Be. Sen 16th, 2019

Lavrovdan gözlənilməz Qarabağ SÖZLƏRİ: Münaqişənin həlli üçün Rusiyanın…

“Dağlıq Qarabağ münaqişəsini bir sənəddə həll etmək mümkün deyil, məsələyə mərhələli yanaşmaq və münaqişə tərəfləri arasında iş aparmaq lazımdır”.

Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Rusiyada münaqişənin həlli ilə bağlı konkret plan yoxdur: “Çünki problemi yalnız tərəflər həll edə bilərlər. Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – ABŞ və Fransa ilə birlikdə 2018-ci ildə də münaqişənin həllinə çalışacaq”.

Qeyd edək ki, indiyə qədər mediada Qarabağla bağlı Rusiyanın “Lavrov planı”nın olduğuna dair məlumatlar yayılıb.

Paylaş: