Bz. Sen 15th, 2019

Azərbaycan Stalinin yaxtasını alır – 20 milyona

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Stalinin yaxtasını almaq istəyir.

1934-cü ildə yaradılmış, əslində “Maksim Qorki” adlandırılmış, lakin sonradan “Stalinin yaxtası” kimi məşhurlaşan teploxod 2014-cü ildən etibarən satışa çıxarılıb. Hazırda yaxta-restoran kimi istifadə olunan teploxoda 20 milyon rubl (600 min manat) qiymət qoyulub. Potensial müştərilər siyahısında birinci yerdə Azərbaycan Xəzər Gəmiçiliyinin də adı var.  Moskva Çay Gəmiçiliyinin baş direktoru Konstantin Anisimov məlumatı təsdiqləyib və Azərbaycan tərəfi ilə Nijni Novqorod Adminstrasiyası arasında danışıqlar getdiyini bildirib. 
Azərbaycan üçün bu teploxod tarixi eksponat kimi maraqlıdır, çünki 2018-ci ildə Xəzər Gəmiçiliyi 160 illiyini k

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Stalinin yaxtasını almaq istəyir.

1934-cü ildə yaradılmış, əslində “Maksim Qorki” adlandırılmış, lakin sonradan “Stalinin yaxtası” kimi məşhurlaşan teploxod 2014-cü ildən etibarən satışa çıxarılıb. Hazırda yaxta-restoran kimi istifadə olunan teploxoda 20 milyon rubl (600 min manat) qiymət qoyulub. Potensial müştərilər siyahısında birinci yerdə Azərbaycan Xəzər Gəmiçiliyinin də adı var.  Moskva Çay Gəmiçiliyinin baş direktoru Konstantin Anisimov məlumatı təsdiqləyib və Azərbaycan tərəfi ilə Nijni Novqorod Adminstrasiyası arasında danışıqlar getdiyini bildirib. 
Azərbaycan üçün bu teploxod tarixi eksponat kimi maraqlıdır, çünki 2018-ci ildə Xəzər Gəmiçiliyi 160 illiyini keçirəcək və yaradıcılaq muzeyə bu teploxod da daxil olunacaq. 
Lakin “Maksim Qorkiy” teploxodu Nijniy Novqorod üçün də önəmlidir, çünki qarşıdan Maksim Qorkinin 150 illik yubileyi gəlir. Bu teploxodun isə xüsusi təyinatı olub – İosif Stalinin şəxsi teploxodu idi və hərbi texniki göstəricilərə uyğun layihə verilmişdi. Teploxodun o dövr üçün rekord sürəti var idi: 30 km/s.
O da məlumdur ki, Sovet dövründə müxtəlif sovet rəhbərləri – Beriya, Xruşev, Brejnev bu teploxodda istirahət edib. 
2000-ci illərdən sonra restavrasiya olunaraq, banket və restoran kimi istifadə olunub. 
“İnfoline Analitik”in rəhbəri Mixail Burmistrov isə bildirib ki, teploxod iqtisadi cəhətdən zərərlə işləyir. Bu teploxodun illik saxlanma xərci 15 milyon rublu keçir. Ona görə satış zamanı qiymət 20 milyondan da aşağı düşə bilər. İndiki halda bu teploxod tarixi qiymətli eksponat kimi maraqlıdır. Əgər yüksək iqtisadi effektivliyi olsaydı, qiyməti 100 milyona da çata bilərdi.    /BakuPost/
  • Картинки по запросу яхта сталина
  • Картинки по запросу яхта сталина

Paylaş: