Ç. İyn 19th, 2019

Dünya

Zelenskiyə “SÜRPRİZ”: 8 Ukrayna hərbçisi əsir götürüldü

Ukrayna ordusunun 8 hərbçisi Donetskdəki qondarma rejimin döyüşçüləri tərəfindən əsir götürülüb.

Bu məlumatı öz Feysbuk səhifəsində Ukrayna Birləşmiş Qüvvələrinin Əməliyyat Qərargahının mətbuat xidməti yayıb. Hərbçilərin Novotroitski rayonunda əsir düşdükləri bildirilib.

Onların azaraq separatçıların nəzarət etdiyi bölgəyə keçdiyi vurğulanıb.(axar.az)

Suriyada müxalifət qüvvələrinə kimyəvi silah tətbiq edilib – Türkiyə və ABŞ ciddi narahatdır

Birləşmiş Ştatlar Suriya hökumət qüvvələrinin yeni kimyəvi hücum gerçəkləşdirməsindən şübhələndiyini bildirib. Dövlət Departamentinin mayın 21-də verdiyi bəyanata görə, mayın 19-da Suriya müxalifətin sığındığı İdlib vilayətinə şübhəli xlor qazı hücumu araşdırılır.

Departamentin sözçüsü Morgan Ortagus deyib ki, əgər Suriya Prezidenti Bəşər hökuməti “kimyəvi silahdan istifadə edirsə, Birləşmiş Ştatlar və müttəfiqləri buna dərhal və müvafiq reaksiya verəcək”.

Ortagus Dəməşqin əsas müttəfiqi olan Rusiyanı “dezinformasiya kampaniyası” aparmasına, kimyəvi hücumlara görə müxalif üsyançıları günahlandırmasına görə tənqid edib.

Rusiya ordusunun Suriyadakı Barışıq Şurasının rəhbəri Viktor Kupçişin mayın 21-də deyib ki, Suriya hərbçilərinin ələ keçirdiyi yaraqlılar saxta kimyəvi hücumlar səhnələşdirərək bunu hökumət qüvvələrinin üstünə yıxmaq planından danışıblar.

Onun iddiasına görə, silahlılar zəhərli agentlərin hazırlanaraq yığıldığı xüsusi “kimyəvi qanad” hazırlayıblar. Rusiya və üsyançıların əsas müttəfiqi olan Türkiyə sentyabrda İdlibdə neytral zona yaratmağa razılaşıblar.

Ancaq islamçı qrupların törəməsi olan Tahrir əl-Şam vilayətdə böyük ərazilər ələ keçirib və bu da hava və quru hücumlarına səbəb olub. Bu qruplaşmada üstünlük 2016-cı ilədək Al-Qaeda-nın qanadı olmuş Nusra Cəbhəsinin əlindədir. Ankara narahatdır ki, cənub sərhədində yerləşən İdlibə irimiqyaslı hücum Türkiyə torpağına böyük qaçqın axınına səbəb olar.

Əhaliyə pulsuz VİAQRA PAYLANACAQ – Hökumətdən inanılmaz QƏRAR

Fransanın şimalında yerləşən Sent-Marne bölgəsinin Montereau qəsəbəsinin bələdiyyəsi maraqlı qərar qəbul edib.

Turkustan.info xəbər verir ki, qəsəbədə əhalinin sayının artırlıması üçün cinsi istəyi artıran dərmanlar (viaqra) paylanacaq.

Bələdiyyə sədri Yan Debouzi bu dərmanları “Uşaqsız qəsəbə ölü qəsəbədir” kampaniyası adı altında cütlüklərə pulsuz verəcək.

“The Local”ın xəbərinə görə, yerli məclis qərarı təsdiqlədikdən sonra dərmanlar paylanacaq.Bələdiyyə sədrinin bu qərarı səhiyyə ilə bağlı müzakirələrin alovlanmasına yol açıb. Qəsəbə vətəndaşları viaqra dərmanının sadəcə həkim tövsiyəsi ilə içilə biləcəyini diqqətə çatdırır. Bələdiyyənin tibbi mütəxəssislərlə məsləhətləşmədən bu qərarı qəbul etməsinin təhlükəli ola biləcəyini bildirirlər.
Fransada əhali sayının artırılması üçün bəzi kampaniyalar həyata keçirilir. Hökumət bu çərçivədə uşaqlı ailələrə vergi endirimləri edir, iş yerləri isə valideynlərə uşaqlar 3 yaşına çatana qədər məzuniyyət verir.  /Anews.az/

İrandan ABŞ-a xəbərdarlıq: Əvəzini ağır ödəyəcəksiniz

Məhəmməd Cavad Zərif: “Vaşinqton Tehrana hörmət etmədikcə, Prezident Donald Tramp ilə müzakirə aparılmayacaq”

 “Vaşinqton bölgədə gərginliyi artırmağa çalışsa, əvəzini ağır ödəyəcək”. Turkustan.info İranın “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif CNN kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ Tehrana hörmət etmədikcə, Prezident Donald Tramp ilə müzakirə aparılmayacaq. Zərif ABŞ-ın bölgədə hərbi mövcudluğunu artıraraq təhlükəli bir oyuna başladığını diqqətə çatdırıb.

İranlı nazir ABŞ-ın “USS Abraham Linkoln” aviadaşıyıcısını Fars körfəzinə göndərməsini tənqid edib: “Bu qədər hərbi texnikanın kiçik bir bölgədə olması hadisə üçün zəmin hazırlamaq deməkdir”. 

O, İranın nüvə razılaşması ilə bağlı dözümlü bir şəkildə hərəkət etdiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti İraqda fəaliyyət göstərən şəxsi heyətə İranla gərginlikdən dolayı dərhal ölkəni tərk etmək üçün təlimat verib. İran nüvə proqramı üzrə imzaladığı Əhatəli Razılaşma Müqaviləsinin bəzi öhdəliklərinin icrasını dayandırdığını rəsmi olaraq elan edib.

İran və “altılıq” ölkələri (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) arasında razılaşma müqaviləsi 2015-ci il iyulun 15-də imzalanıb. 2018-ci il mayın 8-də ABŞ İranın nüvə proqramı üzrə müqavilədən çıxıb. Bununla bağlı qərarı Prezident Donald Tramp imzalayıb. ABŞ İranla yeni saziş bağlanmayana qədər bu ölkəyə qarşı sanksiya tətbiq edəcəyini bildirib.

Xatırladaq ki, ABŞ İrandan gələn təhdidlərə qarşı tədbir məqsədi ilə “USS Abraham Linkoln” təyyarə gəmisi ilə 4 nüvə tutumlu “B-52” bombardımançı təyyarələrini Fars körfəzinə göndərib.    /sputnik.az/ 

ABŞ-ın Türkiyəyə S-400 tələbinə Kremldən CAVAB

Kreml Türkiyənin Rusiya Federasiyası ilə bağlanmış S-400 müqaviləsinin ləğvi tələbləri də daxil olmaqla, ABŞ-ın bütün ultimatumlarına mənfi yanaşır.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

“Ümumilikdə çox mənfi yanaşırıq. Biz bu cür ultimatumları yolverilməz hesab edirik”, – Peskov bildirib.

Qeyd edək ki, bir qədər əvvəl CNBC telekanalı ABŞ-ın Rusiya ilə S-400 müqaviləsindən imtina üçün Türkiyə tərəfinə 2 həftə vaxt verdiyini açıqlamışdı. (axar.az)

ABŞ ifşa olundu: İran xalqına müharibə elanı

ABŞ-ın “İranla müharibə deyil, dialoq yolları axtarırıq” iddiaları təkzib olunub.

İran Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Səid Cəlili bu barədə danışıb.

Səid Cəlili bildirib ki, ABŞ-ın tələblərinin sərhədi yoxdur. Buna görə də İran ondan tələb olunan öhdəlikləri yerinə yetirməyəcək.

“Bəziləri İrana qarşı sanksiyaların sərtləşdirilməsini istəyir və maksimum təzyiq tətbiq olunmasını tələb edir. Bu, İran xalqına qarşı bir müharibə deyilmi? İranın da məqsədi bərpaedici dialoq qurmaqdır. Lakin ABŞ-ın tələblərinə qətiyyətlə boyun əyilməyəcək”.

Qeyd edək ki, ABŞ regiondakı qüvvələrini İranın təhdidlərindən qorumaq məqsədilə Bəsrə körfəzinə B-52 nüvə potensiallı bombardman təyyarələrini, ”USS Abraham Lincoln” təyyarədaşıyan gəmisini və “Patriot” hava hücumundan müdafiə sistemlərini göndərib. ABŞ prezidenti Donald Tramp isə İranla hərbi münaqişəyə girməyəcəklərini açıqlayıb. (publika.az)

Türkiyədən ABŞ-a qarşı ŞOK S-400 həmləsi: TSQ Rusiyaya göndərildi, 82 milyon insan…

Türkiyənin S-400 hava hücumundan müdafiə sistemi qərarı ilə bağlı ABŞ-dan gələn etirazlar davam edərkən rəsmi Ankara bir daha geri addım atmayacağını bəyan edib.

Türkiyənin Müdafiə naziri Hulusi Akar məsələ ilə bağlı yekun açıqlamasında “ABŞ “təxirə sal” deyir, biz “bitdi” deyirik” sözlərini işlədib.

Nazir qeyd edib ki, S-400 sistemlərinin təlimi üçün Rusiyaya hərbi heyət göndərilib: Türkiyə Silahlı Qüvvələrindən heyətlər göndərdiyimiz doğrudur. Bu heyətlər dəyişir. Hər birinin xüsusiyyəti var. Qarşıdakı aylarda da təlimlər davam edəcək”.

Akar açıqlamasında Türkiyənin ciddi hava və raket təhdidi altında olduğunu vurğulayıb: “82 milyon insanımızı və ölkəmizi qorumaq üçün hava hücumundan müdafiə sistemi qurmağa ehtiyacımız var. Bunun üçün tədbirlər görmək isə bizim vəzifəmizdir. S-400 sadəcə müdafiə sistemidir. Ölkəmizi hava hücumu və raketlərdən qoruyacaq. Başqa potensialı yoxdur. Dolayısı ilə bundan heç kim narahat olmamalıdır”.

Nazirin sözlərinə görə, Türkiyə F-35 proqramındakı öhdəliklərini əvvəlki qaydada yerinə yetirir:

“4 qırıcı bizə təhvil verilib. ABŞ-da hazırda 4 pilotumuz var. 47 əsgərimiz isə texniki məsələlərə baxır. Noyabr ayında iki qırıcı Türkiyəyə gələcək, yerləşdiriləcəyi məkanlar da hazırdır. Yəni biz Türkiyə olaraq üzərimizə düşən bütün məsuliyyəti bilirik. Ciddi, səmimi və qətiyyətli şəkildə haqqımızı, hüququmuzu daim tələb etməyə davam edirik. Bəzi çətinliklər olsa da, gedişatda kəskin geridönüş yoxdur”.

Hulusi Akar bildirib ki, S-400-lərin Türkiyəyə tədarük ediləcəyi təqdirdə ABŞ CAATSA (“Countering America’s Adversaries Through Sanctions Act” – Amerikanın Rəqibləri ilə Sanksiyalar Yoluya Mübarizə Aparmaq Qanunu) sanksiyalarını işə sala bilər: “Türkiyə də öz növbəsində CAATSA sanksiyalarının tətbiq olunması təqdirində hansı tədbirləri görəcəyi ilə bağlı hazırlıqlara başlayıb”.

Qeyd edək ki, ABŞ son olaraq Türkiyəyə S-400 sistemlərinə alternativ kimi martın 28-29-da “Patriot” hava hücumundan müdafiə sistemi satmaq təklifi göndərib. Təklifdə qiymət, texnoloji transfer, ortaq istehsal, texnologiyasının yenilənməsi baxımından bəzi şərtlər yenilənib. Lakin Türkiyə bu təklifə konkret cavab verməyib. (publika.az)

Jirinovskidən ŞOK AÇIQLAMA: Gərək Böyük Azərbaycan yaradardıq – VİDEO

ABŞ və İran arasında müharibə olacaq.

Bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

“10 il əvvəl demişdim ki, İranın vurulması ilə bağlı qərar qəbul edilib. Niyə İran 10 il əvvəl vurulmadı? Ona görə ki, digər konfliktlər mövcud idi. İraq və Əfqanıstan müharibəsi bitməmişdi, eləcə də Suriyada bizə bəlli olan situasiya yaradılırdı. İndi İrana yanaşmalar təmin edilib. Buraya İrəvandakı yeni rejimi də aid etmək olar. İrəvan hələlik amerikalılara baza vermir, amma yəqin ki, aerodromlardan istifadəyə izn verəcək. Orada isə İranın yanında yerləşən əla keçmiş sovet aerodromları var. Amerikalılara qoşunlarını Əfqanıstan və İraqdan çıxarmaq lazımdır. Orada əhali onlara qarşı üsyan qaldırmağa hazırdır. Bəs onları haraya köçürmək lazımdır? İndi həmin qoşunlara quru əməliyyatı keçirmək izni veriləcək”, – deyə o bildirib.

Jirinovskinin sözlərinə görə, İrana qarşı müharibəni İsrail başladacaq və İranı cavab tədbirləri görməyə məcbur edəcək. O, bundan sonra oyuna böyük oyunçuların daxil olacağını bildirib:

“Konflikt necə başlayacaq? İsrail kəşfiyyatın nüvə zənginləşməsi aparıldığı hesab etdiyi obyektlərə zərbə endirəcək. İranda 2 min kilometrə qədər uça biləcək raketlər var. İrana endirilən zərbəyə Tehran mütləq cavab verəcək. İsraildə hansısa kiçik “dağılmalar” olacaq və bu zaman onlara böyük qardaşı yardıma gələcək. ABŞ NATO-nu səfərbər edəcək və İranı bombardman edəcək, o cümlədən çox qorxulu, uzaqmənzilli silahlar tətbiq ediləcək”.

O, proqnozunun gerçəkləşməsinin qaçılmaz olduğunu söyləyib:

“Niyə bu baş verəcək? İraqa niyə kiçik Buş müdaxilə edib, rejimi məhv etmək komandası verdi? Ona görə ki, fələstinlilər İsrailə daim raketlər atırdılar, Səddam Hüseyn isə hər raket üçün 20 min dollar ödəyirdi. İsrail buna nə vaxta qədər səbir etməliydi? İşğal baş tutdu. Səddam Hüseyn yoxdur və İraq tam şəkildə təəssüf ki, pis istiqamətdə yenidən formalaşdırılıb. Əgər əvvəllər buranı sünnilər idarə edirdisə, indi hakimiyyətə şiələr gəliblər. İranda da hakimiyyətdə şiələrdir. İndi İrana zərbə endirilsə, şiə İraq şiə İranın yanında dayana bilər. Bu, (İranın vurulması – red.) İsrail üçün sərfəlidir. Bu, sünni ərəblərə də sərfəlidir”.

İranda yaranan böhranın Rusiya üçün problem olacağını deyən Jirinovski konflikt nəticəsində bu ölkədən Rusiyaya çoxlu sayda qaçqının gələcəyini deyib:

“Milyonlarla qaçqın yaranacaq. Bəs onlar hara yönələcəklər? Yalnız şimala! Cənubda islam dünyasının yalnız sünni hissəsi var. Orada onları məhv edəcəklər. Şimala hərəkət etmək məcburiyyətində qalacaqlar. Şimalda isə Azərbaycan, Gürcüstan və Ermənistan var. Onlar əziləcəklər. O zaman təkcə İrandan olan qaçqınlar yox, həmçinin Azərbaycan, Ermənistan və Gürcüstandan olanlar bizim Şimali Qafqaza keçəcəklər. Orada da partlayış xarakterli vəziyyət var. Burada da onlar tərəfdarlarını, dostlarını, eləcə də düşmənlərini tapacaqlar. Bütün bunlar Həştərxan, Volqoqrad və Rostova yaxınlaşacaq. Burada biz onları dayandırmalı olacağıq. Biz artıq qaçqınların qəbulu üçün baraklar tikməyə başlamalıyıq. Siz milyonlarla insanı harada məskunlaşdıracaqsınız? Biz onları qəbul etməli və qida ilə təmin etməliyik. Avropaya baxın, görün nə baş verib? Onlar qaçqın axınlarını necə dayandıracaqlarını bilmirlər. Biz ki belə etməyəcəyik! Mən bunun baş verməməsindən xoşbəxt olardım. Bu mənim ideyam deyil. Mən deyirəm ki, nə baş verə bilər! Mən bununla 55 ildir məşğul oluram (Jirinovski həmçinin Yaxın Şərq üzrə mütəxəssisdir – red.) və yəqin ki, bir istiqamətdə yarım əsir işləmək hansısa nəticələr verir”.

Jirinovski həmçinin SSRİ-nin zamanında səhvə yol verərək bütöv Azərbaycanı yaratmağa imkan vermədiyini bildirib:

“Müharibədən sonra (II Dünya müharibəsi – red.) biz Şimali İranda dayanırdıq. Stalin ordumuzu burada saxlamadı, amma saxlamaq və Azərbaycanı birləşdirmək lazım idi. Nəticədə Böyük Azərbaycan olardı. İranda azərbaycanlıların sayı çoxdur və onlar 12 milyon nəfərə (əslində isə İranda 40 milyona yaxın azərbaycanlı var – red.) qədərdirlər, burada isə 8 milyon nəfərdirlər (Azərbaycan Respublikasında əhalinin sayı 10 milyondur – red.) Bu gün 20 milyonluq Böyük Azərbaycan mövcud olardı. Qars, Ərdahan şəhərlərini Ermənistana vermək olardı və türklər buna razı idilər. Yenə də Stalin istəmədi. Biz axı onların nə fikirləşdiyini bilmirik. Avropa istiqamətində düşünürdülər, 50 il sonra isə biz o Avropanı tam itirdik. Cənubda isə biz heç nə itirməzdik. Orada bizi sevinclə gözləyərdilər. İranda azərbaycanlılar özlərini rahat hiss etmirlər, onlara farslar rəhbərlik edir. Bizim Azərbaycan isə onların daha çox xoşuna gəlir”. (axar.az)

S-400, yoxsa Patriot? – Amerika Türkiyəni çətin SEÇİM qarşısında qoydu

Türkiyə iyunun əvvəllərində Rusiyadan S-400 raketlərinin alınması ilə bağlı yekun qərarını verməlidir.

Xarici KİV xəbərlərinə görə, əgər Ankara ABŞ-dan oxşar raket sistemlərini almaqdan imtina edərsə, Qərbin sanksiyaları ilə üzləşəcək.

Vaşinqton Türkiyədən S-400 raketlərindən imtina etməsini və onun əvəzində Patriot raketlərini almağı tələb edir. Əgər Ankara bu addımdan qaçsa, Vaşinqton 5-ci nəsil F-35 qırıcı təyyarələrin Türkiyə ilə birgə istehsalından və 100 ədəd F-35 təyyarəsini satmaqdan imtina edəcək. Paralel olaraq, Ankara ABŞ-ın sanksiyaları və NATO ilə ciddi problemlərlə üzləşəcək.

Məlumata görə, bu, Dövlət Departamentinin Türkiyəyə son təklifidir.

“NATO ölkələri konkret standartlar üzrə hərbi texnika almalıdır. Amma Rusiyadan alınacaq S-400 raketləri bu standartlara daxil deyil. Əgər Türkiyə S-400 raketlərini almaq planlarını dəyişməsə, çox neqativ nəticələrlə üzləşəcək”- deyə Dövlət Departamentinin adının anonim qalmasını istəyən nümayəndəsi bildirib.

2017-ci ilin sonlarında Ankara və Moskva S-400 raketlərinin 4 divizionunun alınması barədə saziş imzalamışdı. Dəyəri 2,5 milyard dollar olan müqavilə ABŞ və NATO ölkələrinin ciddi narazılığına səbəb olmuşdu. (modern.az)

Trampdan ƏSRİN ETİRAFI: “ABŞ-ı müharibəyə onlar sürükləyir”

Prezident Donald Trampı ABŞ hərbi-sənaye kompleksi müharibəyə məcbur edir.

Bu barədə prezident özü “Fox News” kanalına müsahibəsində danışıb.

Tramp bildirib ki, İranla müharibə aparmaq istəmir, lakin dərin dövlət daim onu hərbi münaqişəyə doğru itələyir.

Prezident hərbi-sənaye kompleksinin müharibə istəyinə Suriyadakı hadisələri nümunə göstərib: “Suriyadan əsgərlərimizi gətirmək istəyirəm. İnsanlar dəliyə çevrilir. Bu Vaşinqtonda elə insanlar var ki, heç yerdən çıxmaq istəmirlər. Bir az hərbi qüvvə saxlayacağımı deyirəm. Amma onlardan olsa, hələ üzərinə minlərlə əsgər də göndərərlər”. (publika.az)

Təbii qaz bahalaşdı

Sabahdan etibrarən İranda sıxılmış təbii qaz (CNG) bahalaşır.

Turkustan.info “Trend”ə istinadən xəbər verir ki, bu barədə İranın Milli Neft Məmulatlarının Distribyutorluğu Şirkəti elan verib.

Şirkət bildirib ki, 22 may tarixindən ibarət hər bir kq təbii sıxılmış qazın qiyməti (CNG) 6568 rial (rəsmi məzənnə ilə 0,15 dollar) olacaq.

İndiyədək qiymətin 6 min rial olduğunu bildirən şirkət qiymət artımının 10%-dən aşağı olduğunu əlavə edib.

İranın Milli Neft Məmulatlarının Distribyutorluğu Şirkəti qiymət artımı ilə əldə olunan vəsaitin yanacaqdoldurma məntəqələrində təhlükəsizliyin artırılması, avadanlıqların quraşdırılmasına sərf olunacağını bildirib.

Ukraynada rusiyalı zabitin öldürülmə anı – VİDEO

Ukrayna Silahlı Qüvvələrinin dəniz piyadaları Donbasda “Lun” ləqəbli, beşinci motoatıcı briqdanın tabor komandiri Yevgeni Şabanovu zərərsizləşdirib.

Bu barədə “TSN Ukraina yazır.

Əməliyyatın drondan çəkilmiş görüntüsü “Facebook”da “Повернись живим” (Sağ qayıt) adlı qrupda yayılıb.

“Rusiyalı ehtiyatda olan zabit, beş saylı motoatıcı briqadanın tabor komandiri olmuş Yevgeni Şabanovun zərərsizləşdirilməsi. Bəli, bu (öldürülmüş) həmvətənlərimizin qisası oldu. Çevik, qüsursuz və zərgər dəqiqliyi ilə”, – deyə videonun şərhində yazılır.

Qeyd olunur ki, Y.Şabanovun zərərsizləşdirilməsi ukraynalı kəşfiyyatçı-dəniz piyadalarının qətlindən bir həftə sonraya təsadüf edir. İddiaya görə, bu “Ded” ləqəbli Deniz Kozma və “Brodyaqa” ləqəbli İvan Sakalın intiqamı olub. (oxu.az)

SON DƏQİQƏ: Türkiyə gəmisinin atəşə tutulduğu görüntülər yayıldı – ANBAAN VİDEO

Qara dənizin Köstəncə sahillərində Türkiyəyə aid balıqçı gəmisinin Rumıniya Sahil Mühafizə Xidməti tərəfindən atəşə tutulmasının görüntüləri yayılıb.

Həmin görüntüləri təqdim edirik:

***

Qara dənizin Köstəncə sahillərində Türkiyəyə aid balıqçı gəmisi hücuma məruz qalıb.

qayıq Rumıniya Sahil Mühafizə Xidməti tərəfindən atəşə tutulub. Hadisə nəticəsində qayıqdakı 8 balıqçıdan 3-ü yaralanıb.

Yaralılar digər minik vasitəsinə keçirildikdən sonra gəmi batıb.

Rumıniya Sahil Mühafizə Xidməti İnteqrasiya olunmuş müşahidə sistemi vasitəsilə (SCOMAR) Rumıniyaya aid sularda balıqçıların qeyri-qanuni fəaliyyətini müşahidə edib. Hadisə Köstəncə Məhkəməsi tərəfindən araşdırılacaq. (publika.az)

 

 

 

FTX: Sərhəddə 5 min İŞİD silahlısı toplaşıb

“Əfqanıstanın MDB ilə həmsərhəd şimal vilayətlərinə terrorçuların toplanması xüsusilə narahatlıq doğurur. Bu bölgələrdə İŞİD-in qolu olan “Vilayət Xorasan” qruplaşması artıq 5 minə yaxın silahlı toplayıb”.

RİA “Novosti”xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Düşənbədə keçirilən MDB-yə üzv dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərlərinin Şurasının iclasının açılışında deyib.

Onun sözlərinə görə, silahlıların böyük hissəsini Suriyada döyüşmüş MDB ölkələrinin vətəndaşları təşkil edir.

A.Bortnikov bildirib ki, beynəlxalq terrorçuların Şimali Afrikada və Asiyada özlərinə yeni fəaliyyət sahələri yaratması getdikcə dayanıqlı xarakter alır.    (report)

Terrorçular bu dəfə Məkkəni HƏDƏF ALDI: 299 nöqtəyə hücum…

Husilər müqəddəs Məkkə və Ciddə şəhərini ballistik raketlə hədəf alıblar.

Bu iddia Səudiyyə Ərəbistanının “Əl-Ərəbiə” telekanalında səsləndirilib.

Xəbərdə Husilərin Yəməndən Səudiyyə Ərəbistanının Məkkə və Ciddə şəhərlərini ballistik raketlərlə hədəf alması, raketlərdən birinin hava hücumundan müdafiə qüvvələri tərəfindən Ciddə şəhərinin hava məkanında zərərsizləşdirilməsi, digərinin isə Taif şəhərində məhv edilməsinə dair video yayımlanıb.

Lakin Husilərin mətbuat katibi Yəhya Seri bu iddianı təkzib edib. Mətbuat katibi sosial media vasitəsilə yayımladığı açıqlamada bildirib ki, Səudiyyə hökuməti ilk dəfə belə iddia ilə çıxış etmir. O, xəbəri Məkkənin müsəlmanların qəlbindəki dini mövqeyini istismar edərək Yəmən xalqına qarşı işlənən cinayətlərin üstünü örtməyi hədəfləyən iddialar kimi dəyərləndirib.

Qeyd edək ki, İranın dəstəyi ilə Yəməndə fəaliyyət göstərən Husilər ötən gün Səudiyyə Ərəbistanını, Birləşmiş Ərəb Əmirliklərini və bu ölkələrin Yəməndəki qərargahlarını əhəmiyyətli bazalarından ibarət 299 nöqtəyə hücum edəcəkləri ilə təhdid etmişdi.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası 26 mart 2015-ci ildən bəri Yəməndə baş qaldıran vətəndaş müharibəsində iştirak edir, iqtidara dəstək olurlar. Husilər də buna cavab olaraq ölkənin fərqli bölgələrinə hava hücumu təşkil edirlər. Yəməndən atılan raketlərin əksəriyyəti Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilir. (publika.az)

SON DƏQİQƏ: Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var

Qara dənizdə balıqçı gəmisi atəşə tutulub. Gəmi Rumıniya Sahil Mühafizə Xidməti tərəfindən atəşə tutulub.

İnsident nəticəsində Türkiyəyə məxsus gəminin 3 ekipaj üzvünün yaralandığı bildirilir.

Gəminin 8 nəfərdən ibarət ekipaj üzvü Rumıniya Sahil Mühafizə Xidməti tərəfindən saxladıqdan sonra gəminin batırıldığı deyilir.

Türkiyə tərəfindən hadisə ilə bağlı hələ rəsmi açıqlama verilməyib. (trend)

Ruhanidən SON DƏQİQƏ ABŞ açıqlaması: “İran hazırdır…”

“İran ABŞ-la müzakirəyə hazırdır. Lakin mövcud şərtlər əlverişsizdir”.

Bunu İran prezidenti Həsən Ruhani deyib.

ABŞ-İran gərginliyinə dair növbəti açıqlamasını İRNA rəsmi xəbər agentliyinə verən prezident bildirib ki, İran hazırda müqavimət göstərməyin tərəfdarıdır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranın Vaşinqtonla müzakirə üçün cəhd göstərdiyinə dair çıxan xəbərləri yalanlamışdı. (publika.az)

Zelenskinin var-dövlətinin SİYAHISI

Ukraynanın yeni prezidenti Vladimir Zelenski 2018-ci ilə olan vergi bəyannaməsini dərc edib.

Bəyannaməyə görə, V.Zelenski 2018-ci ildə 4 milyon 170 min qrivna (160 min dollar), onun xanımı Yelena Zelenskaya 5 milyon 500 min qrivna gəlir əldə edib.

Həmçinin Vladimir Zelenski Kiyevdə beş, İtaliyada iki , Böyük Britaniyada icarəyə götürülmüş iki ev, Gürcüstanda tikintisi gedən 10 hotelin sahibidir. Onun “PrivatBank”dakı hesabında 400 min dollar, “OTP Bank”da isə 1 milyon qrivnası var. (teleqraf.com)

Rusiyaya ÖLÜMCÜL ZƏRBƏ buradan vurulmalı idi – Keçmiş kəşfiyyat şefindən ŞOK İDDİA

Ukrayna istiqamətində Rusiyanın zəiflədilməsi üzrə bütün planlar iflasa uğradı.

Bu haqda İsrailin “Nativ” xüsusi xidmət orqanının keçmiş rəhbəri Yakov Kedmi “Rossiya 1” telekanalının efirində bildirib.

Kedmi hesab edir ki, əsas sübut Vaşinqton və Avropa İttifaqının Ukrayna ilə bağlı xarici siyasət kursunda olan dəyişiklikdir. Keçmiş kəşfiyyat şefi vurğulayıb ki, ABŞ Ukraynada 2014-cü ildə hakimiyyət dəyişikliyindən sonra Rusiyanın sərhədlərinə yaxınlaşmağa ümid edirdi.

“Əsas məqsədi Ukraynanı götürüb və Rostova Amerika donanması ilə bazaları çəkib Rusiyaya ölümcül zərbə vurmaq idi. Bütün bu planlar iflasa uğradı”, – o deyib.

Bundan başqa, Kedmi qeyd edib ki, ötən illər ərzində Avropa İttifaqı öz siyasi çəkisini xeyli itirib və Ukraynaya daha az diqqət ayırmağa başlayıb. O əlavə edib ki, indi Brüsseli daha çox Rusiya və Çin, həmçinin ABŞ-la artan anlaşılmazlıq narahat edir. (publika.az)

Zelenskinin ABŞ-dan şok istəyi: Rusiyaya qarşı…

Ukrayna prezidenti vəzifəsinin icrasına başlamış Vladimir Zelenski və Kiyevdə Birləşmiş Ştatların nümayəndələri görüşüb.

/Turkustan.info/ xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti bildirib.

Mətbuat xidmətinin məlumatına görə, tərəflər görüşün gedişatında “Rusiya təcavüzü”nə əks təsir məsələlərini müzakirə ediblər.

“ABŞ hər şeydən əvvəl Rusiya təcavüzünün öhdəsindən gəlməkdə Ukraynanın güclü və çox ciddi müttəfiqidir. Biz Donetsk hövzəsində və Krımda Rusiya təcavüzünün öhdəsindən sərbəst gəlməyi bacarmayacağıq. Buna görə szin köməyiniz lazımdır”, – deyə Zelenski rəsmi Vaşinqtonu Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini davam etdirməyə çağırıb.   /Report/

Tehran üçün üç addım: Yeni fəlakətlər yaşanacaqmı?

Yaxın Şərqdə vəziyyətin mürəkkəb olaraq qalması müxtəlif geosiyasi “oyunlar”ı meydana gətirməkdədir. Amerikanın İrana qarşı sanksiyaları gücləndirməsi və ona hərbi-informasiya təzyiqləri etməsi digər böyük gücləri də hərəkətə gətirib. Bu proses Mayk Pompeonun Avropa və Rusiya turnesindən sonra yeni dinamika alıb. Onun ardınca Avstriyanın prezidenti Aleksander Van der Bellen Soçiyə gedib. Onun Rusiya prezidenti ilə söhbətində əsas məsələ yenə də İran olub. Brüsselin bu məsələ ilə bağlı konkret təklifləri vardır. Ancaq Vladimir Putin fərqli düşündüyünü ifadə edib. Bununla həm Avropanın İranla bağlı narahatlığı, həm də Rusiyanın özünü başlıca geosiyasi güc kimi aparmağa başlaması ekspertlərin diqqətindən yayınmayıb. Bu bağlılıqda yaranmış vəziyyətin geosiyasi təhlili üzərində dayanmağa ehtiyac görürük.

Vaşinqtondan sonra Brüssel: Soçidəki görüşlər

Amerikanın İranla bağlı son dövrlərdə atdığı sərt addımların qlobal və regional geosiyasi proseslərə təsirinin əlamətləri artıq hiss edilir. Ekspertlər hesab edirdilər ki, bu təsirlər başlıca olaraq gərginləşmə istiqamətində olacaq. Görünür, onlar haqlı imişlər. Bu məsələ ətrafında böyük geosiyasi güclərin yeni səviyyədə manevrləri start götürüb. O cümlədən Avropa İttifaqı Rusiya ilə İran problemi ətrafında müzakirələrə başlayıb. Avstriya prezidentinin Soçidə Vladimir Putinlə görüşməsi və orada birbaşa İranla əlaqədar fikir mübadiləsi aparması bunun konkret əlamətlərindəndir.

Soçidə Avstriya prezidentinin əməkdaşlıqla bağlı təklifinə Rusiyanın dövlət başçısı diplomatik ibarələrlə cavab verib ki, İranın əvəzinə qərar qəbul edə bilməz və Rusiya “yanğınsöndürən deyil ki, hər yerdə hər şeyə vaxtında müdaxilə edə bilsin”. Yəni İran elə məsələdir ki, öncə qlobal miqyasda böyük dövlətlər onun barəsində ortaq fikrə gəlməlidirlər. Və Rusiya heç zaman Tehrana güc tətbiq etməklə və ya təzyiq göstərməklə onu Vaşinqtonun iradəsini qəbul etməyə məcbur edə bilməz.

Rusiya, ümumiyyətlə, İrana münasibətdə bu formatı məqbul hesab etmir. V.Putin həm M.Pompeoya, həm də Avstriya prezidentinə Kremlin problemə öz baxışı olduğunu çatdırıb. Moskva müstəqil və əsas geosiyasi oyunçulardan biri kimi, maraqlarının təmin olunduğu formata razı ola bilər. Bu səbəbdən istər Amerika, istərsə də Aİ öncə bütövlükdə dünyaya baxışlardakı incəlikləri araşdırıb, ortaq nəticəyə gəlib, ümumi qərara gəlsələr, həmin əsasda hərəkət edib, İran məsələsini həll etmək olar.

Bununla Qərb siyasi xadimlərinin Soçiyə dalbadal gəlmələrinin başlıca səbəbi aydın olur. Onlar İran məsələsində Kremllə ortaq mövqeyə gəlməyi hədəfləyiblər. Bu isə nəinki İranın, hətta bütün Yaxın Şərqin siyasi taleyini həll etmək deməkdir. Hələlik tərəflərin heç bir ortaq fəaliyyət planı yoxdur. Lakin aydın olur ki, ABŞ-ın öz mövqeyi var və Aİ də həmin mövqe ilə razı deyil. Belə ki, Avropa açıq bəyan edir ki, İranla nüvə sazişi qalmalıdır və bu, xilas yoludur. Əks halda, Yaxın Şərqlə yanaşı, Avropada da sabitliyə ciddi təhlükələr meydana gələ bilər. O cümlədən İranın ballistik nüvə raketlərinə sahib olması ciddi geosiyasi gərginlik yarada bilər (qərblilərin məntiqi ilə).

Moskva isə həm İranın nüvə planlarına təmkinlə yanaşır, həm də avropalıların nə istədiklərini yaxşı bilir. Bu da İran məsələsində böyük dövlətlərin ortaq fəaliyyəti ehtimalını çox aşağı salır. Lakin yenə də müxtəlif səviyyələrdən Rusiya ilə Aİ-nin birgə fəaliyyət göstərməsinə çağırışlar eşidilir (bax: məs., Андрей Кортунов, Мишель Дюкло. Иран на Ближнем Востоке: часть проблемы или часть решения? / РСМД, 13 may 2019).

Həmin bağlılıqda ekspertlər hesab edirlər ki, İranı “aldanmış kəvakib” vəziyyətinə salmaq kimsənin xeyrinə deyil. Bunun siyasi, tarixi, geosiyasi və mədəni səbəblərini göstərməyə çalışırlar. İdeya bundan ibarətdir ki, İran tarixən Yaxın Şərqlə sıx bağlı olub və onu indi oradan kənarda tutmaq mümkün deyildir. Vaşinqtonun bu istiqamətdə addımlar atması isə bütövlükdə regionu və dünyanı təhlükəyə atır. Belə ki, Yaxın Şərqdə kifayət qədər gücə malik olan İran bir çox yerlərdə dağıdıcı fəaliyyət göstərə bilər. Deməli, Avropa və Rusiya məsələnin bu tərəfinə diqqət yetirməlidirlər. Konkret olaraq, İran regionun əhəmiyyətli dövlətlərindən biri kimi qəbul edilməli və Yaxın Şərqdə onun geosiyasi rolu müəyyənləşməlidir. Müəyyənləşmə altında ekspertlər hər şeydən öncə İranın regiondakı təsirlərinin sərhədlərinin qoyulmasını nəzərdə tuturlar. Bunun adi dildə ifadəsi ondan ibarətdir ki, Avropa, Rusiya və Çin İranın müasir mərhələdə geosiyasi rolunu müəyyənləşdirib, onu nəzarət altında saxlamağı təmin etməlidirlər (bax: əvvəlki mənbəyə).

Tehran üçün üç addım: Yaxın Şərqin “geosiyasi ağaları”

Bunun üçün ilkin addım nüvə sazişini xilas etməkdən ibarət olmalıdır. Çünki Tehranın nüvə silahına malik olması böyük dövlətlər üçün təhlükədir. Nüvə istiqamətində tədqiqatların dayandırılması isə həm İranın aqressivliyinin qarşısını alar, həm də onu Avropa, Rusiya və Çinlə əməkdaşlığa açıq saxlayar.

İkinci addım kimi İranın Suriyadakı rolu ilə bağlı qarşılıqlı anlaşma əldə etmək düşünülə bilər. Bu məsələyə ekspertlər ciddi əhəmiyyət verirlər. Tehranın Suriyadan tamamilə sıxışdırılması mümkün deyil. Moskva bu addıma heç getməz də. Çünki İran regionun yeganə dövlətidir ki, Dəməşq onun ölkədə hərbi mövcudluğuna razıdır. İran həm də Rusiyanın orada müttəfiqi, Astana prosesinin iştirakçısıdır. Tehran Bəşər Əsəd ordusuna indi də böyük kömək edir. Əslində, ekspertlərin fikrinə görə, həmin ordu sıralarında İrandan olan hərbçilər üstünlük təşkil edirlər.

Bütün bunların fonunda İranı Suriyadan geosiyasi və hərbi qüvvə olaraq necə ata bilərlər? Amerika və İsrail məhz buna çalışırlar. Nəticədə, regionda gərginlik daha da çoxalır. Təbii ki, Avropanın bu cür düşünməsi təəccüblü deyil. Ancaq əsas məsələ yenə də İranın Suriyadakı varlığının məzmun və miqyasının kim tərəfindən müəyyənləşdirilməsindədir. Avropa arzulayır ki, bu məsələdə də ip Aİ ilə Rusiyanın əlində olsun. Tehran üçün kənardan sərhəd müəyyənləşdirsinlər və o, ona sözsüz əməl etsin. İranın belə bir mövqeni qəbul etməsi mümkünsüz görünür.

Üçüncü addım kimi İranın regionun gələcək təhlükəsizlik sistemində yeri və rolunu müəyyənləşdirmək nəzərdə tutulur (bax: əvvəlki mənbəyə). Bu bənd daha çətin, lakin ən əhəmiyyətli hesab edilir. İranı hər hansı bir şəkildə Yaxın Şərqin gələcək təhlükəsizlik sistemində nəzərdə tutmaq, faktiki olaraq, bu sistemi yaratmamaq deməkdir. Heç bir arqument bu tezisi dəyişə bilməz. Bunun tarixi, siyasi, geosiyasi və hərbi səbəbləri vardır.

Ancaq hesab edilir ki, İranın da daxil olduğu “inklüziv kollektiv təhlükəsizlik sistemi”nin hətta 3-5 ilə yaranması çox çətindir. Buna baxmayaraq, Rusiya və Avropanın belə bir sistemə ortaq baxışının olması mühüm nailiyyət və həm Tehran, həm də onun regiondakı rəqibləri üçün aydın siqnal olardı. Görünür, bu mesajda əsas məqam ABŞ-la İran arasındakı münaqişənin Yaxın Şərqin taleyində həlledici olmaya da bilməsindən ibarətdir. Bu kontekstdə Avropa ilə Rusiya İranla region dövlətləri arasında etibarlığı artıra biləcək incə addımlar ata bilərlər. Konkret deyilsə, Avropa Rusiyanı öz yanına çəkib, Vaşinqtonun planlarını pozmağı təklif edir.

Bütün bunlar təbii ki, maraqlı olduğu qədər də düşündürücüdür. Çünki hiss olunur ki, İran məsələsi ətrafında bütövlükdə Yaxın Şərqdə geosiyasi mənzərənin yenidən formatlaşdırılması prosesi meydana gəlir. Burada görünən başlıca məqam ondan ibarətdir ki, regionun taleyini yerli xalqların və dövlətlərin deyil, kənarda olan böyük geosiyasi güclərin müəyyənləşdirməsinin vacibliyi kursu seçilib. Bu baxımdan kənar qüvvənin Amerika, Aİ, Rusiya və ya Çin olmasının elə bir əhəmiyyəti yoxdur. Yanaşmanın fəlsəfəsi İkinci dünya müharibəsindən sonrakı ab-havanın saxlandığına dəlalət edir. Supergüclər indi də özlərini yeni müharibənin qalibləri kimi aparmağa çalışır və bu mövqedən çıxış edərək dünyanın istənilən regionunda özlərinə uyğun bölgü aparmağı düşünürlər.

Məsələn, onlar istəyirlər ki, regionun geosiyasi düzəni “belə olsun”, İranın oradakı rolu “elə olsun”, filan dövlətlər də filanlarla “barışsın” və s. Bu göstərişi verənlər də növbəti dəfə dünyanın aparıcı kəsimi kimi qalsınlar və bir neçə ildən sonra hər şey yenidən başlasın: dünyanı yenidən bölmək üçün müsəlmanların canına daraşsınlar!

Şübhə yoxdur ki, bu cür düşüncə bəşəri deyil və milyonlarla insanın yeni fəlakətlərə sürüklənməsinə yol açır. Yaxın Şərqin taleyini regionda yerləşən dövlətlər və orada yaşayan xalqlar müəyyən etməlidirlər. Kənardakılar müdaxilə etməməlidirlər. Suriya necə dövlət olacaq və ya İraqda hansı quruluş seçiləcək, İranda hansı silahlar istehsal olunacaq kimi məsələlər həmin dövlətlərin daxili işləridir!

Nyustayms

ABŞ-ın Yaxın Şərqə yolladığı donanmasının görüntülərini yaydı – FOTO

ABŞ Donanması ilk dəfə İranla hərbi qarşıdurma çərçivəsində körfəzə doğru hərəkət edən hərbi gəmiləri, qırıcıları və helikopterləri ilə bağlı bu gün səhər saatlarında fotolar yayıb.

Turkustan.info Teleqraf.com-a istinadən qeyd edir ki, fotolarda helikopterlərin təyyarə daşıyan gəmiyə yaxınlaşaraq böyük tonnajlı yüklər boşaltdığı görülür.

Helikopterlərdən atılan yüklər əsgərlər tərəfindən dərhal götürülür.

Məlumat üçün xatırladaq ki, Pentaqonun təyyarə daşıyan Abram Linkoln gəmisi Umman körfəzinə daxil olub və onun bir neçə gündən sonra Bəsrə körfəzinə çatacağı gözlənilir.

Bundan, başqa, ABŞ-ın bombardmançı B-52 təyyarələri və digər qırıcıları Qətərdə ki, ABŞ hərbi bazasında start vəziyyətdə dayanıb. B-52 bombardmançı təyyarələr nüvə başlığı daşımaq imkanlarına sahibdir.

Vaşinqton Yaxın Şərqdə, daha dəqiqini desək İran ətrafında Patriot raket əleyhinə müdafiə sistemi də qurmağı planlaşdırır. Hazırda bu sistemlər də, İrana yaxın ərazilərə gətirilir.

ABŞ-ın İranı əzmək üçün körfəzə göndərdiyi silahların fotosunu təqdim edirik.

İranın qərarı DÜNYANI SİLKƏLƏYƏCƏK: Bu gündən başlayaraq…

İran bu gündən başlayaraq az zənginləşdirilmiş uranın (3,67 faiz) istehsalın həcmini 4 dəfə artırır.

Turkustan.info “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Nüvə Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi mətbuat konfransında bildirib.

Qeyd edək ki, 2015-ci il iyulun 14-də Vyanada İran nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planı uyğunlaşdırılıb. İran silah üçün plutoniumu istehsal etməməyə öhdəsinə götürüb. Plan 15 il ərzində İrana 3,67 faizə qədər 300 kiloqram zənginləşdirilmiş uran istehsal etməyə və ondan dinc məqsədlər üçün istifadə etməyə icazə verirdi.  /Publika.az/

Yanacaqdoldurma məntəqəsində güclü partlayış: 3 nəfər ölüb, 4-ü yaralanıb

Rusiyanın Moskva vilayətinin Serpuxov rayonunda yerləşən yanacaqdoldurma məntəqəsində yanğın buxarından yaranmış partlayış nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Turkustan.info Report-a istinadən xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti Baş İdarəsinin Mətbuat xidmətindən bildiriblər.

Hadisə qaynaq işləri zamanı baş verib. Partlayışdan sonra yanğın olmayıb.

Hadisə yerində əməliyyat xidməti araşdırma aparır.

Suriyada son durum: Əsəd hərəkətə keçəcəkmi?

Suriyanın Həma, Lazkiyə və Hələb istiqamətindən silahlı qruplaşmalar atəşkəs rejimini pozmağa davam edir.

Turkustan.info xəbər verir ki, bu barədə Sputnik məlumat yayıb.

Bildirilir ki, silahlı qruplaşmalar gün ərzində 13 dəfə atəşkəs rejimini pozub.

Qeyd edək ki, Suriya ordusu İdlibdə birtərəfli qaydada atəşi dayandırıb. Suriya rejimi 18 may saat 00:00-da İdlibdəki gərginliyi azaltma zonasında birtərəfli qaydada atəşin dayandırılmasına qərar verib.

Prezidentdən jurnalistlərə maraqlı xahiş: “Məni elə çağırmayın”

Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi olub. Aktyor-prezident xeyli maraqlı açıqlamalar verib.

Turkustan.info xəbər verir ki, Zelenski jurnalistlərdən ona adı ilə müraciət olunmasını istəyib. Dövlət başçısı bir neçə sualdan sonra deyib: “Uşaqlar, xahiş edirəm, gəlin məni Vladimir Aleksandroviç deyə çağırmayaq. Vladimir normaldır”.

Vladimir Zelenski

Zelenski andiçmə mərasimində xalqın yanında olacağını bildirib. O, ukraynalıların göz yaşı tökməsinə imkan verməyəcəyini söyləyib. Yeni dövlət başçısı məmurların kabinetində onun şəklini asmasının əleyhinə olduğunu da açıq deyib.

30 milyard dollar necə yoxa çıxdı? – Mərkəzi Bank HƏRƏKƏTƏ KEÇDİ

İran hökuməti ixracatdan əldə olunan 30 milyard dollar həcmində məbləği ölkə xaricində saxlayan iş adamlarını məhkəməyə verəcək.

Turkustan.info xəbər verir ki, bu barədə İran İqtisadiyyat və maliyyə naziri Fərhad Dəcpəsənd danışıb.

İran Məclisi Xəbər Agentliyinə (ICANA) açıqlama verən nazir bildirib ki, 30 milyard dolları ölkəyə gətirməyən iş adamlarının siyahısı hazırdır və onlar Mərkəzi Bank tərəfindən məhkəməyə veriləcək.

Qeyd edək ki, İran Sənaye, mədən və ticarət nazirinin müavini Hüseyn mir Şücaiyan qeyri-neft məhsullarının ixracından 40 milyard dollar əldə olunduğunu, bu məbləğin 30 milyard dollarlıq hissəsinin ölkəyə gətirilmədiyini açıqlamışdı.  /Publika.az/

İrəvanda əks-inqilab: “Paşinyan iqtidarı çökür”

“Ermənistan hökumətinin bütün institutlarının çöküşü sürətlə davam edir”.

Turkustan.info Teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni politoloq Aleksandr İsgəndəryan deyib.

Ekspert Baş nazir Nikol Paşinyanın ikinci prezident Robert Köçəryanın həbsdən azad edilməsindən sonra xalqı etiraza çağırımasına münasibət bildirib.

İsgəndəryan İrəvanda baş verən son gərginliyin gözlənilən olduğunu düşünür:

“Gözlənilməz proses deyil, iqtidarda keçid dönəmi davam edir. Amma proseslər keçən il baş verənlərin davamı kimi görünür, sanki keçən ilki proseslər təkrarlanır. Hələlik küçələrdəki hegemon güc indiki iqtidardır, küçələr hökumətin fəaliyyəti üçün əsas məkandır. Lakin indiyədək iqtidarın bir çox institutlarının çöküşünün şahidi olmuşuq.

Çünki yeganə gücü küçə olan hakimiyyət güclü media və maliyyə imkanlarına sahib deyil. Media və maliyyə qaynaqlarının əksəriyyəti keçmiş hakimiyyətin nəzarətindədir, həmçinin siyasi müxalifət… Bu baxımdan mövcud hakimiyyətin imkanları məhduddur”.

Aleksandr İsgəndəryan hesab edir ki, Ermənistanın məhkəmə sistemi keçmiş hakimiyyətin nəzarətindədir: “Buna görə də Robert Köçəryanı böyük siyasətə qaytara bildilər. İndi keçmiş hakimiyyəti dəstəkləyən qrup əvvəlkindən daha güclüdür. Bu, ilginc gəlişməyə yol aça bilər”.

Nikoldan ŞOK AÇIQLAMA: Müharibə başladıb, torpağı Bakıya vermək istəyirlər

Ermənistan və Qarabağ xalqları arasında düşmənçilik, parçalanma və ziddiyət yaratmaq istəyən korrupsiyalaşmış sistemin təmsilçisi olan qüvvələr var.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, Qarabağ erməniləri Ermənistandakı korrupsiyalaşmış sistemdən daha çox əziyyət çəkiblər.

O deyib ki, Ermənistandakı keçmiş hakimiyyət nümayəndələri Qarabağdakı əlaqələrindən Ermənistan baş naziri və hakimiyyəti haqqında yanlış məlumatlar yaymaq üçün istifadə edir. Paşinyan bu qüvvələrin hərbi fəaliyyətləri provokasiya edərək, əraziləri Azərbaycana verməyə və bunun da məsuliyyətini İrəvanın üzərinə atmağa çalışdıqlarını bildirib:

“Mən bunu dövlətə xəyanət hesab edirəm. Mən bu cür niyyətlərin qarşısını almaq üçün sərt metodlar tətbiq edəcəyəm. Artıq 2016-cı il aprel müharibəsiylə bağlı vəziyyəti öyrənmək üçün parlament qrupu yaratmağın vaxtı çatıb”.

O, Qarabağ ermənilərini Ermənistan hökumətinə inanmağa çağırıb.(axar.az)

Ermənistanda çaxnaşma: Hakimi pəncərədən itələyib yıxdılar – VİDEO

Ermənistandakı bugünkü aksiyanın ilk anları maraqlı görüntü ilə yadda qalıb.

Turkustan.info xəbər verir ki, İrəvanın Şenqavit rayonunda məhkəmənin giriş və çıxışlarının bağlanmasından sonra məhkəmə hakimlərindən biri olan David Balayan iş yerinə pəncərədən daxil olmağa çalışıb.

Onun bu cəhdini görən etirazçılar buna imkan verməyiblər və hakimi itələyərək yerə yıxıblar.

Qeyd edək ki, bu gün Baş nazir Nikol Paşinyanın çağırışı ilə əhali Köçəryanın azadlığa buraxılmasına etiraz olaraq məhkəmə binalarına giriş-çıxışları bağlayır.  /Axar.az/

Paşinyan-Köçəryan savaşı – kim qazanacaq? – TƏHLİL

Ermənistanın eks-prezidenti Robert Köçəryanın gözlənilmədən həbsdən azad edilməsi nə deməkdir və bu olay hadisələrin sonrakı inkişafına necə təsir edəcək?

Birincisi, bu Qarabağ klanının gücünü göstərir. Ermənistanda bir hakim tapılmadı ki, Köçəryanın həbs müddətini uzatsın. Köçəryanın məhkəməsini aparmaqdan ən az 3 hakim imtina etmişdi, məhkəməni aparmağa razılaşan sonuncu hakim isə Qarabağ klanının liderini həbsdən azad etməyə qərar verdi. Çünki həmin hakim Köçəryan və onun arxasındakı güclərin hazırki baş nazir Nikol Paşinyandan güclü olduğunu düşünərək qərar verdi. Həmin hakim özünün və ailəsinin gələcəyini təhlükə altına atmamaq üçün belə qərar verdi. Bu cür yalnız Köçəryanı həbsdən azad edən hakim düşünmür.

İkincisi, Köçəryanın həbsdən azad edilməsi Rusiya amilinin Ermənistanda və Dağlıq Qarabağda gücünü ortaya qoydu. Köçəryanın həbsi onun dostu – Rusiyanın prezidenti Vladimir Putini narahat edirdi. Putin bir neçə dəfə Paşinyana mesaj göndərmişdi ki, “mənim dostumu azad et”. Paşinyan hər dəfəsində bu mesajı qulaqardına vururdu. Ancaq məhkəmə bu mesajı qulaqardına vurmadı, Paşinyanın yox Rusiyanın maraqlarını nəzərə aldı. Bu mənada Köçəryanın azad edilməsi həm də Putinin Paşinyan üzərində qələbəsi idi.

Üçüncüsü, Köçəryanın həbsdən azad edilməsi Ermənistanda Paşinyanla Köçəryan arasındakı mübarizənin yeni və gərgin mərhələyə qədəm qoyacağını göstərir. Köçəryan Qarabağ klanının əsas fiqurudur. O ətrafında anti-Paşinyan qüvvələrini cəmləşdirəcək. Köçəryan iki gücün – Moskvanın və Xankəndidəki separatçıların dəstəyinə arxayındır. Ancaq Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün ona daha bir gücü formalaşdırmaq lazımdır. Köçəryan Ermənistan daxilində Paşinyana qarşı müxalif siyasi və hərbiləşdirilmiş qüvvələrin birliyini təmin etməlidir. Moskvanın və Xankədinin dəstəyinə arxalanaraq Köçəryanın Ermənistan daxilində yeni müxalifət formalaşdıracağını proqnozlaşdırmaq olar.

Dördüncüsü, Paşinyan-Köçəryan mübarizəsi müxtəlif ölkələrdəki erməni lobbisinin təmsilçilərini də parçalayacaq. Bir qisim Paşinyana, digəri Köçəryana dəstək verəcək. Paşinyan belə vəziyyətdə erməni lobbisinin tanınmış simaları ilə əlaqələrini gücləndirməyə çalışacaq. Ancaq Qarabağ klanı da boş dayanmayacaq, erməni lobbisi ilə təmaslarını artıracaq.

Beşincisi, Moskvanın Köçəryana verdiyi və verəcəyi dəstək Paşinyana Qərbdən dəstək axtarışına sövq edə bilər. Ancaq bu Paşinyan üçün təhlükəlilidir. Çünki, özü istəməsə də ölkəsi Rusiyanın ən azı enerji və hərbi nəzarəti altındadır. Rusiyanın İrəvandakı hərbi bazasındakı generalların və kəşfiyyat xidmətinin Ermənistan ordusundakı dostları da az deyil. Paşinyan cəmi 1 ildir hakimiyyətdədir və bu müddətdə orduda təmizlik işi apara bilməyib. Ona görə də ordudakı generallar da bir gün ona qarşı çıxa bilərlər. Kreml Paşinyanın Qərblə təmaslarını diqqətlə izləyib və izləyəcək.

Beləliklə, Paşinyan ətrafındakı halqa daralır. Köçəryanın həbsdən azad edilməsi bu bir ildə Paşinyana ən böyük zərbə və ilk böyük məğlubiyyəti idi. Paşinyan bundan yeganə çıxış yolu kimi insanları məhkəmə qarşısında etiraza səsləyib. Qəribə situasiyadır. Paşinyan müxalifət lideri kimi tərəfdarlarını meydanlara çağıranda bu anlaşılan idi, çünki o hakimiyyəti devirmək istəyirdi və buna nail oldu. Ancaq indi Paşinyan hakimiyyətin başındadır və onun insanları küçələrə çağırışı Ermənistanı qeyri-sabitliyə sürükləyə bilər. Buna baxmayaraq, Paşinyan bu üsuldan istifadə etmək məcburiyyətində qalıb. Ancaq Qarabağ klanı da tərəfdarlarını hərəkətə gətirə bilər.

Ermənistandakı son hadisələr Azərbaycanda 1990-cı illərin hadisələrini xatırladır. O zaman erməni separatçıları Rusiyadakı havadarlarının dəstəyi ilə Azərbaycandakı siyasi xaosdan və hakimiyyət boşluğundan istifadə edərək torpaqlarımızı işğal etdilər. İndi biz də Ermənistandakı və Dağlıq Qarabağdakı hadisələri diqqətlə izləyib yaranan fürsətdən istifadə etməyə çalışmalıyıq.

“Atlas” Araşdırmalar Mərkəzi

Nikol xalqı küçələrə çıxartdı: Əhali bu binaları tutmağa başladı

Bu gün səhər saatlarından etibarən Ermənistan Baş nazirinin çağırışı əsasında onun tərəfdarları məhkəmə binalarına giriş və çıxışları qapatmağa başlayıblar.

Turkustan.info xəbər verir ki, artıq Ali Məhkəmə Şurası, Konstitusiya Məhkəməsinin girişləri qapadılıb. Xüsusilə, Robert Köçəryanı azadlığa buraxan məhkəmə qarşısına daha çox insan toplaşıb.

Etirazçılara Ermənistanın Dövlət Nəzarəti Xidmətinin sədri David Sanasaryan da qatılıb.

Qeyd edək ki, Köçəryanın azadlığa buraxılmasından sonra Paşinyan inqilabın “ikinci mərhələsinin” başladığını elan etmiş və 20 mayda tərəfdarlarını məhkəmələri blok etməyə çağırmışdı.

Saakaşvilinin arvadı uduzdu, Zaur isə mer seçildi

Gürcü Arzusu Partiyası Gürcüstanda keçirilən aralıq və növbədənkənar seçkidə qalib gəlib.

Turkustan.info xəbər verir ki, bu, Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında yayımlanan rəsmi məlumatda yer alıb.

Ölkənin beş bələdiyyəsi rəhbərliyinə keçirilən seçkini hakim partiyanın nümayəndələri udub. Gürcüstan MSK Marneulidə olan bütün səslərin hesablandığını və səslərin 78,6%-ni Gürcü Arzusu Partiyasının nümayəndəsi Zaur Darğallının qazandığını bildirib. Onun ən yaxın rəqibi olan Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Aqil Mustafayev 11,49% səs toplayıb.

Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofsun namizəd olduğu Zuqdidi şəhərində də səslər hesablanıb. Hesablamaya əsasən, Gürcü Arzusunun nümayəndəsi Geqa Şengeliya 54,18%, Vahid Milli Hərəkatın nümayəndəsi Rulofs isə 42,75% səs yığıb.

Zestafoni, Xulo və Çiatura şəhərlərində də Gürcü Arzusunun qalib gəldiyi və Vahid Milli Hərəkatın məğlub olduğu bildirilib. Hakim partiyanın Zestafonidə 7%, Xuloda 47%, Çiaturada isə 46% səs üstünlüyü ilə qalib gəldiyi açıqlanıb.

Aralıq seçki ilə bərabər, dünən Gürcüstan parlamentinə Salome Zurabişvişlinin prezident olmasından sonra boşalan yerə də seçki keçirilib.

Seçki Tiflisin Mtatsmind rayonunda baş tutub.

Buradakı 31 məntəqədə bülletenlərin tam yoxlanılmasından sonra deputatlığa namizədlərdən heç birinin yetərli hesab olunacaq 51% səsi toplaya bilmədiyi üzə çıxıb. Deputatlığa əsas namizədlər olan Gürcü Arzusunun nümayəndəsi Lado Kaxadze 41%, Avropa Gürcüstanı Partiyasının nümayəndəsi Şalva Şavqulidze isə 36,83% səs yığıb.

Seçkilərin ikinci turunun keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili seçkilərin saxtalaşdırıldığını bəyan edib və tərəfdarlarını hakimiyyətə qarşı mübarizəyə səsləyib.  /Axar.az/

ABŞ İraqdan üzr istədi

ABŞ hökuməti İraqın şimalındakı Kərkük şəhərində aprelin 24-də hərbi təyyarənin səhvən etdiyi hava hücumuna görə Bağdad hökumətindən üzr istəyib.

Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın İraq üzrə müşaviri Coey Hud Bağdadda Federal Polis Komandanlığını ziyarət edib. O, hava hücumu zamanı bir polisin ölməsi və ikisinin isə yaralanması ilə nəticələnən hücuma görə üzrxahlığını bildirib.

Qeyd edək ki, İŞİD-lə mübarizə məqsədilə ABŞ-ın rəhbərliyi ilə yaradılan koalisiya tərkibində İraqda təxminən 5 min ABŞ əsgəri xidmət edir.  /Qafqazinfo/

Paşinyan: Sabah saat 12-də Ermənistanda inqilab olacaq

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə  inqilabın ikinci və əsas mərhələsinin anonsunu verib. Bu barədə o öz Facebook səhifəsində yazıb:
“Sabah saat 12:00-da mən Ermənistanda inqilabın ikinci mərhələsini elan edəcəm. Ümumxalq dəstəyini səbirsizliklə gözləyirəm”.

Daha öncə Paşinyan həmvətənlərini ölkədəki bütün məhkəmələri blok etməyə çağırmışdı. Bu bəyanat sabiq prezident Robert Koçaryanın azadlığa buraxılmasından dərhal sonra səsləndirilmişdi.

Koçaryanın azadlığa buraxılmasını qondarma Dağlıq Qarabağ Respublikasının sabiq və hazırki rəhbərləri Bako Saakyan və Arkadi Qukasyan dəstəkləmişdi. 
Qeyd edək ki, Koçaryan  2018-ci il iyulun 27-dən həbsdə idi.

Atatürk Qurtuluş savaşına gedərkən anası ilə belə VİDALAŞDI

Bu gün Türkiyədə Qurtuluş Savaşının başlanmasından 100 il ötür.  

Türkiyə mediası xəbər verir ki, 19 may 1919-cu ildə Qutuluş savaşına başlayan Qazi Mustafa Kamal Atatürk anası Zübeydə xanımla vidalaşarkən belə vida edib:

“Mən sabah Anadoluya gedirəm, ana. Buralarda nələr olacağı bəlli deyil. Selanikin başına gələnlər buraların da başına gələ bilər. Yurdu mən qurtaracağam. Əlimdən nə gəlirsə onu edəcəyəm. Bu işdə təhlükə çoxdur. Bunu bacara bilməyim daxili rahatlığımdan asılıdır. Məni düşündürməyin, gözüm arxada qalmasın. Məndən ötrü narahat olmayın.  Bu işdə gedib geri dönməmək də var. Haqqını halal et. Məni diqqətlə dinləyin, buralardan ayrılmayın. Hər şey pis olsa belə, bütün pullarınızı xərcləyin. Pulunuz qurtarsa, dəyərli nəyiniz varsa satın. Bir daha deyirəm ki, nə olursa, olsun buralardan ayrılmayın. Bir savaşa gedirəm, bacarmasam, sizi öldürərlər. O zaman mən ölmüş oluram”. (modern.az)

120 min Pentaqon əsgəri üçün hazırlıq başladı – ABŞ-ın məqsədi…

ABŞ ilə İran arasında siyasi gərginlik davam edərkən Vaşinqton Tehrana qarşı Körfəz ölkələri ilə əməkdaşlığı genişləndirmək cəhdləri edir.

Ötən gün ABŞ ilə Körfəz Əməkdaşlıq Şurasının hərbi nümayəndələrinin iştirak etdiyi Manama toplantısında Pentaqonun Körfəz ölkələrinin sularında və torpağında yenidən yerləşdiriləcəyi ilə bağlı qərar qəbul olunub.

“Şərkül Əvsat” nəşrinin xəbərinə görə, Səudiyyə Ərəbistanı və bəzi Körfəz Əməkdaşlıq Şurası ölkələri ABŞ qüvvələrini regionda yerləşdirmək tələbini qəbul edib. Xəbərdə o da qeyd olunub ki, ABŞ Tehrana qarşı savaşmaq istəmir, sadəcə “gözünü qorxutmaq” niyyətindədir.

Qeyd edək ki, bir müddət öncə ABŞ prezidenti Donald Trampın İranın işğalı üçün 120 min əsgəri bölgəyə göndərmək istədiyi açıqlanmışdı.

ABŞ daha öncə “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi ilə 4 nüvə potensiallı B-52 bombardman təyyarələrini körfəzə yollamışdı. Pentaqon daha sonra İrandan gələ biləcək hücum ehtimallarına qarşı “Patriot” hava hücumundan müdafiə sistemi və “USS Arlington” amfibiya gəmisini bölgəyə göndərdiyini bildirmişdi.  (publika.az)

Saakaşvilidən tərəfdarlarına hücum əmri

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili “Feysbuk” hesabında video-müraciətlə çıxış edib.

Turkustan.info xəbər verir ki, M.Saakaşvili özünün Vahid Milli Hərəkat Partiyasını və tərəfdarlarını hücuma səsləyib:

“Biz hücum və ancaq hücum etməliyik. Bizi hər dəfə seçkidən məhrum edirlər, seçkiləri saxtalaşdırırlar. İvanişvili hər dəfə fərqli fəndlərə əl atır”.

Qeyd edək ki, bu gün Gürcüstanın beş rayonunda mer, səkkiz rayonunda isə bələdiyyə məclisi aralıq seçkiləri keçirilir.  /Modern.az/

Rusiya yeni müharibəyə hazırlaşır, Qərb istiqamətində qoşun cəmləşdirilir

Estoniyanın müdafiə naziri Yuri Luyk Rusiyanın qərb istiqamətində yeni hərbi münaqişəyə hazırlıq gördüyünü bəyan edib.

Turkustan.info Baltik KİV-lərinə istinadən xəbər verir ki, nazir bu barədə keçmiş prezident Lennart Merinin xatirəsinə həsr edilmiş konfransdakı çıxışı zamanı deyib.

Luyk bildirib ki, Rusiya Qərb hərbi dairəsində 2018-ci ildə 7 yeni polk formalaşdırıb. Həmin polklar Estoniya ilə sərhədin cəmi 50 kilometrliyində dislokasiya olunub.

Nazir hesab edir ki, Moskva SSRİ-nin mövcudluğunun son illərində əldən verdiyi qlobal hərbi əhatəni bərpa etməyə çalışır. Müdafiə nazirinin sözlərinə görə, Rusiya yaxın illərdə NATO-nun zəifləyəcəyini hesablayır və öz planlarını bu hesablar üzərində qurur.

Estoniya müdafiə nazirinin sözlərinə görə, belə bir vəziyyətdə Avropada Rusiyaya qarşı sanksiya təzyiqlərinin yumşaldılması meylləri müşahidə olunur ki, bu da narahatlıq doğurur. Luyk deyib ki, Avropa Şurasının Moskvanın bu təşkilatdakı səs hüququnu bərpa etmək niyyətində olması narahatedicidir və belə getsə Rusiyaya qarşı sanksiyaların da ləğv edilməsi gündəmə gətirilə bilər.  /Cebhe.info/

Misr ehramları ətrafında partlayışlar- Terror hücumu

Misirdə, məşhur Gizaehramı ətrafında partlayış baş verib. AFP agentliyinin mayın 19-da polisə istinadla verdiyi məlumata görə, azı 17 nəfər xəsarət alıb. Sky News televiziya kanalının məlumatına görə, onlardan 10-u misirlı, 7-si isə Cənubi Afrikadandılar.

Reuters xəbər verir ki, xəsarət alanların əksəriyyəti turistlərdir. Partlayıcı qurğu, turist avtobusu ətrafdan ötərkən baş verib. Polis və xilasedicilər hadisə yerində iş aparırlar.

Ərdoğan Kılıçdaroğlunun əlini sıxdı

19 May – Atatürkü anma, idman və gənclik bayramı münasibətilə keçirilən tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ilə bir araya gəlib.

Turkustan.info xəbər verir ki, tərəflərin əl sıxıb salamlaşması diqqət çəkib.

Rəsmi mərasim Tütün limanı qarşısında keçirilib. Tədbirə rəsmilər, siyasi partiya liderləri qatılıb.

Səudiyyə Ərəbistanı müharibəyə hazırdır

Səudiyyə Ərəbistanı müharibəyə can atmır, lakin istənilən hücuma qətiyyətlə cavab verməyə hazırdır. 

İnterfaks”ın məlumatına görə, bunu Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr bəyan edib. 

O, İranı bölgədəki vəziyyəti gərginləşdirməkdə, habelə Birləşmiş Ərəb Əmirliklərində Səudiyyə Ərəbistanına məxsus neft tankerlərinə hücumda ittiham edib. 

“Əgər digər tərəf silahlı qarşıdurma yolunu seçsə, Ər-Riyad tam gücü və qətiyyəti ilə cavab verəcək”, – deyə nazir vurğulayıb.  /oxu.az/

Koçaryan azadlığa buraxıldı, Ermənistan qarışdı – Mitinq təyin edildi

Məhkəmənin eks-prezident Robert Köçəryanı Dağlıq Qarabağın indiki və keçmiş qondarma “prezidentlərinin” müraciəti əsasında zaminə buraxması Ermənistanda siyasi vəziyyəti gərginləşdirib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, ötən gün Köçəryanın həbsdən çıxmasını bayram edən tərəfdarları küçələrə çıxaraq yürüş ediblər. Polis onları müşaiyət edib, amma yürüşə müdaxilə olunmayıb.

Eləcə də Köçəryanın əleyhdarları küçələrə çıxıblar və onun yenidən həbs olunmasını tələb ediblər. Onlar hədələyiblər ki, əgər Baş prokurorluq qərardan protest verməsə və Köçəryan yenidən həbs olunmasa ölkə boyu itaətsizlik aksiyalarına başlayacaqlar.

Yerevanın Azadlıq meydanına toplaşan minə yaxın aksiyaçı oradan Baş prokurorluğun qarşısına yürüş edib və yenidən meydana geri dönüblər. Fəallardan Artur Movsisyan deyib ki, Köçəryanın azad olunması Ermənistanda məhkəmə sisteminin dəyişmədiyini göstərir. O, məhkəmənin qərarını baş nazir Nikol Paşinyana qarşı “sabotaj aktı”  adlandırıb.

“Bu onu göstərir ki, keçmiş siyasi elita hələ də məhkəmə sisteminə təsir edə bilir”-Movsisyan deyib. Əlavə edib ki, bu gün mayın 19-da saat 18.00-da Azadlıq Meydanında keçmiş prezidentin yenidən həbs olunması tələbi ilə mitinq keçiriləcək.

Prokurorluq isə məhkəmənin Köçəryanı zaminə buraxmaq qərarından protest verəcəyini açıqlayıb. Prokuror Petros Petrosyan deyib ki, ittiham tərəfi həbs qətimkan tədbirində isrralıdır, çünki Köçəryan azadlıqda istintaqın gedişinə təsir edə bilər.

Köçəryanın vəkili Ayk Alumyan isə deyib ki, onun zaminə buraxılması qərarından protest verilməsi qanuni deyil və eks-prezident bütün məhkəmə prosesi ərzində azadlıqda qalacaq. Lakin o prokurorun hakimiyyətin təzyiqi ilə qərardan protest verəcəyini gözləyir. Və hesab edir ki, məhkəmə bu protesti təmin etməməlidir.

Avropanın imtina etdiyi İŞİD məhbusları problemə çevrilib – İraqdan Brüsselə təklif

2014-cü ilin may-iyun aylarından etibarən səhnəyə çıxarılan İŞİD terror təşkilatı, başda Türkiyə olmaqla, Avropa və Afrika ölkələrinin başını ağrıdır. Elə görünür ki, hələ baş ağrıtmağa da davam edəcək.

ABŞ Prezidenti Donald Trampın “İŞİD bitdi!” nidalarını səsləndirməsindən sonra təşkilatın dünyada nəzarət altında saxladığı hər hansı bir bölgə qalmazkən, İŞİD gizli fəaliyyətə keçdi. Daha öncə 7 dəfə öldüyü və ağır yaralandığı iddia edilən təşkilat lideri Əbu Bəkir əl-Bağdadi isə gizli fəaliyyətə keçən tərəfdarlarına sosial media hesabları vasitəsilə mesaj verməyə davam edir.

Ancaq bütün bunlardan daha kritik önəmə sahib olan və həll edilməməsi daha böyük dərdlər yarada biləcək başqa bir problem var: yaralı və sağ ələ keçirilən xarici terrorçular məsələsi həll edilməmiş olaraq qalmaqdadır. Avropa isə Bağdad hakimiyyəti və terror təşkilatı PYD ilə apardığı bazarlığı davam etdirir. İndi İraqda siyasi pərdə arxasında müzakirə edilən xarici döyüşçülərin durumu ilə bağlı məsələ prosesin qeyri-müəyyənliyini ortaya qoyur.

Bildiyiniz kimi, AB ölkələri İraq və Suriyada həbsdə olan İŞİD-ə qatılmış vətəndaşlarını geri almaq, istintaq prosesini öz ölkələrində tamamlamaq istəmir. Ötən aylarda Tramp da Twitterdə belə bir mesaj paylaşmışdı: “İngiltərə, Fransa, Almaniya və digər avropalı müttəfiqlərimizdən Suriyada ələ keçirdiyimiz təqribən 800 İŞİD döyüşçüsünü təslim alaraq mühakimə etməsini istəyirik. İŞİD çökmək üzrədir. Xoş olmayan digər alternativ isə onları sərbəst buraxmaq məcburiyyətində qalmaqdır.”

Xatırladaq ki, İraqda ələ keçirilən terrorçular hökumətin nəzarətində olan həbsxanalarda saxlandığı halda, Suriyada həbsdə olan İŞİD döyüşçüləri YPG/PYD-nin əlindədir.

İndi İraqda 250 min m2 böyüklüyündə, ətrafı tikanlı məftillə sarılmış və müşahidə qüllələri olan, təhlükəsizlik səviyyəsi yüksək bir həbsxana düşünün. Hətta düşünməyin, İraqın belə bir həll planı hazırladığını söyləyək, siz də bilin. Bağdad hakimiyyəti belə bir həbsxana tikdikdən sonra Avropanın qəbul etmək istəmədiyi mühacir döyüşçüləri burada saxlamaq istəyir.

İraq gələn həftədən etibarən AB ölkələrinə öz terrorçuları ilə əlaqədar bir təklif verməyə hazırlaşır. Hətta Almaniya ilə ilk görüşü keçirib.

Təklifin qısa mahiyyəti budur: “Siz avropalılar Suriyada ələ keçirilən, öz vətəndaşınız olan İŞİD döyüşçülərini geri almaq istəmirsiniz, “Həll yolu axtarırıq” bəhanəsilə bizə “Hələlik saxlayın” deyirsiniz. O halda biz bu durumu qəbul edirik. Onlar üçün xüsusi bir həbsxana inşa edəcəyik və xərcini siz çəkəcəksiniz”.

Yalnız xarici döyüşçülərin saxlanması üçün xüsusi olaraq inşa edilməsi planlaşdırılan bu həbsxanada saxlanılacaq hər bir terrorçuya görə Bağdadın 10 milyon dollar tələb edəcəyi iddia edilir. Bununla birlikdə, Bağdad İŞİD döyüşçüləri mühakimə edilərkən Avropa ölkələrinin bu işlərə müdaxilə etməməsini istəyir. Avropalıların bu məhkəmə işlərinə müdaxilə etməsi hallarında, əldə edilən anlaşmanın anında ləğv ediləcəyini və həmin döyüşçülərin ölkədən çıxarılacağını söyləyir. Bax, İraqın əlində olan və Avropanı qorxuya salan kozır budur. Bağdad “Terrorçularınızı geri yollayarıq!” deyir.

Bu təklifə qarşılıq olaraq, Avropa ölkələri də Bağdad hakimiyyəti ilə danışıqlarda əllərinin güclü olduğunu göstərmək üçün terror təşkilatı PKK-nın Suriya qolu olan PYD ilə görüşlər keçirirlər. İlk görüşün Almaniya ilə keçirildiyi bildirilir.

İddia edilir ki, Bağdadın əksinə, PYD Avropa təmsilçiliyi vasitəsilə Almaniya hökumətinə daha məqbul bir təklif verib. Siyasi qaynaqlarımdan aldığım məlumata görə, 17 apreldə PYD-nin həmsədri Ayşə Hesonun rəhbərliyində bir nümayəndə heyəti artıq Berlində bazarlıq üçün masaya oturub belə.

Heso, sözügedən hərbi cinayətkarların, – BMT ilə əməkdaşlıq edilərək, – qurumun Beynəlxalq Cinayət Məhkəməsində mühakimə edilməsini təklif edib. Bu da onların ölüm cəzası alması riskini ortadan qaldırar, dustaqların daha yaxşı şəraitdə saxlanmasını təmin edər. Əlbəttə, qiymətlə bağlı PYD-nin də təklifi var. PYD hər bir İŞİD döyüşçüsü üçün 4 milyon dollar tələb edir və “istəyirsinizsə, İraqdakı məhbusları da gətirin” deyir. “Pulunu verdiyiniz müddətcə, onlara da baxarıq” deyirlər.

PYD hələlik yalnız Almaniya ilə bazarlıq masasına oturub. Lakin məqsədi bəllidir. BMT ilə belə bir anlaşma əldə edərək, həm pul, həm legitimlik, həm də status qazanmaq istəyir. PYD-nin yaxın dövrdə digər Avropa ölkələrini də ziyarət etməsi planlaşdırılır. İraq da Almaniya ilə keçirdiyi ilk görüşünü tamamladı. İndi sırada digər Avropa ölkələri var.

Bu təklif almanlara daxili siyasətdə yumşaq keçidlər baxımından nə qədər məqbul görünsə də, bir əngəl vardır. PYD və YPG nə Almaniya federal hökuməti, nə də BMT tərəfindən bir dövlət olaraq qəbul edilmir. Almaniya XİN-in vəzifəli şəxslərilə keçirdiyim görüşdə onlar “Muxtar kürd administrasiyası adlandırılan qurumla heç bir rəsmi əlaqədən söhbət getmir” deyirlər.

Almaniya ilə əldə ediləcək anlaşma, bir növ, model, yol xəritəsi xarakteri daşıyacaq. Ancaq Berlin Türkiyə hökumətinə hörmət göstərməyə məcburdur. Bu səbəblə, Berlinin PYD ilə BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinə yönəlik bir anlaşma əldə etməsi gözlənilən bir durum deyil. Belə bir anlaşma əldə ediləcəksə, bu, yalnız İraqla mümkündür.

Çetiner Çetin

“Habertürk”, tərcümə Strateq.az-ındır.

Avstriyada siyasi böhran – hakim koalisiyada olan partiyanı rus oliqarx maliyyələşdiribmiş

Avstriya prezidenti ölkədə vaxtındanəvvəl parlament seçkisi keçirilməsini dəstəkləyib. Buna səbəb, son günlər vitse-kansler Haynz Kristian Straç ətrafında qopan qalmaqal olub.

Prezident Alexander Van der Bellen deyib ki, ölkənin nüfuzunu yalnız seçki xilas edə bilər.

Prezident mayın 19-da kansler Çancellor Sebastian Kurzla növbəti addımları müzakirə edib. Kurz bundan əvvəl, mümkün qədər tez parlament seçkisi keçirməyə çağırmışdı.

Bundan başqa o, mayın 18-də Strache-nin rəhbərlik etdiyi qatı-sağçı “Azadlıq partiyası” ilə koalisiyadan çıxdıqlarını bəyan edib. Kütləvi informasiya vasitləri (KİV) qalmaqaldan əvvəl Straçinin, özünü Alena Mayarova adlandıran rus qadınla söhbətini yayıb.

Görüş 2017-ci ilin iyulunda-Straçinin vitse-prezident olduğu seçkiyə 3 ay qalmış İspaniyanın İbiza adasında baş tutub. Makarova dövlət sifarişləri əvəzində onun partiyasının maliyyələşməsinə 250 milyon avro təklif edib.

Mətbuatın yazdığına görə, Makarova “saxta fiqur” olub, amma bunun kimlər tərəfindən təşkil edildiyi bəlli deyil. Jurnalistlər qeyd edirlər ki, Latviya vətəndaşı olan Makarova bir rusiyalı oliqarxın qohumudur.

Straç isə vəziyyəti “dolaşıq sərxoş məsələ” adlandırıb. O artıq tutduğu vəzifə və partiya rəhbərliyindən istefa verib.

Türkiyə və Rusiya birgə S-500 istehsal edəcəklər

Türkiyə Rusiya ilə birlikdə S-500 hava hücumundan müdafiə sistemləri istehsal edəcək.

Turkustan.info “Daily Sabah” nəşrinə istinadən bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə bir bəyanatı İstanbulda gənclərə görüşü zamanı edib.

Prezident eyni zamanda qeyd edib ki, Ankaranın həm Rusiyanın S-400 sistemlərini, həm də ABŞ-ın F-35 təyyarələrini əldə edə biləcəyinə əmindir.  /Oxu.Az/

 

Iran XİN: “Tehranın istəmədiyi müddətdə regionda müharibə başlamayacaq”

“Tehranın istəmədiyi müddətdə regionda müharibə başlamayacaq”.

Turkustan.info-nun verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Pekində səfərdə olarkən deyib.

“Heç bir müharibə olmayacaq, çünki nə biz müharibə istəyirik, nə də regionda kimsənin İrana qarşı ideya və ya illuziyası var”, deyə iranlı nazir bildirib.  /ONA/

Daha bir dövlət ABŞ-ı müharibə ilə hədələdi

Venesuela hərbçiləri ölkə prezidenti Nikolas Maduronun rəhbərliyi altında keçirilən “sədaqət marşı”nda ABŞ-ı əllərində silahla gözlədikləri barədə xəbərdarlıq ediblər.

Turkustan.info bildirir ki, ötən gün Venesuela prezidenti Nilkolas Maduro Araqua ştatnı ziyarət edib. Orada minlərlə əsgər və zabitlə birlikdə “sədaqət marşı” adlandırılan yürüş keçirilib. 2 km ərazidə keçirilən yürüşdə hərbçiləri kütlə və hərbi texnika əhatə edib. Sonra prezident xidmətdə fərqlənən hərbçiləri təltif edib və növbəti dəfə Amerika imperializmini tənqid hədəfi seçib.

Bundan sonra hərbçilər yüksək səslə cavab veriblər: “Yalnız döyüşənlər mövcud olmaq haqqına malikdirlər. Sən heç vaxt mənim vətənimə toxunmayacaqsan. Qulaq as, balaca qrinqo, biz hazırıq. Biz səni silahla gözləyirik”.

Aprelin 30-da müxalifət Venesuelada dövlət çevrilişi etməyə cəhd göstərib. Müxalifətin lideri Xuan Quaido və onun tərəfdarları Karakasdakı Karlota hərbi bazasının qarşısına toplaşaraq ordunu və xalqı qanuni prezident Nikolas Maduronu devirməyə çağırıblar.

Dövlət başçısı və müdafiə naziri hərbi qüvvələrin legitim hakimiyyətə sadiq olduğunu bəyan ediblər. Dövlət çevrilişinə cəhdin qarşısı alınıb və araşdırma başlanıb.

Yanvardan etibarən ölkəni Maduro əleyhinə etiraz dalğası bürüyüb. Parlamentin spikeri Xuan Quaido özünü müvəqqəti hökumətin fəaliyyəti dövründə dövlət başçısı elan edib. Bu addımı başda ABŞ olmaqla bir necə dövlət dəstəkləyib. Rusiya, Meksika, Çin, Türkiyə və İndoneziya kimi dövlətlər isə hazırkı Venesuela liderini dəstəklədiklərini bəyan ediblər.  /Sputnik.Az/

Venesueladan ABŞ-a: Savaşa hazırıq

Venesuela Prezidenti Nikolas Maduro Arqua əyalətinə gedərək minlərlə hərbçi ilə birgə yürüşə qatılıb.

Turkustan.info xəbər verir ki, Maduro yürüşdən sonra hərbçilərin qarşısında çıxış edərək ABŞ imperializmini tənqid edib. Venesuela liderinin tənqidlərindən sonra hərbçilər də cavabında vətən üçün döyüşə hazır olduqlarını söyləyiblər:

“Var olmaq haqqı sadəcə savaşanlarındır. Mənim vətənimi əsla işğal edə bilməzsən. Dinlə, kiçik qrinqo, biz hazırıq. Əllərimizdə silahlarımız gözləyirik”.

ABŞ hərbçiləri Körfəzdə yerləşdirilir – Ər-Riyad təsdiqlədi

Ər-Riyad rəhbərliyi ABŞ hərbi qüvvələrinin Ərəb Körfəzi hövzəsində və körfəz torpaqlarında yenidən yerləşdirilməsi tələbini təsdiqləyib.

Turkustan.info xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı mətbuatı məlumat yayıb.

Xəbərdə bu tələbin təsdiqlənməsinin əsas səbəbinin İranla müharibəyə başlamaq deyil, İranı hərbi gərginlikdən, eləcə də Körfəz ölkələrinin və ya ABŞ-ın bölgədəki mənfəətlərinə zərbə endirməkdən yayındırmaq olduğu bildirilib.  /Axar.az/ 

Paşinyana qarşı yeni partiya yarandı

Ermənistanda yeni Tək Ermənistan Partiyası yaradılıb.

Partiyanın təsis qurultayı bu gün İrəvanda baş tutub. Yeni partiya özünü mərkəzçi qüvvə kimi təqdim edib və əsas fəaliyyətinin demokratiyanı gücləndirmək, yeni vətəndaş və dövlət düşüncəsini formalaşdırmaqdan ibarət olacağını bildirib.

Yeni partiyanın sədri Artur Kazinyandır. Kazinyan partiyanın qurultayında çıxış edərək, hazırda Ermənistan siyasi mühitində keçmişlə indi arasında mübarizənin getdiyini və bunun da gələcəyin gündəmini formalaşdırmağa imkan vermədiyini qeyd edib:

“Əvvəlki hökumətləri bütün hər şeydə günahlandırıb, ondan siyasi kapital toplamaq olar, amma bu, əbədi deyil. Bu siyasi kapital gələcəyə yönələn siyasətlə möhkəmləndirilməyib”.

Qarabağ məsələsiylə bağlı partiyasının mövqeyini açıqlayan Kazinyan ATƏT-in Minsk Qrupu çərçivəsində həll prosesini dəstəklədiklərini bildirib. O, konfliktə regional məsələ kimi baxılması gərəkdiyini deyib:

“Yaxın 10-20 il ərzində regionda nə baş verəcəyini bilmədən güzəştə getmək olmaz. Madrid prinsipləri köhnəlib və qəbuledilməzdir. Ona əlavələr lazımdır”.

Kazinyan həmçinin çıxışı zamanı partiyanın maliyyə mənbələrinə aydınlıq gətirməyib.

Maraqlı məqamlardan biri də odur ki, qurultayda qonaq qismində Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan, Çiçəklənən Ermənistan Partiyasının deputatları Arman Abovyan və Gevork Petrosyan, eləcə də Ermənistanın keçmiş Baş naziri Qrant Baqratyan iştirak edib.

Kazinyan iclasa Mənim Addımım Blokunu da dəvət etdiklərini, amma onların qurultaya qatılmadıqlarını bildirib. (axar.az)

Koçaryan həbsdən buraxıldı

Yerevanın birinci instansiya məhkəməsi şənbə günü Ermənistanın ikinci prezidenti Robert Koçaryanı həbsdən azad edib.

“Report” bu barədə “Sputnik Armenia”ya istinadən məlumat verir.

Müvafiq qərar hakim David Qriqoryan tərəfindən iclas zamanı oxunub.

Qeyd edək ki, mayın 13-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi general Yuri Xaçaturov və Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorkyanın məhkəməsi başlayıb.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyasınamizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd – Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq, martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.

Adları yuxarıda qeyd edilənlər konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə mühakimə olunacaqlar.

Parlament buraxılır: Yeni komanda hərəkətə keçdi

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin komandası Ali Radanın buraxılması üçün hazırlıqlara başlayıb.

Turkustan.info lenta.ru-ya istinadən xəbər verir ki, hələlik səlahiyyətlərinin icrasına başlamayan Zelenskinin komandası Ali Radanın buraxılması haqda prezident fərmanının layihəsini dərc etdirib.

Zelenskinin komandasında əsas fiqurlardan hesab olunan Ruslan Stefançukun sözlərinə görə, Ali Radanın buraxılmasına yönəlik prosedurların icrasına Zelenskinin andiçmə mərasimindən sonra başlanılacaq.

Bununla belə, Stafançuk əlavə edib ki, yeni hakimiyyətlə Ali Rada arasında “anlaşma” baş tutarsa, o halda parlamentin buraxılması məsələsi gündəlikdən çıxa bilər.

Maraqlıdır ki, Zelenskinin Ali Radanı buraxmaq niyyətinə ilk etiraz onun tərəfdarlarından gəlib. Seçkilərdə Zelenskini dəstəkləyən Xalq Cəbhəsi hakim koalisiyanı tərk etməklə, parlamentin buraxılması müddətinin uzadılmasına zəmin yaradıb.

Qanunvericiliyə uyğun olaraq, Ali Radada parlament çoxluğunun təşkili üçün müəyyən edilmiş 1 aylıq müddət başa çatmayana qədər prezident Radanı buraxa bilməz.

ABŞ-İran müharibəsində yeni cəbhə açıldı: “Tehranı dəstəkləyirik”

“Çin ABŞ-ın İrana təktərəfli sanksiyalar tətbiq etməsinə qarşı çıxır”.

Turkustan.info xəbər verir ki, bunu Çinin Dövlət müşaviri və Xarici işlər naziri Vanq Yi deyib.

Paytaxt Pekində rəsmi səfərdə olan İranın Xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşən Vanq iki ölkənin əhatəli strateji əməkdaş olduğunu, mövcud beynəlxalq və regional şərtlərin sürətlə dəyişdiyi zamanda İran və Çinin koordinasiyasının gücləndirilməsinin vacibliyini dilə gətirib.

“İranın mövcud vəziyyətini və narahatlıqlarını anlayır, öz maraqlarının qorunmasını dəstəkləyirik. Mövcud zərərverici faktorları aradan qaldırmaq və İranın nüvə razılaşmasının tətbiqində iştirak etmək üçün Tehran hökuməti ilə birlikdə işləməyi ümid edirik.

İranın Xarici işlər naziri isə öz növbəsində nüvə razılaşması böhranının məsuliyyətinin Tehranda olmadığını, ölkəsinin razılaşmadan çıxmaq istəmədiyini dilə gətirib.   /Publika.az/

Ərdoğanın yaşlı qadınla söhbəti rekord qırdı – Milyonların izlədiyi VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yolda avtomobilini saxlayaraq yaşlı bir qadınla söhbət edib.

Qısa söhbətdə qadın və prezident qarşıdan gələn bələdiyyə seçkiləri haqda danışıb.

Ərdoğanın “Kimə səs verəcəksən?” sualına qadın “Allah bilir” cavabını verib. Qadının “Hər halda sizinlə qarşılaşdığıma görə…” sözü isə Ərdoğanı güldürüb.

Prezident səmimi söhbətin sonunda yaşlı qadının əlini öpüb.

Hadisənin görüntüsü sosial şəbəkədə izləmə rekordu qırıb. (axar.az)

 

İran ABŞ-ın zərbələrinə tab gətirə bilərmi? – Mümkün hərbi müdaxilə ssenariləri

İran və ABŞ qarşıdurması son zamanlar ən yüksək nöqtəyə çatıb və tamamilə mümkündür ki, Vaşinqton İran probleminin hərbi həllinə qərar verər. Bununla yanaşı, indiki mərhələdə ABŞ kimi rəqibə qarşı durmaqdan ötrü Tehranın hərbi-texniki gücü açıqca yetərli deyil.

Tehran və Vaşinqton arasında qarşılıqlı münasibətlərin növbəti və sərt kəskinləşməsilə bağlı ABŞ tərəfdən İrana raket-aviasiya zərbələrini çıxdaş etmək lazım deyil, çünki, görünür, Ağ Evin Tehrana qalan bütün təsir tədbirləri tükənib və meydana çıxan Amerika-İran ziddiyyətlərini həll etməkdə Vaşinqtonun savaşdan savayı başqa variantı qalmayıb. Bununla bərabər, Birləşmiş Ştatlar qoşunları (gücləri) hərbi əməliyyatlar teatrında düzməyə, yəni  gərəkli qruplaşmaları yaratmağa və onların uyğun əməliyyat quruluşuna hələlik başlamayıb da. İrana səmərəli zərbə üçün Pentaqonun bölgədə olan güc və vasitələri isə hələlik açıqca bəs etmir. Buna görə də Vaşinqton və Tehran arasında qarşıdakı hərbi əməliyyatlar barədə hələlik yalnız fərziyyə yürütmək olar.

ABŞ-ın mümkün əməliyyatları

Donald Tramp administrasiyası Yaxın və Orta Şərqdə bölgə təhlükəsizliyi və sabitliyinə əsas təhlükəni İranda görür. ABŞ-ın bu partlayış təhlükəli bölgədəki müttəfiqləri – İsrail və Səudiyyə Ərəbistanı İranı baş düşmən sayırlar. Nəhayət, Vaşinqton, Təl-Əviv və ər-Riyad İranı nüvə silahı hazırlamaqda şübhəli bilir. Buna görə də ABŞ və müttəfiqlərinin əsas hərbi-texniki hədəfi İranın Yaxın və Orta Şərqdəki rolunu kəskin zəiflətmək, bölgə lideri kimi siyasi səhnədən uzaqlaşdırmaq və Tehranı nüvə silahına yiyələnməkdə hətta fərziyyəvi imkandan məhrum etməkdir.

Bu məqsədə sıradakı vəzifələri çözməklə yetmək olar – İslam Respublikasının dövlət və hərbi idarəçiliyini pozmaq, hərbi və iqtisadi potensialını dağıtmaq (birinci növbədə ölkənin atom sənayesi müəssisələrini məhv etmək), hərbi-hava gücləri, raket qoşunları, hərbi-dəniz qruplaşmaları və quru qoşunlarını məğlub etmək.

Bəllidir, bu halda ABŞ SQ-nin İslam Respublikasının atom sənayesi obyektlərinə təkcə nöqtə zərbələrilə ötüşmək olmaz, çünki İranın ABŞ-ın bölgə müttəfiqlərinə, Fars körfəzi mionarxiya dövlətlərinin neft və qaz anbarlarına qarşı cavab əməliyyatları, Hörmüz boğazının mümkün bağlanma ehtimalı böyükdür.

Birləşmiş Ştatlar buna görə də İranı boğmaq üçün özünün hərbi-hava və hərbi-dəniz güclərinin xeyli hissəsini cəlb etməklə praktik olaraq tammiqyaslı strateji hava-kosmik əməliyyatı keçirməli olacaq. Güman etməyə hər cür əsas var ki, bu, formaca ən sürətli kürəsəl zərbələrdən biri olacaq, amma yalnız Yaxın və Orta Şərq bölgəsi çərçivəsində.

ABŞ silahlı qüvvələri bu zaman İranın quruda, dənizdə və havada  aviasiya, donanma və raket qoşunlarını məhv etməli, rezervləri, düşmənin mümkün hava və dəniz desantını vurmalı, habelə öz qoşunlarını İslam Respublikasının hava hücumu və hava kəşfiyyatından qorumalı olacaq.

Şübhə yoxdur ki, ən birinci raket-aviasiya zərbəsində böyük sayda yüksəkdəqiqlikli döyüş sursatı, özəlliklə GBU-43/B Massive Ordnance Air Blast tipli “bütün bombaların anası” daxil olmaqla bunkerə qarşı bombalar işə salınacaq.

Amerikanın hipotetik rəqibinin yerin lap dərinliyində səngərləndiyi nəzərə alınsa isə, istisna etmək olmaz ki, ABŞ qarşıdakı münaqişədə öz vəzifələrini həm adi, həm də Pentaqonun son illərdə yüksəkdəqiqlikli silah özəlliyi verdiyi nüvə atəş vasitələri işlətməklə həll edəcək. Məsələn, ABŞ HHQ İranda B61-12 tipli sərbəst düşən aviasiya bombaları ilə İranın nüvə obyektlərinə tam zərbə endirə bilər. Bu zaman nüvə atəşi vasitələri ABŞ HHQ-nin imkanlarını kəskin artırır və eyni zamanda düşmənin bütün qruplaşması və infrastrukturunu vurmaq imkanı verərək yalnız adi atəş vasitələrinin tətbiqiylə hava əməliyyatlarında aviasiyaya məxsus bütün vəzifələri həll edir.

Son dərəcə qısa deyilsə, ABŞ silahlı güclərinin bu münaqişədə birnömrəli vəzifəsinı sıradakı kimi formulə etmək olar – qəfil və son dərəcə güclü ilk aviasiya-raket zərbəsi nəticəsində ən qısa müddətdə İranın raket potensialı və gücünü məhv etmək, İslam Respublikası HHQ və HDQ-nin döyüş imkanlarını kəskin zəiflətmək, sonra isə Tehranın hərbi-iqtisadi potensialının planlı məhvinə keçmək.

ABŞ SQ-nin böyük quru birləşmələrinin İran ərazisinə soxulmasını gözləmək lazım gəlmir. ABŞ öz hərbi-siyasi məqsədlərinə yalnız hərbi-hava, hərbi-dəniz gücləri və kosmik qoşunların əməliyyatları ilə yetməyə çalışacaq. Pentaqon İran torpağında ümumqoşun əməliyyatları keçirəcəyi halda özünün əsas imtiyazını – texnoloji üstünlüyü xeyli dərəcədə itirir.

Nəticə necə olacaq?

ABŞ-ın İrana qarşı gözlənilən hava kampaniyası halında təyyarələrin say və növlərini saymağa, dəniz və hava bazalı qanadlı raketlərin TTX-ni (taktiki-texniki xarakteristika-tərc.) səsləndirməyə, aviasiya zərbələrinin cürbəcür vasitələrini, İran HHM vasitələrinin səciyyələrini sadalamağa, güc və vasitələr nisbətini incələməyə, hərbi münaqişənin başlanğıcı və inkişafı haqda proqnozlar verməyə özəl ehtiyac yoxdur. Başlıcası bu deyil.

Tehran rejiminin potensial Amerika təcavüzkarına güclü dirəniş göstərəcəyini güman etmək xeyli dərəcədə şişirtmədir. İran silahlı gücləri və İslam İnqilabı Keşikçiləri Korpusu birləşmiş Amerika və İsrail hərbi gücüylə yetərincə qısa müddətdə darmadağın ediləcək. Hər şeydən göründüyü üzrə, İran tərəfdən mümkün hərbi cavab cüzi görünür. Və bu, sıradakı səbəblərdən baş verəcək.

ABŞ-ın radioelektron mübarizə vasitələrində istənilən rəqib üzərində böyük üstünlüyü var. Həm texnoloji baxımdan (burada fərq, sadəcə, nəhəngdir), həm də mümkün say xarakteristikalarında. İİR silahlı güclərinin bütün radiolokasiya və radiotexniki vasitələri münaqişə başlanan andan, sadəcə, “kor ediləcək”. Maneələr elə bir güc, elə bir tezlik və elə bir rəngarəngliklə qoyulacaq ki, münaqişənin ilk saniyəsindən İran silahlı qüvvələrini yönəltmə sisteminin işləkliyi əsla mümkün olmayacaq. HHQ komandanlığı qırıcı və bombardmançı aviasiyanı hədəflərə tuşlamaq imkanından məhrum olacaq.

Daha bir prinsipial məqamı qeyd etmək gərəkdir.

ABŞ İranın zərbə vasitələrinin çoxunun yetişə bilməyəcəyi hüdud və bölgələrdən zərbələr endirəcək. Bununla bağlı Pentaqonun baş vəzifəsi kampaniyanın lap ilk dəqiqəsindən təchizatda mühüm uçuş mənzilli  ballistik raketlərə malik olan İranın raket qoşunu birləşmələri və hissələrini zərərsizləşdirməkdir. İran raketləri nüvə döyüş hissələrinə malik olsaydı, çox effektli ola bilərdi. Lakin bir neçə yüz kiloqramlıq, bir də mühüm qüsurları olan adi döyüş başlıqları ABŞ SQ və müttəfiqləri üçün ciddi təhlükə təşkil etməyəcək.

Tehran komanda məntəqələri, rabitə qovşaqları, aerodrom, aviadaşıyıcı və gəmi zərbə qruplarına gecə-gündüz atəş təsiri vəzifəsini həll etməyə nail olsaydı, İran və ABŞ arasında silahlı münaqişənin nəticəsi daha çox suallar doğurardı.

Lakin bəlli olduğu qədər, İran güclü radiomüqaviməti şəraitində işləməyə qabil yetərli sayda adi təchizatlı, yüksəkdəqiqlikli, uzaqmənzilli atəş vasitələrinə malik deyil. Buna görə də ABŞ və İran arasında bərabərdəyərli silahlı mübarizə olmayacaq.

Gazeta.ru, tərcümə Strateq.az-ındır.  

Putinin İranı ŞOKA SALAN MESAJI: ABŞ zərbə endirsə…

Böyük müharibə böyük büdcə deməkdir və hərbi əməliyyatlar teatrına böyük zərbə qruplaşmasının cəmləşdirilməsini tələb edir. Hazırda ABŞ-ın bölgəyə göndərdiyi qüvvələr bu vəzifə üçün nəzərdə tutulmayıb.

Bu fikirlə politoloq Şahin Cəfərli çıxış edib. O bildirib ki, İran tərəfindən hər hansı provokativ addımlar atılsa, məsələn, bu ölkənin regiondakı proksi gücləri (“Hizbullah”, “Haşdi Şabi”, “Ənsərullah”, Suriyadakı könüllülər və s.) ABŞ hərbi və ya mülki personalına hücumlar etsə, yaxud İran Hörmüz boğazını bağlamaq təhdidini reallaşdırmağa çalışsa, qısamüddətli lokal toqquşmalar mümkündür. Eynən 1988-ci ilin aprelindəki dəniz savaşı kimi:

“Abraam Linkoln” aviadaşıyıcısındakı qüvvələr və müşayiətçi gəmilər, eləcə də Qətərdəki ABŞ hərbi aviasiyası lokal hərbi tapşırıqlar yerinə yetirmək və İranı çəkindirmək üçün yetərlidir. Böyük müharibə o zaman ola bilər ki, İran öz nüvə proqramını bərpa etsin, bu halda ABŞ və İsrail hərəkətə keçəcək. Putinin İrana ünvanladığı “biz yanğınsöndürmə komandası deyilik və hər kəsi xilas edə bilmərik” bəyanatını Pompeo ilə görüşdən 1 gün sonra səsləndirməsi bu görüşdə İran məsələsinin ciddi müzakirə olunduğunu və ortaq nöqtələr tapıldığını söyləməyə əsas verir. İrana da, dünyaya da açıq mətnlə bildirildi ki, Tehran nüvə silahı proqramına qayıtsa, Moskva ona dəstək verməyəcək. Bu, o deməkdir ki, İrana qarşı əməliyyatın BMT Təhlükəsizlik Şurası səviyyəsində sanksiyalaşdırılması ehtimalı da var”.

Ş.Cəfərli bildirib , hələlik Tramp hökumətinin məqsədi sanksiyalar yolu ilə İranın iqtisadi iflasına nail olmaq və bunun paralelində Reyqanın “Güc vasitəsilə sülh” (Peace through strength) konsepsiyasına uyğun olaraq əzələ nümayişi ilə Tehranı masaya oturmağa məcbur etməkdir:

“Sanksiyaların hədəfi həm də İranda həyatı dözülməz edib, əhalinin rejimdən narazılığını pik həddinə çatdırmaqla ölkə daxilində kütləvi etirazları körükləməkdir. Hazırda İran, Çin, eləcə də Şimali Koreya və Venesueladakı rejimlər ABŞ-da seçki mübarizəsinin başlayacağı dövrə qədər dözmək və məsələləri mümkün qədər uzatmaq taktikası seçiblər. Kampaniya başladıqdan sonra Trampın bütün diqqəti seçkiyə yönələcək. Adətən seçki dövründə administrasiyalar radikal qərarların qəbulundan yayınır. İran ümidlidir ki, demokratların namizədi prezident seçilərsə, ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planına geri dönəcək, çünki bu sənəd demokrat Obama dövründə imzalanıb. Pekin ümid edir ki, demokratların qələbəsi nəticəsində ABŞ Çinə təzyiq siyasətindən vaz keçəcək və əvvəlki liberal-qlobalist vizyon Ağ Evdə hakim olacaq. Şimali Koreya və Venesueladakı rejimlər də demokratların qalib gələcəyi təqdirdə baş verəcəyi ehtimal olunan yumşalmaya ümidlidirlər. Burada ən zəif həlqə Madurodur, böyük ehtimalla Tramp seçkiyə qədər qonşuluqdakı bu problemi həll edəcək”. (axar.az)

ABŞ Fars körfəzi üzərindən uçan mülki təyyarələrə xəbərdarlıq etdi – Səhv sala bilərik…

ABŞ-ın Federal Avisasiya İdarəsi ölkənin Fars körfəzi üzərindən uçan kommersiya təyyarələrinə xəbərdarlıq edib ki, İranla ABŞ arasında münasibətlərin gərginləşdiyi bir vaxtda onların tanıtım nişanları səhv salına bilər.

Bu barədə “Reuters” və digər informasiya agentlikləri məlumat yayıb. İdarənin mayın 16-da yaydığı bəyanatda bildirilir ki, son günlər regionda hərbi iştirak və siyasi gərginliyin artması ABŞ mülki təyyarələrinin uçuşlarını risk altına alır.

Qeyd edək ki, Vaşinqton bu günlərdə regiona qırıcı və bombar-dmançı təyyarələr, habelə digər hərbi avadanlıqlardan ibarət təyyarədaşıyan gəmi göndərib. ABŞ Dövlət Departamenti həmçinin qonşu İraqdakı səfirliyinin bütün əməkdaşlarını müvəqqəti bu ölkədən çıxarıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən il-2018-ci ildə ölkəsinin İranla imzalanmış nüvə sazişindən çıxdığını elan etdi və Vaşinqton Tehrana qarşı sanksiyaları bərpa elədi. İranın 2015-ci ildə Britaniya, Çin, Fransa, Rusiya, Birləşmiş Ştatlar və Almaniya ilə imzaladığı sazişdə Tehranın nüvə fəaliyyətini dayandırması və əvəzində ona qarşı sanksiyaların aradan qaldırılması nəzərdə tuturdu.

ABŞ rəsmisinin bu yaxınlarda açıqlamasına görə, sanksiyalar Tehranı 10 milyard dollardan da artıq neft gəlirindən məhrum edib.

Birləşmiş Ştatlar İranı nüvə sazişinin şərtlərini pozmaqda günahlandırır. Tehran ittihamı rədd edir.

Türklərə vətənini geri qaytaracağıq – Zelenski

Ukrayna Krımı geri qaytaracaq.

Bu sözləri Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski öz Feysbuk səhifəsində Krım tatarlarının deportasiyasının 75 illiyini şərh edərkən deyib.

“İnanıram ki, biz Krım tatarlarının vətənini işğaldan azad edəcəyik. Krıma qayıdış yolu nə qədər uzun olsa da biz Krım tatarları ilə birgə addımlayacağıq. Biz bunu birgə edəcəyik. Unutmayın ki, ən qaranlıq gecə belə şəfəqlə bitir” – deyə o bildirib. (axar.az)

Trampın bu qədər borcu varmış – ŞOK RƏQƏM

Ağ Ev ABŞ Prezidenti Donald Trampın 2018-ci ildə qazandığı gəlirlərin həcmini açıqlayıb.

Ağ Evin yayımladığı sənəddə Amerika liderinin ötən il 434 milyon dollar qazandığı bildirilib.

Trampın təkcə Vaşinqtonda yerləşən “Trump International Hotel”dən 40,8 milyon dollar əldə etdiyi vurğulanıb. Floridadakı “Mar-a-Lago Hotel”indən qazandığı gəlir isə 22,7 milyon dollar olub.

Amerika prezidenti 2017-ci ildə 450 milyon dollar qazanc təmin etdiyini açıqlamışdı.

Ağ Evin açıqladığı sənəddə diqqət çəkən əsas məqamlardan biri Trampın borcu ilə bağlıdır. Sənəddə ABŞ prezidentinin 315 milyon dollar borcunun olduğu bildirilib.(teleqraf.com)

Rusiyanı necə parçalamaq olar? – Plan açıqlandı

ABŞ-ın RAND analitik mərkəzi Rusiyanın parçalanmasına dair hesabat yayımlayıb.

Turkustan.info xəbər verir ki, yeni hesabat “Rusiyada ifrat gərginlik: sərfəli mövqelərdə rəqabət” adlandırılıb.

Hesabata əsasən, Rusiyanın parçalanması üçün keçmiş SSRİ respublikalarında konfliktlər yaradılmalı, Suriyadakı terrorçulara dəstək verilməli və Rusiyanı silahlanma yarışına cəlb etmək lazımdır.

Bundan başqa, mərkəz Rusiyaya zərbə vurulması üçün onun daxildən parçalamaq, müxalif qüvvələr və KİV-ə inqilab üçün dəstək verilməsi gərəkdiyi bildirilib.  /Axar.az/

İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb

İranın yaxınmənzilli raketləri ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) Fars körfəzindəki gəmilərini məhv edə bilər. Bu bəyanatı  Hüquq və parlament işlərinə görə məsuliyyət daşıyan SEPAH komandiri, general  Məhəmməd Saleh Cokar verib.

Reuters-in məlumatına görə, iranlı general ABŞ-ın yeni müharibəyə girişmək istəməyəcəyindən əminliyini ifadə edib.

New York Times qəzeti isə yazıb ki, Ağ Ev ABŞ kəşfiyyatının  göndərdiyi görüntülərdən çox narahat olub. Bu görüntülərdə İran raketlərinin tam döyüş hazırlığına gətirildiyi aydın görünür.

Qeyd edək ki, ABŞ HDQ-nin iki hərbi gəmisi – “USS McFaul” və “USS Gonzales” Fars körfəzi sularında üzür. Bu hərbi gəmilərdən hər biri 90 “Tomahawk”  tipli qanadlı raket və  digər siniflərdən olan raketlərlə təchiz edilir.

İranla ABŞ arasında münasibətlər  Ağ Evin Tehrana qarşı sanksiyalar tətbiq etməsi ilə gərginləşməyə başlayıb. /oxu.az/

Rusiya Avropa Şurasına qayıdır – Nümayəndə heyəti Assambleyanın iyundakı sessiyasına qatılacaq

Avropa Şurasının xarici işlər nazirləri Rusiyanın təşkilata qayıtmasına yol açan razılaşma əldə ediblər. Bu o deməkdir ki, Rusiya yəqin iyunda parlament assambleyasının iclasına qatıla biləcək.

Britaniya, Polşa, Gürcüstan, Estoniya, Latviya və Litvanın dəstəklədiyi Ukrayna razılaşmanın qarşısını ala bilməyib.

“Bu gün baş verənlər yekundan əvvəlki addımdır”, – Avropa Şurasının sözçüsü Daniel Holtgen deyib. Onun sözlərinə görə, bundan sonra parlament assambleyası nazirlərin qərarlarını nəzərə almalı olacaq və Rusiyanın iyunda yeni təyinatların seçilməsi prosesində iştirakından ötrü daxili qaydaları dəyişmək məsələsinə qərar verəcək.

“Rusiya bildirib ki, parlament assambleyasına qayıdan, onların hüquqları bərpa olunan kimi rüsumlarını ödəyəcəklər və buna bəyanata şübhə etməyə əsasımız yoxdur”, – o vurğulayıb.

Moskvanın səsvermə hüququ 2014-cü ildə Ukraynanın Krım yarımadası ilhaq olunandan sonra alınıb.

Rusiya rəsmiləri Avropa Şurasından çıxmaqla hədələyirdi. Bu halda sıravi rusiyalılar Avropa İnsan Hüquqları Məhkəməsinə çıxışı itirmiş olacaqdılar. Bu məhkəmə Rusiyanın ədliyyə sisteminə inamı itirənlər üçün vacib alətə çevrilib.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov səsverməni alqışlayıb, Rusiyanın illik ödəniş haqqı daxil olmaqla öhdəliklərini yerinə yetirəcəyini təsdiqləyib. Rusiya səsvermə hüququ alınandan sonra quruma ödənişləri dayandırmışdı.

Lavrov deyib ki, Rusiya Avropa Şurasının humanitar məsələlərin həllinə, eləcə də Rusiyanın ədliyyə sisteminin təkmilləşdirilməsinə “müsbət töhfəsi”ni dəyərləndirir.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, Rusiya Avropa Şurası ilə əməkdaşlığa hazırdır, ancaq qurumun qərarvermə mexanizmində “bərabər söz sahibi” olmalıdır. Ukraynanın Xarici işlər naziri Finlandiyada keçirilən toplantıda iştirakını təxirə salmışdı, çünki Rusiyayla bağlı müsbət səsvermə gözlənirdi.

Ukraynanın Avropa Şurasındakı təmsilçisi Dmitro Kuleba tvitində yazıb ki, Ukrayna və daha beş ölkə addımım əleyhinə səs verib. O, Avropa Şurasının qərarını “uzunmüddətli tərəfdaşı” xilas etməyə yönəlik “sinik diplomatiya”nın nəticəsi adlandırıb. Fransa və Almaniya Rusiyanı milyonlarla sıravi rusiyalının mənafeyi naminə quruma qaytarmağa çağırırdılar.

Almaniyanın Xarici işlər naziri Heiko Maas toplantıdan öncə deyib ki, Rusiyanı kənarda saxlamaq “maraqlarımıza uyğun deyil”.

Tramp geri çəkildi, qərarın icrası 6 aylıq təxirə salındı

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqında və Yaponiyada istehsal olunan avtomobillərin və onların ehtiyat hissələrinin idxalına 25 faizlik rüsumun tətbiqini 180 gün təxirə salıb.

“Bloomberg” agentliyi xəbər verir ki, bu qərar avtomobil sənayesinin “ABŞ-ın milli təhlükəsizliyi üçün çox vacib olduğu” barədə Ticarət Nazirliyinin məruzəsinin tədqiqindən sonra qəbul olunub.

ABŞ prezidenti “avtomobil və bəzi ehtiyat hissələrinin idxalı ilə bağlı milli təhlükəsizliyə təhdidin aradan qaldırılması üçün” ticarət nümayəndəsi Robert Laythayzerə Avropa İttifaqı və Yaponiya ilə danışıqlar təşkil etməyi tapşırıb.

Prezident Donald Tramp ötən ilin iyun ayında ABŞ-ın Avropa İttifaqından gətirilən avtomobillərə 20 faiz idxal rüsumu tətbiq edəcəyini bildirmişdi. O, həmçinin ölkənin ticarət nazirinə avtomobil idxalının ABŞ-ın milli təhlükəsizliyinə təhdidi və idxalın vergiyə məruz qalınması perspektivləri barədə təhqiqata başlamağı tapşırmışdı.

“ABŞ-İran savaşı olmayacaq, savaşlar dönəmi bitib” – Türk icmalçısının TƏHLİLİ

İran və Fars körfəzi ölkələri arasında gərginliyin sürətlə artması, əlbəttə, ABŞ-İran xətti üzrə gərginliyin davamıdır. İndi hamı həyəcanlanıb: Fars körfəzində qaynar münaqişə alovlanacaq? İran səudlarla vuruşacaq? İş ABŞ və Tehran savaşına qədər gedib çıxar?

Əlüstü cavab verək: bütün bunlara fikir verməyin. Axı çoxlu səbəb var ki, qaynar savaş alovlanmasın.

Savaşlar dönəmi bitib

Hər şeydən qabaq, biz dövlətlər arasında qaynar savaşlar dövründə yaşamırıq. Hələ bir neçə ay qabaq “Şimali Koreya və ABŞ arasında nüvə savaşı qopacaq” nidaları səslənirdi. Bəs nəticəsi nə oldu? Məsələ yoluna qoyuldu. Əlbəttə, Trampın “əvvəlcə Amerika” prinsipi də bunda rol oynadı. Onu ABŞ-ın xaricdə vəsait və enerji xərclərinin mümkün qədər məhdudlaşdırmaq və diqqətin iç problemlərə toplamaq  narahat edir. O buna görə də Yaxın Şərqdə yenidən hərbi güc cəmləməyi lap sonda arzulayır.

Yeri gəlmişkən, Tramp məhz buna görə bir yandan Tehrana qarşı ard-arda sanksiya qoyur və hərbi gəmiləri Fars körfəzinə yığır, o biri yandan açıq deyir: “Mənə zəng edin!” Bu, zarafat deyil, Tramp dörd gün qabaq bildirib: “İran sıradakını etməlidir: qoy mənə zəng etsinlər, oturaq, danışaq və ədalətli saziş bağlayaq. Biz İrana ziyan vurmaq istəmirik”. İran zəng etsin deyə Tramp İsveçrə telefonunun nömrəsini verib! Bununla bağlı aydındır ki, Tramp Tehranı yalnız iqtisadi və diplomatik həmlələrlə dizüstə qoymaq cəhdini davam etdirəcək. 

***

Hətta Vaşinqton daxilən hazır deyil. Prezidentin özü savaş variantına qarşı çıxdığı bir vaxtda ən yaxın çevrəsindəki “qırğılar”, hamıdan qabaq təhlükəsizlik üzrə müşavir Bolton (2003-cü ildə İraqa müdaxilənin arxasında durub) onu buna itələyirlər. Yekunda nə alındığının örnəyini Venesuelada gördük: heç nə.

***

İranın da vuruşmağa gücü yoxdur. İranlılar sanksiya yükündən əziliblər. Ruhaninin iki gün əvvəlki “tezliklə bizdə İraq-İran savaşı dönəmindəkindən daha ağır problemlər ola bilər” bəyanatı bu gücsüzlüyün aydın örnəyidir. Buna görə də İran da bundan sonra yalnız “Hizbullah”, Yəməndə husilər, ya da İraq-Suriyada şiə qruplarının əliylə cavab verəcək.

Beynəlxalq balanslar da İranın xeyrinədir. Tramp bir il qabaq İranla nüvə sazişindən çıxanda Avropa Birliyi (AB) sazişin saxlanması uğrunda təkidlə çıxış edib. AB xarici işlər nazirləri lap bu günlərdə Brüsselə yığışıb və bəyanat veriblər: “Biz sazişi qətiyyətlə dəstəkləyirik”. Pompeo məhz bu görüş vaxtı Brüsselə qəfil səfər edib və bu, fikir ayrılığına görə ABŞ-ın narahatlığını göstərir. Özü də İran onların arasındakı bu fikir ayrılıqlarından çox gözəl yararlanır.

***

Putinin İran barədə Trampla gizli sazişi beynəlxalq balansların daha bir dayağını yaradır. Pompeo keçən gün, mayın 14-də Rusiyaya gedib və Putinlə görüşüb. Bu, iki ölkə arasında 2018-in iyulundan bəri belə yüksək səviyyəli ilk görüşdür.

Səbəb sıradakıdır: Rusiya və İran əvvəllər bir cəbhədə Əsədin arxasında durub. Amma Putin Suriyada öz maraqlarına zəmanət aldıqda Tehran ona gərək olmadı. Əslində, Putin İranın Suriyadakı təsirindən son dərəcə narahatdır. Hətta ötən ay mətbuatda məlumat gedib ki, Putin İranı Suriyadan uzaqlaşdırmaq haqda İsrailin baş naziri Benyamin Netanyahu ilə anlaşıb. Bu, Trampa bəlli olmaya bilməz. Və, budur, Pompeo indi Rusiyaya uçur və mahiyyətcə bu gizli anlaşmanı faş  edir.

Bütün bunlara Çini əlavə edin. Pompeo Rusiyada yerə enməzdən qabaq çinli həmkarı orada idi. Yəqin ki, Çin XİN başçısı “İndi mən də bu mənzərədəyəm və mənsiz heş nəyə nail olmazsınız” deməkdən ötrü Rusiyaya gəlib.

***

Bir sözlə, yaşadığımız dünya nə birqütblü, nə də ikiqütblüdür. Güc mərkəzləri getdikcə çoxalır. Hələ qeyri-dövlət qrupları da nəzərə alınsa, aydın olur ki, bu güc bölgüsündə bu qədər çox amillə nə Tramp, nə də iki dövlət düşünüdüyü kimi – tutuşmağa başlayar.

Deməli, İran üçün təhlükə keçib. Amma tam deyil. Bir yandan sanksiyalar, o biri yandan Suriyada baha oturan savaş… O, hansısa bir anda dirənə bilməz və əlüstü geri çəkilməyə başlayar. Amma bu, rejimin dəyişilməsinə qədər gedərmi? Baxarıq.

Vərda Özər Milliyet, tərcümə Strateq.az-ındır.

Tramp ABŞ-İran müharibəsi ilə bağlı İLK DƏFƏ danışdı

ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla yaşadığı gərginliyə dair açıqlama verib.

Ağ Ev rəhbəri bir jurnalistin “cənab prezident, müharibəyəmi gedirik” sualını “ümid edirəm, olmaz” sözləri ilə cavablandırıb.

İran Silahlı Qüvvələrinin İnqilab Keşikçiləri Korpusunun Parlamentlə Münasibətlər Komitəsinin sədr müavini Məhəmməd Saleh Yokar Trampın açıqlamasına sərt reaksiya verib: “Qısamənzilli raketlərimiz belə ABŞ-ın bölgədəki döyüş gəmilərini vurmağa kifayət edər. ABŞ insan qüvvəsi və sosial şərtlər baxımından çətin vəziyyətdədir”.

Qeyd edək ki, ABŞ-la İran arasında gərginlik Vaşinqtonun ötən il Hərtərəfli Birgə Fəaliyyət Planından təktərəfli formada çıxıb və İrana nüvə fəaliyyətinə görə sanksiya tətbiq etməsi ilə başlayıb. (publika.az)

İran beynəlxalq gücləri nüvə sazişini qorumağa çağırdı – Zərif Çində səfərdədir

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif Çin, Rusiya və digər tərəfdaşları 2015-ci il nüvə sazişini qorumaqdan ötrü “konkret addım” atmağa çağırıb. Birləşmiş Ştatlar bir il öncə sazişdən çıxıb. Zərif mayın 17-də Pekinə gedib. O, çinli həmkarı Vang Yi ilə görüşməlidir.

Vaşinqton ötən ilin mayında sazişdən çıxaraq İrana sanksiyaları bərpa edib. Tehran isə ötən həftə bildirib ki, saziş çərçivəsindəki bəzi öhdəliklərinin icrasını dayandırır və məqsədi qalan tərəfləri İranı sanksiyalardan qorumağa məcbur etməkdir.

“İqtisadi əlaqələr normallaşdırılmalıdır”

“İndiyədək beynəlxalq ictimaiyyət sazişi xilas etmək əvəzinə bəyanatlar verib. Hansı praktik addımın atılmalı olması tamamilə aydındır: İranla iqtisadi əlaqələr normalaşdırılmalıdır. Sazişdə bu məsələ aydın göstərilib”, – IRNA agentliyi Zərifə istinadla yazır.

Zərif Çindən öncə Yaponiya və Hindistanda olub. Bu ayın əvvəlində ABŞ administrasiyası Çin, Yaponiya, Hindistan və daha altı neft idxalçısına sanksiyalardan möhləti uzatmayıb. Üstəlik, Vaşinqton Yaxın Şərqdə hərbi iştirakını gücləndirir, İrandan “təhdid” siqnallarının gəldiyini iddia edir. İran isə iddiaları rədd edib.

Zərif Tokioda demişdi ki, gərginliyin azaldılması üçün Birləşmiş Ştatlarla danışıq “imkanı yoxdur”.

Trampın fikrincə, bu saziş İranın nüvə silahları hazırlamasını önləməyə yetərli deyil, İranın raket proqramını, Tehranın regiondakı yaraqlılara “dəstəyini” əhatələmir. İran yaraqlıların fəaliyyətini dəstəkləmədiyini deyir, nüvə proqramının sırf mülki enerji məqsədi daşıdığını bildirir.

Putin Rusiyanın əsas silahını AÇIQLADI

Lazer silahı bütövlükdə XXI əsr ərzində Rusiya ordusunun hərbi potensialını müəyyənləşdirəcək.

Lenta.ru-nun məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin hərbçilərlə keçirdiyi iclasda bildirib.

Putin iclasda “Peresvet” lazer kompleksi və “Kinjal” hipersəs aviasiya raket kompleksinin praktiki sınaqlarının keçirilməsi perspektivlərini nəzərdən keçirməyi təklif edib.

Xatırladaq ki, “Peresvet” və “Kinjal”ı, həmçinin, “Poseydon” sualtı aparatı, nüvə mühərriki olan “Burevestnik” qanadlı raketini Putin 2018-ci ilin mart ayında təqdim etmişdi. (oxu.az)

ABŞ-ın hücum planı 3 ay əvvəldən HAZIR İMİŞ: İrana hücum buradan başlanacaq

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin dəstək verdiyi PKK/YPG terror təşkilatı Suriyada Fərat çayının qərbində yerləşən İran dəstəkli terrorçu qruplaşmalara hücum edəcək.

Terrorçular artıq hücum planı hazırlayır.

PKK Suriyanın Deyr-əz-Zor bölgəsinə aid Şıxeyl ilçəsində İŞİD ilə mübarizə bəhanəsi ilə əməliyyat başlatmış və 200 hektarlıq ərazini yandırmışdı. Yerli qaynaqların verdiyi məlumata görə, PKK bu yolla şəhərin şərqində nəzarəti ələ keçirdikdən sonra şəhərin qərbindəki İran dəstəkli qruplaşmalara hücum edəcək. Koalisiya qüvvələri 3 ay boyunca PKK/YPG-yə bu əməliyyat üçün Əyn İsa bölgəsində və “Ömər” neft sahəsində təlimlər keçib. Təşkilat bölgədəki ərəb tayfalarını düşmənə qarşı istifadə edə bilmək üçün tərəfinə çəkməyi də planlaşdırıb.

Qeyd edək ki, İraq-Suriya sərhəd xəttində yerləşən və Fərat çayının iki yerə böldüyü Deyr-əz-Zor şəhərinin şərqində ABŞ dəstəkli PKK/YPG, qərbində isə bəşər Əsəd rejimi və müttəfiqi olan İran dəstəkli terrorçu qruplar yerləşib.

Ərəb tayfaları şəhərdə aprelin 25-dən bəri PKK/YPG-yə qarşı etiraz aksiyaları təşkil edir.(publika.az)

Ukraynada siyasi BÖHRAN: Parlament koalisiyası dağıldı – Radanın buraxılması…

“Xalq Cəbhəsi” fraksiyası Ukrayna Ali Radasındakı koalisiyadan çıxdığını bəyan edib.

Bunu Ali Radanın bu gün keçirilən iclasında fraksiyanın rəhbəri Maksim Burbak bildirib.

“Biz mövcud koalisiyadan çıxdığımızı, 17 may 2019-cu ildən etibarən onun işində iştirakımızı dayandırdığımızı bəyan edir və günün çağırışına uyğun olaraq yeni koalisiya formalaşdırılması təşəbbüsü ilə çıxış etdiyimizi bildiririk”, – deyə Ali Radanın iclası zamanı fraksiyanın rəhbəri deyib.

Beləliklə, “Xalq Cəbhəsi” fraksiyası Vladimir Zelenskinin parlamenti buraxmaq imkanını bloklayıb. Yeni parlament çoxluğu formalaşdırmaq üçün deputatların 30 gün vaxtı var. Bu müddət başa çatdıqda isə artıq V.Zelenskinin parlamenti buraxmaq səlahiyyəti olmayacaq.

Ukraynada növbəti parlament seçkisi bu ilin oktyabrında keçirilməlidir. Prezident Ali Radanı növbəti seçkiyə ən azı 6 ay qalanadək buraxa bilər. Bu tarix mayın 27-də başa çatır.

Bir neçə gün öncə Ali Radanın spikeri Andrey Parubi də parlamenti buraxmaq üçün heç bir əsas olmadığını bildirmişdi.

Qeyd edək ki, hazırda Ali Radada “Petro Poroşenko Bloku” ilə “Xalq Cəbhəsi” fraksiyasının yaratdığı koalisiya mövcud idi. (teleqraf.com)

Bu foto Ermənistanı silkələdi – Qarabağdan İrəvana doğru uzanan MÜHARİBƏ

Ermənistanda keçmiş prezident Robert Koçaryanın məhkəməsində Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimin keçmiş “rəhbəri” Arkadi Qukasyan və indiki “rəhbəri” Bako Saakyan da iştirak ediblər.

Məhkəmə Koçaryanın həbs olunacağı təqdirdə Qukasyan və Saakyanın da cinayət məsuliyyətinə cəlb edə bilər.
Hər iki separatçı Koçaryanın keçmiş silahdaşıdır və onlar keçmiş prezidentin azad olunması üçün Nikol Paşinyana müraciət ediblər. Hətta bu məsələyə görə hazırda daxili qarşıdurma yaşanır.
Onların məhkəməyə gəlişi bu kontekstdə diqqət çəkir. Ən maraqlı məqam isə məhkəməyə şahid kimi gəlsələr də, Qukasyanla Saakyan Koçaryanla eyni sırada – müttəhim kürsüsündə əyləşib. Bu görüntülər Ermənistanda ciddi müzakirələrə səbəb olub.
“Lragir” saytı yazır ki, bu mənzərə ölkəni silkələdi.
“Qarabağın üç “prezidenti” müttəhim kürsüsündə əyləşmişdi. Doğrudur, yalnız Koçaryan ittiham olunurdu, lakin foto çox şey haqqında danışırdı. Saakyanla Qukasyanın bu addımı cəmiyyətdə müzakirələrə səbəb oldu. Rəsmi dairələr bildirirlər ki, bu siyasi addım deyil, sadəcə olaraq, dostluq əlaqələrinə söykənən humanist dəstəkdir. Lakin cəmiyyət bunu birmənalı qarşılamır. Çünki keçmiş hakimiyyətin gələcək parlament və prezident seçkilərində geridönüş etmək üçün Qarabağda platforma yaratmağa çalışdığı haqqında informasiyalar var. İctimaiyyət ikiyə bölünüb: bir cəbhə hesab edir ki, “qəhrəmanları” (Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalına rəhbərlik etmiş şəxslər – red.) mühakimə etmək olmaz, digər cəbhə isə bu şəxslərin Qarabağ müharibəsindən istifadə edəcək hakimiyyətə gəldiyi və ölkəni talan etdikləri fikrini irəli sürür. Bəzi ekspert dairələri Ermənistan və Qarabağ arasında heç bir parçalanmanın olmadığını dilə gətirsələr də, real mənzərə siyasi müharibənin başlandığını göstərir”, – deyə sayt yazıb. (publika.az)

Türk ölkəsindən dünyanı SİLKƏLƏYƏCƏK AÇIQLAMA: “Nüvə silahlarımızı hazırlayırıq”

“Dünyadakı nüvə müharibəsinə daxil olmayacağıq”.

Bunu Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev deyib.

12-ci Astana İqtisadi Forumunun açılışında Türkiyənin “Milliyyət” qəzetinə müsahibə verən lider bildirib ki, Qazaxıstan dünya miqyasında sülhün tərəfdarıdır. “Ancaq bu, nüvə silahları ilə bağlı işlərimizin davam etmədiyi anlamına gəlməsin. Nüvə arsenalımızı qururuq, sınaq mərhələsindəyik”, – Nazarbayev deyib.

Qeyd edək ki, 12-ci Astana İqtisadi Forumu ötən gün start götürüb. Forumda 100 ölkədən 5 minə yaxın nümayəndə iştirak edib. Astana EXPO Konqres Mərkəzində keçirilən forumun builki əsas mövzusu “İlhamverici inkişaf: İnsanlar, Şəhərlər, İqtisadiyyatlar”dır.

Bölgənin Davosu kimi tanınan iqtisadi forum ilk dəfə 2008-ci ildə Qazaxıstanın qurucu prezidenti Nursultan Nazarbayev tərəfindən təşkil olunub. Forum Qazaxıstan başda olmaqla, Avrasiya və dünya miqyasında maliyyə və iqtisadi problemlərdən başqa gələcəkdə yaşana biləcək sosial-iqtisadi və ətraf mühitlə bağlı problemlərin və innovasiya imkanlarının müzakirə platformasıdır.

Bu il forum tarixində ilk dəfə gənclər və tələbələr tədbirə pulsuz qatılıb. (publika.az)

ABŞ gəmiləri İranı mühasirəyə aldı: F-35, “Tomahavk”…

ABŞ Fars körfəzi və onun yaxınlığında minimum 7 hərbi gəmisini yerləşdirib.

Turkustan.info axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı ABŞ Hərbi Dəniz İnstitutunun “USNİ News” portalı yayıb. Portal bu gəmilərin “Avraam Linkoln” təyyarədaşıyan gəmisinin rəhbərliyi altında olduğunu bildirib.

Məlumata görə, Fars körfəzinə ABŞ-ın idarəolunan raketlərlə təchiz edilmiş iki esmines – “MakFaul” və “Qonzalez” daxil olublar. Onların hər birində 90-a yaxın” Tomahavk” və digər raketlərin yerləşdirilə biləcəyi vurğulanıb.

Bundan başqa, BƏƏ sahillərində “Kearsarge” universal gəmisinin qərarlaşdığı bildirilib. Onun göyərtəsində 20-30 təyyarə və helikopterin yerləşdiyi qeyd edilib. Gəmidə F-35B təyyarələrinin ola biləcəyi vurğulanıb.

“Avraam Linkoln” gəmisi isə özünə Oman sahillərində yer edib. Onunla bərabər burada “Leyte Qalf” raket kreyseri, “Bainbric” esminesinin yerləşdiyi bildirilib.

Vaşinqton nöqtəni qoydu: Türkiyəyə F-35-lər… – FOTO

“F-35 və bənzər döyüş təyyarələrinə zərər vermək məqsədilə istehsal olunan S-400 zenit raket kompleksinə sahib bir ölkəyə bu təyyarələri təhvil verməyi düşünmürük”.

Bunu ABŞ Hərbi-Hava Qüvvələrinin baş katibi Hezer Uilson deyib.

Baş katib Türkiyənin Rusiyadan aldığı S-400 havadan müdafiə sisteminə rəğmən, türk pilotların hələ də “Luke” aviabazasında F-35 qırıcılarının təlimlərini davam etdirdiklərini bildirib.

Uilson bildirib ki, Türkiyənin S-400 sistemlərini almaqdan imtina etməsini ümid edirlər və amerikalı diplomatlar bunun üzərində işləyir.

Bu arada, ABŞ Konqresi Nümayəndələr Palatasının bir qrup üzvü Türkiyənin S-400 və F0-35 arasında seçim etməsini tələb edib. Respublikaçılar Partiyasının nümayəndəsi Kevin Makkarti “Türkiyəyə verilən mesaj açıqdır. Türkiyə irəlilədikcə və S-400-lərə sahib olanda F-35-ləri əldə edə bilməyəcəyinə dair geniş, ortaq mövqeyimiz var”.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi Ankaranın Rusiyadan S-400 sistemi tədarük edəcəyi təqdirdə F-35 proqramı üçün Türkiyənin yerinə başqa müttəfiq axtaracaqlarını açıqlamışdı. (publika.az)

Adnan Oktarın həbsxanadan yayılan şəkli heyrət doğurdu – FOTO

Türkiyədə “Adnan xoca” çağrılan, Harun Yəhya imzası ilə kitabları dərc olunan, islamı özünəməxsus şəkildə təlim edən ilahiyyatçı Adnan Oktarın həbsxanadan yayılmış yeni fotosu təəccüb doğurub.

Adnan Oktarın kökəldiyi və saçlarını boyadığı məlum olub.

Bir çox cinayətlərdə, o cümlədən əxlaqsızlıqda günahlandıralan, axtarış zamanı evindən silah və antik əşyalar çıxan Adnan Oktar hazırda Ədirnə qapalı həbsxanasında təkadamlıq kamerada qalır. (teleqraf.com)

Türkiyə ilə bağlı daha bir KRİTİK QƏRAR – Tramp geri addım atdı

ABŞ prezidenti Donald Tramp rəsmi Vaşinqtonun Türkiyədən polad idxalına tətbiq etdiyi 50% gömrük vergisində dəyişiklik edib.

Prezident gömrük vergisini yarıbayarı azaldaraq 25%-ə endirib.

Bu barədə Ağ Ev yazılı açıqlama yayımlayıb. Prezidentin açıqlamasında gömrük vergisinin niyə 50%-ə çıxarılması izah olunub. Sonra bildirilib ki, əvvəlki illərlə müqayisədə Türkiyədən idxal olunan poladın miqdarında azalma müşahidə edilib. Buna görə də gömrük vergisində endirim olunub.

Qeyd edək ki, ABŞ hökuməti ötən ilin 10 avqustunda Türkiyədən idxal olunan polada 50% gömrük vergisi tətbiq olunacağını açıqlamışdı. Aliminium idxalına isə 20% vergi tətbiq olunmuşdu. Türkiyə bu qərarın Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğunu bildirmiş və ABŞ-ı təşkilata şikayət etmişdi.(publika.az)

Türkiyə “S-400” zenit raketlərini NATO sisteminə daxil etməyəcək

Rusiya tərəfindən Türkiyəyə veriləcək “S-400” zenit raket kompleksləri NATO sisteminə daxil edilməyəcək.

Turkustan.info Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə açıqlamanı Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu verib.

Nazirin sözlərinə görə, Ankara bütünlüklə raket komlekslərini öz nəzarətində saxlayacaq.

Trampdan Türkiyəyə zərbə – Güzəştli ticarət rejimi ləğv edildi

ABŞ prezidenti Donald Tramp Türkiyəni inkişaf etməkdə olan ölkələr siyahısından çıxartmaqla, onunla güzəştli ticarət rejimini ləğv edib.
Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
“Mən qərara gəldim ki, Türkiyənin iqtisadi inkişaf səviyyəsini nəzərə alaraq, 17 may 2019-cu il tarixindən etibarən Türkiyənin inkişaf etməkdə olan ölkə – benefisiar kimi təyinatını ləğv etmək məqsədəuyğun olardı”, – deyə ABŞ prezidentinin bəyanatında bildirilir.
Buna uyğun olaraq Vaşinqton həmçinin Ankara ilə xüsusi güzəştli ticarət rejimini dayandırır. (Report)

ABŞ Hərbi Hava Qüvvələrinin komandanı: “Türkiyə Rusiyadan S-400 raketləri almaqdan imtina edə bilər”

ABŞ Hərbi Hava Qüvvələrinin başçısı deyib ki, Türkiyənin Rusiyadan raketdən müdafiə sistemi almaqdan imtina etməsi hələ “mümkündür”. Ankaranın Rusiyadan S-400 raketdən müdafiə sitemləri almaq qərarı ABŞ-ın və Türkiyənin NATO müttəfiqlərinin etirazlarına səbəb olub.

ABŞ Hərbi Hava Qüvvələri naziri Heyzə Uilson mayın 16-da “Ankara son ntəcədə S-400 sistemlərini almaq barədə fikrini dəyişə bilərmi” sualına cavab verərkən bunun hələ “mümkün” olduğunu deyib: “Diplomatlar hələ də bu məsələnin üzərində işləyirlər”.

Birləşmiş Ştatlar bundan əvvəl dəfələrlə Türkiyə rəhbərliyini Rusiyadan raket sistemlərinin alınması planlarından geri çəkilməyə çağırıb, NATO müttəfiqləri isə S-400-lərin alyansın supermüasir F-35 qırıcılarına təhlükə olduğunu bildiriblər

Mayın əvvəllərində ABŞ-ın müdafiə naziri əvəzi Türkiyəyə xəbərdarlıq edərək bildirmişdi ki, Ankara Rusiya raketlərini almaq fikrindən daşınmasa, alyansın F-35 qırıcı təyyarə layihəsindən çıxarıla bilər.

Türkiyə NATO üzvü kimi hazırda bu layihəyə daxildir və hətta F-35 qırıcılarından 100 ədəd almağı planlaşdırır. Türkiyənin bir neçə müəssisəsi F-35 qırıcıları üçün ehtiyat və yığım hissələri istehsal edir. Ərdoğan bundan əvvəl Rusiyadan S-400 almaq planlarından heç vaxt geri çəkilməyəcəyini dəfələrlə bəyan edib. O deyib ki, ümumi dəyəri 2. 5 milyard olan 4 dəst S-400 sisteminin alınması artıq həll olunmuş məsələdir.

Uçan elektrotaksi sınaqdan keçirildi

Almaniyanın “Lilium” startap şirkəti uçan elektrik taksisinin prototipini havaya buraxıb.

Turkustan.info-nun məlumatına görə, 5 yerlik taksinin sınağı Münhen şəhəri yaxınlığında aerodromda keçirilib.

Qeyd olunur ki, 1,5 ton çəkili avtomobil şaquli vəziyyətdə havaya qalxıb və bir müddət havada asılı qalıb. Avtomobil məsafədən idarə olunub.

Növbəti sınaqlarda taksinin bir neçə manevr edəcəyi və üfüqi uçuş həyata keçirəcəyi gözlənilir.

2025-ci ildən başlayaraq Almaniyanın azı 2 şəhərində uçan elektrik taksilərin kommersiya fəaliyyəti nəzərdə tutulur. Bu taksilər bir saat müddətində uçuş keçirmək qabiliyyətindədir və maksimal sürətləri saatda 300 kilometrədək çatacaq.  /Trend/

Qarabağ separatçıları Köçəryan üçün 1 milyon dram təklif etdi

Qarabağdakı separatçı qurumun keçmiş və indiki rəhbərliyi Ermənistanın eks-prezidenti Robert Köçəryanı həbsdən azad etmək üçün cəhdlərini davam etdirir.

Arkadiy Qukasyan və Bako Saakyan Köçəryan barədə həb qətimkan tədbirinin dəyişdirilməsi üçün məhkəməyə 1 milyon erməni dramı girov təqdim ediblər. Qarabağ klanının başçısını həbsdən azad etmək istəyən separatçıların hərəsi 500 min dram pul qoyub.

Hələlik məhkəmə R.Köçəryanla bağlı qərarını elan etməyib. Xatırladaq ki, bundan əvvəl separatçılar Köçəryanla bağlı Ermənistanın baş prokuroruna da müraciət etmişdilər.   /musavat.com/

Merkel siyasətdən gedəcək – Kansler tarixi açıqladı

Almaniya Kansleri Angela Merkel Nazirlər Kabinetinə rəhbərlik edəcəyi vaxtın başa çatmasından sonra siyasətlə məşğul olmayacağını bəyan edib.

A.Merkel 2021-ci ildən sonra siyasətdən gedəcəyini təsdiq edib.

A.Merkel deyib: “Səlahiyyət müddətim başa çatdıqdan sonra siyasətlə məşğul olmaq niyyətim yoxdur. Ötən ilin sonunda mən öz planlarım barədə məlumat vermişdim”.

Trend xatırladır ki, 2018-ci ilin sonunda A.Merkel Xristian-Demokrat Partiyasının sədrliyindən getsə də, kansler postunu tərk etməyib.

Türkiyədən Öcalanla bağlı GÖZLƏNİLMƏZ QƏRAR

PKK terror təşkilatının lideri Abdullah Öcalanın vəkilləri ilə görüşmə qadağası götürülüb.

Bu barədə Türkiyənin Ədliyə naziri Əbdülhəmid Gül danışıb.

Nazir bildirib ki, Öcalanın vəkilləri ilə görüşmək imkanı yaradılıb: “Məhbusların vəkillər ilə görüşməsi qanuni haqlarıdır. Lakin qanunda həm də təhlükəsizlik riskinin nəzərə alınması ilə bu haqq məhdudlaşdırıla bilər”.

Qeyd edək ki, Abdullah Öcalan Türkiyənin İmralı F tipli qapalı həbsxanasında saxlanılır. O, ilk dəfə həbsə girdikdən 8 il sonra, bu ilin 2 may tarixində vəkilləri ilə görüş imkanı əldə etmişdi. (publika.az)

Tramp Green Card-ı ləğv edir

ABŞ prezidenti Donald Tramp məsləhətçiləri Cared Kuşner, Stefen Miller və Kevin Hastın təşəbbüsü ilə hazırlanan immiqrasiya siyasətini dəyişdirmək proqramını 16 mayda Konqresə təqdim edəcək.

newsru.co.il xəbər verir ki, dəyişikliklər paketində ABŞ-a köçmək istəyənlərdə ingilis dili, yüksək təhsil və invesitisiya yatırmaq potensialı olmasına önəm veriləcəyi qeyd olunub.

Bundan başqa, islahatda ABŞ-da təmənnasız yaşamaq hüququ verən “Green Card” (“Yaşıl Kart”) lotoreyasının ləğvi nəzərdə tutulub.

Xatırladaq ki, Tramp bu məsələni hələ 2017-ci ildə gündəmə gətirmişdi. Həmin ilin avqustunda uşaq yaşlarından qaçqın kimi gələn şəxslərə yaşamaq hüququ verən DACA proqramını ləğv etmişdi. (baku.ws)

İranda gənclərin üçdə biri işsizdir, demoqrafik böhran pik həddə çatıb – Hökummət çıxış yolları axtarır

İranda İdman və Gənclər Nazirliyi gənc təbəqəyə aid yaş həddini genişləndirmək təşəbbüsü ilə çıxış edib. Hazırda 15-29 arası olan gənclik illərini 18-35 yaşadək artırmaq təklif olunur. İLNA agentliyinin məlumatına əsasən, “gənclik yaşının artırılması” təşəbbüsünü irəli sürən İdman və Gənclər nazirinin müavini Məhəmməd Mehdi Tündquyan gənclərin iki problemlə üzləşdiyini deyib. Bunlar işsizlik və nikahların azalmasıdır.

Ekspertlər hesab edir ki, İran rəsmisinin təşəbbüsü gənclərə dair siyasətin prioritetlərindən xəbər verir: çünki əhalinin yarısından çoxunu təşkil edən gənclər həm vətənlərinin müdafiəçisi, həm seçici, həm də işçi qüvvəsidir.

İslam dünyasının ən “fəal gəncləri”

ABŞ konqresi tərəfindən təsis olunmuş Sülh İnstitutunun (USİP) məlumatına əsasən, İranda əhalinin təqribən 60 faizi gənclərdir. İran gəncləri 57 İslam ölkəsinin gəncləri ilə müqayisədə daha çox fəaldır.

USİP saytı yazır ki, İran rejimi gənclərin əsas sosial-iqtisadi problemlərini həll edə bilməyib və dəyişiklik tələb edən gənclər “uzun müddətdə hazırkı teokratik rejimə qarşı ən böyük təhlükədir”.

Lakin ABŞ-da mənzillənən fəal Ramin Cabbarlı İran gənclərini vahid qrup olaraq görməyi düzgün hesab etmir.

İran
“İranda siyasi qüvvələr fərqlidir. Gənclər də vahid bir qrup deyil. Onlar hər iki tərəfdə təmsil olunub və etnik, dini və iqtisadi vəziyyətinə görə bölünə bilər. Misal üçün azərbaycanlı, ərəb və kürd gənclərinin baxışlarına fərqli kimlikləri də təsir edir”.

İqtidar bunu dərk edir, son bəyanat da məhz bundan xəbər verir, Ramin Cabbarlı BBC News Azərbaycancaya deyib.Hakimiyyət “istəyir ki, 35 yaşına kimi olanlar da onlarla müraciət edə bilsin. Yəni hökumət daha geniş təbəqələrlə təmasda olsun”.

Dünya boyunca 196 ölkə barədə müxtəlif statistik göstəriciləri bir araya gətirən tradingeconomics portalı İranda işsizliyin 12 faizə yaxın olduğunu bildirir. İşsizlər arasında az qala 30 faizi gənclər təşkil edir, sayt yazır.

İran rəsmisinin çıxışına ilk reakisya verənlərdən biri – Günaz.tv nəşri olub. Müxalif yönlü sayt yazır ki, təşəbbüsün əsl məqsədi problemi “ört-basdır” etməkdir.

Amerikanın Lova Universitetinin iqtisadiyyat üzrə doktorantı Behzad Ciddi əmindir ki, hökumət problemi həll etməkdə qərarlıdır və məsələnin həllinə məhdud iqtisadi imkanlar təsir göstərir.

“Hakimiyyət gənclərə bir iş görmək istəyir. Amma onun o qədər də gücü yoxdur”, –  Ciddi deyir. Onun sözlərinə görə hər il ali təhsil alan 20 min tələbədən yalnız 2 mini iş tapa bilir.

Cütlük

“Yerdə qalanlar, bacarsalar xaricə getməli olurlar. Bu, daha da bir problem – beyin axını problemini yaradır”.

İranın hazırda üzləşdiyi daha bir problem doğum səviyyəsinin azalmasıdır. 1979-cü ildə İran İslam İnqilabının ardınca doğum bumu demoqrafik vəziyyəti gənclərin xeyrinə dəyişib. Lakin son illər əhalinin yaşlanması təmayülü müşahidə olunur. Statistikaya əsasən, əhalisi 80 milyondan artıq olan ölkənin sakinləri arasında doğum səviyyəsi ildən-ilə azalaraq əhalinin qocalmasına səbəb olur.

BMT rəqəmlərinə görə, hazırda İran sakinlərinin orta yaşı 30 il ətrafındadır – 2050-ci ilədək isə bu rəqəm 45-i aşa bilər. Ciddiyə əsasən, İranda iqtisadi problemlər doğum səviyyəsinin artmasına maneə olur.

“O qədər dostlarım var ki, iş tapa bilmir. Maaş azdı, yaşaya bilmirlər, valideynlərinin yanında qalmağa məcburdurlar. Ev almaq, maşın almaq isə bir arzudur”, o deyir.

Iqtidar və müxalifət danışıqlar aparmaq üçün Norveçə getdi – Böhrana son qoyulacaqmı?

Venesuela höküməti və müxalifətinin nümayəndələri ölkəni siyasi və iqtisadi böhrana qərq edən çıxılmaz vəziyyəti həll etməklə bağlı danışıqlar aparmaq məqsədilə Norveçdə səfərdədir.

Venesuela rəsmiləri deyir ki, prezident Nikolas Maduronu informasiya naziri Xorxe Rodrigez təmsil edir, müxalifətin nümayəndə heyətinə isə qanunverici Stalin Qonzalez başçılıq edir.

Prezident Maduro çərşənbə günü televiziyada yayımlanan çıxışı zamanı Rodrigezin “çox mühüm missiyada” xaricdə səfərdə olduğunu bildirib.

Norveçdə danışıqlar ordu aprelin 30-da müxalifət lideri və özünü ölkənin prezidenti elan edən Xuan Quaydonun onları Maduroya qarşı çıxmaq çağırışlarını rədd edəndən sonra keçirilir. Milli Assambleyanın lideri Quaydo bu ilin əvvəli müxalifətin çoxluq təşkil etdiyi parlament Maduronun saxta seçkilərdə qalin gəldiyinə dair nəticə çıxarandan sonra özünü müvəqqəti prezident elan edib.

Birləşmiş Ştatlar və təxminən 50 digər ölkə Quaydonu Venesuelanın qanuni prezidenti olaraq tanıyır. Venesuela Birləşmiş Ştatlarla Maduro rejimini hərbi avadanlıqla təmin edən Rusiya və ABŞ-ın Venesuelaya Maduro tərəfdarı qoşun yollamaqda ittiham etdiyi Kuba arasında gərginliyə səbəb olub.

Bundan əlavə Birləşmiş Ştatlar çərşənbə günü ABŞ-la Venesuela arasında bütün kommersiya uçuşlarını təxirə salıb.

Nəqliyyat naziri Eleyn Çao deyir ki, o, dövlət katibi və milli təhlükəsizlik naziri ilə birlikdə Venesuelada “sərnişinlər, təyyarə və ekipaj üzvlərinə təhlükə yaradan”vəziyyəti müəyyən edib.

Bir çox beynəlxalq, o cümlədən Birləşmiş Ştatların bəzi hava yolları şirkətləri siyasi iğtişaş səbəbilə Venesuelaya uçuşları dayandırıb.

Müsəlmanlara edilən hücumun şok görüntüləri ortaya çıxdı – VİDEO

21 Aprel tarixində Şri Lankada terror hücumundan sonra ölkədə müsəlmanlara qarşı nifrət artıb.

Turkustan.info-nun Haber7.com-a istinadən verdiyi məlumata görə, otel və kilsələrdə törədilən 8 terror hücumu nəticəsində 250-dən çox adam həlak olub. Hadisənin  İŞİD terror təşkilatı tərəfindən törədildiyi ehtimal olunur.

Həmin vaxtdan bəri müsəlmanların evlərinə, mağazalarına və iş yerlərinə hücumların ardı kəsilmir.

Hücumlardan biri təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Kadrlardan göründüyü kimi. onlarla adam əllərində daş və dəyənəklə müsəlman şəxsin evinə hücum çəkir. Təhlükəsizlik kamerasını görən hücumçü əlindəki çubuqla kameranı sındırır.

Daha sonra evin bağçasındakı kamerayla çəkilmiş kadrlarda həmin şəxslərin bağça hasarını qıraraq evə hücum çəkdikləri görünür.

/İslaminSesi/

Hicab qadağan olundu – Parlamentdən QƏRAR

Avstriyada orta məktəblərdə hicabı qadağan edən qanun layihəsi parlamentdən keçib.

Qanun layihəsi Avstriyanın sağçı Azadlıq Partiyası və mərkəz sağ Xalq Partiyasının deputatlarının dəstəyi ilə qəbul olunub.

Məlumata görə, parlamentdə Sosial Demokrat Partiyası və Yeni Avstriya Partiyası qanuna qarşı çıxıb və ciddi polemikalar baş verib. Ancaq sonda hakimiyyətdə olan koalisiya hökuməti qanunu parlamentdən keçirə bilib.

Avstriyanın bir qrup müsəlman nümayəndəsi də parlamentdə müzakirələri müşahidə edib.

Qeyd edək ki, qanunun qəbulu ilə bu ölkənin ibtidai siniflərində təhsil alan şagirdlərə hicab taxmaq qadağan edilir. (teleqraf.com)

ABŞ-da fövqəladə VƏZİYYƏT: Tramp QƏRAR VERDİ

ABŞ prezidenti Donald Tramp internet texnologiyalarına təhlükə ilə bağlı fövqəladə vəziyyət elan edib.

Turkustan.info BBC-yə istinadən xəbər verir ki, məqsəd ölkədəki kompüter və texnologiyalar şirkətini xarici müdaxilələrdən müdafiə etməkdir. “Ağ ev” rəhbərinin əmri ilə amerikalı şirkətlərin milli təhlükəsizliyə təhlükə törədə biləcək texnologiyalardan istifadə etməsinə qadağa qoyulub.

Konkret təhlükə mənbəyi göstərilmir. Lakin ekspertlərə görə, ABŞ Çinin “Huawei texnologiyası”ndan cəsusluq üçün istifadə edə biləcəyindən ehtiyat edir.

Türkiyəyə verilən S-400 komplekslərində kritik NATO detalı – Çavuşoğlu açıqladı

“S-400-lərin nəzarəti tamamilə Türkiyənin əlində olacaq və NATO sistemlərinə interqasiya edilməyəcək”.

Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Latviyaya səfəri zamanı prezident Raymonds Veconis ilə ortaq mətbuat konfransında Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksi haqqında danışan nazir bildirib ki, ABŞ S-400-lərin F-35 qrıcılarına təhdid olacağını iddia edir: “Lakin bu sistem tamamilə bizim nəzarətimizdə olacaq. ABŞ-ın bu məsələdəki iddiaları gerçək olsaydı, S-400-lərin F-35 terxnologiyasına gəlib çatması gərək idi. Biz ABŞ-a bu məsələ ilə bağlı ortaq işçi qrupu yaratmağı təklif etdik”.(publika.az)

Paşinyanın Brüsseldə BU FOTOSU səs-küy doğurdu

Ermənistanda cinsi cinayət qurbanları arasında uşaqların nisbəti olduqca yüksəkdir.

Ermənistanın “Epress” saytı 2016 və 2017-ci illərə aid sensasion nəticələri yayıb.

Məlumata görə, ölkədə 2016-cı ildə qeydə alınmış 160 belə cinayət əməlinin qurbanlarının 115-i uşaqlar olub. Cinayət anında 115 zərərçəkən 5-17 yaş aralarında olublar.

2017-ci ildə Ermənistanda baş vermiş 164 belə cinayətin isə 113-də qurbanlar uşaqlar olub

Ancaq məsələ burasında deyil, pedofil və manyaklar istənilən cəmiyyətdə var. Məsələ burasındadır ki, heç də hər cəmiyyətdə hökumət rəhbəri bu cür ikimənalı rakurslarda şəkil çəkdirmir.

Məsələn, Amerikada bu cür fotoların yetkinlik yaşına çatmayanlara qarşı nalayiq hərəkət və ya belə xarakterli fəaliyyətə çağırış kimi qiymətləndirilməsi tamamilə mümkündür.

Görəsən, Nikol Paşinyan bu fotoları ilə hansı mesajı verir? (axar.az)

“ABŞ-la savaş nöqtəsinə çatdıq” – SEPAH-dan ŞOK AÇIQLAMA

“Bölgədə İran İslam inqilabından sonra ən həssas dönəm hökm sürür”.

Bunu İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general Hüseyn Səlami deyib.

SEPAH başçısı ABŞ-ın İrana qarşı addımlarının bölgədə təzyiqi qaldırdığını bildirib:

“Bölgədə son illərin ən həssas dönəmi hökm sürür. Düşmənlə total savaş nöqtəsinə gəlib çatmışıq”. (teleqraf.com)

Putin Köçəryana: “Pyotr vəsiyyət edib ki, erməniləri əzizləmək lazımdır…” -VİDEO

“Cəmi 300 il keçib,  deyilib və icra edilib…”

 2003-cü ildə Moskvada keçirilmiş Ümumdünya Erməni İttifaqının təsis qurultayında  Rusiya prezidenti V.Putin  Ermənistanın hazırda həbsdə olan eks-prezidenti Robert Köçəryana xitabən ermənilər haqqında xoş sözlər işlədib.
Bu haqda Rusiya saytlarından birində xatırladılıb.   Rusiya lideri İttfifaqlar Evinin Sütünlu salonunda keçirilən  qurultaydakı çıxışında ermənicə salam verdikdən sonra  gülümsəyərək yarı istehzalı şəkildə  deyib: 
“Böyük islahatçı, Rusiya çarı I Pyotrun fərmanlarından birində deyilir ki, erməniləri mümkün qədər əzizləmək və onların Rusiyaya gəlişinə şərait yaratmaq lazımdır… Cəmi 300 il keçib. Deyilib- icra edilib…” 
P.S. Putin Köçəryana onu demək istəyib ki, ermənilərin Rusiya imperiyası ərazisinə, o cümlədən Azərbaycan və xüsusən Qarabağa köçürülməsi, eləcə də bu gün Ermənistan adlı dövlətin mövcudluğu və onun Azərbaycan torpaqlarını işğal etməsi bizim sayəmizdə olub. Ona görə də bu gün də, sabah da əlimizdə alət olacaqsınız… Dünən prezident olan Köçəryanın bu gün həbslərdə çürüməsi də bunu sübut edir… (moderator.az)

Aprel savaşında ordumuzun qarşısından qaçan erməni generalın ŞOK SATQINLIĞI ÜZƏ ÇIXDI

Ermənistanda Nikol Paşinyanın erməni hərbi birləşmələri baş qərargahının kəşfiyyat idarəsinin keçmiş rəhbəri, “aprel müharibəsi”ndə erməni ordusunun məğlubiyyətinə görə əsas günahkar olaraq təqdim olunan Arşak Karapetyanı özünə müşavir təyin etməsinin səbəbi məlum olub.
Paşinyan Karapetyanı ötən ilin dekabrında vəzifəyə gətirib.

Onun bu addımı ermənilər tərəfindən ciddi narazılığa səbəb olmuşdu. Çünki Ermənistanda “aprel müharibəsi” zamanı kəşfiyyat idarəsinin rəhbəri olmuş Karapetyanın Azərbaycan Ordusunun hərəkəti haqqında dəqiq məlumat verə bilmədiyi üçün məğlub olduqlarını hesab edənlər var.
Keçmiş prezident Serj Sarkisyan məğlubiyyətdən sonra Karapetyanı vəzifəsindən çıxararaq Moskvada hərbi attaşe təyin etdi.
Lakin Nikol Paşinyan hakimiyyətə gələndən sonra Karapetyanı geri çağırdı və özünün müşaviri vəzifəsinə gətirdi. Paşinyan bildirdi ki, o, “aprel müharibəsi”nə dair yüzlərlə məxfi sənədi oxuyub, amma heç birində kəşfiyyatın səhvinə dair məlumat əldə edə bilməyib.
Erməni şərhçi Akop Badalyan isə Azərbaycan Ordusunun qarşısından qaçan kəşfiyyat generalının Paşinyan tərəfindən vəzifəyə gətirilməsinin şok səbəbini açıqlayıb.
“Robert Koçaryana qarşı 1 mart işi üzrə irəli sürülən ittihamlar Karapetyanın xüsusi ifadələri əsasında irəli sürülüb. Karapetyan ifadələrində bildirib ki, 2008-ci ilin 23 fevralında Robert Koçaryan müdafiə naziri olan Mikayel Artünyanı ordudakı vəziyyətə nəzarət edə bilməməkdə ittiham edib. Hətta Artünyan müavini Manvel Qriqoryanın harada olduğunu belə bilmirmiş. Bu ifadələr əsasında Koçaryanın həbsi mümkün olub. Paşinyan da Koçaryanı satan generalı özünə müşavir təyin edib. Bu faktı Koçaryanın vəkilləri də təsdiqləyiblər”, – deyə erməni şərhçi bildirib. (publika.az)

Türkiyə İmamoğluna görə Avropa İttifaqına üzv ola bilməyəcək – Merkeldən SƏRT ÇIXIŞ

“Türkiyə bələdiyyə seçkilərinin nəticəsini ləğv etməklə Avropa İttifaqına üzvlük üçün sahib olduğu üstünlüyünü itirdi”.

Bunu Almaniya kansleri Angela Merkel deyib.

“Süddeutsche Zeitung” qəzetinə açıqlama verən kansler bildirib ki, seçkilərdən sonra yaşanan hadisələr Türkiyəni Avropa İttifaqına üzv olmağa yaxınlaşdırmayıb: “Seçkilərdən sonrakı hadisələr Türkiyənin Avropa İttifaqına üzv olmasına ehtimal vermir. Əksinə, bu ölkənin inkişaf yolu ilə bağlı təşviş yaradır. Mən hər zaman Türkiyənin tam üzv ola biləcəyini xəyal edə bilmədiyimi söylədim”.

Merkel bundan sonra Almaniyanın Türkiyə ilə olan xüsusi münasibətlərinə diqqət çəkib: “Siyasi dəyərlər haqqındakı fikirlər çox məqamda fərqli olur, ancaq ortaq maraqlar da var. Buna misal olaraq Suriyadakı böhranın həlli və terrorla mübarizəni göstərə bilərik”.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri 31 martda keçirilib. Seçkilərdə İstanbul üzrə kiçik fərqlə Binəli Yıldırıma qalib gələn Əkrəm İmamoğluna 17 gündən sonra bələdiyyə sədrinin diplomu təqdim olunub. Bir neçə gün sonra isə Türkiyə Ali Seçki Komissiyası seçkilərin nəticələrini ləğv edib və yenidən keçiriləcəyini açıqlayıb. (publika.az)

400 min əsgər ƏMR GÖZLƏYİR: ABŞ-İran savaşı buradan başlayacaq, bütün HAZIRLIQLAR TAMAMLANDI

Son 30 ildə müharibə, işğal və terrorla darmadağın olan İraq indi də ABŞ-İran qarşıdurmasında cəbhə olur. İran dəstək verdiyi Haşdi-Şabi terrorçularına ABŞ-ın mövqelərinə hücum etmək üçün hazırlıq görmələrini əmr edib. Vaşinqton isə İraqdakı diplomatik nümayəndələrini təcili geri çağırıb. ABŞ vətəndaşlarına ölkəni tərk etmələrini tövsiyə edib.

ABŞ-ın Bəsrə körfəzinə döyüş gəmisi, nüvə potensialına sahib B-52 bombardman təyyarələri ilə birlikdə 120 min əsgəri göndərmək qərarı verməsindən sonra təşvişli günlər yaşanır. Bu qərardan sonra Suriyanın Deyr-əz-Zor şəhərində İranın dəstək verdiyi terrorçuları aparan konvoya hücum edildi. Ardınca Bağdaddakı vətəndaşlara dərhal ölkədən çıxmaq çağırışı göndərildi. Bütün bu hadisələr bölgədə gərginliyi pik həddə çatdırdı.

İraqlı general Qalib Salihin fikrincə, son hadisələr müharibə hazırlığıdır.

Ön cəbhə İraq və Suriya olacaq

General bildirir ki, Amerika ilə İran arasındakı ilk qarşıdurma Suriya və İraqda yaşanacaq. Haşdi-Şabi Əməliyyat Ofisi komandanı Rıdvan əl Qənimi İraqda yerləşən bütün ABŞ hərbi mövqelərini vuracaq hərbi güc və donanmaya sahib olduqlarını açıqlayıb. Adı açıqlanmayan bir Haşdi-Şabi generalı isə Haşdi-Şabi Qüvvələrinin Ali komandan köməkçisi Əbu Mehdi əl Mühəndisin “müharibəyə hazır olun” təlimatını verdiyini söyləyib. Bildirilib ki, ABŞ-ın İraq torpaqlarından qazıyıb çıxarılması üçün terror təşkilatı and içib.

200 min əsgər

ABŞ ilə müharibəyə hazır olduqlarını bildirən təşkilatın komandanı 130 min əsgərləri olduğunu, Suriya ilə birlikdə bu rəqəmin 200 minə çıxacağını deyib.

Amerikadan 24 kritik baza

Suriya ordusundan ayrılaraq müxalif qüvvələrə qoşulan polkovnik İmed Səid isə ABŞ-ın dominant hədəfinin İranın sərhədləri xaricindəki güc mərkəzləri olduğunu ehtimal edir. ABŞ-ın İraqda 9 bazaya sahib olmasına rəğmən, Suriyanın şimal və şərq bölgələrində 24 kritik nöqtədə qərargah inşa etdiyini deyir. Səid bildirir ki, Amerika Suriyada PKK-dan istifadə edəcək.

İran 20 min milis təlimləndirdi

İranlı siyasi fəal Elyar Makuyi ölkənin Əhvaz, Kirmanşah, Təbriz və Kürdistan bölgələrində 3 xüsusi təlim düşərgəsi qurduğunu və 20 mindən çox milis toplayaraq İraq və Suriyaya göndərdiyi bilgisini paylaşıb. İran Bəlucistan və Xuzistanda təhlükəsizlik tədbirlərini gücləndirib.

İraqı boşaldın əmri

ABŞ hökumətinin “İraq mərkəzli ciddi təhdid” iddiası ilə körfəz bölgəsinə qarşı başlatdığı hərbi toplanışdan sonra Vaşinqtondan daha bir diqqətçəkən addım gəldi. ABŞ dövlət Departamenti İraqda yaşayan bütün vətəndaşlarını ölkələrinə geri çağırdı. Bağdad səfirliyi və Ərbil konsulluğundakı bütün ikinci dərəcəli heyətin İraqı tərk etməsi əmri verildi. Viza işləri təxirə salındı. Təlimat rəsmi Vaşinqtonun ötən həftə İranın və bölgədə onun maraqlarına xidmət edən qüvvələrin ABŞ vətəndaşlarını və maraqlarını hədəf alan hücum planlarının kəşfiyyatdan sonra ortaya çıxmasının ardınca gəldi.

Almaniya da hərəkətə keçdi

Almaniya Müdafiə Nazirliyi bölgədəki gərginliyi nəzərə alaraq İraqdakı alman ordusunun təlimlərini dayandırdı. İraqda 160 alman əsgəri var.

Hollandiya da hərəkatdan geri qalmadı

ABŞ və Almaniyadan sonra Hollandiya da İraqdakı missiyasını dayandırdı. Ölkənin rəsmi xəbər agentliyi ANP-nin xəbərinə görə davam edən yardım fəaliyyətləri təxirə salınıb. Hollandiya ordusu digər xarici qüvvələrlə birlikdə Ərbildə İraq əsgərlərinə təlimlər keçir.

Nüvə öhdəlikləri dayandırıldı

Bütün bu gərginliyin fonunda İran bütün dünyanı təşviş içində qoyan qərar qəbul etdi. 5+1 ölkələri ilə imzalanan nüvə sazişindəki öhdəliklərini dayandırdı.

İranın Əraq və Natanz nüvə stansiyalarına yaxın günlərdə xarici media nümayəndələri dəvət ediləcək və bu stansiyalarda aparılan işlər ictimaiyyətə təqdim olunacaq. (publika.az)

“Tramp İrana hücum edəcək” – Politoloq

Fars körfəzindəki gərginliyin səbəbi Amerikanın onun planlarına müqavimət göstərən sonuncu müsəlman dövlətini dağıtmaq niyyətindən irəli gəlir. Bütün müsəlman dövlətlərini dağıdıblar. Sudanı, Tunisi, Liviyanı, Suriyanı, İraqı, Yəməni, bir sözlə hamısını dağıdıblar. İşğalı və dünya hegemonluğunu tanımayan bir İran qalıb. İranı da dağıtmaq istəyirlər. Bunun üçün böhtan söyləyirlər.

Bu sözləri Şərqşünas, politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki İranın nüvə proqramına nəzarət edilməsi ilə bağlı Tehranla BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan 5 ölkə (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa) və Almaniya arasında 15 iyul 2015-ci ildə saziş planı imzalanmışdı:

“Avropa da etiraf edir ki, İran bu planı tamamilə yerinə yetirir. Amma üzə dururlar, şərləyirlər və deyirlər ki, biz inanmırıq, ona görə də onu pozuruq. Hətta buna görə İrana qarşı sanksiya tətbiq edirlər. Bununla kifayətlənməyərək İrandan neft alan ölkələrə də cəza tədbirləri tətbiq etmək istəyirlər. İran da buna müqavimət göstərir və tabe olmayacaq. Hazırda ABŞ körfəzə qırıcı təyyarədaşıyan “Linkoln” gəmisi göndərib, 120 min əsgər göndərməklə hədələyir. Bir iranlı general buna cavab olaraq deyib ki, ABŞ Silahlı Qüvvələri əvvəllər bizim üçün hədə idi, indi isə onlar bizim üçün hədəfdir. Yaxınlaşsalar, onların başına oyun gətirəcəyik. Yəni, bu təcavüzkar siyasətə son qoymaq lazımdır. Tramp dünyada sülh üçün böyük təhlükədir”.

Qeyd edək ki, “Nyu-York Tayms” qəzeti ABŞ-ın İrana qarşı mümkün hərbi planları nəzərdən keçirdiyini yazıb. Qəzet yazır ki, əgər İran ABŞ qüvvələrinə hücum etsə və ya nüvə silahı üzərində işi tezləşdirsə Yaxın Şərqdə 120 min nəfərlik hərbi qüvvə yerləşdirilə bilər.

Z.Əlizadə isə bununla bağlı deyib ki, İran ərazisində aparılacaq mümkün müharibədə Amerikanı Vyetnam müharibəsindəki məğlubiyyətdən betər məğlubiyyət gözləyir:

“O ki qaldı hərbi planların hazırlanmasına… Bütün böyük dövlətlər mütəmadi olaraq başqa dövlətlərə qarşı hərbi planlar hazırlayırlar. Rusiya ABŞ-a qarşı, ABŞ Rusiyaya qarşı, Çin Rusiya və ABŞ-a qarşı belə hazırlayır. Bir sözlə böyük dövlətlər hamısı bir-birinə qarşı bu cür planlar hazırlayır. Baş qərargahların, baş əməliyyat idarələrinin zabitlərin işi-peşəsi, aldıqları maaşın bədəli odur ki, onlar mütəmadi olaraq əməliyyat planları hazırlasınlar. Burada qəribə heç nə yoxdur. O planları həyata keçirmək cəsarəti və ağlı olub-olmayacağı başqa məsələdir”.

“Yəni, budəfəki gərginlik də hərbi əməliyyat planının həyata keçirilməsi ilə yekunlaşmayacaq?” sualını cavablandıran Z.Əlizadə deyib:

“Ola bilər ki, o cür yekunlaşsın. Tramp impiçmentlə üzləşdiyini, hakimiyyəti itirmək üzrə olduğunu görsə o zaman bəli, o müharibəyə başlaya bilər. Çünki bir çox müharibələrin əsas səbəbi daxili səbəblərdir. Yuqoslaviya 1999-cu ildə nəyə görə bombalanırdı? Klintonun Monika Levinski ilə biabırçılığı üzə çıxmışdı, ona görə də Yuqoslaviyanı dağıtdlılar. Bu da belədir”. (teleqraf.com)