Kateqoriya: Mədəniyyət

Azərbaycan Milli Kinosu Tariximizin salnaməsidir

İnsanın fantaziyası və istedadı olarsa, gec-tez üzə çıxacaq. Hətta ona mane olan qüvvələr və rejim  öz müqaviməti ilə son nəticədə istedadın çiçəklənməsinə səbəb olacaq… Sivil dünyanın başlıca atributlarından sayılan kino sənəti özünün 120 illik yubileyini qeyd edir. Ötən əsr ərzində kino özünü təsdiq etdi, yaşadı,  formalaşdı, ictimai şüura güclü təsir […]

Moskvada ilk “Türk xalqları konserti”

Moskva ictimai təşkilatı “Türk Cəmiyyəti” və “Türk Tələbələr Birliyi” Moskva hökuməti yanında Millətlər evində “Türk xalqları konserti” keçirdi. Forma və məzmun cəhətdən bu konsert keçmiş sovetlər birliyi məkanında ilk və hələlik yeganə bir tədbir oldu. Konsertdə Moskvada yaşayan on yeddi türk xalqlarının nümayəndələrinin artist və sənətçiləri, özfəaliyyət qrupları öz dillərində […]

“Türkiyədə “BengüTürk Tv” Azərbaycanlıların evinə çevirilib” – Fotolar, Video

“Azərbaycan rüzgarı” verilişinin aparıcısı Səidə Ömər: “Azərbaycanımın yarıcanı Türkiyəyə isti nəfəs gətiririk” “Ortaq dəyərlərimizi Türkiyə pəncərəsindən dünyaya yayaq” “BengüTürkTv”-də hər bazar “Azərbaycan rüzgarı” əsir. İsti, ilıq, canayaxın… Bu rüzgar məmləkəti özləyən, Azərbaycana “can” deyən hər kəsin ürəyindən xəbər verir. “Azərbaycan rüzgarı”nın müəllifi isə Azərbaycan sevdalısı olan gənc bir qızdır. Həyat […]

Nuriyyə Hüseynovaya Misirdən ali mükafat – Təqdimatdan FOTOLAR

Çağdaş Azərbaycan musiqisinin görkəmli ifaçısı, Respublikanın əməkdar artisti, bir sıra yerli bə beynəlxalq mükafatların laureatı Nuriyyə xanım Hüseynovanın sənətinə daha bir mötəbər diqqət Misirdən oldu. Turkustan.info xəbər verir ki, tanınmış xanəndə Nuriyyə Hüseynova Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyinin xüsusi mükafatına layiq görülüb. Mükafat Musiqi Mədəniyyəti Dövlət Mzeyində təqdim olunub. 

Hüseyn Cavidin şeirlər kitabı qazax dilinə tərcümə olunub – Təqdimatdan FOTOLAR

Hüseyn Cavidin şeirlər kitabı qazax dilinə tərcümə olunub Qazaxıstanın Almatı şəhərində böyük ədibin qazax dilində işıq üzü görən şeirlər kitabının təqdimat mərasimi keçirilib. Turkustan.info xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində yerləşən Əl Fərabi adına Qazaxıstan Milli Universiteti tərəfindən tərcümə edilən və qazax dilində çapdan çıxan kitabın təqdimat mərasimində çıxış edən Universitetin […]

Sumqayıt Regional Mədəniyyət idarəsi Qubadlı Rayon Nümayəndəliyində Telman Cəfərovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Qubadlı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Sumqayıt Regional Mədəniyyət idarəsi Qubadlı Rayon Nümayəndəliyinin təşkilatçılığı ilə uzun illər mədəniyyət sahəsində fəaliyyət göstərən Telman Cəfərovun 70 illik yubileyi münasibəti ilə “Sənəti Yaşadanlar” adlı tədbir keçirilib. Tədbirə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, Sumqayıt Regional Mədəniyyət idarəsinin rəis müavini İlham Əhmədov,  yubilyarın […]

Şuşa rayon mərkəzi kitabxanasında Mikayıl Müşfiqə həsr olunmuş tədbir keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabeliyində olan Şuşa rayon mərkəzi kitabxanasında Mikayıl Müşfiqə həsr olunmuş “Yenə o bağ olaydı” adlı ədəbi- bədii gecə keçirilib. Tədbirdə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.   Sonra şairə Mətanət Ulu Şirvanlı Müşfiq poeziyasının zənginliyindən söhbət açıb, kitabxananın fəal oxucuları: Könül Məmmədova, Ayişə Məmmədova, […]

Haşmet Akalın yaradıcılığına bir baxış

Sənubər Hacıyeva Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Sənətşünaslıq fakültəsinin magistri  Türkiyənin cənub-qərbində yerləşən İspartanın kiçik bir əyaləti Baladızda baş verən kəndli-ağa qarşıdurmasının leytmotiv kimi seçildiyi bu tablonun müəllifi Haş­met Akal 1918-ci ildə İstanbulda anadan olmuşdur. O, şair Rasim Haşmet bə­yin oğ­lu­dur. Rəssam İstanbulda yerləşən Galatasaray və Haydarpaşa məktəblərində təh­sil al­mışdır. H.Akal 1938-ci […]

Rüstəm Behrudi xüsusi mükafat aldı – Foto

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında şair Rüstəm Behrudiyə Mahmud Kaşqari mükafatının təqdim edilməsi mərasimi keçirilib. Turkustan.info xəbər verir ki, mərasimdə şair və yazıçılar, akademiklər, ziyalılar iştirak edib. Rüstəm Behrudiyə “Mahmud Kaşqari-1000” medalını AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli təqdim edib. Qeyd edək ki, bir qədər əvvəl Azərbaycan şairi […]

Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Gürcüstanda səfərdə olub

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi böyük heyətlə, məktəbin direktoru əməkdar müəllim İkram Manafovun rəhbərliyi ilə Gürcüstanda səfərdə olub. Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Gürcüstanda keçirilən tədbirdə iştirak etmək məqsədilə baş tutan səfər Azərbaycan Respublikası […]

Nuriyyə Hüseynova Parisdə YUNESKO səhnəsində – FOTOLAR

TÜRKSOY – Türk Mədəniyyəti Təşkilatının yaradılmasının 25 illiyi Fransanın paytaxtı Parisdə qeyd olunub. Turkustan.info xəbər verir ki, beynəlxlaq mədəniyyət təşkilatı YUNESKO-da keçirilən təntənəli yubiley mərasimində Azərbaycan Respublikasının Əməkdar artisti, xanəndə Nuriyyə Hüseynova çıxış edib. YUNESKO səhnəsində yer alan Nuriyyə xanım Azərbaycan klassik və milli musiqisinin nümunələrini iştirakçılara təqdim edib. Azərbaycanlı sənətçinin […]

Aşıq Ədalət Dəlidağlı xəstəxanaya yerləşdirildi – VİDEO

Çağdaş Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri Aşıq Ədalət Dəlidağlının səhhətində problem yaranıb. Turkustan.info Gununsesi.org-a istinadla xəbər verir ki, aşığı xəstəxanaya yerləşdiriblər. Hazırda vəziyyəti sabit olaraq qalan aşığın bir neçə gün müalicə alacağı deyilir. Allahdan Ədalət Dəlidağlıya sağlıq diləyərək onun ifalarından birini təqdim edirik:

Sumqayıtda “Alovlu Qafqaz” – FOTOLAR

Sumqayıt şəhər “Kimyaçılar” mədəniyyət sarayında “Alovlu Qafqaz” Uşaq və Gənclərin Beynəlxalq Rəqs və Yaradıcılıq Festivalı keçirilib.  Festival Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi və Sumqayıt şəhər Təhsil şöbəsinin birgə dəstəyi, Quba şəhər Uşaq və Gənclər İnkişaf Mərkəzinin direktoru Ramin Məmmədlinin təşkilatçılğı ilə keçirilib.  Festivalda Azərbaycan və Gürcüstanı təmsil […]

Mədəniyyət Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş respublika müşavirəsi və “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri keçirildi

Noyabrın 30-da Cəlilabad rayonundakı Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş respublika müşavirəsi keçirildi. Müşavirədə mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavini Rafiq Bayramov, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov, nazirliyin müvafiq struktur əməkdaşları, 15 regional mədəniyyət idarəsinin və Bakı […]

Azərbaycanın ədəbi mühit tarixində ilk uşaq və yeniyetmələr ədəbi məclisi yarandı

Turkustan.info xəbər verir ki,“İstedadlı gənc yazarlara dəstək” lahiyəsi həyata keçirilir Bu gün 2018-ci ilin 01 dekabr tarixində Bakı şəhər Mədəniyyət Baş İdarəsi M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasında Azərbaycan ədəbi mühitində ilk dəfə olaraq uşaq və yeniyetmələr üçün “Mirzə Şəfi Vazeh ədəbi məclisi” yaradıldı və onun ilk toplantısı keçirildi. Məclisin […]

Türkün dədə yurdundakı Dədə Qorqud

Aida Eyvazlı … 7 yurd qurub, 7 ocaq yandırdı. Eli başına yığdı Qorqud Ata– Dədə Qorqud.  Ulu türk ellərinin ulu qəhrəmanı haqqında  yazılanlar, bu günümüzə qədər gəlib çıxan hər cümlə  əslində türk ulusunun, türk elinin, türklərin tarixi, mədəniyyəti, coğrafiyası kimi mühüm mənbədir. Nə yaxşı ki, ən əvvəl  Dədəmiz Qorqud haqqında […]

Şair İbrahim İlyaslının 55 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə baş tutan tədbiri giriş sözü ilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron nümayəndəliyinin rəhbəri İlham Manafov açaraq yubilyarı təbrik edib və ona xatirə hədiyyələri təqdim etdi. Sonra sözü tədbiri aparmaq üçün sözü DGTYB Məsləhət Şurasının başkanı, Atatürk Mərkəzinin şöbə müdiri şair-publisist Əkbər Qoşalıya verdi. Əkbər […]

Ermənilərin bitib-tükənməyən xalça sevdası

Azərbaycan xalqının tarixi taleyinin ən əsas hissələrindən biri xalçaçılıq olmuşdur. Bu adət-ənənə bu gündə yaşamaqdadır. Tarixi sənədlərə nəzər saldıqda aydın olur ki, keçən əsrin əvvəllərində Zaqafqaziya respublikaları arasında yun və xalça istehsalına görə Azərbaycan bir neçə dəfə digər respublikalardan öndədir. Nəzərə alsaq ki, həmin dövrdə Gürcüstan və Ermənistan ərazilərində yaşayanların […]

Fundamental lüğət, yaxud dilçilik elmimizin qızıl açarı

      Dil – insan ruhunun əsrarəngiz  aləminə açılan sirli qapının açarıdır. “İnsan – dilinin altında gizlənib” mübarək kəlamı da çox mətləbdən xəbər verir. Bir insanın dil açıb danışdığı, dilə gətirdiyi, söylədiyi sözlər onun ruhundan, mənəviyyatından, dünyagörüşündən soraq verdiyi kimi, bir xalqın, millətin dili də onun mənliyinin, varlığının güzgüsüdür. Görkəmli […]

Sumqayıtda Zirəddin Qafarlının “Yaşamağa gəlmişdim” kitabının təqdimatı olub

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və S. Vurğun adına Mərkəzi Kitabxanın  birgə təşkilatçılığı ilə kitabxanada  isdtedadlı şair Zirəddin Qafarlının yenicə çapdan çıxan “Yaşamağa gəlmişdim” adlı şeirlər kitabının təqdimatı keçirilib. AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbir iştirakçılarını salamlayıb,  Zirəddin Qafarlı haqqında ətraflı məlumat verib  və yaradıcılığı haqqında danışıb. Kitabın redaktoru […]

Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin növbəti uğuru

Sumqayıt Regional Mədəniyyət idarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin fortepiano ixtisası üzrə IV sinif şagirdi 10 yaşlı Nuray Mehdiyeva (müəllim Arzu Manafova) 21-24 noyabr 2018-ci il tarixində Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “TEMUR AKHOBADZADE Young pianists 1-st İnternational Competition” Beynəlxalq müsabiqənin qalibi olub.  3 yaş qrupu üzrə keçirilən […]

Nuriyyə Hüseynova İstanbuldakı konsertin ardınca, Ankarada çıxış edəcək -FOTOLAR

Türkiyənin İstanbul şəhərində dahi Azərbaycan şairi Hüseyn Cavidin anadan olmasının 135-ci ildönümü münasibətilə tədbir keçirilib. Turkustan.info xəbər verir ki, “Türk Ocakları” Dərnəyinin, Şəhər bələdiyyəsinin və “Yeni Yurd” ictimai birliyinin sədri Mahirə Əsədovanın təşkilatçılığı ilə keçirilən tədbiri Dr Cezmi Bayram açıb. Əli Əmiri adına Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə azərbaycanlı alim […]

Kerküklü milli şair Mehmet İzzet Hattat Ankarada anıldı

“TÜRKSOY ” Beynəlxalq Türk Kültür Təşkilatı kərküklü şair Mehmet İzzet Hattatın 90 yaşı münasibəti ilə Ankarada anma toplantısı düzənləndi. Türkməneli Kültür Mərkəzinin dəstəyi ilə hazırlanan anma toplantısında İraq Türkmənləri ilə Türksoy arasında bir işbirliyi protokolu imzalandı. Turkustan.info xəbər verir ki, tədbirin girişində Türksoyun genel sekreteri Böyükelçi Düsen Kaseinov Türksoyun fəaliyyətləri […]

DAHA BİR UĞURLU VƏ DAVAMLI LAYİHƏ – Kitabxana mütəxəssisləri üçün təşkil olunmuş növbəti treninq başa çatdı

Turkustan.info bildirir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin və Yasamal rayon MKS-inin təşkilati dəstəyi ilə növbəti treninq məşğələlər təşkil olunmuşdur. Treninqin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 aprel tarixli Sərəncamı ilə yaradılmış “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nda, […]

Ceyranbatan qəsəbə Mədəniyyət Mərkəzində ‹‹Ümumdünya Uşaqlar Günü›› münasibətilə konsert keçirilib

Ceyranbatan qəsəbə Mədəniyyət Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürovun rəhbərliyi ilə geniş müşavirə keçirilib. Müşavirədə idarə rəisi Mehman Şükürov çıxış edərək idarənin tabe müəssisələrinin fəaliyyəti haqqında danışıb, problemlərlə maraqlanıb, regiona daxil olan mədəniyyət müəssisələrinin bir-biri ilə qarşılıqlı münasibətlərinin qurulması və yeni kollektivlərin, xüsusilə folklor kollektivlərinin yaradılması ilə bağlı  […]

Sumqayıtda “Uşaq hüquqları aylığı”çərçivəsində konsert keçirilib – FOTOLAR

“Uşaq hüquqları aylığı” çərçivəsində Sumqayıt şəhər “Dostluq” mədəniyyət evinin kollektivi Abşeron rayon Saray qəsəbəsində yerşəşən 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində konsert proqramı ilə çıxış edib.  Konsertdə bir-birindən maraqlı şoular, rəqs nömrələri, gənc solistlərin ifasında səslənən şən mahnılar tədbirə xoş ovqat qatıb, uşaqlar tərəfindən maraq və […]

Gəncədə Aşıq Şəmşirin 125 illik yubileyi böyük təntənə ilə qeyd olundu – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2018-cı il noyabr ayının 10-da Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aşıq Şəmşirin anadan olmasının 125 illik yubileyi ilə əlaqədar olaraq Fikrət Əmirov adına Gəncə Dövlət Flarmoniyasında geniş tədbir keçirildi.  Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Gəncə şəhər İcra Hakimiyyəti başçısı […]

Udmurt Milli Kitabxanası 100 illik yubileyini qeyd etdi

Azərbaycan və Udmurt Respublikaları arasında mədəni əlaqələr genişlənir. 2018-ci il Udmurt Respublikası üçün əhəmiyyətli il oldu – respublikanın Milli Kitabxanası 100 illik yubileyini qeyd etdi. Udmurt Respublikası Milli Kitabxanasının universal fondunda 1,5 milyondan artıq saxlama vahidi vardır. Udmurt Respublikasının Milli elektron kitabxanası (UR MEK) hazırda daim onlayn rejimdə əlyetərli olan […]

Arzu Bağırova Türkiyədə mükafata layiq görülüb – FOTOLAR

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova Türkiyənin paytaxtı Ankarada keçirilən 9-cu Beynəlxalq Buhara Medya Ödül mərasimində rəhbərlik etdiyi qeyri-hökumət təşkilatının Azərbaycan – Türkiyə əlaqələrinin inkişafı istiqamətində həyata keçirdiyi layihələrə görə mükafata layiq görülüb. Turkustan.info xəbər verir ki, mükafata görə təşəkkürünü bildirən “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin […]

Sumqayıtda “Payız bayramı” keçirilib – FOTOLAR

Sumqayıt Regional Mədəniyyət idarəsinin təşəbbüsü ilə Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda payız fəslinə  həsr olunmuş “Uşaqların Payız sevinci- Payız bayramı” adlı ədəbi-bədii gecə keçirilib.  Kitabxananın əməkdaşı Səadət Allahverdiyeva gecəni açaraq tədbir haqqında iştirakçılara geniş məlumat verib.  Sonra söz oxuculara verilib. 28 saylı məktəbin 1ç sinif şagirdləri payız fəslinə […]

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Bayraq Günü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan kitabxanalar arasında Bayraq gününə həsr olunmuş “Ən qiymətli sərvətimiz Vətəndi” adlı bədii qiraət müsabiqəsi keçirilib. AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, MİHİ Sumqayıt bölməsinin əməkdaşı Tamara Axundova və S. Vurğun adına Mərkəzi kitabxananın metodisti Natəvan Axundzadədən ibarət Münsiflər heyəti tərəfindən bədii qiraətçilərin çıxışı […]

Sumqayıtda Bayraq günü qeyd olundu – “Xatirələr sorağında”

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, N.Nərimanov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Bayraq günü münasibətilə “Xatirələr sorağında” adlı tədbir keçirilib. N.Nərimanov adına Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürov çıxış edib.  “Sumqayıt yetirmələri olan sənətçilərin şəhərimizə gəlişi bizi sevindirməyə bilməz” deyən idarə rəisi son illərdə Sumqayıtda […]

Dirilən Adam

Günlərdi yazmaq istəyirəm amma özümü sıxıb saxlayıram. Günlərdi düşünürəm ki, dosta və düşmənə yüksək səslə elan edim bu xoş xəbəri.  Amma özümü bir təhər sıxıb saxlayıram, USTADIM. Qorxuram, qorxuram ki, dost istədiyindən düşmən isə bədnəfsindən səni gözə gətirər. Hər gün üzbəüz saatlarla söhbət etməyimizə baxmayaraq əsil ürək sözümü mən hər […]

Türkoloq Firudin Ağasıoğlunun Altay nəzəriyyəsinin əsassızlığını isbatlatdığı “Doqquz Bitik”i MEK-ə daxil olub

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) professor, filologioya elmləri doktoru, türkoloq Firudin Ağasıoğlunun “Doqquz Bitik. Azərbaycan türklərinin İslamaqədər tarixi” adlı fundamental əsərı daxil olub. Türkologiya elmində analogiyası olmayan doqquz cildlik əsər bu sahədə müəllifin apardığı 30 illik tədqiqatın nəticəsi kimi ortaya çıxıb. Əsərdə “Altay” nəzəriyyəsinin əksinə olaraq, alimin gündəmə gətirdiyi yeni […]

Beynəlxalq Türk Akademiyası nadir tarixi əsərləri nəşr etdi -Təqdimatdan fotolar

Astanada Qazaxıstanın Birinci Prezidenti – Elbaşı Kitabxanasında Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən nəşr olunan Rəşidəddin Fəzlullahın “Camiğ-at-tarix” və Bekasıl Bibolatulının “Zikzal” kitablarının təqdimatı olub. Nadir tarixi əsərlər Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin elan etdiyi “Mənəvi Yenilənmə” proqramı çərçivəsində işıq üzü görüb.  Təqdimat mərasimində Nur Otan Partiyası sədrinin birinci müavini Maulen Aşimbayev, […]

Sumqayıtda rəsm müsabiqəsi keçirilib: “Göyərçin uşaqların gözü ilə”

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi və Sumqayıt Dövlət Rəsm Qalereyasının təşəbbüsü ilə Göyərçin abidəsinin yaradılmasının 40 illiyinə həsr olunmuş “Göyərçin uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi keçirilib. Müsabiqəyə Uşaq İncəsənət Məktəblərinin və rəsm dərnəyinin şagirdləri qatılıb.  Rəsmlər peşəkar münsiflər tərəfindən nəzərdə tutulan nominasiya üzrə seçilib. Müsabiqənin qalibləri  noyabr ayında  keçiriləcək “Göyərçin […]

MEK direktoru Leyla İmanova: “MEK elmi kitabxana olaraq informasiya təhlükəsizliyi problemlərinin həllinə nə kimi töhfə verə bilər?”

ÇAĞIRIŞ: “Mərkəzi Elmi Kitabxana Azərbaycan kitabxana-informasiya məkanında fəaliyyət göstərən bütün qurumları Azərbaycan dövlətçiliyi maraqları naminə informasiya təhlükəsizliyi mövzusu ətrafında qüvvələrini birləşdirib əlaqələndirilmiş şəkildə əməkdaşlığa dəvət edir”. MƏQALƏDƏN ƏSAS TEZİSLƏR “MEK-in məqsədi ərazi və informasiya təcavüzü şəraitində yaşayan Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin kontent və texniki baxımdan formalaşdırılmasına öz töhfəsini verməkdir” “Mərkəzi […]

Məmməd Arazın 85 illik yubileyi S.Vurğun adına Kiyev Şəhər Kitabxanasında qeyd olundu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşkilatı dəstəyi ilə S.Vurğun adına Kiyev Şəhər Kitabxanasında Azərbaycan şairi Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi təşkil olunmuşdur. Tədbirin təşkilatçısı Marina Qonçaruk idi. Tədbirin tərəfdaşları Ukrayna Milli Yazıçılar İttifaqının Kiyev təşkilatı, İslam Mədəniyyət Mərkəzi, Boris […]

Sumqayıt Dövlət Dram Teatrı 50 yaşını qeyd etdi

… Hər şey bayrama ciddi hazırlıqdan və yaradıcı yanaşmadan xəbər verirdi: teatr binasının qarşısındakı geniş meydanda repertuardakı tamaşaların dekorasiyalarından ibarət “şəhərcik”, foyedə teatrın 50 illik fəaliyyətini əks etdirən sərgi, tamaşaların maketləri, teatrda çalışanların üzündəki, davranışındakı təlaş qarışıq sevinc… Oktyabrın 30-da Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyi qeyd edildi. Kollektiv […]

Uşaq Musiqi Məktəbinin uğuru – FOTO

Oktyabr ayında onlayn şəkildə “III Caspi Art Uluslararası Sanat Yarışması” adlı Beynəlxalq Müsabiqə keçirilib. Azərbaycan, Rusiya, Ukrayna, Belarusiya, Türkiyə, Qazaxıstan, Portuqaliya və digər ölkələrin iştirakçıları ilə yanaşı Sumqayıt Regional Mədəniyyət idarəsi Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə III sinif şagirdi Mənsumzadə Fatimə Mayılxan qızı […]

Zəngilanın Tarix-Diyarşünaslıq Muzeyində rayonun işğalının 25-ci ildönümü qeyd olunub

Sumqayıt Regional Mədəniyyət İdarəsi Zəngilanın Tarix-Diyarşünaslıq Muzeyində rayonun işğalının 25-ci ildönümünə həsr olunan tədbir keçirib. İdarədən Turkustan.info-ya bildirilib ki, tədbirdə Zəngilan rayon nümayəndəliyinin baş məsləhətçisi Mehman Nəsirov rayonun işğal tarixi haqqında məlumat verib, xatirələrini bölüşüb. Muzeyin direktoru Nərmin Fərəcova, əməkdaşlar Səfura Qocayeva və Rüxsarə Dünyamalıyevanın çıxışları dinlənilib. Sonra “Ruhani” saz havasının […]

Nizami rayonunda Aşıq Şəmşirin 125 illik yubileyi ilə bağlı tədbir keçirilib – FOTOLAR

Nizami rayon Mərkəzləşmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Aşıq Şəmşirin 125 illik yubileyi ilə bağlı tədbir keçirilib Turkustan.info xəbər verir ki, ustad sənətkar Aşıq Şəmşirin anadan olmasının 125 illiyi ilə bağlı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nizami rayon Mərkəzləşmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan […]

Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbində «Arşin mal alan» operettasının 105 illik yübileyi münasibəti ilə tədbir keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Abşeron rayon Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbində görkəmli bəstəkar Üzeyir Hacıbəylinin «Arşin mal alan» operettasının 105 illik yübileyi münasibəti ilə tədbir keçirilib. Tədbir nəzəriyyə və xalq çalğı alətləri şöbəsinin təşkilatçılığı ilə nümayiş etdirilib. Tədbirdə «Arşin mal alan » operettasının ilk dəfə səhnəyə qoyulmasının tarixi […]

Sumqayıt Regional Mədəniyyət idarəsi Abşeron rayon Xırdalan şəhər 11 – illik musiqi məktəbinin növbəti uğuru

Oktyabr ayında onlayn şəkildə “III Caspi Art İnternet Musik & Danse Türkey” Beynəlxalq Müsabiqə keçirilib. Azərbaycan , Rusiya , Ukrayna , Belorusiya , Türkiyə , Qazaxıstan, Portuqaliya və digər ölkələrin iştirakçıları ilə yanaşı Sumqayıt Regional Mədəniyyət idarəsi Abşeron rayon Xırdalan şəhər 11 – illik musiqi məktəbinin tar ixtisası üzrə IХ […]

Sumqayıtda “Femidanın gözləri” oxuculara təqdim edilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt Poeziya Evində məktəbli yazar Gülnaz Nağızadənin yeni nəşr olunmuş “Femidanın gözləri” povestinin təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı gənc yazarı iştirakçılara təqdim edib və ona yaradıcılıq uğurları arzulayıb. Sonra filoloq Aygün Yaşar təqdimatı keçirilən […]

Sumqayıt Dövlət Rəsm Qlereyasında “Art şokalad” adlı master-klass keçirilib – FOTOLAR

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Sumqayıt Dövlət Rəsm Qlereyasında “Art şokalad” adlı master-klass keçirilib. Turkustan.info-nun verdiyi xəbərə görə, ilk dəfə olaraq keçirilən master klassda Azərbaycan Rəssamlar İttifaqının üzvü, pedaqoq –rəssam Məşədi Qafarzadə Vidadi şokaladla rəsm cəkmək texnikası ilə istadadlı uşaqları tanış edib. Uşaqlar bu maraqlı texnika ilə müxtəlif mövzuda […]

“Bu günün oxucuları – sabahın qurucuları” – Sumqayıtda Uşaq Mütaliəsi Festivalı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə şəhərimizdə “Bu günün oxucuları – sabahın qurucuları” adı altında Uşaq Mütaliəsi Festivalı keçirilib. Turkustan.info-yaverilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd mütaliənin daha geniş, daha əhatəli təbliğinə şərait yaratmaq, bu şərəfli missiyanın müxtəlif […]

MEK “Macarıstan-Azərbaycan mədəni əlaqələrinin inkişafına Mərkəzi Elmi Kitabxananın töhfəsi” adlı tədbir keçirib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) və Macarıstanın Azərbaycandakı Səfirliyi “Macarıstan-Azərbaycan mədəni əlaqələrinin inkişafına Mərkəzi Elmi Kitabxananın töhfəsi” adlı tədbir keçirib. Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi MEK-lə olan əməkdaşlıqdan söz açıb. O, qarşılıqlı əməkdaşlığın Azərbaycan-Macarıstan mədəni əlaqələrinin inkişafına böyük töhfə verdiyini vurğulayıb. MEK-in fəaliyyəti sayəsində Azərbaycan vətəndaşlarının Macarıstanın ənənələri, mədəni müxtəlifliyi, […]

Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin kollektivi Qara Qarayevin ev-muzeyində olub

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin kollektivi görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin ev-muzeyində olub. Məktəb kollektivi əvvəlcə muzeylə yaxından tanış olmuş, bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat əldə etmişlər. Tanışlıq zamanı məktəb tərəfindən muzeyə xatirə hədiyyələri təqdim edilib. Daha sonra məktəb […]

Astanada Qara Qarayevin 100 illiyi qeyd olunacaq

Oktyabrın 23-də Qazaxıstanın paytaxtı Astanada Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar Qara Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçiriləcək. Turkustan.info xəbər verir ki, TÜRKSOY-un təşkilatçılığı və  Azərbaycanın Qazaxıstandakı Səfirliyinin dəstəyi ilə keçiriləcək tədbir konsert proqramı ilə davam etdiriləcək. Astana Akimliyi yanında Dövlət Akademik Filarmoniyasının ifa etdiyi konsertin […]

Sumqayıtda İbrahim İlyaslının 55 illik yubiley tədbiri keçirilib – “Şair olmaq zülümdür ” – FOTOLAR

Sumqayıt şəhər Gənclər kitabxanası və 16 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə şair İbrahim İlyaslının 55 illik yubileyi münasibətilə tədbir və “Şair olmaq zülümdür ” kitabının təqdimatı keçirilib. Tədbirdə şair İbrahim İlyaslı,Təhsil şöbəsinin kitabxana sektoru üzrə metodisti Səbirə Məmmədova , 2 saylı məktəbin direktoru Xalid Adıgözəlov, 16 saylı məktəbin müəllim-şagird kollektivi […]

Sumqayıtda Müstəqillik gününə həsr olunmuş tədbir keçirildi – FOTOLAR

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin 9 ayın yekunlarına həsr olunmuş müşavirəsi keçirilib. Mehman Şükürov müşavirəni açaraq Mədəniyyət Nazirliyi Regional Siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli və Hüquq və daxili nəzarət şöbəsinin müdiri (Aparat rəhbərinin müavini) Namiq Qulamovun Sumqayıt Regional Mədniyyət İdarəsində keçirilən görüşü haqqında məlumat verib. Qeyd […]

Doğu Türküstandan Batı Hunqaryayacan DGTYB – 20

20 il öncə bu ismi oluşdurmağın, adın mahiyyətinin fərqində olmağın özü belə zor bir iş idi. Türk ədəbi gəncliyinin xoş halına ki, bu zor işi kolay edə bilənlər ortaya atıldı. Və ilk baxışda mümkün olmadığı zənn edilən bu birlik quruldu. Qurulmağının ardınca böyük türk düşünürü İsmayıl bəy Qaspıralının “Dildə, fkirdə, […]

Azərbaycanlı xanəndə Qazaxıstanda “Dombıra” oxudu – VİDEO

Qazaxıstanın Almatı şəhərində V Beynəlxalq  Türk dünyası Araşdırmaları Ssimpoziumu keçirilib. Turkustan.info xəbər verir ki, simpoziumun bədii hissəsində Azərbaycandan getmiş musiqi heyəti milli musiqi nümunələrini təqdim edib. Xanəndə Murad Kəngərli Türk dünyasında sevilən məşhur “Dombıra” mahnısını ifa edib. Onu, tarda Ramin Rzayev, kamançada Rauf Məsimov müşayiət edib. Azərbaycan musiqiçilərinin ifası tamaşaçılar […]

Sumqayıtda Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib – “Yaşa-yaşa Azərbaycan”

Sumqayıtın Tarixi Muzeyində 18 oktyabr Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr edilmiş “Yaşa-yaşa Azərbaycan” adlı tədbir keçirilib. Turkustan.info-ya verilən məlumata görə “Yardımlı” Xeyriyyə Cəmiyyətinin Sumqayıt şəhəri üzrə koordinatoru Hilal Əliyev, “Tərəqqi” medallı rabitəçi Mehman Ömərov, YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Vəzirxan Ənsərov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təlimatçısı Bayram Cəfərli, Qubadlı rayon […]

Sumqayıtda şəhid Əbdülməcid Axundova həsr olunmuş filmin təqdimatı keçirildi – FOTOLAR

Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə Sumqayıt Dövlət Dram Teatrında 2016-cı il Aprel döyüşlərində şəhid olmuş manqa komandiri Əbdülməcid Axundovun anadan olmasının 25 illiyi münasibətilə tədbir və xatirəsinə həsr olunmuş “Mən səninləyəm ana vətən” adlı filmin təqdimatı keçirilib. Turkustan.info-nun verdiyi xəbərə görə, əməkdar artist […]

Bir oğul doğuldu 85 il öncə…

Ədəbiyyatımızın Xan şairi  Məmməd Araz                                         Soruşdum birindən:-Şairəmmi mən?                                          Özüm ki, özümü öyə bilmərəm.                                          Cavabı asanca qopdu dilindən:                                          Hələ ölməmisən deyə bilmərəm…       Bir oğul doğuldu-85 il öncə. Ağlı […]

Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub

Mirzə Ələkbər Sabir Fondu ötən ildən  yalnız azərbaycan dilində fəaliyyət göstərən “Mirzə Ələkbər Sabir virtual muzeyi”ni ilk dəfə olaraq  ingilis və rus dillərində də işləyib hazırlayaraq geniş ictimaiyyətə təqdim edib.  Beynəlxalq Mətbuat Mərkəzində keçirilən və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən layihəyə həsr olunmuş bu tədbirdə […]

Aşıq Şəmşirin 125 illiyi təntənəli şəkildə qeyd edildi – FOTOLAR

“Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır. Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim Vətən torpağına bağlı olub, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və […]

Nüsrət Kəsəmənlinin nadir görüntüləri: “Mən istəmirəm xalqımız bu şərəfsizliyə vərdiş eləsin” – VİDEO

Azərbaycanın tanınmış şairi Nüsrət Kəsəmənlinin maraqlı görüntüləri yayılıb. Turkustan.info xəbər verir ki, görüntülər 1997-ci ildə şairin tələbə yoldaşının oğlunun toyunda lentə alınıb. Nüsrət Kəsəmənli dostunun oğlunu təbrik edəndən sonra Azərbaycan, Qarabağ haqqında fikirlərini deyir. Çıxışda ən çox yaddaqalan məqamlardan biri onun Azərbaycan xalqının Qarabağın işğalına göstərdiyi münasibətlə bağlı səsləndirdiyi fikirlərdir. N. […]

MEK-də Xalq şairi Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş sərgi açılıb

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycanın Xalq şairi, tərcüməçi, publisist, Dövlət mükafatı laureatı Məmməd Arazın 85 illik yubileyi ilə bağlı sərgi təşkil edib. Sərgidə şairin kitabxana fondlarında saxlanılan seçilmiş əsərləri – “Daş harayı”, “Atamın kitabı”, “Qayalara yazılan səs”, “Oxucuya məktub”, “Aylarım illərim”, “Həyatın və sözün rəngləri”, “Qanadlı qayalar”, “Dünya sənin, […]

Sumqayıtda aprel şəhidi anıldı: Yaşasaydı 25 yaşı olacaqdı… – FOTOLAR

Sumqayıt Regional Mədəniyyət idarəsinin təşəbbüsü, Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxannın təşkilatçılığı ilə Sumqayıt şəhər Poeziya evində Aprel şəhidi Əbdülməcid Axundovun anadan olmasının 25  illiyi münasibətilə tədbir keçirilib.  Turkustan.info-ya verilən məlumata görə, S.Vurğun adına Mərkəzi kitabxananın metodisti Natavan Axundzadənin aparıcılığı ilə keçın tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin […]

