09 İyul 2020 23:55

Yeni rəhbər, yeni siyasət, köhnə dollar – NƏ DƏYİŞƏCƏK?

“ABŞ-ın Mərkəzi Bakı funksiyasını həyata keçirən Federal Ehtiyat Sisteminə (FES) yeni rəhbər təyin edilməsi ilə bahalı dollar siyasəti dəyişmir”.

Turkustan.info bildirir ki, bunu Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Nazim Bəydəmirli deyib.

Ekspert bildirib ki, Amerikada siyasət fərdlərdən asılı deyil:

“ABŞ-ın özünün milli strategiyası var. Valyuta ilə bağlı qəbul olunmuş strategiyaya görə, yaxın kvartallarda yenidən dolların uçot faizinin artırılması nəzərdə tutulub. Bu, o deməkdir ki, dünya bazarında dolların məzənnəsi möhkəmlənir və müəyyən bir etapa qədər bahalaşmaqda davam edəcək. Hesab edirəm ki, dolların kursunun müəyyənləşməsində fərdlərin rolu çox azdır. Yəni, kursu müəyyən etmək bir nəfərin fikrindən çox da asılı olmur. Ümumiyyətlə, ABŞ-ın siyasi və iqtisadi sistemi düşünülmüş siyasətə əsaslanır”.

Xatırladaq ki, yanvarın 24-də ABŞ Federal Ehtiyat Sisteminə (FES) yeni rəhbər təyin edilib. Belə ki, ABŞ Senatı Cerom Paueli FES-in rəhbəri vəzifəsində təsdiqləyib. Sərmayəçi bankir Cerom Pauel əvvəllər ABŞ maliyyə nazirinin müavini vəzifəsində çalışıb, 2012-ci ildən FES  İdarə Heyətinin üzvü olub.

Qeyd edək ki, Donald Tramp seçkiqabağı kampaniyası dövründə FES-i və şəxsən Canet Yelleni Barak Obama adminstrasiyasının təsirinə məruz qalaraq, baza uçot dərəcəsini süni şəkildə aşağı həddə saxlamaqda ittiham edib.

 

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin