Ç. İyn 19th, 2019

Gürcüstan

Tiflisdən Moskvanı qəzəbləndirəcək QANUN LAYİHƏSİ: NATO gəmiləri…

Gürcüstan hökuməti NATO gəmilərinin ölkənin limanlarına girişini sadələşdirmək niyyətindədir.

“İzvestiya” nəşri yazır ki, gürcü hakimiyyəti NATO gəmilərinin sadələşdirilmiş rejimdə ölkənin limanlarına daxil olmasına imkan verəcək qanun layihəsini hazırlayıb.

Qanun layihəsinin Moskva tərəfindən sərt reaksiya ilə qarşılanacağı gözlənilir. (publika.az)

ABŞ-da xərçəng xəstəliyinə qarşı mübarizə aparan azərbaycanlı cərrah

Ciddi, dərin zəkalı, iradəli və nikbin olan bu xanımı dinlədikcə sevinirdim. Sevinirdim ki, uzaq Amerikada belə bir soydaşımız var. Qarşısına qoyduğu məqsədlərə doğru addım-addım irəliləyib, elmdə yüksələ bilib…
Yenicə ana olub, başı əkiz övladlarına qarışıb…
Haqqında söhbət açdığım İradə xanım İbrahim – zadə cərrahdır, öz sahəsini mükəmməl bilir…
…Atası Tofiq İbrahimzadə informatika üzrə alimdir. Azərbaycan Neft və Sənaye Universitetinin professorudur. Anası Leyla Əliyeva uzun illər həmin elm ocağında müəllim işləyib. 
Ömür-gün yoldaşı Mübariz Priyev Kolorado ştatında bizneslə məşğuldur, özəl şirkəti var. Ailədə yeni dünyaya gəlmiş əkiz oğlan böyüyür- Ömər və Əmir…
İradə xanım Bakıda dünyaya gəlib. 1995-ci ildə 6 nömrəli mətəbdə orta təhsilini başa vuraraq Azərbaycan Tibb Universitetinə qəbul olunub. 2001-ci ildə oranı bitirərək bir il onkoloji disponserdə onkoloq-cərrah kimi internatura keçib. 2003-2006-cı illərdə Mərkəzi Klinik Xəstəxanasında ümumi cərrah işləyib. Arada bir il Türkiyənin Qazi Universitetinin cərrahiyə şöbəsində təcrübədə olub. 
2006-cı ildə Kanadanın Toronto Universitetinin doktoranturasına qəbul olunub. 2010-cu ilədək orada tam təqaüdlə təhsil alaraq, “xərçəng farmoko genetikası” üzrə elmi iş müdafiə edib və PhD alimlik dərəcəsinə yiyələnib. Həmin il “post doc.” təqaüdü ilə ABŞ-ın Minesota ştatının məşhur Mayo Klinikasına dəvət alıb və Kanadadan ABŞ-a köçüb. İki il burada elmi tədqiqatla məşğul olub. 2012-ci ildə Arizona Universitetinin cərrahiyə fakultəsinin dəvəti ilə üç il bu elm ocağında professor kimi çalışıb. 2015-ci ildən indiyədək Kolorado Universitetinin Cərrahiyə şöbəsində onkolq-cərrah işləyir. Bacarıqlı, necə deyərlər, əli yüngül cərrah kimi tanınır…
…Arzulayır ki, gələcəkdə böyük bir tibb mərkəzi açıb, orada elmi tədqiqatlarını davam etdirsin. Bəşəriyyətin bəlası olan xərcəngin müalicə üsullarını tapmaq istəyir…
Bütün bunlarla yanaşı, 2007-ci ildən idmanın avarçəkmə növü ilə peşəkar səviyyədə məşğul olur. İndiyədək 9 qızıl medal qazanıb. Hətta ictimai iş kimi, Minisota ştatında yaşayarkən, bir müddət məşqçı də olub…
Deyir ki,- “Azərbaycana hər il valideynlərimi ziyarət etməyə gedirəm. Ölkəmizin inkişafı məni də sevindirir…”
Klassik musiqimizidən zövq alır. Xüsusən də Rəşid Behbudovu dinləməkdən yorulmur. Koloradoda azərbaycanlılar çox azdır. Bayramlarda bir araya gəlib ünsiyyətdə olurlar, tez-tez bir-birinə qonaq gedirlər. Bu mehribanlıq adamda qürur hissi doğurur…
Bu alicənab, uzaq görən, ixtisasını dərindən bilən, yeni ana olmuş xanım haqqında bildiklərimi sizinlə bölüşməkdən məmnunam. 
Onun həm ana kimi və həm də cərrah kimi bütün arzularına çatmasını diləyirəm…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Görüntünün olası içeriği: 1 kişi, gülümsüyor, ayakta ve noel ağacı

Görüntünün olası içeriği: 2 kişi, gülümseyen insanlar, dağ, gökyüzü, açık hava ve doğa

Görüntünün olası içeriği: 4 kişi, ayakta duran insanlar

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, okyanus, gökyüzü, açık hava, su ve doğa

Çeçenistan müxalifətinin lideri Azərbaycana müraciət etdi: “Çeçenləri təxribata çəkirlər…”

“Mən çeçen və Azərbaycan xalqlarını təxribatlara uymamağa və iki qardaş xalq arasında nifaq toxumları səpməyə imkan verməməyə çağırıram”. Bunu özünün “Facebook” sэhifəsində canlı yayımda Çeçenistan İçkeriya Respublikasının keçmiş rabitə naziri və müxalifət liderlərindən biri Səid Emin İbrahimov bildirib.

Məşhur çeçen ictimai xadimin sözlərinə görə, azərbaycanlılarla çeçenləri çəkmək istədikləri təxribat cidd-cəhdlə hazırlanıb.

 

“Biz bu cür təxribatlara uymamalıyıq. Mən Azərbaycan xalqını çox sevirəm. Müharibə vaxtı taleyin hökmü ilə Azərbaycanda idim. Biz azərbaycanlıların çeçenləri necə qarşıladığını və bizə görə necə həyəcan keçirdiklərini görürdük. Çeçenlər çox alicənab xalqdır və xeyirxahlığı unutmurlar”, – İbrahimov deyib.

Səid Emin İbrahimov əlavə edib ki, ilk dəfə döyülmüş çeçenin videosunu görən zaman bərk həyəcanlanıb və qisas hissi onu boğub. Lakin sağlam düşüncəli insan anlamalıdır ki, bu, xalqlar arasında nifaq yaratmaq məqsədi güdən təxribatdır.

“Heç kimin insanları millliyyətinə görə təhqir etməyə ixtiyarı yoxdur”, – o qeyd edib.   /virtualaz.org/

Kadırov Makronla Paşinyanı rəqs festivalına dəvət etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov Fransa prezidenti Emmanuel Makron və Ermənistan baş naziri Nikol Paşinyanı rəqs festivalına dəvət edib. 

Turkustan.info “İnterfaks”a istinadən xəbər verir ki, Kadırov bu barədə özünün Telegram-kanalında yazıb. 

O, bu qərara Makronla Paşinyanın birlikdə Qafqaz rəqsi etdiyi kadrları gördükdən sonra gəldiyini bildirib. 

“Belə fikrə gəldim ki, Paşinyan-Makron rəqsi Qafqaz xalqlarına faydalı ola biləcək rəqs marafonunun başlanğıcı ola bilər. Düşünürəm ki, təşəbbüsü tanınmış siyasətçilər, ictimai xadimlər dəstəkləyə bilər”, – deyə Kadırov vurğulayıb.  /oxu.az/

Kəlbəcərdə qızıl mədənində GÜCLÜ PARTLAYIŞ: Çoxsaylı yaralı var

Ermənistanda ermənilərin qeyri-qanuni yollarla istismar etdikləri Kəlbəcər rayonunun Heyvalı kəndində Drmbon adlanan mis və qızıl mədəninda güclü partlayış olub.

Turkustan.info xəbər verir ki, partlayışın hansı səbəbdən baş veridiyi məlum olmasa da, hadisə nəticəsəində çoxsaylı insanların yaralandığı bildirilir.

Müxtəlif bədən xəsarətləri alan şəxslər (aralarında mədənçilər də var) təcili olaraq Xankəndi rayon xəstəxanasına aparılıb. Ölənlər barədə məlumat verilmir.

Hadisə yerinə 2 yanğınsöndürən maşın, təcili tibbi yardım və xilasetmə briqadası cəlb edilib. Yanğın söndürüldükdən sonra ərazidə təhlükəsizlik tədbirləri görülərək əraziyə qondarma “DQR” rəhbərliyinin gəlişi planlaşdırılıb.

Xatırladaq ki, ermənilər işğal etdikləri Kəlbəcər rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis və qızıl yatağının kəşfiyyat və istismarı məqsədilə 2003-cü ildən “Base Metals” adlı şirkət yaradıblar.  /Publika.az/

Azərbaycana ölü gətiriləcək

Ölkədən xaricə də göndərmək olacaq

Xaricdən Azərbaycana ölü donorun və hissələrinin gətirilməsinə və ölkədən xaricə göndərilməsinə icazə verilir. 

Turkustan.info-nun “report”a istinadla verdiyi məlumata görə, bununla bağlı “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik edilir.

Qanuna əlavə edilən 11-1 (Ölü donorun və hissələrinin xaricdən gətirilməsi və göndərilməsi) maddəsinə əsasən, ölü donorun və hissələrinin transplantasiya, tədris və elmi məqsədlərlə xarici ölkələrdən gətirilməsi və ya xaricə göndərilməsi müvafiq icra hakimyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Dəyişiklik layihəsi Milli Məclisin Səhiyyə komitəsinin iyunun 5-də keçiriləcək iclasında müzakirə ediləcək.

Türk casuslarının istifadə etdiyi qeyri-adi üsullar – FOTOLAR

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) yaranmasının 90 illiyi münasibəti ilə xüsusi sərgi təşkil edib.

Turkustan.info A24.az-a istinadən xəbər verir ki, sərgidə türk kəşfiyyat tarixinin müxtəlif dövürlərinə aid sənədlər toplusu nümayiş etditilib. “Təmas Sərgisi” adlı tədbir 5 Martdan ziyarətçilrə açıq elan olunacaq.

Soyuq müharibə dövrü və ondan qabaqkı zamandan miras qalan gizli dinləmə, görüntüləmə mesajlaşma üsulları sərgilənəcək.

Sərgidə kəşfiyyat fəaliyyətləri, bilgilər, detallar, gizlilik dərəcəsinə uyğun olaraq təqdim ediləcək.

Eyni zamanda fəqli adlar altında türk xalqına fədakarlıqla xidmət göstərən təşkilatlarla bağlı da detallar yer alır.
Üç hissədən ibarət olan sərgnin 1-ci bölümündə MİT- in tarixi açıqlanır.
 
Eyni zamanda Osmanlı kəşfiyyatı ilə bağlı məlumatlar ilk dəfə yayımlanacaq.

Sərginin ikinci bölümündə MİT-in ələ keçirdiyi casuslar Kərim Manokyan və Müzəffər Çengil ilə bağlı xəbərlər də yer alır.

Çəngilin xidmət etdiyi xarici kəşfiyyat idarəsi ilə əlaqə qurduğu VHS məlumat ötürücüsü nümayiş etdirilir.

Sərginin üçüncü bölümndə Varşava Paktı ölkələrindəki Türk səfiliklərinin kəşfiyyat fəaliyyəti və texniki əşyaları yer alır.

1935-1980-ci illər arası kəşfiyyat aləmində istifadə olunan fotoaparatlar , robot əl çantası, robot qalstuk, gizli dinləmə kəməri, qol saatına bənzər səsyazma cihazi, şifrəli şəkillər, ayaqqabı içinə yerləşdirilmiş dinləmə cihazı, siqaret qutusuna qoyulmuş əlaqəyaradıcı, casus şifrələri, gizli xəbərləşmədə istifadə olunan sabun,içi boş qab, dəsmal bu bölümdə sərgilənəcək.

Bakının ortasında “Kalaşnikov”la gəzən şəxs saxlanıldı – FOTO

Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə  daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nəqliyyatda Baş Polis İdarəsinə Bakı Dəmiryolu Vağzalının ərazisində Arif adlı şəxsdə odlu silah-sursat olması barədə məlumat daxil olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Sumqayıt şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Arif Kiçiknicat saxlanılıb. Baş İdarədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman “AKM” markalı avtomat və içərisində 9 ədəd patron olan daraq aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

/Cebhe.info/

Verilişdə dava düşdü: “Kül o valideynin başına ki, övladına sən tərbiyə verirsən” – VİDEO

“Space” telekanalında yayımlanan “El bizim, sirr bizim” verilişində qalmaqallı hadisə baş verib.
Turkustan.İnfo xəbər verir ki, verilişin qonağı olan ekstrasens Bayram Nurlu onun yanına bəzi valideynlərin öz övladlarını gətirdiyini, o da həmin uşaqları səhv yoldan çəkindirir.
Ekstrasensin bu sözləri jurnalist Vüqar Qazıyevin xoşuna gəlməyib. O, ekstrasensə sərt sözlərlə cavab verib:
“Hansı valideyn gətirib öz övladın sizə verər? Kül o valideynin başına ki, övladına sən tərbiyə verirsən. Sənin özünün tərbiyəyə ehtiyacın var. Şəxsən mən övladlarımı sənin yanına göndərmərəm ki, sən onlara tərbiyə verəsən”.
Daha ətraflı videoda:
“Space” telekanalında yayımlanan “El bizim, sirr bizim” verilişi həftədə iki dəfə, 4-cü və 5-ci günlər saat 21:45-də efirə gedir.
Qeyd edək ki, verilişin informasiya dəstəkçisi Minval.İnfo saytıdır.    /Minval.İnfo/

Qənirə Paşayeva Edirne vilayətində Xocalı soyqırımı ilə bağlı konfrans verdi

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Türkiyənin Avropa sərhəddindəEdirne vilayətində Xocalı soyqırımı ilə bağlı konfrans verib. 

Yüzlərlə insanın, millət vəkilləri, rəsmi şəxslər, QHT və KİV rəhbərlərinin iştirak etdiyi tədbirdə millət vəkili Q.Paşayeva Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib. Edirne Türk Ocaqlarının təşkil etdiyi konfransda təşkilatın rəhbəri Yakup Öz, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova çıxış edərək Xocalı soyqırımı barədə geniş məlumatlar veriblər və həqiqətlərin dünyaya daha geniş yayılmasında birliyin önəmini xüsusi vurğulayıblar. Türk dünyasının problemlərinin həlli üçün birliyin, bərabərliyin artmasının önəminin vurğuladığı tədbirdə geniş məruzəsində millət vəkili Q.Paşayeva Xocalı Soyqırımı barədə məlumatlar verdikdən sonra bu soyqırım zamanı valideynlərini itirən uşaqlar, onların yaşadığı acılardan danışıb və etnik kimliyindən, dinindən və inancından asılı olmayaraq insanlığın yanında olanlar və bu insanlıq əleyhinə cinayəti işləyənlərin ədalət qarşısında cavab verməsini istəyənlər Xocalıya ədalət deyənlərin yanında olmalıdır deyib.
 
Qarabağ problemi və Xocalı soyqırımı məsələlərində beynəlxalq təşkilatların ikili standartlardan yanaşmalarını xüsusi vurğulayaraq kəskin qınayıb: “Bu gün beynəlxalq təşkilatlar BMT başda olmaqla bir neçə böyük dövlətin maraqlarının müdafiəsindən başqa heç bir işlə məşğul olmur. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var amma onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərmir. İnsan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır”. Q.Paşayeva bildirib ki, biz Qərbin ikili standartlarını Xocalı Soyqırmına yanaşmada daha aydın gördük: “100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmədi. Eyni vəziyyət Türkiyəyə, Türk dünyasına qarşı yanaşmada da özünü göstəririr”.
 
Millət vəkili Q.Paşayeva bildirib ki, beynəlxalq hüququn tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqlarını qoruya bilmənin tək yolu gücdür:”Bu güc isə birlikdən keçir. Ona görə də Azərbaycan-Türkiyə olaraq birliyimizi daha da gücləndirməliyik, gənc nəsillərimizi bir-birimizə daha çox sahib ola bilmə ruhunda yetiştirməliyk və birlikdə haqsızlıqlara qarşı mübarizəmizi gücləndirməliyik”. Azərbaycanla Türkiyə arasında əlaqələrin getdikcə daha da inkişaf etdiyini deyən millət vəkili Q.Paşayeva bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edib, qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq deyib. Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Türk gəncliyinin üzərinə bu məsələdə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan, Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.
 
Gəncləri sosial mediyada daha da aktiv olmağa dünyanın müxtəlif ölkələrində yaşayan dostlarına tarixi gerçəkləri çatdrmaqda fəallığını artırmağa, sosial medianın verdiyi imkanlardan yüksək səviyyədə yararlanmağı məsləhət görən millət vəkili Qənirə Paşayeva çıxışını “inşallah gələn görüşümüzü birlikdə işğaldan azad edəcəyimiz Qarabağda və digər o gözəl bölgələrimizdə keçirək. İnanırıq ki, o gün uzaqda deyil”- deyərək bitirib. Tədbirin sonunda Edirne Türk Ocaqlarının rəhbəri Yakup Öz millət vəkili Q.Paşayevaya verdiyi konfrans və geniş məruzə üçün təşəkkürünü bildirib və bu cür konfransların gənclər üçün böyük önəmini xüsusi vurğulayaraq ona təşəkkür plaketi təqdim edib.
 
Millət vəkili Q. Paşayeva tədbir iştirakçılarına Türkiyədə yeni çapdan çıxmış kitabları “Turan yolçusu” və “Aşk yolçusu”nu və həmmüəllifi olduğu “Karabağ hikayeleri”ni imzalı hədiyyə edib. Təbirdən sonra millət vəkili Q.Paşayeva ilə yerli QHT və KİV nümayəndələri, qadın və gənclər təşkilatları ilə, Edirne Türk ocaqlarının rəhbərliyi ilə də geniş görüş və müzakirələr olub.

Prezident borcların silinməsini təklif edib – LAYİHƏ

Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə (MM) əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borclarının, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib.

Turkustan.info APA-ya istinadən xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev tərəfindən MM-ə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi təqdim edilib.

Qəbul olunacağı təqdirdə 2018-ci il aprelin 1-dən qüvvəyə minəcək 5 maddədən ibarət qanun layihəsində bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

Sənədə əsasən sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.

Qanun layihəsində o da bildirilir ki, sığorta edənlərin  müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir:

– sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir;

– sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir;

– sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir;

Qeyd edək ki, məcburi dövlət sosial sığorta amnistiyası ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların da qalığına şamil ediləcək.

YUBİLEYİNİZ MÜBARƏK, CƏNAB GENERAL CAVANŞİR MƏMMƏDOV!..

TƏBRİK EDİRİK!..

Bu gün dəyərli eloğlumuz, çox hörmətli ziyalı,
Azəbaycan Respublikası Daxili İşlər Nazirliyinin
Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi,
hazırda təqaüddə olan polis general-mayoru
cənab Cavanşir Məmmədovun Ad günüdür!..

Daha doğrusu, Yubileyidir.
Anadan olmasının 65 illik Yubileyi!..

Cavanşir Qəhrəman oğlu
MƏMMƏDOV

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi,
polis general-mayoru,
“Azərbaycan Bay­rağı” ordenli,
«Abdulla Şaiq» və «Qızıl Qələm»
Mükafatları Laureatı
(1953)

Cavanşir Qəh­rə­man oğlu Məmmədov – 1953-cü il yanvarın 3-də qə­dim qədim Bor­­­­­­çalı mahalının Başkeçid (indiki Gürcüstan Respublikasının Dmanisi) ra­yo­nun­dakı Şah­­marlı kən­dində anadan olub.
1959-cu ildə Şah­marlı ibti­dai məktəbinin bi­rinci sinfinə gedib, 1963-cü ildə həmin mək­­­­təbi bitirib. 1963-1967-ci illərdə Dmanisi rayo­nunun Qə­mərli səkkizillik məktə­bində, 1967-1969-cu illər­də isə Bol­ni­si rayonunun İmirhəsən kənd orta mək­təbində oxuyub. 1969-cu ildə M.F.Axundov adına Azər­baycan Dövlət Pe­daqoji Rus dili və Ədəbiyyatı İnstitutuna qəbul olunub. 1974-cü ildə hə­min institutu bitirib. Bir il doğma Şahmarlı kən­dindəki sək­kiz­il­lik məktəbdə müəllim işləyib.
Cavanşir Məmmədov 1975-ci ildə hərbi xidmətə çağ­ırılıb. Si­birdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidməti başa vurduqdan sonra Kras­no­yarsk şə­hə­rin­dəki Oktyabrsk rayonunun daxili işlər şöbə­sində ins­pektor və­zifəsində çalışıb. 1977-1979-cu illərdə Mark­sizm-Le­­ninizm Uni­ver­sitetində oxuyub və buranı Fərq­­lənmə dip­lomu ilə bitirib. 1979-cu ildə bölmə rəisi və­zifəsinə təyin olu­­nub. Elə həmin il Krasnoyarsk Dövlət Universitetinin hü­quq fakültəsinə qəbul olu­nub, 1983-cü ildə universiteti mü­vəffəqiyyətlə bitirib. Həmin il SSRİ DİN-in Akade­mi­yasına qəbul olunub. 1985-ci ildə oranı Fərqlənmə diplomu ilə bi­tirib və elə həmin il Krasnoyarsk Şə­hər Milis İdarəsində şö’bə rəisi, 1987-ci ildə isə Oktyabr rayon daxili işlər şö’bəsi rəisinin birinci müavini təyin olu­nub.
1976-cı ildən daxili işlər orqanlarında xidmət edən Cavanşir Məmmədov 1988-ci ilin sentyabr ayından Bakı şəhərinə kö­çüb, ictimai təhlükəsizlik strukturunda müxtəlif vəzifələrdə xidmət aparıb.
1988-ci ilin oktyabrından Bakı şə­hə­rinin Kirov (indiki Binəqədi) RPŞ-si rəisinin müa­vini işlə­yib. O, burada da özünün peşəkarlığı, yüksək ixtisaslı kadr ol­ması və sə­riş­təsi ilə seçilərək qısa müddətdə böyük nüfuz qazanmış və 1989-cu ildə ona etimad gös­tərilərək Bakı Şə­hər Daxili İşlər İdarəsində şö’bə rəisi, 1990-cı ildə isə BB­Pİ-də idarə rəisinin müavini vəzifəsinə tə’yin olunub. 1992-ci ildə Qa­radağ Rayon Polis İdarəsinin rəisi, 1993-cü ildə Ba­­kı Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. 1994-cü ildə DİN-də İctimai Təhlükəsizlik İdarə­sinin rəis müavini iş­lə­­­yib. 1995-ci ilin iyun ayından isə həmin ida­rəyə rəis və­zi­fəsinə irəli çəkilib. 2001-ci ildə həmin idarə Baş İda­rəyə çev­­­rilib və Cavanşir Məmmədov həmin Baş İdarənin, yəni Baş İctimai Təhlükəsizlik İda­rəsinin rəisi təyin olu­nub. Bu çətin, məsuliyyətli və şərəfli vəzifədə düz 15 il ləyaqətlə çalışıb. Ha­zırda təqaüddədir.

Polis general-mayoru Cavanşir Məmmədovun polis or­qan­larında xidməti fəaliyyəti rəhbərlik və ölkə başçısı tə­rəfindən yüksək qiymətləndirilmişdir.

O, ictimai təhlükəsizliyin qorunması, sabitliyin bərqərar olunması fəaliyyətindəki uğurlu nəticələrə və müsbət göstəricilərə görə müxtəlif mükafatlara layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru xüsusi rütbəsi verilmişdir.

Cvanşir Məmmədov həmçinin “Milis əlaçısı”, “Daxili iş­lər orqanlarında əla xidmətlərinə görə” döş ni­şanları, sa­biq SSRİ-nin I, II, III dərəcəli medalları, 2001-ci ildə Rusiya Fe­derasiyasının Daxili İşlər Nazirinin əmri ilə “Za boe­voye sod­rujestvo” medalı ilə və Fəxri Fərmanlarla təl­tif olun­muş, üç dəfə “Ən yaxşı bölmə rəisi” adına layiq gö­rülmüşdür. O, Qarabağ müharibəsinin iştirakçısıdır, Tər­tər və Goranboy ra­yonlarında gedən döyüşlərdə iştirak et­mişdir. ABŞ, Yapo­ni­ya, Türkiyə, Sloveniya və başqa döv­lətlərdə xidməti eza­miyyətlərdə olmuşdur.

Gənc yaşlarından Gürcüstanın Dmanisi rayonunun “Tria­leti”, Bolnisi rayonunun “Qələbə bayrağı” qəzetlərində, son­ralar Tbilisidə nəşr olunan “Gürcüstan” qəzetində, daha son­ralar isə Azər­bay­canın və bir sıra xarici ölkələrdə çıxan mər­kəzi qəzet­lərdə mə­qalələri çap olunub. Elə buna görə də o, «Abdulla Şaiq», «Qızıl Qələm»«XXI Əsrin Ziyalısı» Fəx­ri mükafatlarına layiq görülüb.

Ailəlidir. İki övladı var.

Bütün şüurlu həyatını ictimai asayişin mühafizəsi kimi mü­qəddəs vəzifəyə həsr etmiş xalqımızın qeyrətli oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İc­ti­mai Təhlükəsizlik İda­rəsi­nin sabiq rəisi, polis ge­neral mayoru Cavanşir Məmmədov doğma Borça­lını da unut­mur, müntəzəm olaraq doğma el-obasına Başkeçidə baş çəkir, on­ların qayğı və problemləri ilə maraqlanır, əlindən gələn mad­di və mə­nəvi köməkliyi əsirgəmir.

Bütün bor­çalılar adın­dan Ca­van­­şir müəllimə bu diqqət və qaygı üçün təşəkkü­rümüzü bil­diririk.

Fürsətdən istifadə edərək, biz də çox hörmətli Cavanşir Məmmədovu Yubileyi və eləcə də, üç gün öncə qeyd etdiyimiz 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, bir sözlə, şəxsi həyatında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
Vetenim.info

 

.