Sumqayıtda “Odla oynayanlar” – FOTO

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanın uşaq şöbəsi 14 saylı orta məktəbin şagirdləri ilə birgə Yanğınsöndürənlərin peşə bayramı ilə əlaqədar Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə idarəsinə “Odla oynayanlar” adlı ekskursiya təşkil edib.  Uşaq şöbəsinin müdiri Yeganə Hüseynovanın təşkil etdiyi ekskursiyada  Sumqayıt şəhər Dövlət Yanğından […]

Sumqayıtda xalq şairinə həsr olunmuş tədbir: “Azərbaycan – dünyam mənim” – FOTOLAR

Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında Sumqayıt Regional Mədəniyyət idarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsinin dəstəyi ilə Xalq şairi Məmməd Arazın 85 illik yubileyi ərəfəsində orta məktəb şagirdləri arasında şairin şeirlərinin ən yaxşı ifaçısını müəyyənləşdirmək üçün “Azərbaycan – dünyam mənim” adlı şeir müsabiqəsi keçirilib. Sumqayıt Regional Mədəniyyət idarəsinin […]

Sumqayıt Regional Mədəniyyət İdarəsində silsilə tədbirlər davam etdirilir

Azərbaycan müstəqillik əldə etdikdən sonra digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də dinamik inkişaf başladı. Ötən əsrin sonunda milli dövlətçiliyini bərpa edən Azərbaycanın müstəqillik yolunda qazandığı nailiyyətlərin, mədəniyyət sahəsində uğurlarımızın da təməli böyük ölçüdə 70-80-ci illərdə Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə qoyulmuşdur. Ulu Öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi […]

Azərbaycanlı yazıçının romanı Türkiyədə nəşr olunub

Roman özlərinə körpü üzərində vətən quran insanlardan, onların keçmişləri və ümidlərindən bəhs edir Beynəlxalq İnformasiya Agentliyinin redaktoru, yazıçı Natiq Məmmədlinin “Körpüdə ümid” romanı Türkiyədə işıq üzü görüb. “SahilKitap” Nəşriyyat Evi tərəfindən çap olunmuş kitabı türkcəyə çevirəni və redaktoru Qönçə Aydəmirdir. Natiq Məmmədlinin “Körpüdə ümid” romanı Roman Azərbaycan dilində 2015-ci ildə […]

Sumqayıt Poeziya evində tanınmış şair Vahid Əzizlə görüş keçirilmişdir

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Corat Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Sumqayıt Poeziya evində tanınmış şair Vahid Əzizlə görüş keçirildi.  AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbiri giriş sözü ilə açaraq Vahid Əzizin yaradıcılığı haqqında geniş məlumat verdi. Qələm adamlarından Əvəz Mahmud Lələdağ, Əşrəf Veysəlli, Ofelya Babayeva, Rafiq Yusifoğlu, […]

Şair Vahid Əziz sumqayıtlılarla görüşüb

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Corat Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Poeziya evində tanınmış şair Vahid Əzizlə görüş keçirilib. AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbir iştirakçılarını salamlayıb, Vahid Əzizin yaradıcılığı haqqında geniş məlumat verib. Qələm adamlarından Əvəz Mahmud Lələdağ, Əşrəf Veysəlli, Ofelya Babayeva, Rafiq Yusifoğlu, Zirəddin Qafarlı, Varis […]

Özündən sonrakı doğum günü… Xəyyam Mirzəzadə ilə tanışlığın maraqlı TARİXÇƏSİ

5 oktyabr tarixi görkəmli bəstəkar, xalq artisti Xəyyam Mirzəzadənin doğum günüdür. Düz 25 il ərzində həmin gündə səhər tezdən oyanıb, telefonla Xəyyam müəllimi birinci təbrik etməyə çalışırdım. Etiraf edim ki, bu gün onun həyatından bəhs edən ikinci məqaləmi yazıram, birincidə onu tanıdım, ikincidə itirdim… …Mən onu uşaqlığımdan tanıyırdım , varlığımdan […]

Mehman Şükürov mədəniyyət işçiləri ilə görüşdü – FOTOLAR

Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürov Suşa rayon mədəniyyət işçiləri ilə görüşüb. Xeberle.com-a verilən məlumata görə, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Şuşa rayon nümayəndəliyində baş tutan görüşdə Şuşa rayon mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib. Yeni tədris ilinin başlanması münasibətilə təşkil olunan görüşdə idarə rəisi çıxış edərək musiqi məktəblərinin kollektivlərini təbrik edib. […]

Şair Sücaətin heç yerdə çap olunmamış ŞEİRİ

Mərhum şair Sücaətin qardaşı – tanınımış jurnalist Hidayət Elvüsal anım günündə Sücaətin indiyədək heç yerdə çap olunmamış bir şeirini Facebook səhifəsində paylaşıb. Turkustan.info həmin şeiri təqdim edir: EY DOST Düşüb sorağına xoş gələcəyin Ac-susuz azadlıq gəzirik, ey dost. Yarımız vaylarda donub qalmışıq Yarımız toylarda süzürük, ey dost. Yurdumuz, yuvamız gedəndən bəri […]

Sumqayıtda Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib

Beynəlxalq Ahıllar Günü münasibətilə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxanın incəsənət şöbəsində “Ahılların qəlbinə heç kəs dəyməsin” adlı tədbir keçirilib. İncəsənət şöbəsinin müdiri Aidə Qələmdərova  tədbiri açaraq Ahıllar günü haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Sonra söz yaşlı nəslin nümayəndələrinə verilib. Onların söylədikləri əhvalatlar, şeirlər, folklor nümunələri maraqla dinlənilib.Tədbirdə  Tatarıstanın […]

Sumqayıtda “SÖZ –2018” poeziya bayramı

Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşəbbüsü və təşkilatçılığı ilə Poeziya evində  “Söz – 2018” Poeziya bayramı keçirilib.   AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin ideya müəllifi istedadlı şair Sabir Sarvanın olduğu bu bayramın şəhərdə hər il geniş şəkildə qeyd edildiyini vurğulayıb. Bu ənənənin davam etməsini sözün qüdrətinin tənətənəsi kimi dəyərləndirib. […]

İnanma, desələr sönübdü, Bəhmən…

Heçlikdən varlığa dönübdü Bəhmən.. Səmadan torpağa enibdi Bəhmən.. İnanma, desələr sönübdü, Bəhmən, Əbədi məşələm, yanıram, ayə… Bəhmən Vətənoğlunun Əli Qurban Dastançıya məktubundan.  Yusif Hüseyn Şair-tədqiqatçı, AYB üzvü “Qızıl Qələm” mükafatı laureatı BU GÜN HƏMİŞƏYAŞAR ŞAİR BƏHMƏN VƏTƏNOĞLUNUN ANIM GÜNÜDÜR 14 il bundan əvvəl 30 sentyabr 2004 cü il tarixdə dünyasını […]

Sumqayıtda silsilə tədbirlər keçirilib – FOTOLAR

Sumqayıtın Tarixi Muzeyi 14 saylı orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirib. Tədbiri giriş sözü ilə açan muzeyin ekskursiya aparıcısı Səidə Səfərova Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti haqqında danışıb. Daha sonra muzeyin kiçik elmi işçisi Zülfiyyə Fətəliyeva “Cümhuriyyətdən müstəqilliyə doğru…” mövzusunda çıxış edib. Tədbirdə muzey əməkdaşları tərəfindən […]

Sumqayıtda idarə rəisi müdirləri topladı: tapşırıqlar verdi – FOTOLAR

Sumqayıt Regional Mədəniyyət idarəsinin müşavirəsi keçirilib Qurumun Mətbuat xidmətindən  Turkustan.info-ya verilən məlumata görə, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutan müşavirəni Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov açaraq  yeni tədris ilinin başlanması münasibəti ilə musiqi məktəblərinin müəllimlərini təbrik edib, onlara yeni tədris ilində uğurlar arzulayıb, həmçinin, “Bögələrdən bölgələrə” festivalı […]

Sumqayıtda milli musiqi günü ilə bağlı tədbirlər keçirilib – FOTOLAR

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Milli musiqi günü münasibətilə silsilə tədbirlər keçirilib. Turkustan.info xəbər verir ki, Sumqayıt şəhər Q.Qarayev adına Uşaq Musiqi məktəbində keçirilən tədbirdə məktəbin fortepiano, violin, xalq çalğı alətləri şöbəsinin şagird və müəllimləri musiqi nümunələri ifa ediblər. Tədbirdə Ü.Hacıbəyli və onun davamçıları olan bəstəkarların da əsərləri səslənib. Ə.Bakıxanov adına […]

Dahi bəstəkarın əsərləri musiqi məktəbinin şagirdlərinin ifasında

Sumqayıt Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində 18 sentyabr – Milli Musiqi Günü ilə əlaqədar tədbir keçirilib. Turkustan.info xəbər verir ki, məktəbin direktoru Əməkdar müəllim İkram Manafov tədbir iştirakçılarını Milli Musiqi günü və yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. Tədbirdə dahi bəstəkar, […]

Hüseyn Cavid carçısı – Qəlbi Turan olan Azər Turan

Ədəbiyyat bir millətdəki əhval-ruhiyyənin ifadəsidir. Hüseyn Cavid   Yer üzünə milyardla insan gəlib-gedib və dünyanın  bu insan karvanı yenə öz gedişindədir. Hərəyə bir ömür bəxş edilib. Uzun, qısa və s. fərq həmin ömrü necə başa vurmaqdır. Həyatın mənası yaşanan illərin sayında deyil, onun necə yaşanmasındadır. Ömür var ki,  günü əsrə […]

“Cümhuriyyət muzeyi açmaq istəyirəm” – Dilqəm Əhməd (Müsahibə)

Mən onun yazılarını  həmişə maraqla oxuyuram. İmzasını ilk dəfə “Qoroskop” qəzetinin səhifələrindən tanımışam. Onun həm “Qoroskop” qəzetində, həm də digər  qəzet və saytlarda ardıcıl dərc olunan məqalələri mövzu rəngarəngliyi, dərin məntiq və aydın üslubu ilə seçilib, fərqlənib. Elə özü də yaşıdları içərisində dərin ağlı, yüksək mədəniyyəti, hərtərəfli dünyagörüşü  ilə fərqlənən […]

15 sentyabr Bakının azad olunmasına ithaf edirəm!

Türkün adı tarixlərdə qalandı! Tanrım, Türkəm, Cahana Türk gəlmişəm! Odlar Yurdun Türkə Vətən bilmişəm! Yağı-düşmən sanmasın ki, ölmüşəm! Dədəm-Qorqud, Manas tarix qalamdı, Türkün adı tarixlərdə qalandı! * Qibləm Laçın, səcdəgahım Şuşadı! Həsrətimiz, sevincimiz qoşadı! Türkü Türklük, Türk doğulmaq yaşadır! Türkdən başqa Türkün dostu yalandı, Türkün adı tarixlərdə qalandı! * Ta […]

“Azadlıqdakı ruhum” – Şəmil Sadiqin yeni kitabı

Bu günlərdə filologiya üzrə fəlsəfə doktoru, yazıçı, şair Şəmil Sadiqin “Azadlıqdakı ruhum” kitabı oxucuların ixtiyarına verilib. Kitabda ədibin son illərdə yazdığı şeirləri və fəlsəfi-didaktik düşüncələri yer alıb. Bu ədəbi nümunələrin hər birində ədibin milli vətənpərvərlik nəfəsi, insanlığa, vicdana səsləyiş, ülvi sevgi və təmənnasız hislərin tərənnümü duyulur. Həmin topludan bir neçə […]

“Azərkitab” Kitab Yayımı Mərkəzi Beynəlxalq müsabiqənin qalibi olmuşdur

Turkustan.info xəbər veürir ki, MDB dövlətlərinin kitabyayımı ilə məşğul olan müəssisələrin Beynəlxalq əməkdaşlığının gücləndirilməsi, kitabyayımı mədəniyyətinin yüksəldilməsi və MDB dövlətləri arasında mədəni dəyərlərin mübadiləsinin genişləndirilməsi məqsədi ilə hər il Beynəlxalq müsabiqə keçirilir. Müsabiqənin təsisçisi MDB-nin Dövri mətbuat, kitab nəşri, kitabyayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası şurasıdır. Müsabiqəni Müstəqil Dövlətlərin […]

“Şaman nəvəsi-Rüstəm Behrudi”

 Aynurə Əliyeva  F.Köçərli adına Respublika Uşaq Kitabxanasının metodisti                                      Mən qərib, kimsəsiz, didərgin ruham,                                      Göylərdə bilinməz qəbrim var mənim.                                                                        Ölsəm, tabutumu mələklər tutar,                                      Yasımı allahlar saxlayar mənim.      Dünya ədəbiyyatında elə qələm sahiblərinin yaradıcılığına rast gəlirik ki, onların əsərlərinin böyük hissəsi sırf milli məsələlərə, mənsub olduqları etnoun […]

“YouTube” kanalındakı “Kitabsevər uşaqlar” səhifəsində paylaşılan videoların baxış sayı bir milyonu ötüb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Mədəniyyət Nazirliyinin davamlı və uğurlu layihəsində fəal iştirak edir. Belə ki, “YouTube” kanalındakı “Kitabsevər uşaqlar” səhifəsinə izləyicilərin marağı gündən-günə artır. Layihənin fəal iştirakçıları arasında Bakı şəhəri Yasamal, Sabunçu, Binəqədi rayon, Şəki, Sumqayıt, Gəncə şəhər, Qax, Quba, Masallı, Zərdab, Ağdaş, […]

“Mən kərküklü ozanam, qanla şeir yazanam…”

“Şeir  –  mənim dəyişməz qədərimdir…”, yaxud Dəclədən bir qətrə “Türkdür atan damarım, Vətən – dövlətim, varım, Türküstandır diyarım, Kərküklüyəm, türkmənəm” Şəmsəddin Kuzəçi   “Türküstandır diyarım, kərküklüyəm, türkmənəm!..”       Bütün varlığı vətəniylə bütünləşən, sanki onunla bir vücud halına gələn –vətənləşən bir insan tanıyıram. Ona baxanda üzünün-gözünün ifadəsində sanki dərdli vətəninin  şəklini görürəm. […]

