenti bildirib.

Ərdoğan qeyd edib ki, 30 min nəfərlik ordu onu quranları tam təmsil edə bilməyəcək və strateji tərəfdaşı qarşısında rüsvay olacaqlar.

Türkiyənin “Sabah” nəşri isə Ərdoğanın “ordu qurduğunu hesab edənlər, bir həftə keçmədən necə darmadağın edəcəyimizi görəcəklər” sözləri ilə anonsunu verdiyi Afrin əməliyyatının detalları barədə yazıb. Nəşrin xəbərinə görə, Türkiyə ordusu Afrini tamamilə müşahidə edə bilən 4 strateji nöqtədə yerləşdirilib.

Plana görə, xüsusi təyinatlı qüvvələrin (“Bordo Beretlilər”, sualtı hücum (SAT) və sualtı müdafiə (SAS) – red.) hərəkətə keçməsi ilə əməliyyat başlanacaq. Dünyanın ən yaxşı xüsusi təyinatlı qüvvələrindən olan “Bordo Beretlilər”, həmçinin yaradıldığı 1960-cı illərdə “dünyanın ən təhlükəli əsgərləri” adlandırılan SAT/SAS birlikləri ilə terrorçulara ağır zərbələrin endirilməsi planlaşdırılır.

Türkiyə KIV-i anons edilən əməliyyat öncəsi Afrindəki son vəziyyət, bölgənin demoqrafik quruluşu, YPG (PYD-nin silahlı qanadı – red.) və YPJ-nin (YPG-nin qadınlardan ibarət bölməsi – red.) tərkibindəki döyüşçülərin sayı barədə yazıb. Maraq doğuran digər bir məsələ Afrində ABŞ və Rusiya hərbçilərinin sayıdır.

Publika.az Türkiyə KİV-inə istinadən bu sualların cavablarını fotoqrafiklərlə təqdim edir.

1. Afrindəki son vəziyyət

2. Afrində demoqrafik quruluş

Afrin əhalisi 500 min təşkil edir. Əhalinin yarısı ərəblərdən ibarətdir. Kürdlər sayca ikinci yerdədirlər. Türkmanlar isə Afrin əhalisinin 8 faizini təşkil edir.

3. Terror təşkilatının hərbi gücü

Afrində PYD-nin döyüşçülərinin sayı 13 minə çatır.

4. Afrində ABŞ və Rusiya hərbçilərinin sayı

Rəsmi rəqəmlərə görə, Suriyada ABŞ-ın təxminən 2 minlik elit qoşunu var. Onların yarısı Afrindədir. Bölgədə təxminən 70 Rusiya hərbçisinin olduğu bildirilir.

Türkiyə təhlükədə – ABŞ terrorçulardan ibarət ordu yaradır

ABŞ PKK/PYD terror qruplaşmalarının üzvlərindən ibarət 30 minlik ordu yaradır.
Bu barədə “Röyters” agentliyi etibarlı mənbəyə istinadən məlumat yayıb.
ABŞ-ın rəhbərliyi altında İŞİD terror təşkilatına qarşı mübarizə məqsədi ilə formalaşdırılan koalisiyanın mətbuat xidmətinin rəhbəri Tomas Vil bildirib ki, söhbət Suriya-Türkiyə və Suriya-İraq sərhədlərini qoruyacaq ordunun yaradılmasından gedir.
Ordu əsasən PYD üzvlərindən ibarət olacaq və Suriya Demokratik Qüvvələri tərəfindən idarə ediləcək.
“Röyters” xəbər verir ki, Türkiyə tərəfi plandan məlumatlıdır və ötən həftə XİN-ə çağırılan ABŞ səfirinə bu barədə xəbərdarlıq edilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün planı nəzərdə tutaraq “Bir araya yığıb ordu sandıqları terrorçu düşərgəsini, bir həftə keçməz, necə darmadağın edəcəyimizi görəcəklər”, – deyə bildirib.   /Teleqraf.com/

İran aksiyalar zamanı neçə nəfərin öldüyünü açıqladı

İran məhkəmə hakimiyyəti son aksiyalarda ölən və yaralananların sayını açıqlayıb.

“Press TV” telekanalı aksiyalar zamanı 25 nəfərin öldüyü, 400 nəfərin saxlanıldığının açıqlandığı barədə məlumat yayıb.

Bundan əvvəl aksiyalar zamanı 20 nəfərin öldüyü, 450 nəfərin saxlanıldığı açıqlanmışdı.

Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb. İran hakimiyyəti yanvarın 3-də aksiyaların başa çatdığını bəyan edib.   /APA/

Türkiyə təhlükədə – ABŞ terrorçulardan ibarət ordu yaradır

ABŞ PKK/PYD terror qruplaşmalarının üzvlərindən ibarət 30 minlik ordu yaradır.
Turkustan.info xəbər verir ki, bu barədə “Röyters” agentliyi etibarlı mənbəyə istinadən məlumat yayıb.
ABŞ-ın rəhbərliyi altında İŞİD terror təşkilatına qarşı mübarizə məqsədi ilə formalaşdırılan koalisiyanın mətbuat xidmətinin rəhbəri Tomas Vil bildirib ki, söhbət Suriya-Türkiyə və Suriya-İraq sərhədlərini qoruyacaq ordunun yaradılmasından gedir.
Ordu əsasən PYD üzvlərindən ibarət olacaq və Suriya Demokratik Qüvvələri tərəfindən idarə ediləcək.
“Röyters” xəbər verir ki, Türkiyə tərəfi plandan məlumatlıdır və ötən həftə XİN-ə çağırılan ABŞ səfirinə bu barədə xəbərdarlıq edilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün planı nəzərdə tutaraq “Bir araya yığıb ordu sandıqları terrorçu düşərgəsini, bir həftə keçməz, necə darmadağın edəcəyimizi görəcəklər”, – deyə bildirib.   /Teleqraf.com/

İran aksiyalar zamanı neçə nəfərin öldüyünü açıqladı

İran məhkəmə hakimiyyəti son aksiyalarda ölən və yaralananların sayını açıqlayıb.

Turkustan.info-nun məlumatına görə, “Press TV” telekanalı aksiyalar zamanı 25 nəfərin öldüyü, 400 nəfərin saxlanıldığının açıqlandığı barədə məlumat yayıb.

Bundan əvvəl aksiyalar zamanı 20 nəfərin öldüyü, 450 nəfərin saxlanıldığı açıqlanmışdı.

Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb. İran hakimiyyəti yanvarın 3-də aksiyaların başa çatdığını bəyan edib.   /APA/

Müharibə hazırlığı: İrana 5 min raket satılacaq

Rusiya İordaniyada hərbi hava bazası yarada bilər.Belə bir açıqlama ilə Livanın “Əd-Diyar” qəzeti çıxış edib. Mənbə qeyd edir ki, prezident Donald Tramp Səudiyyə Ərəbistanını və vəliəhd Məhəmməd bin Salmanı üstün tutaraq, İordaniya ilə əlaqələri görməməyə başladıqdan sonra ABŞ-la ərəb ölkələri arasındakı münasibətlər iki amildən asılıdır. Birincisi, Amerika prezidenti, onun kürəkəni və Məhəmməd bin Salmanla münasibətlərin səviyyəsindən.Digər tərəfdən, İordaniya ABŞ və Səudiyyə Ərəbistanının mövqeyini əsas götürüb.Bu, xüsusilə, sonuncunun maliyyə yardımlarını da məhdudlaşdırması fonunda baş verir. “Tramp administrasiyası İordaniya ordusuna 750 milyon dollar ayıraraq, bu məbləği 1,5 milyard dollara çatdırmağı vəd etsə də vədini yerinə yetirmədi və onu hazırkı həcmində saxladı. 

İordaniya kralı II Abdulla İsrailin baş naziri Benyamin Netanyahu, Səudiyyə Krallığının vəliəhdi Məhəmməd bin Salman və Tramp administrasiyası ilə, xüsusilə də Ağ Evdə böyük təsirə malik olan kürəkəni Kuşnerlə ittifaqın onun ölkəsi üçün təhlükəli şərait yaratdığını anlayır. Ona görə də İordaniya kralı Suriyaya səfər etmək və Rusiya prezidenti Vladimir Putinlə görüşmək, öz növbəsində onu ölkəsinə dəvət etmək istəyir.Bu onunla nəticələnəcək ki, İordaniya Moskvanın tələbini təmin edərək Əl-Mafrak əyalətindəki Rusiya təyyarələri üçün hərbi hava bazasının yaradılmasına razılıq verəcək. Ölkənin həmin bölgəsində ərazisi xeyli kiçik olan Hmeymdən fərqli olaraq, Rusiya hərbi-hava bazasının yerləşdirilməsi üçün geniş ərazilər var. Bu hərbi bazanı quracağı təqdirdə, Rusiya Əl-Mafrak vasitəsilə İraq, Suriya və İsraillə sərhəddə, o cümlədən, Qırmızı dənizin sahilində mövqeyini möhkəmlədə bilər. Rusiyanın Əl-Mafrakdan havaya qalxan hərbi təyarələri yüksəklikdə uçmaqla 10 dəqiqə ərzində Fars Körfəzinə çatmaq imkanı əldə edəcək.Söhbət Rusiyanın ən müasir “Su-35” qırıcılarından gedir.Əgər İordaniya öz ərazisində Rusiya hərbi-hava bazasının təşkilinə razılıq versə, Moskva bu ölkədəki hakim rejimin istənilən xarici müdaxilədən, hətta İsraildən müdafiəsini öz üzərinə götürəcək.Bu həmçinin, Səudiyyə Ərəbistanı tərəfindən İordaniyaya qarşı atıla biləcək hər hansı addımın qarşısını almaqla yanaşı, ABŞ-Səudiyyə arasında Rusiya-İordaniya ittifaqları arasında balansın formalaşmasını təmin edəcək.

Bundan başqa, Rusiya il ərzində bir milyard dollarlıq krallığa ödəyəcək. Rusiyanın qabaqcıl əkinçilik müəssisələrinə tələbatının ödənilməsi üçün İordaniyada kənd təsərrüfatının əhəmiyyətli hissəsinə sərmayə qoyulacaq.Bu, İordaniya iqtisadiyyatının vacib sahələrindəndir və ildə iki milyard dollar gəlir gətirir.Kənd təsərrüfatı məhsulları əsasən Fars Körfəzi ölkələrinə ixrac olunur. Əgər Səudiyyə Ərəbistanı, eləcə də Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər və Küveyt tərəvəz və kənd təsərrüfatı məhsullarının öz ölkəsinə idxalının qarşısını almaq üçün nəqliyyat məntəqələrini bağlasa, Rusiya anti-Səudiyyə mövqeyinə keçməklə buna “S-400” zenit-raket komplekslərinin Ər-Riyada satışını dayandırmaqla cavab verəcək. 

Əlavə olaraq, Rusiya İranı ballistik raketlərlə təmin edə bilər.Çünki Rusiya ilə ABŞ münasibətləri “soyuq müharibə” dövrünə qayıdır.Rusiya ərazisində artıq istifadə olunmayan yüzlərlə ballistik raket mövcuddur. Hazırda hər biri üç ayda eyni sayda olmaqla 7 il ərzində 5 min ballistik raketin istehsalı proqramı üzərində iş aparılır. Həmin raketlər İrana verilə bilər.ABŞ isə bu proqramın qarşısını ala bilmir. İranın sərəncamında beş min ballistik raketin olması körfəz ölkələri və Amerikann Səudiyyə Ərəbistanında, BƏƏ-də, Küveytdə və Qətərdəki hərbi bazaları üçün ən böyük təhlükə olacaq. ABŞ sanksiyalarının tətbiqinə dair mövqeyini sərtləşdirmək üçün Moskva İranı ilk dəfə “S-600” raketləri ilə təmin edə bilər.Hazırda bu sistemlər İrandan başqa heç bir ölkəyə tədarük edilmir.Adıçəkilən müdafiə sistemlərinin alınması ABŞ-ın raket və havadan zərbə imkanlarının İran tərəfindən sıradan çıxarılmasına kömək etmiş olar

.Qeyd edək ki, Rusiyanın Suriya ərazisindəki Tartus limanında və Hmeymdə iki hərbi-hava bazası yerləşir.2017-ci ilin dekabr ayında prezident Vladimir Putinin Qahirəyə səfəri zamanı Misirin Aralıq dənizi sahilində yerləşən “Sidi-Barrani” hərbi hava bazasının Rusiya tərəfindən yenidən qurulması və istifadəsinə dair razılaşma əldə olunub.

Beləliklə, Rusiya Aralıq dənizi sahilində ABŞ-ın raketdən müdafiə sistemlərinə qarşı strateji mövqelər qazanıb. Əgər İordaniyadakı “Əl-Mafrak” bazasının da istismarına nail olunsa, Rusiya ərəb coğrafiyasındakı itirdiyi mövqeləri nəinki bərpa edə bilər, hətta geostrateji mövqeyinə görə ABŞ-ın əsas rəqibinə çevrilmək imkanına yiyələnəcək. Rusiyanın “Sidi-Bərrani” HHB-dan istifadəsi Liviyaya müdaxilə etməyə və yaxın perspektivdə bu ölkədə öz hərbi bazasını qurmağa çalışacağı istisna olunmur.Bu da adıçəkilən hərbi bazanın Liviyada həmsərhəd ərazidə yerləşməsi ilə bağlıdır. Livan mediasının açıqlamasından göründüyü kimi, Rusiya hazırda Fars Körfəzinə asan çıxış əldə etmək istəyir ki, bu da həmin bölgədə Vaşinqton və Moskva arasındakı geosiyasi ziddiyyətlərin artacağından xəbər verir. Çünki İordaniyada ABŞ-ın 7000 nəfərlik hərbçi də daxil olmaqla hərbi-hava bazası var. Bir ölkədə həm ABŞ-ın, həm də Rusiyanın hərbi bazasının olması rəsmi Əmmanın xarici siyasətində balansın dəyişməsinə səbəb olacaq. Ona görə də Kral II Abdullaya qarşı xüsusilə, Qərbin və onların bəzi ərəb müttəfiqlərinin təzyiqlərinin güclənəcəyi gözləniləndir.

Ancaq Rusiyanın qeyd edilən üstünlüyə malik olması paralel olaraq, İranın da xeyrinə işləyən amil hesab oluna bilər.Çünki Rusiyanın Yaxın Şərqdə, o cümlədən, Fars Körfəzi regionunda möhkəmlənən siyasi çətiri altına sığınmaq İran üçün daha təhlükəsiz şərait yaradır.  /Cebhe.info/

Bu gözəl koreyalı qadın danışıqlara qatılsın – Tramp

ABŞ Prezidenti Donald Trampın qadın düşkünlüyü ilə yenidən gündəmə gəlib.

Turkustan.info xəbər verir ki, Amerika kəşfiyyatına çalışan və Pakistanda uzun müddətdir əsir saxlanılan bir ailə ilə bağlı brifinq keçirən qadın iclas zamanı gözlənilmədən Trampın “Haralısan?” sualı ilə üz-üzə qalıb. Qadının Nyu Yorkdan olduğunu bildirdikdən sonra Tramp kifayətlənməyərək “Sənin insanların haralıdır” sualnı verib. Bu zaman qadın ailəsinin Koreyadan olduğunu bildirib. Cavabı dinlədikdən sonra Tramp öz müşavirinə dönərək, “bu gözəl koreyalı xanım niyə Şimali Koreya ilə danışıqlar heyətində yoxdur?” sualını verib.

Trampın bu davranışı artıq sosial şəbəkələrdə böyük etirazlara səbəb olub.  /Axar.az/

İran MOSSAD-ın planını ortaya çıxardı – Gizli səs yazısı

İran MOSSAD-ın ölkədə etiraz aksiyalarının keçirilməsində iştirakını sübut edən səs yazısı paylaşıb.

Turkustan.indo xəbər verir ki, Tehranın yaydığı səsyazısında MOSSAD nümayəndəsi ilə iranlı müxalif Ruhullah Zeiminin danışıqlarının yer aldığı bildirilib. Belə ki, farsca aparılan danışıqlarda MOSSAD nümayəndəsi Zeimidən televiziya qurmasını və İran əleyhinə yayım həyata keçirmələrini istəyib. Zeimi isə bu təklifi qəbul edib və Avropadakı İran əleyhdarlarını öz yanında topladığını bildirib.

İran tərəfinin iddiasına görə, bu danışıqlar Teleqram sosial şəbəkəsi vasitəsilə aparılıb. Məlum səsyazısının Rusiya kəşfiyyatı tərəfindən Tehrana ötürüdüyü iddia olunur.

Qeyd edək ki, bundan öncə İran ölkədəki etirazçıların Teleqram vasitəsilə toplandığına dair iddialar səsləndirmişdi.    /Axar.az/

ABŞ İrana “sonuncu şans” verdi

Ağ Ev administrasiyası İrana qarşı sanksiyaların ləğvinə dair status-kvonu sonuncu dəfə uzadıb.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp İranla əldə edilən nüvə sazişinə sadiq qalacaqlarını bildirib.  Turkustan.info Sputnik-ə istinadən xəbər verir ki, Ağ Ev administrasiyası İrana qarşı sanksiyaların ləğvinə dair status-kvonu sonuncu dəfə uzadıb.

Bu barədə Ağ Evdən rəsmi bəyanat verilib.

“2015-ci ildə imzalanan nüvə müqaviləsinin sanksiyalara dair maddəsi hələlik ləğv edilməyəcək. Ancaq atdığımız bu addım Tehrana sonuncu xəbərdarlıq. Bu ölkə terrorçulara dəstəyini dərhal kəsməlidir” – bəyanatda qeyd olunub.

İŞİD silahları hansı ölkələrdən alır?

Suriya və İraqda İŞİD terror təşkilatı tərəfindən istifadə edilən silahların mənşəyi ilə bağlı əhəmiyyətli məlumatlar məlum olub.

Turkustan.info  “Deyli Meil”ə istinadən xəbər verir ki, bu silahların 43.5% -i Çin istehsalıdır. Bundan başqa, İŞİD-in burada istifadə etdiyi silahların 12.1 %-i Rumıniyaya, 9.6 %-i Rusiyaya, 7.2 %-i Macarıstana, 5.3 %-i Bolqarıstana, 4 %-i Serbiyaya, 3.6 %-i Almaniyaya, 3.2 %-i İraqa, 2.2 %-i Polşaya, 2.1 %-i Çexiyaya, 1.8%-i ABŞ-a, 0.9 %-i isə İrana məxsusdur.   /Axar.az/

Putinlə Trampın Türkiyənin bu ərazisinin işğalı haqda MƏXFİ RAZILIĞI – Ankaraya XAİN ZƏRBƏ

ABŞ və Rusiya Suriyanın şimalında PYD-nin silahlı qanadı YPG-dən təşkil olunmuş Suriya Demokratiya Qüvvələri (SDQ) üzərində razılaşıb.

Turkustan.info xəbər verir ki, bu iddia ilə Londonda fəaliyyət göstərən Səudiyyə Ərəbistanına yaxın “Şarkul Awast” qəzeti çıxış edib.

Qəzet yazır ki, ABŞ və SDQ arasında hərbi, siyasi və diplomatik sahədə anlaşma əldə olunub.

Anlaşmanın detalları:

1. SDQ-yə hərbi və diplomatik dəstəyin artırılması.
2. SDQ-nin nəzarət etdiyi bölgənin müdafiə olunması və nizamlı ordunun qurulması üçün hərbi təlimlərin keçirilməsi.
3. Daxili təhlükəsizliyi qorumaq məqsədilə SDQ-nin polis qüvvələrinin yaradılması.
4. İŞİD-dən alınan bölgələrdə yerli hakimiyyətlərin gücləndirilməsi.
5. Müharibədən sonra bölgənin yenidən inşa olunması və humanitar yardımların edilməsi üçün koalisiya ölkələrinin yenidən birləşdirilməsi.
6. Yardımların edilməsi və inkişafın təmini üçün büdcənin formalaşdırılması.
7. SDQ-nin nəzarətindəki bölgələrdə neft, təbii qaz, su kimi sərvətlərin istismara verilməsi.
8. Hökumət qurumlarının və məhkəmə sisteminin qurulması, bu qurumlarda işləyəcək şəxslərə təlimlərin keçirilməsi.
9. Bölgədə hava müdafiə sisteminin qurulması.
10. Beş nöqtədə ABŞ-ın hərbi bazalarının yaradılması və bu bazalara 1000-ə qədər əsgərin yerləşdirilməsi.
11. Amerikalı diplomatların bölgəyə göndəriməsi, diplomatik ofislərin yaradılması.
12. Suriya probleminin həllinin müzakirə edildiyi Cenevrə görüşlərinə SDQ-nin də qatılmasını təmin etmək üçün diplomatik fəaliyyətin gücləndirilməsi.
13. Bölgədə keçiriləcək seçki prosesinə dəstəyin verilməsi.
14. Bəşər Əsəd rejimi ilə SDQ arasında keçiriləcək müzakirələrə dəstəyin verilməsi.

Qəzetin iddialarına görə, Rusiya və ABŞ bu məsələdə birgə hərəkət etməklə bağlı gizli şəkildə anlaşıb.

Qeyd edək ki, Türkiyə Suriyada PKK/PYD terroruçularından formalaşdırılan SDQ-nin legitimliyini qəbul etmir. İŞİD-dən sonra kürd kartını istifadə etməyə başlayan Amerika isə bölgədə PKK/PYD terrorçularını SDQ adı altında təşkilatlandıraraq, güclü ordu yaratmağı və Türkiyənin cənub sərhədlərində “kürd dəhlizi” layihəsini həyata keçirməyi, həmçinin, Suriyada Türkiyə-İran-Rusiya üçlüyünə qarşı güc formalaşdırmağı planlaşdırır. Lakin bunun fonunda Rusiyanın ABŞ-la anlaşdığı haqda iddialar diqqət çəkir.

ABŞ-ın “kürd dəhlizi” layihəsinin əsas hədəfi Türkiyənin cənub sərhədlərinin işğal edilməsi və Ankaranın ərəb dünyasına çıxışını bağlamaq, eləcə də, bölgədə gələcək kürd dövlətinin yaradılmasına zəmin yaratmaqdır.    /Publika.az/

Rusiyadan ABŞ və NATO-ya qarşı SƏRT ADDIM

Baltik dənizi üzərindəki hava sahəsində NATO və ABŞ-ın müharibə təyyarələri ilə daim qarşı-qarşıya gələn Rusiya həmin ərazini “S-400” havadan müdafiə sistemi ilə gücləndirir.
Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baltik Sərhədlərinə nəzarət edən komandir Aleksandr Nosatov mətbuat konfransında məlumat verib.
O, Baltik dənizi ərazisindəki raketdaşıyan gəmilər ailəsinə yeni təkmilləşdirilən kiçik raket gəmiləri əlavə edəcəklərini deyib. Bu sitemə, həmçinin, 1 ədəd “S-400” batareyası da əlavə ediləcək.

İran prezidentindən qalmaqallı sərəncam – Nüvə mühərriki yaradılacaq

İran Prezidenti Həsən Ruhani nüvə mühərrikinin yaradılması haqqında sərəncam imzalayıb.

Bu barədə məlumat verən İranın Nüvə Enerjisi üzrə Agentliyinin rəhbəri Əli Əkbər Salehi bildirib ki, hazırda agentliyin mütəxəssisləri Prezidentin sərəncamının icrası ilə məşğuldurlar. Nüvə mühərriki sülh məqsədləri üçün istifadə olunacaq. Yaradılacaq nüvə mühərrikinə İran gəmiçiliyinin daha çox ehtiyacı var. Böyük və uzaq mənzillərə üzən gəmilər məhz nüvə mühərriki ilə hərəkət edir.

Lakin yerli mətbuat yazır ki, Prezident Həsən Ruhani Prezident Donald Trampın 2015-ci ildə İran ilə Qərb dövlətləri arasında imzalanmış razılaşmanı tanımaqdan imtina etdiyinə görə cavab addımı atıb.

Ə.Ə.Salehi vurğulayıb ki, ABŞ administrasiyası imzalanan razılaşmaya məhəl qoymayaraq İrana qarşı iqtisadi sanksiyaları uzatmaqda davam etsə, onda rəsmi Tehran nüvə proqramını bərpa edəcək.    /Cebhe.info/

Soyunub prezidentə hücum etdi – VİDEO

“Femen” hərəkatının yarıçılpaq fəalı Praqadakı seçki məntəqəsində Çexiya prezidenti Miloş Zemana hücum edib.

Turkustan.info xəbərinə görə, Zeman məntəqəyə gələndə yarıçılpaq qadın ona hücum edərək səs verməsinə mane olmağa cəhd göstərib.
Hücum edəni prezident mühafizəçiləri saxlayıb və onu məntəqədən uzaqlaşdırıblar.

 /Unikal.org/

İsrail Suriyada müharibəyə başlayır? – İddia

Birbaşa münaqişəyə səbəb olsa belə İsrail ordusu Suriyadakı hədəfləri vurmağa davam edəcək.

Turkustan.info xəbər verir ki, bu barədə “Maariv” qəzeti məlumat yayıb.

“Son zamanlar İsrailin Nazirlər Kabinetində daim ölkənin şimal sərhədlərindəki vəziyyətin müzakirə edilməsi, Livan və Suriya sərhədlərində gərginliyin artması onu göstərir ki, rəsmi Tel-Əviv Suriyadaı hədəfləri vurmaqdan çəkinməyəcək”, – qeyd edilib.

Yazıda onu vurğulanıb ki, İsrail heç bir zaman sərhədləri yaxınlığında İranın daimi varlığını qəbul etməyəcək.  /Axar.az/

Putinin işğal edilən ərazilərlərlə bağlı 6 İLLİK PLANI ORTAYA ÇIXDI: Kreml çalışacaq ki…

“2018-ci il Rusiya üçün keçid ili olacaq, buna görə də Donbasda kəskin dəyişiklikləri gözləmək lazım deyil”.

Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bunu politoloq, beynəlxalq hüquq mütəxəssisi, “Ukrayna Avropada” beynəlxalq təşkilatın vitse-prezidenti Vladimir Poselskiy “Apostrof” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Kreml münaqişəni dondurmağa çalışacaq.

“Birincisi, martda prezident seçkiləri keçiriləcək. İkincisi, yayda futbol üzrə dünya çempionatı olacaq. Rusiya maraqlıdır ki, hər şey mümkün qədər yaxşı keçsin, bu, onun üçün imic məsələsidir. Bundan başqa, onlar böyük miqdarda pul xərcləyiblər. Yəni, o vaxta qədər vəziyyət dəyişməyəcək. Həmçinin, qarşıda prezident Vladimir Putinin daha altı illik hakimiyyət dövrü var. Düşünürəm ki, Rusiyanın mövqeyi əsaslı şəkildə dəyişməyəcək”, – ekspert vurğulayıb.

Politoloq fikirlərini əsaslandırmaq üçün Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasinin fikirlərini xatırladıb. Karasin qeyd edib ki, Rusiya üçün yalnız Ukraynaya sərhədə nəzarət etməyə imkan verməmək deyil, həm də orada hansısa sülhməramlıların yerləşməsinə maneə olmaq əhəmiyyətlidir, çünki Rusiya Donbas sakinlərinin həyatı haqqında düşünür.

“Yəni, Rusiya dəqiq mövqe tutur və biz hamınız anlayırıq ki, söhbət Dnestryanı ərazi kimi münaqişənin dondurulmasından gedir. Vəziyyət Rusiyanın hərbi və iqtisadi planda Donbasın dəstəyinə pul xərcləməkdən imtina etməsinə qədər dəyişməyəcək”, – Poselskiy yekunlaşdırıb.

Qeyd edək ki, Donetsk və Luqansk vilayətlərinin bir hissəsi rusmeylli separatçıların işğalı altındadır. Kiyev işğal olunmuş ərazilərdə nizami Rusiya ordusunun olduğunu bildirsə də, Moskva bu iddianı qətiyyətlə rədd edir.

Vladimir Jirinovskidən Ukraynaya təhdid: “Sizi güllələyəcəyik” – VİDEO

“Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ukraynalı politoloq Vadim Tryuxana qarşı sərt ifadələr işlədib.

Buna səbəb isə ukraynalı politoloqun Jirinovskinin çıxışını sirk adlandırması olub.

“Sizi güllələyəcəyik, alçaq və vicdansızlar. Siz əclaf və cinayətkarsınız. Siz artıq 10 min nəfəri məhv etmisiz. Hər biri üçün cavab verəcəksiz”, – deyə Jirinovski bildirib.   /Axar.az/

ABŞ-a yeni təhdid: Çin kosmosu ələ keçirir

Çində kosmik texnologiyalarla bağlı tədqiqatlar və istehsala yatırılan investisiyaların artırılması Amerika tərəfindən cavabsız qalmamalıdır.

Bunu ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə Komitəsinin iclasında çıxışı zamanı konqresmen Duq Lamborn söyləyib. Onun sözlərinə görə, Çinin peyk sənayesi təhdid xarakteri daşıyan tempdə artır. O, son iki ildə Çin zavodlarında 40 kosmik aparatın istehsal edildiyini bildirib.

İclasda çıxış edən Asiya Tədqiqatlar Mərkəzinin eksperti Dina Çenq isə Pekinin aktiv şəkildə ucuz peyklər hazırladığını bildirib:

“Nəticədə Nigeriya, Boliviya və Venesuela kimi ölkələr Çin aparatlarını ucuz qiymətə ala bilərlər. Onlara isə bu təklifi heç bir başqa istehsalçı təklif edə bilməz. Bu, ABŞ-ın “Boinq” şirkətinin dünya bazarındakı mövqelərinə təhdid yaradır”.

Qeyd edək ki, Çin 2020-ci ildə qlobal naviqasiya sistemi yaratmağı planlaşdırır. Beidou-3 adlanacaq sistemin daxilində 35 peyk yer alacaq. Bu, Çini Rusiya və ABŞ-dan sonra öz naviqasiya sistemi olan üçüncü ölkə edəcək.   /Axar.az/

Vladimir Jirinovskidən Ukraynaya təhdid: “Sizi güllələyəcəyik” – VİDEO

“Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ukraynalı politoloq Vadim Tryuxana qarşı sərt ifadələr işlədib.

Turkustan.info xəbər verir ki, buna səbəb isə ukraynalı politoloqun Jirinovskinin çıxışını sirk adlandırması olub.

“Sizi güllələyəcəyik, alçaq və vicdansızlar. Siz əclaf və cinayətkarsınız. Siz artıq 10 min nəfəri məhv etmisiz. Hər biri üçün cavab verəcəksiz”, – deyə Jirinovski bildirib.   /Axar.az/

ABŞ-a yeni təhdid: Çin kosmosu ələ keçirir

Çində kosmik texnologiyalarla bağlı tədqiqatlar və istehsala yatırılan investisiyaların artırılması Amerika tərəfindən cavabsız qalmamalıdır.

Turkustan.info xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə Komitəsinin iclasında çıxışı zamanı konqresmen Duq Lamborn söyləyib. Onun sözlərinə görə, Çinin peyk sənayesi təhdid xarakteri daşıyan tempdə artır. O, son iki ildə Çin zavodlarında 40 kosmik aparatın istehsal edildiyini bildirib.

İclasda çıxış edən Asiya Tədqiqatlar Mərkəzinin eksperti Dina Çenq isə Pekinin aktiv şəkildə ucuz peyklər hazırladığını bildirib:

“Nəticədə Nigeriya, Boliviya və Venesuela kimi ölkələr Çin aparatlarını ucuz qiymətə ala bilərlər. Onlara isə bu təklifi heç bir başqa istehsalçı təklif edə bilməz. Bu, ABŞ-ın “Boinq” şirkətinin dünya bazarındakı mövqelərinə təhdid yaradır”.

Qeyd edək ki, Çin 2020-ci ildə qlobal naviqasiya sistemi yaratmağı planlaşdırır. Beidou-3 adlanacaq sistemin daxilində 35 peyk yer alacaq. Bu, Çini Rusiya və ABŞ-dan sonra öz naviqasiya sistemi olan üçüncü ölkə edəcək.   /Axar.az/

Ərdoğan ABŞ-ı hədəf aldı, yeni müharibə anonsu verdi

“Fərat Qalxanı” əməliyyatını daha da genişləndirəcək gücümüz var, oralarda dövlət qurmaq istəyənlər ovuclarını yalayar”
Bizim terrorçu olaraq tanıdığımız YPG/PYD-yə silah göndərən Amerika səbr kasamızı doldurur.

Sputnik Azərbaycan “Sözcü”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanat verib: “Heç kəs bizi sınağa çəkib səbrimizi yoxlamasın. Artıq səbr kasamız dolmaq üzrədir. ABŞ-ın elədiklərinə sona qədər səssiz qalacağımızı bizdən gözləməsinlər. Türkiyə onların düşündüyü bir ölkə deyil”.

“YPG/PYD-yə qarşı Suriyada əməliyyat başlatmağa həm haqqımız, həm də gücümüz var. Sərhədlərimizdə terror koridoru formalaşdırmaq istəyənləri görürük. İraqda və Suriyada baş verənlərin, hazırlanan sistemin nəyə qulluq etdiyi hər gün daha da aydınlaşır. Yalana dözməyə məcbur deyilik. “Fərat Qalxanı” əməliyyatını daha da genişləndirəcək gücümüz var. Oralarda dövlət qurmaq istəyənlər ovuclarını yalayar. Heç kim buna cəhd eləməsin” – Ərdoğan qeyd edib.

Putindən Ərdoğana təcili zəng: Sizinlə əlaqəli deyil…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Turkustan.info xəbər verir ki, danışıq zamanı Putin Suriyadakı PUA ilə hücum cəhdlərinin Türkiyə ilə əlaqəsinin olmadığını və olayın kimlər tərəfindən törədildiyini bildiyini söyləyib.

O bildirib ki, bu kimi təxribatlar partnyorlar arasında əlaqələri pozmağa yönəlikdir.

Kreml rəhbəri eyni zamanda əlavə edib ki, Tartus və Hmeymim bazalarına hücum cəhdi böyük dəqiqliklə hesablanmışdı.  /Axar.az/

ABŞ bombardmançılarını Quama yerləşdirdi – Təhlükə

ABŞ Hərbi Hava Qüvvələri B-2 Spirit strateji bombardmançılarını Quam adasındakı aviabazasına yerləşdirib.

Turkustan.info xəbər verir ki, bu barədə informasiyanı ABŞ-ın Sakit okean hərbi komandanlığı yayıb. Üç təyyarə ilə birgə ABŞ Quam adasında 200 hərbçi də göndərilib.

Qeyd edək ki, Quam adası ABŞ-ın Sakit okeandakı əsas hərbi dayağı sayılır. Bu ada Şimali Koreya ballistik raketlərinin ən yaxın hədəfi olan ABŞ ərazisidir.  /Axar.az/

Qüdsdə Beynəlxalq Elmi Konqres keçiriləcək

Bu ilin mart ayında Qüdsdə Beynəlxalq Elmi Konqres keçiriləcək. II Beynəlxalq Sosial Elmlər Konqresi Türkiyənin məhşur Qazi Universiteti, nüfuzlu “Turkish Studies” jurnalı və El-Qüds Üniversiteti tərəfindən birgə təşkil edilir.

Beynəlxalq elmi konqresin təşkilatçıları Qüdsün dünyada yəhudilər, xristianlar və müsəlmanlar tərəfindən eyni dərəcədə önəm verilən yeganə şəhər olduğunu xüsusi vurğulayırlar. Eyni zamanda yəhudilik, xristianlıq və islamın təkallahlı dinlər olduğunu, müəyyən ortaq dəyərlərə sahib olduğunu qeyd edirlər.

Beynəlxalq elmi konqresin təşkilat komitəsindən verilən məlumata görə konqres 23-25 ​​Mart 2018-ci il tarixlərində baş tutacaq. Konqresdə humanitar elmlərin müxtəlif sahələri üzrə məruzələrlə çıxış etmək imkanı yaranacaq.

Eyni vaxtda aşağıdakı istiqamətlər üzrə elmi simpoziumların keçirilməsi planlaşdırılır:

2-ci Beynəlxalq İqtisadiyyat, Hüquq və Siyasət Simpoziumu

2-ci Beynəlxalq Fəlsəfə, Davranış və Sağlamlıq Elmləri Sempozyumu

2-ci Beynəlxalq Tarix və İncəsənət Tədqiqatları Sempozyumu

2-ci Beynəlxalq Təhsil Elmləri və Proqramlar Sempozyumu

2-ci Beynəlxalq İnformatika Texnologiyaları və Tətbiqi Elmlər Sempozyumu

2-ci Beynəlxalq Dil və Ədəbiyyat Sempozyumu

2-ci Beynəlxalq Din və Cəmiyyət Simpoziumu

Konqresin işçi dilləri kimi türk, ingilis və ərəb dilləri müəyyən edilişdir.

II Beynəlxalq Sosial Elmlər Konqresinin təşkilat komitələrinin rəhbərləri Qazi Universitetinin Rektoru Prof. Dr. İbrahim USLAN, Əl-Qüds Universitetinin Rektoru Prof. Dr. İmam Əbu Kishek və “Turkish Studies” jurnalının baş redaktoru Prof. Dr. Mehmet Dursun ERDEM-dir. Konqresin baş koordinatoru Ankara Yıldırım Beyazıt Universitetinin dosenti, elmlər doktoru Özcan GÜNGÖR-dür.

II Beynəlxalq Sosial Elmlər Konqresi ilə bağlı geniş məlumat üçün bu ünvana müraciət etmək lazımdır:  http://incsos.org/tr/anasayfa/

Rusiyadan yeni müharibə XƏBƏRDARLIĞI: “ABŞ cini şüşədən çıxardı”

Rusiya Federasiyası Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr köməkçisi Frants Klintseviç ABŞ-ın Rusiya hərbi bazalarına hücumuna dair açıqlama verib.

Köməkçi ABŞ-ın hiylə işlətdiyini dilə gətirib: “Pentaqon sözçüsünün Rusiyanın Suriyadakı hərbi bazalarına hücumlarda istifadə edilən texnologiyaların asan əldə edilə biləcək növdən olduğu barədə açıqlaması pilotsuz təyyarələri sadəcə fotolardan və televiziya ekranlarından tanıyan insanlar üçün bir yalandır. Mütəxəssislər isə bunun hiylə olduğunu çox yaxşı bilir. Sabah ABŞ-da biri atom bombasının sərbəst satışda olduğunu desə, təəccüblənmərəm.

Hücumdakı pilotsuz təyyarələrin mütəxəssislər tərəfindən idarə edildiyinə əminəm. Terrorçular bunun öhdəsindən gələ bilməzdi. Bu bölgədə kəşfiyyat təyyarələrinin 4 saatdan çox uçuş etməsi normal hal deyil. Ona görə də ABŞ-ın gizli xidmət agentliklərinin bu işdə əli olduğundan əminəm. Məsələ başqadır. Terrorçulara birbaşa və ya vasitəçilərlə texnologiyalar verən ABŞ cini şüşədən çıxardı. Texnologiya pul deyil ki, alınandan sonra geri qaytarılsın”.

Qeyd edək ki, yanvarın 6-da gecə Hmeymim və Tartus bazalarına 13 pilotsuz uçuş aparatı ilə hücum cəhdi olunmuşdu.

Rusiyadan yeni müharibə XƏBƏRDARLIĞI: “ABŞ cini şüşədən çıxardı”

Rusiya Federasiyası Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr köməkçisi Frants Klintseviç ABŞ-ın Rusiya hərbi bazalarına hücumuna dair açıqlama verib.

Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, köməkçi ABŞ-ın hiylə işlətdiyini dilə gətirib: “Pentaqon sözçüsünün Rusiyanın Suriyadakı hərbi bazalarına hücumlarda istifadə edilən texnologiyaların asan əldə edilə biləcək növdən olduğu barədə açıqlaması pilotsuz təyyarələri sadəcə fotolardan və televiziya ekranlarından tanıyan insanlar üçün bir yalandır. Mütəxəssislər isə bunun hiylə olduğunu çox yaxşı bilir. Sabah ABŞ-da biri atom bombasının sərbəst satışda olduğunu desə, təəccüblənmərəm.

Hücumdakı pilotsuz təyyarələrin mütəxəssislər tərəfindən idarə edildiyinə əminəm. Terrorçular bunun öhdəsindən gələ bilməzdi. Bu bölgədə kəşfiyyat təyyarələrinin 4 saatdan çox uçuş etməsi normal hal deyil. Ona görə də ABŞ-ın gizli xidmət agentliklərinin bu işdə əli olduğundan əminəm. Məsələ başqadır. Terrorçulara birbaşa və ya vasitəçilərlə texnologiyalar verən ABŞ cini şüşədən çıxardı. Texnologiya pul deyil ki, alınandan sonra geri qaytarılsın”.

Qeyd edək ki, yanvarın 6-da gecə Hmeymim və Tartus bazalarına 13 pilotsuz uçuş aparatı ilə hücum cəhdi olunmuşdu.

S-400-lər Krıma yerləşdirildi: Armyansk rayonu nəzarətdə

Rusiya Krımda S-400 sistemlərini yerləşdirib.

Bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.

Agentlik Moskvanın bu sistemləri yarımadanı Ukrayna tərəfindən gələn təhdidlərdən qorumaq üçün Krıma yerləşdirdiyini yazıb. Bu komplekslərin xüsusilə Çonqar və Armyansk rayonlarının hava məkanlarını nəzarət altında saxlayacağı vurğulanıb.   /Axar.az/

Müsəlman ölkəsində ŞOK OLAY – Homoseksuallar özlərinə toy etdi – VİDEO

Səudiyyə Ərəbistanında həyata keçən homoseksualların toy görüntüləri yayımlanıb.

Videoda milli geyimdə iki nəfərin qonaqların arasından keçərək ətrafa şirniyyat səpələdiyi görünür.

Görüntülərin kimə aid olduğunu araşdıran polis bir neçə nəfəri həbs edib.

Görüntülərin Məkkə şəhəri yaxınlığında yerləşən Aradiyat bölgəsində lentə alındığı bildirilib. “Əl-Ərəbi” saytı polisin mərasimə basqın edərək iştirakçıları həbs etdiyini yazıb.

Toyun Məkkə yaxınlığında baş verməsi bəzi sosial media istifadəçilərini qəzəbləndirib. Onlar “Yer üzünün ən təmiz nöqtəsində iki kişi bir-birilə evlənir” şərhləri yazıb.

Səudiyyə Ərəbistanında şəriət qanunlarına əsasən, qadınların və kişilərin bir-birilə evlənməsi qadağandır. Buna görə LGBT üzvləri qamçı və ya ölüm cəzası ilə qarşı-qarşıya qalır.   /Publika.az/

Çin müsəlman ölkəsində müharibə meydanı hazırlayır – Nüvə silahları İŞƏ SALINIR

Pekin Yaxın Şərqdə hərbi gücünü artırmaq və Pakistanda ikinci xarici hərbi dəniz bazasını tikmək niyyətindədir.
Bu haqda “South China Morning Post” qəzeti yazıb.
Bazanın Qvadar strateji əhəmiyyətli limanın yaxınlığında tikilməsi planlaşdırılır. Liman Çin Xalq Respublikasının lideri Si Çinpinin təşəbbüskarı olduğu “Bir kəmər – bir yol” cənubi-şərqi Asiya vasitəsilə uzanan İpək yolunun əsas hissələrindən biridir.
“South China Morning Post” qəzetinin yazdığı kimi, Çin Hindistana zərbə üçün müharibə meydanı hazırlayır.
Qeyd edək ki, Dehli Çinin “Bir kəmər – bir yol” layihəsinə qarşı olduğunu açıq şəkildə bildirir.
Tərəflər bu ilin avqustunun sonunda platoda qoşunların yetişdirilməsi haqqında razılaşdılar. Çinin paytaxtı Pekində keçirilən “Bir kəmər – bir yol” iqtisadi inkişaf strategiyası çərçivəsində Yüksək Səviyyəli Beynəlxalq Forumunda dünyanın 30 ölkəsinin liderləri toplaşdı.
Hindistandan başqa, cənubi, şərqi və cənubi-şərqi Asiyanın bütün dövlətləri öz nümayəndələrini sammitə göndərdi. Baş nazir Narendra Modi, həmçinin hind məmurlar və biznesmenlər onlara göndərilmiş dəvətə nümayişkaranə şəkildə əhəmiyyət vermədilər. Pekin dəqiq siqnalı almışdı: Nyu-Dehli narazıdır.

Hindistan-Çin sərhədində vəziyyət günü gündən daha çox narahatlıq doğurur. Nüvə dövlətləri bir-birini sərhəd təxribatlarında ittiham edirlər. Çin və Hindistan arasında yarım əsrdir davam edən sərhəd gərginliyi ötən ilin yayında hind əsgərlərinin Çin sərhədini keçərək yol inşasına mane olması ilə yenidən artdı.

Ekspertlər hesab edirlər ki, dünyanın yeni iqtisadi xəritəsinin konturları Çinin ətrafında, Yer kürəsinin cənubunda cəmlənib. Bu gün bu region bütün ölkələrin diqqətini cəlb edir, rəqabət və münaqişələrin yeni mərkəzinə çevrilir. Eyni zamanda, mədəni ziddiyyətlər və problemlər yaradır. Birinci və İkinci Dünya müharibələri, həmçinin “soyuq müharibə” dövrü bu qədər böyük ziddiyyətlər və problemlərlə tanış deyildi. Təbii ki, əsas rəqabətin Çin və Hindistan arasında olacağı təxmin edilir. Hər iki ölkənin, o cümlədən Pakistanın nüvə silahına sahib olması potensial faciənin miqyasını artıra bilər. /Publika.az/

S-400-lər Krıma yerləşdirildi: Armyansk rayonu nəzarətdə

Rusiya Krımda S-400 sistemlərini yerləşdirib.

Bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.

Agentlik Moskvanın bu sistemləri yarımadanı Ukrayna tərəfindən gələn təhdidlərdən qorumaq üçün Krıma yerləşdirdiyini yazıb. Bu komplekslərin xüsusilə Çonqar və Armyansk rayonlarının hava məkanlarını nəzarət altında saxlayacağı vurğulanıb.   /Axar.az/

Müsəlman ölkəsində ŞOK OLAY – Homoseksuallar özlərinə toy etdi – VİDEO

Səudiyyə Ərəbistanında həyata keçən homoseksualların toy görüntüləri yayımlanıb.

Turkustan.info xəbər verir ki, videoda milli geyimdə iki nəfərin qonaqların arasından keçərək ətrafa şirniyyat səpələdiyi görünür.

Görüntülərin kimə aid olduğunu araşdıran polis bir neçə nəfəri həbs edib.

Görüntülərin Məkkə şəhəri yaxınlığında yerləşən Aradiyat bölgəsində lentə alındığı bildirilib. “Əl-Ərəbi” saytı polisin mərasimə basqın edərək iştirakçıları həbs etdiyini yazıb.

Toyun Məkkə yaxınlığında baş verməsi bəzi sosial media istifadəçilərini qəzəbləndirib. Onlar “Yer üzünün ən təmiz nöqtəsində iki kişi bir-birilə evlənir” şərhləri yazıb.

Səudiyyə Ərəbistanında şəriət qanunlarına əsasən, qadınların və kişilərin bir-birilə evlənməsi qadağandır. Buna görə LGBT üzvləri qamçı və ya ölüm cəzası ilə qarşı-qarşıya qalır.   /Publika.az/

Çin müsəlman ölkəsində müharibə meydanı hazırlayır – Nüvə silahları İŞƏ SALINIR

Pekin Yaxın Şərqdə hərbi gücünü artırmaq və Pakistanda ikinci xarici hərbi dəniz bazasını tikmək niyyətindədir.
Turkustan.info xəbər verir ki, bu haqda “South China Morning Post” qəzeti yazıb.
Bazanın Qvadar strateji əhəmiyyətli limanın yaxınlığında tikilməsi planlaşdırılır. Liman Çin Xalq Respublikasının lideri Si Çinpinin təşəbbüskarı olduğu “Bir kəmər – bir yol” cənubi-şərqi Asiya vasitəsilə uzanan İpək yolunun əsas hissələrindən biridir.
“South China Morning Post” qəzetinin yazdığı kimi, Çin Hindistana zərbə üçün müharibə meydanı hazırlayır.
Qeyd edək ki, Dehli Çinin “Bir kəmər – bir yol” layihəsinə qarşı olduğunu açıq şəkildə bildirir.
Tərəflər bu ilin avqustunun sonunda platoda qoşunların yetişdirilməsi haqqında razılaşdılar. Çinin paytaxtı Pekində keçirilən “Bir kəmər – bir yol” iqtisadi inkişaf strategiyası çərçivəsində Yüksək Səviyyəli Beynəlxalq Forumunda dünyanın 30 ölkəsinin liderləri toplaşdı.
Hindistandan başqa, cənubi, şərqi və cənubi-şərqi Asiyanın bütün dövlətləri öz nümayəndələrini sammitə göndərdi. Baş nazir Narendra Modi, həmçinin hind məmurlar və biznesmenlər onlara göndərilmiş dəvətə nümayişkaranə şəkildə əhəmiyyət vermədilər. Pekin dəqiq siqnalı almışdı: Nyu-Dehli narazıdır.

Hindistan-Çin sərhədində vəziyyət günü gündən daha çox narahatlıq doğurur. Nüvə dövlətləri bir-birini sərhəd təxribatlarında ittiham edirlər. Çin və Hindistan arasında yarım əsrdir davam edən sərhəd gərginliyi ötən ilin yayında hind əsgərlərinin Çin sərhədini keçərək yol inşasına mane olması ilə yenidən artdı.

Ekspertlər hesab edirlər ki, dünyanın yeni iqtisadi xəritəsinin konturları Çinin ətrafında, Yer kürəsinin cənubunda cəmlənib. Bu gün bu region bütün ölkələrin diqqətini cəlb edir, rəqabət və münaqişələrin yeni mərkəzinə çevrilir. Eyni zamanda, mədəni ziddiyyətlər və problemlər yaradır. Birinci və İkinci Dünya müharibələri, həmçinin “soyuq müharibə” dövrü bu qədər böyük ziddiyyətlər və problemlərlə tanış deyildi. Təbii ki, əsas rəqabətin Çin və Hindistan arasında olacağı təxmin edilir. Hər iki ölkənin, o cümlədən Pakistanın nüvə silahına sahib olması potensial faciənin miqyasını artıra bilər. /Publika.az/

ABŞ PKK ilə birgə ordu qurur – Şok iddia

PYD ABŞ-ın dəstəyi ilə Suriyanın şimalında ordu yaratmağa hazırlaşır.

Turkustan.info xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) bu səbəbdən 400 PYD döyüşçüsünə “Sabahul Hayır” düşərgəsində təlim keçdiyi bildirilib.

İddiaya görə, MKİ əməkdaşları PYD döyüşçülərinə nəzəri və texniki təlim keçərkən, Pentaqonun xüsusi təyinatlı bombardmançı qüvvələri isə Qəndildən gələn PKK-çılara silahlı təlim verib:

“2016-cı ildən bəri PYD-yə silah göndərən ABŞ getdikcə texnoloji yöndə də dəstəyini artırır”.   /Axar.az/

ABŞ-da timsahlar su ilə birgə dondu – VİDEO

ABŞ-ın Şimali Karolina ştatında “Shallotte River Swamp Park” Milli Parkında alliqatorlar (timsah) su ilə birgə donublar.

Turkustan.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, onlar yuxuya dalıblar və bilərəkdən burun və ağız hissələrini suyun üzərinə çıxarıblar.

Milli parkın nümayəndələri bildirirlər ki, temperatur yüksələn kimi, alliqatorlar oyanacaq.

Qeyd edək ki, son həftələr ABŞ-ın bir sıra ştatlarında şaxtalı hava hökm sürür və qar yağır. Havanın temperaturu -30 dərəcəyə qədər enib, donanlar var.   /Report/

Trampdan hörmətsizlik: Sözləri unutdu – VİDEO

Prezident Donald Tramp Atlantada keçirilən futbol oyunu zamanı səsləndirilən ABŞ dövlət himninin sözlərini unudub.

Axar.az xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

Yayılan video sosial şəbəkələrdə çoxlu müzakirələrə səbəb olub. İstifadəçilər Trampın himni necə gəldi oxuduğunu bildiriblər.