04 İyul 2020 00:34

SENSASİYA: Aprel döyüşlərinə qatılan ermənilər Afrində Türkiyəyə qarşı vuruşur

2016-cı ilin aprelində Azərbaycana qarşı döyüşən erməni, PKK və YPG terrorçuları bu gün Suriyada “Zeytun budağı” əməliyyatında Türkiyə ordusuna qarşı vuruşur.

Turkustan.info bildirir ki, bunu azvision.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey deyib.

G.Gülbey vurğulayıb ki, Suriyada yaşayan ermənilər hər zaman Türkiyəyə qarşı olublar:

“Onlar ya Əsədin yanında, ya da YPG terror təşkilatının tərkibində Türkiyəyə qarşı döyüşüblər. Ermənilərin YPG və PKK ilə birlikdə hərəkət etdiklərini dəfələrlə bildirmişik. 2016-cı ilin aprelin döyüşləri zamanı İran və Türkiyənin Ağrı dağı bölgəsindən keçərək Ermənistana dəstək üçün 400 nəfər PKK və YPG yaraqlısı gedib. Onların 150-i Suriyaermənisi, 250-i isə Suriya və Türkiyə mənşəli PKK üzvü kürdlər idi”.

ASİMDER rəhbərinin sözlərinə görə, Türkiyədə yaşayan ermənilərin katolikosu türk ordusuna müvəffəqiyyət arzulasa da, onun səmimiliyi inandırıcı deyil: “Katolikos Almaniyada yaşayan ermənilərin ruhani lideri Qaraqin Bekçiyandır. Bu adam Avropada və Almaniyada HDP, yəni PKK və YPG-nin siyasi qanadı olan partiyaya səs toplayıb. Belə bir düşüncəyə sahib birinin Türk ordusuna müvəffəqiyyət arzulaması nə qədər inandırıcı ola bilər? Bu baxımdan katolikosun səmimiliyinə inanmıram və ermənilərə güvənmirəm”.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin