Kateqoriya: Manşet

Erdoğan və Bahçelidən Elçibəy qərarı – Yubileyinə elə bir hədiyyə etdilər ki… – FOTO

Xəbər verdiyimiz kimi iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.  Turkustan.info-nun xəbərinə görə 24 iyun tarixinin növbədənkənar seçki günü kimi qəbul edilməsi ətrafında maraqlı yozumlar səsləndirilir. Belə ki, əvvəlcə seçkinin 26 avqustda keçirilməsi nəzərdə tutulurdu.  Ancaq prezident Rəcəb Tayyib Erdoğanla MHP lideri Devlet Bahçelinin görüşündən sonra erkən seçkinin […]

Dövlət Bağçalıdan önəmli qərar: Növbədənkənar seçkilərdə namizədini açıqladı

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı növbədənkənar prezident seçkilərində dəstəkləyəcəyi namizədin kimliyini açıqlayıb. Turkustan.info xəbər verir ki, MHP lideri “Twitter” səhifəsində hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyəcəyini bu cür bəyan edib: “Bizim namizəd hörmətli Rəcəb Tayyib Ərdoğandır”. İyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.   /Publika.az/

İlham Əliyev Konstitusiyaya və Qurana and içdi

11 aprel tarixli prezident seçkilərinin qalibi İlham Əliyevin andiçmə mərasimi keçirilib. Turkustan.info-nun məlumatına  görə, tədbir Milli Məclisdə təşkil olunub. Mərasimdə Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak edirlər. Andiçmə bitəndən sonra Nazirlər Kabineti istefaya gedəcək. Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan Prezidentinin ştandartını […]

İlham Əliyev sabah Milli Məclisdə and içəcək

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bu gün aprelin 11-də keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı iclas keçirib. İclasda 11 aprel tarixli seçkilərin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılıb. Məhkəmə baxışı başa çatandan sonra Konstitusiya Məhkəməsi qərar qəbul edib. Konstitusiya Məhkəməsində […]

“Bu haqsızlığa səssiz qala bilməzdim” – Azay Quliyevdən ATƏT PA-nın Büro iclasında etiraz dolu çıxış

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT PA-nın Büro iclasında aprelin 11-də Azərbaycanda keçirilmiş Prezident seçkilərində ATƏT/DTİHB-nin müşahidə missiyasının fəaliyyətinə dair çıxış edib.  Turkustan.info xəbər verir ki, Azay Quliyev Büro üzvlərinin nəzərinə çatdırıb ki, Azərbaycanda prezident seçkiləri uğurla təşkil edilmiş və burada iştirak edən 8 namizədin hər birinə […]

Beynəlxalq Türk Akademiyasından İlham Əliyevə təbrik məktubu

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Azərbaycan xalqının Sizə yüksək etimad göstərməsi bir daha sübut edir ki, zəngin təcrübəniz, yorulmaz fəaliyyətiniz və müdrik siyasətinizlə dövlətçiliyin möhkəmlənməsi, […]

Müşahidənin ATƏT örnəyi, yaxud demokratiya və insan haqlarının qərəz təsisatı

Əflatun Amaşov Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Ondan başlamaq istəməzdim ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda daha əvvəl keçirilmiş seçkilərlə bağlı rəyləri indikindən fərqlənmirdi. Az qala eyni preambula, eyni davamlılıq, eyni ton, eyni ittihamlar. Yalnız bir-iki cümlənin fərqli quruluşu. Bəs indi fərqlilik nədədir? Azərbaycan fərqlidir. […]

Prezident Ramiz Mehdiyevi qəbul etdi – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edib, onu Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edib.  Azərtac xəbər verir ki, Ramiz Mehdiyev bu təltifə və onun fəaliyyətinə verdiyi yüksək qiymətə […]

“Eldar Həsənova bu anlamlı işinə görə böyük təşəkkür düşür” – Millət vəkili Fazil Mustafa

“Böyük Hüseyn Cavidin büstünü Monteneqronun paytaxtında gözəl bir parkda ziyarət etmək insanda istər-istəməz ayrı bir duyğu yaradır.   Serbiya, Bosniya və Monteneqrodaki səfirimiz hörmətli Eldar Həsənova bu anlamlı işinə görə böyük təşəkkür düşür. Hələ Bosniyada Serebrenitsa soyqırımı abidəsi ilə yanaşı Xocalı soyqırımı abidəsinin ucaldılması da Eldar müəllimin gördüyü ən əhəmiyyəli işlərdən biridir. Azərbaycanı […]

Əli Həsənov: Əvvəlcədən hazırlanmış qərəzli rəy Azərbaycan üçün ciddi əhəmiyyət kəsb etmir – VİDEO

Bu prezident seçkiləri demokratikliyi və təkmilliyi baxımından indiyədək ölkədə keçirilmiş ən yaxşı seçkidir. Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xəzər Televiziyasına müsahibəsində belə deyib. Dövlət rəsmisi bildirib ki, müşahidəçi rəylərinin mütləq əksəriyyəti reallığı əks etdirir. Yalnız bir təşkilatın qərəzi rəyi heç nəyi dəyişmir. Əli Həsənov deyib ki, Azərbaycandakı […]

Avropadan Prezidentə yüksək səviyyəli TƏBRİK məktubu: “Əziz İlham…”

Avropa İttifaqı Şurasının prezidenti İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib. Turkustan.info APA-ya istinadla xəbər verir ki, təbrik məktubunda deyilir: “Hörmətli Prezident, əziz İlham. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm. Ümidvaram ki, yeni prezidentliyiniz müddətində ortaq fundamental dəyərlərə və prinsiplərə, eləcə də […]

ATƏT PA vitse-prezidentindən qurumun müşahidə missiyasına KƏSKİN ETİRAZ -Mətn

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Guliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) seçkiləri müşahidə missiyasının 11 aprel seçkilərinin nəticələri ilə bağlı yayımladığı hesabata konkret faktlara istinad edərək kəskin etirazını bildirib: “Biz dəfələrlə beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in ölkəmizə qarşı haqsız və ədalətsiz münasibətinin şahidi olmuşuq. Azərbaycan ictimaiyyəti 26 […]

“Pierre Cardin” Mebel indi ən prestijli ünvanda – Video + Foto

Dünyaca məşhur “Pierre Cardin” mebel şəbəkəsinin Bakıdakı salonu yeni ünvana daşınıb. Mağazanın yeni ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 25d-dir. Bu ünvan həm daha çox məhsulun təqdim olunmasına, həm də müştərilərin rahatlığına hesablanıb. Mağazadan bildiriblər ki, yeni məkan üç qatdan ibarətdir: “Bu da bizə daha çox məhsulu sərgiləməyə, müştərilərin rahat seçim edə […]

Ramiz Mehdiyev: “Belə halları çox pis qiymətləndirirəm” – AÇIQLAMA

“Azərbaycan son 15 ildə sürətlə inkişaf edib, böyük nailiyyətlər əldə edib”. Turkustan.info-nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib.  PA rəhbərinin sözlərinə görə, Azərbaycan beynəlxalq səviyyədə tanınıb: “Azərbaycanda iqtisadiyyat və sosial sahədə bir çox problemlər həllini tapıb. Ona görə də seçicilərin seçkilərdə yüksək səviyyədə iştirakı təbiidir”. R.Mehdiyev, həmçinin xaricdən Azərbaycana […]

İlham Əliyev xalqa müraciət etdi – SON DƏQİQƏ

“Daha güclü Azərbaycan quracağıq”. Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciət edib. Turkustan.info xəbər verir ki,  dövlət başçısı prezident seçkilərində Azərbaycan xalqının sabitliyə, təhlükəsizliyə, inkişafa səs verdiyini bildirib. Prezident İlham Əliyev bildirib ki, ordumuz aprel döyüşlərində torpaqlarımızın bir hissəsi işğaldan azad edilib: “Həmin torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. O torpaqlarda prezident […]

İlham Əliyevə ilk zəng Ərdoğandan

Aprelin 11-də Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanAzərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. APA-nun məlumatına görə, Türkiyə prezidenti İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb. Azərbaycan prezidenti  göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanölkələrimiz arasında dostluq […]

Heydər Əliyevin atasına maraqlı təbriki – Foto

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev “ekzit-poll” nəticələrinin elan olunmasından dərhal sonra sosial şəbəkədə paylaşım edərək, atasını təbrik edib. Turkustan.info xəbər verir ki,  Heydər Əliyev atası ilə birgə fotosunu paylaşaraq yazıb: “Sevimli prezidentimizi və əziz atamı ürəkdən təbrik edirəm. Qoy günəş daim Azərbaycanın və dünyanın üzərinə parlasın”. Qeyd edək ki, yerli […]

MSK prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb: İlham Əliyev 86,09 faiz səs toplayıb

Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. Turkustan.info-nun məlumatına görə, MSK sədri bildirib ki, seçkinin ilkin nəticələri aşağıdakı kimidir: İlham Əliyev – 86,09 faiz Qüdrət Həsənquliyev – 3,4  faiz Sərdar Cəlaloğlu – 2,97  faiz Zahid Oruc – 3, 07 faiz Hafiz Hacıyev – 1,51  faiz Araz Əlizadə […]

Qüdrət Həsənquliyevdən ilk reaksiya VƏ…

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev prezident seçkilərinin ilkin nəticələrinə münasibətini açıqlayıb. Turkustan.info xəbər verir ki, BAXCP sədrinin açıqlamasında deyilir: “Prezident seçkiləri ilə bağlı keçirilən “exit-poll”arın nəticələrindən və Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrdən bəlli olur ki, İlham Əliyev növbədənkənar prezident seçkilərində qalib gəlib. İlham Əliyevi təbrik edirəm, […]

Azərbaycan Xalq Cumhuriyyəti dövründə dövlət-din münasibətləri

Azərbaycan dövlətçiliyi tarixinə ilk respublika kimi düşmüş Azərbaycan Xalq Cumhuriyyəti qısa müddətli fəaliyyəti (28.05.1918- 27.04.1920-ci illər) dövründə Milli İstiqlal Bəyannaməsi ilə dövlət müstəqilliyini elan etmiş və onun dünyanın aparıcı dövlətləri tərəfindən tanınmasına  nail olmuşdur. Bununla da xalqın milli mənlik şüurunu özünə qaytarmış,  Şərqdə, Türk dünyası və İslam aləmində ilk demokratik, […]

“Xalq onun mənafeyini qoruyan namizədi – İlham Əliyevi seçəcək” – Elməddin Behbud yazır…

Elməddin Behbud İnternetin yaranması, sosial şəbəkələrin meydana gəlməsi insanların ünsiyyət imkanını önəmli ölçüdə artırdığı, bütün həyat sahələrinə ciddi təsir etdiyi kimi, ictimai-siyasi platformanı da xeyli dərəcədə yeni ünvana daşımış oldu. Bəli, artıq sosial şəbəkələr aid olduğu sahədən asılı olmayaraq hər bir qurum və şəxs üçün yeni, effektiv ictimai meydan rolu […]

“Bu iftiralar hakimiyyəti və şəxsən məni ləkələmək məqsədlidir” – Əli Həsənovdan ETİRAZ

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sosial şəbəkələrdə milli mənəvi-əxlaqi dəyərlərə zidd kampaniyanın həyata keçirilməsində Azərbaycan hakimiyyətinin və özünün adının hallandırılmasına münasibət bildirib. APA-nın məlumatına görə, Ə. Həsənov deyib ki, son günlər virtual şəbəkədə milli mənəvi-əxlaqi  dəyərlərə zidd,  söyüş və təhqir dolu şərhlər, çıxışların təşkili ilə bağlı Azərbaycan hakimiyyətinin və […]

“Aprel zəfəri böyük qələbənin başlanğıcıdır” – FOTOLAR

Aprel döyüşlərinin ikinci ildönümü ilə bağlı tədbir keçirilib  Azərbaycan Beynəlxalq Dostluq Mərkəzinin təşkilatçılığı ilə “Aprel zəfəri – Böyük qələbəyə gedən yol” adlı tədbir keçirilib.  Aprel döyüşlərinin ikinci ildönümünə həsr olunmuş tədbirdə bu döyüşlərin iştirakçısı olmuş qazilər, ehtiyatda olan zabitlər, QHT təmsilçiləri iştirak edib. Tədbirdə çıxış edən Azərbaycan Beynəlxalq Dostluq Mərkəzinin sədri […]

Birinci demokratik respublikanın əsasını qoyanlar bugünkü Azərbaycanı görə bilsəydilər, onlar bizim ölkəmizlə fəxr edərdilər – Prezidentlə MÜSAHİBƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibə verib.Turkustan.info  AZƏRTAC-a istinadən həmin müsahibəni təqdim edir. -Cənab Prezident, İlham Heydər oğlu, Sizinlə görüşmək imkanına görə çox sağ olun. Biz Sizinlə Azərbaycanda prezident seçkilərinə bir neçə gün qalmış görüşürük. Bu beş ilə yaxın müddət çox […]

Prezidentdən məmur özbaşınalığı ilə bağlı XƏBƏRDARLIQ

“Mən regionlarda çox tez-tez oluram. İlk vaxtlar yerli rəhbərlər fikirləşirdilər ki, Prezident gəldi, tapşırıqlar verdi, bir də haçan buraya gələcək. Mən isə yarım ildən sonra bir də, daha yarım ildən sonra bir də gedirdim”. Turkustan.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini […]

“Ən çox Mehribanın hazırladığı yeməkləri sevirəm” – Prezident Əliyev

Prezident İlham Əliyev “Rusiyanın qəzeti”nə müsahibə verib. Müsahibəsində milli mətbəximizdən danışan ölkə başçısı yeməklərimizin çox dadlı, lakin həm də təhlükəli olduğunu deyib: “Hər xalqın mətbəxi onun mədəniyyətinin göstəricisidir. Azərbaycan mətbəxi də həmçinin çoxçeşidlidir, çox dadlıdır, lakin təhlükəlidir”. İ. Əliyev “təhlükə nədədir” sualına belə cavab verib: “Çəkiyə nəzarət baxımından. Buna görə […]

Azay Quliyev ABŞ və Fransanı sərt dillə qınadı – FOTOLAR

Azay Quliyev ABŞ və Fransa rəsmilərini separatçı rejimlə qanunsuz əlaqələrə görə qınadı: Helsinki aktının kobud şəkildə pozulmasıdır.  ATƏT PA-nın vitse-prezidenti Fransa və ABŞ rəsmilərinin Dağlıq Qarabağ separatçıları ilə qanunsuz əlaqələrini və onların səfərlərinin təşkil etmələrini Helsinki aktının kobud şəkildə pozulması və vasitəçiliyik missiyası ilə bir araya sığmayan pozuntu kimi qiymətləndirib. […]

“Azərbaycan jurnalistləri bu məsələlərdə vətəndaş təəssübkeşliyi nümayiş etdirirlər” – Vüqar Səfərli ilə MÜSAHİBƏ

 Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasının 9-cu ildönümü tamam olur. Turkustan.info xəbər verir ki, Fondun icraçı direktoru Vüqar Səfərli bununla əlaqədar AZƏRTAC-ın suallarını cavablandırıb. – Vüqar müəllim, aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasının 9-cu ildönümü tamam olur. Fondun […]

“The Washington Times”-da Kəlbəcərin işğalı ilə bağlı məqalə dərc edilib

Nüfüzlu “The Washington Times” qəzetində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun Kəlbəcərrayonunun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinin 25 illiyinə həsr olunmuş “Atamın dağları” (“My Father’s mountains”) adlı məqaləsi çap edilib. Azərbaycanın Vaşinqtondakı səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə qeyd olunur ki, Ermənistan və Azərbaycan arasında Minsk qrupunun vasitəçilik fəaliyyəti ilə davam edən […]

Jirinoviski: “Ne mutlu Türküm diyene” – ŞOK VİDEO MÜSAHİBƏ

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Türkiyənin A-Haber televiziyasına müsahibə verib. Turkustan.info xəbər verir ki,  Jirinovski Orta Şərqdə baş verənlər, Türkiyə-Rusiya münasibətləri haqqında fikirlərini bölüşüb.  Jirinovski müsahibənin sonunda türk dilində Türkiyə ilə bağlı xoş fikirlər səsləndirib: “Mən Türkiyənin dostuyam. Nə mutlu türkəm deyənə. Sevəməz kimsə səni mənim sevdiyim qədər, […]

Ərdoğan qulağına pıçıldadı, Putin vəziyyətdən çıxdı… VİDEO

Hazırda Türkiyədə səfərdə olan Rusiya prezidenti Vladimir Putin əsgərlərlə salamlaşma zamanı çətinliklə qarşılaşıb. Turkustan.info xəbər verir ki, əsgərlərin salamlanması zamanı Putin türkcə salamlaşmanı unudub. Bu zaman Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri Putinin qulağına pıçıldayıb. Bundan sonra Vladimir Putin türkcə “Merhaba asker” deyərək vəziyyətdən çıxıb.

Ərdoğan Zakir Həsənovu iqamətgahında qəbul etdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Azərbaycan müdafiə naziri general Zakir Həsənovu qəbul edib. Turkustan.info xəbər verir ki, Prezident İqamətgahında keçirilən görüşdə iki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə Türkiyənin müdafiə naziri Nurettin Canikli iştirak edib. 

Bakının tam mərkəzində 3800 m² həyət harada var? – VİDEO + FOTO

“Pilot Residence”dən son 34 premium mənzil. Paytaxtın tam mərkəzində, Bakının ən prestijli yerində premium mənzilə sahib olmaq istəyənlər üçün “Pilot Residence” ideal seçim imkanı təklif edir. İçərişəhərə iki addımlıq yolda premium mənzilə sahib olmaq istəyirsinizsə, tələsin. Kompleksdə cəmi 34 mənzil qalıb və Bakının bu ərazisində yaxın 50 ildə bir daha tikinti […]

Prezidentdən Mədət Quliyevlə bağlı – SƏRƏNCAM

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Mədət Qəzənfər oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.   İlham Əliyev   Azərbaycan Respublikasının Prezidenti   Bakı şəhəri, 26 mart […]

Mədət Quliyev bu gün DTX binasından belə çıxdı – FOTOLAR

Martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 ili tamam olur. Ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il 28 mart Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, peşə bayramı ərəfəsində DTX nəzdindəki […]

Bu ssenarinin reallaşmaması üçün Əli Həsənov deyil, biz çağırış etməliyik

Anar Yusifoğlu Ölkə gündəmini məşğul edən məsələlərdən biri də xaricdə məskunlaşan və Azərbaycan hakimiyyətində təmsil olunanlara qarşı olmazın ifadələr işlədib, sosial şəbəkələrdə “meydan sulayan” şəxslərin ritorikası, onların ölkə siyasətinə gətirməyə cəhd etdiyi naqislikdir. Xüsusilə bu mövzu Azərbaycan Prezidentinin köməkçisi, PA-nın şöbə müdiri Əli Həsənovun Feysbuk səhifəsində reaksiyası və çağırışından sonra […]

Belələrinə nəyisə başa salmaq üçün gərək onlardan betər olasan…

Faiq Hüsiyev Fikrimcə ən böyük ədalətsizlik insanın özünə qarşı ikili standartlar tətbiq etməsindən sonra başlayır. Olduğu kimi görünmək və göründüyü kimi olmaq əslində müasir mühitimizin ən böyük qəbahəti sayılır. Dahilərdən biri deyib ki, insanların tarixdən çıxardığı ən böyük nəticə odur ki, insanlar tarixdən heç bir nəticə çıxarmırlar. Gözümüzün önündə nələr […]

30 yaşlı Mədət Quliyev FOTOLARDA

Hər zaman səmimi görünən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev bu şəkillərdə 30 yaşlı bir gəncdir. Turkustan.info Vetenim.info saytına istinadla xəbər verir ki, Şəkilləri İlk azərbaycanlı dünya çempionu Aydın İbrahimov özünün Fecebook-una yerləşdirib. Bununla yanaşı Aydın müəllim facebookunda  keçmiş xatirələri ilə əlaqəli başqa şəkillərin də paylaşıb. Göründüyü kimi Mədət Quliyev […]

Əli Həsənov Facebookda status yazdı: “Bütün məsuliyyətimlə bəyan edirəm ki…” – MƏTN

Xarici ölkələrdə anti-Azərbaycan kampaniyası aparan bir qrup şəxs haqqında ikinci status… Əli Həsənov – Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri  Azərbaycan jurnalistlərinin Vll qurultayındakı çıxışımda və facebook vasitəsilə bir həftə əvvəl paylaşdığım statusda xarici ölkələrdə məskunlaşmış bəzi soydaşlarımızı milli-mənəvi dəyərlərimizə, dövlət simvollarımıza hörmətlə yanaşmağa, yaşadıqları ölkələrin […]

Mirşahinin ilk müsahibi Cavid Qurbanov oldu: “Məsələ bir az göründüyü kimi deyil…” – VİDEO

“3 il bundan əvvəl Bakı-Tiflis-Qars dəmir yolu ilə sərnişinlərin daşınması üçün vaqonlar sifariş edilmişdi. Lakin bəzi adamların səhlənkarlığından müqavilə axıra qədər davam etdirilmədi”. Bunu Real TV-yə eksklüziv müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. O, müsahibə zamanı bir sıra mühüm məsələlərə toxunaraq sensasion açıqlamalar verib. Cavid Qurbanov Bakı-Tiflis-Qars […]

Son dəqiqə: Türk Ordusu Afrinin mərkəzini fəth etdi – FOTO+VİDEO

Zeytun Budağı Hərəkatının 58-ci günündə Afrin rayon mərkəzinə soxuldu. Afrine girən ÖSO qoşunları rayon mərkəzində nəzarəti əlinə aldı. Turkustan.info xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin apardığı Zeytun Budağı Hərəkatı çərçivəsində Azad Suriya Ordusu qüvvələri şəhərin cənub-şərqindən girməyə başladı. ASO qüvvələri, bu gün səhər  saatlarında PKK/YPG-li terrorçulardan təmizlənməsi məqsədi ilə Afrinə şəhərin […]

“İnsan da xəstə haqqında yazarmı, Allah səni öldürsün?” – İsgəndər Həmidov

Xəbər verildiyi kimi, keçmiş Müsavat başqanı, Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər səhhətində yaranmış problemlərlə əlaqədar Ankarada müalicə aldıqdan sonra evə buraxılıb. Milli azadlıq hərəkatnın liderlərindən biri olan sabiq parlament sədrinin ürək xəstəliyi ilə bağlı bundan sonra bir daha siyasətlə məşğul olmayacağı haqda söz-söhbət yayılıb. Bununla bağlı İsa Qəmbərin hərəkat […]

Prezidentdən Vasif Talıbovun oğlu ilə bağlı – SƏRƏNCAM

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Moderator.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətirəisinin birinci müavini Vəli Nağı oğlu Nağıyevə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib. Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşlarına isə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali […]

“Cümhuriyyətin qurucuları Azərbaycanı görsələr, fəxr edərdilər” – İlham Əliyev

“Bu forum artıq 6-cı dəfədir ki, keçirilir, nüfuzlu beynəlxalq platformaya çevrilib. Əminəm ki, Forumda beynəlxalq gündəliyin ən aktual məsələləri müzakirə edəcəyik, sabitliyi təmin etmək üçün təşəbbüslər irəli sürəcəyik”. Bunu Azərbaycan prezidenti İlham Əliyev “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib. Bakıda keçirilən beynəlxalq tədbirlərdən, Avropa və İslam Həmrəyliyi oyunlarından söz […]

Anadolu Agentliyinin və TRT-nin rəhbərləri Əli Həsənovla görüşüblər

Türkiyənin Anadolu Agentliyinin və TRT televiziya kanalının rəhbərləri Azərbaycanda bir sıra görüşlər keçirir. Turkustan.info xəbər verir ki, martın 14-də bu görüşlər çərçivəsində ilk olaraq agentliyin və televiziyanın rəhbərləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovla görüşüblər. Görüşdə ölkələrimiz arasında informasiya və təbliğat sahələrində birgə fəaliyyətin geniş […]

Türkiyənin baş naziri: “Kim nə deyir desin, Nizami Gəncəvi türkdür”

“Hər kim nə deyir desin, Nizami Gəncəvi Azərbaycan türküdür”. Turkustan.info xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Milli Məclisdə parlament sədri Oqtay Əsədovla keçirdiyi görüş zamanı deyib. “Nizami Gəncəvi 13-cü əsrdə yaşamış dahi şəxsiyyətdir, Azərbaycan türküdür. Hər nə qədər bəziləri ona sahib çıxmaq istəsə də, gerçək budur ki, […]

Səfər Əbiyev Murad Adjidən yazdı: “Türklüyün yorulmaz yolçusu kimi görürdük”

Sabiq müdafiə naziri Səfər Əbiyevin dünya şöhrətli alim, tarixçi Murad Adjinin vəfatı ilə bağlı Xural.com-a daxil olmuş xatirə yazısını təqdim edirik. “Murad Adjini itirdik. Bəli, yaranan bir gün gedəcək. Həyatın fəlsəfəsi, Allahın işi belədir. Ancaq sevimli dostumuzun və bizə görə yeri həmişə görünəcək böyük bir insanın ölümünü belə tez gözləmirdik. […]

DTX əməliyyatı — 2 terrorçu məhv edildi

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam edən əməliyyat tədbirləri zamanı beynəlxalq terror təşkilatının tabeçiliyində Məmmədov Sabir Ərulla oğlu və digərlərindən ibarət “Xaçmaz camaatı” adı altında yaradılmış dini ekstremist cinayətkar birlik tərəfindən paralel terror-təxribat əməllərinə hazırlıq hərəkətləri müəyyən edilmişdir. Turkustan.info bildirir ki, bu barədə “Ölkə.Az”a Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat […]

Türk dünyasında “Od çərşənbəsi”, Od kultu

Ərəstü Həbibbəyli Novruz bayramında od çərşənbəsinin xüsusi yeri vardır. Lakin təəssüf ki, hələ də od bayramını zərdüştlüklə əlaqələndirənlər vardır. İlk növbədə qeyd etməliyik ki, Novruzun yaz bayramı olması və milli-etnik kimliyin formalaşmasından əvvəl ortaya çıxması bu iddianı özü-özlüyündə inkar edir.  İkincisi, sivilizasiyalar arası münasibətlər prizmasından baxdıqda da bu iddia özünü […]

Ərdoğan müsəlmanları Qarabağı azad etməyə çağırdı – BİRLİKDƏ HƏLL EDƏK

Turkustan.info “Sabah” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabadda keçirilən 13-cü sammitində çıxışı zamanı deyib. Türkiyə prezidenti çıxışında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı məsələsinə toxunub.  “Dağlıq Qarabağ münaqişəsini gözardı edə bilmərik. 20 ildən artıq davam edən danışqların heç bir nəticəsi yoxdur. […]

Sevil Əliyeva Heydər Əliyevlə FOTOSUNU paylaşdı, bu sözləri yazı

Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin qızı, İngiltərədə yaşayan Sevil xanım Əliyeva atası ilə bağlı növbəti maraqlı fotoşəkili paylaşıb. Turkustan.info xəbər verir ki, Sevil Əliyeva İnstagram səhifəsində Heydər Əliyevlə çəkilmiş fotoşəklinə bu sözləri yazıb: “Axşamınız xeyir. Atam ABŞ-a gedərkən. O, hər dəfə Londonda dayanardı.”  

Ermənistanın başına yeni prezident gətirdilər – SON DƏQİQƏ

Ermənistan parlamentində bu gün prezident seçkiləri ilə bağlı səsvermə keçirilib. Yeganə namizəd – Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan hakim Ermənistan Respublikası Partiyası tərəfindən, indiki dövlət başçısı Serj Sarkisyanın təklifi ilə irəli sürülüb.  Səsvermədə 101 deputat iştirak edib. A.Sarkisyanın namizədliyini 90 deputat dəstəkləyib, 10-u əleyhinə səs verib. Beləliklə də, Armen […]

Nazarbayevdən TARİXİ ADDIM – Rəsmi rus dilini qadağan etdi

Qazaxıstanda dövlət başçısı Nursultan Nazarbayevin xüsusi sərəncamı ilə sabahdan etibarən Nazirlər Kabinetinin iclaslarında rus dilindən istifadə qadağan olunur. Turkustan.info xəbər verir ki, iclaslar yalnız qazax dilində keçiriləcək, ehtiyacı olanlar üçün sinxron tərcümə təmin ediləcək. Prezident Nursultan Nazarbayev Qazaxıstanda latın qrafikasının tam tətbizi məsələsinə toxunub. O eyni zamanda qazax dilinin dövlət […]

“Afrin əməliyyatı Türkiyənin haqqıdır” – Azərbaycan dövlətinin mövqeyi açıqlandı

“Dünyada haqq-ədalət olacaqsa, Xocalı soyqırımını edənlər də cəzalarını almalıdır. Bu  cinayəti onlar törətdilər. Ona görə də insanlıq əleyhinə olan bu cinayətə qiymət verilməlidir”. Turkustan.info xəbər verir ki, bunu prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov  Xocalı soyqırımının 26- cı ildönümü ilə bağlı Türkiyənin Anadolu agentliyinə verdiyi müsahibəsində deyib.  O qeyd […]

Türkiyə Afrinə kürd diviziyasını göndərir – Terrorçuları şok edən TAKTİKA

Azad Suriya Ordusu (ÖSO) komponentlərindən Həmzə Diviziyası tərəfindən yaradılan Kürd Şahinləri Briqadası Zeytun Budağı Hərəkatında YPG/PKK-DEAŞA qarşı döyüşmək üçün hazırlıqlarını tamamlayıb. Kürd Şahinləri Briqada, terror təşkilatı YPG/PKK-DEAŞA qarşı döyüşmək üçün Afrine girir. Turkustan.info Milliyet.com.tr-yə istinadla xəbər verir ki, afrinlilərdən ibarət briqada 400 kürd döyüşçüsü xüsusi təlimdən keçiblər. Kürd Şahinləri Briqadasının […]

“Türkiyəyə qarşı ədalətsiz mövqe tutanlar Xocalıya baxsınlar” – Əli Həsənov İstanbuldan dünyaya səsləndi

Açılış mərasimində böyük izdiham yaşanıb İstanbul, 25 fevral, AZƏRTAC Fevralın 25-də İstanbul şəhərinin Bağcılar rayonu ərazisində böyük ərazini əhatə edən Azərbaycan Dostluq Parkının və burada ucaldılmış Xocalı soyqırımı abidəsinin açılışı olub. AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, […]

“Qardaşımızın yanındayıq!” – Azay Quliyevdən Türkiyəyə Afrin mesajı

ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Tvitter səhifəsində Türkiyənin apardığı “Zeytun budağı” əməliyyatının növbəti mərhələsi ilə bağlı fikirlərini bölüşüb. Turkustan.info xəbər verir ki, Azay Quliyev mesajında qardaş ölkəyə tam dəstəyini ifadə edib: Türkiyə ordusu gələn həftə “Zeytun Budağı” çərçivəsində […]

Xızıda VƏHŞİLİK: Sürücünü döydülər, maşını ilə 200 metr sürüdülər

Xızıda fabrik sürücüsünü döyərək, öz maşını ilə 200 metr sürüyüblər. Hadisə “Giləzi Quşçuluq fabriki”ndə baş verib. Belə ki, həmin fabrikdə sürücü kimi çalışan 1955-ci il təvəllüdlü Mail Məhərrəm oğlu Əliyev bir neçə şəxs tərəfindən döyülüb. Məlumata görə, M. Əliyev fabrikdə çalışan şəxslərlə mübahisə edib. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Həmin […]

“Rusiyanın Cənubi Qafqazı ilhaq etməsindən sonra…” Əli Həsənov yazdı

“Xocalı soyqırımı – erməni təcavüzkarları tərəfindən XX əsrin sonlarında Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətdir. Qarabağın Xocalı şəhərinin sakinlərinin kütləvi şəkildə məhv edilməsi bəşər tarixində bu vaxtadək insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi dəyərləndirilir. Xocalı qətliamı Xatın, Liditse, Oradur, Sonqmi, Ruanda və Srebrenitsadakı müdhiş hadisələrdən heç nə […]

Azay Quliyev Prezidentin mesajını ATƏT-də ermənilərə çatdırdı: “Tarixi torpaqlarımıza qayıtmalıyıq”

ATƏT Parlament Assambleyasının (ATƏT PA) 17-ci qış sessiyasının daimi komitəsinin iclasında Ermənistan nümayəndə heyətinin rəhbəri Hermine Nağdalyan ənənəvi olaraq Azərbaycana qarşı iftiralar səsləndirib. O, Cənubi Qafqazda həyata keçirilən infrastruktur layihələrində Ermənistanın düşünülmüş şəkildə təcrid edilməsini qeyri-qanuni addım kimi dəyərləndirib. Erməni deputat beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini öz fəaliyyətinin əsas prinsiplərindən biri […]

“Cümhuriyyət dövrünün dil siyasəti ilə bağlı elmi sessiya keçirməyə hazırlaşırıq” – Dilçilik İnstitutunun direktoru ilə MÜSAHİBƏ

       Bu günlərdə Özbəkistanın Nəvai şəhərində böyük özbək şairi Əlişir Nəvainin həyat və yaradıcılığına həsr edilən “Əlişir Nəvai irsi və ümumbəşəri mənəvi dəyərlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu , həmin institutun əməkdaşı Elçin İbrahimov, Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Binnətova […]

Prezidentdən Ramiz Mehdiyevlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin ediliblər. Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə […]

Ərdoğan: “Dünyada vəhşi qətliam axtaran varsa, bu, Xocalıdır” – VİDEO

Bu gün Ədalət və İnkişaf (AK) Partiyasının parlament qrup toplantısı keçirilir. Turkustan.info xəbər verir ki, iclasda çıxış edən Türkiyə prezidenti və AK partiya sədri Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Xocalı soyqırımından danışıb. O, məclisdəki Azərbaycan heyətini salamlayaraq, bunları deyib: “Bu gün 26 il öncə Xocalı faciəsində şəhid olan bütün azərbaycanlı qardaşlarımızı […]

Əli Həsənovun “Xocalı soyqırımı” kitabı Bişkekdə qırğızca və rusca çap olunub

Bişkekdəki “Turar” nəşriyyatında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Xocalı soyqırımı” kitabı qırğız və rus dillərində çap olunub. AZƏRTAC xəbər verir ki, kitabı qırğız dilinə Bekten Dıykanbay tərcümə edib. Dünyanın müxtəlif dillərində nəşr edilmiş kitabda son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik […]

Şəmistan Əlizamanlının Afrin əməliyyatına dəstək mahnısı – Türkiyədə gündəm oldu + VİDEO

Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlının“Zeytun budağı”na Azərbaycan türklərinin də dəstəyini  nümayiş etdirən mahnısı qardaş ölkədə böyük rəğbətlə qarşılanıb.   Bəstəkar və ifaçı Şəmistan Əlizamanlı Əhməd Cavadın sözlərinə türk əsgərlərinə həsr olunmuş “Yürüyün, əsgər, yürüyün” mahnısını bəstələyib. Türk ordusunun sivil lərə qarşı həssaslığının da qeyd olunduğu bəstədə eyni […]

İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev bu gün İranda baş verən təyyarə qəzası ilə bağlı iranlı həmkarı Həsən Ruhaniyə başsağlığı verib. Turkustan.info xəbər verir ki, prezident İlham Əliyev İrand sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri olduqca kədərləndiyini bildirib. Dövlət başçısı baş vermiş bu faciə ilə əlaqədar İran prezidentinə, həlak […]

Prezidentin Qərbi Azərbaycan mesajına Azay Quliyevdən dəstək

Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tezliklə bu ilin ikinci qrant müsabiqəsi elan edəcək. Turkustan.info xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib. O, müsabiqənin mövzularından biri haqda anons da verib. “Müsabiqənin əsas mövzularından biri XX əsrin əvvəllərində itirilmiş torpaqlarımızın (Göyçə, […]

SON DƏQİQƏ – ABŞ terror təşkilatı PYD/PKK-ya 550 milyon dollar büdcə ayırdı

ABŞ Orta Şərqdə terrorçu təşkilatları açıq şəkildə dəstəkləməyə başlayıb. Turkustan.info Milliyet.com.tr-yə istinadla xəbər verir ki, bu saatlarda Pentaqon 2019 büdcəsində, “SDG” adını istifadə edən PYD/PKK- terror təşkilatının saxlanılması üçün 300 milyon dollar, terror təşkilatlarının özləri üçün sərhəd təhlükəsizlik ehkamlarının qurulması üçün 250 milyon dollar ayırıb.  

DTX döyüş bölgəsində təcili əməliyyat keçirdi

Çox sayda silah-sursat ələ keçirildi. Vətəndaşlardan xeyli sayda silah-sursat aşkar edilərək götürülüb. Turkustan.info Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əldə edilən məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 1-ci Yüzbaşlı kənd sakini Polad Zeynalova məxsus həyətyanı sahəyə baxış keçirilib. […]

“Bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur” – Prezidentdən tövsiyə

“Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı – bizim əzəli torpaqlarımızın […]

Elçibəy 80 – Yubileylə bağlı komitə yaradıldı – MÜRACİƏT

“Hamını yubileyi keçirəcək vahid Təşkilat Komitəsi yaratmağa və onun işində yaxından iştiraka dəvət edirik” Turkustan.info xəbər verir ki, Azərbaycanın mərhum prezidenti Elçibəyin 80 illik yubileyi ilə bağlı təşkilat komitəsi yaradılıb. Komitə müraciətlə çıxış edib.  “ Azərbaycanın bütün siyasi partiyalarına, qeyri-hökumət təşkilatlarına, ictimai qurumlarına, kütləvi informasiya vasitələrinə, aydınlarına və ictimai-siyasi fəallarına […]

ATƏT PA vitse-prezidentindən erkən seçki qərarına REAKSİYA: “Beynəlxalq təcrübə və milli maraqlar baxımından tam əsaslıdır”

ATƏT Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev növbədənkənar prezident seçikiləri ilə bağlı qərara münasibətini açıqlayıb. Turkustan.info xəbər verir ki, Azay Quliyev növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Twitter səhifəsində bu sözləri yazıb: Aprelin 11-ə təyin olunan növbədənkənar prezident seçkiləri hüquqi, beynəlxalq […]

Əli Həsənov növbədənkənar prezident seçkisinin səbəbini AÇIQLADI

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkədə elan olunan növbədənkənar prezident seçkilərindən danışıb. Turkustan.info-nun məlumatına görə, Əli Həsənov bildirib ki, bu ilin martın 31-də azərbaycanlıların soyqırımını 100 illiyi, mayın 10-da ümummilli lider Heydər Əliyevin 95 illiyi, mayın 28-də isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq. O, bir […]

İlham Əliyevdən şok qərar: Növbədənkənar prezident seçkisi elan etdi

Azərbaycan Prezidenti İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıram: 1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin. 2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan […]

Türk əsgəri “Girilməz” deyilən Bülbüldə: – Terrorçuların “məktəbindən” şok görüntülər – VİDEO

Türkiyə Silahlı Qüvvələri Zeytun budağı əməliyyatı çərçivəsində Suriyanın Afrin şəhəri yaxınlığındakı Bülbül qəsəbəsini də terrorçulardan təmizləyiblər. Turkustan.info xəbər verir ki, bir məktəbə daxil olan Türk əsgərləri burada burada PKK terrorQəsəbədə bir məktəbin divarına vurulmuş Abdullah Öcalanın fotolarını divarlardan qopardan türk əsgəri “Girişi qadağan edilmiş Bülbüldəyik” –deyərək mesaj verib. Türk əsgərləri […]

“Dövlət gəncləri sağlam, savadlı, vətənpərvər, müasir və milli köklərə bağlı görmək istəyir” – Yusif Məmmədəliyevlə MÜSAHİBƏ

Azərbaycanın Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevin 2 fevral – Gənclər Günü ərəfəsində “Trend”ə müsahibə verib. Turkustan.info həmin müsahibəni oxuculara təqdim edir. – Cəmiyyətin hərəkətverici qüvvəsi hesab olunan gənc nəslin tərbiyəsi və inkişafı ilə bağlı aparılan dövlət siyasətinin əsas istiqamətləri barədə nə […]

“800 terrorçu cəhənnəmə vasil olub” – Ərdoğandan “Zeytun budağı” hesabatı

“Zeytun budağı” əməliyyatı nəticəsində 29 hərbçimiz şəhid olub, 36 hərbçimiz isə yaralanıb”. Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Gənclər Fondunun toplantısında bildirib. O, məhv edilən terrorçuların sayını da açıqlayıb: “800 terrorçu cəhənnəmə vasil olub. Axşamadək onların sayı artacaq”.  Ölkə.Az

Prezidentdən “Yol hərəkəti haqqında” YENİ FƏRMAN

Sürücülük vəsiqəsi və digər müvafiq sənədlər olmadığı hallarda fiziki şəxsləri nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılacaq və həmin hallar aradan qaldırılanadək nəqliyyat vasitəsi saxlanılması üçün mütləq birbaşa müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına göndəriləcək. Turkustan.info-nun verdiyi xəbərə görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmanla qüvvəyə […]

Türk əsgəri ümid yeri – “Zeytun budağı” əməliyyatına baxış

Ərəstü Həbibbəyli,  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini  Tarixən Azərbaycanın yerləşdiyi Qafqaz və yaxın təmasda olduğumuz Yaxın Şərq regionları dünyanın geosiyasi cəhətdən ən həssas və qaynar bölgələri hesab olunmuşlar. Dünyanın əsas güc mərkəzlərinin bu coğrafiyada daimi maraqları hər zaman sabitliyə böyük təhdid olmuşdur. Yaşadığımız dövrdə də […]

“Bakı-Tbilisi-Qars dəmir-yolu xətti Türkmənistan üçün də yeni imkanlar açır” – Azərbaycan heyəti Aşqabadda

“Bakı-Tbilisi-Qars dəmir-yolu xətti Türkmənistan üçün də yeni imkanlar açır”. Xariçi işlər naziri Elmar Məmmədyarov Türkmənistana rəsmi səfəri çərçivəsində Türkmənistan Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredovla görüşüb. Turkustan.info xəbər verir ki, görüşdə nazirlər iki xalq arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bu günki səviyyəsini təqdir […]

İlham Əliyev “Şahdağ”da – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub. Turkustan.info-nun xəbərinə görə, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Prezident İlham Əliyevə “Şahdağ” qış-yay turizm kompleksinin hazırkı vəziyyəti və burada bu il ikinci mərhələdə görüləcək işlər barədə məlumat verib. Qeyd edilib […]

“Xarici qrant siyasətini təbliğ edənlərin Azərbaycanda formalaşdırdıqları jurnalistlər bunlardır” – Prezidentin köməkçisi

“Bəzilərinin Azərbaycan dövlətinin media siyasətinin iflasa uğradığını söyləməsi təəssüf doğurur”. Turkustan.info xəbər verir ki, bu sözləri jurnalistlər üçün inşa olunmuş ikinci binada mənzillərin açarlarının jurnalistlərə təqdim olunması mərasimində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib. Ə. Həsənov deyib ki, bu gün xarici qrant mediasının nümayəndələri Avropanın ayrı-ayrı mərkəzlərində toplaşaraq “No-TAP” […]

“Onun həbsi prezidentin yanında xüsusi müzakirə olunmayıb” – Əli Həsənov Mehman Əliyevə cavab verdi – MÜSAHİBƏ

Prezidentin köməkçisi: “Mehman da, mən də öz mövqeyimizdə, dünyagörüşümüzdə həmişə sabit, prinsipial və sadiq olmuşuq. Biz mövqe fərqimizi qoruyub saxlamışıq və bu amil ümumi münasibətmizə heç zaman mənfi təsir göstərməyib” Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov musavat.com-a müsahibə verib. Onunla müsahibəni təqdim edirik. –  Əli müəllim, Azərbaycan Prezidentinin  media siyasətinin […]

“Türkiyə bizim canımız, döyünən ürəyimizdir” – Səməd Seyidovdan AÇIQLAMA

“Avropa bunu başa düşmür ki, bu gün Türkiyə təkcə Türkiyə üçün deyil, Avropa üçün də savaşır. Türkiyə bütün dünya üçün savaşır”. Turkustan.info xəbər verir ki, bu fikri Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin sədri Səməd Seyidov Anadolu agentliyinə müsahibəsində deyib. AŞPA-dakı çıxışında Türkiyənin mövqeyini müdafiə etdiyinə görə Prezident Rəcəb Tayyib Ərdoğanın ona […]

Azay Quliyev prezidentin tapşırığını QHT-lərə çatdırdı: “Ayrıseçkilik etmədən…” – FOTOLAR

QHT Şurasının hazırladığı iki qanun layihəsinin MM-də qəbul ediləcəyi gözlənilir  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2017-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat konfransı keçirib. Turkustan.info xəbər verir ki, toplantıda açılış nitqi söyləyən Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev rəhbərlik etdiyi qurumun hər il ictimaiyyət qarşısında […]

Prezident və I Xanım haqqında təhqirə yol verən radioya AGIR CƏZA

Türkiyənin Radio və Televiziya qurumu Azərbaycanın prezidenti İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyevaya qarşı təhqiramiz fikirlərin yer aldığı proqrama görə “Show Radio”nu cəzalandırıb. Turkustan.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, qurum “Matrax” adlı proqramın kommersiya rabitə gəlirinin 5 faizi nisbətində inzibati pul cəzası və proqramın 5 buraxılışının dayandırılmasına qərar […]

Ərdoğan döyüş xəttində – FOTOLARDA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Zeytun Budağı Hərəkatının 6-ci günündə döyüş bölgəsi sərhədinə – Hataydakı Hərəkat Mərkəzinə gedib. Turkustan.info xəbər verir ki, Ərdoğan, Hərəkat Mərkəzindəki 2-ci Ordu Komandanı General-polkovnik Temel və digər hərbi rəsmilərdən məlumat alıb. Sərhəddə Zeytun Budağı hərəkatı bağlı bəyanatlar verən Ərdoğan, “Əməliyyat terrorçuları təmizləmək üçün aparılır. Afrin, […]

Danışdılar.. Ərdoğan Trampdan elə bir tələb etdi ki – SON DƏQİQƏ

Bu gün axşam saatlarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı gerçəkləşib. Turkustan.info xəbər verir ki, telefon təması ABŞ prezidentinin istəyi ilə reallaşıb. Telefon danışığında Türkiyənin Suriyanın şimalında başlatdığı hərbi əməliyyat müzakirə olunub. R.T.Ərdoğan D.Trampdan terrorçu PKK-nın Suriya qolu olan YPG/PYD-yə dəstəyi dayandırmağı və indiyədək […]

Muhsin Yazıcıoğlunun partiyasından Ərdoğanın prezidentliyinə dəstək

Mərhum Mushin Yazıcıoğlunun qurucusu olduğu Böyük Brirlik Partiyası gələn il Türkiyədə keçiriləcək prezident seçkisində hazırdı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyəcək. Turkustan.info xəbər verir ki, bu açıqlama ilə BBP-nin hazırkı sədri Mustafa Destici çıxış edib. Mustafa Destici bildirib ki, 2019-un noyabrında keçiriləcək prezident seçkisində seçki birinci turda bitəcək: “Allahın […]

Türk pilotun 30 saniyəlik manevri dünyanı şoka saldı – VİDEO

Türk pilotun tuneli darmadağın etmək üçün verdiyi qərar dünya mediasında geniş rezonans doğurub  Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsinə hücum planının tərkib hissəsi olan “Zeytun budağı” əməliyyatında türk pilot dünya hərb tarixinə düşəcək addım atıb. Turkustan.info BakuPost-a istinadən xəbər verir ki, türk pilot Afrin vilayətində terrorçuların dağdakı tunelə yerləşdirilən silah […]

Afrinə ilk Türk bayrağı asıldı – QÜRURLANDIRAN VİDEO – Son dəqiqə

Türkiyənin Azad Suriya Ordusu (ÖSO) ilə birlikdə yanvarın 20-də başlatdığı hərbi əməliyyatla artıq 9 kənd PKK/PYD terrorçularından təmizlənib. Turkustan.info xəbər verir ki, azad olunan kəndlərdə qurulan postlarda nəzarəti ələ keçirən mehmetciklər bir yüksəklikdə Türk bayrağını qaldırıblar. Həmin anın videosunu təqdim edirik:

Azərbaycan XİN Türkiyəyə haqq qazandırdı: “Terrorun kökü kəsilməlidir”

“Azərbaycan terrorizmdən əziyyət çəkmiş dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir. Beynəlxalq və regional sülh və təhlükəsizliyin təmin edilməsi üçün terror təhlükəsinin kökünün kəsilməsi xüsusilə vacibdir”. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində həyata […]

Azərbaycan unikal “Skif” raketləri alıb – VİDEO

Ötən il Ukraynanın “Luç” şirkəti Azərbaycana 50 ədəd tank əleyhinə, idarəolunan “Skif” raketi tədarük edib.  Turkustan.info-nun Ukrayna KİV-ə istinadən məlumatına görə, “Skif” raketi Ukraynanın “Luç” və Belarusun “Pelenq” şirkətlərinin birgə layihəsidir. Ukrayna tərəfi raketin  istehsalına, belaruslar isə tuşlama cihazına cavabdeh olublar. Nəşr qeyd edir ki, bir raket Azərbaycana 48 min […]

Türkiyə Afrin əməliyyatına başladı – Türk qırıcıları Suriyada PKK/PYD terrorçularını bombalayır – SON DƏQİQƏ

Bu dəqiqələrdə Türkiyə ordusunun terror təşkilatı PKK/PYD-yə qarşı Afrin əməliyyatı başlayıb. Turkustan.info Avropa.info-ya istinadla xəbər verir ki, bu haqda Anadolu Agentliyi məlumat yayıb. Məlumata görə, Türkiyə döyüş təyyarələri Hatay vilayətinin Reyhanlı və Kırıkhan rayonlarından Suriya ərazisinə keçərək Afrindəki PKK/PYD mövqelərini bombalayır. Afrin istiqamətindən hazırda partlayış səsləri eşidilir. Türk döyüş təyyarələrinin […]

“Türk deyəndə onların ağlına qucaqlarında bəslədikləri FETÖ-cülər gəlir” – Ərdoğan

“Deyəsən, onların ağlına Türk dedikdə yalnız qucaqlarında bəsləyib böyütdükləri FETÖ-cülər və bu xəyanət şəbəkəsinin xaraktersiz, onurğasız, hər cür istismara əlverişli kadrları gəlir. Yenə bunların ağlına deyəsən, regionda çalışılacaq birgə deyincə də yalnız pulu verənin istifadə etdiyi bir muzdlu qatillər ordusundan ibarət olan PKK-lı gəlir”. Turkustan.info xəbər verir ki, bu bəyanatla […]