Ç. Sen 18th, 2019

Türk pilot 30 saniyədə inanılmazı bacardı – “Zeytun budağı”nda ilk şəhid

Türklər Afrini terrorçulardan təmizləməyə başladı.

Türkiyə Silahlı Qüvvələri Afrində başlanan hərbi əməliyyatda ilk itkisini verdi. “Zeytun budağı” əməliyyatında 1 türk əsgəri şəhid olub. Hərbçi Musa Özalkan terrorçu PKK-nın PYD və YPG qanadarının silahlıları ilə baş verən atışmada dünyasını dəyişib. 

Digər tərəfdən isə “Zeytun budağı”nda türk pilot dünya savaş tarixinə keçə biləcək hərəkət edib. PYD terrorçularının sığınacağına bomba atmaq istəyən pilot 20 metr məsafəyə qədər yerə yaxınlaşaraq hədəfini vurub. Hədəf Afrindəki terrorçuların silah anbarı olub. Olduqca riskli olan qərarı vermək üçün pilotun 30 saniyə vaxtı olub. 

Pilot lazerlə dağın başındakı tuneli hədəf alıb, ona maksimal məsafədə yaxınlaşaraq bombalayıb. Zərbələr o qədər dəqiqi olub ki, tunelin dağın digər tərəfindəki o biri ucundan belə dumanlar yüksəlib. 

Xatırladaq ki, “Zeytun budağı” əməliyyatı başlayan gündən 13 yaşayış məntəqəsi terrorçulardan təmizlənib. 

Şəhid hərbçi

  /İstiPress/

Paylaş: