C. Sen 20th, 2019

Türkiyə Afrin əməliyyatına başladı – Türk qırıcıları Suriyada PKK/PYD terrorçularını bombalayır – SON DƏQİQƏ

Bu dəqiqələrdə Türkiyə ordusunun terror təşkilatı PKK/PYD-yə qarşı Afrin əməliyyatı başlayıb.

Turkustan.info Avropa.info-ya istinadla xəbər verir ki, bu haqda Anadolu Agentliyi məlumat yayıb.

Məlumata görə, Türkiyə döyüş təyyarələri Hatay vilayətinin Reyhanlı və Kırıkhan rayonlarından Suriya ərazisinə keçərək Afrindəki PKK/PYD mövqelərini bombalayır. Afrin istiqamətindən hazırda partlayış səsləri eşidilir.

Türk döyüş təyyarələrinin Afrinde terror təşkilatı PYD/PKK-ya aid müşahidə nöqtəsini vurduğu bildirilir.

Azad Suriya Ordusuna  bağlı birliklərin bir qismi də Suriyada terror təşkilatı PYD/PKK-nın işğal etdiyi sahələrə girməyə başlayıb.

Türk Silahlı Qüvvələrinin  əvvəlcədən təyin olunan terror hədəflərinə qarşı top atışlarının ardından Suriyanın müxtəlif bölgələrindən sövq edilən ASO döyüşçüləri Afrinə keçiblər.

ASO qoşunlarının bu ana qədər hər hansı bir müqavimətlə rastlaşmadığı qeyd olunub.

Paylaş: