Be. İyn 17th, 2019

Maqazın

Elza Seyidcahan – “Çək mizrabı yatana… bülbülüm”

Bacısı Rasimə ilə Əməkdar Artist Elza Seyidcahan yeni işləri barədə danışıb.

Turkustan.info xəbər verir ki, 2018-ci ildə onu uğurlar gözlədiyini söyləyən müğənni şeirlərinin tənqid edilməsinə münasibət bildirib: “Tənqid olmasa inkişaf da olmaz. Mən sevinirəm ki, şeirlərim tənqid olunur. Çünki nəticə çıxara bilən insanam. Yaxın zamanda kitabım da işıq üzü görəcək. “Mən dəlinin rəssamı” ayaq tutub bir çox ölkələri gəzəcək.” İfaçı kitabında yer alan Xalq Artisti, professor Firəngiz Əlizadəyə həsr etdiyi “Ənəlhəlq” şeirini efir vasitəsilə ilk dəfə səsləndirib.    /Muz.tv/

“Anar “vorzakon”lara göstəriş verib ki, məni zorlasınlar” – Reperin keçmiş arvadı

“Anar 10 nəfər “vorzakon” toplayıb. Mənim şəkillərimi və mobil nömrəmi onlara göstərib. Sonra onlara göstəriş verib ki, məni zorlasınlar, video, foto çəkilsin, ona təqdim olunsun”.

Turkustan.info xəbər verir ki, bu sözləri cebhe.info-ya açıqlamasında repçi Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva deyib.

“Üzərimə 10 nəfər göndərib, məni zorlatmaq istəyib. Onlara deyib ki, tələ qurulsun, məni tələyə salsınlar. O da həmin şəkil və videoları mətbuata yaysın, məni biabır eləsin. Bu, birinci dəfə deyil. Bu adam dəfələrlə xüsusi adamlar tutub, onları öyrədib ki, mənimlə sevgili olub, şəkil və videomu çəksinlər, amma alınmayıb.

O düşünür ki, porno videosunu mən yaymışam. Xeyr, video mənim tərəfimdən yayılmayıb. Yaysam da haqlı olardım. Bununla da özümü haqlı çıxarardım, amma mən elə yola əl atmadım. Çünki həmin video uşaqlarıma ləkə olduğundan bunu etmək ağlıma belə gəlməyib. Mən məhz buna görə işin qanun çərçivəsində həll olunmağını istəyirəm.

O, övladlarına atalıq etmir. Ona görə də istəyirəm ki, qanunla atalıqdan məhrum olunsun. Çünki o videodan sonra istəmirəm ki, həmin insanın adı uşaqlarımın üstündə hallansın. Görün bu insan nə dərəcədədir ki, uşaqların anasını camaatın içində rüsvay etmək istəyir”.

Maral Tahirqızı rəqsi ilə coşdurdu – VİDEO

Həbsdən yenicə çıxan müğənni Maral Tahirqızı həmkarlarının təşkil etdiyi şou tədbirlərindən birində görünüb.

O, gecəyə qara rəngli sinə və kürək dekolteli açıq-saçıq libasıyla qatılıb.

Fotokameralara tuş gələn müğənni həm oxuyub, həm də rəqs edib. Əməkdar artist Mətanət İsgəndərlinin ifa etdiyi musiqinin təsiri altında coşan Maral eyni zamanda çoşdurub.

Həmin görüntünü təqdim edirik:   /Yeniçağ.az/

Murat Boz azərbaycanlı çobanı yarışmadan çıxartdı – VİDEO + FOTO

İfaları ilə məşhurlaşan azərbaycanlı çoban “O səs Türkiyə”də növbəti tura keçə bilməyib.

Turkustan.info bildirir ki, bu gün yarışmanın 3-cü turu üçün seçim edilib. Murat Bozun komandasında çıxış edən Pərviz Səfərov “Değme benim gamli yaslı gönlümə” adlı türk mahnısını ifa edib. Sonda seçim zamanı Murat Boz həmyerlimizi seçməyib. Beləliklə, çoban ifaçı kimi məşhurlaşan Pərvin Səfərov yarışmadan uzaqlaşdırılıb.

İfaçı vida sözünü deyərək, “O səs Türkiyə” yarışmasının münsiflər heyətinə, “Acun Media”ya öz təşəkkürünü bildirib:

“Bu yarışmada iştirak etmək mənim ən böyük xəyalım idi. Gözlənilmədən bu yarışmadan dəvət aldım və iştirak etdim. Burada çoxlu dostlar qazandım”.

Xatırladaq ki, Pərvin Səfərov “O səs Türkiyə” yarışmasının iki mərhələsində bütün münsifləri özünə heyran etmişdi.   /Musavat.com/

 

Könül Xasıyeva həyat yoldaşından danışdı: “Ayrıldıq, ona arvadlıq edə bilmirəm”

Xalq artisti Könül Xasıyeva ilk dəfə həyat yoldaşından danışıb.

Turkustan.info axşam.az-a istinadən xəbər verir ki, hazırda onurğa iflicindən əziyyət çəkən xanəndə “Səni axtarıram” verilişində deyib ki, ərindən ayrılıb. O, aparıcının “Çətin gününüzdə qohumlar sizə dəstək oldu” sualına belə cavab verib:

“Mənəvi cəhətdən hamı yanımda oldu. Maddiyə gəldikdə isə… Həmişə hamısını mən maliyyələşdirmişəm. Nəslin “maliyyə naziri” olmuşam. 9 uşaq oxutmuşam. Buna görə də gec ailə qurdum. Ömrümü uşaqlara həsr etdim. Çünki görürdüm ki, uşaqlar da bacı-qardaşım kimi oxuya bilməyəcək.

Həyat yoldaşımı sevib evləndim. Həyatımda bir oğlan sevmişdim, o da həyat yoldaşım. İndi də sevirəm, ölənə kimi sevəcəm. İndi bir yerdə yaşamırıq. Kişiyə arvad lazımdır. Ona arvadlıq edə bilmirəm. Yaxşı, ləyaqətli insandır. Ondan inciməmişəm. Dedim, get həyatını qur yaşa. Xəstələnəndən əvvəl ayrıldıq. Əgər xəstələnənə kimi bir yerdə olsaydıq, məni qoyub getməzdi. Oğlum Kazım da atasıyla nəfəs alır”.

Elnarə Abdullayeva canlı efirdə bəstəkarı ələ salaraq hörmətsizlik etdi – VİDEO

Müğənni Elnarə Abdullayeva ATV telekanalında yayımlanan “Bizimləsən” verilişində müəllif hüquqlarını qoruyan bəstəkara qarşı hörmətsizlik edib.

Turkustan.info xəbər verir ki, Vasif Məhərrəmli haqqında “Mənim bəstələdiyim “Çimnaz” mahnısını icazə almadan dəyişdirib, öz adına çıxarıb” deyərək öz haqqını tələb ədən bəstəkara qarşı canlı yayımda hörmətsizlik edilib.

Elnarə Abdullayeva kobud sözləri ilə nə bəstəkara, nə də hüquqşunasa danışmağa imkan verib. O, bununla da kifayətlənməyib. Həmin mahnını “səviyyəsiz” adlandırıb.   /minval.info/

Seriallarda böyüyən uşaqlar – FOTOLAR

Seriallarda oynayaraq kiçik yaşda məşhur olan aktyor və aktrisaların indi necə göründüyü sizə maraqlıdırsa, bu xəbər sizin üçündür.

Onların bir çoxu, necə deyərlər, gözümüzün qabağında böyüyüb. Məsələn, “Arka Sokaklar” serialının Mətini Furkan Göksal. İllərdir davam edən serialın son bölümündə Mətinin ata olacağı məlum oldu.

 

Xüsusilə, azyaşlıların böyük maraqla izlədiyi “Sihirli Annem” serialının da iştirakçıları artıq həddi-büluğa çatıblar.

Məsələlən, Toprak rolunu ifa edən Cordan Boyner. Serialdakının əksinə o böyüyüb, yaraşıqlı bir oğlana çevrilib. İndi o, oxuduğu liseyin futbol komandasındadır.

Alişan və Çağla Şikelin iştirakı ilə bu yaxınlarda çəkilən “Dostlar durağı” serialında Alişanın qızı Bilgə rolunu oynayan Hande Su Duranı da ekranlardan yaxşı tanıyırıq.

O, “Aliye” serialının balaca Ayşəsidir.

“Üvey Baba” serialının ulduzu Burçin Abdulla da böyüyüb, gözəl bir qadın olub.

“Selena” serialının Kıvılcımı Hazan Şenelin dəyişimi isə hamını heyrətə salır.

Qıvrım saçlarından əsər-əlamət qalmayan Hazal gözəlliyi ilə görənləri özünə heyran edir.

“Sihirli Annem”in digər bir balaca aktrisası Zeynep Özkaya da indi 19 yaşlı gözəl bir qızdır.

Balaca Çilek indi daha da gözəlləşib.

“Aşk-ı Memnu” serialında Adnan Ziyagilin oğlu Bülent Ziyagili canlandıran Batuhan Karacakaya da gənc qızların sevimlisinə çevrilib.

“Sihirli Annem”in “böyümüş” Toprakı Cenifer Boyner də gözəlliyi ilə rol yoldaşlarından seçilmir.

Gözəllikdən söz düşmüşkən, “Sihirli Annem”də evin böyük qızı Cerenin sevgilisi Kerem də indi tamamilə dəyişib.

Mişel Selodini indi özünə tamamilə başqa yol seçib. O, akademik kimi fəaliyyət göstərir.

“Babam ve Oğlum” filmində oynadığı Deniz rolu ilə milyonları ağladan Ege Tanmanı görənlər tanıya bilmir.

“Alemin Kıralı”nın oğlansayağı qızı Birsu Demir isə indiki gözəlliyi ilə sosial şəbəkəni sözün əsl mənasında silkələyir.

/Yenicag.Az/

Əli Mirəliyevdən şok açıqlama: “20 ildir arvadımla bacı-qardaş kimiyəm”

Müğənni Əli Mirəliyev həyat yoldaşı ilə bağlı maraqlı açıqlamalar verib.

Turkustan.info bildirir ki, Yenicag.az-a danışan müğənninin bu sözlərindən sonra evdə dava düşməsə yaxşıdır:

“Arvadım oğlum, nəvələrimlə şəhərdə yaşayır, mən bağdakı evimizdə. Həftədə bir dəfə yanıma gəlir, paltarlarımı yuyur-ütüləyir, evi yığışdırır, yeməyimi bişirir, yenə şəhərə-evinə qayıdır. Bunu efirdə də demişəm, arvadı boşamaram, amma onu sevmirəm də. Gəlin səmimi olaq da… Nə sevgi, 45 il sevmək olar? O qədər vaxta sevgi qalar? Bunu özünə də demişəm. Zarafata salır ki, sən mənim “mujikimsən”. Nə gizlədim, iyirmi ildir ki, arvadımla bacı-qardaş kimiyəm, arada biqeyrətlik edirəm. Amma heç vaxt boşanmaq barədə düşünməmişəm. Kişinin bir arvadı olar. Yoxsa ki, gündə birini boşayıb, evlənən kişilərə mən normal baxmıram. Arvad məndən qabaq ölsə, heç vaxt evlənmərəm. Bunu özü də bilir”.

Xəlil Rzanı təhqir edən gəncin efirdə qalmaqallı çıxışı: “Quşun yaşlı kişilərə qondu…” +18 VİDEO

Gənc yazar Kəramət Böyükçöl son günlərdə Facebook səhifəsində Azərbaycanın Xalq şairi, mərhum Xəlil Rza Ulutürk haqqında yazdığı təhqiramiz fikirlərlə gündəmə gəlib. Hazırda cəmiyyətin ən müxtəlif təbəqələrindən K.Böyükçölün fikirlərinə etirazlar davam etməkdədir.

Turkustan.info xatırladır ki, gənc yazar bir müddət əvvəl də iştirak etdiyi bir televiziya proqramında səsləndirdiyi şeirlə böyük qalmaqala səbəb olmuşdu.

Canlı efirdə getmiş həmin səhnəni təqdim edirik:

 

Azərbaycanlı iştirakçı həyat hekayəsi ilə “O Səs Türkiyəni” göz yaşlarına boğdu – VİDEO

“O Səs Türkiyə” mahnı müsabiqəsində iştirak edən Ozan Əhmədov sevgi hekayəsi ilə hər kəsi duyğulandırıb.
Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən “O Səs Türkiyə”nin növbəti mərhələsi baş tutub. Yarışmada iştirak edən Ozan Əhmədov “Duyanlara, Duymayanlara” adlı mahnını ifa edib.
Hadisənin komandasında olan azərbaycanlı gənc ifasını bitirdikdən sonra göz yaşlarına hakim ola bilməyib. Hadisə ondan səbəbini soruşduqda uşaqlıqdan sevdiyin qızın bu yaxınlarda toyu olacağını deyib.
O.Əhmədov müsabiqənin dünənki buraxılışında duyğusal anlar yaşasa da, növbəti mərhələyə keçə bilib. Hadisə yarışmaçılar arasından Ozanı seçib.   /Publika.az/

 

 

Ajda Pekkan Azərbaycan mahnısına belə rəqs etdi – VİDEO

Türkiyənin pop ulduzu Ajda Pekkan azərbaycanlı məşhurlarla birgə əylənib.

Turkustan.info xəbər verir ki, o, Heydər Əliyev Sarayında baş tutan konsertindən sonra şou-biznes nümayəndələri  ilə biraraya gəlib.

O, müğənni Ədalət Şükürovun ifası altında rəqs edib. Ajdaya xalq artisti Aygün Kazımova da qoşulub.

Sözügedən görüntüləri Ədalət Şükürov sosial şəbəkədə paylaşıb və izləyicilərin marağına səbəb olub.

Qeyd edək ki, A.Pekkan “Nərgiz” jurnalının 5 yaşı münasibəti ilə Bakıya gəlib.

 /Musavat.com/

Damla kimsəsiz analar üçün oxudu, ağlatdı – VİDEO

Müğənni Damla xeyriyə işlərini görməkdə davam edir.

Turkustan.info xəbər verir ki, bu dəfə də o “Bilgəh Qocalar və Əlillər evi”ndə oranın sakinləri üçün konsert verib.

Qeyd edək ki, Damla son bir neçə həftədir ki, məhz bu məsələ ilə gündəmə gəlir. Onun bu yaradıcılıq addımları digər müğənnilərə örnək olmalıdır.

Qeyd edək ki, qocalardan bir qismi onun mehriban və nəvazişli davranışından duyğulanıb ağlayıb.

Sizə “Bilgəh Qocalar və Əlillər evi”ndən həmin kadrları təqdim edirik:

/A24.Az/

“Onlar özləri özlərini alçaldır” – Xalq artisti jurnalistlərdən gileyləndi – VİDEO

ARB TV-nin “Günə son” verilişinin qonağı olan xalq artisti Amaliya Pənahova maraqlı açıqlamalar verib.

O, bəzi jurnalistlərlə yola getmədiyini bildirdi:

“Mənə telefonla zəng edib hansısa məsələdə fikir alanda cavab vermirəm. Çünki qarşımdakını tanımıram. Üzbəüz verirəm müsahibələri. İnciyənlər də olur. Sonra şəkillərimi fotoşop edib, yalan-yalan şeylər yazırlar. Sənə nə var mənim sifətim nə cürdür? Mənə nə cür yaşayacağımı öyrədə bilməzlər. Onlar özləri özlərini alçaldır. Heç kim özünü gülünc vəziyyətə salmaq istəməz. Əgər belə olubsa, onun günahı deyil, edənindir. Estetik əməliyyat pis şey deyil”.

Elza Seyidcahandan YENİ ŞEİR: “Qadın bir şey istəyir…”

Əməkdar artist Elza Seyidcahan özünəməxsus üslubda yazdığı yeni şeirləri sayəsində də sosial şəbəkələrin qəhrəmanına çevrilib.

Turkustan.info xəbər verir ki, sənətçi indi də “Qadın bir şey istəyir” şeiri ilə gündəm yaradıb.

Şeiri təqdim edirik:

Qadın bir şey istəyir
Bir şey
Deyim nə istəyir?
Bir şey istəyir.
Bir.
Pul istəmir
Mal istəmir.
İki şey istəmir
Bir şey istəyir o,
Bir şey.
Qabırğadır, qabırğa
O istəyir.
İstəyir o
Bir şey olsun.
Qabırğa olsun, qabırğa
Çox şey istəmir ki?
Qadın qadını başa düşür,
Kişi kişini başa düşür,
Kişi qadını başa düşmür?
Kişinin işi qadına düşür,
Qadının kişiyə işi düşmür?
Kişinin beli bükülür,
Qadının abırı tökülür
Abırdan betər sökülür
Onun istəyi bir şeydir
Bir şey!
Rəhm istəyir,
Fəhm istəyir,
Səhm istəmir,
Baş tükündən yaratmadı
Başlara çıxsın.
Dırnaqlardan yaratmadı
Yerə atılsın.
Qabırğadan yaratdı ki,
Ağuşa batsın,
Tumara çatsın,
Sığalda yatsın, yatsın,
Batsın.
Arzuya çatsın, çatın
Yatsın.
Tumar, tumar
Sığal, sığal,
Qabırğa
Qabırğadır, qabırğa.
Qadın bir şey istəyir,
Bir şey.
Qabırğa olmaq istəyir
Qabırğa.
İstəyir o bir şey.

/Publika.az/

“Aygün nə ixtiyarla özünə sənətkar deyir?”

Azərbaycanın xalq artisti Ceyran Haşımova əməkdar artistlər Aygün Bəylər və Röya Ayxanın yaşadığı qalmaqala münasibət bildirib.

Turkustan.info xəbər verir ki, o, ARB-də yayımlanan “Sayqa ilə bu axşam” verilişinə qonaq olarkən A. Bəyləri tənqid edib. C. Haşımova Bəyləri sənətkar hesab etmədiyini vurğulayıb:

“Dahilər də bir-birilərini məhkəməyə verə bilərdilər. Keçmişdə sənət var idi. Aygün Bəylər istedadlıdır, uşaqlıqdan tanıyıram. Mənə elə gəlir ki, musiqi onun canına elə hopub ki, danışığını belə bilmir. Onun nə ixtiyarı var ki, özünə sənətkar desin? O sözü demək olmaz, günahdır. Sənətkarlar öz haqqında danışmazlar. 40 il sənət aləmində sözünü deyənlər heç demirlər ki, mən sənətkaram”.

Qeyd edək ki, Aygün Bəylər “Səhər-səhər” verişində özünü sənətkar adlandırmış, Röyanın isə sənətinin olmadığını bildirmişdi.   /Qafqazinfo/

Əli Mirəliyevdən xanım müğənniyə “podxod”: “Hara qaçırsan e? Mən səni öpməyə bilmərəm” – VİDEO

Əksəriyyət xanım müğənnilərə tərif deməyi sevən Əli Mirəliyevin bu dəfəki hədəfi müğənni Xatun olub.

Turkustan.info-nun məlumatına görə, ifaçı və verilişin aparıcılarından olan Əli Mirəliyev Xatunun ifasından sonra əyləşmək istəyən müğənninin qolundan tutaraq saxlayıb.

Mirəliyev “Hara qaçırsan ee? Belə ifa edən birini mən öpməyə bilmərəm” ifadəsini səsləndirib. Elgiz Əkbər isə ” mahnını aralığa salıb bir-bir xanımları qucaqla öp Əli müəllim” deyə onun bu davranışına söz vurub.   /A24.Az/ 


 

“Əməliyyat olunmamışam” – Tanınmaz hala düşən Aşıq Əli danışdı – VİDEO

Aşıq bildirib ki, arıqlamaq üçün heç bir əməliyyat keçirtməyib.

“Bir az yeməkləri və qazlı suyu azaltdım. Artıq 15-20 kiloqramım qalıb. Məni eşidənlərə demək istəyirəm ki, arıqlayanda belə həkimə getmirəm. Deyirlər ki, əməliyyat elətdirib. Mən onu xoşlayan bir insan deyiləm. Həkimlər mənə təmənnasız etmək istəyiblər. Ancaq ehtiyac yoxdur. Sadəcə yaxşı ətraf oldu və yeməkləri azaltdım”.

Aşıq Əli “İnstagram”da yazılan şərhlərə baxmağa vaxtının olmadığını, dostu Aşıq Vüqarın vəziyyəti ağır olduğu üçün onun yanında olduğunu bildirib.

 /matbuat.az/