Bz. Sen 15th, 2019

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi müsabiqə qalibi olub

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən elan edilən qrant müsabiqəsində Kənd Təsərrüfatı nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrnomluq fakültəsinin tələbəsi Cavidan Ağazadə “Sağlam yaşamaq naminə ətraf mühiti qoruyaq” layihəsi ilə iştirak edib və qalib olub.

ADAU-nun mətbuat xidmətindən bildirilib ki,  icra edilən layihədə ölkənin müxtəlif universitetlərindən ətraf mühüt, ekologiya, davamlı inkişaf üzrə təhsil alan gənclər iştirak edib. Təcrübəli mütəxəssislər tərəfindən aparılan təlimdə gənclər üçün ökənin ekoloji vəziyyəti, yaşıl iqtisadiyyat, davamlı inkişaf, ətraf mühütin qorunmasının əhəmiyyəti haqqında məlumat verilib, eyni zamanda gənclər əldə etdikləri bilik və təcrübələrini tətbiq etməklə ətraf mühit və ekoloji problemlərə aid məsələlər üzərində çalışıblar. Təlimin sonunda ən yaxşı praktik həllər hazırlayan gənclər layihədə uğurlu iştiraklarına görə sertifikatla təltif olunublar.

Bildirək ki, ADAU-nun tələbəsi Cavidan Ağazadənin “Sağlam yaşamaq naminə ətraf mühiti qoruyaq” adlı layihəsinin əsas məqsədi gənclərin ətraf mühütin qorunması, ekoliji maarifləndirmə, qeyri-neft sektoru və aqrar sahəyə marağın stimullaşdırılması kimi məsələləri əhatə edib.

 

Paylaş: