Be. Sen 16th, 2019

Türkiyədə təhsil alan azərbaycanlılardan “Zeytun budağı”na DƏSTƏK

Bu gün “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi mətbuat konfransı keçirib . Konfransı giriş sözü ilə açan birliyin rəhbəri Çingiz Bayramov media nümayəndələrini salamlayıb. Tədbir Türkiyənin həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə bağlı olub. 

Çingiz Bayramov bildirib ki, İctimai Birlik olaraq Türkiyənin Afrin bölgəsində keçirdiyi əməliyyatı dəstəkləyir: “Bütün dünya Türkiyənin bu məsələdə haqlı mövqeyini dəstəkləyir. Türkiyə öz təhlükəsizliyinə olan təhdidin qarşısını almaq, habelə gələcəkdə mümkün terror aktlarını qabaqlamaq, bölgə xalqlarını və öz əhalisini təhlükələrdən qorumaq üçün Afrin əməliyyatına başlamaq məcburiyyətində qaldı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi “sonuncu terrorçu məhv edilənə qədər mübarizə davam edəcəkdir” fikrinin tezliklə həyata keçəcəyinə dərin inam hissimiz var”. 

Tədbirdə çıxış edən siyasi-şərhçi Nəzakət Məmmədova də Türkiyənin mövqeyini dəstəklədiyini deyib: “Türkiyənin bu əməliyyatı beynəlxalq çərçivədə tam qanunidir. Türkiyəni bu əməliyyatı qınayanların fəaliyyətinə nəzər salsaq, görərik ki, həmin dövlətlər özləri dəfələrlə bu kimi əməliyyatlar keçirib. İsrailin Marmara əməliyyatı buna ən bariz nümunədir. Böyük dövlətlərin hər biri öz təhlükəsizliyinə potensial təhdid gördüyü ölkələrin ərazisinə müdaxilə edib. Türkiyənin bu əməliyyatı da tam olaraq doğru və zamanında atılan addımdır.

Bu əməliyyat Türkiyə və Suriya sərhədində terror zolağı yaratmağa cəhdin qarşısını almağa hesablanıb. Türkiyə Afrin əməliyyatı ilə bu təhlükənin qarşısını aldı. Türkiyənin bu fəaliyyəti həm də Suriyanın bütövlüyü üçün vacibdir və gələcəkdə bu problemin dialoq şəklində həll olunmasına zəmin yaradır. Regionda sabitliyin bərpa olunması, Türkiyə sərhədlərinin təhlükəsizliyi baxımından Afrin əməliyyatı tam doğru və zamanında atılan addımdır”.

  

Paylaş: