Kateqoriya: Rəsmi

QHT Şurasının fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə mərasim keçirildi – FOTOLAR

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə yubiley mərasimi keçirilib.  Turkustan.info xəbər verir ki, mərasimdə açılış nitqiylə çıxış edən Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin qurucusu olduğunu bildirib. Azay Quliyev […]

“TANAP-ın açılışı siyasi və təhlükəsizlik baxımından çox əhəmiyyətlidir” – Azay Quliyev

Transanadolu boru kəməri (TANAP) layihəsi Azərbaycanın strateji layihəsidir və bu layihənin açılışı ölkə tarixində böyük bir hadisədir. Bunu Trend-ə Milli Məclisin deputatı Azay Quliyev deyib. A.Quliyev bildirib ki, TANAP Azərbaycanın Avropanı Asiya ilə birləşdirən çox mühüm enerji layihəsidir. Millət vəkili qeyd edib ki, bu layihənin təkcə iqtisadi əhəmiyyəti deyil, eyni […]

“Bugünkü dövlətçiliyimizin əsası 100 il öncə sağlam təməl üzərində quruldu” – Eldar Həsənov

Azərbaycanın Serbiyadakı səfirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Belqrad şəhərindəki “Hyatt Regency” mehmanxanasında rəsmiqəbul keçirildi. Mərasimdə Serbiyanın Parlamentin sədri Maya Qoykoviç, Prezidentin kabinetinin rəhbəri İviça Koyiç, Serbiya Respublikasının Baş nazirinin müavini, tikinti, nəqliyyat və infrastruktur üzrə nazir Zorana Mihayloviç,Serbiya Respublikası Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya […]

Şura 82 QHT-nin layihəsini maliyyələşdirəcək – II müsabiqə ilə bağlı QƏRAR

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Turkustan.info xəbər verir ki, ura sədrinin müavini Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın Apelyasiya Komissiyasının (AK) iclasının nəticələrinə baxılması, 2018-ci il ikinci qrant müsabiqəsinin yekunları və Şuranın 2018-ci il birinci rübdəki fəaliyyəti barədə məsələni […]

“Ona görə peyğəmbəranə bir kişidir ki…” – Elçibəy Ulu öndər haqda danışır -VİDEO

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı mediada, sosial şəbəkələrdə çoxsaylı arxiv sənədləri, videolar yayımlanır. Turkustan.info xəbər verir ki, Azərbaycan milli azadlıq hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə haqqında fikirləri Ulu öndərin şəxsiyyəti və keşməkeşli həyat yolu barədə ən […]

Azay Quliyevin Cümhuriyyət məqaləsi “The London Post”-da dərc olundu

Böyük Britaniyanın “The London Post” portalında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyevin “Müsəlman dünyasının ilk Qərb demokratiyası – Azərbaycan Xalq Cümhuriyyəti haqqında 5 fakt” adlı məqaləsi dərc edilmişdir. Turkustan.info xəbər verir ki, məqalə xarici auditoriyanı Azərbaycan Xalq Cümhuriyyətinin zəngin tarixindən seçilmiş 5 fakt vasitəsilə cəmi 23 […]

Fuad Ələsgərovdan REAKSİYA

“Müasir Azərbaycanın əldə etdiyi uğurlardan biri də güclü ordunun yaradılmasıdır”. Bunu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Sevdiyim” layihəsinin təqdimat mərasimində Azərbaycan prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov deyib. Onun sözlərinə görə, Azərbaycan […]

İlham Əliyev 3 fərman imzaladı

Prezident İlham Əliyev “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Turkustan.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. […]

Əli Həsənovdan sərt cavab: “Nə danışdığının fərqində olmayan bu “iaşə lideri”…”

“Bu həmin Smitdir ki, uzun müddətdir qondarma erməni soyqırımının ABŞ hökuməti tərəfindən tanınması üçün xüsusi canfəşanlıq göstərir”. Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Feysbuk hesabında yazıb. Helsinki Komissiyasındakı dinləmələrlə bağlı bəzi mülahizələrini dilə gətirən Prezidentin köməkçisi bunları deyib: “Dünən Azərbaycana qarşı “xüsusi marağı” ilə fərqlənən ABŞ […]

Prezident Adminstrasiyasında daha bir təyinat – Vüsal Quliyevə yeni vəzifə verildi

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində ictimai-siyasi işin təşkili sektoru yaradılıb. Turkustan.info-nun AZƏRTAC-a  istinadən verdiyi məlumata görə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai-siyasi işin təşkili ilə bağlı məsələlərin əlaqələndirilməsi sektorun fəaliyyətinin əsas istiqaməti olacaq. İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsində çalışmış […]

“Prezidentin son təyinatlarının bu işi sürətləndirəcəyinə şübhə yoxdur” – Əli Həsənov Facebookda yazdı

“Bu, Azərbaycana, onun milli maraqlarına qarşı qurulmuş növbəti məkrli oyundur” “Qərbdə Azərbaycana qarşı ardıcıl və məqsədyönlü şəkildə fəaliyyət göstərən dairələr, onların nəzarətində olan təşkilatlar və media ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində daha da fəallaşır və ciddi-cəhdlə həm Azərbaycanı, həm də həmin tədbiri qaralamağa çalışırlar”.  Turkustan.info APA-ya istinadla xəbər verir ki, […]

İlham Əliyev Türkiyədədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Türkiyə Respublikasına rəsmi səfər edib. Turkustan.info xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısını Türkiyənin Baş nazirinin müavini Fikri İşık və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. […]

Nazim Ibrahimov danışdı: “Fuad Muradova hər zaman dəstək olmuşam”

Bu gün ölkə Prezidenti İlham Əliyev hökumətin yeni üzvlərinin təyinatı ilə bağlı sərəncam imzalayıb və bu sərəncama əsasən millət vəkili Fuad Muradov Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Prezidentin digər bir sərəncamı ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tutduğu vəzifədən azad […]

“Bu haqsızlığa səssiz qala bilməzdim” – Azay Quliyevdən ATƏT PA-nın Büro iclasında etiraz dolu çıxış

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT PA-nın Büro iclasında aprelin 11-də Azərbaycanda keçirilmiş Prezident seçkilərində ATƏT/DTİHB-nin müşahidə missiyasının fəaliyyətinə dair çıxış edib.  Turkustan.info xəbər verir ki, Azay Quliyev Büro üzvlərinin nəzərinə çatdırıb ki, Azərbaycanda prezident seçkiləri uğurla təşkil edilmiş və burada iştirak edən 8 namizədin hər birinə […]

Prezident Ramiz Mehdiyevi qəbul etdi – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edib, onu Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edib.  Azərtac xəbər verir ki, Ramiz Mehdiyev bu təltifə və onun fəaliyyətinə verdiyi yüksək qiymətə […]

Avropadan Prezidentə yüksək səviyyəli TƏBRİK məktubu: “Əziz İlham…”

Avropa İttifaqı Şurasının prezidenti İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib. Turkustan.info APA-ya istinadla xəbər verir ki, təbrik məktubunda deyilir: “Hörmətli Prezident, əziz İlham. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm. Ümidvaram ki, yeni prezidentliyiniz müddətində ortaq fundamental dəyərlərə və prinsiplərə, eləcə də […]

ATƏT PA vitse-prezidentindən qurumun müşahidə missiyasına KƏSKİN ETİRAZ -Mətn

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Guliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) seçkiləri müşahidə missiyasının 11 aprel seçkilərinin nəticələri ilə bağlı yayımladığı hesabata konkret faktlara istinad edərək kəskin etirazını bildirib: “Biz dəfələrlə beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in ölkəmizə qarşı haqsız və ədalətsiz münasibətinin şahidi olmuşuq. Azərbaycan ictimaiyyəti 26 […]

İlham Əliyev xalqa müraciət etdi – SON DƏQİQƏ

“Daha güclü Azərbaycan quracağıq”. Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciət edib. Turkustan.info xəbər verir ki,  dövlət başçısı prezident seçkilərində Azərbaycan xalqının sabitliyə, təhlükəsizliyə, inkişafa səs verdiyini bildirib. Prezident İlham Əliyev bildirib ki, ordumuz aprel döyüşlərində torpaqlarımızın bir hissəsi işğaldan azad edilib: “Həmin torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. O torpaqlarda prezident […]

MSK prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb: İlham Əliyev 86,09 faiz səs toplayıb

Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. Turkustan.info-nun məlumatına görə, MSK sədri bildirib ki, seçkinin ilkin nəticələri aşağıdakı kimidir: İlham Əliyev – 86,09 faiz Qüdrət Həsənquliyev – 3,4  faiz Sərdar Cəlaloğlu – 2,97  faiz Zahid Oruc – 3, 07 faiz Hafiz Hacıyev – 1,51  faiz Araz Əlizadə […]

Prezidentdən Mədət Quliyevlə bağlı – SƏRƏNCAM

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Mədət Qəzənfər oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.   İlham Əliyev   Azərbaycan Respublikasının Prezidenti   Bakı şəhəri, 26 mart […]

Prezidentdən Vasif Talıbovun oğlu ilə bağlı – SƏRƏNCAM

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Moderator.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətirəisinin birinci müavini Vəli Nağı oğlu Nağıyevə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib. Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşlarına isə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali […]

“Türkiyəyə qarşı ədalətsiz mövqe tutanlar Xocalıya baxsınlar” – Əli Həsənov İstanbuldan dünyaya səsləndi

Açılış mərasimində böyük izdiham yaşanıb İstanbul, 25 fevral, AZƏRTAC Fevralın 25-də İstanbul şəhərinin Bağcılar rayonu ərazisində böyük ərazini əhatə edən Azərbaycan Dostluq Parkının və burada ucaldılmış Xocalı soyqırımı abidəsinin açılışı olub. AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, […]

“Rusiyanın Cənubi Qafqazı ilhaq etməsindən sonra…” Əli Həsənov yazdı

“Xocalı soyqırımı – erməni təcavüzkarları tərəfindən XX əsrin sonlarında Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətdir. Qarabağın Xocalı şəhərinin sakinlərinin kütləvi şəkildə məhv edilməsi bəşər tarixində bu vaxtadək insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi dəyərləndirilir. Xocalı qətliamı Xatın, Liditse, Oradur, Sonqmi, Ruanda və Srebrenitsadakı müdhiş hadisələrdən heç nə […]

Prezidentdən Ramiz Mehdiyevlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin ediliblər. Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə […]

İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev bu gün İranda baş verən təyyarə qəzası ilə bağlı iranlı həmkarı Həsən Ruhaniyə başsağlığı verib. Turkustan.info xəbər verir ki, prezident İlham Əliyev İrand sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri olduqca kədərləndiyini bildirib. Dövlət başçısı baş vermiş bu faciə ilə əlaqədar İran prezidentinə, həlak […]

Prezidentin Qərbi Azərbaycan mesajına Azay Quliyevdən dəstək

Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tezliklə bu ilin ikinci qrant müsabiqəsi elan edəcək. Turkustan.info xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib. O, müsabiqənin mövzularından biri haqda anons da verib. “Müsabiqənin əsas mövzularından biri XX əsrin əvvəllərində itirilmiş torpaqlarımızın (Göyçə, […]

Prezident Ali Məhkəməyə sədr təyin etdi – SƏRƏNCAM

Ramiz Yaqub oğlu Rzayev Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib. Turkustan.info-nun məlumatına görə, Prezident İlham Əliyev fevralın 15-də bununla bağlı sərəncam imzalayıb.  Sərəncam 2018-ci il fevralın 25-dən qüvvəyə minir. Qeyd edək ki, R.Rzayev 2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədri, həmin ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür. Onun Ali Məhkəmənin sədri […]

Növbədənkənar seçki ŞƏRHİ: Dövlət qarşısında duran mühüm məsələlərin həlli, kadr və struktur islahatları…

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını AZƏRTAC-a şərh edib. Prezidentin köməkçisi deyib: “Bu gün Azərbaycan artıq dünya birliyində özünəməxsus yer tutan, öz daxilində sabitliyə, təhlükəsizliyə və davamlı inkişafa nail olmuş, genişmiqyaslı regional və beynəlxalq layihələrin təşəbbüskarı […]

Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı SON QƏRARINI VERDİ

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərinin təyin edilməsi ilə bağlı qərar verib. Turkustan.info APA-ya istinadla xəbər verir ki, MSK-nın qərarına əsasən növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin edilib. Qeyd edək ki, fevralın 5-də prezident İlham Əliyev növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, […]

ATƏT PA vitse-prezidentindən erkən seçki qərarına REAKSİYA: “Beynəlxalq təcrübə və milli maraqlar baxımından tam əsaslıdır”

ATƏT Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev növbədənkənar prezident seçikiləri ilə bağlı qərara münasibətini açıqlayıb. Turkustan.info xəbər verir ki, Azay Quliyev növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Twitter səhifəsində bu sözləri yazıb: Aprelin 11-ə təyin olunan növbədənkənar prezident seçkiləri hüquqi, beynəlxalq […]

Əli Həsənov növbədənkənar prezident seçkisinin səbəbini AÇIQLADI

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkədə elan olunan növbədənkənar prezident seçkilərindən danışıb. Turkustan.info-nun məlumatına görə, Əli Həsənov bildirib ki, bu ilin martın 31-də azərbaycanlıların soyqırımını 100 illiyi, mayın 10-da ümummilli lider Heydər Əliyevin 95 illiyi, mayın 28-də isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq. O, bir […]

İlham Əliyevdən şok qərar: Növbədənkənar prezident seçkisi elan etdi

Azərbaycan Prezidenti İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıram: 1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin. 2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan […]

“Dövlət gəncləri sağlam, savadlı, vətənpərvər, müasir və milli köklərə bağlı görmək istəyir” – Yusif Məmmədəliyevlə MÜSAHİBƏ

Azərbaycanın Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevin 2 fevral – Gənclər Günü ərəfəsində “Trend”ə müsahibə verib. Turkustan.info həmin müsahibəni oxuculara təqdim edir. – Cəmiyyətin hərəkətverici qüvvəsi hesab olunan gənc nəslin tərbiyəsi və inkişafı ilə bağlı aparılan dövlət siyasətinin əsas istiqamətləri barədə nə […]

Prezidentdən “Yol hərəkəti haqqında” YENİ FƏRMAN

Sürücülük vəsiqəsi və digər müvafiq sənədlər olmadığı hallarda fiziki şəxsləri nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılacaq və həmin hallar aradan qaldırılanadək nəqliyyat vasitəsi saxlanılması üçün mütləq birbaşa müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına göndəriləcək. Turkustan.info-nun verdiyi xəbərə görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmanla qüvvəyə […]

“Bakı-Tbilisi-Qars dəmir-yolu xətti Türkmənistan üçün də yeni imkanlar açır” – Azərbaycan heyəti Aşqabadda

“Bakı-Tbilisi-Qars dəmir-yolu xətti Türkmənistan üçün də yeni imkanlar açır”. Xariçi işlər naziri Elmar Məmmədyarov Türkmənistana rəsmi səfəri çərçivəsində Türkmənistan Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredovla görüşüb. Turkustan.info xəbər verir ki, görüşdə nazirlər iki xalq arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bu günki səviyyəsini təqdir […]

Azərbaycanlı deputat AŞPA-da komitəsinin sədr müavini seçildi

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov AŞPA-nın hüquq məsələləri və insan hüquqları komitəsinin sədr müavini seçilib. Turkustan.info Azərtac-a istinadla xəbər verir ki, Vüsal Hüseynov AŞPA sessiyalarında və komitə iclaslarında hər zaman fəal iştirakı ilə fərqlənir.

Prezidentdən Cümhuriyyətə sayğı – Nazirlərlə toplantıda ELAN ETDİ

Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Turkustan.info xəbər verir ki, dövlət başçısı bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Prezident İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini deyib. Qeyd edək ki, bu il Şərqdə […]