Be. Sen 16th, 2019

Azərbaycanda məzənnə siyasəti: DƏYİŞƏCƏK?

Ölkədə baş verən iki kəskin devalvasiyadan sonra Azərbaycan Mərkəzi Bankı (AMB) üzən məzənnəyə keçidlə bağlı qərar verdi. Ancaq həmin dövrdə belə manatın məzənnəsində ciddi dalğalanmalar baş vermədi.İqtisadçılar dəfələrlə bəyan etdilər ki, AMB-nin qərarına baxmayaraq Azərbaycan üzən məzənnə siyasətinə keçid etməyib və hələ də manatın dəyəri inzibati olaraq tənzimlənir.Ümumiyyətlə, manatın məzənnəsinin necə tənzimlənməsi bütün zamanlarda müzakirə predmeti olub.

Bu günlərdə “Fitch” beynəlxalq reytinq agentliyi qrupuna daxil olan “BMI Research” araşdırma şirkəti Azərbaycanın valyuta siyasəti ilə bağlı məlumat yayıb.Belə ki, agentlik Azərbaycanın yenidən valyuta məzənnəsini aktiv şəkildə idarə etməyə başladığını deyib.Agentliyin yayımladığı sənəddə bunu dünya bazarında neft qiymətlər

Ölkədə baş verən iki kəskin devalvasiyadan sonra Azərbaycan Mərkəzi Bankı (AMB) üzən məzənnəyə keçidlə bağlı qərar verdi. Ancaq həmin dövrdə belə manatın məzənnəsində ciddi dalğalanmalar baş vermədi.İqtisadçılar dəfələrlə bəyan etdilər ki, AMB-nin qərarına baxmayaraq Azərbaycan üzən məzənnə siyasətinə keçid etməyib və hələ də manatın dəyəri inzibati olaraq tənzimlənir.Ümumiyyətlə, manatın məzənnəsinin necə tənzimlənməsi bütün zamanlarda müzakirə predmeti olub.

Bu günlərdə “Fitch” beynəlxalq reytinq agentliyi qrupuna daxil olan “BMI Research” araşdırma şirkəti Azərbaycanın valyuta siyasəti ilə bağlı məlumat yayıb.Belə ki, agentlik Azərbaycanın yenidən valyuta məzənnəsini aktiv şəkildə idarə etməyə başladığını deyib.Agentliyin yayımladığı sənəddə bunu dünya bazarında neft qiymətlərinin bahalaşması ilə əlaqələndirib.”Dalğalı məzənnə rejimindən geri addım atılması neft və qaz qiymətlərinin artmasından sonra ölkənin yenidən köhnə üsullara qayıtmaq istədiyini göstərir.Bununla yanaşı, Beynəlxalq Valyuta Fondu (IMF) da Azərbaycan üçün çevik məzənnə siyasətinin vacib olduğunu bildirib. Fond bildirib ki, Azərbaycan 2016-cı ilin sonunda “McKinsey&Co.” konsaltinq şirkəti tərəfindən hazırlanan iqtisadi islahatlarla bağlı yol xəritəsində nəzərdə tutulduğu kimi, manatın məzənnəsinin sərbəst üzməsinə imkan verilməlidir”, – deyə sənəddə qeyd olunub.

İqtisadçı-ekspert Fuad İbrahimov “Cümhuriyət” qəzetinə şərhində beynəlxalq agentliyin yaydığı sənədlə razılaşmadığını deyib. F.İbrahimov hesab edir ki, manatın məzənnəsi bütün zamanlarda inzibati qaydada tənzimlənib:

“Düşünürəm ki, agentliyin tənzimlənən məzənnə dediyi məhz bizim dediyimiz idarəolunan pul siyasətidir. Yəni, üzən məzənnə deyil.Ancaq agentliyin yeganə səhvi odur ki, neft qiyməti qalxdıqdan sonra Azərbaycanın bu sistemə keçidini deməsidir.Əslində Azərbaycan heç vaxt üzən məzənnə siyasətinə keçməyib.İqtisadçı olaraq bizim üçün bu bəllidir.Ona görə də agentliyin ifadə etdiyi fikir səhvdir və bununla razı deyiləm”.

Fuad İbrahimovun sözlərinə görə, mövcud məzənnə siyasətinə iki rakursdan yanaşmaq lazımdır. Ekspert hesab edir ki, üzən məzənnə rejimi iqtisadi qaydalarla tətbiq olunsa, bu idxal məhsullarının kəskin bahalaşmasına səbəb olar:

“Məzənnə siyasəti çox incə bir məqamdır və buna çox həssas yanaşmaq lazımdır. Məzənnəni formalaşdıran konkret amillər var. Bu amilləri institutsional səviyyədə hər zaman rəhbər tutmaq lazımdır.Hazırda bu məsələyə iki prizmadan yanaşmaq lazımdır.Manatı hazırda bazar iqtisadiyyatının müddəalarına əsasən sərbəst buraxsaq və istehlak bazarının idxaldan asılılığını nəzərə alsaq, bu qiymət formalaşmasına mütləq qaydada təsir göstərəcək.

Bu da əlavə narazılığa səbəb olacaq.Məsələn, bir şəxsin əmək haqqı 10 faiz, ancaq xərcləri müxtəlif vasitələrlə 30-40 faiz artırsa, bu artıq normal hall deyil.İqtisadiyyat bunu necə qəbul edə bilər?Bu nöqteyi-nəzərdən məzənnə siyasətinə çox həssas yanaşmaq lazımdır. Digər tərəfdən, hazırlanan “Yol Xəritəsi”nin effektivliyini görmək istəyiriksə, məzənnəni sərbəst buraxmalıyıq ki, bazar özünü tutsun. Yəni, bütün boşluqlar fundamental şəkildə dolsun.Ancaq digər tərəfdən də manatı sərbəst buraxsalar, bu qiymət əmələgəlmə prosesinə çox mənfi təsir göstərəcək.Bu vəziyyət artıq məzənnənin qapanmış dairəsi sindromudur.Problemin kökündə duran məsələ məhz budur”.   /Cebhe.info/

Paylaş: