Kateqoriya: Gündəm

Deputatdan orijinal TƏKLİF – Yanvar – ilk, may – çiçək, avqust –biçin ayı adlansın

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri, Tahir Kərimli təqvim aylarına milli adların verilməsini təklif edib. Turkustan.info bildirir ki, bu barədə Modern.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri, Tahir Kərimli məlumat verib. Deputat bildirib ki, zaman-zaman böyük dövlətlərdən asılılıq, digər hakim […]

Prezident elan etdi: Ciddi struktur islahatları olacaq

Bilirsiniz, mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur. Ancaq mən həmişə, necə deyərlər, narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun. İstəyirəm ki, bu pozuntular olmasın. Harada ki mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı […]

TELEKANALLARIMIZDAKI EROTİK SÖHBƏTLƏR… – MTRŞ biabırçılıqlarla bağlı hesabat yaydı

Milli Televiziya və Radio Şurası keçən il bir sıra özəl yayımçıların efirində «Televiziya və radio yayımı haqqında» qanunun 32.0.9-cu maddəsinin (milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) tələblərinin mütəmadi olaraq pozulduğunu aşkarlayıb.  Turkustan.info-nun məlumatına görə, MTRŞ bu halların daha çox ARB, ATV və Xəzər TV-nin efirində müşahidə edildiyini bildirir. MTRŞ […]

“Ürəkdən və cinsi orqandan bıçaqlamaq dəbə düşüb”

Deputat Fazil Mustafa əsgərlikdən yenicə qayıdan gəncin ötən gün bıçaqlanaraq öldürülməsinə münasibət bildirib. Turkustan.info-nun məlumatına görə, o, qeyd edib ki, son vaxtlar yeniyetmələr arasında özləri ilə bıçaq gəzdirmək halları artıb: “Orta məktəblərdə 10-11-ci sinif uşaqları arasında yəqin ki, buna səbəb sosial şəbəkələrdə, teleseriallarda oğru aləmində baş verənlərin mütəmadi işıqlandırılması, təbliğ […]

Tarif Şurasından dərmanların qiymətləri ilə bağlı YENİ QƏRAR

Azərbaycan Tarif (qiymət) Şurası dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə növbəti qərar verib. “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na və “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a uyğun olaraq, Tarif (qiymət) Şurası dərman vasitələrinin aptek təşkilatlarına topdan və aptek təşkilatı […]

Nikola münasibət Kremlin Qarabağ mövqeyini dəyişir?

Rusiya Köçəryana görə Paşinyanla müharibə aparmayacaq. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Ermənistanın sabiq prezidenti, Xocalı qətliamının müəlliflərindən olan Robert Köçəryanın həbsdə saxlanılması ilə bağlı bəzi suallara cavabında politoloq İlqar Vəlizadə deyib. “Düzdür, Köçəryanla Putin arasında yaxın münasibətlər var, ancaq Rusiya ona görə Paşinyanla müharibə aparmayacaq. Əslində, Köçəryan da bunu yaxşı […]

Azərbaycana 800 milyonluq qızıl külçə gətirildi – RƏSMİ

Azərbaycana keçən il Dövlət Neft Fondu və Mərkəzi Bank tərəfindən 803 milyon dollar dəyərində qızıl külçələr gətirilib.  Turkustan.info-nun məlumatına görə, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.  S. Mehdiyev deyib […]

Şəkərli diabet xəstəliyi ilə bağlı qanun layihəsi hazırlanacaq

Şəkərli diabet xəstəliyi ilə bağlı qanunverciliyin dəyişdirilməsi və tam yenilənməsi nəzərdə tutulur. Turkustan.info bildirir ki, Oxu.Az-a parlamentdən verilən məlumata görə, bununla bağlı qanun layihəsinin hazırlanaraq,  parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyası gedişində ən azı müvafiq komitə – Səıhiyyə komitəsi səviyyəsində müzakirəsi planlaşdırılır. Bildirilib ki, bu məsələ hələ parlamentin sonuncu-2018-ci […]

Azərbaycanda pensiya təyinatı sahəsində proqram hazırlanıb

“Pensiya təyinatı sahəsində “Pensiyaçının dostu” proqramı hazırlanıb və bu ildən avtomatlaşdırılmış pensiya təyinatına başlanıb”. Turkustan.info xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Nazir qeyd edib ki, bu innovativ yanaşma əsasında, vətəndaşın […]

Dəfn mərasimlərində yeni qaydalar tətbiq olunacaq – VİDEO

Yeni salınan qəbiristanlıqlarda, o cümlədən bundan sonra dəfn mərasimlərində yeni qaydalar mütləq tətbiq olunacaq. Turkustan.info-nun “Xəzər” TV-yə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, yeni qaydalar köhnə qəbirstanlıqlara şamil olunmayacaq. Yeni qərara görə, qəbiristanlıqlar üçün ayrılan torpaq sahəsinin ölçüləri hər […]

Azercell-in uğurlu fəaliyyəti diqqət mərkəzindədir

Azercell “İnsanların Seçimi üzrə Stevie Mükafatı” ilə telekommunikasiya  sahəsi üzrə “İlin Ən Sevilən Şirkəti” adına layiq görülüb. Azərbaycanın mobil rabitə bazarının lider mobil operatoru “Azercell Telekom” MMC nailiyyətləri sırasına “İnsanların Seçimi üzrə Stevie Mükafatı”-nı əlavə edərək, telekommunikasiya  sahəsi üzrə “ İlin Ən Sevilən Şirkəti” adını qazanıb. Məlumat üçün bildirək ki, məhz […]

Bakıda qadınların davası – “Qurumlar niyə göz yumur?” (Video)

Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” verilişində maraqlı anlar yaşanıb. Turkustan.info xəbər verir ki, proqrama müraciət edən Batilə xanım torpağının zəbt edildiyini bildirib. Açıqlamanın ardından teleaparıcı adıçəkilən şəxslərlə görüşə yollanıb. Məlum olub ki, bu mübahisə aylardı davam edir. “Bu qədər mübahisələr olub. Maraqlıdır, aidiyyatı qurumlar niyə göz yumur?” […]

Hansı məhsulların gömrük rüsumu artırılıb? – Ekspertdən açıqlamalar

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişikliklər edilib. Bu barədə qərarı Novruz Məmmədov imzalayıb. Qərara əsasən, şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş mineral və qazlı sular da daxil olmaqla, sular 1 […]

Mustafayev erməniləri təbrik etdi: Rostovda aksiya başlayır

Rusiya Federasiyasının Rostov vilayətin də yaşayan azərbaybaycanlılar Vaqif Mustafayev adlı şəxsin vilayətdəki azərbaycanlılar adından erməniləri Milad bayramı münasibətilə təbrik etməsinə görə etiraz bəyanatı yayıblar. Turkustan.info bildirir ki, Rostovdakı azərbaycanlı təşkilatlarından Report-a daxil olan bəyanatda bildirilir ki, V. Mustafayev 20 ildir ki, “Rusiya azərbaycacanlıları Mədəni Muxtariyyəti”nin Rostov üzrə sədridir və bu müddət […]

Dilqəm Əsgərov və Şahbaz Quliyevdən XƏBƏR VAR

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüblər. Turkustan.info xəbər verir ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova  report-a bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri dekabr və yanvar ayları ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkiblər: “Biz münaqişə […]

Azərbaycan XİN Mariya Zaxarovanın açıqlamasına münasibət bildirdi

“Azərbaycan dünya miqyasında multikulturalizmin mərkəzi kimi tanınır”. “Görünür ki, son vaxtlar Ermənistan-Rusiya əlaqələrində ciddi problemlərin yaranması və bunun əksinə olaraq Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişafı (təkcə ötən il ərzində iki ölkə prezidentləri 6 dəfə görüşüblər) Rusiya XİN-də bəzilərini çox ciddi narahat edir”. Bunu Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın […]

Mehman Hüseynovdan KİV nümayəndələrinə müraciət – FOTO

Həbsdə olan bloqer Mehman Hüseynov KİV nümayəndələrinə müraciət edib. Yanvarın 10-da M.Hüseynovun özünün yazdığı və imzaladığı müraciətin fotosunu və mətnini təqdim edirik. Müraciətdə deyilir: “Artıq 22 aydır ki, həbsdə cəza çəkirəm. Və cəza çəkdiyim müddət ərzində çalışmışam ki, hərəkətlərim və davranışlarımla heç kəsin xətrinə dəyəcək bir şeylər etməyim. İndiki müraciətimin […]

Almaniyada erməni ailəsi özünü azərbaycanlılar kimi təqdim edib

Almaniyanın Vorms şəhərində erməni ailəsi deportasiya olunub. Turkustan.info alman portalı “Wormser-Zeitung”a istinadən bildirir ki, erməni ailəsi kilsə icmasına inteqrasiya olunmuşdu. 2017-ci ildə çəkilmiş fotoşəkildə solda “Kilsədə sığınacaq” layihəsinin rəhbəri Hans Himmeli, ata, ana, “nənə”, qız övladı Metaksiyanı, oğul Gevorqu, həkim Sibilla Ryoş və ailənin daha bir övladı Nellini görmək mümkündür. […]

DİQQƏT! Bu avtomobillərin qiyməti BAHALAŞACAQ – Təqribən…

Xəbər verdiyimiz kimi, yanvarın 1-dən ölkəyə idxal olunan avtomobillərin aksiz vergisi artırılıb. “Vergilərin artırılması avtomobil bazarında qiymətləri yüksəldəcək”. Turkustan.info bildirir ki, bu sözləri Metbuat.az saytına açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib. Onun sözlərinə görə, bu il yenidən qiymət artımı gözlənilir: “2018-ci ildə avtomobil bazarında bahalaşma tələb və təklif məsələsiylə bağlıydı. […]

Moskvada azərbaycanlıların toplandığı məscid bağlandı

Rusiya Federasiyasının paytaxtı Moskvanın Otradnıy rayonunda azərbaycanlılara məxsus “İnam” cümə məscidi bağlanıb və cümə namazına heç kim buraxılmır. Turkustan.info-nun Report-a istinadən verdiyi məlumata görə, məscid onu azərbaycanlılara icarəyə verən tatar mənşəli Rəşid adlı sahibi tərəfindən bağlanıb. Hazırda məscidin qarşısında buna etiraz edən azərbaycanlı inanclılarla görüşə gəlməyən sahibi bağlamağına səbəb olaraq icarə haqqının onu qane […]

​Azərbaycanda iki MƏMUR HƏBS EDİLDİ – RƏSMİ

Korrupsiya şəbəkəsi yaradan vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olunub. Turkustan.info bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Modern.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılıb, sosial […]

Türk xəbər məkanında ermənidilli saytlar – Azərbaycan nə zaman hərəkətə keçəcək?

Son zamanlar  Türkiyədə bir neçə yeni qəzet və xəbər portalı  fəaliyyətə başlayıb. Bunlardan biri- “Ermeni Haber Ajansı” Türkiyədə ermənidilli xəbər agentliyidir. Agentliyin daxilində ayrıca erməni işğalı altındakı Qarabağa dair bölmə var və daimi olaraq müxtəlif xəbərlər paylaşılır. Qeyd edək ki, rəsmi olaraq bu ilin fevralında Türkiyədə erməni dilində televiziya – […]

Azərbaycan ordusunun əsgəri həlak oldu

Hərbi xidmətini yerinə yetirərkən Beyləqan rayonunun Aşıqalılar kənd sakini Azər Aftandil oğlu Babayev həlak olub. Bu barədə sosial şəbəkələrdə həlak olmuş əsgərin həmkəndliləri yazıb. Azər Babayev doğma kəndində dəfn edilib. Hərbçinin ölümü barədə məlumatı Beyləqan rayonu Aşıqalılar kənd icra nümayəndəsi Amil Məmmədov təsdiqləyib. Onun sözlərinə görə, hərbçinin meyiti təcili yardım […]

Zaxarova Azərbaycandan narazılıq etdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova erməni mənşəli Rusiya vətəndaşının Azərbaycana buraxılmamasına etiraz edib. Turkustan.info xəbər verir ki, Moskvada keçirilən ənənəvi brifinq zamanı o, bu kimi halları kobud qanun pozuntusu sayıb. “Doğurdan da, mən bununla bağlı sosial şəbəkələrdə çoxsaylı məlumatlar oxumuşam. Bayram günlərində də insidentlər olub. Dəfələrlə fiksə etdiyimiz halları […]

İrəvanda plan işə düşür: Sabiqlər qisasa hazırlaşır – Sensasion gəlişmə

Ermənistanda fəaliyyət göstərən “Karyak Media” şirkətinin həmtəsisçiləri, sabiq deputatlar Samvel Fərmanyan və Mixran Hakobyan keçmiş hakim siyasi qüvvə olan Respublikaçı Partiyasının üzvlüyündən imtina ediblər. Turkustan.info xəbər verir ki, Ermənistan KİV media maqnatlarının partiyadan gedişi ətrafında ilginc ehtimallar müzakirəyə çıxarıb. Qeyd edək ki, böyük maliyyə və media resurslarına malik olan keçmiş millət […]

Növbədənkənar seçki ehtimalı – “Nə hüquqi əsas var, nə də ictimai-siyasi səbəb”

Son günlər Azərbaycanda ən çox müzakirə edilən mövzu yaxın zamanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyidir. Turkustan.info bildirir ki, ortaya atılmış iddiaların hüquqa söykənib-söykənmədiyinə Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Yenicag.az-da aydınlıq gətirib. Hafiz Həsənov qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 98-ci maddəsi Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasına həsr edilib, ancaq […]

Astanada Dünya Türkoloqlar Konqresi keçiriləcək – Qazaxıstan XİN-dən TWESCO-ya dəstək

Qazaxıstan xarici işlər naziri Beybut Atamkulov Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə görüşüb. Turkustan.info xəbər verir ki, görüş zamanı Akademiya prezidenti naziri yeni təyinatı münasibətilə təbrik edərək, TWESCO-nu fəaliyyəti barədə məlumat verib. Beynəlxalq Türk Akademiyasının ötən il il ərzində həyata keçirdiyi layihələr haqqında B.Atamkulovu məlumatlandıran D.Kıdırəli, təşkilatın 2019-cu il […]

Sabah -14 dərəcə şaxta, güclü külək olacaq – XƏBƏRDARLIQ

Azərbaycanda şənbə gününə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. […]

Tərəflər arasında gərginlik azalır: Qarabağın həlli… – Tomas de Vaal

Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasındakı ritorikada gərginliyin azalması müşahidə olunur və bu da sülh prosesinin yenidən başlanmasını mümkün edir. Turkustan.info bildirir ki, bunu Report-a açıqlamasında Cənubi Qafqaz regionu üzrə ekspert, britaniyalı jurnalist Tomas de Vaal bildirib. O, münaqişənin həlli ilə bağlı vəziyyətin inkişaf etdiyini deyib: “Münaqişə tərəfləri arasında kəskin ritorikanın müəyyən […]

Rusiyada erməniləri təbrik edən azərbaycanlı ilə bağlı – AÇIQLAMA

Rusiyanın Rostov şəhərindəki Azərbaycan diasporunun rəhbəri Vaqif Mustafayevin erməni xalqını bayram münasibətilə təbrik etməsi, özü də bütün azərbaycanlıların adından təbrik etməsi xəbəri olduqca təəssüfləndiricidir və hər bir normal azərbaycanlını narahat edir. Amma bir gerçəkilik unudulur ki, diaspor rəhbəri kimi təqdim edilən Vaqif Mustafayevin rəhbərlik etdiyi təşkilatda özündən və milliyyətcə erməni […]

Məlahət İbrahimqızı Araz Əlizadəni qınadı

Deputat Araz Əlizadə həbsdə olan bloger Mehman Hüseynovu təhqir edərək, onun ünvanına “yaxşı ki anasını da soyundurub fotosunu çəkməyib” ifadəsini işlətməsi sosial şəbəkələrdə və cəmiyyətdə müzakirələrə səbəb olub. Əksəriyyət Araz Əlizadənin deputata yaraşmayan ifadə eşlətdiyini və etik normaları pozduğunu vurğulayır. Yeri gəlmişkən, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun […]

Prezident hökumətin iclasını keçirdi – FOTOLAR

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Turkustan.info Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı iclasda giriş nitqi söyləyib. Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev […]

Azərbaycana “donuz qripi”nə qarşı peyvənd gətirildi – QİYMƏTİ

Bakıya “donuz qripi”nə (H1N1 virusu) qarşı peyvənd gətirilib.  Turkustan.info xəbər verir ki, bu barədə Sputnik.az-a həkim-terapevt, hepatoloq Zaur Oruc məlumat verib. Həkimin sözlərinə görə, yanvarın 9-da dərman deposundan klinikaya zəng edərək bildiriblər ki, Azərbaycana qripin bir neçə növünə, eləcə də H1N1 virusuna qarşı yeni preparat gətiriblər: “Bütün dünyada peyvəndləmə prosesi […]

Spirtli və spirtsiz içkilərin və siqarların gömrük rüsumları artırılıb

Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişikliklər edilib. Turkustan.info-nun məlumatına görə, bu barədə qərarı Novruz Məmmədov imzalayıb. Qərara əsasən, şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş mineral və qazlı sular da daxil olmaqla, sular 1 litri […]

Ərəblər Azərbaycana axın edəcək – “Yol xəritəsi” hazırlanır

Səudiyyə Ərəbistanında Turizm Assosiasiyaları Konfederasiyası Azərbaycana ərəb turistlərinin cəlb olunmasına yardımı nəzərdə tutan “yol xəritəsi” hazırlayır. Turkustan.info xəbər verir ki, bunu Trend-ə Azərbaycan – Ərəb ölkələrinin Əməkdaşlığı Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib. Y.Əliyevin sözlərinə görə, “yol xəritəsi” beş il müddətinə nəzərdə tutulub. Əməkdaşlığın bütün aspektləri Azərbaycan Dövlət Turizm Agentliyi […]

Rusiya Xəzərdə gücünü niyə artırır? – Ciddi məqamlar

2027-ci ilə qədər Rusiya 4500 kilometrdən uzaqda yerləşən hədəfləri vura biləcək yeni Kalibr-M qanadlı raketlərini yaratmağı hədəfləyir. “Kalibr” raketlərin hazırkı maksimal uçuş məsafəsi 2 min kilometrə bərabərdir. Rusiya bu raketlərlə xüsusilə Xəzər və Qara dəniz donanmasını təchiz edib. Rusiyanın Xəzər dənizində olan Hərbi Dəniz Donanmasını gücləndirməsinin səbəbləri ilə bağlı Azərbaycan […]

Azərbaycanda şirkət mobil bomba sığınacağı hazırladı

Sığınacaqlar ərazidə torpağa basdırılaraq üzəri torpaqlanır və örtülür. Azərbaycanda fəaliyyət göstərən özəl sektor şirkətlərindən biri mobil bomba sığınacağı dizayn edib. Artıq Azərbaycan Ordusuna da verilmiş bu sığınacaqlar istənilən əraziyə daşınaraq rahatlıqla qurula bilir. Paslanmayan və qəlpə keçirməyən materialdan hazırlanmış böyük diametrli borunu xatırladan bu sığınacaq kabinəsində havalandırma sistemi və daxildə […]

Gürcüstanda hansı virus yayılıb?

Hazırda Gürcüstanda hər 100 min nəfərdən 256 nəfəri xəstəliyə yoluxub.  Laboratoriya nəticələrinə görə Gürcüstanda müşahidə edilən qrip virusunun 98 faizi “donuz qripi”dir. Turkustan.info xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzinin rəhbəri Amiran Gamkrelidze jurnalistlərə açıqlamasında bildirib. “H1N1–A daha çox yayılan virusun alt tipidir. Gürcüstanda konkret olaraq […]

Seçki Məcəlləsində dəyişikliklər təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Turkustan.info xəbər verir ki, seçki Məcəlləsində aşağıdakı dəyişikliklər edilir: 1. 1.1.23-cü maddəyə, 33.1-ci maddənin ikinci cümləsinə və 38.1-ci maddənin birinci cümləsinə “qərarının” sözündən sonra “(sərəncamının)” sözü əlavə edilsin. 2. 8-ci maddə üzrə: 2.1. maddənin adında “elan” sözü “təyin” […]

ABŞ-ın İrəvan planı: Qarabağ belə azad ediləcək

Əgər Serj Sərkisyan baş nazir olmaq istəməsəydi, Ermənistanda inqilab olmayacaqdı. Turkustan.info xəbər verir ki, bunu “Moskovskiy Komsomolets” qəzetinə müsahibəsində erməniyönlü rusiyalı politoloq Vladimir Yevseyev deyib. O, Sərkisyanın hakimiyyətdən gedişinin Ermənistanın milli maraqlarına cavab verdiyini bildirib. Onun sözlərinə görə, Serj Sərkisyanın gedişinə səbəb olan haqlı hadisələrdən sonra Rusiyaya qarşı müəyyən münasibət Moskva […]

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycanda innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: 1. Mərkəzi icra hakimiyyəti orqanları, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Prezidentinin, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanlarının yaratdıqları publik hüquqi şəxslər, o cümlədən dövlət ali təhsil müəssisələri, dövlət mülkiyyətində olan və […]

Avtovağzalda avtomobillərin girişi üçün vaxt limiti niyə ləğv olunub? – Yeni TARİFLƏR

Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtomobillərin girişi üçün verilən vaxt limitinin ləğv olunmasının səbəbi və yeni tariflər açıqlanıb. Avtovağzalın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova Trend-ə bildirib ki, tariflər istifadəçilərin xeyrinə dəyişdirilib və bundan əlavə, istifadəçilərə abunə kartları təklif olunur. P.Məmmədovanın sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzalına giriş-çıxış üçün verilən vaxt limiti (0-20 […]

Cocuq Mərcanlıda “Azercell hər evə gəldi”

Ölkəmizdə innovativ və nümunəvi müştəri xidmətləri modelini quran və tətbiq edən “Azercell Telekom” MMC bu dəfə hazırda düşmənlə təmas xəttində yerləşən Cocuq Mərcanlı qəsəbəsində yaşayan abunəçilərini sevindirib.  Belə ki, Azercell-in Mobil Müştəri xidmətləri  qəsəbəyə səfər edərək, kənd sakinlərinə xidmət göstərib. Turkustan.info xəbər verir ki, səfər zamanı Azercell tərəfindən abunəçilər üçün müxtəlif […]

Gəncənin icra başçısı keçmiş baş prokurorun qardaşını işdən çıxardı

Gəncə Şəhər İcra Hakimiyyətində kadr dəyişiklikləri olub. Qurumdan BakuPost-a verilən məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Flora Zeynalova tutduğu vəzifədən azad olunub. Bundan başqa, Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini Dilqəm Alıyev işində verdiyi nöqsanlara görə tutduğu […]

Lukaşenko göz yaşlarını saxlaya bilmədi – VİDEO

Belarus prezidentinin oğlu Nikolay Lukaşenkonun  pianoda ifası atasını kövrəldib. Aleksandr Lukaşenko göz yaşlarına hakim ola bilməyib. Turkustan.inf xəbər verir ki, bu haqda “Komsomolskaya Pravda – Belarus” məlumat yayıb. Belarus telekanalı ölkə liderinin kiçik oğlunun səhnədə çıxışından fraqmenti yayımlayıb. Yanvarın 9-da Belarusun müxtəlif xadimləri və kollektivlərinə “Mənəvi intibah” və “Belarus İdman Olimpi” mükafatlarının təqdimatı münasibətilə […]

Dilqəm Əsgərovun oğlu: Atamı bizdən gizlədirlər

Erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovbir ildən çoxdur ki, atasından heç bir xəbər, məktub almadığını deyir. Turkustan.info-nun xəbərinə görə, o, “Sputnik Azərbaycan”a açıqlamasında bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları onun müraciətlərinə hər dəfə eyni cavabı verir. “2017-ci ilin noyabrın 1-də yazılan sonuncu məktubu Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları bizə təqdim […]

Tahir Əmiraslanov zirvəsi…

Hara gedibsə, harada olubsa geri dönəndə özüylə apardığı Azərbaycan sevgisini orada qoyub qayıdıb, ölkəsini olduğu yerdə sevdirə bilib. Gələndə isə Azərbaycana gətirdiyi başucalığı olub. O olan yerdə həmişə Azərbaycanın adı zirvələrə ucalıb, sırada birinci sadalanıb… …Çox gözəl insandır. İllərlə sehirli qutudan izləyən milyonlarla insan kimi onun nitq mədəniyyətinin, düşüncə tərzinin, […]

Novruz bayramı ərəfəsində əfv sərəncamı gözlənilir

Bu il Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Turkustan.info bildirir ki, bunu Modern.az-a açıqlamasında Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib. Ə.Nuriyev qeyd edib ki, ötən ilin may ayında Cümhuriyyətin 100 illiyilə bağlı Prezident tərəfindən imzalanan böyük əfv sərəncamı ilə 634 cəzadan azad edilib: “O cümlədən onların […]

Bakıda “donuz qripi” fırıldaqçıları peyda olub – Əhaliyə xəbərdarlıq

Xətai, Suraxanı və Sabunçu rayonlarında yeni fırıldaqçılar peyda olub. Turkustan.info xəbər verir ki, sözügedən rayon sakinlərinin Medicina.az-a verdiyi məlumata görə, bir neçə gənc əllərinə bir aparat götürərək binaların qarşısını gəzir. Onlar bloklara girərək guya “donuz qripi”nə qarşı dezinfeksiya apardıqlarını deyirlər. Həmin şəxslər qapıları döyərək dezinfeksiya etməyi təklif edir, bunun qarşılığında […]

Hacı Qalibin evi zirehli şüşələrlə örtülüb? – Şeyxin qudasından açıqlama

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası olan sabiq millət vəkili hacı Qalib Salahzadə evinə gülləkeçirməz şüşələr qoydurması barədə yayılan xəbərlərə münasibət bildirib. Turkustan.info xəbər verir ki, Hacı Qalib Salahzadə “Ölkə.Az”-a açıqlamasında evinin şüşələrinin zirehli olmadığını söyləyib: “Əslində, mənim evim zirehli deyil. Sadəcə olaraq məclislərdən birində bir adamı yoxlamaq üçün […]

Mikayıl Cabbarov yeni xidmət yaradıb – Vergiyə artıq pul ödəyənlər…

Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə, o cümlədən qeyri-rezident şəxslərə qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb.  Turkustan.info-nun Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, bu, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyicilərinə xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış daha bir addımdır. Yeni elektron xidmət İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) portalı üzərindən göstərilir. Artıq ödənilmiş vergilərin, faizlərin […]

Ucuzlaşan dolların manata təsiri: Neftdən asılı məzənnə

Elman Sadıqov: “Manatın məzənnəsi neftin qiymətləri ilə qorunur” Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmaqda davam edir. Bu tendensiya bazar ertəsi ABŞ-ın xidmət sektoru ilə bağlı dərc edilən statistik göstəricilər fonunda daha da sürətlənib. Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.  ABŞ-ın bazar təchizatının araşdırılması institutunun (ing.: “İnstitute for Supply […]

Sabah hava necə olacaq? – PROQNOZ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində sabah gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlayıb. Qurumdan  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu […]

Tanıdığım beş kişidən üçü aliment verir…

Seymur Verdizadə  Space TV-də sosial problemlərin müzakirə olunduğu “Gəl dərdini danış” verilişində tez-tez qonaq olduğum üçün son vaxtlar tanışlarımın dairəsi xeyli genişlənib. Aydın məsələdir ki, onların heç biri var-dövlət, sərvət sahibi deyil. Hərənin öz problemi var və hamı çıxış yolu axtarır… Son vaxtlar məni axtarıb-tapan insanların arasında zərif cinsin nümayəndələri […]

Bakıda istifadəsiz geyim əşyalarının toplanması məntəqələri açılıb – Fotolar

Məlum olduğu kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə müxtəlif ekoloji və sosial layihələrə start verilib. Tullantıların azaldılması, təkrar istifadəsi və təkrar emalına xüsusi önəm verən IDEA İctimai Birliyi tərəfindən bu istiqamətdə genişmiqyaslı təbliğat və təşviqat tədbirləri həyata keçirilməkdədir. Bu xüsusda […]

Qaxda “donuz qripi”nə qarşı tədbirlər görülür – Foto

Qaxda baytarlıq idarəsi donuzlar arasında profilaktik tədbirlərə başlayıb. Rayon ərazisində 2 min başdan çox donuz qarayara xəstəliyinə qarşı peyvənd olunub və donuzların saxlandığı ərazilər dezinfeksiya edilib. Qax rayonu Gürcüstan Respublikası ilə sərhəddə yerləşdiyindən və rayonda fərdi donuz təsərrüfatları olduğundan, rayon Dövlət Baytarlıq idarəsi gücləndirilimiş iş rejiminə keçib. İdarə rəisi Şövkət […]

İran varlıları ölkədən qaçır

Sədrəddin Soltan: “Müvəqqəti sabitlik və maliyyə riski İranı tərk edənlərin sayını artırır” İstanbulda ən çox İraq və İrandan gələnlərin ev satın aldığı bildirilir. Son 10 ayda 8 mindən çox iranlı İzmirdən daşınmaz əmlak satın alıb. Türkiyə Statistika Komitəsinin məlumatına görə, iranlılar yalnız İzmirdə deyil, Türkiyənin bütün bölgələrində daşınmaz əmlaka sahib […]

Bu həyat tərzi insanı yaşlanmaqdan qoruyur

Londondan olan alimlər ömrün uzunluğu və yaşlanma prosesinə təsir göstərən sosial amilləri müəyyənləşdiriblər. Turkustan.info xəbər verir ki, alimlərin araşdırmaları “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub. Alimlər belə bir nəticəyə gəlib ki, dostlar və yaxın qohumlarla tez-tez görüşmək ömrün uzunluğuna təsir göstərir və yaşlanma prosesini yavaşladır. Araşdırma zamanı […]

“Sabah referendum keçirilə, seçki elan oluna bilər – Demişəm ki, açın, buraxın bunları”

Bu ilin yazında ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə məlumat yayılıb. YAP-ın icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov bu barədə Musavat.com-a müsahibə verib. Turkustan.info həmin müsahibəni təqdim edir: – Siyavuş bəy, sizi hakimiyyətin mətbəxində baş verənlərdən kifayət qədər məlumatlı şəxs kimi tanıyırıq. Apreldə parlament seçkilərinin keçiriləcəyi barədə […]

Seriallarda azərbaycanlı kişilər niyə aşağılanır? – Xalq artisti: “Arvad donuna girən…”

Son zamanlar sosial şəbəkələrdə və cəmiyyətdə ən çox rast gəldiyimiz sərt tənqidlər həm də müasir seriallarla  bağlıdır. Əksəriyyət hazırda telekanallarımızda yayımlanan yerli serialları bəyənmir, bu ekran işlərinin televiziya üçün sanballı olmadığını düşünür. Xüsusilə, teleseriallarda obrazların, əsasən də, kişi obrazlarının daha yüngül xarakterli, bəsit və şit davranışlı olması barədə fikirlər eşidirik. […]

İnternet Azərbaycanda boşanmaların sayını artıracaq – SOS

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi internetin inkişafı ilə əlaqədar olaraq, Azərbaycandakı tənha insanların sayının arta və internetin boşanma prosesinə olan təsirinin güclənə biləcəyindən narahatlığını bildirib. Turkustan.info-nun məlumatına görə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda […]

Dərnəgül qəsəbəsindən – FOTOREPORTAJ

Gördüyünüz fotolar Bakının mərkəzində, Dərnəgül qəsəbəsi adlanan yerdə məcburi köçkünlərin yaşadığı ərazidəndir. Ərazi baxımsız vəziyyətdədir. Ancaq, bu müvəqqətidir.  Yaxın gələcəkdə aidiyyəti qurumlar tərəfindən bu bölgəyə sığınan ailələrin yaşayış səviyyəsini yaxşılaşdırılması üçün zəruri tədbirlər görüləcək.  Hələlik isə bu “şəhərciyə” gələn yol palçıq və müxtəlif tullantılarla yadımızda qaldı. Turkustan.info Oxu.Az-a istinadən dörd bir yanı qalaqlanmış zibil, […]

ABŞ İrana qarşı koalisiya yaradır: Bakı isə… – Mixaylov

Turkustan.info rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert, teleaparıcı Yevgeni Mixaylovla Yaxın Şərqdəki son vəziyyətlə bağlı müsahibəni təqdim edir: – Yaxın Şərqdə, xüsusən də İran cəbhəsində vəziyyət gərgindir. ABŞ Dövlət katibi Mayk Pompeo İrana qarşı qlobal koalisiyanın yaradılacağını açıqlayıb. Bütün bu baş verənlərin fonunda yaxın gələcəkdə fəal müharibəyə keçid realdırmı? – ABŞ-ın […]

Göyçə dağlarında gecənin qaranlığında, qarın içində, canavarların əhatəsində doğulan, şaxta vurmuş körpəni unuda bilmirəm…

Ələmdar Cəfərov 1971-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Pediatriya fakultəsini bitirib doğma Kəlbəcərə təyinat aldı. İşə başladığı elə ilk gündən savadlı, bacarıqlı və qayğıkeş bir həkim kimi özünü tanıtdı. 1971-ci ilin dekabr ayının 1-dən Kəlbəcər şəhərində yerləşən və 1969-cu ildən yaradılmış Kəlbəcər şəhəri Uşaq xəstəxanasına baş həkimi təyin olundu… […]

“Mehmanın mayor rütbəli qardaşı var” – Hüquq müdafiəçisi

Ötən gün Ədliyyə naziri yanında İctimai Komitənin üzvləri istintaq təcridxanasında Mehman Hüseynovla görüşüb. Turkustan.info bildirir ki, görüşlə bağlı Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov Teleqraf.com-a müsahibə verib. Bizimyol.info həmin müsahibəni təqdim edir: – Ədliyyə naziri yanında İctimai Komitənin üzvlərinin Mehman Hüseynovla istintaq təcridxanasında görüşü necə baş […]

Azərbaycan həbsxanalarında transseksuallar: Elələri var ki, həbsxanada belə olurlar

Bu gün küçədə qeyri-ənənəvi cinsi oriyentasiyaya sahib, transseksual və ya transgender insanlara tez-tez rast gəlmək olur.  Turkustan.info Media.Az-a istinadən xəbər verir ki, Azərbaycan tolerant dövlətdir, yuxarıda göstərilən şəxslər ölkəmizin vətəndaşlarıdır, digər vətəndaşlarla eyni hüquqlara sahibdirlər.  Heç kim qanun pozuntusundan sığortalanmayıb. Belə hallarda transseksualları hara göndərirlər? “Bu gün Azərbaycan həbsxanalarında transseksuallar […]

Oğurluq edərkən videosu yayılan polis işdən çıxarıldı – Rəsmi

Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşının oğurluq etməsini əks etdirən videogörüntülərə münasibət bildirib. Turkustan.info “Report”a istinadən xəbər verir ki, videonun harada və nə vaxt çəkildiyi bilinməsə də, Nazirliyin aidiyyəti qurumları bu iddia ilə bağlı dərhal obyektiv araşdırmalar aparıb: “Qısa zamanda müəyyən edilib ki, görüntüdə olan şəxs, həqiqətən də, polis əməkdaşıdır və […]

İcbari tibbi sığorta bütün ölkə ərazisində tətbiq ediləcək – Gələn ildən

Gələn ildən bütün ölkə üzrə yeni bir sosial layihə olan icbari tibbi sığorta tətbiq ediləcək. Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə və əlçatanlığa xidmət edən bu sistemə keçid üçün hazırlıq işləri davam edir. Dövlətimizin başçısının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs – TƏBİB-in yaradılması haqqında imzaladığı […]

Dənizdə meyiti tapılan azərbaycanlıdan yeni xəbər

Ötən gün Türkiyənin Samsun şəhəri yaxınlığında “Volqabalt 214” gəmisinin qəzaya uğradığı ərazidə tapılan iki meyitinin heç biri Azərbaycan vətəndaşı gəmi kapitanı İsmayılov Turbat Kamil oğluna aid deyil. Turkustan.info xəbər verir ki, bu barədə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov Azərtac-a deyib. O bildirib ki, Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi […]

Qazaxıstanı çalxalayan erməni tutuldu

Qazaxıstanda Yeni İl axşamı yerli sakini qətlə yetirən Ermənistan vətəndaşı Narek Qururyan tutulub. Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Narek Qururyanın (1997-ci il) Rusiya ərazisində tutulduğu və tezliklə Qazaxıstana ekstradisiya olunacağı gözlənilir. / Modern.az/

“Donuz qripi” nədir və ondan necə qorunmalı?

Qonşu ölkələrdə “donuz qripi” virusuna yoluxanların sayı artıb. Artıq Gürcüstanda bu qripdən ölənlərin sayı 13 nəfərə, Ermənistanda isə 10 nəfərə çatıb. Bu vəziyyət istər-istəməz həmin ölkələrlə həmsərhəd olan Azərbaycanda narahatlıq yaradır. Görəsən, “donuz qripi”nin simptomları nələrdir və ona yoluxmamaq üçün hansı qaydalara riayət etmək lazımdır? Tibb elmləri doktoru, professor Adil […]

Pensiyalar nə qədər artacaq?

Xəbər verdiyimiz kimi, yanvar ayı ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması təmin ediləcək.  Turkustan.info-nun məlumatına görə, “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur.  İndeksləşdirmə Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yanvar ayı […]

Gürcüstanda 640 nəfər xəstəxanaya yerləşdirildi – Vəziyyətləri ağırdır

Gürcüstanda 640-a yaxın şəxs qrip virusu ilə xəstəxanaya yerləşdirilib. Turkustan.info Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri David Sergeenko məlumat verib. O deyib ki, pasiyentlərin 39-u Reanimasiya şöbəsindədir: “Bu günə olan məlumata görə, dünənə nisbətən göstəricilər yaxşıdır. Xəstəxanaya yerləşdirmə halları, təxminən, 100 hal azalıb. Bu, yaxşı dinamikadır. […]

Azərbaycanda orta aylıq əmək haqqı artdı – Rəsmi

2018-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 540,1 manat olub.  Turkustan.info Dövlət Statistika Komitəsinə istinadla verdiyi məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə […]

Şəmistan Əlizamanlı ruslara qarşı yazılmış tarixi mahnını oxudu – MÖHTƏŞƏM İFA -Video

Milli vətənpərvərlik ruhlu mahnıların, marşların ifaçısı, Türk dünyasının sevilən səsi Şəmistan Əlizamanlı daha bir tarixi əsərə müraciət edib. Turkustan.info xəbər verir ki, Şəmistan Əlizamanlı 1878-ci ildə Osmanlı İmperiyası ilə Çar Rusiyası arasında yaşanmış savaş zamanı Osmanlı ordusunun sərgilədiyi fədakar “Plevne müdafiəsi”nə həsr olunmuş “Tuna nehri” tarixi mahnısını ifa edib.  

Bakıda hava ilə bağlı qorxu dolu xəbərdarlıq

“Qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara gedilməsi təmin olunmalıdır” Yanvarın 9–u günün ikinci yarısından yanvarın 10–nu gündüzədək Xəzər dənizi akvatoriyasında gözlənilən hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib. Turkustan.info-nun məlumatına görə, xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin […]

Qonşudakı anomal şaxtalar Bakıya nə vaxt gəlir? (AÇIQLAMA)

Yaxın müddətdə Rusiyada və Türkiyədə qeydə alınan kəskin soyuq və qar bizdə gözlənilmir. Turkustan.info bildirir ki, bu sözləri axar.az-a açıqlamasında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva qonşu ölkələrdəki kəskin hava şəraitinin Azərbaycanda da müşahidə edilməsi ehtimalı haqda deyib. O bildirib ki, yaxın günlərdə temperatur aşağı düşsə də, paytaxta qar yağmayacaq: […]

Türkiyədə Ali Devrim adına kitabxananın açılış törəni keçirildi – FOTOLAR+VİDEO

İki il əvvəl Bakıda həyatını itirən Atatürk Liseyinin direktoru Ali Devrimin adı Türkiyənin Aydın şəhərində bir kitabxanaya verilib.  Turkustan.info xəbər verir ki, Azərbaycanda 9 il Anadolu və Atatürk liseylərində direktor vəzifəsini tutmuş Ali Devrim hocanın adı verilmiş Aydının Karpuzlu rayonu, Tekeler məhəlləsində yerləşən orta məktəbin kitabxanasının açılış törəni olub. Törəndə Karpuzlu […]

Məlahət Abbasovaya Türkiyədə vəzifə verildi – FOTO

Azərbaycanlı aktrisa Məlahət Abbasovaya Türkiyədə vəzifə verilib.  Turkustan.info xəbər verir ki, Azərbaycanın Əməkdar incəsənət xadimi Məlahət Abbasova İstanbulun Mədəniyyət şöbəsinin altı İdarə Heyəti üzvündən biri seçilib. Qeyd edək ki, M.Abbasova 2016-cı ildən İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavinidir. /BakuPost/

Azərbaycanda sosial müavinətlərlə bağlı – Yenilik

Pensiya təyinatı üzrə xidmətlərin avtomatlaşdırılmış mexanizmini tətbiq edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial müavinətlərin elektron təyinatı infrastukturunun da qurulması işlərinə başlayıb. Turkustan.info bildirir ki, bu barədə Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Görülən işlər nəticəsində nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində “Sosial müavinət” altsistemi yaradılır. Beləliklə, pensiya […]

Yeni bahalaşma dalğası – Yanacaq, gedişhaqqı, kommunal xərclər… – VİDEO

2019-cu ilin ilk günlərində istehlak bazarında müşahidə olunan bahalaşma digər sahələrdən də yan keçməyəcək. Turkustan.info xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirib. “Əgər büdcə parametrlərində problemlər yaransa, qiymətlərin artırılması qaçılmaz olacaq. 2019-cu ildə dizel yanacağının bahalaşması ilə bağlı qərarın qəbul olunması gözlənilir. Eləcə də nəqliyyatda gedişhaqqının […]

Azərbaycanda iki xəbər saytı bağlandı

Azərbaycanda “GoldNews.Az” və “a24.az” xəbər saytlarının fəaliyyəti dayandırılıb. Turkustan.info xəbər verir ki, bu barədə saytlara rəhbərlik edən İlkin Mustafayev özünün sosial hesabından paylaşım edib. “Ötən gün rəhbərlik etdiyim a24.az və GoldNews.Az.xəbər portalları fəaliyyətini dayandırdı. Mənim üçün çətin olan saytların fəaliyyətini dayandırması yox, belə gözəl bir kollektivlə ayrılmağım oldu. Səid Qərib, […]

Azərbaycanın Qənirəsi…

İşgüzardır- yorulmadan çalışır… Ziyalıdır- haqqı deməkdən çəkinmir… Təəssübkeşdir – türkün buna layiq olduğunu yaxşı bilir… Natiqdir – ilk sözüylə son sözünün arasında məntiq yol gedir… Xeyirxahdır – insanlara kömək göstərməyə, yardım etməyə tələsir… Səmimidir – boğazdan yuxarı danışmaz, hər sözü ürəkdən gələr. Səs titrədisə deməli pakdır… O, 1975-ci ildə Tovuz […]

İran “O olmasın, bu olsun”u necə oğurladı? – VİDEO

Sosial şəbəkələrdə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası əsasında 1953-cü ildə İranda çəkilmiş film yayımlanıb. “Məşədi İbad” adlı film korifey bəstəkarımız Üzeyir Hacıbəylinin yazdığı “O olmasın, bu olsun” operettası əsasında 1953-cu ildə İranda çəkilib. Halbuki operetta ilə eyni adı daşıyan film Azərbaycanda 1956-cı ildə işıq üzü görüb. Bəs görəsən, necə olub ki, […]

Azərbaycanlılar 66 ölkəyə vizasız gedə bilər

Baş qərargahı Londonda mənzillənən nüfuzlu Henley & Partners konsaltinq firması özünün internet saytında dünya “pasportlarının indeksini” dərc edib. Bu indeks reytinqində ölkələrin yeri onların vətəndaşlarının vizasız gedə biləcəkləri başqa ölkələrin sayı ilə müəyyən edilib. Turkustan.info  “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bu reytinqdə birinci yeri Yaponiya tutub. Onun vətəndaşları dünyanın […]

Milli qəhrəmanı təhqir edən “psixoloq”un məhkəməsi olacaq

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid edən psixoloq Nərmin Şahmarzadəyə qarşı qaldırılmış iddia üzrə məhkəmənin vaxtı məlum olub. Turkustan.info xəbər verir ki, bu barədə vəkil Ramil Rüstəmov məlumat verib. O deyib ki, iddia üzrə məhkəmə iclası Xətai rayon Məhkəməsində yanvarın 22-də keçiriləcək. Nərmin Şahmarzadəyə qarşı Milli Qəhrəman Mübariz İbrahimovu tənqid etdiyi […]

Dövlət Komitəsinin 4 vəzifəli əməkdaşı saxlanıldı — RƏSMİ

Dövlət Gömrük Komitəsinin daha 4 vəzifəli əməkdaşı saxlanılıb. Turkustan.info bildirir ki, komitədən Minval.İnfo-ya verilən məlumata görə, Gömrük orqanlarında korrupsiya və rüşvət hallarının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində atılan addımlar çərçivəsində 2018-ci il dekabrın 6-da Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəzifə səlahiyyətlərini aşmaq və qulluq mövqeyindən […]

Həyatın zirzəmisinə düşənlər – Bakıda “bomj”lar necə yaşayır? – VİDEO

Şəhərin müxtəlif yerlərində, demək olar ki, hər gün səfil həyat tərzi yaşayan insanlarla qarşılaşırıq. Çəkiliş edilən bu zirzəmi də “bomj”ların yaşadıqları yerdir. Müsahib zirzəmidə səfil həyat keçirən şəxslərdən biridir.  O, Oxu.Az-a açıqlamasında deyib ki, ailəsi də bu vəziyyətdən xəbərdardır. Zirzəmidə yaşayan İlyasın vəziyyəti daha da acınacaqlıdır. İlyas Astara rayonundandır. Onun evi dostu […]

Manatın taleyi necə olacaq? – PROQNOZ

“Valyutaya tələbat artıb, idxal çoxalıb, xarici ticarətdə müsbət saldo azalıb. Ötən il valyuta satışı əvvəlki ildən 54,9 faiz, idxal isə 32,2 faiz çox olub”.  Turkustan.info xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirib. Ekspertin sözlərinə görə, 2018-ci ildə idxal 2013-cü ildən sonra ən yüksək səviyyədə qeydə alınıb: “Azərbaycan Respublikası Dövlət […]

2019-cu ildən gözləntilər: İqtisadi sıçrayış, yoxsa?

2018-ci il iqtisadi baxımdan o qədər də qənaətbəxş olmadı. Banklarda kredit problemi, bahalaşma və s. digər sosial çətinliklər ötən ildə həllini tapmadı. Baxmayaraq ki, bu istiqamətdə müəyyən proqramlar hazırlandı və addımlar atıldı, amma heç bir nəticəsi olmadı. Maraqlıdır, 2019-cu il iqtisadi sıçrayış, yoxsa tənəzzül ili olacaq? İnflyasiya gözləntisini necə dəyərləndirmək […]

Deputatın oğlu turistləri döyüb?! – “Mən özüm də orada olmuşam”

Bu gün bəzi mətbuat orqanları Lerikin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Məmmədovun dekabrın 31-də “Relax” istirahət mərkəzində dava saldığı barədə məlumat yayıb. Qeyd edilib ki, deputatın oğlu bayram günlərində tətil etmək məqsədilə “Relax”da olub və orada istirahət edən iki iranlı ilə dalaşıb. İddia olunur ki, deputatın oğlu butulka ilə iranlının […]

Pensiya artımı bu şəxslərə şamil olunacaq – Rəsmi

Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti addım kimi, bu ay ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması təmin ediləcək. Turkustan.info bildirir ki, bu barədə Avropa.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, “Əmək pensiyaları haqqında” qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik […]

Qənirə Paşayeva BƏƏ, Pakistan və Malayziyanın fəal qadınları ilə köçkün insanlardan danışıb

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva Beynəlxalq Qadın tədbiri çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan və Malayziyanın qadın millət vəkilləri, siyasi-ictimai xadimləri, fəal iş xanımları, təşkilat rəhbərləri ilə görüşüb. BƏƏ, Pakistan və Malayziyanın qadın millət vəkilləri, siyasi-ictimai xadimləri, fəal iş xanımları, təşkilat rəhbərləri, qeyri-hökumət təşkilatları, KİV […]

Ramil Usubov 4 rayonun polis rəisini işdən çıxardı — SİYAHI

Bakının 4 rayonunun polis rəisi işdən çıxarılıb. Turkustan.info Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən Binəqdi Rayon Poli İdarəsinin rəisi, polkovnik Namiq İsmayılov, Xətai Rayon Polis İdarəsinin rəisi, polkovnik Muradalı Babayev, Xəzər Rayon Polis İdarəsinin rəisi, polkovnik Azər Muradov […]

Hüquqşünas Mehmanın vəziyyətindən DANIŞDI: “Aclığı dayandırıb, tam qidalanır, əsas narazılığı…”

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri – Əliməmməd Nuriyev, Rauf Zeyni, Səadət Bənənyarlı, Sahib Məmmədov 1 saylı istintaq təcridxanasında saxlanılan bloger Mehman Hüseynovla görüşüblər. Turkustan.info bildirir ki, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında görüş barədə ətraflı məlumat verib. Ə.Nuriyev qeyd edib ki, Mehman Hüseynov bir müddət əvvəl aclıq aksiyası keçirsə də, hazırda […]

Enerji içkiləri bahalaşdı – Aksizdən sonrakı qiymətlər

Vergilər Nazirliyinin vergi qanunvericiliyinə etdiyi düzəlişlərin tətbiqinə başlanılıb. Turkustan.info xəbər verir ki, qanunun qəbulundan sonra energetik içki məhsullarına tətbiq olunan aksiz vergiləri nəzərə alınaraq cari ildən bu məhsulların yeni satış qiymətləri müəyyən olunub. Aksiz vergisinin tətbiq olunması nəticəsində qiymətlərin 50% qalxacağı gözlənilsə də, 100% qiymət artımı müşahidə olunan məhsullar da […]

Ermənistan Azərbaycana sərhəd danışıqları və birgə xidmət təklif edir – Baş qərargah rəisi Artak Davtyan

Azərbaycan Silahlı Qüvvələrinin bəzi bölmələrinin Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa istiqamətlərində sərhəd qoşunlarının bölmələri ilə əvəz edilməsi situasiyaya hər hansı təsir etməyib. Turkustan.info xəbər verir ki, bu haqda Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi, general Artak Davtyan bildirib. Davtyanın dediyinə görə Azərbaycanın sərhəd qoşunlarının bölmələrinin həmin istiqamətdə yerləşdirilməsindən sonra […]

Stalinin “AZƏRBAYCAN GÖZƏLİ” dediyi möhtəşəm qadın – VİDEO

Bu gün Azərbaycanın görkəmli aktrisası, xalq artisti Leyla Bədirbəylinin doğum günüdür. Leyla Bədirbəyli 1920-ci il yanvarın 8-də Bakıda anadan olub. Bir müddət Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs ansamblının solisti kimi çalışan Leyla Bədirbəyli 1942-1975-ci illərdə Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərib. O, hələ gənc yaşlarında Üzeyir Hacıbəyov kimi korifey […]

“Paşinyan qorxur ki, Rusiya Azərbaycana…” – İrəvan təşvişə salan 3 məsələ

“Ermənistanın hazırkı rəhbəri Nikol Paşinyanı çox ciddi sınaqlar və çağırışlar gözləyir. İlk növbədə qarşıda duran üç məsələnin həlli istiqamətində addımlar atmalıdır. Əks halda, vəziyyət gərginləşəcək”. Turkustan.info bildirir ki, bunu Teleqraf.com xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq hesab edir ki, Paşinyan ilk növbədə Ermənistan-Azərbaycan (Dağlıq […]

Türkiyədə azərbaycanlının gəmisi necə batdı? – Şok nüanslar

Ötən gün Türkiyənin Samsun şəhəri yaxınlığında “Volqo Balt 214” adlı gəminin batmasına səbəb azərbaycanlı kapitanın məsuliyyətsizliyi olub. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında “Palmali” şirkətinin baş mexaniki Yaqub Həmidov deyib. O, sözügedən gəminin istismar müddətinin başa çatdığını söyləyib: “Volqo Balt 214” 1978-ci ildə istismara buraxılıb, 40 ilin gəmisidir. Demək olar […]