Kateqoriya: Xəbər xətti

Bibliyada axirətin başlanğıcına işarə edilən üçüncü hadisə həyata keçdi – Video

Bibliyada axirətin başlanğıcına işarə edilən üçüncü hadisə həyata keçib. Turkustan.info The Sun-a istinadən bildirir ki, inanclılar bunu, dünyanın axırının yaxınlaşmasına xəbərdarlıq kimi yozurlar. Söhbət Yerusəlimdə “Ağlama divarı”nda peyda olan ilandan gedir. Tövratda da bu barədə bir neçə qeydin olduğu bildirilir. İudaizmin müqəddəs kitabı olan Tövrat təfsirçiləri əmindir ki, bu ilan […]

Cavid Qurbanov Belarusda saziş imzaladı – FOTO

“Belarus Dəmir Yolları” Dövlət Birliyi və “Azərbaycan Dəmir Yolları” QSC bu gün ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökümətlərarası komissiyasının 11-ci iclasının yekunları üzrə qarşılıqlı faydalı əməkdaşlıq haqqında saziş imzalayıblar.  Turkustan.info bildirir ki, bu barədə Belarusun “BELTA” agentliyi xəbər yayıb. “Belarus Dəmir Yolları”nın rəisi Vladimir Morozov bildirib ki, iki ölkə dəmir yolları […]

“WhatsApp”da maraqlı yenilik -Mesajlara vaxt qoyulacaq

Yeniliyin nə zaman istfadə veriləcəyi bilinmir. “WhatsApp” “Snapchat”ın tətbiq etdiyi “İtən mesaj” funksiyasını tətbiq etməyə hazırlaşır. Yeni funksiya sayəsində mesaj göndərilmədən öncə onun nə zaman silinməsinə dair vaxt təyin ediləcək. Vaxt dolduqdan sonra həmin mesaj göndərən və göndərilən hər kəsin telefonundan avtomatik olaraq silinəcək. Müddət seçimləri arasında 10 saniyə, 1 […]

“Facebook”dan çoxdan gözlənilən yenilik

“Facebook Messenger” istifadəçiləri real zaman ərzində messencer daxilində birgə videolar izləyə biləcəklər. Turkustan.info Technote-a istinadən xəbər verir ki, “Messenger”də birgə video izləmək funksiyası artıq test mərhələsindədir. Bu yeni funksiya ilin sonunadək çıxacaq Messenger yenilənmələrindən birində aktiv ediləcək. Bu funksiyanın əsas özəlliyi ondan ibarətdir ki, Messenger-də olan qrup çat üzvləri istənilən […]

Bakıda ətin qiyməti 9 manata düşdü – VİDEO

Əksər yerlərdə 10 manat 50 qəpik -11 manata satılan dana əti paytaxtdaki bəzi məntəqələrdə 9 manata təklif edilir. Qiymətin birdən-birə enməsinin səbəbi qəssablar arasında yaranan rəqabət olub. Turkustan.info “Xəzər TV”yə istinadən xəbər verir ki, qəssablar arasında yaranan rəqabət dana ətinin qiymətini 9 manata qədər endirib. Əksər yerlərdə 10 manatdan baha satılan dana […]

Bakıda DƏHŞƏT: 2 nəfər güllələndi, biri hadisə yerindəcə öldü – FOTO

Bakı şəhərinin Şüvəlan qəsəbəsində 2 nəfər güllələnib. Turkustan.info xəbər verir ki, dünən günorta saatlarında Şərifov Vüqar Bəxtiyar oğlu qəsəbə sakini Babayev Cabir Yaşar oğlunu güllələyərək öldürüb. O, polisə gələrək könüllü şəkildə təslim olub. Bildirilir ki, qətlə yetirilən Cabir Babayev Bakının məşhur “avtoş”larından olub və “Cabir-012” adı ilə tanınıb. Onun ölümü isə […]

Solmaz Əbiyevanı Pakistan polisi yaxaladı – Azərbaycan İnterpola vermişdi…

Pakistan polisi ötən gün noyabrın 17-də İslamabada narkotik və insan alverinə görə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Solmaz Əbiyevanı həbs edib. Turkustan.info virtualaz.org-a istinadən xəbər verir ki, İslamabadda polis reydi zamanı özünü şübhəli aparan qadın saxlanılıb. Axtarış zamanı onun üzərindən 1 kiloqramdan çox heroin aşkarlanıb. Saxlanılarkən qadın özünün Türkiyə vətəndaşı kimi […]

ABŞ Rusiyaya məğlub olacaq: Müharibə ehtimalı

ABŞ mətbuatı növbəti dəfə Rusiya və Çinə qarşı müharibə ssenarisindən yazıb. Turkustan.info xəbər verir ki, “Nəşnl İnterest” nəşri əsgər və resurs çatışmazlığı səbəbindən ABŞ ordusunun Rusiya və Çinə məğlub olacağını bildirib. Nəşr Vaşinqtonun 5 əsas təhdidə: Çin, Rusiya, İran, Şimali Koreya və beynəlxalq terrora qarşı mübarizə aparması üçün çoxlu əsgərə ehtiyacı […]

“Bakı sakinləri ət almaq üçün rayona gedəcək”- PROBLEM

Məlum olduğu kimi Qida Təhlükəsizliyi Agentliyi açıq formada olan və sanitar qaydalara əməl etməyən ət satışı məntəqələrindən bəzilərinin fəaliyyətini dayandırıb. Eyni zamanda ətin qiymətində bahalaşma müşahidə olunub. Belə ki, bir qədər əvvəl 11-12 manata satılan dana əti 13-14 manatdan təklif olunmağa başlayıb. Qeyd edək ki, ət kəsimi məntəqələrinin fəaliyyətə başlaması […]

Bakı Dövlət Universitetinin giriş-çıxışı bağlandı – Abel Məhərrəmov həbs olunur?

Abel Məhərrəmovun işdən çıxarılmasından sonra Bakı Dövlət Universitetində total yoxlamalar başlayıb. Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, ötən gündən etibarən ali təhsil ocağına giriş-çıxış bağlanılıb, hər tərəf möhürlənib. Yoxlamaları bir neçə qurumun ortaq apardığı bildirilir. Yoxlamaya gələn şəxslər işdən çıxarılan rektor Abel Məhərrəmovun 19 illik fəaliyyətini təftiş edirlər. Giriş-çıxışa məhdudiyyət qoyulmasının […]

Ahıska türklərinin soyqırımı: “Sovet hakimiyyəti ölənlərin sayını azaldıb”- MÜSAHİBƏ

Tarixin sürgün və işgəncələrinə məruz qalan xalqlarından biri də Ahıska türkləridir. Stalin siyasətinə “xəyanət” etməkdə günahlandırılan bu xalqın zorən köçürülməsindən 74 il ötür. Əslində “xəyanət”, “casusluq” ittihamları bəhanə idi. Türklərin ata-baba torpaqlarından köçürülməsinin tamam başqa səbəbləri var idi ki, bunların da önündə Qafqazın müsəlmanlardan, türklərdən təmizlənməsi siyasəti dururdu. Ahıska türklərinin […]

Bakıda məşhur “avtoş” öldürüldü – 012 – VİDEO

Bu gün İnstagram və Youtube sosial şəbəkəsində Mərdəkan qəsəbəsində qətl hadisəsi törədilməsi barədə məlumat yayılıb.  Turkustan.info avtosfer.az-a istinadən xəbər verir ki, hər iki sosial şəbəkədə Bakıda “Cabir-012” ləqəbi ilə tanınan məşhur “avtoş”un ölümü barədə xəbərlər yer alıb. Bildirilir ki, hadisə noyabrın 17-də, saat 16-17 radələrində Mərdəkan qəsəbəsində baş verib. Cabirin güllələnərək […]

Fazil Məmmədov xəstəxanaya yerləşdirildi

Noyabrın 16-da Azərbaycana qayıdan sabiq vergilər naziri Fazil Məmmədov elə həmin gecə Gəncə Beynəlxalq Hospitalına yatırılıb. Turkustan.info Modern.az-a istinadla xəbər verir ki, sabiq nazirin Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında olacağı bildirilir. Bildirilib ki, Türkiyədəki həkimlər F.Məmmədovun ölümlə üzləşdiyi ağır xəstəlikdən sonra səhhətinin tam normallaşması […]

Sabiq deputat “Nəsimi” bazarında satıcı işləyir – Foto

Gələn il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi respublika səviyyəsində qeyd ediləcək. Gələn il Bakının məşhur “Nəsimi bazarı” söküləcək. Bu iki məlumatın xəbər lentində ard-arda yer almasının bir təsadüf olub-olmadığı bilmirik. Amma bilinən odur ki, gələn il gerçəkləşdiriləcək bu hadisələrdən biri Nəsiminin adını yaşadacaq, digəri isə bir məkandan […]

Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı

Almaniyanın Türingiya federal torpağının Qota şəhərində 53 yaşlı azərbaycanlı miqrant qadını ağır yaralayıb. Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, cinayətkar iki həmyerlisini – 43 yaşlı kişini və 35 yaşlı qadını restorana şam yeməyinə dəvət edib. Masa arxasında onlar arasında münaqişə baş verib və mübahisə qonaqlar restoranı tərk etdikdən sonra da davam […]

160 nömrəli marşrut yenə şlaqbaumu keçdi, qatar gəldi – VİDEO

Oktyabrın 1-də Binədə baş verən və ölümlə nəticələnən dəhşətli qəzaya baxmayaraq, sözügedən ərazidə təhlükə qalmaqda davam edir. Turkustan.info xəbər verir ki, bu dəfə də sözügedən ərazidə avtobus şlaqbaumu keçərək qatarın bir addımlığında dayanıb. Bu, sürücü səhlənkarlığı ilə yanaşı, həm də “Azərbaycan Dəmir Yolları” QSC-nin məsələyə biganə münasibətidir. Hər halda iki nəfərin ölümünü […]

Bu ölkələrdə Youtube, Facebook, Whatsapp, Twitter qadağandır – Siyahı

Bu gün internet saytlar, insanların yararlandığı onlayn hesablar bütün dünyada yayılıb və istifadə olunur. Xüsusilə, sosial şəbəkələr az qala həyatımızın ayrılmaz hissəsinə çevrilib. Buna baxmayaraq, bəzi ölkələrdə şəbəkələrdən istifadə məhdudlaşdırılıb, ya da tamamilə qadağan edilib. Turkustan.info xəbər verir ki, Modern.az sosial şəbəkələrin qadağan olunduğu, nisbətən məhdudiyyət tətbiq edildiyi və ölkələri […]

“İraq hakimiyyətində bizə yer verilməsə…” – İraq Türkmənlərinin lideri

Yeni hökumətin tərkibində yer almayacağımız təqdirdə etirazlara başlayacağıq. Bunu İraq Türkmanları Cəbhəsinin lideri Ərşad Salehi deyib. O, türkmanların Bağdaddakı siyasi qərar mexanizmində təmsil olunmaları üçün bütün qanuni yollara müraciət edəcəklərini söyləyib: “Türkmanların siyasi hüquqları üçün yeni hökumətdə mühüm vəzifələrə hazırıq. Yeni kabinetin tərkibində yer almaqla İraq və türkman xalqlarına xidmət […]

“Kupça”sı olmayan evlərə görə əmlak vergisi ödənilirmi? – Video

Çıxarışı olmayan mənzillərin sayının artması artıq Vergilər Nazirliyini də ciddi şəkildə narahat etməyə başlayıb. Buna səbəb çıxarışı olmayan mənzillərin alqı-satqı zamanı vergidən kənarda qalmasıdır. Vergiyə cəlb olunmayan bu vəsait isə on milyonlarla manatla ölçülür. Xəzər Xəbər-in məlumatına görə, Vergilər Nazirliyinin rəsmi orqanında dərc edilmiş bir məqalədə qeyd olunur ki, Bakıda […]

Dərmanı əvəz edən meyvə…

Xurmanın vətəni Çindir. Xurma əsl təbii vitamin-mineral kompleksidir. Bu meyvə A və C kimi güclü antioksidantlar, kalium, kalsium, maqnezium, dəmir kimi vacib minerallar, qidalı liflərlə zəngindir. Soyuq fəsillərdə xurmanın istehlakı vitamin çatışmazlığının qarşısını alır. Turkustan.info Sağlamolun.az-a istinadən xurmanın insan sağlamlığı üçün faydalarını təqdim edir: 1. Avitaminoz və hipovitaminozlardan əziyyət çəkənlər üçün […]

Benzinin qiyməti qalxdı, Fransa qarışdı — 106 yaralı

Fransada benzin qiymətinin qalxmasına qarşı etiraz aksiyaları zamanı xəsarət alanların sayı 106-ya çatıb. Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir. Xəbərə əsasən, 244 min etirazçının keçirdiyi aksiya zamanı bir nəfər ölüb, daha 106 nəfər isə xəsarət alıb. Onlardan 5-nin vəziyyəti ağır qiymətləndirilir. […]

Azərbaycanda “staj aministiyası” kimlərə şamil olunacaq?

Azərbaycan dövləti tərəfindən 2019-2020-ci illərdə  pensiyaya çıxan şəxslər üçün 25 il olaraq “staj aministiyası” hesab olunacaq. Turkustan.info xəbər verir ki, 2006-cı ilə qədər olan staj müddəti “staj aministiyası”na düşəcək.   Yəni həmin il insanın stajı 15 il və ya 22 il belə olsa, dövlət tərəfindən 25 il staj təqdim ediləcək və 2021-ci […]

Üzünüzü hər gün nar şirəsi ilə silin – Bilmədiyiniz faydaları

Rusiyalı həkim-diyetoloq Viktoriya Savitskayanın fikrinə görə, nar qocalmanı ləngitmək xüsusiyyətlərə malikdir. Antioksidant və mikroelementlərlə zəngin olan nar bütün daxili orqan və sistemlərinə müsbət təsir edərək orqanizmdə qocalma proseslərini ləngidir. Diyetoloqun sözlərinə görə, nar ürək və damarları möhkəmləndirir, orqanizmin qanayaratma funksiyasını yaxşılaşdırır, immuniteti möhkəmləndirir. Savitskayanın sözlərinə görə, nar sağlam şəkildə arıqlamağa […]

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı

Bir müddət əvvəl Şəhidlərin Xiyabanında müxalifət Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və onun bir qrup tərəfdarı saxlanılıb. Turkustan.info Virtualaz.org-a istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə AXCP nümayəndələri məlumat yayıblar. A.Kərimli və onun tərəfdarları Milli dirçəliş günü ilə əlaqədar yürüş ediblər və qəbirlərin üstünə güllər qoymaq üçün […]

Pensiyaçılara şad xəbər – 35 faiz artım olacaq

“45 min 500 insanın pensiyası 35 faiz artacaq”.  Turkustan.info xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, pensiya təyinatının avtomatlaşdırılması pensiya sistemində inqilabi dəyişikliyə səbəb olacaq. “Artıq insanlar pensiyaya çıxan zaman bürokratik əngəllərə məruz qalmadan işlərini həll […]

Minskdən Paşinyana sərt cavab: “Özünü prokuror sanır”

Küçə demokratiyasının qaydaları böyük siyasətdə keçərli deyil. Bunu jurnalistlərə açıqlamasında Belarus Xarici İşlər Nazirliyinin Mətbuat katibi Anatoli Qlaz deyib. “Görünür, Ermənistan Baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı özünü beynəlxalq prokuror hesab edir. Bu, KTMT-nin keçmiş baş katibi üçün qəbul edilən ola bilər, amma beynəlxalq münasibətlərdə daha dəqiq protokol normaları və etiketləri […]

Nəsrin Cavadzadənin çəkildiyi ispan filmi təqdim olundu – VİDEO

Məşhur azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin İspaniyada çəkildiyi “El desentierro” (Aşkara çıxmaq) filminin təqdimat mərasimi keçirilib. Turkustan.info Oxu.Az-a istinadən xəbər verir ki, İspaniyanın Valensiya şəhərində baş tutan tədbirdə bir çox məşhur iştirak edib. Cavadzadə tədbirdən fotoları sosial media hesabında paylaşıb. Qeyd edək ki, Nəsrin Cavadzadə filmdə Mişel Noher, Can Kornet kimi məşhur aktyorlarla rol alıb. […]

Azərbaycanlı qanuni oğrunun ad gününə xüsusi təyinatlılar basqın etdi – Həbs edilənlər var – VİDEO

2013-cü ildə Kaluqa şəhər məhkəməsinin qərarı ilə 10 il 5 ay müddətinə azadlıqdan məhrum edilən, kriminal aləmdə “Bərdəli Ruslan” kimi tanınan Ruslan Nəzərli üçün noyabrın 15-də Kaluqa şəhərində yerləşən dəbdəbəli restoranların birində təşkil edilən məclisə xüsusi təyinatlılar basqın edib. Məclisdə iştirak etmək üçün Azərbaycandan, İrandan, Türkiyədən və bir sıra ölkələrdən […]

Fransadan cavab gəldi: Separatçı “Dağlıq Qarabağ Respublikasını” tanımırıq

“Özünü Dağlıq Qarabağ respublikasının başçısı hesab edənlərlə heç bir əlaqə saxlamırıq”  Fransa “Dağlıq Qarabağ Respublikasını” tanımır və özünü onun rəhbəri hesab edən şəxslərlə heç bir əlaqə saxlamır.  Turkustan.info RİA “Novosti”yə istinadən məlumatına görə, bunu Fransanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Azərbaycanın Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə etirazı […]

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir

AQTA xaricdə təhsil almış gəncləri yüksək məvaciblə işə dəvət edir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu xarici ölkələrdə təhsil almış gəncləri yüksək məvaciblə işə dəvət edir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda və qurumun regional sınaq laboratoriyalarında bioloq, mikrobioloq, virusoloq, kimyaçı, aqronom, həkim laborant, sanitariya həkimi, epidemioloq, toksikoloq, molekulyar bioloq, torpaqşünaslıq, iqtisadiyyat, maliyyə və […]

Süpürgəçilərin ölümündə günahkar kimdir? Özləri, sürücülər yoxsa… – VİDEOSORĞU

Son vaxtlarda sosial şəbəkələrdə və ölkə KİV-lərində Bakı küçələrində süpürgəçi qadınların ölüm və yaralanma hallarının müzakirəsi aparılır və küçələrdən zibil təmizləmək üçün avtomobil yollarına yaşlı qadınları yollayan kommunal xidmətlər tənqid edilir. Son günlər yolları təmizləyən süpürgəçi qadınlar arasında həlak olan və xəsarət alanlar daha da çoxalıb. Sonuncu belə hal noyabrın 10-da […]

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri – SİYAHI

Bir neçə gün öncə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad olunub. Adı şərab biznesində hallanan sabiq rektor və Milli Məclisin deputatı Abel Məhərrəmovun İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda keçirilən tədbirdə akademikə yaraşan davranışlar sərgiləmədiyi üçün vəzifəsindən azad edildiyi […]

Azərbaycanda kişilərin hərbi qeydiyyat yaşı DƏYİŞDİ – Artıq 15 yaşından…

Azərbaycanda ilkin hərbi qeydiyyatla bağlı yaş dəyişib.  Turkustan.info-nun məlumatına görə, Prezident İlham Əliyev 16 noyabr 2018-ci il tarixli fərmanı ilə tətbiqinə başlanan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb. İndiyə qədər hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan […]

Milli-mənəvi dəyərlərin mediada təbliği: Bu missiya üçün maddi maraq mütləqdirmi?

Çağdaş dünyamızda aktual məsələlərdən biri sürətlə gedən qloballaşma prosesində milli identikliyin saxlanılması, hər bir xalqın, etnosun özünəməxsusluğunu şərtləndirən milli-mənəvi dəyərlərini mühafizə edərək gələcək nəsillərə ötürə bilməsidir. Qloballaşma dalğası özü ilə elmi, texniki tərəqqinin ən son məhsullarını, informasiya texnologiyalarını gətirməklə yanaşı, milli kimliyi, milli-mənəvi dəyərləri təhdid edən ünsürləri daşıyır. Xüsusilə, Azərbaycan […]

“Prezident məmurların harınlamağından əziyyət çəkir” – Abel Məhərrəmovun həbs etdirdiyi jurnalist danışdı

Turkustan.info bildirir ki, Yenicag.az-a bu sözləri Dünya Azərbaycanlıları Konqresi və Beynəlxalq Diaspora Mərkəzinin icra Aparatının rəhbəri, “Böyük Millət” qəzetinin baş redaktoru Samir Adıgözəlli deyib. Samir Adıgözəlli bildirib ki, Abel Məhərrəmovla düşmən olmayıb: “Abel Məhərrəmov məni tutdurdu. Hesab edirəm ki, öz etdiyi səhvi də bilirdi. Bir neçə il öncə Abel Məhərrəmova […]

Azərbaycan əhalisinin son sayı

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 61160 nəfər artaraq 2018-ci il oktyabr ayının 1-i vəziyyətinə 9 milyon 959 min 245 nəfərə çatıb. Bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub. Qeyd edək ki, əhalinin 52,9 faizi şəhərdə yaşayır, 47,1 faiz əahlisi kənd sakinləridir. Məlumata görə, əhalinin 49,9 faizini kişilər, 50,1 […]

“İmtahanlarda ciddi dəyişikliklər olacaq” – Məleykə

Gələn il Dövlət İmtahan Mərkəzi üçün gərgin keçəcək. Çünki gələn il keçiriləcək imtahanlarda ciddi dəyişikliklər olacaq. Turkustan.info-nun məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: imtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti” mövzusunda konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, 2018-ci ilin 10 […]

Paşinyan Lukaşenko və Nazarbayevdən izahat istəyir

Belarus Prezidenti Aleksandr Lukaşenko və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev KTMT baş katibi ilə bağlı verdikləri bəyanata aydınlıq gətirməlidirlər. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Mən Belarus prezidentindən açıqlama gözləyirəm. Bizim razılaşmamıza zidd bəyanatla, həmçinin Qazaxıstan prezidenti Nursultan Nazarbayev də çıxış edib. Heç kimin belə […]

ABŞ-dakı Gülən Fondunun rəhbəri Türkiyəyə gətirilib

Terrorçu FETÖ hərəkatının ABŞ-dakı Fondunun rəhbəri Salih Gözəgir İstanbula gətirilib. “Report” “Anadolu”ya istinadən xəbər verir ki, deportasiya haqqında qərar onun yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılığa dair işə baxan məhkəmə tərəfindən qəbul olunub. Bundan əvvəl ABŞ prezidenti Donald Trampın Fətullah Güləninekstradisiyası məsələsinə baxdığı bildirilib.

BDU-nun bufeti də bağlandı

Bakı Dövlət Universitetinin bufeti bağlanıb. Turkustan.info bildirir ki, bu barədə Axar.az-a məlumat verən tələbələrdən birinin sözlərinə görə, onlara konkret səbəb izah olunmayıb. Bufetə yaxınlaşan tələbələr yemək almaq istəsələr də, qapalı olduğunu görüblər. Onlara bildirilib ki, bufetdə yoxlama aparılır və müvəqqəti bağlanıb. Yoxlamaların BDU-nun rektor vəzifəsindən azad edilən Abel Məhərrəmovla əlaqədar olub-olmadığı […]

Bu nazirliklər və MM maşınlarını satışa çıxardı – Qiymətlər

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. Turkustan.info xəbər verir ki, Milli Məclis Aparatının Mətbəəsinin QAZ-31029 markalı maşını 600 manatdan auksiona qoyulub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinin 4 “KAMAZ-55111 maşını 2625 manat, Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe […]

Abel Məhərrəmova daha bir zərbə: Oğlu da vəzifəsini itirir – Fotolar

Xəbər verildiyi kimi, prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib. Turkustan.info “Yeni Müsavat”a istinadən xəbər verir ki, mətbuatda Abel Məhərrəmovun işdən çıxarılması ilə bağlı məlumat yayılıb. Noyabrın 3-də geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb. Həmin […]

Rəsmi Parisdən Bakının etirazına cavab

Fransa Dağlıq Qarabağ separatçı rejimini tanımır və özlərini onun rəhbərləri kimi təqdim edən şəxslərlə heç bir əlaqə saxlamır. Turkustan.info-nun RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Fransa XİN nümayəndəsi rəsmi Bakının separatçı rejimin “rəhbəri” Bako Saakyanın Fransaya səfərinə etirazı ilə bağlı sualına cavab verərkən deyib. “Fransa qondarma Dağlıq Qarabağ rejimini […]

Gözlənilən möhtəşəm qərar verildi – Şəhər mərkəzindəki “masaj salonları” BAĞLANDI – FOTOLAR

Bir neçə gündür ki, Bakı Şəhərinin mərkəzi küçələrində, xüsusilə ali və orta təhsil müəssisələrinə yaxın yerlərdə “massaj salonları” adı altında fəaliyyət göstərən fahişəxanalar bağlanıb. Metronun 28 May stansiyası yaxınlığında intim xidməti təklif edən “masaj salonları”nın fəaliyyəti tamamilə dayandırılsa da, “Tarqovı” ərazisində fəaliyyət göstərən həmin obyektlərin yerində gecə klubları açılıb. Bakı […]

Türkiyədə hərbi bazada partlayış: Ölən və yaralananlar var

Vertolyotla xəstəxanaya aparılan yaralı əsgərlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir Türkiyədə Şırnak vilayətinin Uludərə rayonunda hərbi baza ərazisində partlayış olub. Turkustan.info “Haber7“ə istinadla xəbər verir ki, partlayış nəticəsində bir əsgər şəhid olub, 4 əsgər yaralanıb. Partlayış atış təlimi zamanı baş verib. Vertolyotla xəstəxanaya aparılan yaralı əsgərlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.  […]

“Azərbaycandan gəlmələr” İrəvanda ayağa qalxdı: “Bizi insan yerinə qoymurlar” – VİDEO

I Qarabağ müharibəsində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və azərbaycanlıları öz yurdlarından qovmasından sonra Bakını tərk edən ermənilər İrəvanda hökumətə qarşı etirazlara başlayıb. Turkustan.info xəbər verir ki, Ermənistanda “Azərbaycandan gəlmələr” adı ilə tanınan ermənilər hökumət binası önündə etiraz aksiyası keçirib. “Azərbaycandan gəlmələr” iqtisadi inkişaf nazirinin birinci müavini Vaçe Terteryanın onların […]

Paşinyanın izlədiyi hərbi təlimdə biabırçı səhv – VİDEO

Bu gün Ermənistan ordusunun “N” saylı hərbi hissəsində taktiki hərbi təlimlər keçirilib. Turkustan.info erməni mətbuatına istinadən xəbər verir ki, təlimi Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan, müdafiə naziri Davit Tonoyan və Baş Qərargahın birinci müavini, general-mayor Onik Qasparyan izləyib. Hərbi təlim zamanı erməni hərbçilər səhvən az qala döyüş […]

Azay Quliyev Ukraynadakı tədbirdə Qarabağla bağlı beynəlxalq tribunalın yaradılmasını təklif etdi

2002-ci ildə fəaliyyətə başlayan Beynəlxalq Cinayət Məhkəməsi artıq bir sıra ölkələrdə, xüsusilə keçmiş Yuqoslaviya üzrə ayrıca beynəlxalq tribunal yaradıb. Bu təcrübədən yararlanaraq Beynəlxalq Cinayət Məhkəməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca tribunal yaratmalıdır. Turkustan.info xəbər verir ki, bu fikri Ukrayna parlamentində Qlobal Təşəbbüsləri Dəstəkləyən Parlamentarilər Təşkilatının 40-cı illik Forumu […]

“Bədbəxtlər, səviyyəsizlər, istəyiniz qursağınızda qalacaq” – Mübariz Mənsimov

“Haqqımızda yazılanları mən oxumaqdan yoruldum, siz bədbəxtlər yazdırmaqdan yorulmadınız… Gülüb, keçirəm. Çox özünüzü gücə salmayın”. Turkustan.info xəbər verir ki, bu sözləri Mübariz Mənsimov şirkətinin müflis elan edilməsi il bağlı yayılan xəbərlərə reaksiya verərkən deyib. O, bu xəbərləri kimlərinsə yazdırdığını qeyd edərək, onları səviyyəsiz adlandırıb: “Türkiyədən kənarda bəzi dövlət məmurları və […]

Adil Əliyevdən 30 min istəyən istəyən icra başçısı kimdir? – Deputatdan açıqlama

Millət vəkili, Azərbaycan Kikboksink Federasiyasının prezidenti Adil Əliyevin dünən Müsavat.com-un canlı yayımında səsləndirdiyi bəzi fikirləri qalmaqala səbəb olub. Onun “elə icra icra başçısı var ki, bir qapının açılması üçün məndən 30 min rüşvət istəyir” fikri bütün medianın manşetinə çıxıb. Millət vəkilindən rüşət istəyən başçısının kimliyi isə marağa səbəb olub.  Turkustan.info […]

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsinin icrası müvəqqəti olaraq tədris işləri üzrə prorektor İradə Əliyevaya həvalə edilib. Bu hada məlumatı Təhsil Nazirliyinin İctmaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov təsdiqləyib. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 15-də imzaladığı sərəncamla Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad […]

Türkiyədə Qarabağ parkının və Xocalı abidəsinin açılışı oldu – FOTO

Türkiyənin ən böyük vilayətlərindən biri Şanlıurfada Qarabağ parkının və  Xocalı abidəsinin açılışı olub. Turkustan.info xəbər verir ki, Türkiyənin Şanlıurfa  vilayətində Qarabağ parkı, Şəhidlər abidəsi və Xocalı Soyqırımı abidəsinin açılışında yüzlərlə insan iştirak edib. Şanlıurfanın  ən böyük parkı olan Azərbaycan-Qarabağ parkı min hektarlarla ərazini əhatə edir. Şanlıurfaın mərkəzində yerləşən Azərbaycan  Qarabağ parkı və […]

Camal Qaşıqçının doğranmış bədəninin görüntüləri YAYILDI – FOTOLAR 18+

Turkustan.info xəbər verir ki, Türkiyənin İstanbul şəhərində yerləşən Səudiyyə Ərəbistanı konsulluğunda qətlə yetirilən Camal Qaşıqçının cəsədinin parçalarının görüntüləri üzə çıxıb. Belə ki, Qaşıqçının doğranmış bədən üzvlərinin təhlükəsizlik kameraları tərəfindən lentə alındığı bildirilir. Qeyd edək ki, oktyabr ayında Camal Qaşıqçı Türkiyənin İstanbul şəhərində yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna daxil olaraq yoxa çıxıb. /A24.az/

Abel Məhərrəmovun “piyan” çıxışı harda olub? – Hələ o video yayılmayıb

Dünəndən ölkə gündəmini Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun işdən qovulması və buna səbəb olan sensasion faktlar zəbt edib. Belə ki, şeyxülislam Allahşükür Paşazadə ilə ölkənin bir qrup deputat və ziyalılardan ibarət nümayəndə heyəti İspaniyada beynəlxalq konfransa gedərkən onu səfərdə müşayiət edən BDU rektorunun “sərgüzəştləri” ölkədə ciddi rezonansa səbəb […]

Abel Məhərrəmovu əvəz edən şəxsin adı dəqiqləşdi

BDU-nun dünən işdən azad edilən rektoru Abel Məhərrəmovu prorektor İradə Əliyeva əvəz edir. Qeyd edək ki, bundan öncə professor Əmrah Dadaşovun BDU-nun rektor əvəzi təyin edildiyi xəbəri yayılsa da, BDU mətbuat katibi Pərvanə İbrahimova təkzib etmişdi. Ötən gün Prezidentin sərəncamı ilə BDU rektoru vəzifəsindən azad edilib. BDU-da 5 prorektor var: […]

Tütün məmulatları istehsalı fabriki istifadəyə verildi – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkında “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin açılışında iştirak edib. Turkustan.info xəbər verir ki, “Tabaterra” QSC-nin direktoru Elman Cavanşir dövlətimizin başçısına məlumat verdi ki, zavodda 3 formatda – ağır, yüngül və daha yüngül olmaqla beynəlxalq standartlara uyğun siqaret istehsal […]

“Abel Məhərrəmovu yaxşı tanıyıram” – Aqil Abbas

Deputat Aqil Abbas Bakı Dövlət Universitetinin eks-rektoru Abel Məhərrəmovun adının şərab qaçaqmalçılığında hallanmasına münasibət bildirirb. Turkustan.info bildirir ki, Millət vəkili BakuPost-a açıqlamasında bu kimi məlumatlara inanmadığını deyib: “Mən Abel müəllimi yaxşı tanıyıram. Böyük hörmətim də var. Belə bir hadisənin olub-olmaması ilə bağlı hər hansı məlumatım yoxdur. Amma belə şeylərə inanmıram”.

Damlanın filmində bakirəlik, zorlanma və erotik kadrlar – VİDEO

Mahnıları ilə tamaşaçılarını ağlatmağı yaxşı bacaran, özü də ara-sıra ağlayan müğənni Damla bu dəfə göz yaşlarını film üçün töküb. “Taxta ayı” adlanan filmdə Rüfət Nəzərlə baş rolu paylaşan Damlanın obrazının da adı elə “Damla” olub. Xatırladım ki, filmin prodüseri də Damlanın özüdür. Obrazı ilə eyni adı daşıyan sənətçi, yəqin ki, burada uşaqlığımızın “ağlamalinski” […]

Bakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir – FOTO

Noyabrın 16-da Bakı Konqres Mərkəzində “Cümhuriyyətin varisləri – Azərbaycanın gələcəyi” devizi altında Azərbaycan Gənclərinin VIII Forumu işə başlayıb. Turkustan.info AZƏRTAC-a istinadən xəbər verir ki, Forumda dövlət və hökumət rəsmiləri, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi – Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman […]

Paşinyan Azərbaycanla sərhədə gəldi

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən döyüş mövqelərini ziyarət edib. Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, döyüş korpuslarından birində keçirilən təlimləri izləyib və bundan sonra döyüş postlarında xidmət keçən əsgərlərlə görüşüb.  /Modern.az/

Jurnalistlər Azercell-in təşkil etdiyi ödənişsiz ingilis dili kurslarında iştirak edəcəklər

Azərbaycanda KİV nümayəndələrinin peşəkar bacarıqlarının artırılmasına, beynəlxalq əlaqələrin qurulmasına, həmçinin ingilis dilli mənbələrdən sərbəst istifadəsinə  yardımçı olmaq məqsədilə “Azercell Telekom” MMC-nin media nümayəndələri üçün təşkil etdiyi ödənişsiz ingilis dili kurslarında iştirak edəcək jurnalistlər bəlli olub. Turkustan.info xəbər verir ki, çap, online və elektron mediada çalışan 50 nəfər jurnalist kurslarda iştirak etmək […]

200 manatadək maaş alan şəxsdən 25 faiz sosial sığorta tutulacaq – Ekspertdən açıqlama

“Sosial sığorta haqqında” qanuna ciddi dəyişikliklər nəzərdə tutulur. Təklif olunan dəyişikliyə görə, 200 manatadək maaş alan şəxsdən cəmi 25 faiz sosial sığorta tutulacaq ki, bu 25 faizin sığortaolunanın gəlirlərindən 3 faizi, 22 faizi isə sığortaedən tərəfindən ödəniləcək. 200 manatdan çox maaş alanların 10 faizini sığortaolunan, 15 faizini isə sığortaedən ödəyəcək. […]

İçki onları uçuruma atdı: Şərabın qurbanı olan azərbaycanlı məmurlar

Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov dünən Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edildi. Xatırladaq ki, Abel Məhərrəmov 1999-cu ilin yanvarında bu posta təyin edilib və 20 ilə yaxın bu vəzifədə çalışıb. Son vəzifə təyinatına qədər isə Kimya fakültəsinin dekanı olub. Abel Məhərrəmovun işdən çıxarılmasına oğlunun səfir olduğu […]

“Sərxoş vəziyyətdə Şeyximizə söz atmaq, onu dolamaq ən böyük əxlaqsızlıqdır” – YAP-çı deputat Abel Məhərrəmovu “TOPA TUTDU”

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov akademik Abel Məhərrəmovun Bakı Dövlət Universitetinin rektorluğu vəzifəsindən azad edilməsi və adının şərab biznesində hallanması məsələlərinə münasibət bildirib.  Hüseynbala Mirələmov Demokrat.Az-a açıqlamasında deyib ki, əgər Abel Məhərrəmov doğrudan da Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin olduğu […]

Vikiçilər daha önəmli işə imza atdılar

Vikiçilər daha önəmli işə imza atdılar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən ingilis, gürcü və türk dillərində olan “Vikipediya”larda milli qəhrəmanlarımız İsgəndər Aznaurov , Rövşən Əliyev, və Kazım Məmmədov haqqında məqalələr yaradılıb. İsgəndər Aznaurov haqqında gürcü dilində məqaləni Mehman İbrahimov yaradıb. MEK-dən […]

Məhərrəmovların Madriddəki şərab biznesi – VİDEO

Xəbər verdiyimiz kimi, ölkə başçısı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib. Mətbuatda A.Məhhərəmovun işdən çıxarılması ilə bağlı sensasion məlumat yayılıb. Noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb. A.Məhərrəmov və […]

Putinə qarşı hörmətsizlik: Yoxlanıldı, sonra da…

Sinqapurun Baş naziri Li Siyan Lun Rusiya Prezidenti Vladimir Putin gecikdiyi üçün onunla görüşü təxirə salıb. Turkustan.info xəbər verir ki, bu barədə DV nəşri yazıb. Məlumata görə, liderlərin görüşü noyabrın 13-də nəzərdə tutulsa da, Putin gecikdiyi üçün görüş noyabrın 14-də keçirilib. Bununla yanaşı, Sinqapurda sammit öncəsi Vladimir Putin praktikaya zidd […]

Azərbaycan Dövlət Aqrar Universitetində Unibook-təhsilin informasiya idarəetmə sisteminin tətbiqinə başlandı

Azərbaycan Dövlət Aqrar Universitetində ölkəmizin qabaqcıl texnologiya şirkəti olan “Neuron Technologies” ilə müqavilə imzalandı.  Azərbaycan Dövlət Aqrar Universiteti regionda ən böyük ali təhsil müəssisələrindən biri olaraq “Unibook”-təhsilin informasiya idarəetmə sistemini bulud platformasında istifadə edəcək və bu mütərəqqi dünya texnologiyalarına əsaslanan “Unibook”-təhsilin informasiya idarəetmə sisteminin tətbiqinə start verəcək. Müqaviləni Azərbaycan Dövlət […]

“Əmək pensiyaları haqqında” qanun dəyişdirilir

Bu gün Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilir. Turkustan.info-nun xəbərinə görə, iclasın gündəliyinə “Əmək pensiyaları haqqında”, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələri daxil edilib. “Əmək pensiyaları haqqında” qanunun yeniləndirilmiş 22.1-ci maddəsində (22-1.1) qeyd olunur ki, 2019-cu ilin yanvarın […]

Təhsil krediti: Hansı banklar hansı şərtlərlə verir? – Araşdırma

Təhsil ekspertlərinin bildirdiyinə görə, son beş ildə Azərbaycanda yeddi mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olub. I-II kursda çətinliklə oxuya bilən tələbələr, növbəti illərin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən imtina etməli olublar. Turkustan.info-nun məlumatına görə, bir neçə gün öncə maliyyə naziri Samir Şərifov […]

“Uca Yaradan boşuna şərabı haram saymayıb ki…”

“Hər dəfə xarici səfərdən qayıdanda gömrük işçilərinin diqqətini yük baqajımda çox sayda kitabın olması çəkir. Yaxınlaşıb hörmətlə soruşurlar ki, Fazil müəllim, bu qədər kitabı hər dəfə əziyyətlə xaricdən necə daşıyırsınız? Bundan sonra belə bir sual kimsə verməz”. Turkustan.info xəbər verir ki, bunu deputat Fazil Mustafa sosial şəbəkədə yazıb. “Məsləhətlisi əziyyətlə […]

Aqil Camal Qazaxıstanda beynəlxalq konfransda iştirak edəcək

“Türküstan” qəzetinin və Turkustan.info saytının baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal Qazaxıstanda keçiriləcək beynəlxaq konfransa qatılacaq.  “Müqəddəs Türküstan və Türk dünyasının mənəvi dirçəlişi” adlı elmi-praktik konfrans Beynəlxalq Türk Akademiyası tərəfindən təşkil olunur. Noyabrın 19-da Qazaxıstanın Türküstan şəhərində keçiriləcək konfransda alimlər, türkoloqlar, filoloqlar, siyasi və ictimai xadimlər, diplomatik […]

Eldar Əzizov Bakının çətin problemlərini həll etməlidir – Deputatların yeni merdən gözləntiləri

Prezident İlham Əliyev dünən Eldar Əzizovla bağlı sərəncam verib. Sərəncama görə, Eldar Əziz oğlu Əzizov Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilib. Qeyd edək ki, E. Əzizov bu il iyulun 16-dan Bakı Şəhəri İcra Hakimiyyəti başçısının müavini kimi mer səlahiyyətlərini icra edirdi. Xatırladaq ki, 2001-ci ildən Bakının icra başçısı vəzifəsini tutan Hacıbala […]

Azərbaycanda bahalaşma – RƏSMİ

Bu ilin oktyabr ayında Azərbaycanda spirtli içkilər sentyabr ayına nisbətən 1,8% bahalaşıb. Turkustan.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytında məlumat yayılıb. Məlumata görə, 10 ay ərzində isə spirtli içkilərin qiymətində ötən ilin eyni dövrünə nisbətən 1,4% artım qeydə alınıb. Hesabat dövründə tütün məmulatlarının qiyməti isə aylıq müqayisədə 10,5% […]

Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? – AÇIQLAMA

“Hələ ki, Abel Məhərrəmovu heç  kim əvəz  etmir. Hazırda otağı da boşdur. Gözləyirik…”.  Turkustan.info bildirir ki, bunu Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmlinin müşaviri Məzahir Sultanov deyib. Müşavir bildirib ki, digər məsələlər barədə məlumatı yoxdur. “Abel müəllimdən sonra onu kimin əvəz edəcəyini deyə bilmərəm. Abel müəllimin dövründə universitetdə […]

Azərbaycanda daha bir yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI VƏ…

Əmək və əhalinin sosial müdafiəsi nazirinin daha bir müavini işdən çıxarılıb. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla nazir müavini İdris İsayev vəzifəsindən azad olunub. Qeyd edək ki, bir neçə gün əvvəl əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov vəzifəsindən azad edilmişdi. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 21 aprel […]

Yerişə baxıb ölümün vaxtını təyin etmək olar

Əgər insan asta-asta gəzməyə başlayırsa, bu onun sağlamlığında ciddi təhlükənin olmasından xəbər verir  Cənubi Kaliforniya Universitetinin alimləri müəyyən edib ki, insanın yol gedişinə baxaraq nə zaman öləcəyini müəyyən etmək mümkündür. Turkustan.info xarici mətbuata istinadla xəbər verir ki, araşdırmaçıların fikrincə, insanın yerişinin sürətli olması onun sağlamlığının xəbərçisidir. Bu göstərici ilə insanlarda ürək-damar xəstəlikləri […]

Yeni şəxsiyyət vəsiqələrinin özəlliyi və köhnələrin taleyi necə olacaq — Rəis izah edir

Jalə Nəsibova: “Yeni nəsil şəxsiyyət vəsiqələri 6 dövlət qurumunun məlumatları əsasında hazırlanır”  Cari il sentyabrın 1-dən etibarən Azərbaycan vətəndaşlarına yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb. Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstündür. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin […]

“Sovetski”dəki güclü yanğınla bağlı FHN məlumat yaydı

Noyabrın 15-də gecə saatlarında “Sovetski”də güclü yanğın olub. Yanğın ikimərtəbəli yaşayış evində başlayıb. Nəticədə yanğın yaxınlıqda yerləşən digər evə də keçib. Yanğın nəticəsində evlər kül olub. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib və yanğın lokallaşdırılıb.   Turkustan.info xəbər verir ki, hadisə ilə bağlı FHN məlumat yayıb. Qeyd edilir ki, […]

Fatimənin Şəhidlər Xiyabanında rəqsi qalmaqal yaratdı – VİDEO

Rəqqasə Fatimə Fətəliyevanın “Cümhuriyyət suitası” adlı rəqsi qalmaqala səbəb olub. Turkustan.info xəbər verir ki, sözügedən rəqsə çəkilən klipdə Fətəliyevanın Şəhidlər Xiyabanında yerləşən alov abidəsinin önündə rəqs etməsi şəhid ailələri tərəfindən birmənalı qarşılanmayıb. Bu barədə onlar open.az-a danışaraq Fatimənin şəhidlərin ruhuna hörmətsizlik etdiyini deyiblər. Rəqqasə isə bütün bunlara sosial media hesabında cavab […]

İlin sonunadək manatın məzənnəsi necə olacaq? – Rəsmi

Nağdsız ödənişlərin həcmi hər il 7 faiz artacaq. Xəzər Xəbər-in məlumatına görə, bunu Mərkəzi Bankın sədr müavini Alim Quliyev deyib. O bildirib ki, bu ilin 9 ayında bank aktivləri 4,6, kredit portfeli 5 faiz artıb. Rəqəmsal iqtisadiyyatın formalaşması isə makroiqtisadi və monetar sabitliyin inkişafına öz təsirini göstərəcək. Elə bu məqsədlə […]

Rusiya Mübariz Mənsimovu bankrot elan etdi

Rostov vilayətinin Arbitraj Məhkəməsi “Palmali” gəmiçilik şirkətinin bankrot olduğunu elan edib. Turkustan.info xəbər verir ki, bu barədə məlumatı RBK agentliyi yayıb. Məhkəmə 15 aprelə qədər şirkət üçün iflas prosesini başladıb. Qeyd edək ki, Rostovdakı “Palmali” şirkəti Mübariz Mənsimovun şirkətlər qrupuna daxil olub. Bu şirkətin əsas kreditoru “Sberbank” olub. Şirkətin bank qarşısındakı […]

Vulkanların oyanması nədən xəbər verir?

“Vulkanların aktivləşməsi bizə zəlzələnin olacağı haqqında məlumat verir”. Turkustan.info xəbər verir ki, bunu Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib. A.Əliyev apardıqları tədqiqatlara əsasən qeyd edib ki, güclü zəlzələ palçıq vulkanını oyadır. Alimin sözlərinə görə, vulkan enerjisini toplayaraq püskürməyə hazır […]

Hitlerin yəhudi qızla çəkilən fotosu hərraca çıxarıldı – FOTO

Təxminən altı milyon yəhudinin öldürülməsində əli olan Adolf Hitlerin1933-cü ildə Roza adlı yəhudi bir qızla çəkilmiş fotoşəkli ABŞ-da hərraca çıxarılıb. Turkustan.info NTV-yə istinadən xəbər verir ki, mütəxəssislər fotoşəklin 10 min dollara satılacağını ehtimal edirlər. Aleksandr Hərrac Evinin nümayəndəsi Bill Panagopulos bildirib ki, Hitler təbliğat məqsədilə uşaqlarla şəkillər çəkdirirdi, lakin bu fotoda onun yəhudi qıza […]

Amerikanı fəth edən azərbaycanlı zabit kimin oğludur? – FOTOLAR

Elə insanlar var ki, onlar dünyasını dəyişsələr də, özlərindən sonra qoyduqları yaxşı əməl, insanlıq onları unutmağa, yaddaşlardan silinməyə qoymur. Adları daima hörmət və izzətlə çəkilir. Belə insanlardan biri də, nehrəmli Əskər həkimdir. Ola bilər ki, onu çox adam tanımır. Ancaq xatırlayanlar haqqında xoş sözlər, işinə prinsipial yanaşan savadlı həkim olduğunu […]

Əlində insan ayağı olan kannibal polisə təslim oldu: “Adam əti yeməkdən bezdim”

Cənubi Afrikada 33 yaşlı kannibal əlində kəsilmiş insan ayağı ilə polis idarəsinə gəlib. Turkustan.info xəbər verir ki, kannibal “Adam əti yeməkdən bezdim” deyərək təslim olub. Hadisə Eskourt şəhərində baş verib. 33 yaşlı Nino Mbatha polisə təslim olub. O, sərxoş vəziyyətdə evinə qayıdan Zanele adlı qadını maşınına mindirib. Sonra isə avtomobili […]

Deputat Milli Məclis işçilərinin maaşlarının artırılmasını təklif etdi – “Gecə-gündüz işləyirlər”

Büdcədən Milli Məclisə ayrılan vəsait daha da artırılaraq parlamentin adından hazırlanan sənədlərlə bağlı ayrıca şöbə yaradılmaldır”. Turkustan.İnfo “Ölkə.Az”a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisin xərclər smetası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib. O, xatırladıb ki, Milli Məclisin adından xarici dillərdə sənədlər hazırlanır: […]

Ermənilərin Bütöv Azərbaycan TƏLAŞI

“İranın dağılması vəziyyətində Güney Azərbaycan Azərbaycan Respublikasına birləşə bilər”.Bunu erməni politoloq Aşot Sərkisyan deyib. Siyasətçi qeyd edir ki, İran sərhədləri də Ermənistana təhlükə yaradır: ”Nəticədə Böyük Azərbaycan yaranacaq ki, bu vəziyyətdə də Azərbaycanın qarşısını almaq mümkün olmayacaq. Hesab etmək olar ki, Rusiyanın Ermənistana önəm verməsi, bunun qarşısının alınmasına yönəlib”. Erməni […]

Azərbaycanda daha 135 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın iclası keçirilib.  Nazirlikdən verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanının icrası ilə əlaqədar şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) […]

Trampdan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası üçün göstəriş

ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosuna (FBİ) Fətullah Gülənin Türkiyəyə təhvil verilməsinin qanuni yollarının tapılması üçün göstəriş verib. Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb. Mənbə qeyd edir ki, Tramp Türkiyədə dövıət çevrilişi cəhdində ittiham edilmiş və barəsində qiyabi həbs qərarı verilmiş Gülənin ekstradisiyası fikrinə Səudiyyəli […]

Qarabağ klanı taktikanı dəyişdi: Paşinyanın qarşısına irəvanlı çıxarılır

Ermənistanın eks-prezidenti Serj Sarkisyan dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edərək öz yerini sabiq müdafiə naziri Viqen Sarkisyana verib.Yəni Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyasından deputatlığa namizədlər siyahısına Viqen Sarkisyan başçılıq edəcək.Əgər ERP seçkilərdə siyasi uğur qazanıb parlamentdə ana müxalifət funksiyasını öz üzərinə götürə bilsə, Viqen Sarkisyanın siyasi […]

Azərbaycanda DƏHŞƏTLİ OLAY: Mütəşəkkil dəstə 17 yaşlı qızı nənəsinin evindən oğurladı

Yevlaxda qız qaçıranlara qarşı cinayət işi başlanıb. Turkustan.info Unikal.org-a istinadən xəbər verir ki, Yevlax rayon sakinləri Zamanov İlham Mehman oğlu qardaşları Zamanov Elsevər Mehman oğlu, Zamanov Elzamin Mehman oğlu və qardaşı arvadı Qabilova Elnarə Şahin qızı ilə birlikdə noyabrın 3-də 2001-ci il təvəllüdlü Quliyeva Sibel Mahir qızını evlənmək məqsədi ilə […]

İlham Əliyev 8 sərəncam, 1 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti Qusar rayonunun Qusar–Əniq–Laza avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamın mətnini təqdim edirik: 1. İyirmi səkkiz min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Qusar–Əniq–Laza avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının […]

Bakıda avtobus belə yandı – Video+Foto

“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzində İsmayıloğulları MMC-yə məxsus 93 nömrəli xətt üzrə hərəkət edən avtobus yanaraq kül olub. Turkustan.info xəbər verir ki, anidən başlayan alışma tez bir zamanda bütün avtobusu bürüyüb. Təxminən bir saat ərzində avtobus yanaraq tamamilə istifadəsiz hala düşüb. Xoşbəxtlikdən hadisə zamanı avtobusda sərnişin olmayıb. MMC-nin nümayəndəsi Vadim İsmayılov saytımıza […]

Bakının yeni merindən İLK TƏYİNAT

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov meriyaya mətbuat katibi təyin edib. Turkustan.info Unikal.org-a istinadən xəbər verir ki, Eldar Əzizovun müvafiq əmri ilə İsrafil Kərimov Bakı Şəhər İcra Hakimiyyətinə mətbuat katibi vəzifəsinə gətirilib. Qeyd edək ki, İsrafil Kərimov Səbail rayon İcra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri işləyib.