Fenomenal ədib – Qəzənfər Paşayev

(27 avqust  Qəzənfər Paşayevin doğum günüdür) Aynurə Əliyeva Köçərli adına Respublika Uşaq Kitabxanasının metodisti       Hər insan sirli-sehrli bir aləm, yazılmamış bir kitabdır. Yaradıcı insanın könül dünyası daha cazibədar, təlatümlü, coşğun üfüqləri isə daha geniş, əngin və əlçatmaz olur. Bu dünyanın öz Günəşi, Ayı, ulduzları, öz güllü-çiçəkli yazları, vaxtlı-vaxtsız saralıb […]

Ustad və cəsarətli sənətkar- Seyfəddin Dağlı

(27 avqust S.Dağlının doğum günüdür) Aynurə Əliyeva Köçərli adına Respublika Uşaq Kitabxanasının metodisti      Ömrünü, illərini, zəkasını vətəninə, xalqına həsr edən az sənət adamları tapılar ki, öz mövqeyinə axıra kimi sadiq qalsın. Özü, sözü, məsləki, əqidəsi yalnız qəlbinin diktəsi  ilə döyünsün. Yaşadıqlarını,  gördüklərini, səmimi duyğularının dili ilə kağıza köçürsün. Sevilib, […]

İlk Əbruzən, səmazən rənglər…

Yaxud  “öz həyatımızın əbruzəni olaq” Çoxdandır ki, haqqında yazmaq arzusunda olduğum bir insan var.-Mənim əbru sənəti müəllimim… Amma hər dəfə daha yaxşı, daha gözəl yazmaq arzusuyla onunla söhbətimi daha arxayın, rahat bir vaxta, daha sonraya – sakit, hüzurlu, problemlərdən uzaq, yalnız sənətlə nəfəs ala biləcəyim bir zamana saxlamağı düşündüm… Günlər, […]

Nuriyyə Hüseynova Macarıstanda Turan Qurultayında – Fotolar+Video

Macarıstanda hər iki ildən bir keçirilən Hun-Türk Turan Qurultayı bu il 08-13 avqust tarixlərində yenidən Macarıstanın Kiçik Kumaniya bölgəsinin Bugac şəhəri yaxınlığındakı “Kişkunşaq” milli parkında keçirilib. Turkustan.info xəbər verir ki, qurultayı təşkil edən Macar-Turan Fondunun başkanı Andraş Bironun dəvəti ilə Azərbaycan Respublikasının Əməkdar artisti, Türk dünyasının sevilən müğənnisi Nuriyyə Hüseynova […]

Söz xəzinədarı Əlisa Nicat – 82

Aynurə Əliyeva F.Köçərli adına Respublika Uşaq Kitabxanasının metodisti  Elə sənətkarlar olur ki, bir zaman büllur ayna kimi parlamış əsərləri zaman keçdikcə əvvəlki parlaqlığını itirir, zaman onların üstünü örtür. Lakin bəzi yazarlar da  vardır ki, illər, qərinələr, əsrlər keçsə belə həmişəyaşar olaraq qəlbimizə həkk olunur… Dahilər haqqında ürək sözü söyləmək həm […]

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Sumqayıt şəhəri oldu

Mədəniyyət Nazirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihəsi – “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı sona yaxınlaşmaqdadır. “100 illik tariximiz” devizi altında təşkil olunan festivala növbə ilə nazirliyin regional idarələri ev sahibliyi edir. Eyni zamanda, festivalın tədbirlərində nazirliyin 15 regional idarəsinin hər biri öz guşə-çadırı ilə təmsil olunur. Layihənin əsas […]

Etibar ürəyi, yaxud, deyilməyənlər…

Onun haqqında yazmaq  çətindir… Onu tam mənasında dərk etmək və dərk etdiklərini – böyüklüyünü, əzəmətini layiq olduğu kimi anlatmaq qədər çətin… Onu düşünmək, ürəyində onunla danışıb söhbət etmək  haqqında yazmaqdan  daha asandır…  Yazıya köçürülən duyğu və düşüncələri təkrar oxuyarkən sözlərinin gücsüzlüyünə, çarəsizliyinə, qələminin  zəifliyinə üzülürsən…  Bu, xatirə yazısıdırmı?- Xeyr! Təəssüflər […]

Sumqayıtda AXC-nin 100 illiyi münasibətilə festival keçiriləcək

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürovun rəhbərliyi ilə müşavirə keçirilib. Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçiriləcək “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının Sumqayıt şəhərində təşkilinə həsr olunmiuş müşavirədə idarə rəisi Mehman Şükürov çıxış edib. O, 4 avqust tarixində gerçəkləşəcək festivalın təşkilati işləri […]

Emin Ağalarov: “Jara-2019” daha maraqlı və rəngarəng olacaq”

İyulun 31-də Mədəniyyət Nazirliyində tanınmış bəstəkar və müğənni, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri Emin Ağalarova Azərbaycanın Xalq Artisti fəxri adının vəsiqəsi və döş nişanı təqdim olunub. Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Emin Ağalarovun Xalq […]

Məşhur “Turan” qrupu “Çölçü Obasında”-da qonaq oldu – VİDEO

Serik Nurmoldayev, Abzal Arıkbayev, Ərjiqit Əliyev, Bauırjan Bekmuxanbetov, Maksat Medubek . Bu 5 Qazaxıstanlı gəncin adını yəqinki çoxları bilmir. Amma artıq bütün dünyada tanınan “Turan” ansamblının adını yəqin ki eşitməyən yoxdu. Turkustan.info xəbər verir ki, etnik adətlərimizin, folklorumuzun, ümumilikdə isə soykökümüzlə gələnəksəllərin dirçəldilməsində daim maraqlı olan “Çöldə Yaşam Öyüdləri” verilişinin […]

Sumqayıtda Əşrəf Veysəllinin 80 illik yubileyi keçirilib

Sumqayıtın Poeziya Evində Sumqayıt şəhər İcra Hakimiyyətinin və Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Əli Kərim adına Poeziya Klubunun təşkilatçılığı ilə əməkdar məsəniyyət işçisi, şair-publisist Əşrəf Veysəllinin 80 illik yubileyi və yeni nəşr olunmuş “Qəbuluna yazılmışam Allahın” adlı kitabının təqdimatı ilə bağlı tədbir keçirilib. Turkustan.info-nun verdiyi xəbərə görə, tədbiri giriş sözü […]

Gülnarə Cəmaləddinin KÖNÜLLƏRƏ HAKİM sözü

Söz də sərvətdir. Dəyərini bütün zamanlarda qoruyub saxlayan, nəsilbənəsil zəngiləşdirən, çəkisini və sambalını qat-qat artıran sərvət. Üzü klassiklərdən ta müasir dövrümüzədək söz qazandığı hörməti, qədir qiymətini saxaya bilib. Təbii ki, sevilən, şüurlara hakim kəsilən söz. Yaddaşlara ömürlük həkk olan, gecəli-gündüzlü səni arxasınca dartıb aparan söz. İllah da bu söz insanın […]

Sumqayıt bulvarında konsert keçirilib

Sumqayıt bulvarında konsert keçirilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə əhalinin asudə vaxtının təşkili məqsədilə Sumqayıt bulvarında konsert proqramları davam edir. Belə ki, Sumqayıt şəhər “Dostluq” mədəniyyət evi bulvarın konsert meydançasında uşaq və yeniyetmə gənclərdən ibarət “Start” estrada kollektivinin konsertini təşkil edib. Konsertdə Azərbaycan və dünya estardasının musiqiləri ifa olunub. […]