Kateqoriya: Türk dünyası

Baş redaktor Qazaxıstanın Bakıdakı səfiri ilə görüşüb – FOTO

Bu gün “Turkustan” qəzetinin və Turkustan.info saytının baş redaktoru “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İssabayevlə görüşüb.  Görüşdə Azərbaycan və Qazaxıstan münasibətlərində, eyni zamanda Türk dövlətləri arasında inteqrasiya prosesində medianın, ictimai sektorun rolu ilə bağlı fikir mübadiləsi aparılıb.  A.Camal bildirib ki, müzakirə olunan məsələlərlə bağlı […]

Astanada Dünya Türkoloqlar Konqresi keçiriləcək – Qazaxıstan XİN-dən TWESCO-ya dəstək

Qazaxıstan xarici işlər naziri Beybut Atamkulov Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə görüşüb. Turkustan.info xəbər verir ki, görüş zamanı Akademiya prezidenti naziri yeni təyinatı münasibətilə təbrik edərək, TWESCO-nu fəaliyyəti barədə məlumat verib. Beynəlxalq Türk Akademiyasının ötən il il ərzində həyata keçirdiyi layihələr haqqında B.Atamkulovu məlumatlandıran D.Kıdırəli, təşkilatın 2019-cu il […]

Şəmistan Əlizamanlı ruslara qarşı yazılmış tarixi mahnını oxudu – MÖHTƏŞƏM İFA -Video

Milli vətənpərvərlik ruhlu mahnıların, marşların ifaçısı, Türk dünyasının sevilən səsi Şəmistan Əlizamanlı daha bir tarixi əsərə müraciət edib. Turkustan.info xəbər verir ki, Şəmistan Əlizamanlı 1878-ci ildə Osmanlı İmperiyası ilə Çar Rusiyası arasında yaşanmış savaş zamanı Osmanlı ordusunun sərgilədiyi fədakar “Plevne müdafiəsi”nə həsr olunmuş “Tuna nehri” tarixi mahnısını ifa edib.  

Ali Devrimin adı Türkiyədə kitabxanaya verildi

İki il əvvəl Bakıda həyatını itirən Atatürk Liseyinin direktoru Ali Devrimin adı Türkiyənin Aydın şəhərində bir kitabxanaya verilib. Turkustan.info xəbər verir ki, Azərbaycanda 9 il Anadolu və Atatürk liseylərində direktor vəzifəsini tutmuş Ali Devrim hocanın adı Aydının Karpuzlu rayonu, Tekeler məhəlləsində yerləşən orta məktəbin kitabxanasına verilib. Kitabxananın açılışı yanvarın 7-də […]

Türk varlığında doqquz tuğun sirri – 9 qotazlı bayraq

– Azərbaycan Yer üzündə ən qədim tarix olan türk tarixi pərakəndə, yarımçıq şəkildə, ən yaxşı halda müxtəlif dinlərin, fikirlərin təsiri altında yazılan yazılardan ibarətdir. Türk tarixinin dəqiq yazılması fikri 20-ci əsrin 30-cu illərində Türkiyədə ortaya atılsa da, buna hər cəhdlə mane olan qüvvələr türk tarixini gah qeyb olmuş bir qitə […]

Türk Dünyasının Ortak Değeri: Cengiz Aytmatov

Gökhan GÜLER Türk Dünyasının ortak değerleri denildiği zaman ilk olarak aklımıza dilimiz, dinimiz, tarihimiz, kültürümüz, örf, adet, gelenek, görenek, eğitimimiz ve folklorumuz gelmektedir. Türk Dünyasının ortak değerlerinin oluşması ve bizlere binlerce yıllık tarih süzgecinden süzüle süzüle gelmesi pek tabi ki çok büyük zorluk ve mücadelelerin neticesinde gerçekleşebilmiştir… Türk dünyasının ortak değerlerinin binlerce […]

Dövlət Bahçeliyə Qazaxıstandan həqiqi Bozqurd başı gətirildi – FOTO

Milliyyətçi Hərakat Partiyasının lideri Dövlət Baxçalıya maraqlı hədiyyə verilib.  Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qazaxıstan Ağır Atletika Federasiyasının fəxri prezidenti Kayrat Turlıxanov Milliyyətçi Hərakat Partiyasının lideri Dövlət Bahceli içi doldurulmuş qurd başı hədiyyə edib. Məlumata görə, Bahceli bu hədiyyəyə görə olduqca məmnun olduğunu deyərək, qurdun türklər üçün xüsusi rəmzi […]

Azərbaycanlı gənclər Ankarada təşkilat qurdu – AGAH

19 Oktyabr 2018-cı ildə Türkiyə Respublikası qanunvericiliyinə müvafiq olaraq rəsmən dövlət qeydiyyatına alınan Ankarada yaşayan azərbaycanlı gənclərin sivil təşkilatlanması yönündə fəaliyyət göstərəcək “Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi” (AGAH) Gənclər Təşkilatının Ümumi Yığıncağı keçirilib. Turkustan.info xəbər verir ki, ümumi Yığıncağın keçirilməsində əsas məqsəd təsis edildikdən sonra müvəqqəti İdarə Heyəti tərəfindən idarə edilən İctimai […]

Milli Məclis, Xarici İşlər Nazirliyi və Disporla İş üzrə Dövlət Komitəsi – Xaricdə ən böyük uğur platforması

Bizi birləşdirən nədir? Bir vətəndə millət, xalq və dövlət olaraq birliyimizdən söhbət gedir. Yəni ümumi dəyərlərimiz var və bizi birləşdirən də budur.      Harada yaşamağıımızdan asılı olmayaraq, Vətənimiz, dövlətimiz, bayrağımız kimi qürur hissi daşıyırıq. Vətəndən uzaqda olan hər kəs, sevdikləri yaxınında olsa belə, şüuraltı olaraq darıxır, doğma Vətən həsrəti çəkir… […]

“Şaxta baba da bizimdir, şam ağacı da…”

Hikmət Babaoğlu – siyasi elmlər üzrə fəlsəfə doktoru Yeni ilin miladi təqvimlə yanvarın 1-də, yaxud Günəş təqvim ilə martın 21-də qeyd olunması köhnə mübahisədir. Tacikistanda da bu mübahisələr mövcuddur və bu il rəsmi şəkildə qərara gəlinib ki, Yeni ili xüsusu təmtəraq olmadan, yəni yolkasız, Şaxta baba və Qar qızasız qeyd eləsinlər. […]

SƏSi qırmızıya çalan xalq artisti

Sözü ifadə etməyin iki üsulu var- yazı və səs. SÖZ səslənəndə daha qüdrətli, daha kəsərli olur. Elə Tanrının “OL” kəlməsi də SƏSin qüdrəti ilə hökmünü tapıb. SƏS həm də rəngdir. SƏSin də qarası, ağı, qırmızısı, yaşılı, sarısı, göyü, çəhrayısı olur… Sizə böyük ədiblərin yazı ilə ifadə etdiyini SƏSinin rəngi ilə […]

Səhiyyənin təşkili üzrə ABŞ-da tanınan beynəlxalq dərəcəli ekspert

Mehribandır- hardan gəlib, harda olduğunu və sonda hara gedəcəyini bilənlərin adətidir… Təvəzökardır- insanı sevdirən ilahi rəngdən onda da var… Şux zarafatları dodaq qaçırır- kübarlıq qandan gəlir… Səxavətlidir- Yaradanın vergisini bəndələrinə ödəməyə çalışır… Məzəli söhbətləri ilə ürəkləri fəth edən bu insanın xətri çox adamın yanında əzizdir. O, 1959-cu ildə müəllim ailəsində […]

Amerikadan salam var…

Bizim ona vəfa borcumuz var- borclu qalmaq yaxşı hal deyil… Yüksək əxlaq qazanılmır, İlahidən gəlir- Tanrı ondan bunu əsirgəməyib… Təvəzökardır- insan ruhunda olan rənglərin ən gözəli onda da var…  İnsanpərvərdir- yaratdıqlarına Yaradana görə ehtiram göstərməyi bacarır… Diqqətlidir- uşaqdan böyüyə çox adama bundan pay düşüb… İşgüzardır- əməlləri ilə Yardımlıda tarix yazdı… […]

“Azərbaycan dünya ölkələri arasında xüsusi önəmə və yerə sahibdir“

Azərbaycan dövləti öz müstəqil siyasətini yürüdərək beynəlxalq aləmdə özünə imic qazanıb. Dövlətimiz müstəqil şəkildə beynəlxalq layihələrdə iştirak edərək xalqın maraqlarını ifadə edir. Ən vacib məqam isə bu gün ölkəmiz sülh, sabitlik ölkəsi kimi tanınır. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına mərasimdə çıxışı zamanı […]

Faiq Ələkbərli İstanbulda Uluslararası simpoziuma qatılıb – FOTOLAR

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli 17-18 dekabr 2018-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində “Doğumunun 200-ci yubileyində Şihabəddin Mərcani : İslam təfəkküründə təcdit və ihya” Uluslararası simpoziumuna qatılıb. Turkustan.info xəbər verir ki, Beynəlxalq konfransda Azərbaycanı təmsil edən F. Ələkbərli “Cəmaləddin Əfqaninin İslam Birliyi […]

Oş şəhəri Türk Dünyasının Mədəniyyət paytaxtı elan olundu

Qırğızıstanın qədim Oş şəhəri 2019-cu il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olundu. Bununla bağlı qərar dekabrın 18-də ölkəmizin Kastamonu şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı iclasında qəbul edildi. Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Kastamonu şəhərində Tarixi Kurşunlu xanda keçirilən TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri […]

Amerika, soydaşlarıma verdiyin imkanlara görə səni çox sevirəm…

Vaxt az olduğundan ehtiramımı göstərməkdən ötrü onu qonaq dəvət edib, xidmətində durmaqdan başqa əlimdən heç nə gəlmədi. Kaş biləydiz, bu xanımın Azərbaycan musiqisinin təbliğində necə də böyük xidmətləri var… Bir başqa aləmdir, Aida xanım. Duyğusal, romantik. Bir o qədər də əzmkar, iradəli… Deyir ki, ailədə ilk və yeganə musiqiçidir. Atası […]

Parlament nümayəndə heyəti Hindistanda Beynəlxalq Foruma qatılıb – Azərbaycan təcrübəsi də müzakirə olunub

Dekabrın 10-dan 15-ə qədər Hindistanın paytaxtı Yeni Dehlidə Hindistan hökümətinin, şəxsən baş nazirin ev sahibliyi ilə Beynəlxalq Forum keçirilib. Strateq.az xəbər verir ki, Forum Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Ana, Uşaq və Gənclərin sağlamlığı probleminin həllində beynəlxalq əməkdaşlığın roluna həsr edilib. Beynəlxaq tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Məlahət İbrahimqızı, Kamilə Əliyeva, […]

Sehirli barmaqların ABŞ möcüzəsi

Adamı görmədən də sevmək olur- insanı sevdirən əməlləridir… Onunla heç vaxt söhbətimiz olmayıb- amma barmaqlarının yaratdığı səs həmişə qulaqlarımdadır.. Do, re, mi, fa, sol, lya, si- ilk baxışdan adi görünən bu sıralama səsə çevriləndə ilahi möcüzə yaradır… Bu möcüzəyə musiqi deyirlər- səsləndisə insan pərvazlanan ruhunu öz cismində saxlaya bilmir… Yaxşı […]

Nazarbayevdən Azərbaycana daha bir jest – Bu soydaşlarımız mükafatlandırıldı – FOTOLAR

Qazaxıstanın müstəqillik günü ərəfəsində prezident Nursultan Nazarbayevin sərəncamı ilə 6 azərbaycanlı ölkənin inkişafında göstərdiyi xidmətərlə görə müxətlif orden və medallarla təltif edilib. Onların arasında Qazaxıstan Azərbaycanlıları İttifaqının rəhbəri Əbülfəz Xamedov ən yüksək mükafata 2-dərəcəli Dostluq medalına layiq görülüb. Bu son 5 ildə Qazaxıstanda yaşayan azsaylı xalqların nümayəndəsinə verilən ən yüksək […]

Mübariz’ə dil uzatmaq…

Əzizlərim: Bunun kimi xəstə düşüncəli varlıqlar hər zaman olub, bundan sonra da olacaq. Əsas olan bizim cəmiyyət olaraq nə düşündüyümüzdür. Mübariz İbrahimov sadəcə Azərbaycanın deyil bütün Türk Dünyasının, düşməni eyni olan hər bir insanın qəhrəmanıdır. Bu kimi xəstə düşüncəli insanlara bizim verə biləcəyimiz ən böyük təpki QƏHRAMANımıza daha çox sahib çıxmaqdır. […]

Macarıstanın dövlət bayrağı Beynəlxalq Türk Akademiyasında qaldırıldı – FOTOLAR

Beynəlxalq Türk Akademiyası (TWESCO) Qazaxıstan Respublikasının Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib. Mərasim çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Çolpan-Ata sammitində TWESCO-ya müşahidəçi üzv statusu alan Macarıstanın dövlət bayrağı Akademiyaya təqdim edilib. Turkustan.info xəbər verir ki, mərasimdə Qazaxıstan xarici işlər nazirinin müavini Ercan Aşıkbayev, Azərbaycanın Qazaxıstandakı səfiri Raşad Məmmədov, […]

Vətənini və dövlətini canından çox sevən mərhum millət vəkili – Zakir Sərdarov

Alimin vəfatından 19 il keçir. Bu gün Azərbaycanın dəyərli ziyalılarından biri olan mərhum millət vəkili Zakir Sərdarovun Vəfatından 19 il keçir. Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynamış, həm alim, həm də millət vəkili kimi aktiv fəaliyyət göstərmiş, işıqlı bir insan olan Zakir müəllim yaşasaydı 74 yaşı tamam olacaqdı. Zakir Sərdarov […]

Şəmistan Əlizamanlıdan dünyanı silkələyən tarixi türk serialında MÖHTƏŞƏM ÇIXIŞ – VIDEO

Türkiyənin ən reytinqli tarixi serialı olan “Diriliş Ertuğrul”un 127-ci bölümündə keçmiş hərbi diktor, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı yenə diqqət mərkəzinə düşüb. Turkustan.info-nun xəbərinə görə, Ozan rolunu canlandıran Ş.Əlizamanlı serialda “Zəfər bismillah” mahnısını səsləndirib. Həmin səhnəni təqdim edirik:

Sərkərdə Teymurun ABŞ-da yaşayan adaşı…

ABŞ-ın İndiana ştatı ərazisinə görə Azərbaycandan böyük olsa da, əhalisi Azərbaycan əhalisinin üçdə ikisi qədərdir. Ştatın ən məşhur şəhərlərindən biri də Bluminqtondur. Bluminqton dünyada elm-təhsil ocağı kimi tanınır. Burada dünyanın hər yerindən oxumağa gələn tələbələr var. Onların arasında az da olsa azərbaycanlılar da olub… Haqqında söhbət açacağım Teymur Qorxmaz oğlu […]

Türkiyənin məşhur jurnalisti kikboksinq federasiyasının idarə heyətinin üzvü oldu

Türk dünyasının tanınmış jurnalisti Ali Kan Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü olub. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Ali Kanı federasiyada görməkdən məmnun olduğunu bildirib. “Ali Kan Türkiyədə tanınmış jurnalistlərindəndir. Azərbaycanın haqq səsinin Türk dünyasına çatdırılmasında xüsusi rolu var. Azərbaycan davasında yanımızda olan qardaşdır. Kikboksinq federasiyasının Türkiyədə […]

İstanbulda “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə 10-11 dekabr 2018-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İstanbul Universitetində,İstanbuldakı Biruni Universitetində və İstanbul Türk Ocağındakonfrans və “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib. Hər üç […]

Liderləri Tanrı seçir… – Elman Eldaroğlu yazır

Elman Eldaroğlu ABŞ, Miçiqan Bəlkə də, liderlik arzusunda olanların heç biri bilmir ki, liderləri Tanrı seçir…
1976-cı ilin yayında mənim on yaşım var idi. Sumqayıt şəhərində yerləşən 9 N-li orta məktəbin 3-cü sinfini təzə bitirmişdim. Ara-sıra şeir də yazırdım. İnşaatçılar qəsəbəsindəki barak evin bir otaqlı mənzilində altı nəfərdən ibarət ailəmizlə kirayədə […]

Türkiyədə Hüseyn Cavidin “İblis”inin səhnələşdirilməsi ilə bağlı işlər davam edir

Azərbaycanın böyük şairi və dramaturqu Hüseyn Cavidin “İblis” əsəri yaxın aylarda İstanbul tamaşasevərlərinə təqdim olunacaq. Hüseyn Cavidin anadan olmasının 135, “İblis” əsərinin yazılmasının 100 illiyi şərəfinə İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarında səhnələşdirilən tamaşanın məşqləri sürətləndirilib. Turkustan.info xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının direktor müavini, Əməkdar incəsənət xadimi Məlahət […]

Türkiye ‘deki Ermeni sevicilerin yeni gözdesi: Paşinyan…

“Bir gazetenin görevi, ülkedeki ve dünyadaki gelişmeleri zamanında ve doğru olarak yayımlayarak, haberleri herhangi bir düşünceye bağlı kalmadan ve etkilenmeden yansız biçimde geniş halk kitlelerine duyurmaktadır.” Sözcü gazetesi Paşinyan’ın önden arkadan sağdan soldan sandık başındakı resimlerini vererek adeta er meydanında zafer kazanmış bir Cihangir’i anlatır gibi haber hazırlamış: “Ermenistan’da düzenlenen […]

İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə 10 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İstanbul Universitetində konfrans və“Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi“İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasınınnümayişi keçirilib. Tədbir iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Təqdimat mərasimində […]

“İrəli”nin “Azərbaycanın İntellektual Birİncisi” layihəsininin icrası başa çatıb

 “İrəli” İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin 3-cü mövsümünə dekabrın 8-də yekun vurulub.  Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan final mərhələsi keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Azərbaycan Tələbə […]

Diaspora Komitəsi axısxalılarla görüş keçirib – Gürcüstanda

Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstanda yaşayan azərbaycanlılar ilə iş üzrə şöbə müdiri Anar Rəsulov və Azərbaycanın Gürcüstandakı Səfirliyinin I katibi Rəhim Rəhimzadə Gürcüstanda yaşayan axısxalılar ilə görüşüb. Turkustan.info xəbər verir ki, şöbə müdiri Anar Rəsulov, I Katib Rəhim Rəhimzadə və digər qonaqlar əvvəlcə Dünya Ahıskalı Türklər Birliyinin (DATÜB) Tbilisi […]

Kıbrıs’ta ortak “federasyon” vizyonu var mı?

Gökhan GÜLER BM Genel Sekreteri Antonio Guterres, 16 Ekim 2018 tarihinde Güvenlik Konseyi’ne sunduğu Kıbrıs Raporu’nda öncelikle tarafların ortak vizyonkonusunu netleştirmeleri gerektiğine dikkat çekmişti. Peki, Kıbrıs Rum ve Kıbrıs Türk tarafları arasında BM Genel Sekreteri Guterres’in ifade ettiği gibi Ada’nın geleceğine ilişkin ortak bir vizyon şu an için var mıdır? Ya da […]

“Türkiyədə “BengüTürk Tv” Azərbaycanlıların evinə çevirilib” – Fotolar, Video

“Azərbaycan rüzgarı” verilişinin aparıcısı Səidə Ömər: “Azərbaycanımın yarıcanı Türkiyəyə isti nəfəs gətiririk” “Ortaq dəyərlərimizi Türkiyə pəncərəsindən dünyaya yayaq” “BengüTürkTv”-də hər bazar “Azərbaycan rüzgarı” əsir. İsti, ilıq, canayaxın… Bu rüzgar məmləkəti özləyən, Azərbaycana “can” deyən hər kəsin ürəyindən xəbər verir. “Azərbaycan rüzgarı”nın müəllifi isə Azərbaycan sevdalısı olan gənc bir qızdır. Həyat […]

Hüseyn Cavidin şeirlər kitabı qazax dilinə tərcümə olunub – Təqdimatdan FOTOLAR

Hüseyn Cavidin şeirlər kitabı qazax dilinə tərcümə olunub Qazaxıstanın Almatı şəhərində böyük ədibin qazax dilində işıq üzü görən şeirlər kitabının təqdimat mərasimi keçirilib. Turkustan.info xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində yerləşən Əl Fərabi adına Qazaxıstan Milli Universiteti tərəfindən tərcümə edilən və qazax dilində çapdan çıxan kitabın təqdimat mərasimində çıxış edən Universitetin […]

Cümhuriyyət araşdırıcıları: Ceyhun Hacıbəylinin varislərinin Bakı səfəri önəmli HADİSƏDİR

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından olan görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin Parisdə yaşayan gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəyli Diasporla İş üzrə Dövlət Komitəsinin AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirləri çərçivəsində hazırda Bakıdadır.   Maraqlıdır, AXC-nin 100 illiyində Hacıbəylilər nəslinin Azərbaycana səfər etməsini cümhuriyyət araşdırıcıları necə dəyərləndirir? […]

“Azərbaycanın İntellektual Birİncisinin” 2018-ci ildə keçirilən III mövsüm regional turnirləri Naxçıvanda başa çatdı – FOTO

“Azərbaycanın İntellektual Birİncisinin” 2018-ci ildə keçirilən III mövsüm regional turnirləri Naxçıvanda başa çatıb. “Azərbaycanın İntellektual Birİncisi” layihəsi üçüncü mövsümdür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. “Azərbaycan gəncliyi 2017-2021-ci […]

Türk Dünyası Turan Yazgan Büyük Ödülü İlham Tohti’ye verildi

 Türk Araştırmaları Başkanı Közhan Yazgan ve Macar Turan Vakfı başkanımız Andras Biro tarafından, Tohti adına, on yıllardır İngiltere’de yaşamak zorunda kalan Uygur sanatçı ve dava kadını Rahima Mahmud’a takdim edildi. Turan Yazgan ödülüne Türk Dünyası’na yaptıkları büyük hizmetleri için bu ödüle layık görülen, Mustafa Cemil Kırımoğlu (2013), Andras Biro (2014), […]

Türkün dədə yurdundakı Dədə Qorqud

Aida Eyvazlı … 7 yurd qurub, 7 ocaq yandırdı. Eli başına yığdı Qorqud Ata– Dədə Qorqud.  Ulu türk ellərinin ulu qəhrəmanı haqqında  yazılanlar, bu günümüzə qədər gəlib çıxan hər cümlə  əslində türk ulusunun, türk elinin, türklərin tarixi, mədəniyyəti, coğrafiyası kimi mühüm mənbədir. Nə yaxşı ki, ən əvvəl  Dədəmiz Qorqud haqqında […]

Milli özünüdərkin yüksəlişi

Prof. Darxan Kıdırəlı, Beynəlxalq Türk Akademiyasının prezidenti  Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin “Böyük Çölün yeddiözəlliyi”  məqaləsi qısa bir zamanda xalqın ürəyinə yol taparaq, cəmiyyət tərəfindən böyük məhəbbətlə qarşılandı. Qazaxıstan Prezidenti bu gün bizim ölkənin rəhbəri olmaqla yanaşı,həm də  kökləri Böyük Çölə bağlı  bütün doğma və qohum xalqların liderikimi qəbul edilir. Onuntarixi […]

Qazaxıstan: Ortaq Mirasın Güvənc Yeri

Füzuli Məcidli, Siyasi elmlər üzrə fəlsəfə doktoru, TWESCO-nun əməkdaşı Son illər Qazaxıstanda ölkəningələcək inkişaf yolunu müəyyənləşdirən “yol xəritəsi” xarakterli bir neçə proqram diqqəti cəlb edir.“100 konkret addım”,“Qazaxıstan – 2050 strategiyası”və “Gələcəyə doğru: Mənəvi yenilənmə” proqlarımda dövlətin gələcək inkişaf strategiyası aydın müəyyən olunub.Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ölkəsini dünyanın iqtisadi cəhətdən inkişaf […]

Nuriyyə Hüseynova İstanbuldakı konsertin ardınca, Ankarada çıxış edəcək -FOTOLAR

Türkiyənin İstanbul şəhərində dahi Azərbaycan şairi Hüseyn Cavidin anadan olmasının 135-ci ildönümü münasibətilə tədbir keçirilib. Turkustan.info xəbər verir ki, “Türk Ocakları” Dərnəyinin, Şəhər bələdiyyəsinin və “Yeni Yurd” ictimai birliyinin sədri Mahirə Əsədovanın təşkilatçılığı ilə keçirilən tədbiri Dr Cezmi Bayram açıb. Əli Əmiri adına Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə azərbaycanlı alim […]

Kerküklü milli şair Mehmet İzzet Hattat Ankarada anıldı

“TÜRKSOY ” Beynəlxalq Türk Kültür Təşkilatı kərküklü şair Mehmet İzzet Hattatın 90 yaşı münasibəti ilə Ankarada anma toplantısı düzənləndi. Türkməneli Kültür Mərkəzinin dəstəyi ilə hazırlanan anma toplantısında İraq Türkmənləri ilə Türksoy arasında bir işbirliyi protokolu imzalandı. Turkustan.info xəbər verir ki, tədbirin girişində Türksoyun genel sekreteri Böyükelçi Düsen Kaseinov Türksoyun fəaliyyətləri […]

Nazarbayev Türk tarixindən yazdı: Qazaxıstan bütün Türk xalqlarının müqəddəs ata yurdudur – MƏQALƏ

Nursultan Nazarbayev Hər şeyin ölçücü məkan, hər hadisənin ölçüsü zamandır. Məkan ilə zamanın kəsişdiyi yerdə milli tarix başlayır. Bu adi bir fikir deyildir. Almanlar, italyanlar və ya hindistanlıların keçmişinə nəzər salsaq, haqlı olaraq onların min illəri əhatə edən tarixlərindəki böyük uğurları ilə yaşadıqları yer arasında bağlılığa aid suallar meydana gəlir. […]

Nazarbayev Beynəlxalq Türkologiya Konqresinin keçirilməsinə qərar verdi

1926-cı il Bakı Türkologiya Konqresindən sonra ikinci belə dünya miqyaslı konqresə ev sahibliyini Astana edəcək. Prezident Nursultan Nazarbayev bununla bağlı xüsusi təşəbbüslə çıxış edib. N.Nazarbayevin rəsmi dövlət qəzeti “Egemen Qazaxıstan”da yayımlanan “Böyük Çölün yeddi özəlliyi” adlı geniş məqaləsində tarixi mirasa sahib çıxmaq məqsədi ilə “Türk siviliziyası: tarixdən bu günədək” adlı […]

Qazaxıstanda türk dünyasının mənəvi yenilənməsinə dair beynəlxalq konfrans keçirilib

Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən Qazaxıstanın Türküstan şəhərində “Müqəddəs Türküstan və türk dünyasının mənəvi yenilənməsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Turkustan.info xəbər verir ki, konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Fransa, Hindistan və digər ölkələrdən türkoloqlar və diplomatik missiya nümayəndələri iştirak ediblər. Türküstan vilayətinin qubernatoru Canseyit Tüymebayev Qazaxıstan Prezidenti Nursultan […]

“Tut ağacı” yaddaşlardan silinməyəcək – FOTO

Ahıska türklərinin sürgün illəri Türkiyəli yazarın yeni romanında yer alıb.  İnform.az-ın  xəbərinə görə, Ahıska türklərinin vətənlərindən sürgün edilmələrini bütün aydınlığı ilə ərsəyə gətirilən “Tut ağacı” adlı bu kitab 14 noyabr 2018-ci il-sürgün illərinin yetmiş dördüncü ilində oxucuların ixtiyarına verilib. 14 noyab 1944-cü ildə Gürcüstanın Ahıska bölgəsində yaşayan on minlərlə Ahıska […]

“İrəli” İctimai Birliyinin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax iqtisadi rayonu üzrə qalibləri müəyyənləşib – FOTOLAR

“Azərbaycanın İntellektual Birİncisi” layihəsi üçüncü mövsümdür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və […]

Ahıska türklərinin soyqırımı: “Sovet hakimiyyəti ölənlərin sayını azaldıb”- MÜSAHİBƏ

Tarixin sürgün və işgəncələrinə məruz qalan xalqlarından biri də Ahıska türkləridir. Stalin siyasətinə “xəyanət” etməkdə günahlandırılan bu xalqın zorən köçürülməsindən 74 il ötür. Əslində “xəyanət”, “casusluq” ittihamları bəhanə idi. Türklərin ata-baba torpaqlarından köçürülməsinin tamam başqa səbəbləri var idi ki, bunların da önündə Qafqazın müsəlmanlardan, türklərdən təmizlənməsi siyasəti dururdu. Ahıska türklərinin […]

Aqil Camal Qazaxıstanda beynəlxalq konfransda iştirak edəcək

“Türküstan” qəzetinin və Turkustan.info saytının baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal Qazaxıstanda keçiriləcək beynəlxaq konfransa qatılacaq.  “Müqəddəs Türküstan və Türk dünyasının mənəvi dirçəlişi” adlı elmi-praktik konfrans Beynəlxalq Türk Akademiyası tərəfindən təşkil olunur. Noyabrın 19-da Qazaxıstanın Türküstan şəhərində keçiriləcək konfransda alimlər, türkoloqlar, filoloqlar, siyasi və ictimai xadimlər, diplomatik […]

Mədət Quliyev TÜRKON-un toplantısında – Qırğızıstandan FOTOLAR

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov noyabrın 14-də Bişkekdə keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının (TÜRKON) XXI iclasının iştirakçılarını qəbul edib. Görüşdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev iştirak edib. Qırğızıstan Prezidenti görüşdə Konfransın region üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sooronbay Jeenbekov bildirib ki, biz bir-birimizə çox […]

Gənc nəslin tariximizi bilməsi vacibdir

“Aytam” uşaqların mədəni maariflənməsi İctimai Birliyinin təşkilatçılığı ilə Milli Kitabxanada 9 noyabr – Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib. İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, tədbir qurumun “1918-ci il azərbaycanlıların soyqırımı həqiqətlərinin gənclər arasında təbliğinin təşkili” layihəsi çərçivəsində reallaşıb. Gənc nəslin tariximizi bilməsinin vacibliyini söyləyən İctimai Birliyin sədri Aygün Zamanlı deyib […]

“Veysəloğlu” şirkəti təqaüd verəcəyi tələbələrlə görüş keçirib – FOTOLAR

Bu gün “Veysəloğlu Akademiya”da Şirkətlər Qrupunun əməkdaşlarının ali təhsil müəssisələrinə yüksək balla qəbul olaraq tələbə adını qazanan övladları ilə şirkət rəhbərliyi arasında növbəti görüş keçirilib.  Görüşdə şirkət rəhbərliyi yüksək bal toplayıb ölkənin və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə uğurlar arzulayaraq, onlara gələcəkdə daha da yüksək nəaliyyətlər […]

Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə Türkiyədə səfərdə olub və TC Daxili İşlər naziri, cənab Süleyman Soylu ilə görüşüb. Bu haqda Azərbaycan Respublikasının qardaş Türkiyə Cümhuriyyətindəki səfirliyinin Təhsil Müşavirliyinin rəsmi facebook səhifəsində məlumat […]

Atatürk Moskvada anıldı

Moskva hökuməti yanında “Moskva şəhər millətilər evində Türkiyə Respublikasınn yaradıcısı, dahi siyasətçi və sərkərdə Mustafa Kamal Atatürkün xatirəsini anım gecəsi keçirildi. Tədbir XX əsrin bu dahi şəxsiyyətinin vəfatının 80-ci ildönümünə həsr edilmişdi. Gecə Moskva ictimai təşkilaı “Türk Cəmiyəti”nin rəhbəri Yusuf Üzeyir Şənin təşəbbüsü sayəsndə “İstanbul – Moskva və qonşu ölkələr […]

“İrəli” İctimai Birliyinin keçirdiyi intellektual yarışların Dağlıq Şirvan və Şəki- Zaqatala iqtisadi rayonu üzrə qalibləri müəyyənləşib

“İrəli” İctimai Birliyinin keçirdiyi intellektual yarışların Dağlıq Şirvan və Şəki- Zaqatala iqtisadi rayonu üzrə qalibləri müəyyənləşib. Turkustan.info xəbər verir ki, “Azərbaycanın İntellektual Birİncisi” layihəsi üçüncü mövsümdür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən […]

Ülkü Ocaqları Azərbaycan şöbəsi Bakıda Atatürkün heykəli qarşısında anım törəni keçirib – FOTOLAR

Turkustan.info bildirir ki, bu gün Türkiyə Ülkü Ocaqlarının Azərbaycan şöbəsinin təşkilatçılığı ilə böyük öndər Qazi Mustafa Kamal Atatürkü Türkiyə səfirliyinin yaxınlığında yerləşən parkda onun heykəli qarşısında anma mərasimi keçirilib. Türkiyə Ülkü Ocaqları Azərbaycan şöbəsinin Başqanı Tuqay Apa-nın verdiyi məlumata görə anma törənindən sonra Türkiyənin Bakıdakı səfirliyində anma mərasimi keçirilib. Mərasimə […]

Atatürkün vəfatından 80 il ötür

Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür. Turkustan.info xəbər ki, 1937-ci ildə səhhətində problem yaranan Atatürk 1938-ci il noyabrın 10-da 57 yaşında İstanbulda dünyasını dəyişib. Məlumat üçün bildirək ki, Türkiyə Qurtuluş Savaşının hərbi və siyasi lideri 1923-cü ildən 1938-ci ilədək ölkəyə rəhbərlik edib və Türkiyə Cümhuriyətinin ilk […]

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri İsveç-Azərbaycan Birliyinin tədbirində iştirak edib

İsveçdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov burada fəaliyyət göstərən İsveç-Azərbaycan Birliyinin keçirdiyi tədbirdə iştirak edib. Turkustan.info xəbər verir ki, Dövlət Komitəsinin sədri tədbirdə çıxış edərək səfəri çərçivəsində keçirdiyi görüşlər və əldə olunan razılaşmalar barədə danışıb. O, səfərin diaspor təşkilatlarımızın fəaliyyəti ilə tanışlıq xarakterli daşıdığını diqqətə çatdırıb. […]

“Azərbaycan Diaspor Gəncləri” təşkilatının koordinatoru Dünya Gənclər Forumunda – FOTO

“Azərbaycan Diaspor Gəncləri” təşkilatının Macarıstan üzrə koordinatoru Murad Aslanlı Misirin Şarm-Əş-Şeyx şəhərində keçirilən Dünya Gənclər Forumunda təmsil olunur.  Turkustan.info xəbər verir ki, noyabrın 3-dən 6-dək davam edən Forum Misir Ərəb Respublikasının Prezidenti Əbdül Fəttah Əs-Sisinin birbaşa nəzarəti ilə həyata keçirilir və 142 ölkədən 5000-dən çox gənc iştirak edir. Forumun məqsədi dünyadakı […]

Nyu Yorkda Qara Qarayeva həsr olunmuş konsert keçiriləcək

Noyabırın ayının 25-də Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində “Tribeca Performing Arts Centre”də dahi Azərbaycan bəstəkarı Qara Qarayevə həsr olunmuş konsert baş tutacaq. Konsert Bakı-Bruklin Dostluq Assosiasiyasının və AZZEM beynəlxalq fondunun dəstəyi ilə keçirilir.  Qeyd edək ki, Azərbaycanın böyük bəstəkarı və pedaqoq Qara Qarayevin bu il 100 illik yubileyidir. Bu […]

Beynəlxalq Türk Akademiyası nadir tarixi əsərləri nəşr etdi -Təqdimatdan fotolar

Astanada Qazaxıstanın Birinci Prezidenti – Elbaşı Kitabxanasında Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən nəşr olunan Rəşidəddin Fəzlullahın “Camiğ-at-tarix” və Bekasıl Bibolatulının “Zikzal” kitablarının təqdimatı olub. Nadir tarixi əsərlər Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin elan etdiyi “Mənəvi Yenilənmə” proqramı çərçivəsində işıq üzü görüb.  Təqdimat mərasimində Nur Otan Partiyası sədrinin birinci müavini Maulen Aşimbayev, […]

Qazaxıstanda “Türküstan: Yeni informasiya fəzası” beynəlxalq forumu keçirildi – FOTOLAR

Qazaxıstanın Türküstan şəhərində “Türküstan: Yeni informasiya fəzası” türkdilli ölkələrin beynəlxalq jurnalistlər forumu keçirilib. Tədbirdə Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğızıstan, Tatarıstan və digər ölkələrdən informasiya agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin elan etdiyi, qazax xalqının öz milli dəyərlərinə yenidən sahiblənməsini nəzərdə tutan “Ruhani Janğıru” (“Mənəvi yenilənmə”) proqramı çərçivəsində […]

Təşkilat sədri: “Azərbaycan hökumətinin başladığı proses Qazaxıstanda sənədsiz yaşayan soydaşlarımıza ümid verib”

“Qazaxıstanda sənədsiz yaşayan azərbaycanlıların sayı barədə dəqiq məlumat yoxdur. Amma mənim özümə il ərzində sənədlərindəki problemlə bağlı yüzlərlə azərbaycanlı müraciət edir. Azərbaycan hökumətinin Türkiyədə qanunsuz miqrant həyatı yaşayan vətəndaşlarının hüquqi statusunun leqallaşdırılması ilə bağlı başladığı proses Qazaxıstanda eyni problemlə üzləşən soydaşlarımıza da ümid verib”. Bunu Qazaxıstandakı Azərbaycan diaspor təşkilatlarından bir […]

Şuranın dəstəyilə yaradılan QHTFilm.az saytı və NGOFilm mobil applikasiyası ictimaiyyətə təqdim olunub

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində QHTFilm.az saytının və NGOFilm mobil applikasiyasının təqdimat mərasimi keçirilib. Sosialxəbər.az xəbər verir ki,tədbiri giriş sözü ilə açan “Şəmsi Əsədullayev” xeyriyyə İctimai Birliyinin sədr müavini və layihə rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, QHTFilm.az saytı və NGOFilm mobil applikasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi […]

İstanbulda möhtəşəm “Bir millət, iki dövlət” Sənət Gecəsi keçirildi – FOTOLAR+VİDEO

Türkiyənin İstanbul şəhərində “Bir millət, iki dövlət” adlı sənət gecəsi keçirilib. Yenicag.az xəbər verir ki, TİKA və “Palmali” şirkətlər qrupunun dəstəyi, Azərbaycan-Türkiyə Evi (ATEV) və “İpekyolu” Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən sənət gecəsində Azərbaycan və Türkiyədən seçilmiş simalar iştirak edib. Gecədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu oxunub. Türkiyə […]

“Türk dünyası” kitabında Beynəlxalq Türk Akademiyasının fəaliyyəti yüksək qiymətləndirilib

Füzuli Məcidli Azərbaycanda çap olunan “Türk dünyası” adlı 5 cildlik kitabda Beynəlxalq Türk Akademiyasının (TWESCO) missiyası, faəliyyəti və həyata keçirdiyi layihələrlə bağlı 16 səhifəlik geniş məlumat yer alıb. Kitabda qeyd olunur ki, Beynəlxalq Türk Akademiyası dünya miqyasında əhatəli türkoloji araşdırmalar həyata keçirən və üzv ölkələrin sosial-humanitar elm sahələrindəki ortaq məsələlərini […]

Rusiyalı deputatdan ŞOK İDDİA: “Kreml” sözü türk dilindən götürülüb” – MÜSAHİBƏ

“Regiondakı slavyanlaşdırmanı Sovet hakimiyyəti ilə əlaqələndirmək doğru deyil”. Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Rusiya Dövlət Dumasının Saxadan olan deputatı Fedot Tumusov səsləndirib. – Saxanın (Yakutiya – red.) müasir tarixini sovet və postsovet dönəmlərinə ayırsaq, SSRİ-nin süqutundan sonra nə dəyişib? Rusiyanın regionları üçün əvvəl, yoxsa indi daha çox işlər görülür? – Saxaya […]

Dövlət Komitəsində tatarıstanlı qonaqlarla görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsində Tatarıstan Xalqlar Dostluğu Evinin direktoru, Tatarıstan Respublikası Dövlət Şurasının deputatı İrek Şaripov ilə görüş keçirilib. Görüşdə Tatarıstandakı Azərbaycan diaspor təşkilatlarının, eləcə də Azərbaycandakı tatar icmasının fəaliyyəti və bir sıra qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Turkustan.info xəbər verir ki, qonaqlara Dövlət Komitəsinin fəaliyyəti haqqında məlumat verilib. […]

Türk Akademiyasının prezidenti Azərbaycan xalqını təbrik etdi

Beynəlxalq Türk Akademiyasının (TWESCO) prezidenti Darxan Kıdırəli Azərbaycan xalqını Dövlət müstəqilliyinin bərpasının ildönümü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “18 Oktyabr – Dövlət Müstəqilliyi Günü münasibəti ilə qardaş Azərbaycan xalqını təbrik edir, sülh, əmin-amanlıq, inkişaf və rifah arzulayıram! Azərbaycanın müstəqilliyi sarsılmaz və əbədi olsun!” Xatırladaq ki, Beynəlxalq Türk Akademiyası 2009-cu ildə […]

“TÜRKSOY-un Borçalı elinə, mədəniyyətinə, elm adamlarınına diqqəti alqışlanmalıdır”

Türküstan.info saytının suallarını “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli cavablandırır. Yaxınlarda Türkiyədə Prof.Dr Camal Mustafayevin 90 illik yubileyi münasibəti ilə onun xatirəsinə həsr olunmuş tədbirlər silsiləsi oldu. Bu tədbirin təşkilatı haqqında məlumat verə bilərsinizmi? Borçalı Cəmiyyətinin fəaliyyətində 2009-cu ildən başlanmış yeni dönəmin əsas vəzifələrindən biri də Borçalı elini həm Azərbaycana, həm […]

İsveçrə azərbaycanlılarının rəhbəri: “Dəyişiklikləri görmək üçün vaxta ehtiyacımız var”

Bildiyimiz kimi, xaricdə yaşayan soydaşlarımız və diaspor təşkilatları Koordinasiya Şuraları yaratmaq təşəbbüsü göstərməkdədirlər. Artıq Almaniya, Fransa və İsveçrədə belə şuralar yaradılıbdır. Əsas məqsəd soydaşlarımızın birliyinə, birgə fəaliyyətinə nail olmaqdır.  İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasına əlaqələndirici seçilmiş   “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov Şuranın məqsədi və fəaliyyəti barədə müsahibə vermişdir. – […]

Soydaşlarımız Kaliforniyada Merilənd prospektinin Arsax adlandırılmasına etiraz edir

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və diaspor təşkilatları ABŞ-ın Kaliforniya Ştatının Qlendeyl şəhərindəki Merilend prospektinin adının dəyişdirilərək “Arsax” adlandırılmasına etiraz edirlər. Bununla bağlı, artıq diaspor təşkilatlarının etiraz məktubları yayılmaqdadır. Etirazlarda bildirilir ki, Qarabağ Azərbaycanın əbədi və əzəli torpağıdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistanın işğalçılıq siyasətinə son qoymasına çağırışla bağlı, BMT […]

800 türk 70 minlik ordunu darmadağın etdi – Tarixi şok

İstər haqqında çəkilmiş filmə, istərsə də tarixi mənbələrdə yer alan şişirdilmiş məlumatlara görə “300 spartalı” əfsanəsi bu gün dünyanın əksər ölkələrində böyük heyranlıqla xatırlanır. Xalqların işğalçı qüvvələrə qarşı mübarizəsi tarix boyu davam edib. Lakin bunlardan biri xüsusilə diqqəti cəlb edir. Haqqında bəhs edəcəyimiz savaş 1371-ci ildə serblərlə türklər arasında Meriç […]

“Türkdilli ölkələr gələcəkdə iqtisadi, hərbi-siyasi bloka çevrilə bilər” – Azay Quliyevlə MÜSAHİBƏ

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev hakim partiyanın saytına müsahibə verib.  Turkustan.info həmin müsahibəni təqdim edir. – Azay müəllim, bu gün Azərbaycan dünyada böyük nüfuza sahib olan ölkədir. Azərbaycan bir sıra regional və transmilli layihələrlə dünyanın diqqət mərkəzindədir. Ölkəmizin beynəlxalq müstəvidə artan rolu haqqında fikirlərinizi bilmək istərdik… – […]

Atatürkə Qazi titulunun verildiyi gündür

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə Gazi titulunun verildiyi gündür. Turkustan.info xəbər verir ki, Türkiyə Qurtuluş Savaşının hərbi və siyasi lideri, 1923-cü ildən 1938-ci ilə, yəni vəfatına qədər ilk prezidenti, Türk Ordusu Marşalı və daha əvvəl Osmanlı paşası olan Mustafa Kamal 1881-ci ildə Osmanlı İmperiyasına məxsus Saloniki şəhərində dünyaya gəlib. 1896-1899-cu […]

“Cümhuriyyət muzeyi açmaq istəyirəm” – Dilqəm Əhməd (Müsahibə)

Mən onun yazılarını  həmişə maraqla oxuyuram. İmzasını ilk dəfə “Qoroskop” qəzetinin səhifələrindən tanımışam. Onun həm “Qoroskop” qəzetində, həm də digər  qəzet və saytlarda ardıcıl dərc olunan məqalələri mövzu rəngarəngliyi, dərin məntiq və aydın üslubu ilə seçilib, fərqlənib. Elə özü də yaşıdları içərisində dərin ağlı, yüksək mədəniyyəti, hərtərəfli dünyagörüşü  ilə fərqlənən […]

Qardaşlığı əbədiləşdirmənin 100-cü ili

Araz Aslanlı Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad edilməsi münasibətiylə 15 sentyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Recep Tayyib Erdoğanın, eləcə də Azərbaycan və Türkiyə ordusunun birgə iştirakı ilə keçirilən hərbi parad Azərbaycan-Türkiyə qardaşlığının və strateji münasibətlərinin önəmli bir göstəricisi oldu. Son aylarda istər Azərbaycan […]

“Şaman nəvəsi-Rüstəm Behrudi”

 Aynurə Əliyeva  F.Köçərli adına Respublika Uşaq Kitabxanasının metodisti                                      Mən qərib, kimsəsiz, didərgin ruham,                                      Göylərdə bilinməz qəbrim var mənim.                                                                        Ölsəm, tabutumu mələklər tutar,                                      Yasımı allahlar saxlayar mənim.      Dünya ədəbiyyatında elə qələm sahiblərinin yaradıcılığına rast gəlirik ki, onların əsərlərinin böyük hissəsi sırf milli məsələlərə, mənsub olduqları etnoun […]

Türk Birliyinə aparan YOL

Bizim şan kitabımız, kimlik kitabımız olan “Kitabı Dədə Qorqud”da yazılır: “Xanlar xanı Xan Bayandur yılda bir kərə toy edib Oğuz bəglərini qonuqlar idi. Bir gün genə toy edib atdan ayğır, dəvədən burğa, qoyundan qoç qırdırmışdı”. İki gün bundan əvvəl Qırğızıstanın Çolpan-Ata şəhərində  İssık Kul gölünün sahillərində  belə bir TOY qurulmuşdu. […]

İlham Əliyev Türk dünyasına çağırış etdi: “Qardaşlığımız daha da möhkəmlənəcək” – VİDEO

Xəbər verildiyi kimi sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşü keçirilib. Turkustan.info Azərtac-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edib. Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Zirvə görüşündə iştirak edən Azərbaycan […]

“Bütün türksoylu xalqlar özlərini mənəvi olaraq Türk Şurasında görür” – İlham İsmayılov

Sentyabrın 2-3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşü başa çatdı. 2009-cu ildə Naxçıvanda keçirilən 1-ci Zirvə Görüşündə yaradılan TDƏŞ-in ötən bu vaxt ərzində gördüyü fəaliyyəti necə dəyərləndirmək olar.  Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri […]

“Mən kərküklü ozanam, qanla şeir yazanam…”

“Şeir  –  mənim dəyişməz qədərimdir…”, yaxud Dəclədən bir qətrə “Türkdür atan damarım, Vətən – dövlətim, varım, Türküstandır diyarım, Kərküklüyəm, türkmənəm” Şəmsəddin Kuzəçi   “Türküstandır diyarım, kərküklüyəm, türkmənəm!..”       Bütün varlığı vətəniylə bütünləşən, sanki onunla bir vücud halına gələn –vətənləşən bir insan tanıyıram. Ona baxanda üzünün-gözünün ifadəsində sanki dərdli vətəninin  şəklini görürəm. […]

Topçubaşov Qurtuluş Savaşına qədər türklərin vəziyyətini necə təsvir etmişdi? – Vilayət Quliyev

Vilayət Quliyev Sabah Türkiyə Zəfər bayramını – 1922-ci ilin avqustunda yunan işğal qüvvələri üzərində möhtəşəm qələbənin, işğalçı ordunun son nəfərinə qədərinin Anadolu torpaqlarından qovulub çıxarılmasının növbəti ildönümünü qeyd edir.Zəfər günü üç ildən çox davam edən Qurtuluş Savaşının son akkordu idi. İnanıram ki, bizim də həqiqi Qurtuluş Savaşımız və belə bir […]

“Beynəlxalq Gənclik və Təhsil Platformu”nun Azərbaycan təmsilçiliyi fəaliyyətə başladı

Mərkəzi Almaniyada yerləşən “Beynəlxalq Gənclik və Təhsil Platformu” (UGEP) fəaliyyətə başladı. UGEP-in bir neçə ölkədə olduğu kimi Azərbaycanda da öz təmsilçiliyi açıldı. “Beynəlxalq Gənclik və Təhsil Platformu”nun Azərbaycan təmsilçiliyinin rəhbəri Azər Qasımzadə təyin olunub. Azər Qasımzadə təşkilatın missiyası haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, yaşadığımız əsrdəgənclərin problemlərinin mövcudluğu və […]

Türk dünyasının vətəndaş cəmiyyəti institutlarının durumu Bakıda müzakirə ediləcək

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) tərəfindən düzənlənən, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi layihə çərçivəsində qardaş türk ölkə və topluluqlarının bir qrup yazarı respublikamıza gəlir. Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Bakı Türk Şəhidliyini ziyarət edəcək qardaş ölkə və topluluq təmsilçiləri, paytaxt Bakı və “gənclər şəhəri” Sumqayıtın görməli […]

“Türk tarixini, coğrafiyasını bütöv olaraq görürük”

Refik Turan: “Tarixi filmlər bir elmi qurumda akkreditə edilsə, ssenarilər daha uğurlu olar” Müsahibimiz Ankarada fəaliyyət göstərən Türk Tarix Qurumunun rəhbəri Refik Turandır. Əsası Mustafa Kamal Atatürk tərəfindən qoyulan Türk Tarix Qurumu türkdilli cümhuriyyətlərin müstəqillik əldə etməsindən sonra Türk dünyası istiqamətində də fəaliyyətlərini genişləndirib. Refik bəylə söhbətimiz qurumun əsas hədəfləri, […]

Türk dünyası bir araya gəldi: 250 min insan… – Foto

Macarstanda VI Hun-Türk Qurultayı keçirilib Macarstanda hər iki ildən bir keçirilən Hun-Türk Turan Qurultayı bu il 08-13 avqust tarixlərində yenidən Macarıstanın Kiçik Kumaniya bölgəsinin Bugac şəhəri yaxınlığındakı “Kişkunşaq” milli parkında keçirilib. Əsasən hun və türk xalqlarının ortaq keçmişini, mədəniyyətini və birliyini simgələyən bu Qurultaya Azərbaycan, Türkiyə, Macarıstan, Rusiya, Rumıniya, Bolqarıstan, […]

Nazarbayevdən QƏTİ QƏRAR: Çindən qaçmış qazax qız Pekinə təhvil verilməyəcək!

Aylardı Qazaxıstan və Çin arasında siyasi gərginlik var. Turkustan.info Teref.az-a istinadla xəbər verir ki, Çin vətəndaşı amma milliyətçə qazax olan Sayragül adında xanım yaşadığı Sintszyan şəhərində uyğurların haqlarını qoruduğu və çıxış etdiyi millətçi şüarlara görə həbs edilmişdi. Sintszyan düşərgədən qaçıb, sərhəddi qanunsuz keçərək Qazaxıstana sığınmışdı. Çinin aylardı öz vətəndaşını istəməsinə, […]

Məşhur “Turan” qrupu “Çölçü Obasında”-da qonaq oldu – VİDEO

Serik Nurmoldayev, Abzal Arıkbayev, Ərjiqit Əliyev, Bauırjan Bekmuxanbetov, Maksat Medubek . Bu 5 Qazaxıstanlı gəncin adını yəqinki çoxları bilmir. Amma artıq bütün dünyada tanınan “Turan” ansamblının adını yəqin ki eşitməyən yoxdu. Turkustan.info xəbər verir ki, etnik adətlərimizin, folklorumuzun, ümumilikdə isə soykökümüzlə gələnəksəllərin dirçəldilməsində daim maraqlı olan “Çöldə Yaşam Öyüdləri” verilişinin […]

Hikmət Babaoğluna beynəlxalq “Türk Dünyasına hizmət Onur Medalı” təqdim olundu – FOTOLAR

Bu gün – Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyi (İLESAM)  Azərbaycan Milli Mətbuat Günü münasibətilə NewBaku Otelində təntənəli mərasim təşkil edib.  Tədbir ölkənin tanınmış şəxsləri, millət vəkilləri,bir sıra media qurumlarının, jurnalist təşkilatlarının rəhbərləri, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri iştirak edib. Turkustan.info xəbər verir ki, İLESAM tərəfindən millət vəkili, […]

Astana – Türk dünyasının və xeyir işlərin astanası

Aida Eyvazlı  …Bu gün 20 yaşı tamam olur.  Bəzəyi-düzəyi, gözəliyi göz oxşayır. Görənləri heyran qoyur. Bu kiçik yaşıyla Meqapolisin ən gözəl şəhərinə çevrilib. 1996-cı ilə qədər hələ Akmola kimi tanınan, 1999-cu ildə UNESKO-nun “Sülh şəhəri” adlandırılan Astana… 1998-ci ildə şəhər statusu alarkən, bu tarixi qeyd etməyə gələnlər arasında Azərbaycan ovaxtkı […]

Ərdoğanın ilk xarici səfər günü dəqiqləşdi: “Yavru Vatan”dan Bakıya

Yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyip Ərdoğanın andiçmə mərasimindən sonra ilk xarici səfərlərini hansı ölkələrə edəcəyi açıqlanıb. APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, R. T. Ərdoğan iyulun 10-da əvvəlcə Quzey Kıbrıs, daha sonra Azərbaycana səfər edəcək. Türkiyə prezidenti Yavru Vatan – Quzey Kıbrıs və Azərbaycana səfərindən sonra 11-12 iyul tarixlərində […]

Elçibey’in Doğu Türkistan ilgisi

Hamit Göktürk ([email protected]) (Turkustan.info üçün)   Türkiye’nin Türk dünyasına açılmış  batıdaki kapısı ve Türk Dünyasını de Türkiye’ye bağlayan çok önemli eşik olan  hür ve bağımsız Azerbaycan Cumhuriyetimizin seçilmiş ilk Cumhurbaşkanı Ebulfeyiz Elçibey,sadece Azerbaycanımızın değil,Türk dünyasının de önde gelen seçkin Liderlerinden idi. Bilindiği üzere her devlet adamı Lider olma vasfı taşıyamıyor.Lider […]

Beynəlxalq Türk Akademiyası Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdi – FOTOLAR

Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən ənənəvi təşkil olunan III “Böyük Çöl” Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub. Forumun açılış mərasimində TWESCO prezidenti Darxan Kıdırəli bildirib ki, bu il türk dünyasının tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100, böyük qırğız şairi Çingiz Aytmatovun 90, […]

Xalq Cümhuriyyətinin 100 illiyi Astanada qeyd olunacaq – Beynəlxalq Türk Akademiyasından QƏRAR

Astanada Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən ənənəvi təşkil olunan III “Böyük Çöl” Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunacaq. Turkustan.info xəbər verir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülən “Gələcəyə doğru: Mənəvi yenilənmə” proqramı və Astananın paytaxt elan olunmasının 20 illiyinə ithaf edilən Forumun […]

Türk insanının gözündə Elçibəy

Rumiyyə MİRASLAN  Əminəm ki, Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı müsabiqəyə çoxları qoşulacaq, onun haqqında müsbət fikir yazanlar çox olacaq. Hətta bir zamanlar Bəyə daş atanlar, barəsində hədyan yağdıranlar belə, olacaq onların arasında. Çünki o zaman haqqa atdıqları daş öz başlarını yarıb deyə indi Elçibəyin yolunun haqq yolu olduğunu […]

Azərbaycan Xalq Cümhuriyyətində təhsil

«İstiqlalımız, istiqbalımız həp maarifə bağlıdır. Əgər milli maarifimiz, milli məktəbimiz tərəqqi etməzsə, bizim iiçün fəlah və nicat ümidi qalmaz. Hökumət bıınu bilir…» – Nəsib bəy Yusifbəyli: IV hökumət kabinetinin Proqramından  Taleh Mirzəyev Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tarix və Coğrafiya Fakültəsi, II kurs  Bu gün böyük fəxrlə yaranmasının 100 illiyini qeyd etdiyimiz […]

“Nuru paşanın adının əbədiləşdirilməsi vəfa borcumuzdur” – İlham İsmayılovla MÜSAHİBƏ

“Ümid edirəm ki, Cümhuriyyətimizin və Bakının qurtuluşunun 100 illiyində onların xatirəsinin əbədiləşdirilməsi mümkün olacaq”   Müsahibimiz Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının və Azərbaycan Mətbuat Şurasının üzvü İlham İsmayılovdur. – İlham müəllim, bu il Azərbaycan Prezidenti tərəfindən “Cümhuriyyət ili” elan olundu.  Ölkəmizdə və xaricdə […]