C. Sen 20th, 2019

Afrində əzilən PKK/YPG-nin baş komandanı: “RUSİYA BİZƏ XƏYANƏT ETDİ”

Suriyanın Afrin bölgəsində nəzarət etdikləri kəndləri bir-bir itirən PKK/YPG-nin baş komandanı Sipan Hemo, “Rusiya ilə bəzi sazişlərimiz var idi. Amma Rusiya bir gecədə bu müqavilələri yox sayaraq bizə xəyanət etdi” deyə bəyanatla çıxış edib.

Türkiyənin Afrinə doğru  başlatdığı Zeytun Budağı əməliyyatında üç gün ərzində 11 kənd itirən PKK, məğlubiyyəti üçün günahkar axtarmağa başladı. Terror təşkilatı PKK-nın Suriya qolu PYD-nin silahlı qanadı YPG-nin baş komandanı Sipan Hemo Rusiyanın özlərinə xəyanət etdiyini deyib.
Hemo, “Rusiya Türk dövləti ilə ittifaq halında bizə qarşı müharibə cəbhəsində yer alır. Rusiya ilə bəzi sazişlərimiz var idi. Amma Rusiya bir gecədə bu müqavilələri yox sayaraq bizə xəyanət edib” ifadəsini söyləyib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Afrinde Zeytun Budağı Hərəkatının başlamasının d

Suriyanın Afrin bölgəsində nəzarət etdikləri kəndləri bir-bir itirən PKK/YPG-nin baş komandanı Sipan Hemo, “Rusiya ilə bəzi sazişlərimiz var idi. Amma Rusiya bir gecədə bu müqavilələri yox sayaraq bizə xəyanət etdi” deyə bəyanatla çıxış edib.

Türkiyənin Afrinə doğru  başlatdığı Zeytun Budağı əməliyyatında üç gün ərzində 11 kənd itirən PKK, məğlubiyyəti üçün günahkar axtarmağa başladı. Terror təşkilatı PKK-nın Suriya qolu PYD-nin silahlı qanadı YPG-nin baş komandanı Sipan Hemo Rusiyanın özlərinə xəyanət etdiyini deyib.
Hemo, “Rusiya Türk dövləti ilə ittifaq halında bizə qarşı müharibə cəbhəsində yer alır. Rusiya ilə bəzi sazişlərimiz var idi. Amma Rusiya bir gecədə bu müqavilələri yox sayaraq bizə xəyanət edib” ifadəsini söyləyib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Afrinde Zeytun Budağı Hərəkatının başlamasının dərhal sonra, “Afrindeki əsgərlərimiz fərqli bir məkana çəkilib” açıqlamasını etmişdi.

Paylaş: