Ca. Dek 12th, 2019

Bu şəxslər təhsil haqqından azad olunur

““Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliklər ediləcək. Dəyişiklik 18 yaşına qədər valideyninin birini itirmiş, o biri valideyni isə 2-ci qrup əlil olanların təhsil haqqının dövlət tərəfindən ödənilməsini nəzərdə tutur”.

Turkustan.info-nun Report-a istinadən xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət Komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli deyib.

Onun sözlərinə görə, hazırki qanunvericilik buna imkan vermir: “Təxmini hesablamalara görə, belə şəxslərin sayı 100-dən çoxdur. Biz bu şəxslərin təhsilinin maliyyə tutumunu öyrənib, daha sonra isə bununla bağlı qanunvericilikdə dəyişikliklər edə bilərik”.

Paylaş: