Kateqoriya: Gündəm

Kreditləşmə dayandı: Palata daha bir neçə bankı bağlaya bilər

Bankların vəziyyəti getdikcə daha da acınacaqlı hal alır. Məlumdur ki, Azərbaycanda bankların əsas və belə demək mümkünsə, yeganə gəlir mənbəyi kreditlərdir. Yüksək faizli kredit Azərbaycan bankları üçün alternativsiz gəlir mənbəyidir. Amma hazırda bankların əksəriyyətində maliyyə-kredit siyasəti iflasa uğrayıb. Manatın kəskin ucuzlaşmasından sonra bankların kredit portfelinin böyük hissəsi problemə düşdü. Problemli […]

Bağlanan bankların əmlakları satılıb – AÇIQLAMA

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə 2018-ci ilin avqust-noyabr aylarında keçirilən hərraclarda ləğv prosesində olan bankların əmlaklarının satıldığını bildirib.  Turkustan.info bildirir ki, fonddan Oxu.Az-a verilən xəbərə görə, QSC “BankStandard” KB, “Texnikabank” ASC, “Bank of Azerbaijan” ASC, “Zaminbank” ASC, “Dəmirbank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Kredobank” ASC, “Royalbank” […]

Serj Sarkisyanın partiyası: “Nikol təyyarədə “yolka”, biz isə silah gətirirdik”

Ermənistanda parlament seçkisini uduzan Respublika Partiyası mübarizənin ikinci mərhələsinə başlayır.  Turkustan.info xəbər verir ki, bu barədə partiyanın mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov bildirib. “Bu 7 ayda Nikol və onun komandası Respublika Partiyasının 20 ildə etdiyindən də böyük səhvlər etdi”,- deyə o vurğulayıb. Mətbuat katibi “Onlar təyyarədə “yolka”, biz isə silah […]

Yanvarın 1-dən bərbərlər, ofisiantlar və dərzilər vergi ödəyəcək

Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə fərdi qaydada, yəni muzdlu işçi cəlb etmədən sahibkarlıqla məşğul olan fiziki şəxslərin siyahısı genişləndirilib. Hazırda sabit vergi ödəyicilərinin siyahısına fərdi yaşayış evlərində və mənzillərdə çalışanlar, xəstələrə, qocalara və uşaqlara qulluq edənlər, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlər və […]

SON DƏQİQƏ: Bakıda güclü partlayış – YARALILAR VAR

Bakının Qaradağ rayonunda ümumi sahəsi 67 kv.m olan, tikiş sexi kimi fəaliyyət göstərən birmərtəbəli 3 otaqlı tikilidə yanğınla nəticələnən partlayış baş verib. Turkustan.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nəticədə 2 otağın yanar konstruksiyaları 37 kv.m sahədə yanıb. Hadisə zamanı 2 nəfər xəsarət alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə […]

Qənirə Paşayeva əməliyyatından yazdı – Ən son FOTOSU

Bu günlərdə Türkiyədə əməliyyat olunmuş millət vəkili Qənirə Paşayeva Facebook səhifəsindən onun səhhəti ilə maraqlananlara təşəkkürünü çatdırıb. Turkustan.info Qənirə xanımın təşəkkür mesajının mətnini təqdim edir: Əziz dostlar, hər birinizə keçirdiyim əməliyyatla bağlı zəngləriniz, mesajlarınız, dualarınız üçün minnətdaram. Hər iki əlimdə “karpal tunel sindromu” diaqnozu ilə əməliyyat keçirdiyim üçün və həkimlər […]

Anar Bağırov: Dilqəm və Şahbazla bağlı müsbət nəticə əldə oluna bilər

Avropa İnsan Hüquqları Məhkəməsinə Şahbaz Quliyev və Dilqəm Əsgərovun Ermənistan tərəfindən qeyri-qanuni olaraq girov götürülməsi ilə bağlı müraciətlə əlaqədar gələn il müsbət nəticə əldə oluna bilər. Bu məsələdə kommunikasiya davam edir. Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovdeyib. O bildirib ki, Avropa Məhkəməsi tərəfindən sənədlər, müraciətlər hər […]

Köçəryanla kabab yedim, Heydər Əliyev gördü… – Eks-nazir

Heydər Əliyevin iş üslubu çox maraqlı idi. Cavan vaxtlarımda mən bu iş üslubu ilə rastlaşdım və bəzi şeyləri illər keçdikdən sonra başa düşməyə başladım. Turkustan.info xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ümummilli lider haqda xatirəsini bölüşərkən deyib. T.Zülfüqarov başına gələn maraqlı hadisəni də danışıb: “Yaltada […]

Azərbaycanda bu işlə məşğul olanlara ŞAD XƏBƏR: 480 min manat ayrıldı

Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib. Nazirlikdən  verilən məlumata görə, Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə keçirilən iclasda 26 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 2189 arıçıya saxladıqları […]

Azərbaycanlılar Ermənistan prezidentinə məktub yazdı

Qərbi Azərbaycandan olan 86 nəfər öz kəndini ziyarət etmək istəyir 1988-ci ildə Ermənistan Respublikasından zorla deportasiya edilmiş bir qrup şəxs Ermənistan Prezidentinə məktub yazaraq öz doğulub boya-başa çatdıqları kəndə – Qərbi Azərbaycan Karvansaray rayonu (indiki adı ilə İcevan rayonu Hovk kəndi) S.Vurğun (qədim adı Haqqıxlı) kəndinə getmək üçün icazə istəyiblər. […]

Direktorun binadan atdığı arvadı hansı nazirin qohumudur?

“Buta Palas”ın art-direktoru Ramiz Taxvelinin yaşadığı binanın 5-ci mərtəbəsindən həyat yoldaşını atması barədə daha bir məlumat əldə edilib. Turkustan.info bildirir ki, Axar.az-a daxil olan məlumatda bildirilir ki, bu gecə əri tərəfindən binadan atılaraq qətlə yetirilən 1988-ci il təvəllüdlü Adelya Azər qızı Taxveli Gənclər və İdman naziri Azad Rəhimovun yaxın qohumudur. […]

Azərbaycanda sürüşmə: Ailələr evsiz qaldı – VİDEO

Şamaxının Quşçu kəndində sürüşmə yenidən aktivləşib. Səbəb isə son günlər müşahidə edilən intensiv yağışlardır. Turkustan.İnfo ARB-yə istinadən xəbər verir ki, torpaq sürüşməsi nəticəsində kənd sakilərinə məxsus evlərə və yardımçı tikililərə ziyan dəyib. Evlərin divarında, tavanında xırda çatlar genişlənərək yaşayış üçün təhlükə yaradıb. Alim Gərayev – kənd sakini: “Əvvəllər az idi, indi […]

İstanbulda “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə 10-11 dekabr 2018-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İstanbul Universitetində,İstanbuldakı Biruni Universitetində və İstanbul Türk Ocağındakonfrans və “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib. Hər üç […]

İrəvan KTMT-dən Qarabağ öhdəliyi tələb edəndə…

O qədər də uzaq olmayan gələcəkdə biz hərb yolu ilə işğal altındakı ərazilərimizi azad edə biləcəyik. Mən hərb yolunu xüsusi vurğulayıram, ona görə ki, bu seçkilərin nəticəsindən, kimin İrəvanda hakimiyyətdə olmasından asılı olmayaraq, əminəm ki, torpaqlar diplomatik yolla, danışıqlar yolu ilə yox, məhz Azərbaycan Ordusunun gücü hesabına azad olunacaq. Turkustan.info xəbər […]

YPX-yə və PPX-yə cərimə yazmaq üçün yeni səlahiyyət verildi – Siqaretə görə

Siqaretdən istifadə ilə bağlı İnzibati Xətalar Məcəlləsinə daha iki ciddi cərimə əlavə olunub. Turkustan.info Avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov bildirib. O, sahibkarların xüsusən diqqətli olmasını tövsiyyə edib. İXM-ə yeni daxil edilən 212.3-cü və 212.5-ci maddələr belədir: “212.3. Yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün […]

Nikolun Türkiyə “hədəfi”: İrəvana cavab nə olacaq?

Türkiyənin Ermənistanla sərhədləri açması, eləcə də diplomatik münasibətlərin yaradılması Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi, işğal edilmiş 7 rayondan erməni işğalçı qoşunlarının çıxarılması və əhalinin öz doğma yurd-yuvalarına qaytarılmasından asılıdır. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Türkiyə ilə […]

Elməddin Behbud Ermənistanın demokratiya “nümunəsi”ndən danışdı – Seçki şousu

Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud Ermənistanda keçirilmiş parlament seçkilərini şərh edib.  “Dünən Ermənistanda 2 siyasi blok və 7 partiyanın iştirakıyla keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri açıqlanıb. Yeni parlamentdə təmsil olunacaq siyasi qüvvələrin hamısı aprel-may aylarında baş verən məlum inqilab prosesinin aktorlarıdır: “Mənim addımım” bloku (70,43), […]

Putinin casus vəsiqəsi tapıldı: “Ştazi”yə də işləyən “KQB” əməkdaşı

Almaniya Demokratik Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyinin arxivində Rusiya prezidenti Vladimir Putinin adına verilən vəsiqə tapılıb. Turkustan.info xəbər verir ki, bu barədə “Bild” yazıb. Məlumata görə, ADR-in mövcudluğu dönəmində Putin “Ştazi” adlandırılan nazirliyin əməkdaşı olub. Vəsiqə də nazirliyin Drezdendə yerləşən kadrlar və təsnifat şöbəsinin arxivində aşkarlanıb. Sənəd 31 dekabr 1985-ci ildə verilib […]

Vahid Ələkbərovun seksist olduğu üzə çıxdı

“Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov gələcəkdə onun yerinə hər hansı qadının gəlməsini qeyri-mümkün hesab etdiyini bildirib. Turkustan.info “Bloomberg TV”yə istinadən xəbər verir ki, Ələkbərovun sözlərinə görə, öz davamçıları kimi yalnız kişiləri nəzərdən keçirir, çünki bu potensiala sahib olan heç bir qadın onun nəzərində yoxdur. Ələkbərov hesab edir ki, bunun səbəbi […]

Türkiyə özünü regionun ən güclüsü olaraq göstərir

Türkiyə Qara dənizdə güclənməyin sadəcə haqqı olaraq deyil, həm də labüd bir qərar olduğunu görür. Turkustan.info xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Aleksandr Fitin deyib. O, əlavə edib ki, Ankaranın Trabzonda yeni hərbi-dəniz bazası yaratmaq qərarı strateji planın tərkib hissəsidir: “Türkiyə dünyaya özünü regionun ən böyük və ən […]

Baş Prokurorluq Ukraynadakı səfirliyimizdə istintaqa başladı – RƏSMİ

Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı Xarici İşlər Nazirliyi (XİN) tərəfindən müvafiq araşdırma aparılıb. Turkustan.info bildirir ki, XİN mətbuat xidməti bunu BakuPost-un sorğusuna cavab olaraq bildirib. XİN nəzərə çatdırıb ki, araşdırmanın nəticələri ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna müvafiq müraciət göndərilib: “Hazırda ölkəmizin Ukrayna səfirliyində aparılan audit yoxlaması, məhz Baş Prokurorluq tərəfindən həyata […]

Atatürk parkında aparılan söküntü barədə – REPORTAJ

Bakı şəhəri “Gənclik” metrostansiyası yaxınlığındakı Atatürk parkında yenidənqurma işlərinə başlanılıb. Turkustan.info xəbər verir ki, artıq iki gündür ərazidəki obyektlərin sökülməsi işləri aparılır. Vəziyyətlə yerində tanış olmaq üçün həmin əraziyə yollandıq. Çəkiliş etdiyimiz vaxtda ərazidə söküntü işləri davam edirdi. Parka gələn sakinlərin bəziləri yenidənqurma işlərini bəyənsələr də, vəziyyətdən məmnun olmayanlar da var. […]

İrəvandan şok: Səhvləri təkrar etməyəcəyik, Qarabağ…

Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşmasını istəyirik. Turkustan.info xəbər verir ki, bunu İrəvanda türkiyəli jurnalistlərlə görüşü zamanı Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan deyib. O, Mənim Addımım Blokunun 70%-dən çox səs toplamasının reform siyasətinin həyata keçirməsinə təsir edəcəyini bildirib. Mnatsakanyan Türkiyə ilə Ermənistan arasındakı görüşlərə yeni dinamizm gələcəyini deyib: “Biz Türkiyə […]

BDU-da anım mərasimi – Abel Məhərrəmov çağırılmadı – FOTOLAR

Bakı Dövlət Universitetində (BDU) milli lider Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib. BDU-nun Mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstəsi qoyublar. Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, professor İradə Əliyeva  Heydər Əliyevin xidmətlərindən danışıb, onun müəyyənləşdiridiyi siyasi kursun […]

Beynəlxalq sürücülük vəsiqəsini necə əldə etmək olar?

Ölkə xaricində səyahətlər zamanı tanımadığımız sürücü ilə ünsiyyətdən yaranan psixoloji gərginlik hissi, klassik turizm məkanlarından daha fərqli yerlərə getmək, bir qədər sərbəst, asudə olmaq arzusu, yəqin ki, bir çoxlarımıza tanışdır. Bunun üçün ya avtomobil icarəyə götürmək və ya almaq lazımdır. Lakin bu istəyimizi gerçəkləşdirmək üçün əvvəlcədən tədbirli olmalıyıq. Beynəlxalq sürücülük […]

Şagirdi ilə evlənən müəllimə münasibətiniz necədir? – SORĞU

Televiziya kanallarının birində VII sinif şagirdini məktəbdən çıxarıb ailə həyatı qurduğunu deyən müəllim iki gün ərzində cəmiyyətdə qınaq obyektinə çevrilib.  Müəllimin verilişdə səsləndirdiyi sözlər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Baku TV şəhər sakinlərinin bu məsələyə münasibətini öyrənib. /oxu.az/

“Araz Əlizadə məndən deputat seçkiləri üçün 1 milyon pul istəyib” — Söyün Sadıxov

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə 2015-ci ilin parlament seçkiləri öncəsi seçki təbliğatını aparmaq üçün Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqovdan 1 milyon dollar pul istəyib.Turkustan.info xəbər verir ki, bu barədə “Ölkə.Az”a Söyün Sadıqov özü məlumat verib. Azərbaycanlı oliqarxın sözlərinə görə, Araz Əlizadə deputat […]

32 milyardı nəyə xərcləmişik? – RƏSMİ

2018-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 32,4 milyard manat olub.  Turkustan.info xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ticarət dövriyyəsinin 16 milyard 272,7 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16 milyard 164,1 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib. Satılan məhsulların dəyəri ötən ilin eyni […]

Yeni cərimə növü bu gündən qüvvədədir – 50 manat

Tütündən istifadə ilə bağlı bəzi yeni cərimələr bu gündən rəsmi hüquqi qüvvə alıb. Turkustan.info xəbər verir ki, bu barədə məlumatı ekspert Ərşad Hüseynov yayıb. O bildirib ki, bu gündən etibarən taksidə siqaret çəkməyə görə 40-50 manat məbləğində cərimənin tətbiqi barədə qanun (İXM-in 322-ci maddəsinə düzəliş) rəsmi hüquqi qüvvə alıb: “İstər hərəkət […]

Korrupsiya İdarəsi Bakıda tikinti aparan vəzifəli şəxslərə cinayət işi açdı

İnşaat sektorunda yol verilmiş qanun pozuntularının qarşısının alınması, bu sahədə aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə tədbirlər davam etdirir.  Turkustan.info bildirir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğun mətbuat xidmətlərinin Modern.az-a verdiyi birgə […]

Ekspertdən siqaret cəriməsi ilə bağlı sahibkarlara xəbərdarlıq: Bu maddə problem yaradacaq

“Siqaretdən istifadə ilə bağlı daha iki ciddi cərimə müəyyən olunub”. Turkustan.info xəbər verir ki, bunu yol-nəqliyyat eksperti Ərşad Hüseynov deyib.  Ə.Hüseynov məsələni şərh edərək, xüsusən sahibkarları diqqətli olmağa çağırıb:  “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (İXM) yeni daxil edilən 212.3-cü maddəsinə əsasən, Yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni […]

Ziya Məmmədovun gətirdiyi avtobuslar hərraca çıxarıldı

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun dövründə Bakıya gətirilən iritutumlu avtobuslar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən satışa çıxarılıb. Turkustan.info xəbər verir ki, nazirliyin Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili MMC-nin tabeli təşkilatı olan 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC hərraca 35 avtobus təqdim edib. Avtobusların özəlləşdirilməsi məqsədilə 8 yanvar tarixində […]

Mer əmr verdi: Bakıda bu obyektlər sökülür – Foto

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müvafiq əmri ilə “Gənclik” metrosu yaxınlığındakı Atatürk parkında yenidənqurma işlərinə başlanılıb. Turkustan.info xəbər verir ki, icra başçısının göstərişi ilə parkda yerləşən bütün restoranlar, ticarət və ictimai-iaşə obyektlərinin söküntüsü həyata keçirilir. Söküntü işlərininə Bakı şəhər mənzil-kommunal təsərrüfatının texnikası və canlı qüvvəsi cəlb edilib. Bu […]

Siqaretlə bağlı cərimə bu gündən qüvvədədir

Tütündən istifadə ilə bağlı bəzi yeni cərimələr bu gündən rəsmi hüquqi qüvvə alıb.Turkustan.info xəbər verir ki, bu barədə ekspert Ərşad Hüseynov məlumat verib. O bildirib ki, bu gündən etibarən taksidə siqaret çəkməyə görə 40-50 manat məbləğində cərimənin tətbiqi barəda qanun (İXM-in 322-ci maddəsinə düzəliş) qüvvəyə minib:“İstər hərəkət vaxtı, istərsə də […]

Azərbaycanda rektor beş il müddətinə təyin ediləcək

Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanda dəyişiklik barədə fərman imzalayıb. Turkustan.info-nun məlumatına görə, fərmana qeyd edilib ki, dövlət ali təhsil müəssisəsində rektor beş il müddətinə təyin edilir. Məsələ ilə bağlı təkliflər üç ay müddətində hazırlayıb prezidentə təqdim ediləcək.     /Oxu.az/

Avtomobil kreditlərinə dair yeni tələblər – Gələn ildən ağır şərtlərlə veriləcək

Gələn ildən Azərbaycanda avtomobil kreditlərinə dair tələblər sərtləşir. Turkustan.info-nun məlumatına görə, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”da əksini tapıb. Dekabrın 29-da qüvvəyə minən və faktiki olaraq gələn ildən tətbiq olunacaq Qaydalara əsasən kreditin rəsmiləşdirilməsi anında istehsal […]

Bu ərzaqlar bahalaşdı – SİYAHI

Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz artıb. Azərbaycanda 2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz artıb. Cari ilin noyabr ayında […]

Dolların satışı bahalaşdı – Azərbaycanda

Bu gün səhərdən başlayaraq banklar dolların satışını bahalaşdırıblar. Bahalaşma az olsa da, bazara təsir etməkdədir, buna baxmayaraq, valyuta satışı tam sərbəst şəkildə həyata keçirilir. Qeyd edək ki, ötən həftənin əvvəlindən dolları 1.7020-yə satan əksər banklar hazırda valyutanın satışını 1.7030 manata elan ediblər. “Naxçıvan Bank” isə dollar almaq istəyənlərə daha yüksək […]

Bu şəxslərin maaşı artdı

Bütün sahələrdə olduğu “BakuBus” MMC-də çalışan avtobus sürücülərinin sosial-rifah halının yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir. Turkustan.info bildirir ki, Bakı Nəqliyyat Agentliyinin(BNA) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ölkə başçısı İlham Əliyevin xüsusi qayğısı sayəsində son üç ildə “BakuBus” MMC-də çalışan sürücülərin də sosial-müdaifəsi ilə bağlı müxtəlif tədbilər reallaşdırılıb.  Bu tədbirlərin davamı […]

İlham Əliyev 8 sərəncam, 7 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info sərəncamın mətnini təqdim edir: Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: “Xalq artisti” Əliyeva Lətifə Cahandar qızı […]

Paşinyan Türkiyəyə təklif irəli sürdü

Ermənistan Dağlıq Qarabağla bağlı ilkin şərtlər olmadan Türkiyə ilə diplomatik əlaqələrin qurulmasına hazırdır. Turkustan.info TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib. “Biz hər hansı ilkin şərt olmadan Türkiyə ilə birbaşa əlaqələr qurmağa hazırıq. Lakin Türkiyə ilə münasibətlər Dağlıq Qarabağ məsələsi, üçüncü ölkə ilə əlaqəlidir. […]

Bakının bir hissəsində qaz olmayacaq – XƏBƏRDARLIQ

Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq. Turkustan.info “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, Ukrayna dairəsindən Neapol dairəsinə qədər yeni çəkilmiş polietilen 315 millimetrlik qaz xəttinin mövcud şəbəkəyə qoşulması, R.Quliyev, M.Rüstəmov küçələrində yeraltı diametri 108 və 159 millimetrlik qaz xətlərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, eləcə də tənzimləyicinin yerinin dəyişdirilməsi ilə əlaqədar […]

Ukrayna ilə Rusiya arasında daha bir “körpü” yandırıldı – Poroşenkodan radikal qərar

Tərəflər arasında “Dostluq haqqında” sazişin qüvvədən düşməsi barədə əmr imzalanıb  Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya ilə “Dostluq haqqında” sazişin qüvvədən düşməsi barədə əmr imzalayıb. Turkustan.info xəbər verir ki, bunu Poroşenko öz “Twitter” səhifəsində qeyd edib. Məlumata əsasən, 2019-cu ilin aprelin 1-dən tərəflər arasındakı sözügedən saziş qüvvədən düşür. Qeyd edək ki, Ukrayna ilə […]

Rufiz Qonaqovun kitabının təqdimatı oldu

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovun«Xəzər hövzəsi və Enerji təhlükəsizliyi» adlı kitabı işıq üzü görüb. Turkustan.info xəbər verir ki, kitabın elmi redaktoru və ön sözün müəllifi Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri […]

Azercell könüllü gənclərlə həmrəy oldu

Gənclərin uğurlu karyera qurması, gənc kadrlarla potensial işəgötürənlər arasında bağ yaratmaq  məqsədilə ölkəmizdə təşkil olunan karyera sərgilərinin fəal iştirakçısı olan “Azercell Telekom” MMC daha bir əmək yarmarkasına qatılıb. Azərbaycan Respublikasının Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Asan […]

Daha bir müəllim şagirdi ilə evləndiyini etiraf etdi: “O qız 7-ci sinifdə oxuyanda …” – VİDEO

Müəllim 7-ci sinifdə oxuyan məktəbli ilə nişanlandığını bildirib. Azərbaycan telekanalında efirə gedən verilişlərdən birinə dəvət alan Mirismayıl Xәlәfli şagirdini sevdiyini və onunla ailə qurduğunu deyib. Qeyd edək ki, adı çəkilən şəxs proqramda median nümayəndəsi və sayt rəhbəti kimi iştirak edib. “Mən 7-ci sinifdə oxuyan xanımla ailə qurmuşam. Ona görə ki, sabah mənim […]

“Fransadakı hadisələrə lal, kar və kor oldular” – Ərdoğandan sərt bəyanat

“İstanbuldakı Gəzi parkı hadisələrində insan haqlarından danışıb, onu müdafiə edənlər, Fransda, Hollandiyadakı etiraz aksiyaları zamanı baş verənlərə münasibətdə lal, kar, kor oldular”. Turkustan.info Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının mərkəzi qərargahında 10 dekabr – Ümumdünya İnsan Hüquqları Günü münasibətilə keçirilən “İnsanlığın mədəniyyəti” […]

Yol Polisi gizli xidmət aparır? – Rəsmi AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi son günlər sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində yol polisinin gizli xidmət aparması və bu məqsədlə onlara bütün texnikalarla təchiz edilmiş mülki avtomobillərin verilməsi barədə yayılan iddialara münasibət bildirib. Turkustan.info xəbər verir ki, İdarədən Report-un sorğusuna cavab olaraq bildirilib ki, […]

“Lukaşenko Əliyevə vəd verdi və Paşinyanı…” – Badalyan

Lukaşenko Azərbaycana KTMT ilə bağlı vəd verib. Turkustan.info xəbər verir ki, bu sözlər erməni jurnalist Akop Badalyanın “Lragir.am” saytındakı məqaləsində yer alıb. “Bir müddət əvvəl Minskdə Azərbaycan Prezidentini qəbul edən Lukaşenko ona böyük ehtimalla Paşinyana təzyiq edəcəyi ilə bağlı vəd verdi. Bundan sonra Putin Paşinyana KTMT sammitini təxirə salmağı təklif […]

Öz həyatlarını “süpürməyə” çıxan süpürgəçilər…

Son bir il ərzində iş başında avtomobil qəzasına düşmə səbəbilə dünyasını dəyişən süpürgəçi qadınların sayı artıb. Böyük əksəriyyət hadisənin mahiyyətini bilmədən bütün məsuliyyəti yüksək sürətlə əlaqələndirir. Amma müşahidələr göstərir ki, nəqliyyat vasitələrinin çox, hərəkətin intensiv vaxtlarında küçələri süpürən qadınların özləri də laqeydlik, diqqətsizlik nümayiş etdirirlər. Dəfələrlə bir neçə süpürgəçi qadının […]

Fazil Məmmədov ölümdən döndü

Sabiq vergilər naziri Fazil Məmmədov yenidən əməliyyat olunub. Turkustan.info-nun xəbərinə görə, əməliyyat Gəncə Beynəlxalq Xəstəxanasında baş tutub. Nazirin pankreatitdən əziyyət çəkdiyi, bu səbəbdən də əməliyyat keçirdiyi bildirilir. Məlumata görə, eks-nazirin ağır xəstəliklər keçirməsinə, bundan əvvəlki əməliyyatına və bədənin ümumi zəifliyinə görə budəfəki cərrahi müdaxilə riskli olub. Həkimlər onun əməliyyat vaxtı […]

Köçəryanın vəkili azərbaycanca cavab verdi – Video

Robert Köçəryanın həbsindən sonra onun vəkili Ruben Saakyan erməni jurnalistə Azərbaycan dilində cavab verib. Turkustan.info xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkəklərdə yayılıb. Erməni vəkilin jurnalistə “bilmirəm” cavabı marağa səbəb olub. Yayılan video ilə bağlı fikrini bölüşən Anahit Voskanyan adlı istifadəçi bildirib ki, Köçəryanın vəkili Bakıda və ya Gəncədə […]

Gəncədə məktəb direktoru icra başçısının müavini təyin edildi – Foto

Gəncə Şəhər İcra Hakimiyyətində yeni təyinat olub. Vəfa Nizami qızı Abbasova İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Qeyd edək ki, V.Abbasova bundan öncə Gəncə şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb. /Report/

Ərzağın qiymətinin qalxması haqda son açıqlama

2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz bahalaşıb. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, cari ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsullarının […]

Orta təhsilini bitirə bilməyən şəxslər üçün yeni fürsət

Qeydiyyat və sənəd qəbulu 10-21 dekabr 2018-ci il tarixlərində aparılacaq Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şəxslər üçün eksternat qaydasında imtahanlar keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Məlumata görə, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta […]

Usubov işdən çıxardığı rəisə yenidən vəzifə verdi

Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmri ilə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) Pasport və Qeydiyyat şöbəsinə rəis təyin edilib. Turkustan.info xəbər verir ki, bu barədə Unikal.org-a DİN-dən məlumat verilib. Qeyd edək ki, bir neçə gün öncə Tərtər […]

Bakının məşhur bazarı söküldü

Bakının köhnə ticarət məkanlarından olan Yasamal bazarı sökülüb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Abbas Mirzə Şərifzadə küçəsi ilə Dairəvi yol arasında yeni salınan avtomobil yolunun üstündə yerləşdiyi üçün bazarın sökülməsinə qərar verilib. Ağır texnika bir-neçə saat ərzində bazarı və ətrafındakı tikililəri söküb. Qeyd edək ki, Yeni Yasamal və “Şamaxinka” adlanan […]

Şahbaz Quliyevin qardaşı: “…quru nəfəsləri qalıb”

5 ilə yaxındır erməni girovluğunda saxlanılan azərbaycanlılar- Dilqəm Əsgərov və Şahbaz Quliyevin ölkəmizə geri qaytarılması gün keçdikcə müşkülə çevirilir. Azərbaycan hökuməti onların qaytarılması üçün bütün vasitələrdən istifadə edir. Hətta Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikola Paşinyan “Azərbaycan tərəfinin hamının hamıya” təklifini etdiyini də etiraf edib. Amma nəticə Ermənistan tərəfinin […]

Masallıda baş verən partlayışda yaralanan məktəblilərdən biri öldü

Masallı rayonunda fərdi yaşayış evinin qarajında baş verən partlayış nəticəsində xəsarət alan uşaqlardan biri dünyasını dəyişib. Turkustan.info bildirir ki, bu barədə A24.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Masallı rayonunun Sığıncaq kəndi ərazisində yaşayış evinin qarajında baş verən partlayış nəticəsində bir ailənin iki üzvü – Müseyibov Əli Əbülfəz oğlu, […]

Bakı metrosunda döyülən qız danışdı: “Birdən üzümə yumruq vurdu”

Polisə şikayət ərizəsi vermişəm, etdiyi hərəkətə görə cavab verəcək. Turkustan.info bildirir ki, bu sözləri oxu.az-a dünən metronun Nizami stansiyasında sərnişinlər arasında yaşanan davada zərərçəkmiş 1988-ci il təvəllüdlü Pərvanə Fərmanzadə deyib. Onun sözlərinə görə, qatarda ona yumruq zərbəsi vuran şəxsin adı Əli olub: “Rəfiqəmlə qatarda söhbət edirdik. Bilmədən yaxınlıqda dayanan oğlanın […]

Bakı və İrəvan üçün ortaq “Yol xəritəsi” – ABŞ-ın sensasion planı

Nikol Paşinyana seçim üçün ayrılan vaxt bitir; Ağ Ev Azərbaycan və Ermənistanla bağlı hərəkətə keçir – iddia; Vaşinqton müharibə astanasında olan iki tərəfi ortaq məxrəcə gətirib bölgədə möhkəmlənə biləcəkmi?..  Ermənistanda 9 dekabr kritik parlament seçkiləri arxada qaldı. Ona görə “kritik” ki, bu seçkilər ən azı, iki mühüm suala aydınlıq gətirməlidir: […]

Qalib gələn Paşinyanı gözləyən 3 ÇƏTİN VƏZİFƏ

Beləliklə, Ermənistanda aylardır gözlənilən parlament seçkisi arxada qaldı. Bu, Ermənistanın müstəqillik tarixində seçicilərin ən az iştirak etdiyi seçki kimi tarixə düşdü. İki ermənidən biri seçkiyə getmədi. Turkustan.info xəbər verir ki, politoloq Elxan Şahinoğlu Nikol Paşinyanın siyasi həyata canlanma gətirdiyini, ancaq bunun seçici marağını artırmadığını bildirib. “Buna baxmayaraq, Paşinyanın lideri olduğu partiya […]

Gələn il evlənmək istəyənlərin işi lap çətin olacaq…

Azərbaycanda gələn ildən bir çox məhsulların, o cümlədən qızılın bahalaşacağı ilə bağlı məlumatlar yayılıb. Artıq şayiələrin paytaxtın əlvan metal bazarında qiymətlərin artmasına səbəb olduğu bildirilir. Şayiələrin yaranmasına səbəb isə qızılın dünya bazarında bahalaşacağı ilə bağlı nüfuzlu maliyyə qurumlarının ekspertləri tərəfindən irəli sürülən proqnozlardır. Qızılın 2019-cu ildə bahalaşması ilə bağlı proqnozla […]

“WhatsApp” bu telefonlarda SİLİNƏCƏK – SİYAHI

Dünyanda ən çox istifadə olunan mesajlaşma proqramı “WhatsApp” bəzi telefonlarda silinəcək. Turkustan.info xarici KİV-ə istinadla bildirir ki, nəticədə milyonlarla insanın “WhatsApp”la əlaqəsi kəsiləcək. “Facebook”a aid tədbiq Nokia S40, Android Gingerbread və iOS 7 sistemlərində istifadəsini dayandıracaq. Qeyd edək ki, tədbiq Nokia istifadəçilərində dekabrın 31-i, iOS və Androin istifadəçilərində isə 2020-ci […]

“Şaxta baba”ya məktub yazan məktəbli haqqında süjet – VİDEO

Hər iki valideynini itirmiş 11 yaşlı Tufan Əşrəfovun “Şaxta baba”ya yazdığı məktub sosial mediada sürətlə yayılıb.   Turkustan.info xəbər verir ki, onun müəllimlərinin köməyi ilə yazdığı məktuba sosial media istifadəçiləri ilə yanaşı, rəsmi qurumlar da biganə qalmayıblar. Masallı rayon İcra Hakimiyyəti və Təhsil Nazirliyi balaca Tufanın yanında olacaqlarını bildiriblər. Mövzu ilə […]

Qubada ərinin əmisi oğlu ilə qaçan qadın danışdı – VİDEO

Ərinin əmisi oğlu ilə qaçan qadın son vəziyyətindən danışıb. Turkustan.info-nun məlumatına görə, bir neçə ay əvvəl Qubanın Tülər kəndində ərinin əmisi oğluna qoşulub qaçan Aynur Dadaşova A24.Az-a açıqlama verib. O, sanki baş verənlərin qorxunc yuxu olduğunu və aldığı psixoloq dəstəyi sayəsində özünə gəldiyini bildirib. Aynur ən çox uşaqlarını görmək istədəyini, […]

Dollar kreditləri ilə bağlı dəyişiklik – Palatadan yeni qərar

Azərbaycanda xarici valyutada kreditlərin verilməsi ilə bağlı yeni qayda tətbiq edilib. Turkustan.info xəbər verir ki, bu yenilik Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təsdiqlədiyi “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”da əksini tapıb. Qaydalara görə, xarici valyutada istehlak kreditləri xarici valyutada gəliri olan borcalanlara […]

Ermənistanda nə qədər azərbaycanlı əsir var? – Son məlumat

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş, həmçinin azad edilmiş şəxslərlə bağlı son məlumat yayılıb. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 7 dekabr 2018-ci ilə olan məlumatına görə, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların […]

Bakıda yeni il yarmarkaları fəaliyyətə başladı – Video

Bakıda Yeni il yarmarkaları fəaliyyətə başlayıb. Yarmarkalar paytaxtın metro stansiyalarına yaxın yerlərdə quraşdırılıb. Turkustan.info-nun məlumatına görə, bayram çadırlarında əsasən Yeni il atributları, şam ağacı, şaxta baba, qar qız oyuncaqları satışa çıxarılıb. Bayram yolkalarının bəzədilməsi üçün aksessuarların qiymətləri isə ölçüsünə, görünüşünə görə dəyişir. Belə ki, yolka oyuncağının qiyməti 2 manatdan 12 […]

Qarabağ üçün susan ƏDALƏT

20 ildən artıqdır davam edın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar heç bir nəticə verməyib. ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi nəticəsində münaqişənin həllində heç bir irəliləyiş hiss olunmur. Minsk Qrupunun həmsədr ölkələrinin rəsmiləri isə münaqişənin həlli ilə bağlı “dişsiz bəyanat”larını davam etdirirlər. ABŞ dövlət katibinin Avrasiya və Avropa məsələləri üzrə […]

Qız sevgilisini kənddə atıb şəhərdə yaşayan xalası oğlunun yanına gəldi, sonra… – Azərbaycanda ŞOK

Bakıda sevdiyi qızın xalası oğlu İslam Hüseynovu öldürməkdə təqsirli bilinən Göyçay rayon sakini, 1995-ci il təvəllüdlü İbrahim Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info Publika.az-a istinadənxəbər verir ki, İbrahim Sadıqov Ucar şəhər sakini Günel Əsgərova ilə evlənmək istəyib. Amma Günel təhsilini davam etdirmək istədiyini, İbrahim ilə ailə qurmaqdan imtina […]

Qarabağa köçürülən ermənilər qaçır: “Bu, yaşamaq deyil” – VİDEO

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinə erməniləri köçürməyə davam edir. Turkustan.info xəbər verir ki, Azərbaycan torpaqlarına köçürülən ermənilər ciddi problemlərlə üzləşirlər. Problemlərlə üzləşən erməni ailəsindən biri də Arzakanyan ailəsidir. Bu ailə İrəvandan Qarabağa köçürülmə proqramı çərçivəsində 2007-ci ildə işğal olunmuş ərazilərə göndərilib. Ailə ata-ana və iki oğuldan ibarətdir. “Epress” saytı yazır ki, […]

Supergüclərin müəmmalı neft siyasəti

Neft ixrac edən ölkələri birləşdirən OPEC-in neftin qiymətini qaldırmaq məqsədilə hasilatı azaltmağa dair danışıqları hələlik nəticəsiz qalır.Vyanada keçirilən OPEC görüşündə neftin hasilatını azaltmaq barədə ilkin razılaşma əldə olunub.Amma ixtisarın həcmi barədə qərar qəbul olunmayıb.Kartel üzvləri təşkilata daxil olmayan Rusiya kimi iri neft ixracatçılarının reaksiyasını gözləyirlər.Bunun bir səbəbi də Rusiyanın hasilatı […]

İntihar edənlərin, vətən xainlərinin meyiti… – Mürdəşir

Vətən xainləri və Allahın verdiyi cana qıyan, intihar edən şəxslər və digərlərinə şəriət qanunlarına görə yuyulmaq, namaz düşmür. Turkustan.info xəbər verir ki, bu sözləri 8 ildir mürdəşirlik (ölü yumaq) edən şəxs Oxu.az-a geniş müsahibəsində bildirib. Onun sözlərinə görə, vətən xainləri, intihar edən şəxslər Allah qatında günahkar hesab olunur: “Onlar günahkar hesab […]

Allahşükür Paşazadə Ayaz Mütəllibovun əvəzinə necə qol çəkmişdi… – TARİX

Azərbaycanın İslam Əməkdaşıq Təşkilatına üzv olmağından  27 il keçir Azərbaycanın İslam Əməkdaşıq Təşkilatına (İƏT) üzv olmasından 27 ili tamam olur.   1969-cu ildə Mərakeşdə müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılmış İƏT 60-a yaxın dövləti özündə birləşdirir. Bəzi ölkələrin müsəlman icmalarının, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri İƏT yanında müşahidəçi […]

Həbsdə də Paşinyana qarşı savaşacağam – Köçəryan

Ermənistan Apeliyasiya Məhkəməsi mənim həbsim haqqında qərarı hökumətin sərt təzyiqləri altında verib. Turkustan.info xəbər verir ki, bu bəyanatı Ermənistanın eks-prezidenti Robert Köçəryan yayıb. “Onu qeyd etmək kifayətdir ki, məni ittiham edən tərəf məhkəmədə baş prokurorun rəhbərlik etdiyi 6 nəfərlə təmsil olunurdu. Bu isə bizim yeni tariximizdə görülməmiş hadisədir. İşə baxan […]

Samir Şərifov onu tənqid edənlərə cavab verdi – VİDEO

Bir neçə gündür ki, Maliyyə naziri Samir Şərifovun manatla bağlı açıqlaması müzakirələrə səbəb olub. S. Şərifovun fikirləri mediada və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.  Turkustan.info xəbər verir ki, nazir REAL TV-yə müsahibəsində məlum açıqlamasına yenidən aydınlıq gətirib. O bildirib ki, manatın kəskin möhkəmlənməsinin milli iqtisadiyyatımıza mənfi təsir göstərməsi heç kim tərəfindən mübahisə […]

Bakının bir hissəsi niyə qazsız qalıb? – SƏBƏB

Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində təbii qazın verilişində məhdudiyyət yaranıb.  Sakinlər bildirib ki, iki həftədir ki, gündüzlər  təbii qazın veriləməsində uzun müddətli fasilə yaranır. Turkustan.info bildirir ki, “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda Dadaş Bünyadzadə küçəsində  təbii qazın verilişində məhdudiyyət yoxdur: “Həmin […]

Şaxta, yağış, külək – Bazar gününün hava proqnozu

Dekabrın 9-da Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Turkustan.info bildirir ki, bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Havanın temperaturu gecə 6-8°, gündüz 9-11° isti, Bakıda gecə 6-8°, gündüz 9-11° isti təşkil edəcək. […]

İrəvan Kremlə qarşı “ikinci dalğa”ya başlayacaq

Ermənistanın bölgədə ən təsirli dövlət olan Rusiya ilə münasibətlərinin qarşıdakı illərdə necə olacağı siyasi ambisiyalardan və Ermənistanın xarici siyasətindən xeyli dərəcədə asılıdır. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, 2018-ci ilin aprel ayında Ermənistanda iqtidar dəyişikliyindən sonra hakimiyyətə gələn Nikol Paşinyan parlamenti nəzarət altına […]

Məşhur vəkil 3,3 milyardlıq borcun üstünü açdı – Hacıyev Şərifovla üzləşəcək?

Vəkil Adil İsmayılov Azərbaycan Beynəlxalq Bankının (ABB) 3 milyard 300 milyon dollar xarici borcu ilə bağlı şəkil paylaşıb. Həmin şəkildə ABB-nin borcları haqda müfəssəl məlumat yer alıb. Məlum olur ki, təkcə Cargill şirkətinə 715 milyon dollar borcu var. Yada salaq ki, Cahangir Hacıyev həbsinin ilk günlərindən məhkəmədən bir neçə şəxslə […]

Azərbaycan neftlə bağlı vacib qərar verdi

OPEC və OPEC+ ölkələri neft hasilatını gələn il yanvarın 1-dən qüvvədə olmaqla altı ay müddətinə azaltmağa qərara alıblar. Turkustan.info xəbər verir ki, bu barədə OPEC məlumat yayıb.  Bildirilir ki, dekabrın 6-da Vyanada işə başlayan OPEC Nazirlər Şurasının 175-ci iclasında, həmçinin bu gün keçirilən OPEC və OPEC+ nazirlərinin beşinci görüşündə qərara alınıb  […]

Ramil Usubov rəis müavinlərini işdən çıxardı

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavinləri işdən çıxarılıb. Turkustan.info xəbər verir ki, şəxsi heyətlə iş üzrə köməkçi, rəis müavini polis polkovnik-leytenantı Ərşad Əhmədov, xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov, şöbənin cinayət axtarış bölməsinin rəisi, polis mayoru Anar Hüseynov və şöbənin kadrlar üzrə baş inspektoru, baş leytenant Firudin […]

Azərbaycanlı məmurun rüşvət qalmaqalında görüntüləri̇ yayıldı: “SƏNİN AĞZINI CIRDIRARAM!” – VİDEO

Azərbaycanlı məmurun rüşvət qalmaqalında görüntüləri yayılıb. Turkustan.info A24.az-a istinadən xəbər verir ki, Xaçmaz Mədəniyyət Evinin sabiq müdiri, hazırda Xaçmaz Mərkəzi Kitabxana Sisteminin təşkilatı metodika şöbəsinin rəhbəri olan Zöhrab Məmmədovun rüşvət aldığı iddia olunan şəxslərlə söhbətinin görüntüləri yayılıb. Söhbət zamanı vətəndaşlar Zöhrab Məmmədova rüşvət verdiklərini deyir və verdikləri pulun qaytarılmasını istəyir. Məmur […]

Fransada yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ – Sabah evdən çıxmayın

Azərbaycanın Fransadakı səfirliyi artıq bir neçə həftədir davam edən etiraz aksiyalarının yaratdığı gərgin vəziyyətlə əlaqədar bu ölkədə yaşayan vətəndaşlarımıza sosial şəbəkə vasitəsilə müraciət edib. Turkustan.info-nun məlumatına görə, müraciətdə Fransanın dövlət orqanlarının məlumatına istinadla bildirilir ki, yanacaq vergisinin artırılmasına qarşı noyabrın 17-də başlayan və ölkənin bütün regionlarını əhatə edən etiraz aksiyaları […]

Nuriyyə Hüseynovaya Misirdən ali mükafat – Təqdimatdan FOTOLAR

Çağdaş Azərbaycan musiqisinin görkəmli ifaçısı, Respublikanın əməkdar artisti, bir sıra yerli bə beynəlxalq mükafatların laureatı Nuriyyə xanım Hüseynovanın sənətinə daha bir mötəbər diqqət Misirdən oldu. Turkustan.info xəbər verir ki, tanınmış xanəndə Nuriyyə Hüseynova Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyinin xüsusi mükafatına layiq görülüb. Mükafat Musiqi Mədəniyyəti Dövlət Mzeyində təqdim olunub. 

Paşinyana Sankt-Peterburqda YERİNİ GÖSTƏRDİLƏR – FOTO+VİDEO

Noyabrın 6-da Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfər edib. Turkustan.info xəbər verir ki, MDB dövlət başçıları qeyri-rəsmi zirvə görüşündən sonra Sankt-Peterburq Dövlət Akademik […]

Şəhid vərəsələrinə mənzillər veriləcək – Siyahı

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli fərmanına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat birdəfəlik ödəmə veriləcək. Turkustan.info-nun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid […]

Əflatun Amaşov: “Ermənistanda sosial vəziyyət ağırdır”

“Bakı ilə Yerevanı müqayisə etmək mümkün deyil” Ermənistanda sosial vəziyyət ağırdır. Bunu Bakıda jurnalistlərə açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin Ermənistanın paytaxtı Yerevanda keçirilən 52-ci sessiyasında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Əflatun Amaşov deyib. Deputat qeyd edib ki, yolların kənarındakı binalardan oradakı vəziyyətin […]

Paşinyan: “İlham Əliyevlə razılığa gəlmədik”

Əsirlərin dəyişdirilməsi məsələsini Qarabağ hakimiyyəti ilə müzakirə etmək lazımdır. Turkustan.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyevlə söhbətini şərh edərkən jurnalistlərə bildirib. “Əsirlərin dəyişdirilməsi haqqında söhbət etdik, razılıq əldə etmədik, lakin müzakirələri davam etdirəcəyik. Bilirsiniz, onlar “hamının […]

“Atillanın ayağı dəyən hər türk torpağına iddialıyıq” – Cavid Qurbanov

“Vaxtilə Vorontsov Lazarevi Təbrizin komendatı təyin etmişdi. O, Lazarev deyil, Lazaryandır. Ona görə də yəqin ki, “Lazaryan klubu” desək, daha yaxşı çıxar”. Deputat, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bu fikirləri Milli Məclisin plenar iclasında çıxış edərkən söylədi. “Lazarev klubu”nun İrəvanda keçirdiyi tədbirdə Azərbaycana qarşı iddiaların səslənməsinə […]

“Dilimizdə bu qədər gözəl sözlər varkən niyə alınma sözlərdən istifadə etməliyik?” – Akademik – FOTO

“Hilal” Sosial Araşdırmalar İctimai Birliyi, “Müasir İnkişaf” İctimai Birliyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Qloballaşan dünya və Azərbaycan dili” mövzusunda konfrans keçirilib. Tədbirin aparıcısı, “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov rəhbərlik etdiyi qurumun gördüyü işlərdən bəhs edib. O, Azərbaycan dilini qorumağın vacibliyindən, dövlət qurumlarının bu sahədə gördükləri […]

Bayram yarmarkasının günləri və yeri açıqlandı

Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin təşkil edəcəyi bayram yarmarkasının tarixi açıqlanıb.  Turkustan.info xəbər verir ki, “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin mətbuat xidmətinin rəhbəri Mayis Musayevin sözlərinə görə, yarmarka dekabrın 21-30-da, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 154 ünvanında keçiriləcək.  “Yarmarkanı beş gün müddətində keçirməyi nəzərdə tutmuşduq. Ancaq istəyin çox olduğunu nəzərə […]

“Lavrov Qarabağ münaqişəsinin həllinə mane olur” – Politoloq

Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar Ermənistanın işğal olunmuş əraziləri boşaltmasından ibarət olmalıdır. Göründüyü kimi, belə bir bəyanatın verilməməsi yalnız ikili standartın təzahürüdür. Turkustan.info xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspertə görə, işğal olunmuş ərazilər qaytarılmalı, mövcud status-kvo davam etdirilməməlidir: “İndiki məqamda bu mövqe rəsmi Vaşinqtonun regionda artan […]

“Bəli, İlham Əliyevin Sankt-Peterburqda Nikol Paşinyanla söhbəti oldu…”

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakı və tədbirin əhəmiyyəti barədə “AzərTAc”a müsahibə verib. Müsahibəni diqqətinizə çatdırırıq:  – Dekabrın 6-da MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində qeyri-rəsmi Zirvə toplantısı keçirildi. Prezident İlham […]

“Gələn ildən bu məhsulların qiyməti bahalaşacaq” – İqtisadçıdan bədbin proqnoz

Son zamanlar sosial şəbəkələrdə Yeni ildən sonra kommunal xidmətlərin, benzinin və dolların qiymətində bahalaşmanın olacağı ilə bağlı müzakirələr aparılır. Bir çoxlarını isə bu bahalaşmanın qida məhsullarının qiymətinə necə təsir edəcəyi maraqlandırır. Turkustan.info bildirir ki, bununla bağlı big.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirib ki, vergi məcəlləsinə olan […]