Kateqoriya: Xəbər xətti

MSK daha 2 nəfərin prezidentliyə namizədliyini təsdiqlədi

Prezidentliyə namizəd oldular. Turkustan.info xəbər verir ki, xəbərinə görə, iclasda aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində namizədliyin irəli sürülməsinin təsdiq olunması məsələsinə baxılıb. MSK katibi Arifə Muxtarova deyib ki, Vətəndaş və İnkişaf Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Əli Nadir oğlu Əliyevin və Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən […]

Ermənistan 7 rayonu qaytarırmış, amma…

İrəvan Rusiyanı fakt qarşısında qoymağa çalışır Aprel döyüşlərindən bir az sonra, 2016-cı ilin sonlarında Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından 7 rayonu qaytarmağa razılaşmışdı. İstiPress-in məlumatına görə, bu barədə tanınmış Rusiya politoloqu Sergey Markov “İnterfaks” agentliyinə müsahibəsində bildirib. Amma onun sözlərinə görə, münaqişənin nizamlanmasının “Kazan düsturu” adlanan bu variantın gerçəkləşməsinə radikal […]

“Türkiyənin Afrin hərəkatı bütün Türk dünyası üçün çox önəmlidir” – Ağrı Qaradağlı

Turkustan.info-nun suallarını hazırda Türkiyədə yaşayan Güney Azərbycandan olan milli fəal Ağrı Qaradağlı cavablandırır. Afrində gedən savaş nə üçündür və səbəbkarları kimlərdir?  Afrində gedən savaş kürd terror qruplaşması ilə Türkiyə arasında Zeytun budağı adı ilə davam edir, bu savaşın ortaya gəlməsində Amerika ve terroru dəstəkləyən bəzi dövlətlərin böyük rolu var, çünki […]

Türkiyə addım-addım Afrinə yaxınlaşarkən YPG-dən ŞOK HƏRƏKƏT: Rusiya bayraqları qaldırıldı

Türkiyə Silahlı Qüvvələri “Zeytun budağı” hərəkatı çərçivəsində Afrin ilə Hələb arasındakı ən kritik nöqtə olan Təl-Rüfət bölgəsinə təzyiq göstərməyə başlayıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, ötən gün Bəşər Əsəd rejimininin qüvvələri avtobus və yük maşınları ilə silahlı şəkildə Təl-Rüfətə daxil olub. Əsəd rejimi və YPG təşkilatının ortaq nəzarətində olan […]

Afrin mühasirəyə alınır – Həlqə daralır

Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən 20 yanvar 2018-ci ildə başlayan “Zeytun budağı” əməliyyatında növbəti mərhələ başlayır. Turkustan.info türk mediasına istinadən xəbər verir ki, TSK Afrin ətrafında 415 km-lik ərazinin terrorçulardan təmizləndiyini və şəhərin 25%-nin nəzarət altına alındığını açıqlayıb. Növbəti mərhələdə əməliyyat çərçivəsində vurulacaq hədəflər və hərəkət planı […]

Yumurtanı qaynadıb suyunu için – İnanılmazdır

Yumurtanı qaynadandan sonra suyunu atırsınız? Bu xəbərdən sonra atmayacaqsınız. Turkustan.info xarici KİV-ə istinadən məlumatına görə, yumurtanı qaynatdığınız zaman suyun tərkibində olan kalsium yumurtadakından çoxdur. Bu səbəblə, yumurtanı qaynatdıqdan sonra suyunu içmək sümük ağrılarına faydalıdır. Qaynatdıqdan sonra qalan suyu soyumağa qoyun. İlıqlandığında süzərək saçınıza tətbiq edin. Sudakı zülal saçların daha canlı […]

Prezidentin yeni sərəncamı 560 min nəfərə şamil ediləcək

“Azərbaycan Prezidenti İlham Əliyevin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında” və “Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” fevralın 23-də imzaladığı sərəncamlar sosial təminat sisteminin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində növbəti […]

Mirzəyevin bacısı və yeznəsi niyə öldürüldü? – İlkin versiya – Foto

Tovuz rayonunda baş verən yanğında ölən ər-arvad Pakizə Mirzəyeva və Fərman Məmmədov AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyevin bacısı və yeznəsidir. Turkustan.info bölgə müxbirinin məlumatına görə, yanğın o qədər də geniş olmayıb və evə ciddi zərər dəyməyib. Buna baxmayaraq, ər-arvad dünyasını dəyişib. Qeyd edək ki, R.Mirzəyevin oğlu 33 yaşlı Anar Mirzəyev […]

Çilənay Hüseynova Teymur Bünyadovun bayatılarına bəslədiyi mahnısını təqdim etdi – Muğam Mərkəzində

Bəstəkar-ifaçı Çilənay Hüseynova yeni bəstələdiyi mahnısını təqdim edib. Turkustan.info xəbər verir ki, Çilənay Hüseynova “Bayatılar” adlanan mahnısını Beynəlxalq Muğam Mərkəzində keçirilən akademik Teymur Bünyadovun 90 illik yubileyinə həsr olunmuş əbədi-bədii gecədə səsləndirib. Mahnı Teymur Bünyadovun bayatıları əsasında bəstələnib. Qeyd edək ki, bu əsər Çilənayın 2018-ci ildə ilk işidir.

25 nəfər hamilə qadını döydü – BAKIDA – VİDEO

Bakının Binəqədi rayonunda kütləvi dava baş verib. Turkustan.info ARB TV-yə istinadən xəbər verir ki, Xocasən qəsəbəsindəki yaşayış evlərinin birindən qonşunun həyətinə su axması səbəbindən qonşular arasında kütləvi dava düşüb. Fərdi yaşayış evində kirayə qalan 25 yaşlı Səfər Səfərov öz ad gününü qeyd etmək üçün bacılarını və onlardan birinin həyat yoldaşı, Türkiyə […]

Türkmənlər “Kürd planı”nı pozur

Afrində PYD/YPG terrorçularına qarşı hərbi əməliyyatlar davam etdiyi üçün qaçqın düşən türkmənlər öz doğma yurdlarına qayıda bilmir. Bu açıqlamanı “Cümhuriyət” qəzetinə açıqlamasında İraq parlamentinin sabiq deputatı, türkmən siyasətçi Əkrəm Fevzi verib. Onun sözlərinə görə, İraqda və Suriyada türkmənlərə məxsus ərazilər İŞİD-dən, eləcə də PKK- terror qruplaşmasının işğalından azad edildikdən sonra […]

Akademik Teymur Bünyadovun 90 illiyi ilə bağlı ədəbi-bədii gecə keçirilib – FOTOLAR

Beynəlxalq Muğam Mərkəzində görkəmli tarixçi-etnoqraf alim, Əməkdar Elm Xadimi, akademik Teymur Bünyadovun 90 illik yubileyi qeyd edilib. Tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb. Tədbiri giriş sözü ilə açan AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov T.Bünyadovun həyat və yaradıcılığı haqqında […]

“Zeytun budağı” ƏN KRİTİK MƏRHƏLƏSİNDƏ – Bombardman başladı

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən Suriyadakı terrorçulara qarşı həyata keçirilən “Zeytun budağı” hərəkatı 36-cı günündə uğurla davam edir. Turkustan.info xəbər verir ki, Cinderes bölgəsindəki terrorçu mövqeləri türk helikopterləri tərəfindən gecə boyunca bombardman altında saxlanılıb. Qırıcı təyyarələr isə Məbədli və Şərandakı hədəfləri məhv edib. Afrin şəhərinin şərqindəki Təl […]

Jirinovski: “Vurulan hər təyyarəyə görə bir baza məhv edəcəm”

Yaxın zamanlarda hər kəsi məcbur edəcəm ki, Rusiyaya hörmət etsinlər. Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. “İstərdim ki, bizim ölkə heç vaxt heç nəyi bağışlamasın. Bu qəbuledilməzdir. Mən hər kəsi ölkəyə hörmət etməyə məcbur edəcəyəm. Bundan sonra heç kim rus təyyarəsini […]

Qənirə Paşayeva Edirne Türk və Ülkü Ocaqları, gənclər,qadın təşkilatları ilə Xocalıdan danışıb

Millət vəkili Qənirə Paşayeva Edirne Türk və Ülkü Ocaqları, gənclər,qadın təşkilatları ilə Xocalıdan danışıb. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Edirne Türk Ocaqları, Edirne Ülkü Ocaqları rəhbərliyi və üzvləri, qadın və gənclər təşkilatlarının rəhbərləri, bu vilayətdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, fikir mübadiləsi aparıb. Edirne  Türk Ocakları və […]

Böyük amnistiya ilə bağlı RƏSMİ AÇIQLAMA- VİDEO

“Bu yaxınlarda ölkədə böyük həcmli əfv sərəncamının verilməsi gözlənilir”. Turkustan.info APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deyib. “Bununla bağlı hazırda ciddi işlər gedir. Düzdür, bu, cənab prezidentin səlahiyyətində olan məsələdir, amma deyə bilərəm ki, bu yaxınlarda böyük əfv sərəncamı gözlənilir”, – deyə o […]

Okeanın dibində çəkilən UNO-ların görüntüsü mediaya necə sızıb? – VİDEO

Bu günə qədər UNO-lara daha çox səmada rast gəlindiyinə dair məlumatlar yayılıb. Yadplanetlilərin yalnız səmada dolaşdığına dair təsəvvürlərimiz, sən demə, doğru deyilmiş. Atlantik okeanının dərinliklərində də UNO-lara rast gəlinib. Amerikan Dəniz dibini araşdırma mərkəzi olan “USS Trepang” Atlantik okeanının dərinliklərində UNO-lara aid olduğu bildirilən görüntüləri qeydə ala bilib. Görüntülər ilk […]

Əli Həsənovun daha bir nəvəsi barədə qalmaqal – Qudurğanlığın “yaşıl izi”

On illər təkcə paytaxt Bakıda deyil, ətraf şəhər və qəsəbələrdə abadlıq işləri gedir. Belə şəhərlərdən biri də Sumqayıtdı. 2015-ci ilin payızından Sumqayıtda böyük bir abadlıq işlərinə başlandı. Dənizkənarı bulvarı tamamilə yenidən quruldu, böyüdüldü. Şəhərdə yaşayış binalarının damları təmir edilir, avtomobil yolları genişləndirilir, asfalt örtüyü təzələnir. Hətta məhəllədaxili yollar belə abadlaşdırılır. […]

“Uşaqpulu” artırıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanların sosial müdafiəsini gücləndirmək məqsədilə uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən 10 […]

Sabahdan seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılacaq

Sabahdan Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində seçicilərə müvafiq dairə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanılır. Turkustan.info-nun məlumatına görə, bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında qeyd edilir. Təqvim Planına əsasən, qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi dairə seçki komissiyaları tərəfindən səsvermə gününə […]

Xərçənglə mübarizədə yeni silah

ABŞ alimləri DNT-dən çıxardıqları nanorobotlar sayəsində xərçəng hüceyrəsini təsirsiz hala gətirərək şişləri kiçiltməyi bacardı. Elm insanları, DNT-dən etdikləri nanorobotlarla xərçəng hüceyrələrinə gedən oksigen və enerjini kəsmənin yolunu kəşf etdi. A24.az deyerler.org-a istinadən bildirir ki, İngiltərədə nəşr olunan The Times qəzetinin elmi müxbiri Oliver Mudinin xəbərinə görə kiçik heyvanlar üzərində aparılan […]

Xızıda VƏHŞİLİK: Sürücünü döydülər, maşını ilə 200 metr sürüdülər

Xızıda fabrik sürücüsünü döyərək, öz maşını ilə 200 metr sürüyüblər. Hadisə “Giləzi Quşçuluq fabriki”ndə baş verib. Belə ki, həmin fabrikdə sürücü kimi çalışan 1955-ci il təvəllüdlü Mail Məhərrəm oğlu Əliyev bir neçə şəxs tərəfindən döyülüb. Məlumata görə, M. Əliyev fabrikdə çalışan şəxslərlə mübahisə edib. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Həmin […]

ABŞ-dan Rusiyaya növbəti zərbə – Tarix AÇIQLANDI

Ən yaxın bir neçə həftə ərzində ABŞ-ın Maliyyə Nazirliyi Rusiya Federasiyasına qarşı yeni sanksiyaları açıqlayacaq. Turkustan.info  “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Maliyyə Nazirliyinin başçısı Stiven Mnuçin Ağ Evdə jurnalistlərə bildirib. “Biz Rusiyaya qarşı sanksiyalar üzərində işləyirik. Biz bir neçə növbəti həftə ərzində Ağ Evdə yenidən bu barədə […]

Bakı İrana körpü tikir, 500 milyon kredit verirsə… – Politoloq

Türkiyənin Azərbaycana olan münasibətinin eynisini İrandan tələb etməyə haqqımız var. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, Azərbaycan indiki dönəmdə İranla daha çox ticarət əlaqələrini inkişaf etdirməlidir: “Azərbaycan İran üçün çox böyük həyati əhəmiyyətə malik olacaq Şimal-Cənub dəmir yolu layihəsinin reallaşmasına […]

Ərdoğan Türkiyənin Afrindən sonrakı hədəflərini açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Afrindən sonra Menbiç daha sonra isə Fıratın qərbinə doğru ilərləyəcəklərini açıqlayıb. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, Ərdoğan, Zeytun Budağı əməliyyatında indiyə qədər 415 km ərazinin TSQ-nin nəzarəti altına keçdiyini bildirib. Türkiyə prezidenti R.T.Ərdoğan Afrin şəhərinin mühasirəsindən sonra əməliyyatın yeni bir strategiya ilə davam […]

“Rusiyanın Cənubi Qafqazı ilhaq etməsindən sonra…” Əli Həsənov yazdı

“Xocalı soyqırımı – erməni təcavüzkarları tərəfindən XX əsrin sonlarında Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətdir. Qarabağın Xocalı şəhərinin sakinlərinin kütləvi şəkildə məhv edilməsi bəşər tarixində bu vaxtadək insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi dəyərləndirilir. Xocalı qətliamı Xatın, Liditse, Oradur, Sonqmi, Ruanda və Srebrenitsadakı müdhiş hadisələrdən heç nə […]

80 yaşlı kişi evləndiyi 12 yaşlı qızı yataq otağına saldı və… – DƏHŞƏTLİ TOY – VİDEO

Sosial şəbəkələrdə yayılan video bütün dünyada müzakirə mövzusuna çevrilib. Turkustan.info xəbər verir ki, videogörüntülərdə 80 yaşı olduğu deyilən qoca kişinin 12 yaşlı qızla evlənməsi öz əksini tapıb. “Deplorables Inc” cəmiyyətinin yaydığı videoda 12 yaşlı gəlin 80 yaşlı ərin evinə daxil olur, evdəki yaxınlarla görüşür və kişi öz açarı ilə yataq otağını […]

Qənirə Paşayevanın qədim Edirnənin mərkəzində Azərbaycan küçəsi və Qarabağ parkı təklifini vali dəstəkləyib – FOTOLAR

Edirnədə konfrans vermək üçün bu bölgəyə səfər edən millət vəkili Q.Paşayeva Edirnə valisi Günay Özdemir ilə görüşüb. İstanbul Türk Ocaqları  rəhbəri Cezmi Bayram və Edirnə Türk Ocaqları rəhbərləri Yakup Öz, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırovanın da iştirak etdiyi görüş zamanı Qənirə Paşayeva vali ilə Dağlıq Qarabağ problemi, Xocalı […]

DİQQƏT: Bakıda saxta düyü satılır – Firmanın adı və ünvan – VİDEO

Bakıda daha bir mağazada saxta məhsulun satıldığı aşkar olunub. Turkustan.info xəbər verir ki, Binəqədi rayonunun 8-ci mkr ərazinsində fəaliyyət göstərən mağazalardan birində plastik düyü satılır. Bu barədə saytımıza paytaxt sakini Nurlan Məmmədov məlumat verib. O, düyünü Süleyman Sani Axundov küçəsində yerləşən mağazalarından birindən aldığını söyləyib. “Evdə aş bişirmişdilər, dadı nəsə xoşuma […]

İsrail mediası: Xocalıda ədalət anı nə vaxt yetişəcək?

Elə coğrafi adlar var ki, onlar xəritədə adi nöqtədən qat-qat artıq məna kəsb edir. Bu, qəddarlığın və qeyri-insaniliyin rəmzlərinə çevrilmiş kənd və şəhərlərin adlarıdır – Babiy Yar, Liditsa, Oradur, Xatın, Sonqmidir. Ötən əsrin 90-cı illərinin əvvəlində bu siyahıya daha bir ad – Azərbaycanın Xocalı şəhərinin adı əlavə olunub. Turkustan.info Axar.az-a […]

Onları mülki şəxs kimi qəbul etmək mümkün deyil – TSQ

Terror təşkilatına məxsus sığınacaqlardan istifadə edən və əsgərlərimizə atəşə açdıqdan sonra mülki şəxs kimi görünənləri qəbul etmək mümkün deyil. Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Qeyd edək ki, TSQ Afrin əməliyyatı çərçivəsində 100 mövqeni terrorçulardan təmizləyib və xalqın azad edilən bölgələrə geri qayıtmağa hazırlaşdığını söyləyib.  […]

Onlar Türkiyə ilə döyüşməyə gəlirlər – ABŞ rəsmən ELAN ETDİ

“Suriyanın şərqində bizimlə çalışan bəzi güclərin (söhbət PKK/YPG terror təşkilatından gedir –red.) Afrinə getdiyini görürük”. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert mətbuat konfransında söyləyib. “Suriyanın şərq hissəsində İŞİD terror təşkilatına qarşı döyüşən güclər Afrinə doğru hərəkət edirlər. Afrində baş verənlər diqqəti […]

Mənə təcavüz edərkən anam da kömək edirdi – Ölkə dəhşətə gəldi

Dəhşətli hadisə qızın nənəsinə bu barədə danışmasından sonra məlum oldu. Turkustan.info xəbər verir ki, Argentinada yaşayan Serio Eduardo Gimenez 6 il ərzində sevgilisi Celia Beatriz Sosanın 8 yaşındakı qızına cinsi təcavüz etdiyi məlum olub. Ana Sosa buna icazə verdiyi üçün məhkəmə tərəfindən 14 il həbs cəzasına məhkum edilib. Gimenez isə İnterpol tərəfindən axtarılır… […]

Bakıda məşhur mağaza Xocalı qatillərinin şərəfinə endirim etdi – RİYAKARLIQ / FOTO

“İDEAL” Parfümeriya və Kosmetika mağazalar şəbəkəsi yeni kampaniyaya start verib. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, kampaniya 23 fevralla bağlıdır. Mağazalar şəbəkəsi 23 fevralı Azərbaycanda kişilər günü hesab etdiyindən kişi ətirlərinə 1+1 və 50 % endirim kampaniyası təşkil edib. Şəbəkənin sözügedən kampaniyası sosial şəbəkələrdə tənqid olunub. Bildirilib ki, 23 fevral […]

İnsan qaynaqlarına edilən yatırım – Gələcəyə qoyulan sərmayədir

“Azercell Telekom” MMC insan qaynaqları sahəsində yüksək beynəlxalq sertifikata layiq görüldü. Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” beynəlxalq səviyyədə daha bir uğura imza atıb. Şirkət güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (IIP) –  İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək […]

11 yaşlı erməni Rəşid Behbudovun mahnısını oxudu – VİDEO

Rusiyanın birinci kanalında yayımlanan “Qolos. Deti” (“Səs. Uşaq”) yarışmasında maraqlı hadisə yaşanıb. Turkustan.İnfo xəbər verir ki, yarışmanının iştirakçılarından olan 11 yaşlı erməni Erik Arakelyan ifası ilə hər kəsi təəccübləndirib. Belə ki, erməni qız dahi Azərbaycan müğənnisi Rəşid Behbudovun mahnısını səsləndirib. O, mahnının rus dilində səsləndirib və reple sintez edib. Münsiflərdən heç […]

Öz taleyinin sahibi olan regional güc

Son 15 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu keçən ikinci ölkə olmayıb Təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində inkişaf edən Azərbaycan dövləti yüksəliş parametrlərinə və vətəndaş həmrəyliyinə görə dünyada nümunəvi ölkələrdən sayılır. Son 15 il ərzində aparılmış məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycan möhkəm ictimai-siyasi sabitliyə, modernləşdirilmiş iqtisadiyyata, güclü […]

“Hər il ad günümdə – fevralın 26-da xəstələnirəm” – Nadir Azəri

45 yaşın astanasında olan həmkarımız Nadir Azəri deyir ki, hər bir jurnalist sərhəddə keşik çəkən əsgər kimi məsuliyyətli olmalıdır. Elə insanlar var ki, onlar özlərindən asılı olmayan səbəblərə görə doğum günlərini istədikləri kimi, təmtəraqla qeyd edə bilmirlər. Bir neçə gündən sonra 45 yaşı tamam olacaq həmkarımız, “Yeni Azərbaycan”qəzetinin şöbə redaktoru […]

İlham Əliyev 2 milyon manat ayırdı – Təqaüdlərə görə

Azərbaycan prezidenti İlham Əliyevin 22 fevral 2018-ci il tarixli fərman və sərəncamların icrası ilə əlaqədar Prezidentin fərdi və fəxri adlara görə təqaüdlərinin artırılmasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə ödənilən həmin təqaüdlər üzrə dövlət büdcəsindən ilin sonunadək əlavə olaraq 1,8 mln. manata yaxın vəsait ayrılacaq. Turkustan.info xəbər verir ki, bu barədə […]

ABŞ da Afrinə girir- Rəsmi AÇIQLAMA

“ABŞ Suriya hökumət qüvvələrinə qarşı hərbi güc tətbiq etməyi istisna etmir”. Turkustan.info xarici mediaya istinaadən xəbər verir ki, bu sözləri Amerika Birləşmiş Ştatlarının Birləşmiş Millətlər Daimi Nümayəndəsi Nikki Haley deyib. “Biz Suriyadakı böhranının mərkəzində olmağı istəmirik, biz insanların kimyəvi silahlardan qorunması üçün mümkün olan hər şeyi etmək istəyirik”, – deyə […]

Qənirə Paşayeva Edirne vilayətində Xocalı soyqırımı ilə bağlı konfrans verdi

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Türkiyənin Avropa sərhəddindəEdirne vilayətində Xocalı soyqırımı ilə bağlı konfrans verib.  Yüzlərlə insanın, millət vəkilləri, rəsmi şəxslər, QHT və KİV rəhbərlərinin iştirak etdiyi tədbirdə millət vəkili Q.Paşayeva Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib. Edirne Türk Ocaqlarının təşkil etdiyi […]

Azərbaycanda “Whatsapp” vasitəsilə yayılan bu mesaja DİQQƏT

Son bir neçə gündür “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yayılan bir mesaj diqqətimizi çəkib. Xəstə bir uşağa yardım olunması üçün insanlara şəkil və səs qeydindən ibarət mesaj göndərilir. Mesajda deyilir ki, kiminsə maddi yardım etməsinə ehtiyac yoxdur. “Whatsapp” şirkətinin əməkdaşları uşağın ailəsi ilə müqavilə bağlayıb. Hər göndərilən mesaja görə onlara […]

Azərbaycanda çörəklə bağlı qorxunc reallıq: Milyonlarla ton israf çörək bizə belə yedizdirilir – ÖZƏL

2016-cı ildə Azərbaycanda 1 milyon 210 min ton çörək və çörək-bulka məmulatları istehsal olunub. Bu isə 2015-ci ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə 12 min ton çoxdur. Çörək-bulka məhsullarının pərakəndə satışı isə 2016-cı ildə 4,57 faiz və yaxud 55 min 297 ton təşkil edib. Əldə olunan rəqəmlərin müqayisəli təhlili göstərir […]

Ziyafət Əsgərov qanun layihəsinə etiraz etdi: “Bunu necə başa düşək?”

“Bu anlaşılmazlıq həll edilməsə “Standartlaşdırma haqqında” qanunun layihəsinin tətbiqi şübhə altında olacaq”. Turkustan.info-nun məlumatına görə,  Milli Məclisdə “Standartlaşdırma haqqında” qanunun layihəsinin müzakirəsi zamanı parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib. O qeyd edib ki, müzakirə edilən qanun layihəsində anlaşılmazlıq var. “Qanun 1.1.2-ci maddəsində əsas anlayış verilir. Əsas anlayışlarda tətbiqi könüllü olan […]

Türk ordusu imkansızı bacardı: Yüksək dəqiqliklə…

Dinamik hədəflərin top və ya raket zərbəsi ilə məhv edilməsinin çətinliyinə baxmayaraq, türk artilleriyası Afrində hədəfləri yüksək dəqiqliklə məhv edib. Turkustan.info xəbər verir ki, türkiyəli ekspertlər ötən gün Afrində terrorçulara yardıma gedən avtomobil karvanına endirilən artilleriya zərbəsinin dəqiqlik əmsalına diqqət çəkib. Artilleriyanın düşmənin dinamik hədəflərini yüksək dəqiqliklə məhv etməsi ekspertlər […]

İsa Qəmbər yenidən xəstəxanaya yerləşdirildi

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Mərkəzi Klinik Xəstəxanasındadır (MKX). Turkustan.info bildirir ki, Müsavat Partiyasının mətbuat xidmətindən “Report”a verilən məlumata görə İsa Qəmbər özünü yaxşı hiss edir və xəstəxanaya müayinəsini davam etdirmək üçün gedib. Məlumatda qeyd edilir ki, MKX-nin həkimləri İsa Qəmbərin bir neçə gün […]

Kənd Təsərrüfati Nazirliyindən ADAU-ya növbəti dəstək

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) maddi texniki bazasının daha da təkmilləşdirilməsi, kənd təsərrüfatı sahələri, o cümlədən “baytarlıq” ixtisası üzrə mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təhsil müəssisəsinə böyük dəstək göstərilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi, baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində yaradılmış […]

ADAU-nun fakültələrində və tələbə evində Xocalı faciəsinin dəhşətləri dilə gətirilib

Xocalı faciəsi nə qədər acı olsa da hər il onu xatırlamaq yaddaşların təzələnməsi, tarixi həqiqətlərin yenidən dilə və gündəmə gətirilməsi kimi də əhəmiyyətlidir. Xalq bir də onda məğur görünür ki, taleyinə yazılan acılardan sabahına boylanır, atacağı addımı düşünür və qisas alacağına, haqqa qovuşacağına inanır.  ADAU-nun mətbuat xidmətinin xəbərinə görə hər […]

Türkiyənin Gəncədəki baş konsullugunda Xocalı soyqırımının ildönümü qeyd edilib

Xocalı soyqırımı ilə bağlı  Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğuda geniş tərkibli tədbir keçirilib. Tədbirə iş adamları, universitetlərin  professor-müəllimləri, media nümayəndələri və  tələbələr  dəvət olunmuşdular. Çıxış edənlər xalqımızın yaşamış olduğu Xocalı soyqırımından danışıb, tarixi həqiqətləri dilə gətirib, şəhid olanların ruhuna ehtiramlarını bildiriblər. Konsulluqda keçirilən anım mərasimində Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai […]

Şəxsiyyət vəsiqəsinin alınmasına və dəyişdirilməsinə görə yeni rüsumlar…

Milli Məclisdə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə əsasən, Azərbaycanda 15 yaşdan aşağı vətəndaşlar üçün şəxsiyyət vəsiqəsinin alınması və dəyişdirilməsinə görə dövlət rüsumu tətbiq olunacaq. Belə ki, 15 yaşdan aşağı vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün rüsumlar aşağıdakı kimi olacaq: – 10 iş günü ərzində veriləcəyi təqdirdə – 4 […]

“Mehmetçik”dən terrorçulara AĞIR ZƏRBƏ: 40 avtomobil birdən… – VİDEO

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən Afrindəki terrorçu qruplaşmalara qarşı həyata keçirilən “Zeytun budağı” hərəkatı 35-ci gününə qədəm qoyub. Turkustan.info xəbər verir ki, hərəkatın 34-cü günündə birləşmiş qüvvələr 8 kəndi terrorçulardan azad edib, 99 nöqtədə nəzarəti ələ keçirib. PKK/PYD-li terrorçulardan təmizlənən bölgə ilə Afrin şəhərini çevrələyən hilal […]

Bakıda ünvan soruşan “erməni qız”a hücum çəkdilər – VİDEO

Bakıda gənclər maraqlı sosial test edib.  Turkustan.info xəbər verir ki, qız paytaxt sakinlərindən Bakı Dövlət Universitetinə getmək istədiyini və ətrafdakı insanlardan köməklik etməyi xahiş edir.   Ona yaxınlaşıb ünvanı deyən insanlara erməni olduğunu deyən qıza qarşı münasibətlər birmənalı olmayıb. Bəziləri buna normal yanaşsa da çox sərt reaksiya verənlər də olub. Hətta bir gənc […]

“Keçmişdən bu günə -Gəncə” layihəsinin yekun mükafatlandırma mərasimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə şəhər Gənclər evinin təşkilatı dəstəyi ilə həyata keçirilən “Keçmişdən bu günə -Gəncə” layihəsinin 2-ci hissəsi : Gəncənin tarixi məkanlarına ekskursiya və mükafatlandırma mərasimi keçirilib. SAYT  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi seçilmiş “Keçmişdən bu […]

“Belə sürücüləri xəttə buraxmaq çox ağır cinayətdir”

“Hesab edirəm ki, “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliklər çox mühüm və aktualdır. Yəni 1-ci, əsas anlayışlar maddəsinə, piyadalar sözünün əlavə edilməsi. Çünki bilirik ki, bir çox hallarda, piyadaların yol hərəkəti qaydasını kobud şəkildə pozması nəticəsində qəzalar baş verir. Hətta özümüz şahid oluruq ki, avtomagistral və avtobanlarda insanlar yerüstü və […]

Sürücülərlə bağlı yeni MADDƏ: Parlament TƏSDİQLƏDİ

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Turkustan.info xəbər verir ki, layihəni parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlitəqdim edib. O bildirib ki, Məcəlləyə yeni – 326-1 ((Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarının taxoqrafdan istifadə qaydalarını pozmaqla, […]

Vəkillərin səlahiyyətləri artırılmalıdır – Deputat məsələ qaldırdı

“Vəkillik institutu ilə bağlı prezidentin imzaladığı sərəncamı müsbət qarşılayıram. Burada dəfələrlə bildirilib ki, vəkillik institutunun nüfuzunu qaldırmaq lazımdır. Vəkillərimizin sayı azdır. Ədalət mühakiməsini vəkilsiz və çəkişməsiz təsəvvür etmək mümkün deyil”. Turkustan.info-nun Modern.az-a istinadən məlumatıan görə, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında deyib. Deputat qeyd edib ki, Vəkillər Kollegiyasının yeni […]

Ərdoğan Pentaqona qəzəbləndi – “Əxlaqsızdırlar”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Müdafiə Nazirliyi ilə bağlı sərt ifadələr işlədib.  Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, p rezident ABŞ Müdafiə Nazirliyinin Türkiyə ordusunun keçirdiyi əməliyyat nəticəsində Suriyanın Afrin bölgəsində mülki şəxslərə ziyan dəyməsi barədə bəyanatından bərk qəzəblənib. Ölkə başçısı belə açıqlamanın verilməsini əxlaqsızlıq adlandırıb. O bildirib […]

Putin dünyanı rus əsgəri ilə hədələdi

“Bu gün bütûn dünya bilir ki, Rusiyanın təhlükəsizliyi təmin edilib”. Turkustan.info xəbər verir ki, bunu prezident Vladimir Putin deyib. Prezident ölkənin müdafiə qabiliyyətinə diqqət çəkərək mesaj verib. Vurğulayıb ki, ordunun hərbi texnika və müasir silahlarla təmini yüksək səviyyədədir. Putin eyni zamanda ordunun döyüş qabiliyyətinə diqqəti çəkib:” Bütün dünya bilir ki, […]

Arif Alışanova sui-qəsd edənlər HAKİM QARŞISINDA

AzTV- nin sədri Arif Alışanov və onun  ailə üzvlərinə qarşı sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərovun başçılıq etdiyi dəstənin cinayət işi üzrə məhkəmə başlayıb. Turkustan.info-nun Lent.az-a istinadən məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. İttihama görə, Ş.Əkbərov 2013-cü ilin iyul ayından […]

Avropa Parlamenti Xocalı soyqırımı ilə bağlı bəyanat verəcək – Spikerdən AÇIQLAMA

“Hazırda Milli Məclisin bir neçə deputatı Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə, aksiyalarda, iclaslarda iştirak edir”. Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, bunu Milli Məclsisin sədri Oqtay Əsədov deyib. Spikerin sözlərinə görə, yəqin ki, iclasdan sonra da bir neçə deputat Xocalı Soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə, aksiyalarda […]

İrəvan Ayaz Mütəllibovu beynəlxalq axtarışa verir

Ermənistanın “Adi soyqırım” təşkilatının rəhbəri Marina Qriqoryan Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov və Milli Qəhrəman Şahin Tağıyevin beynəlxalq axtarışa verilməsini tələb edib. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “İravunk” qəzeti yayıb. Qəzet Qriqoryanın bu təkliflə Azərbaycan Baş Prokurorluğunun Ədalət və Demokratiya Naminə Avropa Erməni Federasiyasının rəhbəri Kaspar Karampetyanın […]

Azərbaycan genişmiqyaslı əməliyyatlara başlayacaq – Ermənistanda müharibə KABUSU

Son günlər Qarabağ cəbhəsində Ermənistan ordusunun verdiyi itkilərin sayı daha da artıb. Ümumiyyətlə 2018-ci il başlayandan fevralın 22-dək Ermənistan ordusunun 9 hərbçisi Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində naməlum şəraitdə ölüb. 2016-cı ilin aprel ayının başlanğıcında Qarabağda Azərbaycanın keçirdiyi uğurlu əks-hücum əməliyyatlarından sonra isə Ermənistan ordusunda itkilərin artması tendensiyası […]

Xocalılar Avropada – Azərbaycanın “Böyüməyən uşaqlar”ı təqdim olundu – FOTOLAR

Fevralın 22-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində Azərbaycan Respublikasının Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı Səfirliyinin dəstəyi və təşkilatçılığı ilə Sarayevo Beynəlxalq Universitetində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı konfrans  keçirilib. Konfransa həm də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda hər iki valideyni qətlə yetirilmiş uşaqların acı xatirələrindən […]

Ankarada “Regional Əməkdaşlığın Müvəffəqiyyət Örnəyi: Bakı-Tbilisi-Qars dəmir yolu ” adlı Beynelxalq Forum keçirilib

Fevralın 22-də Ankara Qatar Qarı – Ankara Hoteldə “Regional Əməkdaşlığın Müvəffəqiyyət Örnəyi: Bakı-Tbilisi-Qars dəmir yolu ”adlı Beynəlxalq Ankara forumu keçirilib. Forum Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya) və Azərbaycan Respublikası Ankara səfirliyi ilə birgə təşkil edilib. İki tərəfli danışıq halında həyata keçirilmiş olan beynəlxalq forumda Türkiyə Nəqliyyat, Dənizçilik və Rabitə naziri […]

Xocalı və Srebrenitsa soyqırımı şahidlərinin dünyaya birgə müraciəti: “Xocalı soyqırımını tanıyın!”

Fevralın 22-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində Xocalıda hər iki valideynini itirən gənclərdən Murad Hüseynov və Səbinə Məhərrəmova Srebrenitsa soyqırımı zamanı hər iki valideynini itirən şəxslərlə görüşüb. Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, görüş Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının boşnak dilinə tərcümə edilən “Böyüməyən uşaqlar” kitabının təqdimatı zamanı baş […]

Ayaz Mütəllibov: Xocalını çəkməyi Çingizə mən tapşırdım – MÜSAHİBƏ

Xocalı qətliamının 26-cı ilində mövzu ilə əlaqədar eks-prezident Ayaz Mütəllibovla danışdıq. Turkustan.info həmin müsahibəni təqdim edir: – Ayaz müəllim, qarşıdan Xocalı faciəsinin 26-cı ildönümü gəlir. Hər dəfə Xocalı soyqırımı məsələsi gündəmə gələndə, ildönümü yaxınlaşanda bütün nəzərlər Sizə yönəlir. Faciə baş verən dövrdə Azərbaycana rəhbərlik etmiş şəxs kimi, Sizə qarşı ittihamlar səsləndirilir. Necə hesab edirsiniz, […]

Azərbaycanlı deputatın Afrin çıxışı – Türk mediasında

Türkiyənin məşhur “Milliyyət” qəzeti və digər media orqanları millət vəkili Qənirə Paşayevanın Afrin əməliyyatları ilə bağlı çıxışına yer verib. Turkustan.info xəbər verir ki, qəzet Kastamonu Universitetində Xocalı soyqırımının 26-cı ili ilə bağlı keçirilən anım mərasimində millət vəkilinin “Zeytun budağı” əməliyyatı haqda fikirlərini işıqlandırıb. Qənirə Paşayeva çıxışında “Afrində döyüşüb, canımı qurban […]

Azay Quliyev ATƏT-in fəaliyyətini təqdir etdi: “Xüsusilə ölkələrin ərazi bütövlüyünün qorunması, …”

Fevralın 22-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 17-ci qış sessiyası işə başlayıb. ATƏT-ə üzv olan 57 ölkənin 300-dək parlamentarisinin iştirak etdiyi sessiyada ölkəmizi Milli Məclisin deputatları Azay Quliyev, Kamran Nəbizadə, Tahir Mirkişili, Elşad Həsənov və Ülviyyə Ağayeva təmsil edirlər. Sessiyanın rəsmi açılışı fevralın 22-də Hofburq sarayının konqres mərkəzində daimi […]

Dollar kreditləri ilə bağlı güzəşt təklifi – “Üç tərəf arasında bölüşdürülməlidir”

“Xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi imkanları yenə də müzakirə olunan məsələlərdəndir. Azərbaycanda kapital bazarının mövcud imkanları ABŞ və digər inkişaf etmiş ölkələrdə olduğu kimi toksit aktivləri və eləcə də problemli kreditləri səhmləşdirib qiymətli kağızlar bazarına çıxarmağa imkan vermir. Bu baxımdan da, daha məqbul hesab edilə biləcək yol məhz güzəşt […]

Şəmkirdə sərnişin gedişhaqqına görə taksi sürücüsünü öldürdü

Şəmkir rayonunda sərnişin takisi sürücüsünü qətlə yetirib. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun İrmaşlı kəndinə baş verib. Belə ki, Şəmkirdə taksi sürücü kimi fəaliyyət göstərən rayon sakini, 1954-cu il təvəllüdlü Arif Mursəl oğlu Yusibovun avtomobilinə sərnişin qismində əyləşən, 1993-cü il təvəllüdlü İsgəndərov Ayvaz İsmayıl oğlu sürücüyə rayonun İrmaşlı kəndinə […]

Trampın Azərbaycan sərhədinə atdığı “bomba”- İranla müharibə hazırlığı

ABŞ prezidentinin nə qədər irəli gedəcəyini demək çətindir, amma böyük qarşıdurmanın “ayaq səsləri” hiss olunur. İranın müdafiə naziri general Əmir Hatəminin Bakıya səfəri ilə eyni gündə dünya mediasına ABŞ-ın İranla uzunmüddətli münaqişəyə hazırlaşdığı ilə bağlı yazılar yayıldı. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Herbert Makmaster 2018-ci ilin birinci yarısı […]

“Böyük müharibə başlayır: Avropanın xəritəsi dəyişəcək”

Bir neçə il sonra böyük müharibə başlayacaq. Turkustan.info xəbər verir ki, bunu ZİK televiziyasına müsahibəsində ukraynalı deputat Nadejda Savçenko söyləyib. Onun sözlərinə görə, bu müharibə Ukrayna, Rusiya və Avropaya təsir edəcək: “Sülhməramlı missiya Donbas problemini həll etmək gücündə deyil. 4-5 il sonra bizi böyük müharibə gözləyir. Burada təkcə Ukraynanın yox, […]

Rəsulzadənin Stalinə məktubu: Mənim xilas olmağım…

“Vətənimin sizə qarşı mücadiləsinə müqəddəs haqqı var!” Stalinlə ilk görüşünü illər sonra o, belə xatırlayacaqdı: “Bakı civarında olan Balaxanı petrol ocaqları məhəllələrində bir fabrikanın işçilərinə məxsus evlərdən birində çox bəsit bir otaqda qarşımıza zəif, üzgün və ortadan bir az uzun boylu birisi çıxdı. Bəsit qiyafəli olan bu zatın çiçək pozuğu […]

Türk silahlıları terrorçulara dəstəyə gələn avtomobil karvanını vurdu – VİDEO

Türk Silahlı Qüvvələri Afrindəki terror təşkilatlarına köməyə gələn təqribən 40-a yaxın silahlı maşın karvanını vurub. Turkustan.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargah Nazirliyi məlumat yayıb. Afrində başladılan “Zeytun budağı” əməliyyatı ilə bağlı açıqlama verən nazirlik  Afrinə girməyə çalışan PKK/KCK/PYD – İŞİD terror qruplaşmalarına aid 30-40 silahlı […]

Hollandiya “erməni soyqırımı”nı tanıdı

Hollandiya Parlamentində 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyan qanun layihəsi səsverməyə çıxarılıb. Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, səsvermədən əvvəl xarici işlər nazirinin vəkili Siqrid Kaaq çıxış edərək bu məsələdə BMT və ya beynəlxaq məhkəmələrin qərarı olmadığı üçün hökumətin qanun layihəsinə isti yanaşmadığını bildirib. Lakin bu çıxışa baxmayaraq səsvermə […]

Milli Məclis buraxıla bilər – Növbədənkənar seçki…

Azərbaycanda prezident seçkilərindən sonra parlament seçkiləri də irəli çəkilə bilər. Mötəbər mənbələrdən “Yeni Müsavat”a verilən məlumata görə, Milli Məclis üzvlərinin yeni seçimi 2019-cu ildə baş tutacaq. Növbədənkənar parlament seçkilərinin gələn il keçirilməsi gözlənilən bələdiyyə seçkiləri ilə eyni vaxta salınması nəzərdə tutulur. Bununla həm də seçki prosesinə çəkilən xərclərin azaldılmasının hədəfləndiyi […]

Azərbaycanda yayılmış epidemiya: Göz qripi nədir və ondan necə qorunmaq olar?

Son aylar bütün respublikada yayılmış kəskin respirotor qrip infeksiyasından sonra başlayan daha bir xəstəlik də insanları  narahat etməkdədir. Göz altının torbalanması, gözün ətrafının  şişməsi, sulanması,  qaşınması ilə özünü göstərən bu xəstəliyi çoxları adi qripin fəsadı hesab edir. Gözlərin şişməsi ən az bir  həftə sürür. Əslində isə rastlaşdığımız bu narahatlqı göz […]

Rusiyanın məhvi PLANI HAZIRDIR – Ruslar xilas olmağın mümkünsüzlüyünü ETİRAF ETDİ

“ABŞ, Rusiyadan fərqli olaraq, ani qlobal zərbə konsepsiyası çərçivəsində kosmik məkandan hərbi hədəflər üçün istifadə üzrə layihələrə malikdir”. Turkustan.info publika.az-a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Herbert Makmasterin fikirlərini şərh edən “Vətən Arsenalı” jurnalının kommersiya direktoru, hərbi ekspert Aleksey Leonkov deyib. “Rusiya kosmosun hərbiləşdirilməsinə qarşı […]

Daha 2 Avropa dövləti Azay Quliyevin sədri olduğu Dəstək Qrupuna qoşuldu

AZƏRTAC xəbər verir ki, toplantıda qrupa qoşulmuş ölkələrin təmsilçiləri, ATƏT PA-nın prezidenti Georgi Sereteli, baş katibi Roberto Montella və müxtəlif ölkələrin parlamentariləri iştirak ediblər. Toplantıda Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Assambleyanın vitse-prezidenti Azay Quliyevin sədrlik etdiyi ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupuna daha iki ölkənin – Yunanıstan və Moldovanın […]

Niyə gözümüzün altı qaralır?

Göz altındakı qaralıq adətən yuxusuz gecələr və az yuxu nişanəsi sayılır. Bəs başqa səbəbləri ola bilərmi? Mövzunu BBC Future araşdırıb. Daha az tükü olan üzlərin üstünlüyü ondadır ki, parazitlərin gizlənmək üçün yeri az olur. Həmçinin təmiz dəridə tər bərabər yayılır və bizə sərinlik verərək işini effektiv şəkildə görmüş olur. Dərinin […]

Əliağa Vahid poeziya evi La Fontaine oldu

Azərbaycanın  görkəmli   qəzəlxanı  Əliağa Vahidin  adına  olan  poezia  evi   hal-hazırda  adı  dəyişdirilərək  fransız  şairi  və  yazıçısı  La Fontainenin  adını  daşıyır. Turkustan.info  xəbər verir ki, içəri  şəhərin  başlanğıcında  yerləşən  Filormaniya  bağında  qədim  tarixi  əks  etdirən  yazıçı  Əliağa  Vahidin adını  daşıdığı poezia  evinin  adının  dəyişdirilməsi  insanı  məyus  edir. Çünki  zaman-zaman  bu  binada  […]

“Avropada yaşayan bir erməni görmüsünüz Sərkisyana qarşı aksiya keçirsin?!” – Orduxana Orduxanlıdan sual

Avropada yaşayan bir qrup soydaşımızın Azərbaycan hakimiyyətinə qarşı aksiyalar keçirməsi Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar tərəfindən birmənalı qarşılanmayıb. Bu məsələ ilə bağlı BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı Musavat.com-a bildirib ki, Azərbaycandan gedən bir qrup şəxsin keçirdiyi aksiyalar kampaniya xarakterlidir: “Tək Avropada deyil, Azərbaycanda da ən radikal müxalifət Bakının mərkəzində […]

Qarabağda 9 erməni əsgəri öldü

İl başlayandan fevralın 22-dək Ermənistan Silahlı Qüvvələrinin 9 hərbçisi Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində naməlum şəraitdə ölüb. Məlumatı Ermənistan KİV-i yayıb. Qeyd edək ki, fevralın 22-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin daha bir əsgəri, 1998-ci il təvəllüdlü Qrigor Yeqoyan müəmmalı şəkildə ölüb.    /avropa.info/

İsrail və ABŞ müharibəyə hazırlaşır? – Martın 4-də BAŞLAYIR

İsrail və ABŞ martda hər iki ölkənin minlərlə hərbi qulluqçusunun iştirakı ilə hava hücumuna qarşı və raket əleyhinə müdafiə güclərinin birgə təlimlərini keçirəcək. Turkustan.info “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib. Hərbçilər vurğulayırlar ki, təlimlər plan xarakteri daşıyır və onlar hər hansı konkret […]

Rusiya 1 gündən sonra donacaq – Anomal soyuqlar

Yaxın vaxtlarda Rusiyanın mərkəzi əyalətlərində -35 dərəcəyə qədər şaxtaların olması gözlənilir. Turkustan.info xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional xidməti məlumat yayıb. “Hidrometerologiya Departamentinin apardığı monitorinqlərin nəticələrinə əsasən, 23-28 fevral tarixlərində Rusiyanın mərkəzi hissəsində və Vladimir əyalətində havanın temperaturu kəskin şəkildə enəcək”, – məlumatda bildirilib. Xüsusilə, Tver […]

Canlı efirdə dava: Aparıcı və qonaq əlbəyaxa oldu – VİDEO

Rusiyanın NTV telekanalında yayımlanan “Görüş yeri” (“Место встречи”) proqramının aparıcısı Andrey Norkin canlı efirdə verilişin qonağı, ukraynalı ekspert Dmitri Suvorovla əlbəyaxa olub. Ukraynanın Donbas vilayətindəki vəziyyətlərin müzakirəsi zamanı studiyada vəziyyət o qədər gərginləşib ki, aparıcı qonağa yaxınlaşmalı və onu sakitləşdirmək üçün əlindən tutmalı olub. Lakin bundan sonra vəziyyət daha da pisləşib və […]

Vəkillərə yeni bina və maşınlar veriləcək – Sərəncam

Prezident İlham Əliyev Azərbaycanda vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.  Turkustan.info BakuPost-a istinadən xəbər verir ki, sərəncamda vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti xüsusi vurğulanıb. […]

ABŞ Dağlıq Qarabağda müharibə proqnozlaşdırır – Moskva kimi seçəcək?

Qərbdə Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibənin başlayacağı haqda fikirlər səsləndirənlər getdikcə artmaqdadır. ABŞ-ın beyin mərkəzlərinin hesabatlarında da bu münaqişənin adı tez-tez çəkilir. Onlar hesab edir ki, 2018-ci ildə iki ölkə arasında genişmiqyaslı müharibə başlaya bilər. ABŞ Milli Kəşfiyyatının direktoru Deniel Kouts tərəfindən 2018-ci il üçün dərc edilmiş “Dünya üzrə təhlükələrin […]

Yumurtlayan uşaq hamını şoka saldı – VİDEO

İndoneziyada bir uşaq yumurtlama şikayəti ilə xəstəxanaya gətirilib. İndoneziyanın Qova bölgəsində yaşayan 14 yaşlı bir oğlan uşağı atası tərəfindən yumurtlama şikayəti ilə xəstəxanaya yerləşdirilib. Akmal adlı uşaq ona inanmayan həkimlərin gözü önündə 2 dəfə yumurtlayıb. Uşağı daxilinə yumurtaların kənardan salına biləcəyini və insan bədənində yumurta yaradılmasının mümkün olmadığını söyləyən həkimlər […]

“Ərdoğan bunu etməlidir, əks halda…” – Moskvadan müharibənin ssenarisini YENİDƏN YAZACAQ TƏKLİF

Suriya prezidenti Bəşər Əsədlə dialoqun qurulmasının vacibliyi ilə bağlı Moskvadan Türkiyəyə ünvanlanan mesajlar bir-birini əvəz edir. İki gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Türkiyənin təhlükəsizlik maraqları Suriya hökumətiylə dialoq vasitəsilə tamamilə təmin edilə bilər. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, “Beynəlxalq Avrasiya hərəkatı”nın rəhbəri, politoloq, Kremlin ideoloqu […]

Rusiya Suriyada 200 yeni silahını sınaqdan keçirdi

Rusiya Suriyada 200-dən çox yeni silahını sınaqdan keçirib. Turkustan.info xəbər verir ki, Rusiya Duması Müdafiə Komitəsinin sədri, deputat Vladimir Şamanov Rusiyanın bununla bütün dünyaya öz hərbi sənaye kompleksinin effektivliyini nümayiş etdirdiyini bildirib. “Biz Suriya xalqına kömək edib, burada 200-dən çox silahımızı sınaqdan keçirdik. Bu sınaqlar dünyaya rus silahının effektivliyini göstərdi. […]

Azərbaycanlı transseksual jurnalistdən ŞOK etiraf: “Kişi sevgililərimə həftədə 300 manat xərcləyirəm” – VİDEO

Azərbaycanlı jurnalist və produsser Aydın Ulusoyun verdiyi cəsarətli və ŞOK açıqlamalar sosial şəbəkələrdə səs-küy yaradıb! Turkustan.info xəbər verir ki, Ayka ləqəbi ilə tanınan Aydın heç kəsin hünər edə bilməyəcəyi sandıq-sandıq iddialar irəli sürüb. Gündüzlər Aydın kimi gecələr isə Ayka kimi fəaliyyət göstərən transseksual, müxbirin: “Sevdiyin kişi və ya qadın var […]

Efiopiyanın Azərbaycanda fəxri konsulluğunun açılması ilə əlaqədar qəbul təşkil edilib

Fevralın 21-də Efiopiyanın Azərbaycanda fəxri konsulluğunun açılmasına həsr olunan qəbul təşkil edilib. Turkustan.info xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Efiopiyanın Türkiyədəki səfiri, eyni zamanda Azərbaycanda akkreditə olunmuş səfiri Ayaleu Gobezi Vorknyu ölkəsinin Bakıda fəxri konsulluğunun açılmasından məmnunluğunu bildirib. Səfir bildirib ki, Efiopiya və Azərbaycan arasında qədim […]

BAMF-ın prezidenti Avropa Parlamentinin sədrinə müraciət ünvanlayıb

Turkustan.info-nun verdiyi xəbərə görə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Avropa Parlamentinin (AP) sədri Antonio Tayaniyə müraciət ünvanlayıb. Avropa Parlamentinin sədri Antonio Tayani Müraciətdə AP-nin dörd deputatının öz səlahiyyətlərindən sui-istifadə edərək, Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər etməsi, işğal faktına bəraət qazandırmağa çalışan bəyanatları, eləcə də münaqişənin sülh […]

“İRƏLİ” Xocalı faciəsi aksiyasına start verdi

“İRƏLİ” İctimai Birliyi sosial şəbəkələrdə erməni təcavüzkarlarının törətdiyi Xocalı faciəsi ilə bağlı aksiyalara start verib.  Aksiyaların keçirilməsində məqsəd bütöv Azərbaycanı parçalamaq arzusunda olan erməni təcavüzkarlarının xalqımızın başına gətirdiyi müsibəti dünya ictimaiyyətinə çatdırmaq, faciə haqqında məlumatsız olan insanları insanlığa qarşı törədilmiş cinayət haqqında məlumatlandırmaqdır. Birlikdən verilən məlumata görə, sosial şəbəkələrdə təsir […]

İzmirdə Xocalı Soyqırımının qurbanları anılacaq

Türkiyənin İzmir şəhərində fəaliyyət Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti Xocalı Soyqırımının 26-cı ildönümü münasibətilə tədbir təşkil edəcək. Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib. “Cəmiyyət bu tədbiri Türk Ocaqları İzmir şöbəsi ilə birgə həyata keçirəcək. Tədbir, fevralın 24-də 13.00-da İzmirin mərkəzi meydanında icra hakimiyyətinin önündə keçiriləcək. Soyqırımla bağlı […]

Moskvada Azərbaycanlı biznesmen Anar Əliyev öldürüldü – VIDEO

Azərbaycanlı biznesmen Anar Əliyev Rusiyanın paytaxtı Moskvanın cənubunda güllələnib. Rusiya mətbuatı xəbər verir ki, o, şəxsi avtomobilində olarkən hücuma məruz qalıb və başından güllə yarası alıb. Hücumun sifarişli olduğu istisna edilmir. Hazırda 43 yaşlı Anar Əliyev reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır. Qeyd edək ki, Anar Əliyev Moskvada qida məhsulları, içkilər […]