Ç. Sen 18th, 2019

Türk aviasiyası təhlükənin qarşısını aldı – Əməliyyat

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Zap bölgəsindən sərhədyanı ərazidəki məntəqə və hərbi bazalara hücuma hazırlaşan terrorçulara qarşı hava əməliyyatı təşkil edib.

Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Məlumata görə, aviazərbələr nəticəsində terror qruplaşmasına məxsus sığınacaq və atəş mövqeləri darmadağın edilib. Əməliyyatı uğurla başa vuran türk qırıcıları təhlükəsiz şəraitdə aviabazaya geri dönüb.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyə qırıcıları Afrin əməliyyatı çərçivəsində 72 təyyarə ilə terrorçu mövqelərinə zərbə endirmişdi.   /Axar.az/

Paylaş: