Ça. Avq 20th, 2019

Saakaşvili Yeni ili çadırda qarşılayıb – VİDEO

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Yeni ili Ukrayna Ali Radasının yaxınlığındakı çadır şəhərciyində qarşılayıb. Turkustan.info xəbər verir ki, bu barədə Mixeil Saakaşvili öz feysbuk səhifəsində yazıb.

Saakaşvili bildirib ki, o, növbəti Yeni ili də burada, lakin qalib kimi qarşılayacaq.

Saakaşvilinin sözlərinə görə, o, 2018-ci ili dostlarının geniş əhatəsində qarşılayıb: “Biz yaşadıqlarımızdan və birlikdə həyəcan keçirdikdən sonra 2018-ci ili başqa yerdə qarşılaya bilməzdik. Mübarizə ərzində bu insanlardan bir çoxu zərər çəkdi: – kimisə zədələdilər, kiməsə iş açdılar, kimisə həbsxanaya saldırlar. Və bütün bunlarda onlara dəstək lazımdır. Biz növbəti Yeni ili Ali Radada, ənənəyə uyğun və qalib kimi qarşılayac

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Yeni ili Ukrayna Ali Radasının yaxınlığındakı çadır şəhərciyində qarşılayıb. Turkustan.info xəbər verir ki, bu barədə Mixeil Saakaşvili öz feysbuk səhifəsində yazıb.

Saakaşvili bildirib ki, o, növbəti Yeni ili də burada, lakin qalib kimi qarşılayacaq.

Saakaşvilinin sözlərinə görə, o, 2018-ci ili dostlarının geniş əhatəsində qarşılayıb: “Biz yaşadıqlarımızdan və birlikdə həyəcan keçirdikdən sonra 2018-ci ili başqa yerdə qarşılaya bilməzdik. Mübarizə ərzində bu insanlardan bir çoxu zərər çəkdi: – kimisə zədələdilər, kiməsə iş açdılar, kimisə həbsxanaya saldırlar. Və bütün bunlarda onlara dəstək lazımdır. Biz növbəti Yeni ili Ali Radada, ənənəyə uyğun və qalib kimi qarşılayacağıq. Biz ötən ildən mübarizəyə necə başladığımızı, ölkəni necə oyatdıq yada sala bilərik. Növbəti ildə isə necə qalib gəldiyimizi xatırlayacağıq”.  /Modern.az/

Paylaş: