Be. Sen 16th, 2019

“Mehmetcik” ABŞ-ın elit qoşunu ilə savaşın BİR ADDIMLIĞINDA – FOTOFAKTLAR +VİDEO

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu PYD-nin (PKK terror təşkilatının Suriya qanadı – red.) işğalında olan Suriyanın Afrin bölgəsini təmizləmək üçün hazırlıqlarını davam etdirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün verdiyi açıqlamasında Afrin əməliyyatının hər an başlaya biləcəyini deyib. Ölkə sərhədlərində terror ordusunun qurulduğunu deyən Ərdoğan qeyd edib ki, Türkiyənin üzərinə düşən iş onu qurulmadan boğmaqdır.

“PYD, YPG, PKK, DEAŞ… Nə olursunız-olun, sizi məhv edəcəyik. Bunun başqa yolu yoxdur. ABŞ sərhəddə 30 min nəfərlik ordu qurur. ABŞ-ın artıq söz oyunlarından imtina edərək gerçək niyyətini açıqlamasını istəyirik”, – Türkiyə prezidenti bildirib.

Ərdoğan qeyd edib ki, 30 min nəfərlik ordu onu quranları tam təmsil edə bilməyəcək və strateji tərəfdaşı qarşısında rüsvay olacaqlar.

Türkiyənin “Sabah” nəşri isə Ərdoğanın “ordu qurduğunu hesab edənlər, bir həftə keçmədən necə darmadağın edəcəyimizi görəcəklər” sözləri ilə anonsunu verdiyi Afrin əməliyyatının detalları barədə yazıb. Nəşrin xəbərinə görə, Türkiyə ordusu Afrini tamamilə müşahidə edə bilən 4 strateji nöqtədə yerləşdirilib.

Plana görə, xüsusi təyinatlı qüvvələrin (“Bordo Beretlilər”, sualtı hücum (SAT) və sualtı müdafiə (SAS) – red.) hərəkətə keçməsi ilə əməliyyat başlanacaq. Dünyanın ən yaxşı xüsusi təyinatlı qüvvələrindən olan “Bordo Beretlilər”, həmçinin yaradıldığı 1960-cı illərdə “dünyanın ən təhlükəli əsgərləri” adlandırılan SAT/SAS birlikləri ilə terrorçulara ağır zərbələrin endirilməsi planlaşdırılır.

Türkiyə KIV-i anons edilən əməliyyat öncəsi Afrindəki son vəziyyət, bölgənin demoqrafik quruluşu, YPG (PYD-nin silahlı qanadı – red.) və YPJ-nin (YPG-nin qadınlardan ibarət bölməsi – red.) tərkibindəki döyüşçülərin sayı barədə yazıb. Maraq doğuran digər bir məsələ Afrində ABŞ və Rusiya hərbçilərinin sayıdır.

Publika.az Türkiyə KİV-inə istinadən bu sualların cavablarını fotoqrafiklərlə təqdim edir.

1. Afrindəki son vəziyyət

2. Afrində demoqrafik quruluş

Afrin əhalisi 500 min təşkil edir. Əhalinin yarısı ərəblərdən ibarətdir. Kürdlər sayca ikinci yerdədirlər. Türkmanlar isə Afrin əhalisinin 8 faizini təşkil edir.

3. Terror təşkilatının hərbi gücü

Afrində PYD-nin döyüşçülərinin sayı 13 minə çatır.

4. Afrində ABŞ və Rusiya hərbçilərinin sayı

Rəsmi rəqəmlərə görə, Suriyada ABŞ-ın təxminən 2 minlik elit qoşunu var. Onların yarısı Afrindədir. Bölgədə təxminən 70 Rusiya hərbçisinin olduğu bildirilir.

Paylaş: